
VİCDAN AĞLAYAR
Həyatın ən gözəl rəngləri solur,
Mələklər dözməyir gözləri dolur.
Ay Allah!, nə yaman günahlar olur,
Vicdanı susdurub səsin kəsəndə.
Azad yaratmışdır yaradan bizi,
İstəyir görünsün vicdanın izi.
Azadlıq axsayır, ağrayır dizi,
Vicdanı susdurub, səsin kəsəndə.
Rəbbimiz bəxş etmiş hər kəsə vicdan,
Qorusun dünyanı!, bildirib “Quran”.
Tanrı üz çevirir, görəndə insan,
Vicdanı susdurur, səsini kəsir.
Laqeyid qəlblərdə şeytan bəslənər,
Fitnəkar gözlərdə ilan gizlənər.
Həqiqət ağlayar, ədalət küsər,
Vicdanı susdurub, səsin kəsəndə.
Azadlıq nəğməsi uçur göylərə,
Çağırır Allahı, baxsın yerlərə,
Dağıtsın zülümü, atsın sellərə,
Vicdanı susdurub, səsin kəsəndə…
Müəllif: NATELLA NUR
“YAZARLAR” – SİFARİŞ ET
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru