Rafiq Yusifoglu – Yumruq kimi…

Həmrəylik Günümüz Mübarək!

 YUMRUQ KİMİ 

BİRLƏŞMƏSƏ ELİMİZ

Göz dağına dönən ulu Kəpəzin
Zirvəsində soldu neçə gülümüz.
Torpaq üçün vuruşmadıq, vətənin
Qarşısında gödək oldu dilimiz.

Ağbulağın bəxti qara yazıldı,
Şamsız adı xəritədən pozuldu.
Qəlbimizdə bir əbədi sızıltı –
Gözləmirdik belə fitnə-feli biz.

Qardaş deyib başımızı qatdılar,
Ömrümüzü alovlara çatdılar,
Izimizi qaşıdılar, atdılar,
Əldən çıxdı kövşənimiz, çölümüz.

Nökərimiz üzümüzə ağ oldu,
Dağlarımız gözümüzə dağ oldu.
Sonaları pərən-pərən dağıldı,
Qara geydi bizim Qara gölümüz.

Ürəyimdə ağrı, nisgid boy atar,
Başımıza dünya oldu niyə dar?
Dağ döşündə yetim qalıb Niyədar,
Bir də ona çətin yetə əlimiz?

Qələm çəkdi yağı doğma adlara,
Torpağımız qismət oldu yadlara.
Bu ayrılıq saldı bizi odlara,
Tarixlərə səpələndi külümüz.

Nə vaxtacan yurdumda yad gəzəcək?
Ürəyimiz haqsızlığa dözəcək?
Yağı bizi tapdayacaq, əzəcək,
Yumruq kimi birləşməsə elimiz…

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir