“QafqazHüquq” MMC – Rəqəmlərin dili göstərən uğurlar və gənc kadrların yetişdirilməsinə verilən töhfə

“QafqazHüquq” MMC – Rəqəmlərin dili göstərən uğurlar və gənc kadrların yetişdirilməsinə verilən töhfə
Paytaxtda fəaliyyət göstərən “QafqazHüquq” Məhdud Məsuliyyətli Cəmiyyəti həm göstərdiyi xidmətlərin statistik göstəriciləri, həm də gənc hüquqşünas kadrların yetişdirilməsinə verdiyi töhfə ilə diqqət çəkir. Fəaliyyət göstərdiyi ötən illər ərzində əldə etdiyi statistik göstəricilər şirkətin bazarda tutduğu mövqeyi və qazandığı etimadı əyani şəkildə nümayiş etdirir.
Hazırda 3 ildən artıq zəngin peşəkar təcrübəyə malik olan şirkət rəqəmsal platformaları üzərindən son bir ildə minə yaxın qeydiyyatdan keçmiş istifadəçiyə tam xidmət göstərib. Şirkətin hüquqşünasları tərəfindən müxtəlif sahələr üzrə 46-dan çox hüquqi müqavilə və sənəd paketi hazırlanaraq uğurla icra edilib.
Qafqaz Hüquq ənənəvi hüquq xidmətləri ilə yanaşı, proseslərin rəqəmsallaşdırılmasına xüsusi diqqət ayırır. Şirkətin rəsmi saytı vasitəsilə müştərilər evdən çıxmadan onlayn şəkildə müraciət edə, müqavilə xidmətlərindən yararlana və mərkəz tərəfindən verilən sənədlərin həqiqiliyini operativ şəkildə yoxlaya bilirlər. Bu şəffaf və müasir idarəetmə modeli şirkətin qısa müddətdə ölkə üzrə tanınan və etibarlı brendə çevrilməsini təmin edib.
Rəqəmsal sahədəki uğurları ilə yanaşı, “QafqazHüquq” MMC ölkədə ixtisaslı kadr potensialının artırılmasına və hüquqşünasların peşəkar inkişafına da xüsusi önəm verir. Mərkəz tərəfindən mütəmadi olaraq hüquq sahəsində ixtisaslaşdırılmış intensiv təlim proqramları və praktiki kurslar təşkil olunur.
Nəzəri biliklərin real iş mühiti ilə uzlaşdırıldığı bu proqramlar hüquq fakültəsi tələbələrinə və sahə üzrə biliklərini artırmaq istəyən mütəxəssislərə dərin praktiki vərdişlər qazandırır. Təlimləri uğurla başa vuran iştirakçılara şirkətin rəsmi sertifikatları təqdim olunur. Verilən sertifikatların etibarlılığını təmin etmək üçün mərkəz unikal rəqəmsal yoxlama sistemi yaradıb — hər bir iştirakçı və ya işəgötürən sənədin doğruluğunu şirkətin rəsmi internet səhifəsi üzərindən saniyələr ərzində yoxlaya bilər.
İndiyədək bu proqramlar çərçivəsində 18-dən çox şəxs müvafiq sertifikatla təltif olunub ki, bu da şirkətin cəmiyyətin maarifləndirilməsinə və peşəkar kadr hazırlığına verdiyi mühüm töhfənin göstəricisidir.

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

>>>>EK.ANL.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir