
RƏŞAD MƏSCİD (03.07.2024 – status) :
-Rəşad müəllim, biz Tural Dadaşovla bir dəfə səfərə getmişdik. Bilirsiniz o, nə qədər kitab aldı?! Həm də uzun illər “Xəmsə” intellektual verilişinin aparıcısı olub.
Bunu Avstriya-Türkiyə oyunundan iki gün öncə futbol şərhçiləriylə bağlı söhbətdə idman jurnalisti İbrahim Cəfərov söylədi.
Futbol üzrə Avropa çempionatı başlanandan həyəcanla birgə şərhçilərimizlə bağlı ara-sıra iradların da şahidi oluruq. Minlərlə insan diqqətlə qulaq kəsiləndə əlbəttə ki, hansısa söz kiminsə ürəyinə yatmaya bilər. Amma mən şərhçilərimizdən razı qalmışdım. Ümumiyyətlə, idman jurnalistlərimizin üstün səviyyəsi, məlumatlılığı, öz işlərinə içdən sevgisi barədə imkan düşən kimi fikir bildirmişəm. Türkiyənin Avstriyanı məğlub etdiyi möhtəşəm oyunun şərhçisi Tural Dadaşova qarşı sosial şəbəkə istifadəçilərinin rəğbəti və alqışı isə çox təsirləndirdi. Elə bilirəm bu alqışlar və təriflər həm də neçə gündür əziyyət çəkən bütün futbol şərhçilərimizə və idman jurnalistlərimizə ünvanlanıb.
Kitab məsələsini isə elə belə xatırlatmadım. Peşəkarlığın yolu həm də kitab oxumaqdan keçir.
Elə “qəlbidaş” olmamağın da!
İlkin mənbə: Reshad Mecid
Şuşa haqqında: >>>> 525.az
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru