
QAR YAĞIRDI
Bu gecə səni gördüm
Bu gecə qar yağırdı.
İkimizi bir yerə
yağan qarmı çağırdı?
Yağan qar elə bil ki,
Göylərin busəsiydi.
Bəlkə göylə torpağın
sevgi əfsanəsiydi…
Qar yağırdı gəlintək
bəzəyirdi dünyanı.
Tərtəmiz bir ağ sevinc bürüyürdü hər yanı.
Bu ağappaq gözəllik göylərin sehri idi.
Torpağa danışdığı gizli bir sirr kimiydi.
Öz bəyaz libasında
Möcüzəydi bu gecə.
Xoşbəxt idik ikimiz,
Xoşbəxt idi bu gecə.
Torpaq xumarlanırdı,
bu gecə qar yağırdı.
Bizə elə gəlirdi
göylər gülümsəyirdi.
Hər düşən qar dənəsi
“xoşbəxt olun” deyirdi.
Müəllif: Kamalə ABİYEVA
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
One thought on “Kamalə Abiyeva: – “Bu gecəyə…””