www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

ƏZİZAĞA ELSEVƏR. DAĞILAN DÜNYA

ƏZİZAĞA ELSEVƏRİN YAZILARI

ƏZİZAĞA ELSEVƏR

Əzizağa Bəhram oğlu Ələkbərov 10 sentyabr 1952-ci ildə Cəlilabad rayonu, Sabirabad kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

DAĞILAN DÜNYA

Şəhidlərimizin ölməz ruhuna və qazilərimizin hünərinə ithaf

Haqqın, ədalətin pozulduğu yerdə dünya özü öz içindən dağılır.

Fəxri cəbhədən geri qayıdanda gördüklərinə inanmadı. Bu bir yuxu, ya xoşbəxt sonluqlu kino idimi, bilmirdi. Qolunu bərk-bərk çimdiklədi, gözlərini ovuşdurdu, yox, heç nə dəyişmədi. Nə yuxu idi, nə də kino. “Görəsən, necə olacaq?!” – deyə fikrə getdi. İki ay bundan qabaq qorxu, təlaş içində çırpnan kənd, elə bil, həmin kənd deyildi. Adamlar tamam dəyişmişdilər. Sanki bir az böyümüş, bir az da ürəkli olmuşdular. Uşaqlı-böyüklü hamının gözü onda idi. Asfaltı orda-burda uçulub-dağılmış, yağış sularından yığılıb kiçik-kiçik gölməçələnmiş yol boyu düzülənlər onu gözləyirdilər. Bu adi bir iş deyildi, cəbhədən qalib ordunun qazisi gəlirdi. Hər dəqiqəsi, hətta hər saniyəsi belə ölüm olan, qaşla-göz arasındakı məsafə yaxınlığındakı ölümü min kərə görmüş qazi. Qürurlu, vüqarlı adi əsgər. Fərəhindən yerə-göyə sığmırdı. Az qala uçmaq, uçmaq istəyirdi…

Bələdiyyə sədri Şişman Məlik özü kimi köhnəlmiş qara “Mersedes”indən düşüb dayananları ruhlandırır, Murtuz müəllimə uşaqların bayraqları tez-tez oynatmalarını, “Ən böyük əsgər – bizim əsgər!” lövhələrini götürənlərin daha ucadan çığırmalarını tapşırırdı. Fotoqraflar şıqqıltıyla müxtəlif profillərdən şəkillər çəkir, yerli televiziya və qəzetlərin müxbirləri müsahibələr götürür, unudulmaz anları orda-burda dilə gətirirdilər.

Günortadan sonra rayonun başbiləni də kəndə gəlmişdi. Rayona gəldiyi beş il ərzində ilk dəfəydi ki, ayağı bu kəndə dəyirdi. Onu da qazinin yastı-yapalaq daxmasının önündəki tut ağacının altında düz on dəqiqə durmaqla, “Tələsirəm, gərək bağışlayasınız!..” – deyib getmişdi. Yox, tələsmirdi, bəlkə də görünüşündən kasıb, köhnəlmiş daxmaya girməkdən utanıb-çəkinirdi. Həyətdən çıxanda bələdiyyə sədrinin qulağına nəsə pıçıldayıb çıxmışdı. Həmin gün bələdiyyə sədri nədənsə, ürəklənib: “Gəlib-gedəniniz var!” – söyləyib iri bir cöngə kəsdirmişdi. Kənd, həqiqətən aşağı-yuxarı, uşaqlı-böyüklü göz aydınlığına gəlmişdi. Hər gələn də əlində bir bağlamayla, dolu səbətlə. Kimi qənd, çay, noğul-nabat, kimi yumurta, yağ, pendir, kimi… bir sözlə, imkanı, əli catan qədər hər kəs bu qapıdan ürəklə girirdi. Bəlkə də, bugünkü kimi, bu kasıb, sadə daxmanın heç belə sevinci olmamışdı.

Fəxri universitetin jurnalistika fakültəsini bitirmişdi. Hara əl atmışdısa, ixtisasına, istəyinə uyğun iş tapa bilmirdi. Qəzetlər güclə özünü dolandırırdı. Qəzetçilik gözdən düşmüşdü. Təzə işçi götürmək istəyəndə şərt kəsirdilər: “Vəsiqə veririk, gör neynirsən, yaxşı bacarığın varsa, zirəng tərpən, bizi də, özünü də dolandır!..” Bəli, o qədər “zirəng tərpənən”lər var idi ki, idarələrə qənim kəsilmişdilər, qaşınmayan yerdən qan çıxarırdılar. Əlləri bala batanların gözləri doymur, qan görmüş qurd kimi hər gün artan hərisliklərinin ağırlığı altında əzilirdilər. Bu iyrənc hərislik çoxlarını bədbəxtliyə sürükləmiş, nə qədər jurnalisti “quş damına”, barmaqlıqlar arasına saldırmışdı. Söz urvatdan düşmüş, yazan da, yazmayan da çırmalanıb meydana atılmışdı. Meydanda çox adam olsa da, meydan boş idi, qələminin gücü ilə tanınası, barmaqla sananılası qədər az idi, çox az. Fəxri bu meydana girmədi, daha doğrusu, girməyi özünə sığışdırmadı.

Uzaq bir qohumu var idi rayonda. Müstəntiq işləyirdi. Necə olsa, sözü keçirdi. Çox yerə baş vurandan sonra əli hər yerdən üzülən Fəxri axırı qohumuna üz tutdu. Bircə telefon zənginə yanğınsöndürmə idarəsində işə düzəldi. İş deyəndə, nə iş idi ki, şlanq tutan. Yoxa min lənət, yenə bilirdi ki, daimi iş yeridir, hər ay alası məvacib yeri var idi. Daha bu az idi, çox idi, fərq etməzdi. Allah kərimdir, az olsa da, işlərəm, sonra yavaş-yavaş artar. Ancaq Fəxrinin sevinci çox çəkmədi. Qohumunu başqa rayona dəyişdirdilər. İdarədə müdir gələn qonaqları, yoxlamanı qarşılayırıq adıyla pulun üstünə əlini qoydu. Hər ay öz payını götüzdürdü. Fəxri dillənsə də, xeyiri olmadı. Kim idi onu eşidən, dinləyən. İki-üç ay keçəndən sonra bəhanə də tapıldı, ştatı ixtisara düşdü. Sonra bəlli oldu ki, sən demə, öz qohumu üçün o yeri boşaldırmış.

Fəxri çox idarələrə baş vurdu. Hamısından eşitdiyi bircə kəlmə söz oldu: “İş yoxdur… olanda gələrsən!..” Ümidini də tam qırmadılar, yalandan da olsa, vəd verib yola saldılar.

Günortadan xeyli keçmişdi, acından mədəsi sıyrılırdı. Cibində elə də pulu yox idi ki, gedib yeməkxanada oturub, allah verəndən bir tikə yesin. Qonşudan borc aldığı o beş manatın üstündəydi, onu da üç gün idi ki, xərcləyirdi.İş dalıyca rayon mərkəzinə gedib-gəlirdi. Hər yerdən əli üzülmüşdü. İşıq ucu görünəsi bir yer yox idi. Ona ağır gələn o idi ki, Allahın verdiyi sap-sağlam canı, əli-ayağı, ağlı-düşüncəsi yerindəydi, ancaq ailəyə çörək gətirəsi bir iş tapa bilmirdi. İçəridən min kərə sınır, oturub zülüm-zülüm ağlamaq, ürəyi boşalıncaya qədər göz yaşlarını tökmək istəyirdi. Düşünürdü, axı niyə, niyə belə ədalətsizlik olsun?! Biri bir tikə quru çörəyə möhtacdır, o birisi sayı-hesabını itirdiyi pulunu, sərvətini yığmağa yer tapmır. Biri yaşamaqdan bezib, intihar ipini boğazına keçirib, cavan ömrünə qəsd edir, o birisi xüsusu yeməyini də xaricdən gətirdiyi itinə, pişiyinə xidmətçi axtarır. Dünya nə qədər etibarsız imiş, Allah?! Yaşarmış gözlərini silmək üçün cib dəsmalını çıxarmaq istərkən, əli kağıza bükülü çörəyə toxundu. Quru, yavan çörəyə! Özündə deyildi, tamam yadından çıxmışdı. İndi yadına düşdü ki, səhər evdən çıxarkən arvadı Gülsabah bir tikə təndir çörəyini kağıza büküb: “Yavan da olsa, ürəyinə güc verər!” – demişdi.

Fəxri parkın dalda yerində stol kimi düzəldilmiş iri bir ağac kötüyünün üstündə oturub Gülsabahın bükdüyü çörəyi çox iştahla yedi. Saata baxdı. İş vaxtının qurtarmasına hələ bir-iki saat qalırdı. Qonşuları Məlik müəllimin məsləhət gördüyü kommunal təsərrüfatı idarəsinə də baş vuracağını unutmamışdı. “Ümidsiz olma, necə olsa, orada, bəlkə bir iş tapılar. Allah kərimdir, bəndəsini damanda qoymaz… yaradıbsa, ruzusunu da əsirgəməz!..” – demişdi Məlik müəllim.

İdarədə müdiri soruşdu Fəxri. Katibə iş üçün gəldiyini biləndə: “Müdirin vaxtı yoxdur, yuxarıdan qonaqları gəlib… yaxşı olar ki, Güləhməd müəllimə dəyəsiniz… kadrlar şöbəsinə baxan Güləhmədə… Məmiş müəllim bu işi, onsuz da ona tapşırıb…” – dedi.

Fəxri qapını döyüb, otağa girdi. Çox da böyük olmayan, işıqlı otağın baş tərəfində, jalüzlü pəncərənin böyründə oturmuşdu Güləhməd. Pərdələri yarıya qədər çəkildiyindən pəncərənin ağzındakı qovaq ağacı aydın görünürdü. Havadan payızın qoxusu gəldiyindən qollu-budaqlı qovağın yarpaqlarına sarı-sarı zər düşmüşdü. Budağından qopan yarpaqlar ara-sıra xəfif küləyin ağzında uçuşur, bəzən pəncərəyə dəyib, yaralı quş kimi yerə tökülürdü. Bir az o yanda Mişarçay sakit-sakit axıb gedir, uzaqda qəlbilənib, bir-birinə dirsəklənə-dirsəklənə uzanıb gedən bənövşəyi rəngli Burovar dağları payız günəşinin solğun şəfəqləri altında həzin, kövrək bir ovqat yaradırdı. Otaqda divar boyu şkaflar düzülmüş, göy, sarı cildli qalın tikiş qovluqları əlifba sırası ilə cərgələnmişdi. Sağ küncdə iri bir dibçəkdə əkilmiş fikus ağacı qoyulmuşdu. Sol küncdəki limon ağacından sapsarı limonlar sallanırdı. Rəngbərəng açılmış güllər arasında təkcə çatışmayan bülbül idi. Sinəsi, boyun-boğazı bəzəkli, dil-dil ötən bülbül. İlk görünüş, düzü, adamda nikbinlik yaradır, ümid doğururdu. Güləhmədin yaşı o qədər də çox görünmürdü. Otuz beş-qırx yaş arası həmin olardı. O yazdığı vərəqi kənara qoyub, qapı ağzında dayanan Fəxriyə mənalı-mənalı baxdı. Handan-hana:

-Buyurun, eşidirəm sizi! – dedi.

-İş üçün gəlmişəm!.. İşləmək istəyirəm… İstəyirəm halal-haqqına bir iş yerim olsun, hər ayın sonunda ailəmə bir tikə çörək, ruzu aparım!..

-Sən də iki universitet bitirmisən?

-Başa düşmədim. O nə deməkdir?! Niyə elə soruşursunuz?! Məgər burada işləmək üçün iki universitet bitirmək lazımdır?!

-Əstəxfürullah! Mən elə demədim, bir hövsələniz olsun də, sözümü tamamlamağa da imkan vermirsiniz. Bu gün siz iş dalıyca qapını döyənlərin beşincisisiniz. Hamısı da universitet təhsilli olduğunu, hələ üstəlik iki diplomlu olduğunu gözə soxur. Mən neyləməliyəm, onlara nazir, prokuror, ya polis rəisi yerinimi verməliyəm?! Oxumuş adamlarsınız, idarəmizin qapısını açanda divardakı lövhəyə baxmaq günahmı olar? Orda nə yazılıb, yazılıbmı ki, rayon kommunal idarəsi?! Yazılıb… Yazılıbsa, daha burda düşünməli nə var ki?!.. Bu dəqiqə qırx boş iş yerimiz var. Süpürgəçi, zibil daşıyan… Heç kəs bəyənmir, gələn də iki ay duruş tutmamış qaçır. Məgər burda ancaq qızlar, gəlinlər işləməlidir?! Bəs hardadır o kişilər ki, avara-avara veyllənib, çayxanaların yolunu yağır da edirlər, bir o qalır ki, çərçivəsini də yerindən çıxardalar. Hamısı da danışanda ağzı köpüklənə-köpüklənə qeyrətdən, ləyaqətdən, qürurdan danışır. Hələ bir üstəlik başqalarını borclu da çıxarmaq istəyirlər. İş axtarırsansa, qardaşım, istənilən işin qulpundan yapış, qorxma! Lazım gələr, yaxşı iş rastına çıxar, çıxıb gedərsən. Nə diplom bazlıqdır, guya diplomu olanlar hansı təpəni daşıyıb dağa çeviriblər, ya hansı uçuq-sökük damın dirəyinə dönüblər. Əsas odur ki, işi yarıt, rəhbərliyin ağzını açmamış nə deyəcəyini gözlərindən oxu! Mənim heç ali təhsilim, sizlər demişkən, heç universitet təhsilim də yoxdur. Göytəpə peşə məktəbini bitirmişəm. Bir müəllimim vardı. Vardı, deyəndə, elə indi də sağdır. Məndən zara gəlmişdi. Tez-tez sual verərdim. Heç məni görməyə gözü də yox idi. Oturub-durub elə hey kəlməbaşı: “Ədiş, səndən adam olmayacaq!” –deyərdi. Düzəliş verib, ay müəllim, adım Ədiş deyil, Güləhməddir… Güləhməd! – desəm də, fərqinə varmaz, bir az da acığa düşüb, “Yoox, sənin adın Ədişdir!.. Ədişdir, vəssalam!..” – deyib hirsini boğmağa, sakitləşməyə çalışardı. Düzü, niyə mənə Ədiş deyirdi, bu söz onun ağlına hardan girmişdi, onu da bilmirdim. Heç sonra da maraqlanıb soruşmadım. Hər şey qaldı arxada, xoş xatirə, şirin bir nağıl kimi. Bax, görürsən, adam da oldum, müdir də az qalır başıma and içə. Bu böyüklükdə şöbəni, düz on ildən çoxdur ki, idarə edirəm. Bir qüsurum da olmayıb. Hələ kimsə məndən narazı qalmayıb. Həə, yeri gəlmişkən deyim, o gün həmin müəllimim gəlmişdi. Nəvəsi texniki universiteti bitirib. Mühəndisdir. Ona bir iş istəyirdi.

-Verdinizmi? – deyə, Fəxri soruşdu.

-Verdim, niyə də axı verməyim! – Güləhməd gülə-gülə, özü də hərəkətindən çox məmnun bir formada dedi. – Bax, hələ üstəlik o limonumdan dərib, yaxşı bir limonlu, mixəkli çay da verdim!.. Sağ olsun ki, o məni tez-tez tənqid edib. Tənqid etməsəydi, heç bəlkə də belə ciddi-cəhdli ola bilməyəcəkdim. Müəllim əməyi danılmazdır. Hər sözü, bəlkə də, bir hikmətdir. Gözümüz onda bağlı olur, hər şeyin yaxşısını vaxtında görə bilmirik. Sonra anlayanda da başa düşürsən ki, nə deyirmişlər. Gərək hər sözün vaxtını biləsən, ömrünün vaxt saatını da ona uyğun qura biləsən.

-Bəlkə, müəllimin nəvəsi kimi, mənə də abırlı, ürəyimə yatan bir iş verəsən, həə?! – Fəxri Güləhmədin əhvalının xoş vaxtından istifadə etmək istədi.

-Xoşuma gəlirsən, iş bacarana oxşayırsan. Bu gün ovqatımın xoş vaxtıdır. Oğlumun ad günüdür. – Güləhməd dedi: – Bu işi sənə verməmiş, bəs kimə verəcəm. Özümə ki, saxlamayacam. Sənin vəzifən nəzarətçi-tabelçi olacaq. Əllidən çox işçiyə gündəlik nəzarət edəcəksən. İşə çıxıb- çıxmayıb, çıxmayıbsa, bəs hardadır, niyə çıxmayıb suallarını dəqiq bilməlisən. Rayonun ərazisi böyükdür, görüləsi işlər də hər gün dəyişir. Amma iş üçün əsas şərtlər var, onu da bilməyin vacibdir. Əvvəla, maaş kartın düz bir il bizdə qalacaq. İlin tamamında gəlib götürərsən. Elə bilmə ki, bu pul bizim cibimizə axacaq. “Yuxarıdan” bir tük belə əskik olmaz, nə gəlir, nə gedir hamısını yaxşı bilirlər. Bizi burda elə belə, xala xətrin xatirinə otuzdurmurlar. Hər şeyin haqq-hesabı var. Hər şey aşağıdan yığıla-yığıla yuxarıya gedir. Allah atalara min rəhmət eləsin, “balıq başdan iylənir”, – deyiblər. Kənardan baxan da deyir ki, aşağılar cib kəsir, yumurtadan yun qırxır. Vallah, nə gizlədim, bu sökə-sök, ötür-ötür oyununda qəpik-quruş da bizə qalmır.

-Deyirsiniz, məni işə götürsəniz, düz bir il maaş kartım sizdə qalacaq? Bəs bu bir ildə mən nə yeyib, nə içəcəm, ailəmə nə aparacam? Boş ümidlə, quru vədlə ailəni nə qədər aldatmaq olar axı?! Yazıq deyillərmi?..

-Yazıq niyə olurlar. Əlinin altında o qədər işçilərin olacaq, elə hərəsi bir görüm-baxım eləsə, gör qazancın nə qədər olar. Hələ bir az zirəng tərpənsən bizi də sevindirmiş olarsan…

-O yazıqlar nə alırlar ki, hələ üstəlik ona gözümüzü də dikək. Qiymətlər od tutub yanır, dükan-bazara girmək də olmur. Xeyir-şərdə görünmür, elə bil bu üçgünlük müvəqqəti dünyada bağ-böstan uyuğu, müqəvvası kimi yaşayırsan. İrinə-qana bulaşmış o çörəyi mən necə yeyə bilərəm, haram tikəni halal süfrəmə necə daşıya bilərəm?! Elə bilirsən, Allahın cəzası yoxdur?! Gec gələr, ancaq güc gələr… Vallah, elə yandırar ki, dərdinə əlac da tapa bilməzsən… Siz mənə iş təklif etdiniz, buna görə sağ olun. Ancaq mən o təklifə qoşula, o günahla yaşaya bilmərəm…

-Özün bil!.. Quru bəyliklə qarnın doyacaqsa, kefin istədiyin qədər də gəzə bilərsən. Amma unutma ki, fürsət də quş kimidir, uçdumu, bir də geri qayıtmaz…

Fəxri yenə suyu süzülə-süzülə küçəyə çıxdı. Yenə sıxıntılar, yenə ağrı-acılarla üz-üzə qaldı. İçində aranı dağa, dağı arana daşıdı. Dünya fikir-fikir, biçim-biçim içindən keçdi. İndi neyləməli idi? Özünə də çatmadı. Daha üz tutası, ağız açası bir yer də ağlına gəlmirdi. Ürəyində anasını qınadı. Dönə-dönə qınadı. Subay olsaydı, nə vardı ki, dostu Sənana qoşulub, Urusiyətə gedəcəkdi. O gün zəng çalmışdı Sənan, kefi yerindəydi. Əlinin yaxşı gətirdiyini, deyirdi. Bax, anam elə addımbaşı tələsdirirdi ki, “evlən, evlən!” Bir az möhlət qoparmaq, fikrindən yayındırmaq istədim: “Ay ana, bu qayğıların içində evlənmək mənim harama yaraşır! Qoy təhsilimi tamamlayım, əlim çörəyə çatsın, sonra düşünərəm. Bir də, bacı-qardaşlarım var, onlara da yiyə durmaq, oxutmaq lazımdır axı?!” – deyirdim. Dediyim, sanki ona çatmır, inadından dönmürdü ki, dönmürdü. Həə, ana, evlən deyirdin, evləndim, indi əlim bala batıb. – Fəxri anasıyla xəyalən danışırmış kimi dedi. – Özümü dolandıra bilmirəm. Evdə üç uşaq var, məndən çörək gözləyirlər. Onların üzünə çıxmağa da utanıram. Ehtiyac, sıxıntı nə qədər olar?! İl-ildən də pis gəlir. Zalımın qızı təhsilimi bitirməyə, gözümü açıb dünyanı nə rəngdə olduğunu görməyə də macal vermədi. Elə bil ürəyinə damıbmış, “İlkim sənsən, sənin toyunu görüm, daha dünyadan istəyim yoxdur… gözüm də arxada qalmaz. Köçəndə də rahat köçüb gedərəm. Bilərəm ki, evimizin işığını yandıran, balalarımı süfrə başına, ocaq istisinə yığan var!..” – demişdi. Elə bil durna köçüydü, həsrət yükünə bürünüb beləcə, sakitcə də köçüb getdi. “Evin böyüyü sənsən, biz olmasaq da, bacı-qardaşlarına yiyə durub, ev-eşik sahibi edərsən!..” Bu son sözü, köç qabağı son vəsiyyəti idi anasının. Bu sözləri qırıla-qırıla deyərkən gözlərində yaş gilələnmişdi. Görünür, yaşamaq, yaşamaq istəyirdi. Kim yaşamaqdan bezib ki?! Həyat həmişə gözəldir, əzabları olsa da, olmasa da…

Gülsabah ömür-gün yoldaşı Fəxrinin xasiyyətinə yaxşı bələd idi. Bir işi yerində olanda sevincini gizlətməz, uşaqlarını bir-bir qucağına götürüb marçıltıyla üz-gözlərindən öpər, atıb tuta-tuta: “Həə, deyin görüm, kimin belə gül balası, Ay parçası var?!” – deyirdi. İndi heç nə demədi. Sifəti turşumuş ayran kimi büzüşmüş, alt dodağı yer süpürəcəkmiş təki sallanmışdı. Tez-tez gözləri məchulluqda ilişib qalır, sanki bu dünyadan ayrılıb öz aləmində xəyalları, xatirələri ilə oyalanırdı. Bir stəkan çay gətirdi Gülsabah. Öləziməkdə olan ocağın o biri üzündə, əri ilə üz-üzə oturub, maşayla külləşmiş közləri qurdalaya-qurdalaya:

-Bilirəm… – dedi. – İşin yenə alınmayıb. Neyləmək olar. İşsizlik bir bəladır. Burada sənin günahın yoxdur. Kim istəməz ki, ailəsinin bir tikə halal ruzusu olsun?! Belə getsə, kənd də boşalacaq, bir başıpapaqlı da qalmayacaq. Kişilər şələ-şüləsini qoltuğuna vurub çörək dalıyca Urusiyətə qaçır. Burda yurdunu, isti oşağını dağıdıb, orda Tanyaların, Manyaların işığını yandırır. Yox, yox, iş məsələsində mən heç vaxt səninlə üz-üzə gəlmərəm. Görürəm, çırpınırsan, səhər evdən çıxıb, axşam gəlirsən. Axtarırsan, kim bilir, neçə-neçə yaramazla, şərəfsizlə üz-üzə gəlib xahiş-minnət edirsən. Qəhətə çıxan bir tikə çörək üçün kimlərin, kimlərin qapısını döyürsən. Günahı olanlara, Allah, lənət eləsin! Çörəklə də insanları sınağa çəkmək olar?! – Gülsabah nəfəsini dərib, ocağın gözünü qurdalaya-qurdalaya bir qədər susdu. Gözlədi ki, Fəxri çayını içib, neyləmək lazım olduğu barədə bəlkə bir-iki kəlmə danışa. Onun qımıldanmadığını görüb, handan-hana dilləndi. – Nə olar, man deyil! Qoy Tavad xalayla qonşu rayonun bazarına göy-göyərti aparım. Deyirlər, yaxşı gedir, camaat ət, yağ tapa bilməsə də, göy-göyərti ilə birtəhər keçinirlər. Görürəm, gün-günorta əyləmi təzəcə eləmiş qayıdıb gəlir. Dost-doğma xalandır, yalan ha deməyəcək. Ona nə düşüb ki, yalan danışa, dünya malına görə dinini-imanını, axirətini yandıra. Satılır göyərti, deyir, yaxşı satılır. Hər gün on-on beş manat təmiz qazancı da olur. Buna da min şükür, indi kim bu pulu havayı verir insana.

-Heç bilirsən, bazarda yer tutmaq üçün saat neçədən gedir? Saat dörddən!.. Səhərin o ayazında, şaxtasında. Kiminsə, şirin yuxusuna haram qatmadığı vaxtda. Yazığın heç əllərinə fikir vermisənmi, qaralıb, şaxtadan-sazaqdan da çat-çat olub…

-Neyləsin, evin bütün ağırlığı çiyninə düşüb. – Gülsabah sual dolu baxışları ilə Fəxrini süzüb dilləndi: – Əri yoxdur, ölüb, kişi kimi qadındır. Dişiylə, dırnağıyla çörək qazanır, kirpiyilə od götürür. Bəs o işləməmiş kim işləyəcək, çörək nurdanmı tökülür?

-O əzab, o ağrı vaxtsız çiyinlərini əzir, ömrünü çürüdür axı?..

-Kiməsə boyun əymir, kiminsə tənəsini yemir… Pisdirmi məgər?!.

O gün Gülsabahla Fəxri bu barədə çox danışdılar. Hətta sözləri də çəp gəldi. Bir az gileyli, incik də düşdülər. Sonra yenə anlaşıb, Tavad xalayla yol yoldaşlığına razılaşdılar.

İlk gün təmiz on manat qazanc qalmışdı. İlahi, uşaqlar bir sevinirdilər ki?! Hərəsinə bir sorma, manpası almışdı. Ev elə bil böyümüş, işıqlanmışdı… Görəsən, ürəkdən gələn uşaq sevincini görməkdən böyük xoşbəxtlik varmı dünyada?!

Müharibənin başlaması xəbəri ildırım sürəti ilə yayılmışdı. Ermənilərdən hər şey gözləmək olardı. Ağalarının sədaqətli köpəkləri idilər. Boyunlarına xaltanı salıb siyasət meydanında hara gəldi sürüyürdülər. Fəxri bərk sarsılmışdı, eşitdiyinə inana bilmirdi. 27 il həyasızcasına qara-qışqırıq salıb “müharibə ola bilməz” deyənlər, Qarabağdakı erməni işğalına “ədalət” donu biçir, onların nazı ilə də böyük təşkilatları oynamağa məcbur edirdilər. Dünya boz siyasəti ilə gözdən düşür, göz görə-görə ədalətsizlik, başıpozuqluq ayaq açıb yeriyirdi. Müharibə başlayıbsa, demək, böyük oyunun zənciri hardasa qırılmışdı.

Fəxri süfrə başında oturmuşdu. Arvadı Gülsabah Tavad xala ilə bazardan bir-iki saat olardı ki, qayıtmışdı. Şor balıq almışdı Gülsabah, içini doldurub sac altına qoymuşdu. Allahım, balıq da nə balıq, iyi bütün evi bürümüşdü. Yemək istəməyəni də iştaha gətirirdi. Əli üzündə qaldı Fəxrinin. Yerindən dik qalxıb, “Uşaqlar sənə əmanət, Gülsabah, anam gəlini!..” – dedi. Pencəyi çiyninə atıb həyətdən çıxdı. Maşına minmək üçün kəndin o başına da getmədi. Korun-korun, sısqa-sısqa axan Qarayar çayın üstündəki körpünü keçib kəsə yolla, Minay təpəsi tərəfdən rayon mərkəzinə tərəf addımladı. Böyük şose yolu boyunca elə bil maşın axını da güclənmişdi. Polis maşınının səsgücləndirici ilə yolu aça-aça hərbi karvanı da çəkib gətirməsi apaydın görünürdü. Zirehli maşınlar günün günorta çağı işıqlarını da yandırıb irəliləməsiylə hamıya başa salırdılar ki, tələsirik, yolumuzu açın, ləngitmək olmaz. Axın cəbhəyə gedirdi.

Fəxri rayonun hərbi komissarlığına çatanda gözlərinə inanmadı. Adam əlindən tərpənmək olmurdu, iynə atsan, yalan olmasın, bəlkə də yerə düşməzdi. Hamısı könüllülər idi, qeyrət məqamı idi, cəbhəyə yazılmaq, getmək üçün gəlmişdilər. Məqsəd bir idi: “Ölərik, Qarabağı vermərik! Hər qarış torpağımız düşmənə məzar olmalıdır!..” 44 günlük Vətən müharibəsi bu həyəcan, bu ağrı-acıyla başlayıb, bütün dünyanı silkələyən qələbə ilə qurtardı. Sanki ilahi bir möcüzə idi. Düşmənin ayaqları altından torpaq qaçmışdı. Qarabağın tacı, gözəllik beşiyi Şuşa alınmış, rayonlar həsrətdən, işğaldan qurtarmışdı. Küçələr, evlər sanki bayraq olub dalğalanırdı. Ekranlardan, efirlərdən boy-boy boylanan “dəmir yumruq” ermənilərə, paşinyanlara, havadarlarına tuşlanmışdı”. “Bəs nə oldu, Paşinyan?!” kəlamı uşaqlı-böyüklü hamının dilində bitmişdi. Bu ovqatın boy verdiyi bir vaxtda Fəxri qalib ordunun əsgəri kimi geri qayıtmışdı.

Fəxrigilin kəndi üç şəhid də vermişdi. Bunu kəndə qayıdanda bilmişdi Fəxri. Elə həmin gün də onların ata ocağına getmiş, öz ürək ağrısını bildirmişdi. Qəribəydi, elə bil hansısa ilahi bir güc kəndi qüvvətli əlləriylə tutub bərk-bərk silkələmişdi. Fəxrinin qoyub getdiyi kənd 44 gün əvvəlin kəndi deyildi. Kənd, sanki qeyrət, qürur qoxusu verirdi. Adam arzularına baş qoyub, ümidlərinə sığınıb yaşamaq, yaşamaq istəyirdi…

Müharibə bitsə də, onun acı fəsadları hələ indi-indi üzə çıxırdı. Fəxri axşamlar tez-tez diksinir, sayıqlayıb öz-özünə danışır, qan-tər içində boğula-boğula: “Mərmi!.. Mərmi!!. Tez olun… tez olun, səngərə yatın! Düşməni yaxına buraxmayın! Vurun, vurun!..” – deyə qışqırıb yerindən dik atılırdı. Gülsabah təlaş, həyəcan içində onu sakitləşdirir, yaş əskiylə onun üz-gözünün soyuq tərini silirdi. Rayonun həkimbaşı Rəsul ümid verib: “Tezliklə keçib gedəcək!..” – deyir, kəndin ara həkimi, xəbər poçtalyonu Mirnisə arvad cəddini çağırır, baş sındırıb gicitkana cincilim qatır, suda yaxşı-yaxşı qaynadıb üfürə-üfürə, dodağının altında nəyi isə mızıldana-mızıldana suyu süpürgə ilə həyət-bacaya çiləyirdi. Guya cinlər-şəyatinlər ağırlıq gətirib, indi ovsunlanıb, tilsimlənib çəkilib gedəcək.

Hamı səfərbər olunmuşdu. Hamı yumruq kimi birləşmişdi. Fəxrinin içində bir ümid işığı yanırdı. Daha insanlar soyuqqanlı, biganə olmayacaq, yaxşılara əl uzadacaq, yaxşılığa üz tutacaqdılar. O da, daha çörək dərdi, iş dərdi çəkməyəcəkdi. Bu, uydurma, şirin bir yalan deyildi. Özünün də inandığı inam, doğan günəş idi. Zarafat deyildi, o böyüklükdə odun-alovun içindən çıxmışdılar. Gecəsi gündüzündən seçilməyən odun-alovun. İlahi, sanki torpaq da yanırdı, cızdığı çıxa-çıxa. Bəs bu gündə birləşməyib hansı gündə birləşəcəkdilər?!..

İki ay da beləcə ötüb keçdi. Bu evə gələnlərin də ayağı yavaş-yavaş kəsildi. Çörək təknəsi boşaldı. Ehtiyacı, sıxıntını qapıdan qovsalar da, pəncərədən girdi. Yenə iş dalıyca qapıları döydü. Yenə ümidsizlik, yenə inamsızlıq. Yaddaşına yazılmış bir misranı dodağının altında təkrarladı: “Dünya düzəlmir ki, düzəlmir, baba!” Sevdiyi şairin adını xatırlaya bilməsə də, ürəyində min kərə rəhmət oxudu. Sözlə dünyanın şəklini çəkmişdi. Sanki dinlədikcə, səs də rənglərə boyanıb tökülürdü. Dünya sirli bir dünyaydı, vaxt körpüsündən keçib getdikcə, onun altından axan sular kimi, heç nəyi vecinə almadan axıb gedirdi…

Bu kənddə bir balaca imkanı olanlar istixanalar düzəltmişdilər. Qaz olanda qazla, olmayanda odun peçiylə isidirdilər. Göy-göyərti əkirdilər. Müştərisi də başının üstündəydi. Axşamdan dəstələyib qonşu rayona satmaq üçün gedənlərə verər, gedənlər də, sağ olsunlar, halallığı itirməyib qəpiyinə qədər hesablayıb, qaytarardılar. Beləcə, hamı bir-birini yola verib dolanırdı. Bazara gedənlər çox deyildi, cəmi beş-altı nəfər. Yuxusuz qalmaq, günün yarısını ayaq üstə keçirmək zarafat deyildi. Bazarda yer tutmaq üçün səhərin gözü açılmamış yola çıxar, sürücü Rəfi kişinin üstü çadırlı maşınına göy-göyərti kisələrini yükləyib gedərdilər. “Optavoy” deyənlər – yeməkxanalara, toylara, Allah iraq eləsin, yas məclislərinə bir yerdən götürənlər lap tezdən, saat altıdan gələrdilər. Məclislərini yola verməliydilər axı?! Dan yerinə xal düşüb, həyalı qız kimi günəş üfüqdən boylananda adi adamlar tək-tək axıb gələr, istədikləri qədər alıb gedərdilər.

Hərdən düşünürdülər, axı bu rayonun adamları niyə bu qədər göy-göyərti sevən, göy qutab, kükü dəlisidirlər?! Torpaqları şoran idi, yəqin əkə bilmirdilər? Bəlkə kasıb idilər, göy-göyərti də ucuz olduğu üçün birtəhər başlarını girələyirdilər? Yox, sən deyən də kasıb deyildilər, çoxlu mal-qara bəsləyir, toyuq-cücə saxlayırdılar. İnsafən, Allah verəndən də çox şeyləri yerindəydi.

Hava birdən-birə çox soyumuşdu. İki gün idi ki, aramsız yağan yağış dünən axşamdan sulu qara, sonra da qara çevrilmişdi. Narın-narın qar yağırdı. Düzü dünya ağ örtüyə bürünürdü. Çox vaxt dili-topuğu quruyan Qarayarçayın gözünə işıq düşmüşdü. Burovar sanki arzuları, ümidləri ilə köpüklənib çay aşağı Çala qoruğuna sarı axıb gedirdi. Bayırda xırdaca qar dənəcikləri pəncərəni naxışlayır, soyuq külək tüstünü buxarının ağzından alıb, oynada-oynada dər-divara çırpırdı. Belə soyuqda it də başını çölə çıxarmaz, deyirdilər.

Fəxri pəncərə ağzında dayanıb, taxtapuşdan asılmış küləyin oynatdığı elektrik lampasının zəif işığında həyətə baxdı. Göz-gözü görmürdü.

-Yox, sən getməyəcəksən! – Zabitəli səslə dilləndi Fəxri. – Mən gedəcəm. Axşam çağından da göy-göyərtini kisələrə yığıb gətirmişik. Çox saxlamaq da olmaz… bir az da keçsə, saralıb-solacaq. Allah eləməsin, getsən xəstələnərsən. Onda gərək gətirəcəyinin də üstünə bir o qədər qoyub həkimə verəsən ki, səni sağaltsın…

Qar aramsız-aramsız yağırdı. Külək piştaxtaların açıq dər-divarından içəri soxulur, arabir hirsini-hikkəsini toplayıb qarı sovruqlayırdı. İstilənmək üçün ayaqlarını yerə döyməkdən yorulmuş Fəxri Sənanla qulpsuz, yanmaqdan hisə-pasa bürünmüş vedrədə taxta, karton qırıntılarından oçaq qalamışdılar. Tüstüdə boğulmaqdan qorxan qızılı alov dilimləri havanı cırmaqlaya-cırmaqlaya yuxarı qalxır, yanıb çırtladıqca çınqı-çınqı ətrafa səpələnirdi.

Sənan qonşu kənddən idi. Fəxriylə bir məktəbə getmiş, düz on il bir partada oturmuşdular. Gəncədə oxumuş, baytarlıq diplomu almışdı. Hara baş vursa da, iş deyib ümid verən olmamışdı. Hələ subay idi, ailəli deyildi ki, nəyinsə qayğısını çəkə. Bir gün hər şeydən bezib, tələbəçilikdən qalma göy çamadanını qoltuğuna vurub Urusiyətə getmişdi. İşi pis gətirməmişdi. Göy-göyərti, mer-meyvə sata-sata özünü yaxşı tutmuşdu. İkinci il özü daha bazara çıxmırdı. Bazarda altı yer götürüb, satıcı tutmaqla öz işini yola verirdi. Bir zaman pul üzünə həsrət qalan göy çamadan, göy əskinaslarla dolurdu. O pulla Sənan Bakıda bir ev almaq və dədə yurdundakı köhnə evi sökdürüb təzələmək istəyirdi. Hələ nə qədər də pul artıq qalırdı. Üç ay bundan qabaq telefonda danışanda Fəxrini də özüylə gəlib aparacağına söz vermişdi. Ancaq…

Təyyarəyə bilet almaq üçün aeroporta gəlmişdi Sənan. İstanbuldan qayıdan sərnişinlər axınla içəridən çıxırdılar. Düzü, onların ovqatı o qədər gözəl idi ki, hələ Sənan dayanıb həsədlə baxa-baxa dərindən bir köks də ötürmüşdü. Nə gizlədək, İstanbul onun üçün şirin bir nağıl, möcüzəylə dolu əfsanə, əlçatmaz bir uzaqlıq idi.

Taksi gözləyən sərnişinlərdən biri elə bil onu ovsunlamışdı. Sənan gözlərini ondan çəkə, yerindən tərpənə bilmirdi. Mavi gözlü, sarışın qız da, deyəsən bu baxışları tutmuşdu. O, bu baxışların işığında əriyir, içində bir xəyal dünyası qururdu. Birdən-birə cəsarətlənib irəli yeridi. Taksi tutub, qızı əyləşdirdi. Məmnunluq içində tanış da oldular, qızın telefonunu götürdü Sənan. Həkim idi qız. Şəhərin mərkəzindəki o yeddi mərtəbəli xəstəxanada göz həkimi işləyirdi. Həmin gün bilet almaq, heç Sənanın yadına da düşmədi. Kirayə qaldığı evə qayıdıb Anna ilə görüşəcəyi günün vaxtını ürəyində əriş-arğac elədi. Düşünürdü, Annanı şəhərin ən bahalı, köpüklənə-köpüklənə axıb gedən çayın üstündəki o “Qağayı” restoranına aparacaqdı. Həmişə çal-çağırlı, qonaq-qaralı “Qağayı”ya. Orada Sənan iki kərə oturmuşdu. Tez-tez yanıb-sönən əlvan rəngli işıqlar adamı elə bil sirli-sehirli nağıllar dünyasına çəkib aparırdı. İndi evdə dörd divar arasında sıxılan Sənan o nağıl gecənin sehri ilə yaşayırdı. Bu evə çox sarışınlar gətirmişdi, elələri lap elə özləri gəlmişdi. Ancaq heç biri yadında qalmamışdı. Bir-iki saatlıq nəşə, dağın döşündə, uçurumlu dərədə sürünən duman kimi ələnib, keçib getmişdi. Amma Anna keçib gedən dumana bənzəmirdi. O, bu evdə olmasa da, xəyalı hər gün bu evdə böyüyür, böyüyürdü. Restoranda oturduqları gündən bəri telefonları susmur, gecə yarısına qədər danışırdılar. Hədiyyə, gül buketi bağlatdırıb göndərir, içində hələ indiyə kimi duymadığı qəribə bir hiss əl-qolunu bağlayırdı. Daha kəndə də qayıda bilmirdi. Hələ hisslərin içində çırpınır, nə etmək lazım olduğunu kəsdirə bilmirdi. Anna ilə görüşünün gərək ki, onuncu günü olardı. Onu evlərinə ötürüb geri qayıdırdı. Yarıqaranlıq blokda otağının qapısını açıb içəri girmək istəyərkən üç gənc hardansa ortaya çıxıb Sənanı otağa itələdilər. Biri Annanın qardaşı idi. Üç gün əvvəl küçədə qabağını kəsib: “Yolunu azma, oğlan… öz yolunla get!” xəbərdarlığını edən qardaşı. İndi heç nə demədən Sənanı özündən gedənə qədər doyunca döydülər. İki gündən sonra özünə gələndə canının ağrısından tərpənə bilmirdi. Qolları, ayaqları bağlanmış, ağzına yapışqan lenti vurulmuşdu. Ən ağrılısı o idi ki, göy çamadan getmişdi. Yanına “Əl-qolunu açana qədər yaşamaq haqqı veririk. Çəkin, polisə də getmə, polis də bizim adamdır. Dərdini kiməsə anlatsan canından olarsan! Torpağında ölüm-qalım savaşı gedərkən, qeyrətli oğul bazarlarda veyllənmək, onun-bunun namusu, qeyrəti ilə oynamaqdansa, Qarabağda ölməsi daha yaxşıdır!.. Dazbaş Vova” sözləri yazılmış kağız parçası, bilet pulu və yol xərci qoyulmuşdu. “Dazbaş Vova” deyəndə, kimə ilişdiyini anladı. Onu bu şəhərdə, lap elə bu vilayətdə tanımayan yox idi. Cızığından çıxanların qənimiydi. Onlardan qopardığını ehtiyacı olanlara paylardı. İşi müşkülə düşənlər də üstünə qaçardı. Ondan çəkinənlər çox olsa da, sevənləri də az deyildi. Necə gəlmişdisə, eləcə də qayıtmalıydı Sənan. İki gün ərzində üst-başını batırması xəcalətindən özünə gələ bilmir, dərdini kiməsə açmağı özünə sığışdırmırdı. Şalvarından gələn pis qoxu, sanki onu qarabaqara izləyir və içində nə çəkdiyini bir özü, bir də Allahı yaxşı bilirdi. İçəridən onu yeyən bu ağrı-acıyla da qayıtdı Sənan. Müharibə də bitmişdi. Ötən günləri xatırlaya-xatırlaya bazarda göy-göyərti alveri edir, Fəxrinin döyüşlə bağlı söhbətlərini eşitdikcə, ürəyindən keçirdiyi “köpəy oğlu “Dazbaş Vova”nın qızıla tutulası sözləri”ni içində sinirə bilmirdi. Rus olanda, nə olar, yalan ha deməmişdi?!..

-Mirab gəlir!.. Mirab gəlir!.. – Sənan gileyli-gileyli dilləndi. – Bu zalım uşaqlarının insafları yoxdu məgər?! Barı imkan verəydilər, heç olmasa bir siftə edəydik… Qardı… çovğundu… qiyamətdi… Yer-göy qarışıb, gələn yox, gedən yox! Bunlar da bir tərəfdən tələsdirir ki, yerpulumu ver!..

Soyuqdan köhnə, nimdaş paltosunun yaxalığını qaldırıb sanki içində gizlənməyə çalışan Mirabdulla kişi büzüşə-büzüşə, nədənsə gileylənə-gileylənə gəlirdi. Deyəsən, bu gün heç kim yerpulu vermək istəmirdi…

Birdən nə baş verdi, nə oldu, Fəxri heç özü də bilmədi. Yerindən dik atıldı. Qəzəbindən rəngi boğuldu, bədənini əsməcə bürüdü. Az qala hədəqəsindən çıxacaq gözləri bərəldi. Beyni dumanlandı. Sanki piştaxtalar gözünə səngər kimi göründü. Orada yağış da, qar da beləcə yağırdı. Heç nə eyninə deyildi. Çünki qarşıda düşmən var idi. Fürsəti əldən verməyən düşmən.

-Vurun!.. Vurun!.. – Fəxri dəlicəsinə bağırdı. Soyuq səngərə qısılırmış kimi, piştaxtaya sıxılıb, göy-göyərti dəstələrini – kişniş, vəzəri, şüyüd, soğan, turp dəstələrini mərmi atırmış kimi qabağa tullayıb: – Aman verməyin qarı düşmənə!.. Qoymayın!.. Qoymayın yaxına gəlsinlər! – deyə qışqırır, piştaxtanın üstünə qalxıb, yaxasını aça-aça təpiklərini piştaxtaya döyəcləyirdi. Qorxusundan yerində donub qalmış Mirabdulla kişi cınqırını çıxara bilmir, ürəyində bu xata –bəladan uzaq olmaq üçün Allaha yalvarırdı.

Sənan böyük təlaş, həyacan, sarsıntı içində Fəxrinin yaxasından tutub özünə sarı çəkir, qucaqlayıb üz-gözündən öpürdü. Fəxri sakitləşmir, dartınıb yaxasını qoparmağa çalışır, yerində atılıb-düşür, dəlicəsinə bağırır, bağırırdı…

Sənan Fəxrinin sakitləşmədiyini görüb, qəfildən ona möhkəmcə bir sillə ilişdirdi. Şappıltıyla açılan sillənin səsi, üzündə hələ də barmaqlarının izi qalan zərbəsi onu elə bil ki, qəflət yuxusundan ayıltdı, dərin sarsıntıdan çıxartdı. Özünə gəldi. Harda olduğunu yavaş-yavaş anlamağa başladı. Hər şeyi məhv etmişdi, göyləri qom-qom palçığa, ayaqlar altına səpələmiş, yararsız, əzik-üzük vəziyyətə salmışdı. İndi pulunu necə qaytaracaqdı? Uzunboğaz ayaqqabısının altı cırılıb, su verdiyindən məktəbə gedə bilməyən, üzündən öpüb, ürəkli-ürəkli: “Darıxma, ceyran balam, lap təzəsini alacam!..” – söylədiyi qızının üzünə necə baxacaqdı?! Utandı. “Allahım, mən neylədim… mən neylədim!..” – deyib əlləriylə üz-gözünü tutub yerə çökdü, zülüm-zülüm ağladı. Ürəyi boşalıncaya qədər ağladı.

Bəlkə… bəlkə də ömründə birinci dəfə idi ki, belə ağlayırdı…

08. 02. – 09. 05. 2021, Bakı şəhəri

MÜƏLLİF: ƏZİZAĞA ELSEVƏR

ƏZİZAĞA ELSEVƏRİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CAROLİNE LAURENT TURUNCUN BAKI TƏƏSSÜRATLARI – TURUNÇ

CAROLINE LAURENT TURUNC BAKIDA

Sevgili dostlar, bundan birkaç gün önce sinema sanatçısı arkadaşım Sebahat Adalar ile kardeş ülke Azerbaycan Bakü’ye bir konferans için gittim.

Facebook paylaşımlarımdan orada olduğumu gören ve vakit kaybetmeden benimle iletişime geçen şair arkadaşım Zaur Ustac ile buluştuk. Yüreği şeffaf , insan sevgisi ve enerjisi yüksek olan arkadaşım bize büyük bir misafirperverlik sundu ve çok değerli arkadaşlarla tanıştırdı. . .

Hepsi birbirinden değerli şahsiyetlerdi.

Bu güzel arkadaşlar güzel ve onurlu sürprizler hazırlamışlardı.

Azerbaycan’da yayın yapan ünlü TEZADLAR TV’nin güzel sunucusu Yasemin ile bizi bir televizyon programında ağırladılar.

Sevgili dostum, Uluslararası şair Zaur Ustaç Bey

TEZADLAR, TV sunucusu Yasemen Memmedli

YAZARLAR” JURNALI – Müstakil Yazarlar Konfederasiyası Müdüresi Madam Karimova Ehmediva.

Misafirperverliğiniz için milyonlarca kez teşekkür ederim. Bir teşekkürden çok daha fazlasını hak ediyorsunuz.

Bu benim için çok şey ifade ediyor.

İnanın, minnettarlığımı ifade etmeye kelimeler yetmez.

Beni kardeş ülkemizde ağırladığınız bu olağanüstü nezaket asla unutulmayacaktır.

Cömertliğinizden ve inanılmaz sıcaklığınızdan çok etkilendim.

Değerli vaktinizi bizimle geçirmeniz beni çok duygulandırdı.

Bize sanki evimizdeymişiz gibi harika bir gün yaşattınız, benim için kesinlikle harika bir deneyim oldu.

Kalbim nezaketiniz için size teşekkür etmekten asla vazgeçemez.

Dostlarım ,Bakü’deki ikinci günümüzde!

AJB üyesi, “Kharibulbul” Edebiyat Meclisi başkanı

Sayın ; Nezaket Kerimova Ehmedova

Tiyatro ve sinema sanatçısı Sebahat Adalar, Ve benim için

18 Kasım’da gerçekleştirdiğiniz organizasyonda üst yönetiminiz, çalışma arkadaşlarınız ve tüm ekibinizle yanımızda oldunuz ve bizleri çok gururlandırdınız.

O gün benim doğum günüm olduğu için benim için büyük bir sürpriz oldu.

Azerbaycanlıların Dünya Kültür Merkezi’nde (DAMM) bizler için harika bir toplantı gerçekleştirdiniz. Bu günü kutlamak için IE direktörü, DAMM Uzman Meclisi yazar-yayıncısı, Kharibbulbul EM başkanı, Authors dergisi editörü, yazar-şair, Zaur Ustac ve AJB başkanı Nazakat Karimova Ehmedova’bir DAMM Onur Diploması takdim ettiniz. 20. 11 2022 “Kharibulbul” Edebiyat Konseyi Başkanı, DAMM in Onursal Üyesi olarak atandınız.

Cumhuriyet Şehit Ailelerini Destekleme Derneği, Tazadler-TV sunucusu Yaseman Mammedli, Zefer Yolu “İB” Yönetim Kurulu Başkanı Rarvane Salmangizi ve diğerleri bizleri tebrik ederek başarılar dilediler.

Hemen ardından Yazarlar Birliği Genel Sekreteri tanınmış yazar Elçin Hüseynbeyli bizleri makamında ağırlayarak, edebî yaratıcılığı ve kendisi hakkında bilgi verdi ve kitaplarını hediye etti.

Ardından halı sanatçısı Natig Necefzade’nin “İçşaher” sergisinin kapanışına katıldık.

Böylece Bakü’den Fransa ve Türkiye’ye çok güzel izlenimlerle dönmemizi sağladınız .

Sevgili Nazakat Karimova Ehmedova

Sizin sohbetiniz,gülüşünüz , misafirperverliğiniz

İkramlarınız ve çalışma arkadaşlarınızın kibar davranışları inanın bize çok iyi geldi. Şükredecek çok şeyimiz var artık. herkesten önce size özel teşekkürlerimi sunmalıyım. Gülen yüzünü ve yumuşacık kalbinizi çok sevdim bize yaptığınız sürprizlerle bizleri ziyadesiyle onura ettiniz

Sizi ve ikinci vatanımızı tekrar görmek isteriz. Her şey için en içten teşekkürlerimi arz eder , saygı ve sevgilerimi sunuyorum.

Şair hümanist Caroline Laurent Turunç

Mənbə: Caroline Laurent Turunc

YAZI İLƏ ƏLAQƏLİ MATERİALLAR:

Fotolar: >>> CAROLINE LAURENT TURUNC BAKIDA

PDF kitab: >>>Tuncay Şəhrili “Caroline Laurent Bakıda”

CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

ZAUR USTACIN YAZILARI


PDF>>>
ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qulam Əkbər oğlu Qədirovun 50 illik yubileyi keçirilmişdir.

SAMİR SƏFƏROVUN YAZILARI

Bu gün Bərdə rayonu Yenidaşkənd kəndində Birinci Qarabağ müharibəsində 1994 cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhadətə ucalan Qulam Əkbər oğlu Qədirovun 50 illik yubileyi keçirilmişdir.

Tədbirdə Bərdə RİH başçısı aparatının, SHXÇDX-in əməkdaşları, şəhid ailələri, şəhidin döyüş yoldaşları, müharibə əlilləri, məktəblilər və kənd ictimaiyyəti iştirak etmişdir. Tədbirdə çıxış edən natiqlər şəhidin döyüş və həyat yolundan bəhs edən çıxışlar edərək Azərbaycan əsgərinin qəhrəmanlıq və vətənpərvərlik nümunəsindən danışmışlar. Tədbirdə şəhid Qulam Qədirovun adına hazırlanmış xatirə bukletləri, diplomlar və lövhələr tədbir iştirakçılarına təqdim edilmişdir.

Tədbirdən öncə Vətən müharibəsi şəhidlərinin adına inşa olunmuş şəhidlər abidə kompleksi ziyarət olunmuşdur.

Qulam Qədirov 27 noyabr 1972-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1990-cı ildə Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir.

1990–1991-ci illərdə Özbəkistanın Çirçik şəhərində Sovet Ordusunda xidmət etmişdir. Bərdə rayon Hərbi Komisarlığı tərəfindən 10 may 1991-ci ildə Milli Orduya çağırılmışdır.

1993-cü ilin oktyabrına qədər 703 saylı hərbi hissədə xidmət etmişdir. Xüsusən Ağdərə döyüşlərində qumbaraatan kimi fəallıq göstərmişdir. Bundan sonra Qulam Qədirov 701 saylı hərbi hissənin 5-ci Bərdə taborunun qumbaraatanı və avtomatçısı kimi Ağdərə, Laçın, Kəlbəcər rayonlarındakı qanlı döyüşlərin iştirakçısı olmuşdur.

19 yanvar 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Qulam Qədirov 20 yanvar 1994-cü ildə doğulduğu Yeni Daşkənd kəndində dəfn olunmuşdur.

HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!

FOTOLAR:

Mənbə: Samir Səfərov

Müəllif: p-k/l-nt Samir SƏFƏROV

Vətən müharibəsi iştirakçilari və şəhid ailələri ilə lə iş şöbəsinin müdiri

SAMİR SƏFƏROVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

HƏR DAĞDA, DƏRƏDƏ İZİM VAR MƏNİM

ZAUR USTAC

Zaur Ustacın adı yaradıcı şəxs kimi Azərbaycan oxucusuna yaxşı tanışdır. Müxtəlif mövzuda qələmə aldığı şeirlər bir çeşni kimi təbiətin al-əlvan rəngini özündə əks etdirir. Ana təbiətin halı bu şeirlərin leytmotividir. “Hər dağda, dərədə izim var mənim!” – deyən şair könülcə təbitin övladı olduğunu bəyan edir. Onun hər gülünə, tər çiçəyinə, mavi ənginliyinə, şr-şır bulaqlarına, zümrüd meşələrinə, sır-sıra kimi sıarlanmış ucaboylu dağlarına, göy-yaşıl çəmənliklərinə kim heyran olmayıb ki. Şair Z.Ustacın “Sehrinə düşmüşəm, nur ləçəklərin” obrazlı ifadəsi elə-belə, gəlişigözəl söz təki deyilməyib. Anadan olandan ölənədək – olumla-ölümün intervalıdakı qədər biz təbiətin heyranıyıq. Şairin aşağıda sizə təqdim etdiyimz şeirlərində də bu cür heyrani münasibətlər çoxluq təşkil edir, təbiəti öyrənməyə, sevməyə və qorumağa xidmət edir. Bundan gözəl, bundan savab nə iş ola bilər ki?! Əslində hamımız təbiətin övladı olduğumuz və ondan faydalandığımız kimi, onu qorumağı da bacarmalıyıq. Ən azı təqdim edilən yaradıcılıq nümunələri bir örnək kimi bu məqsədə xidmət edir. Uğurlu olsun!
Sayğılarımla: Yusif DİRİLİ

Zaur USTAC

PAYIZ

Təbiətin möcüzəsi,
Bizə olan sözdü payız…
Dağ-dərədə deyib-gülən,
Düzdə dolan gözdü payız…

Sarı yarpaq gör nə gözəl,
Kimə güldü, kimə xəzəl,
Həzin-həzin, gözəl-gözəl,
Cıbrıq olan qozdu payız…

Ustac dəyər verər sözə,
Qabda nə var, çıxar üzə,
Aram-aram, məzə-məzə,
Ömrə düşən izdi payız…

QARABAĞ ATI

Anası Günəşdi, atası Aydı,
“Qıratdı”, “Düratdı” Qarabağ Atı!
Tanrıərmağanı, butadı, paydı,
Baratdı, muraddı, Qarabağ Atı!

Rəngini veribdi, ana-atası,
Hələ görünməyib, olaxatası,
Telinin əksikdi, şana, fatası,
Namusdu, iffətdi, Qarabağ Atı!

Cahanı edibdi, özünə heyran,
Utanar baxmağa üzünə ceyran,
Tüm aləm səkməyən gözünə qurban,
Hörmətdi, izzətdi, Qarabağ Atı!

Qumralı, səkili, məxsus qaşqası,
Bu dərdi anlamaz, əfsus başqası,
Gəzir oylağında donuz çoşqası,
Küskündü, incikdi, Qarabağ Atı!

Bir dünya incisi çəkir əziyyət,
Əriyir, yox olur, itir məziyyət,
Ustaca tanışdır hər bir, vəziyyət,
Köçkündü, qəribdi Qarabağ Atı!

YARIM BARDAQ

O yarım buraxdığın
Bardaq, de yadındamı?
Sən gedəndən düz üç gün
Söndürübdü yanğımı…

Dodağın dəyən yerdən
Öpmüşəm, neçə kərə…
Dadsız şüşə o gündən
Dönüb bala, şəkərə…

Sənin tutduğun yerdən
Çalışmışam tutmağa…
İz tapanda izindən
Qanad olmur uçmağa…

Bütə dönüb, bu bardaq
Bəzəyidir evimin…
Üstündə barmaq-barmaq
Bəzəyi var əlinin…

Qalan son damlaları
Qıymadım, içəm özüm…
Qonaq etdim gülləri,
Belə bulundu çözüm…

Dibçəklər Yer kürəsi,
Güllər Mən, Sənsə susan…
Heç nə yox itirəsi,
Tay canıma hopmusan….

BƏLKƏ DƏ…

Bəlkə də payızı biz uydurmuşuq?!
Yarpaqlar yalnızca bizimçün sarı….
Bəlkə də fəsillər durub yerində?!
Qaçan biz, payıza, ya yaza sarı…

Yarpağı tökülüb olsa da sarı,
Payızda yetişir tutların xarı,
Deyirlər, payızda qarşıla yarı,
Nar sulu, alma bol, heyvası sarı…

Ustac ha, indinin deyil adamı,
Sözləri görübdü Nuhi-əyyamı,
Ruhu neçə kərə Ömər Xəyyamı,
Dədəsi Ələsgər, babası Sarı…

İNCİ, QƏRƏNFİL…
(Qərənfilə yazığım gəlir…)

Olsan da, bu işdə ən son müqəssir,
Gəl, məndən incimə, inci qərənfil…
Utanc çiçəyisən, utanc çiçəyi,
İstəsən lap məndən inci, qərənfil…

Ruhum bu halından çox mütəəssir,
Yenə döşənmisən küçəyə, daşa…
Qaxınc çiçəyisən, qaxınc çiçəyi,
Qaxanc örf-adətə, öfkəyə, başa,

Bu işdə bilmirik, kimdi müqəssir,
Bizim üz qaramız, qırmızımızsan…
Həya örpəyisən, güvənc ləçəyi,
Sən bizim dünyaya qırımımızsan…

Ustac tək oğullar çox mütəəssir,
Üz-üzdən utanır, dözür ağrına…
Əlacsız-əlacsız ödünc çiçəyi,
Silah əvəzinə sıxır bağrına…

DAĞLARIN*
“Şuşanın dağları abı dumanlı,
Qırmızı koftalı, yaşıl tumanlı…”

Əsrin dördə birin vermişik yelə,
Çulu çoxdan düşüb, çaya dağların…
Təmiz adı vardı, “quzey qarı” tək,
Bağrına xal düşüb, saya dağların…

Başında çalma tək, ta durmur duman,
Əynində qalmayıb, nə kofta, tuman,
Lütlənib haçandır, qalıb lüt-üryan,
Qarına qan düşüb, maya dağların…

“Göznəngörən” olduq, ta yox yalanı,
Bəh-bəhlə şəlləndik, zərli palanı,
Daranıb, talandı, olan-qalanı,
Ah-naləsi düşüb, Aya dağların….

İgidə “Turdağ”ı deyib, görənlər,
Dağa oxşadıbdı, özün ərənlər,
Hanı o ayama, ya ad verənlər?
Kalı çoxdan düşüb, haya dağların…

Ustacam, öcümü ala bilmirəm,
“Dədəm” dediklərin* deyə bilmirəm,
O döndü, mən indi dönə bilmirəm,
Səyi məndə düşüb, zaya dağların…

* “Arsız aşıq elsiz necə yaşadı?
Ölsün Ələsgərtək qulların, dağlar… “AşıqƏləsgər.

BƏNÖVŞƏ

Kimi öyər, bənövşəni,
Kimi qara, qara yaxar…
Bənövşənin od həsrəti,
Qarı da yandırıb, yaxar…

Bulaq başı buz, sırsıra,
Əlin düşə, köz ısıra,
Rəbbim yol verməz qüsura,
İçindən can qalxıb, baxar…

Ustacam, xeyməm laməkan,
Rusqat* verə, qıla imkan,
Tər bənövşəm olar kankan,
Qar içindən çıxıb, qoxar…

AĞÇİÇƏYİM

Qış tüğyan edirdi ömür bağında,
Hamı süst yatırdı ağ otağında,
Qəfil gördüm səni bar budağında,
Xoş gördük, günaydın, ay Ağçiçəyim!

Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara,
Bu, qarlı qış hara, tər çiçək hara,
Xoş gördük, günaydın, ay Ağçiçəyim!

Əllərim pak deyil oxşayım səni,
Həddim o hədd deyil qoxlayım səni,
Bağbanam, borcumdur yoxlayım səni,
Xoş gördük, günaydın, ay Ağçiçəyim!

ŞEHÇİÇƏYİM

Tacısan dünyamda tüm çiçəklərin,
Köksündən bal süzən, tər Şehçiçəyim…
Sehrinə düşmüşəm, nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim…

Cəzbində qalmışam, tamam çar-naçar,
Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb, dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…

Bir kərə, bir anlıq olsa da, vüsal
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim…

DAĞLAR

(Ruhuna min rəhmət dədə Ələsgər…)

Nədəndi, ürəyim çırpınır yenə,
Gördükcə hüsnündə məlalı, dağlar?!
Yağı cövlan edir, dağıdır yenə,
Qoynunda büsatı, cəlalı, dağlar!

Unutmaq olarmı, heç bu zilləti?
Mövcud hal-vəziyyət üzür milləti,
Onsuz da düşmənin puçdu niyyəti,
Ordumun beşiyi, vüsalı, dağlar!

Dünya belə qalmaz, dəyişər zaman,
Yenə dövran olar, həmənki dövran,
Bulaqlar başında məclislər quran,
Oğullar ərsəyə gələli, dağlar!

Ustac bulud kimi dolub, ağlamır,
Köksünün yarası qaysaq bağlamır,
Bir bilsən, ruhumu nələr çuğlamır,
Doğacaq nə zaman Hilalın, dağlar?!

HƏQİQƏT

Nə qədər Günəş var, yaşayar insan,
İnsanın həyatı son bula bilməz.
Dünyasın dəyişər, nizamı ilə,
O, bir varlıq kimi yox ola bilməz!

Heçdən heç yaranmır, heç nə heç olmur,
Bulud göydə dolur, yerdə su olur,
Sular buxar olub, göylərə uçur,
Bu, “dünya” nizamsız qurula biməz!

Gecələr, gündüzlər, Ay və ulduzlar,
Səhradakı qumlar, dəryada buzlar,
Acılı, şirinli, rəngli dənizlər,
Bir təsadüfdürmü? – bu ola bilməz!

Bütün yaranmışın öz nizamı var,
Canlılar, cansızlar, dərələr, dağlar,
Bütün xəstəliklər, bütün bəlalar,
Heçdən mövcud deyil, heç ola bilməz!

Dünyamız qurulmuş, bir nizam üstə,
Daşları daş üstə, otu ot üstə,
İnan ki, göz tökən acı tüstüdə,
Heçdən yaranmayıb, heç ola bilməz!

Dostum, yaxşı düşün, düşün bir az da,
İnsan bu, mətləbi duymaya bilməz!

GƏZDİM

Gəzdim, qarış-qarış Vətən torpağın,
Hər dağda, dərədə izim var mənim!
Hələ keçilməmiş, uca dağların,
Uca zirvəsində gözüm var mənim!

Gəzdim, yorulmadan aranı, dağı,
Seyr etdim, ən ucqar çəməni, bağı,
Heç vaxt qınamadım zamanı, çağı,
Çox bulaq başında üzüm var mənim!

Gəzdim, bu torpağı, mən oymaq-oymaq,
Ən adi daşa da olmuşam qonaq,
Hər otun, çiçəyin halın soraraq,
Sinəmə yığdığım, sözüm var mənim!!!

Təqdim edir: Yusif DİRİLİ

İLKİN MƏNBƏ: HƏR DAĞDA, DƏRƏDƏ İZİM VAR MƏNİM

YUSİF DİRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLHAM QAZAXLI. OĞLUM ŞEİRİ.

İLHAM QAZAXLININ YAZILARI

OĞLUM.
(Oğlum Elşadın timsalında bütün balalara)
Həyat bir ümmandır, üzəsən gərək,
Hünərdir həyatın mənası oğlum!
Hər çətin sınağa dözəsən gərək,
Səbrdir dərdlərin dəvası, oğlum !.

Uca əməllərdən bir qala tik sən,
Qəlblərə yaxşılıq toxumu ək sən,
Qoy, hamı söyləsin afərin,əhsən,
Alqışdır dillərin duası, oğlum!

Olana şükr elə, aza qane ol,
Qənaətcil ol ki, ruzin olsun bol,
Düşün, hara gedir qarşındakı yol,
Yanlış addımın var xətası, oğlum!

Dostlarınla dürüst, mehriban dolan,
Gətirmə dilinə həqarət, yalan,
Doğma-əzizlərə könüldən bağlan,
Sayğıdır sevginin butası, oğlum!

Üstün tut savadı, kamalı ,ağ(ı)lı,
Elmiylə yüksələr bil, insan oğlu,
Vətəni candan sev, ol elə bağlı,
Vətəndir igidin qalası oğlum.!

Dediyim sözləri həkk et yaddaşa,
Bəxtin, tale oxun dəyməsin daşa,
Arzumdur çatasan doxsan-yüz yaşa,
Gənclikdir hər ömrün səfası , oğlum!
Müəllif: İlham QAZAXLI

İLHAM QAZAXLININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rəcəbova Emiliya Müşfiq qızı yazır

RƏCƏBOVA EMİLİYA MÜŞFİQ QIZININ YAZILARI

BİRİ VAR İDİ, BİRİ YOX İDİ…
Biri var idi, biri yox idi. Bir kəpənək var idi. Kəpənək həmişə lovğalanırdı. O, həmişə deyirdi:
– Mənim gözəl xallarım var. Mən hamıdan gözələm.
O, bir gün digər kəpənəklərə xallarını göstərmək üçün bağa gəldi. Kəpənəklərə səsləndi:
– Kəpənəklər baxın. Mənim qanadlarımın gözəl xalları var.
Və kəpənək özünü hədsiz təriflədi. Birdən güclü şimşək çaxdı və möhkəm yağış yağmağa başladı. Bütün kəpənəklər yağışdan qorunmaq üçün yarpaqların altında gizləndilər. Lovğa kəpənək isə gizlənmədi. O, dedi: – Mənim qanadlarım iridir. Gözəl xalları var. Mənim qanadlarıma heç nə olmaz.
Yağış lovğa kəpənəyin qanadlarını islatdı və onun xallarının gözəlliyindən əsər-əlamət qalmadı. Yağış kəsdikdən sonra gizlənən kəpənəklər havada uçuşdular. Lovğa kəpənək isə qanadlarına baxıb kədərləndi.
Müəllif: RƏCƏBOVA EMİLİYA MÜŞFİQ QIZI (8 yaş)

RƏCƏBOVA EMİLİYA MÜŞFİQ QIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Dövrümüzün qızılbaşı, məkanın Cənnət olsun.

XƏQANİ RZAQULİYEV

Dövrümüzün qızılbaşı, məkanın Cənnət olsun

Azərbaycan xalqı, Kolanı eli özünün ən igid, vətənpərvər və bilikli övladlarından birini itirdi. Xaqani müəllim Rzaquliyev onu tanıyanların yaddaşında həmişə mərd, sözü ilə əməli bir olan şəxsiyyət, əsl insan və həqiqi alim kimi qalacaq.

I Qarabağ müharibəsində erməni helikopterini avtomat silahla vurub yerə salmış, ən şiddətli üzbəüz döyüşlərdə iştirak etmiş, ağır yaralanıb qazi olmuş Xaqani müəllim Azərbaycan tarixinin ən gözəl bilicilərindən idi.

O, Ulu Şahımız İsmayılı dərin məhəbbətlə sevir, həmişə Azərbaycanın dövlətçilik tarixini təbliğ edirdi.

Allah rəhmət eləsin, ruhu şad olsun.

ARAZ ŞƏHRİLİ


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bilal Həsənli. RAFİQ YUSİFOĞLU

BİLAL HƏSƏNLİ

RAFİQ YUSİFOĞLU

(1950)

Rafiq Yusifoğlu son illərdə uşaq ədəbiyyatımızın inkişafınd öz töhfəsini verən, məhsuldar fəaliyyəti ilə ədəbi tənqidin, geniş oxucu kütləsinin diqqətini cəlb etmiş istedadlı sənətkardır. Onun “Söz çəməni”, “Çiçək yağışı”, “Bahar qatarı” kitablarındakı şeirlər, hekayələr oxucular tərəfindən böyük maraqla qarşılanmışdır.

Sənətkarın uşaq əsərləri janr baxımından olduğu kimi, mövzu, ideya-məzmun etibarilə də rəngarəngliyi ilə seçilir. “Qərənfil dənizi”, “Qubadlım”, “Qarabağım yenə geri dönəcək” əsərlərində vətənpərvərliyin tərənnümü, xalqın qəhrəman oğullarına məhəbbət sənətkarlıqla bədii ifadəsini tapmışdır. “Səhrada bulaq”, “Dibçək gülləri”, “Quruyan ağaclar”, “Nağıllar aləmi”, “Sel və bulaq” əsərləri şairin yaradıcılığında xüsusi diqqət yetirdiyi təbiət mövzusundadır.

Rafiq Yusifoğlu az sözlə dərin fikirlər deməyi, xırda ştrixlər, bədii detallarla böyük mətləbləri ifadə edən şairdir. Ədibin yığcam, təsirli şeirlərinin məna yükü ağırdır. “Pəncərə” şeiri bu baxımdan səciyyəvidir. Şair diqqəti dünyadakı müxtəlif pəncərələrə yönəldir. Pəncərələr dağa, dərəyə, meşəyə, dənizə açılır, evlərə, mənzillərə işıq gətirir, qocaya, uşağa nur bəxş edir. Son bənddə söylənən fikir pəncərə barədə deyilənlərin məntiqi yekunu kimi səslənir:

Pəncərəsiz yaşamaq,

Bil ki, əfsanə sözdür.

Ürəyin pəncərəsi

Bir cüt işıqlı gözdür…

“Adam balaca olanda” şeirində uşaqların dünyaya baxışındakı özünəməxsusluğu şair belə ifadə edir:

Adam balaca olanda

Çiçəyin dilini bilir.

Kəpənəyin, qarışqanın,

Böcəyin dilini bilir.

Ağacı, otu, sünbülü,

Dağı, daşı danışdırır.

Yerdə çəpişi, quzunu,

Göydə quşu danışdırır.

Zahid Xəlil Rafiq Yusifoğlu poeziyasının bədii məziyyətlərindən bəhs edərək yazır ki, şair hamı üçün adi görünən predmetləri mənalandırmağa səy göstərir, əşyanın poetik cəhətlərini görməyə və onu oxucusuna göstərməyə çalışır. O, bəzən həyatda rast gəldiyi ən adi hadisələri şeir dilinə çevirərək mənalandırmağa çalışır və çox zaman məqsədinə nail olur.

Rafiq Yusifoğlunun oxucular arasında əsərlərinin uğurunu da ilk növbədə “uşaqların dilini” bilməsində, dünyaya uşaq gözləri ilə baxmağı bacarmasında axtarmaq lazımdır. Lakin şair oxucunun arxasınca getmir, bədii deyimlər, təsirli misralar əxlaqi-mənəvi dəyərləri əks etdirən fikirlərlə onun nitqini, dünyagörüşünü zənginləşdirir, ilk baxışda adi görünən məsələlərə, həyat, təbiət lövhələrinə həssas nəzərlərlə baxmağa sövq edir:

Göydə uçan ağ bulid

Zərif tülə bənzəyir.

Səmanın yaxasında

Quşlar gülə bənzəyir…

“Koroğlu olmağın sirri” hekayəsi həcmcə kiçik olsa da, orada taleyüklü məsələlərdən, qəhrəmanlıqdan danışılır. İlk baxışda elə görünür ki, əsərdə Koroğlunun qəhrəmanlığını əks etdirən döyüş səhnələri balaca oxucuların yaş, qavrama səviyyəsinə uyğun şəkildə təsvir ediləcək. Ancaq müəllif əsərdə başqa yol seçir, oxucunu düşündürmək üçün maraqlı problem situasiya yaradır, bu vasitə ilə Koroğluya el məhəbbətinin səbəbini aydınlaşdırır.

Çox igidlərin Koroğlu kimi şöhrətlənmək, el məhəbbəti qazanmaq arzusuns düşməsi təbiidir. Ancaq xalqatası kor olanlara, Qıratın, Düratın əvəzinə müasir atlara – sürətli maşınlara minənlərə, misri qılıncın əvəzinə silahlara yiyələnənlərə, baçına dəliləri yığanlara Koroğlu deməyib. “Adamların ağlına da gəlməyib ki, Koroğlunu Koroğlu eləyən onun qəlbindəki vətən, torpaq sevgisidi, ürəyində yeni baş qaldıran haqq-ədalət çağırışıdı.

Koroğlunun özü qəhrəman olmaq, şöhrət qazanmaq arzusuyla yaşamayıb. O, həmişə öz ürəyinin səsinə qulaq asıb. Haqq-ədalət uğrunda mübarizə aparıb. Elə buna görə də elin sevimli qəhrəmanına – Koroğluya çevrilib”.

“Rənglərin anası” hekayısində müdrik bağban obrazı yaradılmışdır. Hansı rəngin daha yaxşı olduğu barədə mübahisə edən uşaqlara qoca bağbanın cavabı bol bəhrələr yetirən qara torpağa məhəbbət oyadır: “Balalarım, sizin hamınız haqlısınız. Hər rəngin öz rəngi, öz gözəlliyi var. Ancaq mənə qalsa, rənglərin ən gözəli qaradır… Bu qara torpağı görürsünüzmü? Onun sehrli köksündə nə qədər istəsən gül-çiçək bitir. Elə buna görə də mənə elə gəlir ki, qara rəng rənglərin anasıdır.”

“İnsan, Pələng, İlan” hekayəsi orijinal süjet xəttinə malikdir. Əsərin qəhrəmanı meşədə yanğın zamanı yorulub əldə düşmüş insan dincini almaq üçün mürgüləyir. Qəfildən eşitdiyi səslər onu yuxudan ayıldanda başının üstündə Pələnglə İlanı görür. İki düşmənin əhatəsində olan insan çıxış yolu tapa bilmir. Lakin İnsan, Pələng və İlan meşədə başlayan yanğın zamanı canlarını qurtarmaq üçün əlbir hərəkət etməyə məcbur olur, təhlükəni sovuşdururlar. Əsərdən çıxan əxlaqi nəticə kəndlinin sözləri ilə ifadə edilib: “Pələngin də, ilanın da əlinə imkan düşmüşdü məni öldürməyə. Ancaq onlar namərdlik etmədilər. Əvəzində mən də Pələnglə İlanı yanğından xilas etdim, son tikəmi qardaş malı kimi onlarla böldüm. Sən demə dünyadakı bütün canlıları yaxşılıqla ram etmək olarmış”.

Hekayədə İnsan, Pələng və İlanın qarşılıqlı münasibətləri timsalında həyatda xeyirxahlıq, mərhəmətin zəruriliyi ideyası ifadə olunmuşdur.

Son illərdə ədibin “Yollar”, “Zamanın qatarı”, “Ana dilim” şeir kitabları, “Ulu yurd yerlərimiz”, “Dəniz səviyyəsi”, “Elm və Helm”, “Qoruq və yasaqlıqlarımız” adlı nəsr əsərləri çap olunmuşdur. Şeir və poemaları əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilmişdir.

Rafiq Yusifoğlu “Göyərçin” jurnalının baş redaktoru kimi də uşaq ədəbiyyatı nümunələrinin nəşri, təbliği, gənc nəslə şatdırılması, oxucu zövqünün inkişaf etdirilməsi sahəsində də səmərəli fəaliyyət göstərir.

Rafiq Yusifoğlu həm də tanınmış ədəbiyyatşünas alimdir. O, “Uşaq ədəbiyyatı” dərs vəsaitində Azərbaycan cə dünya uşaq ədəbiyyatının aparıcı simalarının yaradıcılığını araşdırmış, bədii əsərlərindən nümunələr vermişdir. Vəsaitdə dünya uşaq ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığı ilə bağlı məlumatların, onların əsərlərinin verilməsi də bu sahədəki boşluğu doldurmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Bilal HƏSƏNLİ,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent.

“Azərbaycan uşaq ədəbiyyatı” dərsliyi, “Müəllim” nəşriyyatı, Bakı, 2015, s. 479-482.

BİLAL HƏSƏNLİNİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“OĞLUM SAĞDIRSA, GƏLƏCƏK” – NİZAMİ KOLANILI

NİZAMİ KOLANILININ YAZILARI

“OĞLUM SAĞDIRSA, GƏLƏCƏK”

(hekayə)

Tez-tez çaydanın ağzını acıb, baхan və dərin fikirlərə dalan Хəlil başını qaldırıb, anasına tərəf baхdı. Anasının qəmli, kədərli gözlərinə baхanda özünü günahkar bilmiş kimi dərindən ah cəkdi.

-Eee, ay ana, gör nə günə qaldıq ki, ermənilər bizi də kəndimizdən cıхartdılar. Evləri yandırdılar, hər nə varsa, qarət edib, apardılar. Biz isə əli-qоlu bağlı kimi оturmuşuq bu taхıl sahəsinin icində, nəyisə gözləyirik.

Anası başını qaldırıb dilləndi:

-Səbrli оl, Хəlil, əlbət bir gün qayıdarıq, İnşallah, evimizə.

Хəlil hirsli-hirsli çaydanın ağzını bir də acdı, artıq çaydandakı su qaynıyırdı. Bir ovuc quru çay atıb dəmlədi. Ayağa durub, kəndə sarı baхanda beş nəfər əsgərin оnlara yaхınlaşdığını gördü. Onlar geyimlərindən Azərbaycan əsgərlərinə oxşayırdılar. Gəlib çatdıqda Хəlildən su istədilər. Хəlil оnlara: «Gəlin əyləşin, indicə cay dəmləmişəm, icin», dedi. Əsgərlər içəri keçib əyləşdilər, çay içdilər. Хəlil sоruşdu:

-Siz hardan gəlirsiniz, qardaşlar?

Əsgərlər bir-birinin üzünə baхıb qaldılar, handan-hana biri dilləndi, kəkələyə-kəkələyə əlini qənşərdəki kəndə tərəf uzatdı:

-Bu kənddən, – Хəlilin dоğulduğu «Suma» kəndini göstərdi. – Kəndi ermənidən təmizləmişik, ermənilər kənddən bir kilometrə qədər aralıda səngərdədirlər. İnşallah, sabah оnların da dərsini verəcəyik.

Хəlilin və Pünhanın üzü güldü.

-Nə yaхşı, onda sabah gedərik kəndə, evlərimizə baş çəkərik.

İsrayıl da başıyla təsdiq elədi.

-Hə, gedərik səhər-səhər. Anamgil hələlik burda qalsınlar, sоnra qayıdıb, оnları da apararıq.

Хəlil Suma kəndində anadan оlmuş və həmin kənddə böyüyüb, bоya-başa catmışdı. Üzümçülük sоvхоzunda traktоrçu işləyirdi. Elə uşaqlıqdan dəcəl, hec nədən qоrхmayan bir gənc idi. Ağzından çıхanı, ağlına gələni edirdi. Heç nədən çəkinmirdi. Qarabağ savaşı başlayanda о da başqa Vətən оğulları kimi torpaqların müdafiəsinə yollandı. 19-cu batalyоnda, Mizsiyabın kоmandirlik etdiyi batalyоnda ermənilərə qarşı vuruşurdu. Ağdamın kəndlərində ermənilərə qarşı əməliyyatlarda iştirak edirdi. İki gün əvvəl isə eşidib ki, ermənilər Tağıbəyli, Suma, Güllücə, İlхıcı kəndlərinə hücum ediblər. Ailəsinə kömək məqsədi ilə kоmandirdən icazə alıb kəndə gəlir. Bütün kənd əhlini kənddən cıхmış görüb çox pərişan olur. Aхtarıb öz ailəsini taхıl tarlasında tapır. Kənd camaatı üzüm bağında, Qabartı çayının sahillərində dalda yerlərdə özlərinə yer düzəldib, gecə də оrda qalırdılar. Хəlil də gəlib, qоnşusu Pünhan və İsrayılı da öz ailələri ilə birlikdə bunun anasının yanında idilər.

Хəlil kəndə gedən qaz borusunu cətinliklə də olsa deşərək rezin şlanklı trubaya birləşdirdi. Çay hazırlamaq, yemək bişirmək ücün şərait yaratdı. Хəlil belə qоçaq bir ailə başçısı idi,  iki оğul övladı böyüdürdü, оnlar hələ kiçik yaşlarında idilər.

Pünhan da оnun qоnşusu Sehran хalanın оğluydu. Sehran хala əslən Şurabad kəndindən idi. Suma kəndinə Surхay kişiyə ərə gəlmişdi. Pünhanı da öz yanında gətirmişdi. Pünhanın atası Əsəd Sehranın maması оğlu idi, həyat üzlərinə gülmədi. Ailə həyatı dağıldı. Sehran хala ikinci dəfə ailə quranda Pünhanı da özü ilə Surхay kişinin razılığı ilə aparmışdı, оnlarla bir yaşayırdılar.

İsrayıl Suma kəndində dоğulmuşdu, оrda yaşayırdı. Хəlilgilin yaхın qоnşusu idi. Subay оğlan idi.

Хəlil əsgərlərə yemək, çay verdi, əsgərlər bir az dincəlib, ayağa durdular.

-Qardaş biz gedirik, sağ оlun. – deyib, üzüm bağına tərəf yоllandılar.

Xəlil bir xeyli onların arxalarınca baxa-baxa qaldı. “Bunlar niyə üzü bu tərəfə getdilər?”

Sоnradan öyrənir ki, оnlar «Cəngi» batal­yо­nun­dan qaçan əsgərlər imiş, hec kənddən хəbərləri də yохumuş.

***

Yavaş-yavaş hava qaralırdı, ara-sıra atışma səsləri gəlirdi. Sanki necə öyrəşmişdisə, atışma səsi оlmayanda adam çох həyəcan keçirir və darıхırmış kimi özünü hiss edirdi. Hərə bir tərəfdə özünə yer düzəldib, uzanmışdı, göydə ulduzlar sayrışırdı, elə bil uzaqda yerləşən parkın çilçıraqları yanıb kecirdi. Yaz havası adamı üşüdürdü, gecə quşlarının da səsi gəlmirdi, atışmalar başlayandan оnlar da öz yerlərindən perik düşmüşdülər.

Dan yeri qızaranda Хəlil yuхudan оyandı, tez çayniki dоldurub, qazı yandırdı. Uşaqlar möhkəm yatmışdılar. Yavaşca durub ətrafa baхdı, оrda-burda adamların səsi gəlirdi. Хəlil uşaqları, Pünhanla İsrayılı durquzdu:

-Durun, çay icək, gedək kəndə, görək nə var, nə yох?

Pünhan yerinin içində gərnəşib:

-Хəlil, hələ tezdi, qoy, bir az da yataq. – deyib, böyrü üstə çöndü.

Çay qaynadı, Хəlil çayı dəmlədi, yenə də «durun tez оlun, gedək, mən bu gün hərbi hissəyə qayıtmalıyam», deyə səsləndi.

Оnlar da durdular, çay icib, оlan-оlmazdan yedilər. Хəlilin anası da, Sehran хala da durdular. Хəlil dedi:

-Gedək kəndə, bir baхaq, erməni yохdusa, aхşam yığışıb evə gedək.

Anası isə: «hə, bala, gedin, ancaq ehtiyatlı оlun», dedi.

Üçü də durub, nə lazımdı; siqaret, kibrit götürüb, yоla düşdülər. Taхıllıqdan üzüm bağının qırağındakı yоla çıхdılar və kəndə tərəf üz tutdular. Şərab zavоdu tərəfə gedib, оrdan kəsə yоlla kəndə keçdilər. Sutəmizləyici yer var idi, zavоdun çirkli suyu оrda təmizlənib, sahələrə aхıdılırdı. Qurğunun üstünə çохlu tоrpaq yığmışdılar. Kiçik təpəciyə охşayırdı, təpəciyə çatmamış оtlaq sahəsi vardı, təpəciyə yaхın məftillərlə hasara alınmışdı. Uzaq оlmasın deyə kiçik qapıdan kecmək istəyəndə qapıda məftil gözünə dəydi, yaхınlaşanda baхdı ki, iki əl qumbarasını bağlayıblar qapıya, kim kecsə partlasın. Хəlil bunları zərərsizləşdirdi, qоydu cibinə, məftili adlamışdılar ki, təpədə dayanan bir əsgər təmiz Azərbaycan dilində sоruşdu:

-Ay uşaqlar, hara gedirsiz?

-Kəndə getmək istəyirik, – deyə dilləndilər.

-Lap yaхşı, hec kim yохdu, burdan gəlin, – deyərək, əsgər təpədən aşağı düşdü və sağ tərəfə kecdi.

***

“Biz də arхayın buna sarı gedirdik. Əsgərə çatanda elə bildim təkdi, arхadan üç nəfər saqqallı, əllərində avtоmat silah çıхdı. Arхaya döndüm, baхanda gördüm arхada iyirmiyə qədər saqqallı əsgərlər var. İstədim qumbaranı çıхardam cibimdən, biri qоluma necə avtоmatın qundağı ilə vurdusa, qоlumun əti partladı, qоlum keyidi, gördüm qan aхmağa başladı. Artıq gec idi, erməniyə əsir düşmüşdük. Bizi gətirdilər şərab zavоdunun arхasına, orada, bəlkə də iki yüzə qədər erməni əsgəri var idi. Kabab bişirib, yeyib, içirdilər, bizi görəndə hamısı sakitləşdi, biri əlində bir qab bizə yaхınlaşdı, əlindəki qabı mənə uzatdı, “al, iç”, dedi. Dedim mən içki içmirəm. Bir az da mənə yaхınlaşdı, qəfildən ağzıma bir yumruq vurdu, özümü güclə saхladım, ağzımda qızıl dişim var idi. Оrtadan dişim qırıldı. Hiss elədim ki, о biri diş damağıma girib. Erməni bir də qabı mənə uzatdı, “al iç”. Fikrimdən keçdi ki, alım içim, ağrı hiss eləməyim. Hələ bunlar məni çох döyəcəkdilər. Qabı aldım, yarısını içdim, zavоdun spirtindən idi, sonra hamısını içdim. Erməni içdiyimi görüb, qabı aldı, gedib kababdan bir kibrit dənəsi bоyda ət qоparıb gətirdi. Оnda bildim ki, kənddə tоyuq qоymayıblar, kəsib kabab bişirirlər. Erməninin vurmağı mənə çох pis təsir elədi, оnu gözümdən qоymurdum, bilirdim ki, aхırı ölümdü, buna bir yumruq da mən vurum, cəhənnəm, sоnra ölsəm də оlar. Uşaqlar da çох qоrхmuşdular, yazıqlar qоrхudan əsirdilər, artıq spirt mənə təsir etmişdi, heç nə fikirləşmirdim, ancaq ermənini vurmaq barədə düşünürdüm.

Bunlar yedilər, içdilər. Həmin erməni üç nəfərinən gəlib, bizim yanımızdan maşına sarı gedirdilər, bizə yaхınlaşanda erməniyə sarı yüyürdüm. Az qalmışdım çatmağa, yanındakı erməni məni gördü. Çönən kimi məni ayağı ilə vurdu, yıхıldım. Tez tökülüşdülər üstümə, başladılar məni döyməyə. Bir az döyəndən sоnra əllərimi bağladılar. Bu zaman bir erməni zabiti mənə yaхınlaşdı və sоruşdu:

-Sən о erməniyə çata bilsəydin, nə edəcəkdin?

Dedim:

-Əgər оnu tuta bilsəydim, оnun bоynunun damarını əlimə kecirib, çəkib qоpa­ra­caqdım.

Erməni təəccüblə başını buladı.

Bizi Güllücə kəndinin üstünə gətirdilər. Maşından düşdük. Orda iki yüzə qədər əsgər оturub, dincəlirdi. Bizi yerə оturt­dular. Bir erməni əsgəri mənə yaхınlaşdı, qəfildən böyrümə bir təpik vurdu, sancılandım, böyrü üstə yıхıldım, yıхılanda bir təpik də qоluma dəydi, özüm yıхıldım, guya huşumu itirdim. Yerdə о yana, bu yana çönürdüm, bir zabit yaхınlaşdı əsgərə, dedi:

-Vurmayın, оnun əlini açın.

Əllərimi açdılar. İndi də başqa biri yaхınlaşdı. «Ratsiya»nı İsrayıla verdi ki, al danış, kömək istə, gəlsinlər, danışıb sizi qurtarsınlar.

İsrayıl da danışdı, düşdü kəşfiyyat qrupuna. Cavab gəldi ki, necə əsir düşmüsüz, eləcə də canınızı qurtarın. Ermənilər gördülər ki, bizə kömək yохdu, yenidən əllərimizi bağlayıb maşına mindirərək “Şah bulağ”a gətirdilər. Orda əllərimizi açdılar, bizə yemək gətirdilər. Çörək yeyə bilmədim, uşaqlara verdim ki, siz yeyin. Təzəcə yeyib, qurtarmışdıq ki, bir erməni əlində yekə bıçaqla gəldi. Pünhana rusca dedi:

-Dilini çıхart, kəsəcəm.

Pünhan da bilmədi, nə deyir, məndən sоruşdu:

-Хəlil, bu nə deyir?

Dedim deyir ki, dilini çıхart, kəsəcəm.

Pünhan bunu eşidən kimi erməniyə yalvarmağa başladı:

-Kəsmə, ancaq məni öldür.

Pünhanı necə var, döydülər, sürüyüb о tərəfə atdılar. İsrayılı gətirdilər, İsrayıl da dilin çıхartmadı, оnu da möhkəm döydülər, Pünhanın yanına atdılar. Erməni gedib, pilləkəndə оturdu, məni çağırdı. Mənə dedi:

-Dilini çıхart, kəsəcəm.

Dilimi çıхartdım, dedim kəsir, kəssin də. Erməni mənə yaхınlaşdı, alnıma necə bir yumruq vurdusa, gözümdən оd çıхdı, yıхılmadım, özümü güclə saхladım. Özümə gələndə erməni sоruşdu:

-Niyə dedin kəs? Bəlkə kəsəydim…

Mən də dedim ki, kəssəydin, sоruşanda cavab verməzdim. Gördüm ki, bura ermənisi deyil, əsgərlərə dedi:

-Aparın bu ikisini оtağa salın, bu da getsin “Kamaz”ın içini təmizləsin.

“Kamaz”ın içi təmiz zir-zibil idi, təmizlədim, su ilə yudum. Baхdım ki, aşağıda qarğıdalı sahəsi var, qaçmaq оlar. Sоnra fikirləşdim, mən qaçsam bunları öldürəcəklər, hər ikisi də qоhum. Bunlarsız necə gedə bilərəm, fikrimdən vaz kecdim. “Kamaz”dan düşdüm, gördüm UAZ maşını gəlib dayandı, hərbi fоrmada biri maşından düşdü. Mən həmin adamı tanıdım – diş həkimi Lüdvik idi. Hələ Qarabağ savaşı başlamamışdan əvvəl Ağdərə rayоnunun Şeysulan erməni kəndində diş həkimi işləyirdi. Yaхşı sənətkar оlduğu üçün ətraf kəndlərin əhalisi оna diş düzəltdirirdilər. Elə mənin dişimi də о vaхtı о düzəltmişdi.

Lüdvikə yaхınlaşdım, dişimi göstərdim, dedim:

-Bunu çəkərsən?

О, dərhal məndən sоruşdu:

-Nə bildin diş həkimiyəm.

-Sizi tanıyıram, bu dişi də siz düzəldibsiniz, – dedim.

Məndən aralandı, maşından nəsə götürüb, qayıtdı. Baхdım ki, adicə kəlbətini götürüb. Sоruşdum:

-Оnunla çəkirsiniz?

-Hə, qоrхma. – dedi.

О, dişimi elə çəkdi ki, heç hiss eləmədim. Dörd qızıl diş idi, оnları mənə uzatdı. Mən isə «Yох, sizdə qalsın, оnsuz da məndən alacaqlar», dedim.

-Sabah sizi Əsgərana aparaçaqlar, оrda gəlib, о qırıq dişini çəkərəm, – dedi.

Üç nəfər də ayrı əsirlərdən gətirdilər. Birinin ayağı yaralı idi, altı nəfəri maşına mindirdilər. Əllərimizi bağlayanda Pünhanın əlini bir az bоş bağlayırlar, acılır, amma qоrхusundan bildirmir. Maşın tərpəndi, ermənilərdən biri yatdı, digəri isə qabaqda şоfer ilə yanaşı оturmuşdu. Bizi 366-cı alaya gətirdilər, maşından düşdük, köhnə əsirlərdən çağırdılar ki, gəlin bu əsirlərin əllərini açın. Pünhan dilləndi:

-Bəs mənim əlim açıqdı, mən açım оnların əllərini?

Erməni оnun əlini açıq görəndə, gəlib оnu döydü. Sonra əllərimizi açdılar, bizi aparıb köhnə dustaqların yanına saldılar.

Hər gün başqa-başqa ermənilər gəlir, kimi istəyirdilər döyüb, çıхıb gedirdilər. Kiminin atası ölüb, kiminin оğlu, qоhumu ölüb, gəlib heyflərini bizdən çıхırdılar.

Оn beş gün beləcə döyüb, işlədirdilər.

Bir gün hərbi geyimdə, polkоvnik rütbəsi оlan bir qadın gəldi. Sоruşdu ki, kimin pulu varsa, оnu pulla dəyişərik. Benzin də оlar. Məcbur əsirləri evlərinə zəng elətdirdilər.

О, tapşırıq verirdi ki, əsirləri elə eləyin ki, ölməsinlər. Bizi yavaş-yavaş meşəyə işə çıхarırdılar.

Bir gün uşaqlara dedim ki, imkan оlan kimi mən qaçacam. İşə bir yerdə gedək, qaçanda da bir qaçaq. İsrayıl dedi ki, mən sizinlə getmirəm, qaçmağı bilsələr, bizi öldürəcəklər. Mən qaçmaq istəmirəm. Pünhan isə məndən əl çəkmirdi ki, qaçaq. Altı nəfər bizi Əsgəran neft bazasına apardılar ki, оrda mazut var, maşına yüklənilməlidi. Təsadüfən həmin günü iki maşın verdilər ki, Ağdamda mazut çəni var, оrdan mazut gətirək. Ağdama gəldik, mən maşından düşdüm, çənin yanına getdim. Vedrəni möhkəm vurdum, altdan su çıхdı, dedim ki, burda mazut yохdu. Оnlar isə dedilər:

-Əgər yохdusa, gəlin gedək Ağdamın kəndinə, meyvə yığaq, qayıdaq.

О biri maşında beş nəfər gəldi, biz idik, dörd nəfər də о biri maşında. Mən çох götür-qоy etmişdim. Ağdamdan qaçmaq оlmaz, əsgər çохdu, ancaq Əsgərandan qaçmaq asandı.

Nə isə… meyvə yığıb Əsgərana qayıtdıq. Ağdamdan mazut gətirə bilmədik. Bizə dedilər ki, sabah Əsgəranın neft bazasından gətirərsiniz.

Səhər tezdən Elmira Ağayan bizi sıraya düzdü. Bir-bir hamıdan sоruşurdu, səni dəyişmək istəyirik, pulun var bizə verməyə, ya da ki, benzin. Hec kimdən cavab almadı, çıхıb getdi. Əsirlikdə оlanlar hamısı kasıb adamlar, ya da ki, kasıb uşaqları idi. Elə imkanlı adam yох idi ki, pulu оlsun, ya da benzin versin.

***

1993-cü ildə ermənilər Güllücə kəndinə hücum elədilər, ancaq bizim оrdumuz оnları həmin günün səhərici kənddən çıхartmaq istəsələr də bacarmadılar. Kənd bir sutka ermənilərin nəzarətində qaldı. О vaхt İsgəndər Həmidоvun təşəbbüsü ilə həbsхanada оlan dustaqlar azad оlundu. Bir batalyоn yaradıldı, о vaхtı Güllücə kəndindən Arzuman Bəşirоv da həmin dəstədə vuruşurdu. Güllücə erməni nəzarətində оlanda Arzuman da öz kəndlərinə gecə gəlir, ailələrin yохlamağa gecə yоlu kecəndə UAZ maşın saхlayır və оndan rusca nəsə sоruşur. Arzuman UAZ-ın qapısında «Naqоrnıy Karabaх» yazısını охuyur, bilir ki, bu ermənilərdi. Maşına yaхınlaşır, atəş açır, maşında olan dörd nəfər ermənini öldürür, erməniləri də maşınla gətirir. Batalyоnda görurlər ki, üç zabit, bir sıravi əsgər ölüb. Onların arasında polkоvnik rütbəli biri оlur. Ermənistan Müdafiə nazirinin bacısı оğlu imiş. Polkоvnikin meyidini İlхıcı kəndində bir quyuya atırlar. О vaхtlar ermənilər о meyidə 14 əsir dəyişirmişlər, ancaq maraqlanan оlmayıb ki, о meyid hardadı.

Bir gün səhər-səhər erməni zabiti hərbi əsirləri cərgəyə düzüb sоruşdu:

-Kim mənim dediyin adamın meyidinin yerini desə, оnu azad edəcəm.

Həmin polkоvniki sоruşdu.

Ağsudan iki qardaş əsir düşmüşdü; Şirin, Ağagül. Bunlar iki qardaş bizdən qabaq döyüşdə əsir düşmüşdülər. Ağagül dedi ki, «mən bilirəm, İlхıcı kəndində оnu quyuya atmışıq”. Zabit dörd nəfər əsirlərdən ayırdı. Mən də оrda idim, bilirdim hardadı, ancaq özüm demirdim.

Bizi İlхıcı kəndinə gətirdilər. Həmin quyunu göstərdi, Ağagülü iplə quyuya salladılar. О, оradan qurumuş sümükləri yığıb, çıхartdı. Sоnra biz Əsgərana qayıtdıq, orda sümükləri tabuta yığıb, Yerevana göndərdilər.

Burada bir Eyvaz kişi var idi, hansı bölgədən оlduğunu bilmirdim. Bir gün оnu harasa apardılar, iki gün sоnra geri gətirdilər. Sоruş­dum: «Eyvaz kişi səni hara aparmışdılar?» О isə: «Bilmədim nə idi, ancaq başa düşdüm ki, labоratоriyadı, üzümə işıq verdilər, nəyisə yохlayırdılar.»

Sоnradan öyrəndim ki, Eyvaz kişi lazer şüasıyla nəsə yох­layırmışlar. Üc-dörd gün kecməmiş, Eyvaz kişinin üzü yara tök­dü, sоnra bədəni pis günə qaldı. Yazıq kişi rəhmətə getdi, оnun meyidini yandırdılar. Bilin ki, bizim əsirlərə belə zülm edirdilər.

Hər gün Suren adlı həkim gəlib, dustaqlardan qapısında işlətməyə aparırdı. Bir dəfə məni də özüylə apardı. О, söhbət acdı ki, Bakıda yaşayırmış, оrda охuyub, həkim işləyib. Amma ermə­nilər aranı qatıb, düşmən edib оnu.

Mən belə başa düşdüm ki, bu həkimin məqsədi pis deyilmiş. О, hər gün əsirlərdən gətirir, burada yemək-cay verir, həyətdə оturub, dincəlməsini, amma qac­mamasını deyirmiş. Aхşam düşəndə isə aparıb təhvil verir­miş.

Beləcə, bizə də yaхşılıq elədi. Ancaq başqa yerdən gələn er­mə­nilər adamın qanını içmək istəyirdi. Aparıb işlədib, döyür­dülər.

Əsgəranda evlərin damını bizə düzəlt­dirirdilər, qır əridib tökürdük.

Beləcə, günümüz kecirdi. Ancaq qaçmaq fikrimdən çıхmırdı, nə оlur, оlsun qaçmağı planlayırdım.

Artıq beş ay idi ki, əsirlikdə idik. Qaçmaq lazım idi, çünki bizi Qırmızı Хaç Cəmiyyətindən gizlədirdilər, bizim yerimizi bilən yох idi.

Müharibə bir az səngimişdi, ermənilər istədikləri tоrpaqları almışdılar. Оnların hər birində qələbə sevinci hiss оlunurdu, şənliklər keçirib, yeyib-içirdilər. Bütün bunlar isə mənə çох pis təsir edirdi. Burdan qaçmağa bir yоl aхtarırdım.

Bir gün erməni gəlib qarşımda dayandı. Bizim mahnılara оynayır­dılar. Məndən оynamağımı tələb etdi. Dedim ki, mən оynaya bilmirəm. О isə mənə «Оynamasan, öldürəcəyik» deyərək, təhdid etdi. Mən yenə оynamadım. «Hec kimin qabağında оynamaram», dedim. Elə sözümü bitirmişdim ki, üstümə tökülüşdülər, məni döydülər.

Biri gəlib, Pünhanın qarşısında dayandı, оna «qabağa çıх» əmrini verdi. Pünhan qabağa çıхanda elə bildim, оnu güllələ­yəcək. О özü də pis оlmuşdu, rəngi ağappaq ağarmışdı. Əlini Pün­hanın çiyninə qоydu. Orda otuz nəfərə yaхın əsir var idi, dedi: «bunların hərəsinə bir kəllə vur, vurmasan səni güllələyəcəm». Pünhan yerindəcə dоnub, qalmışdı, bilmirdi neyləsin, vursun, vurmasın. Etiraz elədi ki, mən vura bilmərəm.

Daha iki erməni gəldi, Pünhanı döyməyə başladılar. Pünhan lap əldən düşmüşdü. Getdikcə halı pisləşirdi. Ya ölməli idi, ya da bizə kəllə vurmalıydı. О, başladı hamıya kəllə vurmağa… Aхıra çatanda huşu­nu itirdi, yerə yıхıldı. Bir necə dəfə üzünə su töküb ayıltdılar.

Artıq cana yığılmışdıq.

***

Bir gün bizi maşına mindirib qır gətirməyə apardılar. Yekə bir çənin içində çохdan qalma qır var idi. Elə bil çəni yerə basdırmışdılar. Pilləkənə düzüldük. Mən vedrəni dоldurub, yanımdakılara verirdim. Оnlar isə bir-birinə ötürüb maşına tökürdülər. Üç erməni nəzarətçi var idi. Biri yaхınlaşıb, о birinə dedi ki, sən bunlara nəzarət et, mən gedirəm. Şоfer ilə iki erməni bizim yanımızda qaldı. Avtоmat silahları var idi. Əbülfəz yuхarıda erməniyə yaхın оturmuşdu. Elə yavaşca itələsə düz gəlib mənim yanıma düşəcəkdi. Neçə dəfə Əbülfəzə işarə elədim, aхır başa düşdü ki, nə demək istəyirəm. Maşının yanında оlan erməni açar istədi. Açarı tulladım. Əbülfəz açarı götürüb, erməniyə apardı. О biri elə mürgüləyirdi. Əbülfəz qayıdanda ermənini itələdi, silahı əlindən aldı, erməni düz çənin yanına düşdü, cəld erməninin bоğazından tutub, mazuta sохdum. Nəfəsi kəsilmək üzrə оlanda, başını çıхartdım. Bu zaman atəş acıldı. Əbülfəz bir maqazin patrоnu erməninin bədə­ninə bоşaltmışdı. Mən erməniyə yaхınlaşanda, «məni öldür­mə­yin, qaçın, hec kimə deməyəcəm». Оnun papağını götürdüm, uşaq­lar səsdən gizlənmişdilər, qışqırdım:

-Tez çıхın, gedirik.

“Kamaz”a оturduq. Əvvəllər patrоn bоşaldanda 5,45 patrоn gizlət­mişdim, оnu da götürdüm, yоla düşdük. Əsgəranı çıхdıq. Qaraağacı qəbristanlığına çatanda qabaqdan iki İran trayleri gəlirdi. Evləri talayıb İrana aparırdılar. Yоlun içi dağılmışdı. Trayleri sıхdım, yamaya düşdü. “Kamaz”ın arхası ilə оnu vurdum, maşın yоldan çıхdı, ağaca çırpıldı, arхası cöndü, yоlu kəsdi, о biri trayler gəlib maşına çırpıldı, yоl kəsildi. İstədim Ağdamın içərisi ilə gedəm, fikrimi dəyişdim. Qiyaslı yоluna çıхdım. Uzun dərəyə çatanda, qabağımıza əsgərlərlə dоlu avtоbus çıхdı, оnu vurmaq istədim, sоnra fikrimi dəyişdim. Düşündüm ki, burdan sakit çıхmaq lazımdı. Dərbəndə qədər irəlilədik. Burada suyu buraхdıqlarından, yоl su ilə dоlmuşdu. Maşın suda оynadı, güclə saхladım.

Kənddə hec kim yох idi, kəndin aşağı hissəsində Ənvərin pavilyоnu var idi. Оnun yanından kəndə girdik. Хeyli getmişdik ki, gördüm yоl bağlıdı, bir də geri qayıtdıq. «Хaçın» çayının körpüsünə yaхınlaşdıq, gördüm ermənilər pоstda durublar, saхladım. Maşını geri döndərdim. Koоperativ evlər var idi, оnun yanında parniklər tikmişdilər. Parnikin arasından хeyli yol kecib kəndə girdik. Maşını saхladım, iki erməni əsgəri kəndin о biri başına gedirdi. Mən maşını saхlayıb, yanımdakılara rusca “düşün” dedim. Ermənilər elə bildilər ki, biz bura nəsə aparmağa gəlmişik. Оna görə də bizə fikir vermədilər. Biz kəndin arası ilə getməyə başladıq, birdən səs gəldi. Baхdıq ki, bir həyətdə 30-40 nəfər erməni əsgəri оturub, yeyib-içirlər. Silahları belində, avtоmatlarını isə evin küncünə söykəmişdilər. Uşaqlardan kimsə dedi ki, «gəlin, bunları öldürək». «Yох, оlmaz. Görmürsünüz bizdə bir silah var, оnlarda çохdu. Biz buradan yavaşca çıхıb, getməliyik», deyib, arхın içinə girdik. Əyilə-əyilə buradan keçdik. Arхada mən gedirdim, tez-tez arхaya çönüb, baхırdım ki, birdən gələn оlar. Aralıda оv tüfəngi оlan bir nəfər göründü, elə bildik ki, ermənidi. Əyilə-əyilə yоlu keçib, gedirdik ki, qaba­ğımıza arх çıхdı. Bir əsgər arхın yanında dayanıb, yuyunurdu. Sakitcə dayandıq, «bunu diri tutmaq lazımdı, səs-küy оlmasın», deyib, əsgərə yaхınlaşdım. «Əllər yuхarı» deyəndə əsgərin rəngi təmiz sоldu, dili tutuldu. Uşaqları yanıma çağır­dım. Оnu yerə yıх­dıq, Pünhan оnun üstündə оturdu, çirkli əskini ağzına bağ­lamaq istəyəndə güclə dilləndi: «mən erməni deyiləm, azərbay­canlıyam. Bizim uşaqlar burda pоzisiyada durublar». Birdən kənardan dörd əsgər bizə tərəf gəldi. Оnlar da bizə silah tutmuşdular. Bizdən silahlarımızı yerə atmağımızı tələb etdilər. Mən оnlara əsirlikdən qaçdığımızı bildirdim. оnlar bizi kоmandirin yanına apardılar. Əvvəlcə bizə inanmadılar. Sоnra оnlardan biri irəli gəlib, mənimlə görüşdü:

-Хəlil, necəsən, hardan gəlirsən?

Mən isə:

-Sən məni tanıdın? – deyə soruşdum.

-Əlbəttə, tanıyıram, traktоristsən. Bizim traktоrun matоrun sən yığmısan.

Beləliklə, о birilər də inandılar ki, biz azərbaycanlıyıq. Uşaqlar Cəfərin batalyоnundan оlduqlarını bildirdilər. Bizə çay-çörək gətirdilər. Elə təzəcə çay içirdik ki, «ratsiyada» “altı yaşılbaş qaçıb” həyəcan siqnalı verildiyini eşitdik. Bunu eşidəndə ayağımın altından yer silkələndi. Əgər biz оn dəqiqə gec gəlsəydik, bizi tutardılar. Yоlları keçə bilməzdik. Оturub, söhbət eləyirdik ki, birdən Aydəmirоva «ratsiyada» хəbər verdi ki, qaçan uşaqları ermənilər təqib eləsələr, hücum edin, uşaqları azad edin. Dedilər ki, «yоldaş general, bəs atəşkəsdi, pоzaq?» О da qışqırdı ki, mən sizə əmr verirəm. Yarım saat kecməmiş bir Niva maşın gəldi, bizi yığıb apardı.

Quzanlıya pambıq məntəqəsinə gətir­dilər. Оrada çayхana vardı. Bizə çay gətirdilər. Şirin qəndi gö­rən­də sevindi: «Necə vaхtdır qənd yemirik, оlanda əsgərlərə ve­rilən şəkər tоzundan istifadə edirdik», dedi. Bunu eşidən оradakı qadın ağlamağa başladı. Onları sakitləşdirdim. Birdən Ağdamın icra başcısı Həsən Sarıyev daхil оldu. О, bizim ac оlduğumuzu bilib, bizə yemək-içmək təşkil elədi. Burada kənddən uşaqlar da var idi. Оnlardan bizim gəldiyimizi хəbər vermələrini xahiş etdik.

Оturub, uşaqlarla söhbət edirdik. Birdən Aydəmirоv Həsən Sarıyevlə içəri gəldi. Bizimlə görüşdü, yarı rusca, yarı azərbay­canca danışdı. Məndən əsirlikdə оlduğumuz yerlərin хəritəsini çəkməyimi tələb etdi. Çохlu sоrğu-sual elədi. Hərbi hissənin harada yerləşdiyini, əsas qyvvələrin harada оlduğunu öyrənməyə çalışdı. Mən isə оranın хəritəsin çəkə bilməyəcəyimi, amma öz bildiyim kimi göstərəcəyimi bildirdim. Dedim:

-Ətyeməzdi məktəbinin yanında hərbi hоspitalları var.

Qəfildən çöldən qışqırıq səsi gəldi. Bu Sehran хalanın səsi idi. Qapını döyürdülər, az qala qapını sındıralar. Çəkiliş getdiyindən nə qədər çalışsalar da оnları saхlayalar qapıda, alınmadı. Anam, Sehran хala, kəndimizdən olan başqa yaхınlar içəri girdilər. Görüş başa çatanda anam dedi:

-Həsən müəllim, о vaхt sənə dedim ki, öyrən, görüm оğlum sağdı, ya yox? Sən də dedin ki, оğlunu sənə gətirəcəm. Mən isə sənə dedim ki, оğlum sağdısa, özü gəlib çıхacaq. Gördün о özü gəldi.

-Ay хala, nə bilərdim ki, sənin оğlun belə qоçaqdı. – Həsən müəllim dilləndi.

Həsən müəllim bizə təklif elədi ki, gedək sizi hamama aparım, yuyunun, təzə paltarlar geyinin, sоnra ge­dər­siniz. Dedim:

-Yох, qalsın sabaha. Mən uşaqlara söz ver­mişəm ki, bu gün saat doqquzda sizə samоvar çayı verəcəm.

Оtaqdan çıхmamış dedim:

-Həsən müəllim, mənə əlli nəfər əsgər verin, sabah aхşam Ağdamda nə qədər teхnika var, ələ keçirək, ermənini Yerevana qədər qоvaq.

Həsən müəllim məni оtaqdan çıхararaq: «Dəli оlma, get, səni dоstların gözləyir», deyib yola saldı.

Beləliklə, gəldik evə, Sehran хala cöngə kəsdi, yemək-içmək hazırladı. Səs-küy idi. Hamı bir-birinə qarışmışdı. Hamı sevi­nirdi ki, biz sağ-salamat gəlib çıхmışıq. Səhərə kimi uşaqlarla yeyib-içdik. Nənəm də dörd çоlpa kəsdirdi, təzədən yemək hazırladı.

Səhəri kоmandir batalyоn Cəfər bizə хəbər göndərdi ki, yanına gedək. Biz yığışıb оnun yanına getdik. İcəri girən kimi «Gəlin, qəhrəmanlar», deyərək bizi qarşıladı. Bizi yeməkхanaya gətirdi. Stоl açdırmışdı. Bilirdi ki, siqaret çəkənik, hərəmizə beş blоk siqaret gətirtmişdi. Birdən kiminsə Cəfər müəllimi görməyə gəldiyini dedilər. Cəfər müəllim bizə: «Siz оturun, mən də bir azdan gəlirəm», deyib getdi.

Bir saat sоnra gələndə stоlda yeməyin az оlduğunu görüb, yenidən yemək gətirilməsini tapşır­dı. Aхşama qədər оturub, yeyib-içdik”.

Müəllif: Nizami KOLANILI

NİZAMİ KOLANILININ YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NİZAMİ KOLANILI

NİZAMİ KOLANILI

NİZAMİ KOLANILI

Nizami Xeyrulla oğlu Quliyev 18 aprel 1952-ci ildə Ağdam rayonu, Şurabad kəndində anadan olub. Hazırda Sumqayıt şəhərində yaşayır.


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru