18-ci və 19-cu əsrlərdə rus dilinə keçmiş türkizmlərdən nümunələr

18-ci və 19-cu əsrlərdə rus dilinə keçmiş türkizmlərdən nümunələr

Söz mübadiləsi, xüsusən türkizmlərin rus dilinə keçməsi prosesi 18-ci və 19-cu əsrlərdə də davam etmişdir. Həmin mərhələdə bu proses daha yeksək vüsət almışdır.
XVIII век

баклажан

  • башка
  • игрений
  • изъян
  • кабан
  • кадык
  • камыш
  • карандаш
  • кибитка
  • парча
  • плов
  • сурок
  • сычуг
  • тормоз
  • туша
  • ханжа
  • бакалея
  • дымка (ткань)
  • пай (доля)
  • тюк
  • шаровары
  • балык
  • буран
  • ералаш
  • кутерьма
  • чинар
    Слово кабан широко распространилось в русском языке, где оно постепенно вытеснило исконное слово вепрь в сферу поэтической лексики.
    Слово карандаш в тюркских языках было вытеснено арабским словом калем (qələm).

XIX век

айда

  • Алыча (alça)
  • балбес
  • карапуз
  • чебурек
  • кетмень
  • кизил
  • кобура
  • папаха
  • сарыч
  • тюбетейка
  • хурма
  • чекмень
  • якшаться
  • люля-кебаб
  • чурек
  • тахта
  • байджарах
    Такие слова, как алыча, архалук, башлык, зимбиль, кунак, папаха, тулук, чохом, чурек, чуха, вошедшие в русский литературный язык в период вхождения территории Закавказья в состав России, могут, учитывая культурно-исторические связи и семантику слова, являться азербайджанизмами — тюркизмами, заимствованными из азербайджанского языка.

Mənbə: Firuz Mustafa

Müəllif: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tale Mənimlə Oyun Oynayır – Fikrət Qoca

25 avqust Böyük Şairin anadan olduğu gündür. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin. Oxu!

Gizli sevgi

Sevgimdən qaçmışam uzaq şəhərə,
Burda da həsrətin gəlib, dayanıb.
Ətrin səpələnib bütün güllərə,
Gözünün rənginə göylər boyanıb.

Səninçün dünyada bəlkə yoxam mən,
Səni sevdiyimi heç bilməyirsən.
Gündüz xəyalımdan, gecə yuxumdan
Bir an da, bir an da çəkilməyirsən.

Ürəyim, daşa dön, bu sirri saxla,
Bu sevgi, bu bəla hardan enibdir?
Bizim taleyimiz evlə, uşaqla
Hərəsi bir yana zəncirlənibdir.

Ölüncə eşqinlə olacağam mən,
Mən sənin ruhunda, qanında varam.
Üstünü kül örtmüş bir ocağam mən,
Balaca bir mehdən qaynayar yaram.

Məhəbbət

Məhəbbətdə taleyin öz nuru var,
Gözəl arzu, saf niyyətdi məhəbbət!
Var-dövləti neyləyirsən, bəxtəvər,
Tükənməyən var-dövlətdi məhəbbət!

Vurulursan adın çıxır yadından,
Həzz alırsan alovundan, odundan.
Doymaq olmur ağrısından, dadından,
Şirin-acı həqiqətdi məhəbbət!

Sevirsənsə bilinəcək, gizləmə
Heç kəsdən də kömək, vəfa gözləmə.
Sən alçalma, kölgə olub izləmə
Öz-özünə sədaqətdi məhəbbət!

Yanırsan yan, tüstülənmə, alışma,
Öz sevgini kimə gəldi danışma.
Bu bəladan sağalmağa çalışma,
Haqqdan gələn gözəl dərddi məhəbbət…

Yolüstü mənzil

Bu dünya bir qəfəsdi,
Burda bizi yaşadan
Məhəbbətdir, həvəsdi.

Bu dünya bir qəfəsdi,
Ruhumuz nurdu, səsdi,
Getmək, qalmaq sərbəsdi.

Bu dünya bir qəfəsdi.
Özü gələndə tərsdi,
Özü gedəndə tərsdi.

Fikrət bu qədər bəsdi.
Qəfəs yolüstü mənzil…
Gələn, gedən nəfəsdi.

Tale Mənimlə Oyun Oynayır

Tale mənimlə oyun oynayır
Tale bir zər atdı
Zəri şeş-beşdi…
Vaxt keçdi…
Bir ömür verdi əvvəli sirdi.
Yolu cəbrdi,
Şərti səbirdi.
Dayanacağı qəbirdi,
Sonu yenə əvvəli kimi birdi,
Sirdi, səbirdi…
Mən də zər atdım,
Zərim sə… birdi…
Əşi axırı birdi…

Müəllif: Fikrət QOCA

FİKRƏT QOCANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Zaur Ustacı tanıyırsan?” – sualına “Süni İntellekt”in cavabı belə olub:

“Zaur Ustacı tanıyırsan?” – sualına “Süni İntellekt”in cavabı belə olub (ingiliscə):

-“Yes, Zaur Ustac is an Azerbaijani poet, writer, and publicist known for his literary contributions, including poetry, prose, and journalistic work. His works often explore themes like patriotism, Azerbaijani culture, and history. He’s regarded for his dedication to promoting Azerbaijani literature and has been active in various cultural initiatives.

If you need more specific details or works by Zaur Ustac, feel free to ask!”

Məlumat tarixi: 24.08.2024.

Mənbə – müəllif: Tələbə Lupası

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Doqquzu zər tuğun mübarək, dağlar!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tarix daman gözlər – NƏSİMAN YAQUBLU

Tarix daman gözlər – NƏSİMAN YAQUBLU

“Bu kommunistlər yaman hücuma keçiblər, axşam baxdınız?”
Televiziya kanallarının birində keçirilən bir tok-şounun səhərisi günü Nəsiman müəllim növbəti dəfə müsahibim olmuşdu.Bu kübar, təmkinli insanı ilk dəfə idi ki, hiddətli görürdüm.Müəllifi olduğum “Çıraq” verilişində növbəti dəfə dəyərli faktlarını bizimlə bölüşəcəkdi.
Salam verər-verməz, dedi ki:

– “Axşam baxdınız, bu kommunistlər yaman hücuma keçiblər”
Məsələni göydə tutdum, amma Nəsiman müəllim Yerdəki haqsızlıqdan bəhs edirdi, Göydəkindən yox!Zatən Göydə nə haqsızlıq olacaq ki?! Haqsızlıq limitini Yer kürəsi çoxdan doldurub.
Onu deyirdim axı…Millətimiz üçün əlamətdar sayılan günlərin birində tok-şou təşkil olunmuşdu ki, peşəkar, adlı-sanlı tarixçilərimiz
bir ağızdan sözləşibmiş kimi kommunist təəssübkeşliyi ilə danışsınlar.Daha doğrusu, bolşevik rəhbərimizdən birini dağın başına qoysunlar.
-Ancaq nəyin hesabına?
-Qurucu babalarımızı təpədən aşağı salmaq bahasına.
Əl-qərəz, həmin verilişi izləyərkən adlarını Cümhuriyyətçi qoyan, fəqət Cümhuriyyət qurucularımızın əməllərini kölgədə qoyan çıxışlar sərgiləyənləri görcək, mənim də dalağım sancmışdı.Sözün həm məcazi, həm həqiqi mənasında.Həmin məqama kimi dalağımın yerini sorsaydılar qara ciyərimi göstərərdim, ancaq kommunistlər mənə dalağımın yerini də “tanıtdırdılar”.Nəsiman müəllimin qeyzi, əsəbi isə daxilinə deyil, üz cizgilərinə yansımışdı.Bir jurnalist kimi deyil də, bir yurddaş kimi bağırtısı qulaqlarımda cingildəmişdi həmin görüşdə.
Bayaq professorun həlak olması xəbərini duyanda isə qulaq cingiltilərim yerini verdi ürək sızlamasına.Sarsıldım…Axı Nəsiman müəllim, müəllifi olduğum verilişlərdə dəfələrlə müsafirim olub.Tarixi gerçəklərimiz, Cümhuriyyət tariximiz, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində təşəkkül tapmış mədəni – maarif cəmiyyətlərmiz haqqında dəyərli fikirlərini bölüşüb.Mənə kitablarını hədiyyə edib, mütəmadi olaraq yazılarını “VatsAp” ıma göndərib.Maarifçilik təmayüllü “Çıraq” verilişində elmi məsləhətçi olmasını israrla rica edəndə, tərəddüd etmədən qəbul edib və məsləhətlərini verməkdən usanmayıb.Faktlarla bağlı əmin olmadığı məqamlarda isə jurnalist peşəkarlığını, jurnalist etikasını əsla əldən verməyib.Ancaq biz Nəsiman müəllimi əldən də verdik, eldən də.
Məhəmməd Əmin Rəsulzadə irsinin layiqli araşdırmaçısı, əminəm ki, bundan sonra da kədərli, məlul gözlərinizdən tarix sızacaq, tarix damacaq.
Türkün öz tarixi, gerçək və göyçək tariximiz!

25.08.2024

Dərin hüznlə: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac kimdir? Sualına “Süni İntellekt”in cavabı (24 avqust 2024 – Azərbaycan):

Zaur Ustac kimdir? Sualına “Süni İntellekt”in cavabı (24 avqust 2024):

(Tələbə Lupası)

-“Zaur Ustac müasir Azərbaycan ədəbiyyatında tanınmış şair, yazıçı və ədəbiyyat adamıdır. 1970-ci ildə Bakıda anadan olan o, Azərbaycan ədəbiyyat səhnəsində mühüm yer tutmuşdur. Onun əsərləri ümumiyyətlə vətənpərvərlik, qəhrəmanlıq, tarix və insanın daxili dünyası ilə bağlı mövzular ətrafında formalaşıb.

Zaur Ustac ədəbi yaradıcılığı boyu müxtəlif şeir kitabları, hekayə və esselər yazıb. O, şeirlərində milli-mənəvi dəyərləri üstün tutur, eyni zamanda Azərbaycanın tarixinə, qəhrəmanlarına dərin hörmət bəsləyir. Onun şeirləri sadə, lakin təsirli dildə yazılıb, Azərbaycan xalqının hiss və düşüncələrini əks etdirir.

Zaur Ustac həm də Azərbaycanın müstəqilliyi və milli kimliyi ilə bağlı mühüm işlər görmüş bir müəllifdir. O, əsərlərində Qarabağ müharibəsi, Azərbaycanın çətin anlarda göstərdiyi müqavimət kimi mövzulara tez-tez toxunur. Onun kimi yazıçıların Azərbaycan ədəbiyyatında milli ruhun dirçəldilməsi, yeni nəsillərə çatdırılmasında böyük rolu var.”

Mənbə – müəllif: Tələbə Lupası

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hələ nə zəfərlər gözləyir bizi!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac kimdir? Sualına “Süni İntellekt”in cavabı:

Zaur Ustac kimdir? Sualına “Süni İntellekt”in cavabı (24 avqust 2024):

(Tələbə Lupası)

-“Zaur Ustac, çağdaş Azerbaycan edebiyatında tanınmış bir şair, yazar ve edebiyatçıdır. 1970’te Bakü’de doğmuş, Azerbaycan’ın edebi sahnesinde önemli bir yer edinmiştir. Eserleri genellikle vatan sevgisi, kahramanlık, tarih ve insanın iç dünyasına dair temalar etrafında şekillenir.

Zaur Ustac’ın edebi kariyeri boyunca çeşitli şiir kitapları, hikayeler ve denemeler yazmıştır. Şiirlerinde milli ve manevi değerleri ön planda tutar, aynı zamanda Azerbaycan’ın tarihine ve kahramanlarına dair derin bir saygı besler. Şiirleri, sade ama etkileyici bir dille yazılmış olup, Azerbaycan halkının duygularını ve düşüncelerini yansıtır.

Zaur Ustac, aynı zamanda Azerbaycan’ın bağımsızlığı ve milli kimliği konularında da önemli çalışmalar yapmış bir yazardır. Eserlerinde sıkça Karabağ Savaşı ve Azerbaycan’ın zor zamanlarında gösterdiği direniş gibi konulara değinir. Azerbaycan edebiyatında onun gibi yazarlar, milli ruhu canlandırmak ve yeni nesillere aktarmak konusunda büyük bir rol oynamaktadır.”

Mənbə – müəllif: Tələbə Lupası

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xarizmatik şəxsiyyət Əlizadə Əhmədli yaradıcılığı barədə

Əlizadə Əhmədli yaradıcılığı haqqında

Bildiyimiz kimi poeziya dili duyğuları canlandıran ümdə funksiyadır. Bu nöqteyi-nəzərdən də qəlbə duyumlu sözlər Əlizadə Əhmədli poeziyasının söz dəryasına səyahət etmək üçün bizə kifayət edər.
İstedadlı şairin poetik üslubu duyğuları formalaşdıran, mənəvi zövq verən dünyadır.
Əsərlərindəki fəlsəfi düşüncə, humanizm hissi, həyati fon, orijinal ifadələr yazara ən yeni dövr Azərbaycan ədəbiyyatında əhəmiyyətli yer vəd edir.

“Bir şirin yuxutək çıxsam qarşına,
Düşərəm sevginin yaz yağışına”.

Şair sevgi mövzulu bu şeirində ömrün səhifələrini vərəqə dolğun düşüncə ilə yansıtmışdır. Sənətkarın məhəbbət məzmunlu əsərlərində müxtəlif keyfiyyətləri özündə birləşdirən estetik nümunələr yaradılmışdır.

“Dönər bayatıya, qüssəli səsə,
Bir sevgi ağlayar içimdə nəsə”.

Real həyat hadisələrini, romantik düşüncələrini, xəyal dünyasının orijinallığını yüksək səviyyədə ifadə edən Əlizadə Əhmədli müxtəlif mövzulara toxunmaqla oxucuda özünə rəğbət qazandırmışdır.
Mövzulara və əsərlərə nümunələr ilə yanaşsaq görərik ki, yazarın yaradıcılığında vətən profili əhəmiyyətli yer tutur.

“Nəğməsi dilimdə elə həzindir,
Döyünən ürəyim, coşan səsimdir”.

İstedadlı şəxsiyyət ədəbi fəaliyyətində bir çox mövzuya toxunmuşdur, bunlardan biri də ictimai şeirləridir ki, yazar bu əsərlərində dövrün problemlərini yüksək məharətlə qələmə almışdır.

“Bir dərdi ödəmir neçə min fikir”.

“Namərdi atlıdır, mərdi piyada,
Keçəl Həmzələri həddən ziyadə”.

Ədəbiyyat xadiminin sosial mövzulu əsərlərində də bədiilik və həyatilik balansı qorunulur, belə şeirlərdə folklor nümunələrinə və modernizmə üz tutmuşdur.
İstedadlı şairin poeziyası həm də humanizm ideyalarını təbliğ edən söz sərvətidir. Xüsusilə insanlara, oxuculara yaşamaqla, düzgün amalla irəliləməklə əhəmiyyətli pillə tutacağına inandırır.

“Həyat təbiətin ərməğanıdır,
Həyatın qədrini biləsən gərək”

Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı içərisində olduqca mühüm yer tutur və məzmun rəngarəngliyi ilə də yüksək pillədə qərarlaşır. Müxtəlif obyektlərə, canlılara əsərlər ifadə olunur, hələ ta qədimdən nəzər salsaq, şifahi xalq ədəbiyyatında demək olar ki, bütün heyvanlara, canlılara, quşlara müxtəlif əsərlər həsr edilmişdir. Müasir dövrə gəldikdə isə Səməd Vurğunun ceyrana, Əliağa Kürçaylının qaranquşa və.s bu sıranı sonsuz sayda artıra bilərik. Onlarda biri də “Bülbül” şeiridir ki, istedadlı yazar bülbülü elə canlandırmış və elə gözəl ruh vermişdir ki, əsrarəngiz quşun təkcə səsi yox onun daxili aləmi də üzə çıxmışdır.

“Nə ağlarsan, nə sızlarsan?
Səsin düşüb elə bülbül”.

Sözə incə dəyər verməyi bacaran şairin əsas xüsusiyyətlərindən biri də sözdən nəsə ummamasıdır. Çünki çoxsaylı oxucuların anlayışlı mütaliəsi görkəmli şairi oxucuları üçün ziyalıya çevirmişdir. Biz bu gün dövrün düşüncəsinə bələd, dolğun düşüncəyə sahib Əlizadə Əhmədli poeziyasına çox qısa şəkildə nəzər saldıq və oxucularda bu nöqteyi-nəzərdən məlumat ifadə etmiş olduq. Şübhəsiz ki, şairin yaradıcılığı olduqca genişdir, böyükdür, mövzu rəngarəngliyi isə olduqca zəngindir, növbəti məqalələrdə isə şairin yaradıcılığı mövzu əhatəsinə görə daha dərindən tədqiq edilərək oxuculara çatdırılacaqdır, mühüm, incə, çox vacib məsələlərə toxunulacaqdır. Xarizmatik şəxsiyyət Əlizadə Əhmədliyə yaradıcılığında uğurlar arzu edirik.

Müəllif : Elşən Təhməzov

Qiraətçi, şair Azərbaycan ədəbiyyatı üzrə tədqiqatçı.

Elşən Təhməzoun yazıları

Əlizadə Əhmədlinin yazıları

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səlim Babullaoğlu – “Norveç yazıları” üçün yerli dəyərləndirmə…

“Norveç yazıları” üçün yerli dəyərləndirmə…

Əziz Siyamək, həmin gün, ATV-nin, “El içində” verilişinin ədəbiyyatla bağlı texniki nöqteyi-nəzərdən uğursuz çəkilişi günü, o gün ki mən sizi, adınızı eşitsəm də ilk dəfə görəcəkdim, “Norveç yazıları” kitabınızı mənə verəcəkdiniz, həmin gün Günel Mövlud Aqil Abbasa nəsillərin bir-birlərinə münasibətləri müsətəvisindən “O nə deməkdi e, çadırda Üzeyir Hacıbəyov niyə doğulmur ki? Günel Mövlud doğulur, Üzeyir bəy doğulmur?” deyə irad edəcəkdi və bu mənə yersiz görünəcəkdi, indi bütün bunlar, baş verənlərin hamısı mənə bir qanunauyğunluq kimi görünür. Çünki həmin gündən etbarən sizin qiymətli əsərinizi oxudum və kitabınız həmin qaçqın mövzusunun davamı kimi göründü mənə sonradan. Fikirləşirəm ki, çadırda Üzeyir də, Günel də doğula bilər, amma onların hər biri bizim hər birimiz olmaq şanslarını saxlayılarsa da Üzeyir bəy olmaq imkanların itirmiş olacaqlar. Bilirsiz niyə? Çünki çadır (alaçıqdan danışmıram) vətənin olmadığına, onun itirildiyinə layiqsiz bir töhfə, parodiyadır. Onun altına məcburən qısılmış qaçqın başının üstündə dam olmadığını axıradək anlamır, çadır onu aldadır. Təsəvvür edin ki, döyüşə gedən əsgərə oyuncaq silah verirsən. Eyni zamanda, çadır həmin qaçqına həqiqi vətəninin onun elə özünün-öz bədəninin olduğunu da anlada bilmir, yenə çadır ona mane olur. Və bu kədərli kuryoz adamı-qaçqını qəzəbləndirir. Qəzəblə isə Üzeyir bəy olmaq mümkün deyil. Güneli bilmirəm, amma mən nə felyetonlarında, nə “bədii yaradacılığında” Üzeyir bəyin qəzəblə təsvir etdiyi bir personaja rast gəlmədim. Mən Məşədi İbadı mənfi personaj olaraq qəbul etdimsə də ona nifrət edə bilmədim, hesab edirəm ki, bu Üzeyir Hacıbəyovun böyük sevgisinin ifadəsi idi. Bütün insanlara. Amma çadırda, konslagerdə doğulmaq və yaşamaq olar, hətta Paul Selan da, Gunel də olub bəzən qəzəbli, bəzən kədərli təcrübəni uğurla fiksə edib onu şeirə də çevirmək, onu təssüf ki, saf-çürük eləmədən həmişə oxuculara ötürmək də olar-bu isə başqa mövzudur artıq.

Qaçqın- vətənini itirmiş adamdır. Könüllü ya könülsüz, təbii ki, fərqi varsa da bu indiki yazının predmeti olmayacaq. Qaçqının vətəni öz canı, bu vətənin sərhəddi onun öz bədənidir, çadır aldatmasın gərək. Və bu səbəbdəndir ki, yəqin qaçqın şəxsiyyətinə aid ən kiçik anlaşılmazlığı vətənə təcavüz qədər şişirtməyə meyllidir. İfrat həssasdır, baş verən ən adi hadisə həmişə onun sərhədləri yanında baş verir, onun qiymətləndirməsi çox subyektivdir. Əziz Siyamək, insanlar bir an ərzində yalnız bir yerdə olmaq, bir şey demək, bir şeyi düşünmək, bir şeyi görmək imkanındadırlar deyə subyektivlik qaçılmazdır və mən sizi qətiyyən subyektivlikdə suçlamaq istəmirəm. Digər tərəfdən, bu həm də yaxşıdır, çünki “hər şeyi itirmək- heç nəyi olmamaq azadlığın nişanlarından biridir”. Məhz azad adamlar öz subyektivliiklərində təmənnasızdılar. İnsanlar qaçqınlıq halını daim hiss etsəydilər, yəni onları çadır deyilən yalançı dam, yaxud da ki, fərq etməz elə dam aldatmasaydı, bir qədər də anlsaydılar ki, biz geç-tez öz böyük vətənimizdən könüllü ya könülsüz köçəcəyik, yaşadıqları cəmiyyətlərin eyibləri daha asan gözə çarpar, onları aradan qaldırmaq daha tez mümkün olardı məncə.

Hər şeyini itirmiş bir adamın yad bir ölkədə yaşaması və yaşam təcrübəsini dəqiqliklə və həssalıqla qeydə alması çox unikal hadisədir. Bizim cəmiyyət üçün olduqca vacibdir. Niyə? Çünki qədim dünyaya yenicə açılmış bir dövlətin insanları kimi biz “filan yerdə belədir, biz də isə başqa cürdür, pisdir” deməyə meylliyik. Yeri gəlmişikən, yenicə mütaliəsinə başladığım- həm də Siyamək kimi həmvətənlərinin və özünün yeni Amerika şəraitindəki vəziyyəti haqqınında yazdığına görə Dovlatovun “Əcnəbi qadın” (“İnostranka”) romanından bir misal gətirmək istəyirəm : “Mənə bir amerikalı belə deyib…Biz (qaçqınlar, emiqrantlar -S.B.) bu frazanı qəti qərar, qarşısıalınmaz arqument intonasiyası ilə söyləyirik. Misalçün: mənə bir amerikalı deyib ki, nikotin sağlamlığınıza ziyandır..” Düşünürəm ki, bizim də belə bir kompleksimiz var. Amma mən bu dünyada, hamımızın qaçqın və köçkün statusu ilə yaşadığımız bu maddi dünyada «cənnət axtarışlarını yersiz və təhqiramiz bir şey hesab edən» adam kimi sizin «Norveç yazıları» (Norveçdə bir Azərbaycanlının başına gələnlər) kitabınızı dediyim kompleksdən yaxa qurtarmaq baxımından yüksək dəyərləndirirəm. Və başqa nöqtələrdən də. Siz əsərə Norveç tarixi və reallıqları, bu haqda BMT rəyləri və statistikası ilə başlayırsınız. Məsələ də budu ki, əsər turist qeydləri deyil; burda coğrafiyanın özəllikləri, flora və fauna, muzeylər, konsert salonları haqqında cibi dolu turistin vəcd dolu cümlələri yoxdur. Digər tərəfdən bu bayaq dediyim qaçqının- hər şeyini indiki halda könüllü də olsa itirmiş bir adamın- azad və deməli həssas birinin qeydləridir.


Şərhsiz olaraq əsərdən bəzi seçmələrə diqqət yetirin:
«Bu günkü dünyada statistikaya söykənən bilgilər bir toplumu tanıyıb və tanıtmasında nə qədər önəmli rol oynasa da, bir o qədər də toplumun zəif səmtlərini basdırmaqda (ört-basdır eləməkdə- S.B.) rol oynayır»
«Norveçli öz mediasında yayınlamayan bilgilərə şübhəli yanaşır»
«Bir çox norveçlinin düşüncəsində üçüncü və ikinci dünyadan olan yabançının ölkəsində heç nə yoxdur. Cibləri və başları boş insanlardılar ki, ölkələrinin təbiəti də kasıdır…»

«Xaricilər 2 dəstəyə bölünməyə başladı: müsəlmanlar və qalan xaricilər»
«Norveç standartlarını öyrəndikdən sonra başa düşdüm ki, bizim aramızda olan ilişgi şefimçün çox dərin dostluq hesab olurdu. Bizlərin arasında səmimi və normal dostluq adlanan ilişgi, məncə Norveçdə eşq səviyyəsində dəyərlənə bilər və bu üzdən bəlkə bizim eşq adlandıdığımız duyğu bunlar üçün dəlilikdən başqa heç nə deyil.»
«Kişilər qadınlardan, körpələrdən, qaçqınlardan, heyvanlardan sonra gəlir…»


Əziz Siyamək, «Norveç yazıları» nda çoxlu maraqlı məqamlar var. Misal üçün statistika və BMT-ni dəyərləndirmə çox maraqlıdı . Metafizik çalarlarıyla əlbəttə. Vətənini itrmiş adam və BMT. Heç nəyi olmayan qaçqın və dünya evi. Reallıq əvəzinə rəqəmlər. Sizi bilmirəm, amma BMT-ni ümumən küncsüz masalar ətrafında vecsiz dialoqlar aparan lazımsız təşkilat hesab etmişəm. Əlbəttə soruşsalar ki, olmamağımı yaxşıdır, olmağımı, ikinci variant üzərində dayanmağım qaçılmazlıqdı. Qaldı statistikaya- bir yerdə ki, ölən adamların iniltiləri kar rəqəmlərdə eşidilmir , yandırılan ərazilərin acı doğuran təsvirləri kor ədədlərin simasında görünmür, bu haqda nə demək olar. Amma əlbəttə yenə də statistikanın olmaması daha pisdi sanıram. Və əsərinizdəki altı illik ağır təcrübəniz bu qənaətlərimi təsdiqləyir deyə məmnunam. Ümumiyyətlə əsərinizi bu qənaətinizlə başlamanız, yəni o şey ki, sonda qazanılıb, nəticəyə gəlinib- əvvəldə səslənir, bu təhkiyə nöqteyi-nəzərincə daha doğrudur məncə. Burda elə cümlələr var ki, onlar bəzən aksiomadır təssüratı yaradır və Norveçi əsərlərdən və bir az da mətbuatdan tanıyan bir adam kimi məndə qətiyyən şübhə doğurmur. Digər tərəfdən öz ölkələrini bir çox parametrlərinə görə Avropanın birincisi edən, üstəlik on minlərlə başqalarını da qəbul etməyə imkanı çatan dövlətin vətəndaşları əlbəttə əsla ağılsız deyil, əksinə işgüzar və ağıllıdırlar. Amma onların da öz kompleksləri var. Əsər elə məhz bu (!) baxış açısından maraqlıdır. Yəni Azərbaycan oxucusu bir Avropa xalqının komplekslərindən və reallıqlarından bəhs edən çox qiymətli əsəri oxumaq imkanı qazanmışdır.

Bu əsər məncə müstəqillik dövrümüzün çoxlu keyfiyyətlərinə görə müstəsna bir əsəridir. Digər tərəfdən dil nöqteyi-nəzərindən bir çox vərdiş etdiyimiz normativlər pozulubdusa da elə məhz həmin keyfiyyətlərinə görə kitabın oxusu asanlaşır. Çünki müəllif şifahi nitqinin çalarlarını yazıya gətiribdi. Üsətəgəl, nəzərə alsanız ki, müəllif cənubi Azərbaycanlıdır, məhz dilimizin
cənubdakı nüanslarının, şirinliyinin bizimlə bu sayaq qaynayıb-qarışması da gözəldir zənnimcə.
Sonda böyük məmnuniyyətlə kitabın müəllifi ilə yanaşı onun naşirinə, sonra isə əlbəttə onun redaktoruna- Rasim Qaracaya də təşəkkür etmək istərdim.Hesab edirəm təsis etdiyi seriyanın növbəti və həqiqi dəyərli əsərini çap etməyə nail olub.
Kitab həm də əmtəədi. Bu əmtəənin isə dizaynı gözəl (Rəssamı Ayxanın zəhmətidi), vərəqləri sarı (göz üçün yorucu deyil), çəkisi yüngül (kitab oxuyan daş daşımadığının fərqində olmalıdı), qiyməti münasibdi. Bu isə «Jalə» şirələrinin havadarlığı olmadan yazılan yazıda sonuncu reklam arasında səslənən sözlər idi.

Müəllif: Səlim BABULLAOĞLU

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru