
Dəyərli gənclər, tövsiyələrimi yenidən sizinlə bölüşürəm. İnanıram ki, bu tövsiyələr də sizin üçün maraqlı və faydalı olacaq:
- Hər zaman yeni elm və bilik axtarışında olun. Ən güclü sərmayənin bilik olduğunu unutmayın.
- Daima üzərinizdə işləyin, bilik və bacarıqlarınızı durmadan artırın. Bilin ki, daima üzərində işləmədən həyatda uğur qazanmaq mümkün deyil.
- Analitik təhlil qabiliyyətinizi, məsələlərə fərqli yönlərdən baxmaq bacarığınızı hər zaman inkişaf etdirin.
- Ruhunuzu hər zaman sağlam qidalarla qidalandırın, onun çirklənməsinə, bataqlığa batmasına imkan verməyin.
- Heç zaman ictimai mənafeyi şəxsi mənafeyə qurban verməyin. Faciələrin hər kəs yalnız şəxsi mənafeyini düşünəndə baş verdiyini unutmayın.
- Maddi zənginliklə yanaşı, mənəvi zənginliyə də önəm verin. Maddi zənginliyin arxasında mənəvi zənginliyin olması sizi daha da güclü edəcək.
- Hər zaman böyük düşünün. Cılız işlərin dalınca qaçmayın.
- Enerjinizi düzgün yönləndirin. Sizə, cəmiyyətə fayda gətirməyən əməllərdən uzaq olun.
- Dostlarınız doğru seçin, yaxşı dost sizə yaxşı əməlləri, pis dost pis əməlləri öyrədəcək.
- Heç zaman əmanətə xəyanət etməyin, heç kimin haqqına girməyin. Bilin ki, bunun vəbalı çox ağır olacaq.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru