KİFAYƏT KƏRİMQIZININ ŞEİRLƏRİ

KİFAYƏT KƏRİMQIZININ ŞEİRLƏRİ

Bir ovuc torpaq

Bir ovuç torpağı götürdüm ələ,
Ayrılıq sözünü gətirdim dilə.
Özüm bilə-bilə sıxdım əlimi,
Yenidən torpağı buraxdım yerə.
Çırpınan ürək tək o gəldi mənə,
Kimləri udmusan, ey qara torpaq?
Əzizi-xələfi salmısan uzaq,
Sənin qucağında, de, kimlər yatır?
Şah ilə nökərə sən fərq qoymadın,
Burda sən onları heç ayırmadın.
Hər biri olubdur bir ovuç torpaq —
Bunun üçün, ey insan, vuruşmaq nahaq.
O bizim heç zaman olmayacaqdı,
Onun üçün vuruşan uyuyacaqdır,
Bir ovuç torpaq olana qədər,
Bu dünya viranə qalana qədər.
De, kimlərə dərman olubdu səndən,
Göz yaşı axıdıb töksə sinədən?
Bir yazıq ananın, bax, naləsindən
Yoğrulub qaraya boyanan torpaq —
Bəlkə də fəryaddan oyanan torpaq.

Yaz yağışı

Dünən yağış yağırdı —
Sevimli yaz yağışı.
Bu yağış isladırdı,
Saf sevgini, baxışı.
Ürəklərə yağaydı —
Kaş ki, bu yaz yağışı
İsladaydı qəlbimdə
Olan gözəl naxışı.
Bu naxış xatirədir,
Yaz yağışından qalıb.
Sular göydən düşdükcə,
İnan, qəlbim üşüyür.
O torpağa düşəndə
Gözəl qoxu bürüyür.
Yaz yağışı, bir dayan —
Ürəyimdə nisgil var.
Göydən düşən damcılar
Xəyalları da yuyar.
Yağ, aramla sən yağ ki,
Dərin xəyala dalım,
Gözlərimi yumaraq
Xatirələrə dalım…
Qoy küləklər gətirsin
Cavanlığın ətrini,
Bu qış ömrümə yağ ki,
Bəlkə baharım gələ…

Mən dünyanı uduzmağa gəlmişəm

Mən dünyanı uduzmağa gəlmişəm,
Payız fəsli ağlayaraq gəlmişəm.
Bu gəlişlə sevincləri silmişəm,
Bu dünyaya uduzmağa gəlmişəm.
Mən sevgidə gözlərimi silmişəm,
Ürəyimin səsini dinləmişəm.
Həqiqətin kor gözümlə görmüşəm,
Mən bu dünyaya uduzmağa gəlmişəm.
Anlamırdım həyat belə qısadır,
Gənclik ömrü yanmaq üçün puçadır,
Nakam sevgi ömür təki qısadır,
Ömrü boyu heç olmağa gəlmişəm.
Mən dünyaya uduzmağa gəlmişəm.
Bu dünyaya uduzan kim, udan kim,
Fərəhindən qanadlanıb uçan kim,
Mənim kimi röyalarda yatan kim,
Zər də tutub oyunlara baxan kim,
Həyatı ilə razılaşıb qalan kim,
Arzusuna, niyyətinə çatan kim,
Mən kimi xəyallarda qalan kim,
Mən dünyada uduzmağa gəlmişəm.

Müəllif: Kifayət Kərimqızı

Kifayət Kərimqızının digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir