Məhəmməd Kərimov – 21 qramlıq bioenerji və Kosmopolit

21 qramlıq bioenerji və Kosmopolit
 
          1907-ci ildə Haverhill Massaçusetdə olan Duncan MacDougall adlı həkim müəyyən təcrübə üzərində çalışmış və ruhun çəkisini ölçmək istəmişdir. Bir çox ölüm anında olan insanlar çox həssas tərəzilər üzərində böyük həssaslıqla ölçülmüş və ortaya maraqlı nəticə çıxmışdır. Aparılan ümumi təcrübə sonunda insanların ölüm anında 21 qram ( daha düzü 21,3 qram) çəki itirdikləri məlum olmuşdur, ancaq daha maraqlı hal isə çəki itirilməsi ölüm anında müəyyən zaman sonra yenidən bərpa olunmaqda idi.
          Haqqında söz açdığımız 1907-ci ildə aparılan təcrübə bizlərə nəyi göstərməkdədir? Ruhun müyyən çəkisi ola bilərmi? Tarix boyu bütün dinlərdə də insanın maddi və mənəvi tərəfləri olması barədə fikirlər mövcud olmuşdur, amma indiyə qədər ruh barədə tam sübutlu dəlil gətirə bilən olmamışdır. Şəxsən mənim düşüncəmə görə ruhumuzun cismimizdən ayrı olması fikri düzgün gəlməməkdədir.
          Maddənin təməli olan atomun təməli enerji tezliklərinə, yəni enerji dalğalanmalarına söykənməkdədir, yəni sərt cisimlər əslində sərt deyildir, enerji tezlikləri vasitəsilə yaradılmış sistemlərdən ibarətdir. Bizim ruhumuz ətrafı anlayan, analiz edən şüur olaraq vardır və bu bizim hüceyrələrimizdən etibarən formalaşaraq gəlməkdədir. Hüceyrələrimiz ibtidai şüur olaraq, öz ətraflarını təhlil edərək, ətrafa uyğunlaşaraq yaşamağı öyrənən mexanizmlərdir. Bəs belədirsə, ərtaf özü nədir?
          Gerçəkdə ətraf fəzanın və ya kainatın özü ümumi şüur olaraq varlığını saxlamaqdadır. Hər bir hüceyrə isə kainatda yerləşdiyi məkan-zamana uyğun olaraq öz ibtidai şüuruna sahib olur. Bunu isə hüceyrə ətraf fəza ilə qarşılıqlı təsirdə olaraq etməkdədir. Geniş miqyasda nəzər yetirsək, hüceyrənin də atomlardan təşkil olunduğunu görərik, yəni hüceyrədə öz təməlini sonucda enerji tezliklərinə söykəməkdədir. Hüceyrə sistemi özü-özlüyündə kainata bağlanmaqdadır, ondan gəlməkdədir. Bu əsnada abzasın əvvəlindəki cümləni daha düzgün anlamış oluruq. Əgər hüceyrələrin və onlardan yaranmış bizlər şüura sahib oluruqsa, demək ki, ümumi kainat fəzası da şüur sisteminə sahibdir. Şüurumuz fərqli yerdən deyil, yerləşdiyimiz kainatın özündən gəlməkdədir. Bu mövzu ilə bağlı hüceyrə bioloqu olan Bruce H.Liptonun “İnancın biologiyası” kitabındakı fikrini qeyd etmək düzgün olar. Qeyd olunmuş fikir bu şəkildədir: “Hüceyrə membranının quruluşu məni vücudlarından ayrı olaraq düşünüldüyündə ölümsüz və mənəvi varlıqlar olduğumuza inandırmışdır.”
          Bizlər dünyəvi deyil, kosmik varlıqlarıq, yəni Kosmopolitə daxil olaraq varlığımızı saxlayırıq. Bəs bizlərin ayrı-ayrı fərdlər olmağımızı nə formalaşdırır. Bu məqamda yenidən hüceyrə bioloqu olan Bruce H.Liptonun İnancın biologiyası kitabındakı başqa qeydini vermək yerinə düşər. Fikir bu şəkildədir: “Hər bir insanın hüceyrələrinin qruplaşmaları özünə spesifik hala gətirən şey nə idi? Hüceyrələrimizin xarici qatında qruplar halında şəxsiyyət qəbulediciləri vardır və bunlar bir fərdi digərindən ayırır.” Bu bilgiləri fiziki çəhətdən incələsək, hüceyrələrin xarici qatında yerləşən şəxsiyyət qəbulediciləri və kainatın bunlara verdiyi cavablar, hər biri tək gerçəyi ortaya qoymaqdadır. Kainat enerji alanından cismani alana enmişdir. Şəxsiyyət qəbulediciləri enerji tezliklərinin uyğunlaşması ilə mümkün olmaqdadır. Kainatda yerləşən ümumi şüur sonsuz sayda tezliklərə bölünməkdədir və hüceyrə qruplarının yerləşdikləri konuma münasib olaraq uyğunlaşan enerji tezliyi həmin hüceyrənin şəxsiyyətini təyin etməkdədir. Qısacası kainatdan gəlməkdəyik.
          Indi isə 1907-ci ildə aparılan təcrübəni xatırlasaq, ölüm anında itirilən 21 qram və sonra onun bərpasının nə anlama gəldiyini araşdıraq. Məqalədə öyrəndiklərimizə əsasən hüceyrələr kainatda olduqları məkan və zamana uyğun olaraq enerji tezliklərinə uyğunlaşır və formalaşır. Insan ölüm anında onun cisminin hüceyrələrinin toplam şüuru kainatın müəyyən tezliyindən ayrılaraq, fərqli tezliyə keçməkdədir. Bu halı fizika elminə əsasən təcil ilə əlaqələndirmək mümkündür. Təcilin düsturu aşağıdakı kimidir:
 a = F/m
          Düsturda yer alan a – təcili, F – qüvvəni, m – kütləni xarakterizə etməkdədir. İlk öncə təcilin nə olmasını qeyd edim.
          Təcil – sürət dəyişməsinin bu dəyişmənin baş verdiyi zaman fasiləsinə nisbətinə bərabər olan fiziki kəmiyyətdir. Təcil sürətin dəyişməsinə, daha artıq sürət əldə olunmasına deyilir. Və düstura fikir versək, cismin təcili artdıqca, kütləsi azalmaq üzrə getməkdədir. Kütlənin azalması ilə birlikdə tətbiq olunan qüvvə də artmaqdadır. Bu bilgiləri ölüm anındakı kütlə itirilməsinə tətbiq edərsək, belə bir fikir irəli sürə bilərik:
–        ölüm anında insanın sahib olduğu enerji tezliyi  alaraq yüksəldiyi üçün insan bədənində kütlə azalması olmaqdadır.
 Enerji tezliyimiz yüksəlir və daha üst məkan zaman ölçüsünə keçid etdiyi üçün daha dünya ölçüsündə fəaliyyətdə ola bilməməkdə və biz buna ölüm deməkdəyik. Qaldı ki, ölümdən sonra itirilən 21 qram kütlənin bərpa olunması, bunu isə vücuddan itirilən enerji tezliyinin yerinə fərqli tezliyin yüklənməsi kimi açıqlaya bilərik,sanki dənizdə müəyyən zonadan su götürülər və götürdüyü zonaya yenidən fərqli su kütləsi gələrək zonanı doldurması kimi insan vücudu da itirilən enerji tezliyinin yerini dolduraraq itirilən kütləni bərpa etməkdədir.
          21 qram təcrübəsinin tam izahının məqalədəki kimi olması ehtimalı olduqca yüksəkdir. Indi isə, mövzunu bir az da genişləndirərək insanlığın kosmopolit nəslini izah etmək yerində olacaqdır. Məqalədə qeyd etdik ki, insan şüuru hüceyrələrdən gəlməkdədir və kainatın uyğun gələn enerji tezliyi ilə formalaşır. Hüceyrələrin də molekulyar sistemlərdən təşkil olunması bilinən bilgidir. Kimya elminə əsasən isə molekulların sonlu sayda qruplaşmalarının olması məlumdur, yəni yaranmış müəyyən molekul qrupları fərqli məkan və zaman aralığında yenidən formalaşmaq ehtimalı vardır. Bu ümumi kainat üzrə bu şəkildə davam etməkdə və kainatın dərinliklərində müəyyən məkan və zaman intervalında fərqli, amma bizimkinə çox bənzər olan Yer kürəsi daha ola bilər. Bu Yer kürəsi cüzi fərqliliklərə sahib olmaq şərti ilə bizimki kimi Günəş sisteminin daxilində ola bilər. Belə olduğu halda orada da hüceyrələr sisteminin yaranması və bizlərin eyni kopyaları cüzi fərqlər ilə yaranması ehtimalı da vardır. Belə olduğu halda,  kainat daxilində var olan fərqli Yer kürələrində  olan mənim cüzi fərqlər ilə yenidən yarana bilmə ehtimalım var, amma heç var olmaya da bilərəm. Hamısı molekulyar qruplaşmalarından asılı olaraq davam etməkdədir, amma fərqli mənlər heç də eynilə mən olmuram, çünki yerləşdiyi məkan fərqi səbəbi ilə enerji tezlikləri tam eyni olmayacaqdır. Xarici quruluş baxımından və xarakterik baxımdan cüzi fərqlər ilə mən orada da özümü burada olduğu kimi hiss edəcəyəm.
          Bu bilgi bizlərin kainata yayılmamızı və beləliklə, kosmopolit nəslini yaratmağımızı göstərən ehtimal faktlardır. Ehtimal olaraq niyə qeyd edirəm, çünki bilgilərlə təsdiq olunsa belə, konkret təsdiqi hələ ki tapılmamaqdadır.
 
 
 
                                     ASTROBİOS NƏZƏRİYYƏSİNİN FƏRZİYYƏ VƏ FƏLSƏFƏSİ

Müəllif: Məhəmməd KƏRİMOV

MƏHƏMMƏD KƏRİMOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir