www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Köhnə inamın məbədi uçacaq və həqiqətin yeni məbədi qurulacaq… Bulqakovdan qeydlər

ANAR TURANIN YAZILARI

Köhnə inamın məbədi uçacaq və həqiqətin yeni məbədi

qurulacaq… Bulqakovdan qeydlər

                   “Tanımadığınız adamdan uzaq durun”. Bəs özümüzü tanımırıqsa, necə? özünüzdən də ehtiyatlı olun. Bəzən “eləmərəm” dediyiniz şeylərin dalısınca qaçdığınızı, hətta köləsinə çevrildiyinizi görəcəksiniz. Buna görə də mütləq özünüzü də tanıyın, təlim keçin, onu kamilləşdirin. Ki özünü tanısın.

                   -Yalançıda lazımdır, həm də çox.

                   -Nəyə görə?

                   -Yalanı yayamaq üçün.

                   İndi mənə de görüm, “Xeyirxah insanlar” sözünü niyə belə çox işlədirsən? Nədir, sən hamını belə adlandırırsan?! – Dünyada pis insan yoxdur, hamı, əslində, xeyirxahdır. Sadəcə pisliyi, nəhsliyi özümüz yaradırıq. Sən nəsənsə, onu da görəcəksən, yaşayacaqsan. Nə əkəcəksən, onu da biçəcəksən. Nə atacaqsansa aşına, o da mütləq çıxacaq qaşığına… Hakimiyyətə gəldikdə isə hər bir hakimiyyət insanlar üzərində zorakılıq alətidir, vaxt gələcək nə qeysərlərin, nə də başqalarının hakimiyyəti olacaq. İnsanlar həqiqət və ədalət səltənətinə köçəcəklər, onda heç bir hakimiyyətə ehtiyac qalmayacaq.

                   İnsanın malik olduğu ən böyük istedat nədir? – İnsanın malik olduğu ən böyük istedad insan olmağı bacarmaq, insan kimi həyatını yaşayıb başa vurmaqdır. Kim ki buna nail olub, ondan istedadlısı yoxdur.

                   İnsanlar yalançı miflərlə çaş-baş salınıb, həqiqət məfumu çoxdan yaddaşlardan silinib. İndi həqiqətin də uydurulmuş, düşüncələrdə yaradılmış yeni tərifi, obrazı var. Əsl həqiqət necə? – O mu? Əsl həqiqət artıq heç kimə lazım deyil, insanlar daha ondan diksinirlər, indi həqiqət insanoğlunu yalandan çox bezar edir. Həqiqət o zaman lazım olur ki, o, virtual olaraq qalsın, sözdən əməl mərhələsinə keçməsin. Sözdən insanlıqdan dəm vuranlar, iş işə gələndə yox olurlar.

                   İnsanın dərki, onu anlamaq mühitin düşüncə tərzi ilə çərçivələnib. Sən nə qədər dahi olursansa-ol, qarşındakıların səni dərk etdiyi qədərindəsən. Sizə bir sual: Ağıllı insan yalnız dəlilərin yaşadığı bir mühitə düşübsə, dəlilər tərəfindən ona baxış necə olacaq? Və hətta dəli mühitində ağıllı olmaq özü ən böyük dəlilikdir.

                   İnsan xarakterinin və ona verilən tərifin nəticəsində üzə çıxır ki, o, asan olana, ucuz əldə edilənə meyillidir. Bəs nə asandır? Ucuz olan nədir? Əslində, şər olan hər bir şey asandır, onu ucuz əldə etmək mümkündür. İnsan bir gündə nə qədər şər əməl törədə bilər? Cavab: saysız-hesabsız. Bəs o, həmin o 24 saatda neçə yaxşılıq edə bilər? Cavab: çox az, yəqin, bir əlin barmaqlarını keçməz. Çünki yaxşılıq etmək çox çətin və bahadır. İndi gördükmü ki, yəqinliyə gəldikmi ki, şər ucuz, xeyir isə həddən artıq bahadır? Şəri törətmək üçün heç insanoğlunun çalışmaq, fəaliyyət göstərmək də bəzən ehtiyac duyulmur, o, bir çox hallarda fəaliyyətsiz olsa, kifayətdir ki, şər əməllər törətsin.

                   Dünyada nə qədər dəhşətli cinayətlər törədilib, nə qədər amansız qətllər edilib. Amma bunların hamısından daha dəhşətlisi bilirsinizmi, nədir? –Bir kitab yandırmaq. Dünyada ən dəhşətli cinayət bir kitabı məhv etmədir.

                   İnsan həyatının hər anında peşmançılıq var. İnsana ən çox əziyyət verən də artıq düzəldilməsi mümükün olmayan yanlışlıqlardır. Bax, bu çox böyük ağrıdır. İnsan üçün hər şey geridə qalanda, o, ölüm ayağında olanda bu peşmançılıq qədər ona ağrı verən başqa heç nə tapılmaz.

                   “Ölüm yoxdur… Biz həyatın dumduru axınını görəcəyik. Bəşəriyyət günəşə şəffaf kristal arxasından baxacaq… Ən böyük qüsur qorxaqlıqdır”.

Müəllif: Anar TURAN

ANAR TURANIN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BAŞSAĞLIĞI

XƏQANİ RZAQULİYEV

Bu gün Azərbaycan mətbuatına və AVMVİByə ağır itki baş verib. Belə ki,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Fedai.az, Veteran.az saytlarının rəhbəri, ilk döyüşçü jurnalist, vətənpərvər Qazimiz Xəqani Rzaquliyev Noyabr ayının 24 də qəflətən vaxtsız vəfat edib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İçtimai Birliyinin sədri Füzuli Rzaquliyev başda olmaqla bütün AVMVİB üzvlərinə və mərhumun ailəsinə AVMVİB Ağdam rayon şöbəsi və “Yazarlar” adından dərin hüznlə başsağlığı veririk. Allah rəhmət etsin.Məkani cənnət olsun. Ruhuna Fatihə. Amin


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VAQİF RÜSTƏMOV. QAÇAQ SÜLEYMAN

VAQİF RÜSTƏMOVUN KİTABI


>>>>>>VAQİF RÜSTƏMOV “QAÇAQ SÜLEYMAN”

MÜƏLLİF: VAQİF RÜSTƏMOV

VAQİF RÜSTƏMOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

DAMƏT SALMANOĞLU. ŞEİRLƏR.

DAMƏT SALMANOĞLUNUN YAZILARI

Xarı bülbülüm
 
Deyirəm, İlahi, nə gözəl andır,
Gül gülü çağırır, bülbül bülbülü.
Vətənin hər yanı cənnətməkandır,
Güllərin şahıdır xarıbülbülü.
 
Dirilir, dirçəlir, boy atır hər an,
Səsini eşitcək vətən himninin.
Maraqla axtarar hər onu görən,
Bu nazlı gözəlin dərin sirrini.
 
Yoxdur gözəlliyi başqa güllərdə,
Məskəni Şuşanın sinəsindədir.
Boyunu görsətməz başqa ellərdə,
Hər zaman öz doğma binəsindədir.
 
Alınmaz qalanın adın eşidən,
Xarıbülbül deyə anır adını.
Boyunu oxşayar hər səhər tezdən,
Dağların küləyi gözəl “qadının”.
 
Adın Azərbaycan andı olacaq,
Ey Cıdır düzünün bəzəkli qızı.
Şəhidlər qanıyla suvarılaraq,
Oldun Qarabağın unudulmazı.
 
 
Ürəyim
 
Soyuyub havalar, qış havasıdı,
Həsrətdən buz tutub donur ürəyim.
Hələ ki, gec deyil, tez yetiş barı,
Gəl isit könlümü, sönür ürəyim.
 
Gəl silək hicranın göz yaşlarını,
Unudaq həyatın kədər-qəmini.
Sevgi dənizində batıraq, gülüm,
Yelkəni dərd olan nəhəng gəmini.
 
Günlərim, aylarım yaman tez keçir,
Sanki qaçır məndən, zaman tələsir.
Sənli ümidlərim yadlaşır hər gün,
Qəlbimdən çıxmağa güman tələsir.
 
Bu qərib aləmdə kimim var axı?
Sən oldun həyatda arzu-diləyim.
Gözümün nurusan, – desəm az olar,
Ay mənim köksümdə vuran ürəyim.
 
 
Getmə
 
Gecələr yuxuma gəlirsən hərdən,
Səmada parlayan bir ulduz kimi.
Məsum baxışınla seyr edib məni,
Qaçıb yox olursan dəcəl qız kimi.
 
Elə ki, istədim tutum əlini,
Qaçıram arxanca çata bilmirəm.
Sən məni həyatda tuta bilirsən,
Mən səni yuxumda tuta bilmirəm.
 
Süzdürüb gözünü, çatıb qaşını,
Atırsan ruhumu odlara, gülüm.
Yetim uşaq kimi boynumu büküb,
Həsəd aparıram yadlara, gülüm.
 
Qoy sənli röyalar təsəllim olsun,
Nə olar, gəlmisən bir daha getmə,
Barı, yuxularda zülm etmə mənə,
Gecədən bir addım sabaha getmə.
 
Şeh məhəbbəti
 
Bir söylə, sən niyə beləsən axı?
Tez küsüb-inciyən, bir az da çılğın.
Gah gülür gözlərin sevinc içində,
Gah da fikirlisən, kədərli, dalğın.
 
Bəlkə, ruhlarımız min illər öncə,
Yaşayıb birlikdə can deyə-deyə.
Atdığın hər addım yad gəlmir mənə,
Doğmasan, əzizsən, bilmirəm niyə.
 
Gəl, gülüm, qəlbimin sultanı sən ol,
Ay, mənim ruhumun ruh məhəbbəti.
Qəlbimə məlhəmdir bircə gülüşün,
Ömür çiçəyimin şeh məhəbbəti.
 
 
Qadın
 
Dünya böyüklükdə dərdin var sənin,
Bahar arzuların boran, qar sənin,
Təkliklə baş-başa qoydu yar səni,
Dərdinə sarılıb yaşayan, qadın.
 
Qüssəni, kədəri qəlbinə əkib,
Əlçatmaz sevginin yükünü çəkib.
Qaməti əyilib, qəddini büküb,
Dərdinə sarılıb yaşayan qadın.
 
Dəfn edib qəlbində öz fəryadını,
Bilmədi bir ömür sevinc dadını.
Qoruyub saxladı təmiz adını
Dərdinə sarılıb yaşayan qadın…
 
 
Gənclik qatarı
 
Qəlbimin gözüylə axtardım səni,
Baxdım dörd bir yana tapa bilmədim.
Dedilər vağzaldan təzə ayrılıb,
Yüyürdüm arxanca çata bilmədim.
 
Çılğın xəyalları, gənc ümidləri,
Sən mənim qəlbimdən qoparıb getdin.
Dünəni bu günə xatirə edib,
Ömrümdən gəncliyi aparıb getdin.
 
Aman da vermədin vidalaşmağa,
Ey qatar, bu sənin ədalətindir.
Gizlincə aparan gəncliyi məndən
Bəlkə də, sən deyil ədavətindir.
 
İndi bu vağzalda sənin yerində
Qocalıq qatarı gözləyir məni.
Gənclikdən yadigar xatirələrim
İndi bu qatarda izləyir məni.

İlkin mənbə: edebiyyatqazeti.az

Müəllif: Damət SALMANOĞLU

DAMƏT SALMANOĞLUNUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gürcüstanda “Tolerant”-lıq günü keçirilmişdir. Sona Abbasəliqızı

SONA ABBASƏLİQIZININ YAZILARI

Gürcüstanda “Tolerant”-lıq günü keçirilmişdir

Hər insanın yaşadığı ömür onun öz taleyinin və fəaliyyətinin çalarlarıdır. Bu, ümumilikdə bütün bəşəriyyətin yaşam formasıdır. Yəni, bir insan toplum olaraq bütün bəşərdir, onun yaşadığı həyat hamı üçün eyni və ya oxşardır. Elə öz taleyinin və fəaliyyətinin zəhmətkeşi, Vətənə vurğun insan, Gültəkin Mustafayeva bu sahədə əzmlə çalışan, üzərinə qoyulmuş işin öhdəsindən bacarıqla gələn və ən əsası, bu günlərdə Gürcüstanda keçirilən “Tolerant”sərgiyə də böyük maraq və xüsusi həvəslə hazırlanmışdır. Sərgi böyük marağa səbəb oldu.Tiflis şəhər şurasının kraliça Tamaranın zalında keçirilən sərginin açılışı hörmətli şəhər meri Kaxa Kaladze tərəfindən həyata keçirildi. Təşkilatçı “Gürcüstan Aktiv Azərbaycan Qadınlar Assosiyasının”-sədri haqqında bir-birindən maraqlı təşkilatçılığa
imza atan Gültəkin Mustafayev də fəal iştirak etmişdir. Hər sərgidə bir ürək döyünürdü. Bu görülən işlər hər biri bir həyat materialıdır və gələcək gənclərə ötürülür. Sərgidə çox sayda ziyarətçilər iştirak edirdilər.Onlardan Azərbaycanın Gürcüstandakı səfiri hörmətli Faiq Quliyev də var idi. Bu prosesi bir yazıya sığışdırmaq da əsl insan diqqətindən irəli gələ bilər. Çalışacam ki, sərgi haqda sizlərə geniş məlumat verim.
Beləliklə sərgidə incəsənətimizə də yer verilmişdi.Borçalı xalçası,saz,tar və s…nümayiş etdirildi.Mətbəximizin paxlavası,qatlama və fəsəlisi…
Milli mədəniyyətimiz qeyrət rəmzi olan kəlağayı və gənclərin üzərindəki milli geyimlərimiz göz oxşadı.
Rəsm müəllimi Sevda Əbilovanın meydan, məscid və kilsəni öz əsərində bir arada nümayiş etdirməsi dostluğumuzun möhkəmliyi demək idi.Fəridə Bəxtiyarlı və 12 yaşlı Emilia Ələkbərovanın da rəsm əsərləri nümayişçilər tərəfindən sevilərək seyr edildi.
Eləcə də, Gültəkin xanımın təşkilatçı insan olması haqqında söz demək nə qədər çətindirsə, o qədər də şərəflidir. Çünki illərin qoynunda pərvaz edən məqamları bir insan surətində cəm edə bilmək açığı, məharət tələb edir və bu prosesi üstəlik sərgiləmək insan ürəyinin təmizliyidir. Sərgidə bu qaynarlıq açıq şəkildə hiss olunurdu.Gültəkin xanım Tiflis bələdiyyəsi şurasının üzvü olduğuna, bələdiyyə tərəfindən sərgi iştirakçılarına “Təşəkkür”bəlgələri və hörmətli Şəhər meri Kaxa Kaladzenin həyat yoldaşı dizayner hörmətli Anuka xanıma və bələdiyyədə Türk azlıklar şurasının sədri hörmətli Rita Xidirbegşivili xanımlara Azərbaycan kəlağayı hədiyyəsi ilə ödülləndirildilər. Buna görə də sərgiyə hazırlanarkən və nümayiş etdirilərkən ürək sözlərini əsirgəməyənlərə öz adımızdan təşəkkürümüzü bildiririk.


Elə Gültəkin xanıma deyilən hər xoş söz üçün zəhmət çəkənlərə ehtiramımızı bildirir, vətəndaş sevgisi ifadə edirik.
Əslində,Gültəkin xanıma ünvanlanmış hər xoş söz bizim adımıza deyilir və bu ehtirama layiq olduğumuz üçün çox məmnunuq.

Müəllif: Sona ABBASƏLİQIZI

Yazıçı-jurnalist
ASKEF Azərbaycan və Asiya başkanı.

SONA ABBASƏLİQIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AFƏT ŞAHİD. MƏHRƏM ARAZ, MƏLHƏM ARAZ…

AFƏT ŞAHDİN YAZILARI

MƏHRƏM ARAZ, MƏLHƏM ARAZ…
(Zaur Ustacın “Araz” şeiri haqqında)
ZAUR USTAC kimliyi bir DƏRYAdır desək yanılmarıq. Bu dəryanın üzü – görünən tərəfi onun yaradıcılığıdır. Dəryaya dalmaq istəsək suyun dərinliyinin şahidi olarıq.
Hərtərəfli YARADICILIQ imkanı hər şəxsə verilən MÜKAFAT deyil. Allah Qələmini bərəkətləndirdiyi Bəndəsindən əzm, sədaqət, hərəkət gördükcə onun bərəkətini də birə min artırır.
ƏHDə sədaqət, verilən VƏZIFƏni, YÜKü layiqincə DAŞImaq da bir ÜRƏK istər. Qəlbi geniş ALLAH QULunu tapmaq o QƏDƏR də asan İŞ deyil.
Qəlbində Vətənə məhəbbət, sədaqət hisslərini layiqincə daşıyan ŞAİR üçün parçalanmış, yadların əlində əsir qalmış torpaqlar bir namus ləkəsi kimi yandırıb yaxıcıdır.
Bu yanğıdan doğulan ARAZ şeiri Arazı belə yandırır. Araz ARAya girmiş kimi utanır, yanıb tökülür, bir-birini ARAYAN İKİ QARDAŞın odunu söndürə bilmir, həyasına boğulub GÖZ YAŞı kimi dinməz AXIR:
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!,-

deyən şair Arazın bu halına acıyır, günahkar günahsızı müdafiə edir.
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Yurd acısı, yurd yarası o qədər böYÜKdür ki, ARAZ nə etsin?
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

YOL ayırsa da QƏLBlər bir döyünür. SÖZlər eyni, DİL eyni, BAYATI eynı… XUDAFƏRİN – Ümid yeri, Görüş yeri, Qovuşmaq yeri…
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Daşında, torpağında qiymətli xəzinələr yetirən VƏTƏNin Dünya SÖZ XƏZİNƏSİnə incilər bəxş edən QƏLƏMin layiq görüldüyü bəndələri AYRILIQ HƏSRƏTini sətirlərə tökərək O TAYdan BU TAYa ÖTÜRmüşlər.
Bu üzdən ARAZ Məhrəm olmuş, ARAZ məlhəm olmuş….
Zaur Ustac HAQLI olaraq “Mən zəfərə təşnəyəm” deyərək xəbərdar edir:
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki aman!

Türkün düşməni özü QƏDƏR böyük ki, sırtlan kimi onun zəifləməyini, parçalanıb qeybə qarışmağını gözləyib gözətlər. Nə qədər parçalansa da bölünsə də MİLLİ KİMliyini unutmayan TÜRK OĞLU üzünü YARADANa tutub Onun kölgəsində İQTİDARını bərpa etməyə QADİRdir. Bu qüdrəti ona QADİR ALLAH verib.
QADİR olan QALİB olar.
ALLAH ƏKBƏR!

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CAROLİNE LAURENT BAKIDA. TUNCAY ŞƏHRİLİ

Tuncay Şəhrilinin kitabı. “Caroline Laurent Bakıda”

PDF: >>>>>>> caroline-laurent-turunc

MÜƏLLİF:TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif Abbasov. LAY LA ELƏDİ.

AKİF ABBASOVUN YAZILARI

                                      

                                    LAY LA ELƏDİ

                            (hekayə)

         Qonşu rayonda toy vardı.  Qadınlar toya getməyə hazırlaşırdılar. Geyinib-keçinib, bəzənib-düzənib gəldilər Mədinəgilə. Mədinə də geyinib hazır dayanmışdı. Amma onlardan bir az gözləməyi xahiş etdi:

         -Qızımı, balaca Südabəni yuxuya verim, gedək.

          -Uşağa kim baxacaq?

         -Bacım.

         -Yaxşı.

         Ana palazın üstə oturub ayaqlarını uzatdı. Sonra da uşağı ayaqlarının  üstünə uzandırdı. Mədinə başını divara söykəyib lay la çala-çala ayaqlarını yırğalamağa başladı ki, Südabə yuxuya getsin.

Südabənin olardı 3-4 yaşı. Yuxusu gəlmirdi. Anasını acıqlandırmamaq üçün gözlərini yumdu. Amma yatmaq fikri yox idi. Qadınların söhbətini eşitmişdi.  O da toya getmək istəyirdi. Ancaq  onu aparmırdılar.

Südabə arada gözlərini açaraq anasına baxır, tez də yumurdu. Bir də gördü ki, anasının səsi gəlmir. Lay lası yarımçıq qalıb. Südabə baxdı. Anasını yuxu aparmışdı. Südabə ehmalca yerə düşdü. 

Qadınlar həyətdə dayanıb şirin-şirin söhbət edirdilər. Bir də baxdılar ki, qapı açıldı. Tez:

-Hə, Mədinə də uşağı yatırtdı. Tərpənək.

Lakin aynabəndə Mədinənin əvəzinə  Südabə çıxmışdı. Qız onları qabaqladı:

-Anam lay la elədi…Gedək toya…

Qadınları gülmək tutdu. Bəsti ilə Nabat içəri keçdilər. Gördülər ki, Mədinə başını divara söykəyib yatıb. Bəsti:

-Biy, Mədinə demişdi, uşağı yatırım. Əvəzində Südabə onu yuxuya verib.

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“RUHUMUZUN YAZ HAVASI” HAMIYA XOŞ ANLAR BƏXŞ ETDİ

İSMAYIL MƏRCANLI İMANZADƏ DANIŞIR

“RUHUMUZUN YAZ HAVASI” HAMIYA XOŞ ANLAR BƏXŞ ETDİ

AYB Mingəçevir bölməsinin iyun ayında “Gənclik” nəşriyyatının qrifti ilə çap etdirdiyi “Ruhumuzun yaz havası almanaxı”nın AYB-nin Natəvan klubunda düzənlənən təqdimat mərasiminibəlkə də əyalətdə yaşayan söz adamlarının ədəbi hesabatı kimi də dəyərləndirmək olar. Mingəçevirli yazarların bir qismi ilə yanaşı paytaxt Bakıda yazıb-yaradan alim və yazıçı-şairlərin də qatıldıqları tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi paytaxtda deyil, bölgələrdə yaşayıb-yaradan şair və nasirlərin yaratdığı ədəbi nümunələrin təbliği, gənc müəlliflərin üzə çıxması sahəsində uğurlu iş olduğunu qeyd edərək, bu baxımdan AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadənin böyük zəhmət sahibi olduğunu vurğulamaqla, çıxışının sonunda hamıya uğurlar arzuladı..
   Görkəmli ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru Vaqif Yusifli isə dedi: “Mingəçevir haqında düşünəndə Mikayıl Müşfiqin Mingəçevirə həsr etdiyi poeması və Səməd Vurğunun “Muğan” poeması yadıma düşür. Bu gün təqdim olunan və bölgədə yaşayan müəlliflərin poeziya, nəsr və publisistika nümunələrindən ibarət “Ruhumuzun yaz havası” almanaxı ölkəmizdə işıq şəhəri kimi tanınan Mingəçevirdə ədəbi mühitin qaynarlığından xəbər verir. Yeni almanax ayrı-ayrı illərdə dərc edilən “Aranın söz sovqatı”, “Uzaqdan gələn səs” və “Bir ocağın şöləsiyik” toplularından sonra sayca dördüncüdür və burada 31 söz adamının yaradıcılığından nümunələr verilib. Bu gün bizə unudulmaz anlar bəxş etməyə qadir olan “Ruhumuzun yaz havası” isə payızda açan son çiçəklər kimi hamımıza bahar təravəti gətirəcəyini əminlik hissiylə qeyd eləyə bilərəm!”
  Təqdimat mərasiminin aparıcısı, “Kredo” qəzetinin baş redaktoru, görkəmli şair-publisist Əlirza Xələfli, almanaxda yazıları yer alan mingəçevirli yazarları təbrik edəndən sonra, Əməkdar jurnalist,şair, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil Mingəçevir ədəbi mühitinin son illərdə formalaşması, gənc ədəbi qüvvələrin istiqamətləndirilməsi və onların ədəbi mühitə çıxmasında bölmənin rəhbəri, şair İsmayıl İmanzadənin xüsusi rolundan danışdı. Tanınmış şair-publisist “Yazarlar.az” ədəbi dərgisinin və eyni adlı jurnalın təsisçisi və baş redaktoru, halal zəhməti və işgüzarlığı ilə çoxlarının ehtiramını qazanan Zaur Ustac isə mingəçevirli qələm dostlarına uğurlar arzulamaqla, onların hər birinin diplomla təltif edildiyini bildirərək, “Ruhumuzun yaz havası” almanaxında şeir, hekayə və elmi-tədqiqat xarakterli əsərləri dərc edilən bir necə qələm sahibinə mükafatları təqdim etdi.
    Təqdimat mərasiminə könül xoşluğu ilə gəldiyini vurğulayan ehtiyatda olan polis polkovniki, tarix elmləri namizədi, istedadlı şair Əjdər Yunus Rza ədəbiyyat aləminə bir vaxtlar Cəbrayılda fəaliyyət göstərən “Ümid” Ədəbi Klubunun rəhbəri İsmayıl İmanzadənin xeyir-duasıyla gəldiyini vurğulayaraq, təqdimat mərasimində yenicə çapdan çıxan gənc şair Seymur Sönməzin “Mənim şəhadətim məhəbbətimdir” adlı şeirlər kitabı haqqında da dəyərli fikirlər söylədi.Tanınmış yazıçı-publisist Hacı Əlisahib Əroğulun yazarlara yönəlik xeyir-dualarından sonra,  bu il AYB-yə üzv qəbul olunanlardamşair-esseist Gülnarə Acalova, bir sıra maraqlı uşaq hekayələrinin müəllifiİlahə Qəhrəman, tanınmış şair Valeh Heydər, şair İldırım Əlişoğlu,uzun illərdən bəri imzaları oxuculara tanış olan şair Namiq Zaman və hüquqşünas şair, ”Söz süfrəsi” ədəbi məclisinin rəhbəri Bəhman Gülövşəli çıxış edərək sevinclərini həmkarları ilə bölüşdülər.Mərhum şair Murad Xasmədovun oğlu Elşən Xasməmmədov və bu ilin əvvəllərində dünyasını dəyişən tanınmış şair Fəxrəddin Əzizin Bakıda yaşayan qardaşı oğlu Sahib Əzizov əzizlərinə yönəlik ehtiram hissinə görə bölmə rəhbərinə və mərasimə qatılanlara minnətdarlıqlarını bildirdilər. “Azad qələm” jurnalının baş redaktoru, Prezident mükafatçısı, şairə Nəcibə İlkin gənc şair Seymur Sönməzin “Mənim şəhadətim məhəbbətimdir” şeirlər kitabının nəşrə hazırlanmasında çəkdiyi zəhmətə görə müəllifə sidqi-ürəklə halallıq verdiyini vurğulayaraq, ona və almanaxda yazıları dərc olunan keçmiş həmyerlilərinə uğurlar dilədi.
Paytaxtda yaşayıb yaradan tanınmış söz sahiblərindən Rafiq Mirzə, Malik Əhmədoğlu, Ziyadxan Budaq, Qəzənfər Mənsimoğlu, Elmira Aslanxanlı, yazıçı-publisist Məhərrəm Şəmkirli, Asif Ata ocağının layiqli davamçısı İşıqlı
Atalı, Alim Aslanoğlu, mingəçevirli yazarlara ürəkdən xeyir-dualar verən Əfşan Yusifqızı və AYB Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən “Mingəçevir qönçələri” ədəbi məclisinin üzvü Gülnarə Dünya da səmimi çıxışları ilə tədbirə əlvan söz çalarları qatdılar.
    Cəbrayıl rayonunun işğalından sonra müvəqqəti olaraq Bakıda yaşamağa məcbur olan şərəfli həyat yolu keçmiş ziyalılar-Arif Məhidov və Vidadi Hümbətov tədbirə qatıldıqlarından çox məmnun olduqlarını, görkəmli şair-publisist həmyerliləri, AYB Mingəçefir bölməsinin sədri İsmayıl İmanzadənin bir vaxtlar Cəbrayılda olduğu kimi, Mingəçevirdəki ədəbi aləmdə də aparıcı rola sahib olduğunu fəxarət hissiylə qeyd etdilər. Əslən Cəbrayıl rayonunun Maralyan kəndindən olan İqrar Həsənova söz veriləndə məlum oldu ki onun böyük oğlu Malik Həsənov boks üzrə respublika yığma komandasınınüzvüdür və bu yaxınlarad Ruminiyada keçirilən beynəlxalq yarışda birinci yeri tutaraq çempion kimi ölkəmizə qayıdıb. Tədbir iştirakçıları Maliki alqışlayaraq ona növbəti yarışlarda da uğurlar dilədilər. Sonda İsmayıl İmanzadə: “Son 22 il ərzində Natəvan Klubunda bir sıra önəmli tədbirlərdə iştirak etmişəm, ancaq bölmənin xəttiylə keçirilən 11 tədbirin təşkilatçılarından biri olsam da, burada heç vaxt şeir oxumamışam. Bölmə rəhbəri “Qoyun çıxıb gedim gəldiyim yerə” adlı şeirini oxuyandan sonra, tədbirin keçirilməsinə verdikləri dəstəyə görə AYB rəhbərliyinə,  məclisi peşəkar sənətkarlara məxsus  bir tərzdə idarə edən şair-publisist Əlirza Xələfliyə və təqdimat mərasiminə qatılmaqla böyük savab sahibi olan yaradıcı dostlarına və həmyerlilərinə bir daha minnətdarlığını bildirdi. Tədbirin ayrı-ayrı məqamlarında çəkilən foto-şəkillər isə unudulmaz xatirələrin qəlblərdə illər boyu yaşamasına dəstəkçi oldu… Fotolar:

İSMAYIL MƏRCANLI İMANZADYƏ “ZİYADAR” MÜKAFATI TƏQDİM OLUNUR



Vahid QAFARLI,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Qeyd:

Təqdimat 22 noyabr 2022-ci il, saat 14:00 dan 17:00 – dək Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında keçirilib.

VAHİD QAFARLNIN YAZILARI

HƏMÇİNİN:>>>> “RUHUMUZUN YAZ HAVASI”

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ
HƏMÇİNİN:>> “RUHUMUZUN YAZ HAVASI”
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CAROLİNE LAURENT TURUNC. AĞIR İRİN.

CAROLİNE LAURENT TURUNCUN YAZILARI

AĞIR İRİN

Mümkün olduğunca ağır irin döküyor
Gökyüzünü gecenin karanlığına boyadığında
Yüzyıllardır uyuyor, dünden uyanmadı
Gelecek denilen günün devamı bir asır gibi
O gün olarak bilinir, gelecek gün

Yabancıların dünyasından bize neler yayılıyor
Gülümseme dudak damlalarından akıyor
Yarının genç çiçeklerine daha fazlasını verseydin
Bu iğrenç dünyanın batırdığı irin karşısında

Dünyanın Zambakları yapraklarını döküyor
Varoluştan beri ev sahibi olarak kullanılan topraklarda
Ve bulutlar dallarımdaki kuşları yatakta yatarken izliyor

Ah keşke koşabilseydim ve umutları yakalayabilseydim
Karanlık temelli çökmeden önce
İşte o zaman biraz rahatlama kalbime düşer
Şimdi kan damarlarımda cehennem ateşi gibi titriyor
Tüm ruhumda ağlayan ağlama

Ey şafak vakti kükrüyor
Nehirlerin dans ettiği ay ışığı
Biraz gülümse ki üzüm bağları yapraklar yetişsin
Yıldızların nabzı derinlerden atıyor
Yağmurda yağmura gülümse
Toprak zambakları tekrar değiştirecek

Ey uykuya dalmadan önce duanın psalmodi olduğunu söylediğimiz gün vahşi mutluluk
Yarından sonra geri geleceğim
Kulağıma umut şarkıları fısıldıyor
Dağ kenarında menekşelerin huzuru
Ağaçlarda serçelerin cıvıltıları

İşte o zaman gökyüzünü öptüm
En ağır yükü sırt üstü taşıdım
Ölüm doğum karanlık berraklık
Eğer dallarımdaki ağrı irin dökülüyorsa
Gözlerimden deniz gibi
O zaman her ölüm bir zafer olur mu

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNCUN YAZILARI



MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru