www.bitik.az tərəfindən yazılmış bütün yazılar

TƏXƏYYÜL ART GROUPUN” TƏŞKİLATÇILIĞI İLƏ “QARANOHURUN PAYIZ MƏNZƏRƏSİ” ADLI YARADICILIQ TURU KEÇİRİLDİ

TƏXƏYYÜL ART GROUPUN” TƏŞKİLATÇILIĞI İLƏ “QARANOHURUN PAYIZ MƏNZƏRƏSİ” ADLI YARADICILIQ TURU KEÇİRİLDİ

Təbiətin əsrarəngiz rəngləri, rəssamların, şairlərin, musiqiçilərin təxəyyülü və sənətin birləşdiyi unudulmaz bir gü18 oktyabr 2026-cı il tarixində
Təxəyyül Art Group-un təşkilatçılığı ilə
Azərbaycanın füsunkar təbiətini tanıtmaq, payızın rəngarəng gözəlliklərini sənət vasitəsilə ifadə etmək və sənət adamlarının yaradıcılıq imkanlarını nümayiş etdirmək məqsədi daşıyan bu səfər iştirakçılar üçün həm təbiətlə ünsiyyət, həm də yaradıcı fəaliyyət baxımından maraqlı bir təcrübə oldu.
Yaradıcılıq turunun marşrutu Şamaxı şəhərindən başlayaraq İsmayıllı rayonunun Talıstan kəndi və Qaranohur gölü istiqamətində davam etdi. Yolboyu Azərbaycanın təbiət mənzərələri, dağların əzəməti, meşələrin payız libası və ətraf aləmin yaratdığı rəng harmoniyası iştirakçıların diqqətini cəlb etdi.
Tur içtirakçıları dağ maşınları ilə qalxaraq, Qaranohura çatdıqda füsünkar gözəlliyin içində, gözəl sənətkar Elçin İsmayıllının və musiqiçi dostlarının gözəl musiqisinə qulaq asaraq qarşılandılar.
Daha sonra rəssam Vüsalə Yunusovanın ideyası olaraq, yaradıcılıq turunun ən maraqlı məqamlarından biri qrup rəssamlarının – Natiq Nəcəfzadə, Vüsalə Yunusova, Qənirə Əsgərova, Fərəh Babayeva, Nərgiz Verdiyeva, Məryəm Abdullazadə payızın əsrarəngiz qızılı rənglərindən və isti rəng çalarlarından istifadə edərək çətirləri yaradıcı iş səthinə çevirdilər. Yəhya Cəlilov, Sara Quliyeva və Cahan Səfərova isə o gözəlliyi davam etdirdilər. Ənənəvi rəsm səthlərindən fərqli olaraq, çətir üzərində işləmək rənglərin, formaların və kompozisiyanın yeni bir müstəvidə ifadəsini tələb edirdi. Payızın gözəlliyini özünəməxsus şəkildə ifadə etmək, rənglər vasitəsilə duyğuları çatdırmaq və adi əşyalara bədii məna qazandırmaq yaradıcılıq prosesinin əsas xüsusiyyətlərindən oldu.
Bunun ardınca vokal üzrə 1-ci dərəcəli laureat, Xalq Artisti Fidan Hacıyevanın tələbəsi – Aynur Yunusovanın, Sara Quliyevanın, Səadət Cəfərovanın, Sevil Soltanovanın ifasında gözəl musiqilər iştirakçılar tərəfindən çox gözəl qarşılandı.
Qrupun söz, şeir sənətkarları – Vüsal Ağa, Zaur Ustac, Bayraməli Qurbanoğlu, Mehman İsmaylov, Sara Quliyeva, Aidə Telmanqızı, Nofəl Ümid, Sevil Soltanova, Yəhya Cəlilov, Elçin İsmayıllı təbiətin füsünkar gözəlliyindən ilham alıb biri-birindən gözəl şeir nümunələri söylədilər.
Daha sonra qrup üzvləri Cəmilə Əsgərova və Məryəm Abdullazadənin doğum günləri qeyd olundu, ad günü tortu kəsildi. Qrup rəhbəri – Natiq Nəcəfzadə və qrup müavini – Vüsalə Yunusova tərəfindən yubilyarlara xatirə hədiyyələri təqdim olundu.
Sonda iştirakçılara sertifikatlar təqdim olundu.
Bakıya qayıdarkən tur iştirakçıları pürrəngi samovar çayı ətrafında toplaşaraq gün ərzində olan özlərinin xoş təəsüratlarını bölüşdülər.
Tur ərzində fotoqraf – Nofəl Ümid tərəfindən xatirə fotoları çəkildi.
Təbiət hər fəsildə fərqli gözəlliklər təqdim edir. Məhz bu baxımdan, belə yaradıcılıq səfərləri sənətlə təbiət arasında mənəvi əlaqənin möhkəmlənməsinə töhfə verir.
Təxəyyül Art Group bundan sonra da incəsənətə marağın artırılması, yaradıcı təşəbbüslərin dəstəklənməsi və Azərbaycanın təbiət gözəlliklərinin sənət vasitəsilə tanıdılması istiqamətində fəaliyyətini davam etdirməyi qarşıya məqsəd qoyur.
Təbiətin rəngləri ilhamımız, sənət isə ifadə dilimizdir!
Təxəyyül Art Group — təbiətdən ilham alır, sənətlə dünyanı rəngləndirir!

“Təxəyyül Art Group” — sənət, dostluq və gözəl xatirələrin bir ünvanı!


Məqaləni hazırladı: Vüsalə Yunusov

Xatirə fotolarının müəllifi: Nofəl Ümid

Saytlarda yerləşdirdi: Cəmilə Əsgərov,  Zaur Ustac

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Azərbaycanın müstəqillyinin lehinə səs verənlərin siyahısı

Bu gün 18 oktyabr Dövlət Müstəqilliyi Günüdür

1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər.

Müstəqilliyimizin lehinə səs verənlərin siyahısını sizə təqdim edirik:

İsa Qəmbər
Füzuli Axundov
İxtiyar Şirinov
Əyyam Musayev
Vaqif Novruzov
Vahid Əhmədov
Ramiz Fətəliyev
Cümşüd Nuriyev
Məmməd Xələfov
Etibar Məmmədov
Nəriman Həsənzadə
Firudin Cəlilov
Sabir Rüstəmxanlı
Tofiq Bağırov
Mürşüd Məmmədli
Şadman Hüseynov
Faiq Baxşəliyev
Mirmahmud Fəttayev
Ədalət Rəhimov
İsgəndər Həmidov
Mətləb Mütəllimov
Tahir Əliyev
Rəhim Qazıyev
Tamerlan Qarayev
Eldar Bağırov
Tofiq Qasımov
Məryəm Həsənova
Arif Hacılı
Tahir Kərimli
İsmayıl Şıxlı
Yusif Səmədoğlu
Maşallah Abdullayev
Hacıbaba Əzimov
Bayram Bayramov
Hicran Kərimli
Heydər Əliyev
İbrahim İbrahimli
Allahverdi Həsənov
Sülhəddin Əkbər
Şahmərdan Cəfərov
Fərəc Quliyev

Mənbə: Modern.az 

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I

“Ədəbi ovqat” jurnalı

“Ədəbi ovqat” Azərbaycanda nəşr olunan aylıq/dövri ədəbi-bədii jurnaldır və dördüncü ildən artıqdır ki, oxuculara təqdim olunur. [1, 2]

Əsas məlumatlar:

  • Təsisçi və imtiyaz sahibi: Rəfail Tağızadə
  • Baş redaktor: Vaqif Osmanlı (şair, publisist, tədqiqatçı)
  • Baş redaktor müavini: Şahnaz Kamal
  • Məsul katib: İlahə Səfərzadə
  • Rəssam: Sehran Allahverdi
  • Korrektor: Sima Salamova [1, 2]

Jurnalın fəaliyyəti:

  • Nəşr tarixi: 2021-ci ildən etibarən çap olunur. [1]
  • Məzmunu: Jurnalda müxtəlif müəlliflərin poeziya (şeirlər), nəsr (hekayələr), publisistik yazıları və dünya ədəbiyyatından tərcümələr dərc olunur. [1, 2]
  • Növbəti saylar: Nəşrin sonrakı buraxılışları mütəmadi olaraq işıq üzü görür (məsələn, son dövrlərdə 17-ci, 18-ci və 19-cu sayıları oxuculara çatdırılıb). Jurnalın seçilmiş nüsxələri və PDF variantları Yazarlar.az kimi ədəbi platformalarda paylaşımlara açıqdır. [1, 2, 3, 4]

Müəllifləri, ədəbiyyatsevərləri təbrik edirik.

“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisi

“ƏDƏBİ OVQAT” JURNALI PDF


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Ədəbi ovqat” Azərbaycanda nəşr olunan ədəbi-bədii jurnal və dərgidir

“Ədəbi ovqat” Azərbaycanda nəşr olunan ədəbi-bədii jurnal və dərgidir. [1, 2]

Əsas məlumatlar:

  • Təsisçi: Rəfail Tağızadə
  • Baş redaktor: Vaqif Osmanov (Vaqif Osmanlı)
  • Baş redaktor müavini: Şahnaz
  • Nəşr statusu: Dərgilər vaxtaşırı olaraq işıq üzü görür və PDF formatında Yazarlar saytında oxuculara təqdim olunur.
  • Son buraxılışlar: 2025-ci ilin dekabrında 18-ci sayı, 2026-cı ildə isə 19-cu sayı nəşr olunub. [1, 2, 3]

“Ədəbi ovqat” jurnalının konkret bir sayı ilə buradan keçid edərək tanış olun: [>>> Yazarlar

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<

Kifayət Kərimqızının şeirləri

Arzulama

Arzulama xoşbəxt olum,
Xoşbəxtlik öz əlindədir,
Düşüncəndə, fikrindədir.
Arzulama cavan qalım,
Cavan qalmaq asan deyil.
Cavan qalsan ömür bitər,
Arzuların sona yetər.
Arzulama sən var-dövlət,
Bil, düşünən beynin varsa,
Görən gözün, vuran qəlbin — Budur nemət!
Arzulama — arzu sözü fəlakətdir,
Dəli kimi sevgini də arzulama.
Sevgi bitər, göz yaşları qalar sənə…
Düşün hər an, hər bir zaman:
Ey Yaradan, xeyirlisi nəsib olsun,
Yaradanın yaratdığı, xeyirlisi qismət olsun!

Şəhid qardaşım

Səhər-səhər qəbir üstə gəlmişəm,
Günəş çıxır, mən də səni görmüşəm.
Sən daş üstə mənə sakit baxırdın,
Mən də sənə göz yaşımı axıtdım.
Söylə sənə, bax, nə deyim, səslənim?
Xoş səhərlər diləyim…
Tək Sən idin, hər bir zaman gərəyim.
Daş altında sakit yatana qurban,
Günəş kimi səssiz batana qurban!
Mən gəlmişəm, dur, salamla bacını,
Mən içmişəm bu dünyada acını…
Sən qardaşsız qoydun dörd bacını.
Daş altında sakit yatan qardaşım
Param-parça olubdur bu bacın.
Mən həyata sənsiz cavab vermişəm,
Bu imiş, bax, sənin bəxtsiz qədərin.
İnan, sənin yolunu çox gözlədim,
Daş altında sakit yatana qurban,
Günəş kimi səssiz batana qurban!

Acıdərə sirlər saxlar

Acıdərə sirlər saxlayar,
O dərədə adsız məzar gözləyər.
Anasının qəlbi daşdır,
O türk oğlu türkdür, qan yaddaşıdır.
Ad yazmağa vaxt olmayıb,
Türkün qəbri qalıb yadda.
Sevir hamı, qardaş deyib baş əyirik,
Sən canımız, qanımızsan!
Yaddaşlarda qalacaqsan,
Bütün şəhid bacısının qardaşısan.
Ey türk oğlu, yol gözləyən ananı da unutmarıq,
Rahat yatın, qisas aldıq, zəfər çaldıq!

Payız

Yay qurtarır ömür gedir, Durnalar da köçüb gedir,
Yay fəsli sona yetir
Bir də ömür dönməz geri.
Gedən gedir hədər olur, Qocalırıq, baxışımız kədər olur,
Yay qurtarır bir də geri dönəcəkmi?
Gələn yayı bu Kifayət görəcək mi!?
Yay qurtarır, payız gəlir
Payız fəsli biraz fərqli Pıçıldaşan yarpaqlarda,
Uçub gedən durnalarda,
İnan dərdli, ayrılıqdan söhbət edər
Hər gün bir az ömür gedər
Biz sayırıq həftəmizi, Düşünmürük hədər olan günləri
Bilmirik ki, qismətimiz necədir
Zövq almırıq fəsilərdən,
Ötüb gedən günlərdən.

Müəllif: Kifayət Kərimqızı

Kifayət Kərimqızının digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I


	

Müəllimlər gününə özəl

MÜDRİKLİK ELMİNİ ƏXZ EDƏN İNSAN
(sonet)

(Şeir çox hörmətli ziyalımız Hafiz Paşayev cənablarına həsr olunub)

Öyrətmək eşqiniz mənə xoş gəldi,
Sizə çox yaraşır inanın bu şan.
Bəxt bəşər üzünə təhsillə güldü,
İşığa büründü durmadan cahan.

Şərəflə daşıdın Hafiz adını
Tanrıdan güc alan saf ruha əhsən!
Nur saçdın yoluna doğmanın, yadın,
Günəş şəfəqləndi, yoxa çıxdı çən.

Yaxşı əməliniz unudulmaz heç,
Daim könlünüzə fərəh gətirər.
Ey Rəbb, xeyirxahı özün də sev, seç,
O, elə bağban ki, güllər bitirər.

Müdriklik elmini əxz edən insan,
Düşməz nəzərlərdən, yüksələr hər an.

Müəllif: VALEH HEYDƏR

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycan uşaq ədəbiyyatı

Zaur Ustacın uşaq poeziyasında bədii sənətkarlıq sistemi yaxud uşaq dünyası Zaur Ustacın gözü ilə — yazıçı-jurnalist və tədqiqatçı Ayətxan Ziyadın (İsgəndərov) şair, yazıçı-publisist Zaur Ustacın (Zaur Mustafa oğlu Mustafayev) yaradıcılığına həsr etdiyi 2026-cı ildə nəşr olunmuş fundamental elmi monoqrafiyadır. [1, 2, 3]

Monoqrafiyanın Əsas Xüsusiyyətləri

  • Məzmun və Həcm: Bakının “İmza” nəşrlər evi tərəfindən çap olunan kitab 280 səhifədən ibarətdir. [1, 2]
  • Rəhbərlik və Rəyçilər: Kitabın “Ön söz”ünün müəllifi və elmi redaktoru pedaqogika elmləri doktoru, professor Kamal Camalovdur. Rəyçiləri isə ədəbiyyatşünas-tənqidçilər Həcər Atakişiyeva və Günnur Ağayevadır. [1]
  • Tədqiqat İstiqaməti: Əsərdə şairin uşaq şeirlərinin sənətkarlıq xüsusiyyətləri, poetik təfəkkürü, ailə dəyərləri, həmçinin uşaq psixologiyasını duymaq bacarığı elmi-nəzəri aspektdən təhlil olunur. [1, 2, 3]
  • İstəyənlər Yazarlar.az saytındakı materialdan və ya rəsmi PDF bağlantısından əsərin təfərrüatları ilə tanış ola bilərlər. [1, 2]

Məlumatı hazırladı: Biləndər

ZAUR USTACIN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Amma” və “isə”… birlikdə ola bilməz

“Amma” və “isə”… birlikdə ola bilməz
Bəlkə də dilçi olmayanları başa düşmək olar. Amma sırf dil mütəxəssislərinin yazılarında qarşılaşdığımız bəzi səhvlər təccüb və təəssüf doğurur. Uzun-uzadı danışıb vaxt almaq istəmirəm. Konkret olaraq mətləbə keçmək istəyirəm: “amma” bağlayıcısı və “isə” sözü eyni bir cümlədə işlənə bilməz. Məsələn, yazılarda bu tipli cümlələrə tez-tez rast gəlirik:
“Mən onu eşitməmişəm, amma o isə məni çağırırmış”.
Cümlə ya belə olmalıdır: “Mən onu eşitməmişəm, o isə məni çağırırmış”. Və yaxud cümlə bu cür olmalıdır: “Mən onu eşitməmişəm, amma o, məni çağırırmış”.
Sözün qısası, “amma” ilə “isə” bir cümlədə eyni vaxtda işlənə bilməz. Ya “isə” olmalıdır, ya da “amma” (ancaq, lakin, fəqət).
Vəssalam.
P.S.
Yeri gəlmişkən, bu “başıbəlalı” söz, yəni “isə” sözü dilçilik ədəbiyyarında müxtəlif vaxtlarda müxtəlif cür, məsələn, “bağlama” , “köməkçi söz”, “köməkçi fel”, “hissəcik”, “ədat”, “qarşılaşdırma bağlayıcı” və s. adlarla ifadə olunmuşdur.

Müəllif və mənbə: FİRUZ MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“4 oktyabr – Cəbrayıl şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi

“4 oktyabr – Cəbrayıl şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi

4 oktyabr 2026-cı il tarixində Milli Kitabxanada Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gün münasibətilə “4 oktyabr – Cəbrayıl şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Bu gün Cəbrayıl Şəhəri Günüdür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023- cü il tarixli sərəncamına əsasən hər il oktyabrın 4-də “Cəbrayıl Şəhəri Günü” kimi qeyd olunur.

Sərgilərdə Cəbrayıl şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı Qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən ədəbiyyatlar Azərbaycan və digər dillərdə nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Cebrayil/index.htm linkindən istifadə edə bilərlər.

2023-cü il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunur.

Prezident İlham Əliyevin də dediyi kimi, “Böyük Qayıdış” Cocuq Mərcanlı ilə başlayıb və Vətən müharibəsindəki ilk ciddi uğur Cəbrayıl şəhəri ilə bağlıdır. Araz çayının sahilində yerləşən Cəbrayıl rayonunun azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi işğalçılardan təmizləndi.
Cəbrayıl 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Ərazisi 1050 kvadratkilometr olan rayon erməni quldur birləşmələrinin işğalına məruz qalmışdı. 1 şəhər, 4 qəsəbə, 92 kənddən ibarət olan rayonun həmin vaxt 52 min 604 nəfər əhalisi var idi.
Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən cəmi üç ay sonra, 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraiti təmin olunub.
İyirmi yeddi illik həsrətdən sonra 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalından azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənubundakı kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaradıb. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarının erməni terrorçularından təmizlənməsi Ordumuzun şücaətinin nəticəsidir. Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, minlərlə əsgər və zabit Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan Bayrağını ucaldıb.
Prezident İlham Əliyev azad olunmuş Cəbrayıl rayonuna bir neçə dəfə səfər edərək müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib, tikinti işləri ilə tanış olub. Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Cəbrayıl rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

MİSİR MƏRDANOVUN YAZILARI

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

DAİM UCALIQDA – ELÇİN ŞIXLI – 69

DAİM UCALIQDA – ELÇİN ŞIXLI – 69

Bu gün əziz və doğma insan, ulu şəcərəsi, sonsuz alicənablığı, nəhayətsiz kübarlığı ilə özümə simsar bildiyim, müəllifi olduğum bütün verilişlərin istisnasız şəkildə qonağı olmuş Elçin Şıxlının doğum günüdür.Elçin bəylə ilk tanışlığım “Sətirlər” verilişinin çəkilişləri əsnasında olub.O vaxt ilk dəfə olaraq iki hissəli proqramımızı məhz Xalq yazıçısı İsmayıl Şıxlıya həsr etmişdik.Hər buraxılışı 34 dəqiqəlik xronometrajı olan veriliş çox baxımlı alınmışdı.Rəhmətlik İsmayıl Şıxlının həlim, ağayana səsyazısını radionun fonotekasından köçürdüb aparıcımız Mehriban Zəki ilə xəyali dialoq şəklinə salmışdım.
Çəkilişləri isə Mərdəkanda qonağımızın bağ evində aparmışdıq.”Sətirlər” ə xeyli hörmət gətirən həmin iki hissəli proqram davamlılığımızın təminatı oldu.
Elçin Şıxlının çox böyük nüfuza sahib olduğunun dəfələrlə şahidi olmuşam.Bir dəfə soyuqlu-sazaqlı fevral ayında, İçərişəhərdə restoranların birinə sığınıb çəkilişlərimizi aparırdıq.
Müsahibimizin Elçin bəy olduğunu görən restoran rəhbəri İsmayıl Şıxlıya sonsuz hörmətini izhar etdi və beş dəqiqə keçmədi ki, süfrəni paxlavalarla doldurtdu, bizə müxtəlif mürəbbə çeşidləri ismarladı.
Ofisianta:
-“Müəllimin çayını təzələyin!” – deyib, Elçin bəylə və bizimlə dostanə şəkildə söhbətə qoşuldu.Təxminən həmyaş olan bu insanlar mexaniki şəkildə ana dilindən rus dilinə keçdilər; Bakının 70-ci illərindən zövqlə danışdılar və sanki 40-50 il öncəyə birgə səyahətə çıxdılar. Soyuq qış ayında onları bu sıcaq söhbətdən ayırmağa heç kəsin ixtiyarı çatmazdı.Onlar danışdılar, ta ki, özləri söhbətlərinə vergül qoyana kimi. “Vergül” deyirəm, çünki o cür görüşlərə “nöqtə” qoymaq özü də qəbahətdir.
Hamımıza xoş gələn bu davranış çəkiliş üçün bizə əlavə şövq verdi: qırışımızı açdı, ruhumuzu təzələdi, ovqatımızı yüksəltdi.
Elçin Şıxlı həm də bir təvazö nümunəsidir.Çəkilişdə bizimlə salamlaşan bir dəstə gənclərə İsmayıl Şıxlının şəxsiyyətindən, yaradıcılığından söhbətə başladım ki, mütaliədən min ağac gen gəzən yeniyetmələr heç olmaya o cür nasirlərimizin adını duysunlar.Elçin bəy həlim səslə, yavaşca qoluma girərək:
-“Uğur, lazım deyil” – dedi.
Mən onu başa düşdüm.Bu gün də başa düşürəm ki, bu cür insanlar yurdumuz üçün bir qənimətdir, bir saxlancdır.
Elçin bəy, arzum var ki, daim o ucalıqda qalasınız, hələ neçə illər sağlam və hüzurlu ömür yaşamağınız diləyi ilə…
Yeni yaşınız mübarək!

Tarix olmuş anlar:

Hörmətlə, Turan Uğur
AYB-nin və AJB-nin üzvü
04 oktyabr 2026-cı il,
Bakı.

TURAN UĞURUN YAZILARI

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I