
10 fevral Azərbaycanın dünya miqyasında tanınmış görkəmli ziyalılarından olan alim Əliyev Rafiq Əziz oğlunun doğum günüdür! Doğum günü münasibətilə Rafiq müəllimi səmimi qəlbdən təbrik edir, həyatda uzun ömür can sağlığı arzulayıram!
Əliyev Rafiq Əziz oğlu 10 fevral 1942-ci il də Ağdam rayonunun Novruzlu kəndində anadan olub.
O, 1998 ci ildən Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Dövlət Universitetinin (Atlanta, ABŞ) MBA proqram direktoru, 2001 dən isə bu universitetlərin BBA proqram direktorudur.
Əliyev Rafiq Əziz oğlunun Azərbaycan və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi tədqiqat işlərinin təşkilində böyük rolu olub. Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130 dan çox elmlər namizədi, 25 elmlər doktoru hazırlayıb. Tələbələri hazırda təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də (ABŞ, Almaniya, Türkiyə, Rusiya, İran və s.) fəaliyyət göstərirlər.
Onun bilavasitə rəhbərliyi və iştirakı ilə Avropanın bir sıra ölkələrində, Özbəkistanın Daşkənd şəhərində, Türkiyənin Antalya şəhərində beynəlxalq elmi konfranslar keçirilir.
Əliyev Rafiq Əziz oğlu informatika və idarəetmə, süni intellekt, qeyri səlis məntiq və Soft Kompyutingə həsr olunmuş 70 ə yaxın kitabın, 350 dən çox elmi məqalənin müəllifidir.
Hörmətlə, Əli Yunisov
P.S. Akademik Rafiq Əliyevin 83-cü yaşı münasibətilə bu qeydləri yazarkən qürur hissi keçirirəm.
Mən, Rafiq müəllimlə bir rayonda doğulmuş, Ağdam 1- saylı orta məktəbdə oxumus, eyni ali məktəbi bitirmişik (sovet vaxtı M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institunu).
Rafiq müəllim 1977-ci ildə institutda mənə dərs deyib.
Yüz yaşa Rafiq müəllim!!!
Birlikdə fotolar:







>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru