ŞUŞADA BİR QARABAĞ ŞİKƏSTƏSİ

ŞUŞADA BİR QARABAĞ ŞİKƏSTƏSİ

Bir bahar günündə səfər eylədim,
Duydum ki, sehirmiş, sirriymiş Şuşa.
Elə bil yerdə yox, göydədi göydə,
Elə bil səmayla biriymiş Şuşa.

Elə bil min illər, hətda əzəllər,
Hörülüb qayalar üst-üstə lay-lay.
Özülü qayalar olduğu üçün,
Yox ona bərabər, yox ona bir tay.

Bu sirri, sehiri duymaqdan ötrü,
Gərəkdi görəsən Şuşanı canlı.
Çox doğru deyiblər, olur da çox vaxt,
“Şuşanın dağları başı dumanlı.”

Nə qədər gözəlsə, qəşəngdirsə də,
Gözəldir Şuşanın hətda özündən.
Gəzməklə, görməklə doymaq olmayır,
İgidlər at çapan “Cıdır düzü”ndən.

Saflığı, həm də ki sərinliyiylə,
Məşhurdu Şuşanın “İsa bulağı.”
Sıldırım qayalar dərinliyindən,
Qaynayıb hey axır dörd fəsil çağı.

Duymağı bacarsaq, bəlkə də burda,
İzi var hər daşda o Pənah xanın. *
Qərinə ötsə də, unudulanmaz,
O olmuş memarı gözəl Şuşanın.

Qorumaq naminə xan bu şəhəri,
Ucaltmış möhtəşəm qala divarı.
Ruhuna biz rəhmət söyləyək onun,
Çox sevib bu yurdu, ana diyarı.

Şuşaya daha bir əzəmət üçün,
Borcluyuq əlbətdə ulu öndərə. *
Özü tək, sözü tək uca bir yerdə,
Ucaltmış Vaqifə böyük məqbərə. *

Son otuz il boyu düşmən əliylə,
Gərəkdi söyləyim həqarəti də.
Talehi bəd gələn o xan qızının, *
Bəxti tək dağılıb imarəti də.

Şəhərin düşməndən xilası üçün,
Hər qarış torpaqda var şəhid qanı.
Şuşanı daha da möhtəşəm qurur,
Var olsun bu xalqın Baş komandanı. *

İllər boyu təhqir oldu, dağıldı,
Əziz ruhu bəlkə bizdən incidi.
İndi bizi beş namaza çağırır,
Bərpa olan Gövhər ağa məscidi.

Önündə yüz illik tut ağacı var,
Sanırsan vaxt, zaman həməndir, həmən.
“Sevgili canan”ı, bir də “Sənsiz”i,
Dinlədim Bülbüldən öz evində mən. *

Kəsmişdi səsini güllə səsindən,
Qayıdıb oxuyur bax, sarı bülbül.
Sanıram göyərib bitəcək hər il,
Hər şəhid qanından min xarı bülbül.

Çəkilib başından qara buludlar,
Qayıdıb özünə sevinc, nəşəsi.
Dinləyin, səslənir yenidən zildə
Şuşada, bir Qarabağ şikəstəsi!

  1. Qarabağ xanı Pənahəli xan.
  2. Ulu öndər Heydər Əliyev
  3. .Molla Pənah Vaqif.
  4. Xurşud Banu Natəvan.
  5. Ali Baş komandan İlham Əliyev.
  6. Opera müğənnisi Bülbül.
    14.06.2024.
    Bərdə.Yeni Daşkənd.

Müəllif: Aqşin HACIZADƏ

Bərdə rayonu Yeni Daşkənd kəndi.

AQŞİN HACIZADƏNİN YAZILARI

ARAZ  YAQUBOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir