GƏL SƏNƏ ŞEİR DEYİM

GƏL SƏNƏ ŞEİR DEYİM

Gecə keçib, səhərdi,
Sabahın xeyir-deyim.
Əhvalım birtəhərdi,
Gəl, sənə şeir deyim.

Qoxladığın nərgizdən,
Seyr etdiyin dənizdən,
Hər cığırdan, hər izdən,
Gəl sənə şeir deyim.

Gözlərində yağışdan,
Alov saçan baxışdan,
Sevgindəki naxışdan,
Gəl sənə şeir deyim.

Hələ neçə arzu var,
Ömür qısa, zaman dar.
Çiçək açıb misralar,
Gəl sənə şeir deyim.

Hissim, fəhmim, zəndimsən,
Eşq adlı bir fəndimsən,
Ən dəyərli bəndimsən,
Gəl sənə şeir deyim.

Dil-dil ötən sazmışam,
Pərdə-pərdə azmışam.
Lap təzəcə yazmışam,
Gəl sənə şeir deyim.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir