
Bu gün Bayram Bayramovun anadan olduğu gündür. Doğum günündə ədibi rəhmətlə anır, tarixin Şuşa ilə bağlı əlamətdar günlər, illər yaşadığımız zaman kəsiyində əsərlərində Azərbaycanı (Qarabağı, Şuşanı) onun qədər şəhər-şəhər, kənd-kənd, küçə-küçə detallı şəkildə yaşadan ikinci bir yazıçı olmadığını diqqətinizə çatdırıram. Allah rəhmət eləsin, ruhu şad olsun. Hal-hazırda Şuşa ilə bağlı respublika səviyyəli müxtəlif tədbirlər keçirilir. Məncə belə layihələrdən birinin ən möhtəşəm elementi (tərkib hissəsi) Azərbaycanın Xalq yazıçısı Bayram Bayramovun səlnaməçilik, tarixilik baxımından olduqca əhəmiyyətli əsərlərindən biri olan “Cıdır düzü” romanının az tirajla olsa belə müasir Azərbaycan əlifbası ilə yenidən nəşr edib, elektron variantını kitabxanalara (heç olmazsa, bircə sabit və dayanıqlı portala) yerləşdirmək ola bilər.


Təklif edirəm ki, əlaqədar qurumlar bu incə məqamı mütləq nəzərə alsınlar. Xatırladıram ki, bir gün biz də “bu fani dünyada” olmayacağıq. Edək ki, etsinlər… Sağ olun! Keçənlərə rəhmət, qalanlara can sağlığı… Bayram Salman oğlu Bayramovun ruhuna Fatihə: Amin.
Böyük ehtiramla: Zaur USTAC
“YAZARLAR” – SİFARİŞ ET
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru