
BİR DƏ GƏLƏM-GƏLMƏYƏM
Yol üstəyəm, qadan alım, bir də gələm-gəlməyəm,
Halallıq ver, ay məlalım, bir də gələm-gəlməyəm.
Ya bir qədəh kədər göndər gedərayaq nuş edim,
Ya bir söz de mənə, zalım, bir də gələm-gəlməyəm.
Biz mamır da olammadıq bu dünyanın daşında,
Yaman tutdu toz-tozanaq, hər kəs əli qaşında,
Bu küləklər şəhərində yellər əsdi başında,
Mən gedirəm, ey havalım, bir də gələm-gəlməyəm.
Adiləyəm, bundan sonra diləyə nə gərək var?!
Həsrət yolub saçlarımı, küləyə nə gərək var?!
Daha məndə can qalmayıb, mələyə nə gərək var?!
Salamat qal, tab-tavanım, bir də gələm-gəlməyəm.
2023.
Müəllif: Adilə NƏZƏR
Filologiya üzrə fəlsəfə doktoru
>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru