
1932-ci ildə Avstraliyanın qərbində hərbi əməliyyat keçirilmişdi. Düşmən dəvəquşular idi. Dəvəquşuların qazandığı və Avstraliya ordusunun məğlub olduğu bu döyüş haqqında maraqlı məlumatları sizlərə təqdim edirik. Mövzuya I dünya müharibəsinin başlamasından başlaya bilərik, çünki bu ümumi müharibənin də təsir etdiyi 1929-cu il iqtisadi böhranı dəvəquşu müharibəsinin səbəbkarı idi. Avstraliya əsgərləri I dünya müharibəsindən sonra mülki həyatlarına geri dönüb işləməyə məcbur idi. Ancaq bütün dünyanı əhatə edən iqtisadi böhrandan sonra buğdanın qiymətinin düşməsi vətəndaşlara təsir göstərməyə başlamışdı. Bu vəziyyətə o dövrün Avstraliya hökuməti çarə tapa bilmirdi və xüsusilə mülki həyatlarına qayıdan əsgərlər yaşamaq uğrunda mübarizə aparırıdı. 1932-ci ildə, təxminən 20 min dəvəquşu Qərbi Avstraliyaya köç edir. Bu dəvəquşular sözügedən ərazidə məskunlaşmağa başlayır və həmin yerdə əkinçilərin təsərrüfatına xeyli ziyan vurur. Qısa bir müddət ərzində Avstraliya üçün böyük təhdid olan dəvəquşularına qarşı savaş başlayır. Əsgərlər silahlarla dəvəquşularını kütləvi şəkildə öldürməyə qərar verir. Lakin sərf edilən xeyli mərmilərə rəğmən 100-dən az dəvəquşu vuran əsgərlər geri çəkilməyə məcbur qalıb. Atılan güllələrə qarşı mükəmməl şəkildə kamuflyaj olmağı bacaran dəvəquşular haqqında həmin dövrün qəzetləri də yazırdı. Qəzetlərdə həmin dəvəquşularının döyüş strategiyasından bəhs edilirdi.Daha sonrakı illərdə də buna oxşar hadisələr baş verdi. Hökumət 1950-ci ildə dəvəquşuların oraya daxil olmasının qarşısını almaq üçün həmin əraziyə hasarlar çəkdirdi. Dəvəquşular bu tragikomik müharibənin qalibləridir və tarix bu savaşı ’The Great Emu War’’ kimi yəni “Böyük dəvəquşu savaşı” olaraq qeydə alıb.
Mənbə və müəllif: Həqiqət İbrahimova
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında