Vaqif Yusifli
Filologiya elmləri doktoru, Respublikanın Əməkdar Mədəniyyət işçisi Vaqif Əziz oğlu Yusifli 20 aprel 1948-ci ildə Masallı rayonu, Ərkivan qəsəbəsi, Həsənəküçə məhəlləsində anadan olub.
Orta məktəbi Ərkivan kəndində bitirərək (1966), ADU-nun filologiya fakültəsində təhsil alıb (1967-1972). Universiteti bitirdikdən sonra üç il (1972-1975) Masallı rayonunda, orta məktəblərdə, o cümlədən, Yeddioymaq kənd orta məktəbimdə dil-ədəbiyyat müəllimi işləyib.
1975-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına daxil olub, 1979-cu ilin oktyabr ayında “Müasir Azərbaycan nəsrində konflikt və xarakter” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ilin dekabr ayından “Azərbaycan” jurnalının tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi fəaliyyətə başlayıb. 1997-ci ilin noyabrından həmin jurnalın baş redaktor müavini vəzifəsinə təyin edilib.
2002-ci ildən Ədəbiyyat İnstitutunda əvvəlcə 0.5 ştat vahidi ilə aparıcı elmi işçi kimi çalışmağa başlamış. 2014-cü ildən isə həmin institutda Tənqid şöbəsinə müdir təyin edilib. Baş elmi işçidir. İnstitutun doktorluq müdafiı şurasının üzvüdür.
2011-ci ildə “Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Vaqif Yusifli müasir ədəbi prosesdə fəal iştirak edən görkəmli tənqidçilərdən biridir. Onun ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş 2000-ə qədər irili-xırdalı məqaləsi vardır. Bu məqalələr keçən əsrin ikinci yarısından başlayaraq Azərbaycan nəsrinin, poeziyasının, dramaturgiyasının və ədəbi tənqidinin inkişaf prosesini, mənzərəsini əks etdirir. O, tənqidin müxtəlif janrlarında (problem məqalə, esse, resenziya, ədəbi məktub, icmal və s.) qələmini sınamışdır.
Məqalələri Azərbaycanın hüdüdlarından kənarda-Türkiyədə və Almaniyada da çap olunub.
2003-cü ildə Respublikanın Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülüb. Beynəlxalq Rəsul Rza və Məmməd Araz ədəbi mükafatı laureatıdır.”2018-ci ilin noyabr ayında Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tənqid və ədəbiyyatşünaslıq sahəsində uzunmüddətlin fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Kitabları:
“Nəsr, konfliktlər, xarakterlər” Bakı, 1986
“Məmməd Araz dünyası” Bakı, 1994
“Ərkivan və Ərkivanlılar” Bakı, 1996
“Ürəyimi sərdim günəşə” (monoqrafiya, F.Qocanın
yaradıcılığı) Bakı, 1997
“Tənqid yarpaqları” (məqalələr) Bakı,1998
“Karvanbaşı, yolun hayanadır” (məqalələr) Bakı, 1998
“Yollar hayana aparır” (məqalələr) Bakı, 1999
”Bu nə sehirdir belə” (Elçin haqqında əlli altı söz) Bakı,
1999
“Tənqid və bədii söz” (məqalələr) Bakı, 2002
“Tənqid də yaradıcılıqdır” (məqalələr) Bakı, 2003
“Yolayrıcı” (məqalələr) Bakı, 2004
“Fikrət Qoca-70 il” (monoqrafiya) Bakı, 2005
“Yaxşı ki sən varsan” (Musa Yaqubun yaradıcılığı) Bakı,
2007
“Sındır qəfəsi…” (məqalələr) Bakı, 2008
“Poeziyanın yolları və illəri-1960-2000-ci illər”
(monoqrafiya). Bakı, 2009
“Rəsul Rza və müasir Azərbaycan poeziyası”
(monoqrafiya) Bakı, 2010
“Şeirimizin Nərimanı” (monoqrafiya-N.Həsənzadənin
yaradıcılığı) Bakı, 2011
“Poeziya və zaman” (monoqrafiya) Bakı, 2012
“Ədəbi həyat” Bakı, 2014
“Ağacəfər Həsənli: Bu dünyanın şairi” Bakı, 2014
“Adil Cəmilin sənət yolu” Bakı, 2014
“Elçin İskəndərzadə 50” Bakı, 2014
“Bölgəllərdə ədəbi həyat” Bakı, 2018
“Şabranfa ədəbi həyat” Bakı, 2018.
Mənbə: Aztc.gov.az (tərcümə)
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru