
Kərəm eylə
(Şah İsmail Xətainin “Kərəm eylə” şerinə nəzirə)
Dünya malı vəfa qılmaz,
Haqq yoluna kərəm eylə.
Ömrü boyu Yaradanın,
Camalına kərəm eylə.
Qərar vermə tək başına,
Səhvin baxmaz göz yaşına.
Sirr verəndə siradşına,
Kamalına kərəm eylə.
Yaşa ömrü din-imanla,
Vaxt ötürmə nagümanla.
Ruzi qazan sər-səhmanla,
Halalına kərəm eylə.
Damət, soyun ulu irsi,
Xətaidən aldın dərsi.
Düz görünər çox əyrisi,
Amalına kərəm eylə.
06.03.2024.
Müəllif: Damət SALMANOĞLU
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında