
Yeddiləvin bayramınız mübarək!
Bizim tərəflərdə sonuncu bayram çərşənbəsinə-yənit Torpaq çərşənbəsinə Yeddiləvin günü, uşaqlar isə Hallabaca günü deyirik. Novruzun ən əlamətdar günüdür bu gün. Uşaqlığımızın unudulmaz anları bu günlə bağlıdır.
Səhər tezdən oyanıb nənəmizə, bibimizə, vardırsa böyük evli bacılarımıza pay (çərəz) aparardıq. Aparıdğımız payın qarşılığında da ən dəyərli hədiyyə olan qırmızı yumurtuamızı alardıq.
- Axşama hər kəsin həyətində hallabaca yanardı. Yəni ocaq qalardıq. O zamanlar fişəng falan olmazdı, ona görədə köhnə əskiləri məftilə dolayıb məşəl düzəldər, kimin ən ucaya atdı yarışını edərdik. Varlılar zırpaket partladardılar… Ocaqdan hoppanıb, sönməsini gözləyərdik. Atam ocağın közünü 7 yerə dağıdıb, torpaq çərşənbəsidir, qoy ilan, çayan da hiss etsin, ahavalarını qızdığını deyərdi. Bu ilanın payı, bu çayanın payı…
- Sonra evə keçərdik və anam torbaları gətitərdi, atam nəlbəkini götürüb yeddi növ çərəzdən hərəmizin torbasına bir, anamın torbasına iki nəlbəki tökərdi. Deyərdi ki, biri də qonaq -qaranın. Sözsüz ki, anam üçün ayrılan payın hamısı qonaqlara gedərdi. Özünə pay çəkməzdi…
- Sonra da ən yaxın qonşulara torba atmağa gedərdik. əslin torba atmaq məhz nemət qazanmaq üçün deyildi, əyləncə üçün idi.
P.S. Bu gündə ən sevmədiyim hal bizə alınan təzə paltarları, ayaqqabıları geyə bilməməyimiz idi. Çünki 21 martda geyilməli idi hamısı… Və beləcə 21 martı gözləyərdik.
Müəllif: Şəmil Sadiq
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru