
YOXDU…
Ərikliyə ithaf…
Örüş həminkidi, səs həmin səsdir
Nənəm uzaqdadı, hay verən yoxdu
Ərikli həminki, səs həmin səsdir
Sacdakı yuxadan pay verən yoxdu
Bulaq həminkidi, dağ həmin dağdı
Köksü dumanlıdı, örpəyi ağdı
Laçın həminkidi, çağ ayrı çağdı
Nəğməli çobanı, sürüsü yoxdu
Neyləyim, ay ellər, sevincim kəmdi
Ürəyim yaralı, gözlərim nəmdi
Gəncliyim hədərdi, qocalıq qəmdi
Can da həmin candı, təpəri yoxdu
Səsimə səs versin, bu el bu oba
Yenə tüstüləsin hər evdə soba
And olsun Allaha, and olsun oda
Vətəndən ayrı bir diləyim yoxdu…
MÜƏLLİF: TURAN NOVRUZLU
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru