
“ƏDƏBİ OVQAT”, “XƏZAN” və “YAZARLAR” jurnallarının kollektivi tanınmış yazar Vaqif Osmanlının bacısının vəfatından kədərləndiklərini bildirir, dərin hüznlə başsağlığı verirlər.
ALLAH RƏHMƏT ELƏSİN!

“ƏDƏBİ OVQAT”, “XƏZAN” və “YAZARLAR” jurnallarının kollektivi tanınmış yazar Vaqif Osmanlının bacısının vəfatından kədərləndiklərini bildirir, dərin hüznlə başsağlığı verirlər.
ALLAH RƏHMƏT ELƏSİN!

İKİ DÖVLƏT, BİR MİLLƏTİN
Türk elində şər yoğrulmaz,
Şər olanla şərt doğrulmaz.
Amalı qəm-dərd doğurmaz
Din-imanlı pir millətin,
İki dövlət, bir millətin!
Kor olmasın, görsün aləm,
Dili nəğmə, üzü güləm.
Birləşəndə coşan seləm,
Ərənləri qorxmaz, mətin
İki dövlət, bir millətin!
Uymayaq yad hiyləsinə,
Gördük fitnə, hiyləsi nə!
Könül verək haqq səsinə,
Birliyi dürr, sirr xilqətin,
İki dövlət, bir millətin!
Sənin, mənim əzəl yağım,
Quş gerbində Ağrı dağım!
Azad olmuş Qarabağım
Beşiyidir səadətin
İki dövlət, bir millətin!
Atatürkü, Heydəri var,
Tarixdə çox qədəri var,
Teyyub, İlham lideri var,
Yolumuz var məsul, çətin,
Qoşa qardaş məmləkətin;
İki dövlət, bir millətin!
AMEA Folklor Institutu
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Payız nəfəsdir
Payızı sevirəm, payız nəfəsdir,
İlin ən sehrli dövrün yaşadır.
Sanki öz qızılı saf rəngləriylə ,
Təbiət füsunkar rəsmi yaradır.
Payızı sevirəm, payız ilhamdır,
Şair ilham alıb şeirini yazır.
Sərin mehlər əsir, ruhu oxşayır,
Sanki buludlar da bizlə yaşayır.
Payızı sevirəm, payız nəğmədir,
Könüllər can atır sirli vüsala.
Damlayan yağışın sədalarıyla,
Bəstəkar yeni bir əsər yaradır.
Payızı sevirəm, payız hüzurdur,
Bu fəsil ruhumun yağan yağışı.
Küçələr bürünür sarı xalıya,
Bu fəslin rəngləri tamam başqadır.
02.10.2026
Müəllif: D.Mirzə
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Etibar Həsənzadənin “Zəfərlərə Doğru” adlı kitabı Belediye başkanına və Kaymakama hədiyyə edildi
Etibar Həsənzadənin “Zəfərlərə Doğru” adlı kitabı
Karaman ili Sarıveliler ilçesi Kaymakamı sayın Mustafa Katran bəyə və Karaman ili Sarıveliler Belediye başkanı Sarıveliler ilçe belediye başkani Mehmet Ali Yılmaz bəyə yazarın Türkiyə də ki
Gönül Elçisi İmanlı Vatan Evladi Derneği və Vakfi Genel Başkanı Mustafa Nazill bəy tərəfindən Ofisində ziyarət edilərək hədiyyə edilmişdir.
Bu barədə Yazar Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat vermişdir.
“Zəfərlərə Doğru” adlı kitabım Sarıveliler ilçesi Kaymakamı sayın Mustafa Katran bəyə və Karaman ili Sarıveliler ilçe belediye başkani Mehmet Ali Yılmaz bəyə hədiyyə edilmişdir.
Sayğı və hörmətə görə Mustafa Katran bəyə və
Sarıveliler ilçe belediye başkani Mehmet Ali Yılmaz bəyə məni layiqincə təmsil etdiyinə görə
dəyərli dostum dəyərli hocam Türkiyə Gönül Elçim Mustafa Nazilli bəyə təşəkkürümü bildirirəm .
Allah ömür versin Allah sizlərdən razı olsun var olun.
Qeyd edək ki Kitab Etibar Həsənzadənin Qarabağ Azərbaycandir adlı layihəsi çərçivəsində nəşr olunan üçüncü kitabıdır. Kitaba layihə çərçivəsində yazılmış bütün əsərlər daxil edilmişdir.
Bundan başqa kitabda Türkiye Azərbaycan və Pakistan dostluğuna dair geniş məqalələr həmçinin Azərbaycan və Türkiyənin Qüruru olan Baykar Şirkətinin Texniki Direktoru Böyük Muhendis Selçuk Bayraktar Babası Özdemir Bayraktar və Baykar Şirkətinin Fəaliyyətləri haqqında geniş məlumatlar Selçuk Bayraktarin Qarabağ Zəfərimizdə bizlərə verdiyi dəstək haqqında geniş məlumatlar yer alır.

“Yazarlar” olaraq, Etibar Həsənzadəni təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!
Məlumatı hazırladı: Leyla Mahirqızı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Əl tutan əllər
Bu gün insan münasibətlərinin, mənəviyyatının təməlini qoruyub saxlayan amillərdən biri də yaxşılıq etməkdir. Bu missiyanı öz üzərinə götürüb, həyat şüarına, prinsipinə çevirən, ondan mənəvi zövq alan, yaşamağın əsl səbəbini yaxşılıq etməkdə görən insanlardan biri də
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar müəllim İsmayılzadədir.
Mən İlqar müəllimi tanıdığım ilk gündən bu yana onun nə qədər uzaqgörən, işıqlı, mərhəmətli olduğunu görmüşəm. Öz ömrünü xalqına xidmət etməyə sərf edən bu insan təmənna güdmədən əlindən gəldiyi qədər hər kəsin yanında olub, dəstək göstərmişdir. Onun üçün bir insanın qəlbində sevinc, üzündə təbəssüm oyatmaq ən gözəl hədiyyədir. İlqar müəllim milli – mənəvi dəyərlərin, milli kimliyimizin, tarix boyu bizimlə yaşayan əxlaqi dəyərlərimizin, dünənimizin, bu günümüzün qoruması yolunda böyük addımlar atmışdır. Gecəsini – gündüzünə qataraq yaxşılıq etməkdən usanmayan, hər zaman yenilikləri ilə ucalan İlqar müəllim daha çox insani keyfiyyətləri ilə zirvədə olur. İlqar müəllimin özü kimi onun Facebook üzərindən yaratdığı,on bir ildir fəaliyyətini davam etdirən “Həməşəra” səhifəsi və mətbu orqanı da tam təmənnasız xidmət göstərərək, saysız – hesabsız insan arasında böyük bir körpü olmuşdur. “Həməşəra” dövrünün ən çox sevilən və izlənilən mətbu orqanı olaraq, neçə – neçə təqdimat mərasimlərinin təşkilatçısı olaraq eyni əqidəyə, düşüncəyə sahib olanları bir yerə toplamışdır. Gələcək nəsillərə indidən qol – qanad olaraq, onları sabaha ruhlandırmışdır.
Öz ömrünü xalqına, elinə, Vətəninə, elmə həsr etmiş İlqar müəllim görkəmli şəxsiyyət olaraq insanların ürəyində əbədi olaraq öz taxtını qurmuşdur.
Sonda fürsətdən istifadə edərək mənə hər zaman dəstək göstərən, “Həməşəra” mətbu orqanının təsis etdiyi ödüllərlə şərəfləndrib, Cəlilabad ədəbi mühitinə tanıdıb sevdirən dəyərli ziyalımız, əzizimiz İlqar müəllimə Uca Tanrıdan can sağlığı, bol yaradıcılıq uğurları arzulayıram.

Müəllif: Atlaz RZAYİ
Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı, TYB-nin xüsusi Ödülü, “Tomris” və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair
Oxuyun >> Gözündə tük var

DÖNMƏK OLMUR GERİYƏ
Hər bir insan ömrünün,
Payız adlı fəsli var.
Sən dəyər ver gəncliyə,
Bir gün payızın gələr.
Ağaran saçlarının
Hər teli bir xatirə.
Sıxma qəlbi hicranla,
Dönmək olmur geriyə.
Zaman səssiz ötdükcə,
Aman verməz kimsəyə.
Bütün dünya, kainat
Baş əyər bu cilvəyə.
03.10.2026

Vaqif Osmanlının “70-in işığında” adlı kitabının təqdimat mərasimi keçirilib
3 Oktyabr 2026-cı ildə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, “Ədəbi Ovqat” dərgisinin baş redaktoru, şair və publisist Vaqif Osmanlının “Röyal” otelin konfrans zalında “70-in işığında” adlı kitabının təqdimat mərasimi keçirilib.
Kitabın redaktoru Rəfail Tagızadədir. Kitab müəllifin sayca – 7-ci kitabıdır.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Təqdimat mərasimini aparan Rəfail Tağızadə qonaqları salamlayaraq Vaqif Osmanlının zəngin yaradıcılıq yolundan, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, publisistik və ictimai fəaliyyətindən ətraflı bəhs edib. Bildirib ki, müəllif ömrünün yetmiş illik həyat və yaradıcılıq yolunu özündə əks etdirən bu kitab həm xatirələr, həm düşüncələr, həm də mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd olunub ki, “70-in işığında” kitabı müəllifin keçdiyi ömür yoluna, həyat təcrübəsinə, yaradıcılıq axtarışlarına və milli-mənəvi dəyərlərə bağlılığını əks etdirən dəyərli nəşrdir. Kitab oxucunu müəllifin düşüncə dünyasına səyahət etdirir, müxtəlif dövrlərdə qələmə alınmış yazılar, xatirələr və həyat müşahidələri ilə zəngindir.
Tədbirdə çıxış edən ədəbiyyatçı alimlər Lütviyyə Əsgərzadə və Məti Osmanoğlu, yazıçı, Əməkdar jurnalist Zemfira Məhərrəmli, yazıçı və şairlər Azad Qaradərəli, Ağacəfər Həsənli, Təranə Məmməd, Süleyman Abdulla, Mikayıl Bozal, Xeyrulla Ağayev, Bəhruz Məmmədov, Nicat Həşimzadə, Nemət Mətin, Miri Rəsulzadə, Azər Qismət, Zaur Ustac, Pərvanə Bayramqızı, Lalə İsmayıl, Əmək Qəhrəmanı Tərlan Musayeva, tanınmış aktyor Arif Həkimoğlu, yubilyarın gənclik dostu Xıdır Sadıqov və Azadə Quliyeva Vaqif Osmanlının zəngin yaradıcılıq yolundan, Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən, yüksək insani keyfiyyətlərindən və vətənpərvər mövqeyindən bəhs ediblər. Natiqlər qeyd ediblər ki, Vaqif Osmanlı özünəməxsus dəst-xətti, milli düşüncəsi və mənəvi dəyərlərə bağlılığı ilə müasir Azərbaycan ədəbiyyatında seçilən söz adamlarından biridir.
Bildirilib ki, “70-in işığında” kitabı müəllifin ömür yolunu, həyat fəlsəfəsini və yaradıcılıq axtarışlarını əks etdirən sanballı nəşr olmaqla yanaşı, oxucular üçün də dəyərli mənəvi qaynaqdır.
Çıxış edənlər yubilyarı 70 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və uzun ömür arzulayıblar.
Sonda Vaqif Osmanlı tədbirin təşkilatçılarına, çıxış edənlərə və oxucularına minnətdarlığını ifadə edib. Müəllif kitabın ərsəyə gəlməsi prosesindən danışaraq, bu nəşrin onun ömür yolunun, həyat fəlsəfəsinin və yaradıcılıq düşüncələrinin bir ifadəsi olduğunu bildirib.
Təqdimat mərasimi xatirə şəkillərinin çəkilməsi, müəllif tərəfindən kitabların imzalanması və oxucularla səmimi söhbətlə başa çatıb.
Tədbirin gedişində “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac “Yazarlar” cameəsi adından Vaqif Osmanlıya “Durna teli – Qızıl qələm” və “Əsrin yazarı” mükafatlarını təqdim edib.
“Yazarlar” olaraq, Vaqif Osmanlını təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!
Tədbirdən fotolar:


















Məlumatı hazırladı: Leyla Mahirqızı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

“Professor Misir Mərdanov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi
2 oktyabr 2026-cı il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Misir Cumail oğlu Mərdanov “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
3 oktyabr 2026-cı il tarixində Milli Kitabxanada Professor Misir Mərdanovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Professor Misir Mərdanov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə alimin dərslikləri, ön söz müəllifi, tərtibçisi, redaktoru olduğu, layihə rəhbəri, məsləhətçisi, elmi fəaliyyəti, Azərbaycan və xarici dillərdə çap olunan kitablar, dövri mətbuat materialları nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Misir_Merdanov_80/index.htm linkindən istifadə edə bilərlər.
Misir Cumayıl oğlu Mərdanov 3 oktyabr 1946-cı ildə Qərbi Azərbaycanın Karvansaray rayonunun Göyərçin kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirib, ADU-nun (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1969-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib, təyinatla Gəncə Pedaqoji İnstitutuna göndərilib, riyaziyyat fakültəsində baş laborant kimi əmək fəaliyyətinə başlayıb.
1978-ci ildə ADU-nun mexanika-riyaziyyat fakültəsində dekan müavini vəzifəsinə təyin olunub. 1985-1986-cı illərdə ADU-nun qəbul komissiyasının məsul katibi vəzifəsində çalışıb. Azərbaycan Respublikası Təhsili Nazirliyində Ali Təhsil İdarəsinin rəisi (1988-1990), Azərbaycan Respublikası Təhsil nazirinin müavini (1991-1992), BDU-nun tədris işləri üzrə prorektoru (1992-1996), BDU-nun rektoru (1997-1998) məsul vəzifələrdə çalışıb. 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri olub. 2013-2025-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru olub.
Misir Mərdanov “Azərbaycan riyaziyyatçıları” adlı fundamental monoqrafiyanın, ali məktəblər üçün “Ali riyaziyyat” dərsliyinin, “Azərbaycanın təhsil siyasəti“, “Azərbaycan təhsili müstəqillik illərində” kitabların müəllifidir.
1973-cü ildə namizədlik dissertasiyası müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1981-ci ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə dosent elmi rütbəsini alıb. 1989-cu ildə Ukrayna EA-nın riyaziyyat institutunun müdafiə şurasında doktorluq dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb.
Misir Mərdanov ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 1998-ci ildə yaradılan “Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası”nın sədri kimi, Azərbaycan təhsil tarixində ilk dəfə olaraq “Azərbaycan Respublikasının təhsili sahəsində islahat proqramı”nın hazırlanmasına bilavasitə rəhbərlik edib, onun rəhbərliyi altında “Milli Kurikulum – Milli Təhsil Konsepsiyası” sənədi hazırlayıb.
Misir Mərdanov 1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, 2011-2014-cü illərdə Türk dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, 2014-cü ildən fəxri prezidentidir. AMEA Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının baş redaktoru, eyni zamanda “Azerbaijan journal of Mathematics” jurnalının redaksiya heyətinin və Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədridir. 2017-ci ildə professor Misir Mərdanov AMEA-nın müxbir üzvü seçilib.
Misir Cumayıl oğlu Mərdanov Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2011-ci ildə Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun Sərəncamına əsasən Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə Dağıstan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Elm və təhsil sahəsində göstərdiyi xidmətlərə əsasən 2021-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 2025-ci ilin noyabrında AMEA-nın 80 illik yubileyi çərçivəsində Misir Mərdanov “Lev Landau” döş nişanı ilə təltif olunub.


İlkin mənbə: Azərbaycan Milli Kitabxanası
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Tanınmış yazıçı Əli bəy Azəri təltif olunub. O, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib:
“Azərbaycan hüquqi dövlətdir. Cəmiyyətdə baş verənlər daima diqqət mərkəzindədir. Hər kəsin zəhməti gec-tez, aşağı-yuxarı dəyərləndirilir.
Zəngilan rayonundan olan ziyalılar həmişə icra hakimiyyəti tərəfindən tədbirlərə dəvət olunur, rayonun ictimai-siyasi həyatında fəaliyyətlərinə şərait yaradılır.
Diqqət və qayğısına görə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov cənabına dərin təşəkkürümü bildirirəm.”

YAZARLAR cameəsi adından Əli BƏY AZƏRİni təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, ƏLİ BƏY AZƏRİ!
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Oxuyun >> Gözündə tük var

Gənc Əbil MƏMMƏD ARAZ ocağında
Etibar Əbilov: “Mərhum oğlum Əbil inudulmaz Məmməd Araz ocağında”
May 1999- cu il.
Müəllif və mənbə: Etibar Əbilov
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında