Şahmat və Nərd oyunu haqqında – Əfsanələr

Əfsanəyə görə hind imperatoru məsləhətçilərinə, uşaqlarının döyüşdə yaxşı düşünən, uğur qazana bilən bir sərkərdə olmaları üçün yol göstərməsi haqqında təlimat verir. Bu təlimat üzrə imperatorun məsləhətçilərindən Herssabbin Dahir adlı bir hind mütəfəkkiri şahmat oyununu kəşf edir.

Hind imperatoru bu şahmat oyununu, yanında bir məktub ilə birlikdə hədiyyə olaraq fars imperatoruna göndərir. Məktubunda oyunla əlaqədar heç bir şərh vermir, yalnız:

Fars imperatoruna:

Kim daha çox düşünür,

Kim daha yaxşı bilir,

Kim daha çox irəlini görürsə, o qazanar.

Bax, HƏYAT BUDUR!” yazır.

Fars imperatoru bu məktubu dövrün savadlı alimi, müdrik vəziri olan Büzür Mehir ilə paylaşır və ondan əvvəlcə oyunu aydınlaşdırmasını, sonra da qarşılıq olaraq hind imperatoruna hədiyyə etmək üçün başqa bir oyun icad etməsini istəyir.

Büzür Mehir 10 gün müddətində nərd oyununu icad edir. Onun tərəfindən hazırlanan nərd oyunu dünyanın ən məşhur oyunlarından biridir. Zaman məfhumundan ilham alaraq hazırlanan bu oyun son dərəcə təsir edicidir.

Nərdin 4 küncü 4 mövsümü, içindəki qarşılıqlı 6 xana 12 ayı, oyun daşlarının sayı ayın 30 gününü, qara-ağ rəngdə olması gecə və gündüzü, qarşılıqlı 12 xana isə günün 24 saatına işarədir. Nərddə 4500-ə yaxın hücum ehtimalı olduğundan oyunda ustalaşmaq əhəmiyyətlidir. Ancaq zərlərin şansı simvolizə etməsini nəzərə alaraq şans (bəxt) amili də önəmlidir.

Büzür Mehirin icad etdiyi oyunu çox bəyənən fars imperatoru hind imperatorunun hədiyyəsinə qarşılıq olaraq nərd oyununu göndərir. Hədiyyəsi ilə birlikdə göndərdiyi məktubda isə belə yazır:

Hind imperatoruna:

Bəli,

Kim daha çox düşünür,

Kim daha yaxşı bilir,

Kim daha çox irəlini görürsə, o qazanar.

Amma bir az da şans gərəkdir.

Bax, HƏYAT BUDUR!
(C)

Məlumatı hazıladı: Amina

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir