“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu üç illiyini yeni layihələri elan etməklə qeyd etdi.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu üç illiyini yeni layihələri elan etməklə qeyd etdi.

XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlalın 1920-1940-cı illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu üç illiyini qeyd etdi. Bununla bağlı keçirilən tədbirə ədəbiyyat, mədəniyyət və təhsil dairələrinin nümayəndələri toplaşdı.

Tədbirdə çıxış edən fondun icraçı direktoru Şəfəq Mehrəliyeva Fondun bu günə qədər həyata keçirdiyi işlərdən söhbət açdı, o cümlədən 2024-cü ilin ilk yarısı bitən layihələrin uğuruna görə tərəfdaşlara “Ədibin Evi”nin Humayəçilik Şurası adından minnətdarlığını ifadə etdi.

O, Fondun “gənc nəsli diqqətdə saxlayaraq “oxu” mədəniyyətini gücləndirmək, xalqa və Vətənə sevginin aşılanmasında ədəbiyyatımızın rolunu vurğulamaq” missiyasını xatırladaraq bu ilki layihələrin bu hədəfə çatdığını məmnunluqla qeyd etdi.

İlin əvvəlindən həyata keçirilən layihələr arasında Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birgə başladığı “Məktəblilər “Ədibin Evi”ndə”, MEDİA İnkişaf Agentliyi ilə birgə hazırladığı “Ədibin Evin”də COP29 silsilə mühazirələri Azərbaycan kimliyinin möhkəmlənməsi baxımından ölkəmiz üçün vacib məsələləri ictimaiyyətin müxtəlif təbəqələrinin diqqətinə gətirib.

Media layihələrinin Azərbaycan ədəbiyyatının təbliğində səmərəliliyini nəzərə alaraq 2021-ci ildən ASAN Radio ilə başlanılan rəqəmsal mühitdə gənc nəsli oxuya həvəsləndirmək, klassiklərimizin qısa hekayə janrına aid ölməz əsərlərini tanıdan “Ədibin Evindən Hekayələr” layihəsi bu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univetsitetinin aktyorluq fakültəsinin tələbələri ilə Mədəniyyət TV-də davam etdirilib. Bununla yanaşı “Ədibin Evi”nin dəstəyi ilə həyata keçirilən “Tarixin Güzgüsü” adlı media layihəsi İctimai TV-də XX əsrin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin mətbu orqanı olan “Azərbaycan” qəzetinin arxivi əsasında yüz il əvvəlki Azərbaycana nəzər salıb tarixin güzgüsünü bu günümüzə tutub.

Zamanında xalq yaradıcılığı ilə klassik bədii üslubun qabaqcıl təcrübələrini ədəbiyyatımızın hekayəçilik ənənələrinə gətirən Mir Cəlalın irsini gənc yazıçılara nümunə göstərən ənənəvi Mir Cəlal adına Hekayə Müsabiqəsi bu il də davam edib: 3cü Hekayə Müasbiqəsindən seçmələr toplu şəklində Azərbaycan Dəmir Yollarının dəstəyi ilə kitab şəklində çıxarılıb və qatarlarda qiraət üçün oxuculara təqdim edilb, 4cü Hekayə Müsabiqəsi yekunlaşaraq qaliblər elan edilib və işləri “Azərbaycan” jurnalının son buraxılışında işıq üzü görüb.

“Ədibin Evi”nin bu il müraciət etdiyi yeni istiqamət isə əski Azərbaycan əlifbasında yazılan ədəbiyyatımızın tədris və tədqiqi olub. Belə ki, ilin əvvəlindən ilk dəfə olaraq Azərbaycanın müxtəlif ali təhsil ocaqlarının filologiya fakültəsinin tələbələri “Ədibin Evi”ndən qazandıqları təqaüdlə “Əski Azərbaycan Əlifbası” kursuna başlayıb və Azərbaycan ədəbiyyatı xəzinəsinin mislisiz bir hissəsinə açar axtarıblar.

Kursun ilk sinfi tədbir zamanı keçirilən məzun törənində təmsil etdikləri Universitetlərin rektorları tərəfindən sertifikatla təltif olunublar.

“Əski Azərbaycan Əlifbası” kursunun gələcəkdə də davam edəcəyini elan edən Fondun direktoru Şəfəq Mehrəliyeva nəzəri bilikləri möhkəmləndirmək məqsədi ilə ilk məzun sinfinin növbəti akademik semestr ərzində AR Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin bölmə müdiri, filologya üzrə fəlsəfə doktoru Şəhla Abdullayevanın rəhbərliyi ilə birgə transliterasiya layihəsi üzərinə çalışacağını elan etdi.

“Ədibin Evi”nin ədəbiyyatsevərlərə bu günə qədər ən böyük töhfəsi üzərində iş də bu il başlayıb. Belə ki, Fond hazırda 1915-1916-cı illərdə Bakıda nəşr olunmuş “Babayi-Əmir” adlı satirik jurnalın tam mətninin (65 nömrəsinin) transliterasiya olunaraq gələn il jurnalın 110 illiyində ictimiayyətə təqdim olunmasına hazırlaşır. Qeyd edək ki, Əliabbas Müznibin redaktorluğu altında nəşr olunan “Babayi-Əmir” jurnalı “Molla Nəsrəddin” ənənələrini təqib edərək XX əsrin əvvələrində dini avamlıq, cəhaləti açıq tənqid edib, söz azadlığı, qadın azadlığını geniş dəstəkləyən yazılarla çıxış edib. Jurnalın qələmləri arasında dövrün məşhur şəxsiyyətləri, o cümlədən M.S.Ordubadi, Cəfər Cabbarlı, Əliağa Vahid, Nemət Bəsir və s olub.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun üç yaşına həsr edilmiş tədbir Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin məzunlarının ifalarını daxil edən bədii proqramla yekunlaşıb.

Mənbə: Ədibin Evi

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir