www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Tural Cəfərlinin şeirlər kitabının təqdimatı oldu

Tural Cəfərlinin şeirlər kitabının təqdimatı oldu

Mayın 23-də Litera kitab mağazasında  ADU-nun  əməkdaşı, Prezident təqaüdçüsü, şair  Tural Cəfərlinin “Elə ki darıxdın” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində ədəbi-ictimai xadimlər, müəllifin qələm dostları və media mənsubları iştirak ediblər.

Mərasimdə çıxış edənlərdən millət vəkili, yazıçı Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, esseist Səlim Babullaoğlu, yazıçı İlham Əziz, yazıçı Nihat Pir, şair Vahid Əlioğlu, dosent  Nəsir Xankişiyev müəllifin ədəbi fəaliyyəti və kitabı haqqında fikirlərini bölüşüblər.

Qeyd olunub ki, “Elə ki darıxdın” kitabı müasir oxucunun emosional dünyasına toxunan nümunələrdən biridir.

Tədbirdə müəllif yaradıcılıq prosesi, kitabın ərsəyə gəlmə mərhələsi və gələcək ədəbi faəliyyəti ilə bağlı fikirlərini bölüşüb.

Qiraətçilər tərəfindən müəllifin şeirləri səsləndirilib, oxucuların sualları cavablandırılıb.

Sonda müəllif oxucular üçün kitablarını imzalayıb, xatirə fotoları çəkdirilib.

“Yazarlar” olaraq həmkarımız Tural Cəfərlini təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Kamillik və insanlıq düşüncələri

Kamillik və insanlıq düşüncələri

İmadəddin Nəsiminin özünü sığdıra bilmədiyi, ta o zamanlardan ətrafında gördüyü yaxşılıqlardan, müəllimi Nəiminin mükəmməlliyindən ruhlanıb hürufilik yolu seçmiş bu hüdudsuz, ecazkar cahan hazırda bədxahlığın və kamil insan xeyirsevərliyinin əlində tərəfsiz qalıb. Zərdüşt bir zamanlar indi bizim də başımızı qaldırdıqda gördüyümüz səmaya baxırdı. Nə olursa olsun, xeyirin — Hörmüzün şər tanrısı Əhrimənə qalib gələcəyinə inamı bizlərdə olduğu qədər onda da güclü idi ki, hətta Avestanı qələmə almışdı. Sonsuz bir inancla Adəm övladları olan bizlərin bütün şərə qarışmış işləri alt-üst edəcəyinə davamlı inanmaq istəyirəm, amma bəzən bütün fikirlərim Hadi tək məni sanki bu gözəl dünyanı pisliklərə çoxdan təslim etməyimiz düşüncəsində cəmləyir. Mənim yeni dirçələn bir gənc kimi hətta dünyamızın halına yazığım da gəlir. Onu bu yaralı vəziyyətdən çıxarmağın yeganə çarəsi isə qəlbinin gözəlliyini qoruyub saxlamış insanların bütün bildiklərimizlə ağlı, kamalı və sədaqəti digər insanlara aşılamasıdır.

Düzdür, insan sonradan sadiq və dərrakəli olmur, belə doğulur. Ona görə ki, yüksək daxili keyfiyyətlərin təməli ən qaranlıq dünyada — ana bətnində qoyulur. İrəli sürülən bu çarə insanlara kitab paylamaq, 7-dən 70-ə hamını məktəbdə oxutmaq, kimlərinsə alim olmasına ölkə daxilində əlbirliklə nail olmaq deyil. Birbaşa təhsil vasitəsilə yeni nəsli irəli aparmaqdan söz düşdükdə isə təəssüf ki, bizim cəmiyyətimizdə hələ də qızlarını oxutmaqdan boyun qaçıranlar var. Bu bizim üçün böyük bədbəxtlikdir. Oxumuş, dünyagörmüş qadın ziyalı, kamallı ailə və ictimaiyyət deməkdir. Lakin dünya haqqı olanı tələb edən, yüksək vəzifələrə öz gücü ilə yüksələn, həyatı üçün qərarlar verən qadınları görməyə hələ də tam hazır deyil. Bununla belə, hətta günümüzdə qadınlar insana verilən ən bəsit haqq — yaşamaq uğrunda mübarizə aparırlar. Səbəbi isə düzgün zehniyyətlə yetişdirilməmiş insanlardır.

Ağıllı, kamallı insan o insandır ki, bu gün aclıq və səfillik kimi çətinliklərin içinə doğulmuş, tərk edilməyi görmüş, eyni səhvi ən azından bir dəfə etmiş və onu bir daha etməməyə and içmiş kəsdir. Cahanın və kainatın xilası ilə bağlı qalibiyyət sevinci o zaman olacaq ki, içində yaşadığımız bu dərin bəşər ümmanı insanlara kin-küdurətlə baxmayacaq, ona əl uzadanın səxavətini danmayacaq, sevgiyə nadanlıq və nankorluqla qarşılıq verməyəcəkdir. Mən, sən, o — cümlə insanlar mənəviyyatını təmiz saxlamaq üçün kiçik bir zərrə qədər səy göstərməyə başlayanda yalnız o zaman kamalı təhsil, inkişaf və akademik biliklə əlaqələndirmək olar. Hələ bütün insanların diplomlu, təhsil almış kamil insanları təqdir etməsi üçün çox uzun yolumuz var. Bu yol zamanla bizi tanımadığı insanlara gülümsəyən, kimliyindən asılı olmayaraq qarşısındakının fikirlərinə və şəxsiyyətinə hörmətlə yanaşan, kömək əli uzatmağı özünə ar bilməyən təmiz ruhlu insanlarla qarşılaşdırmağa başlayanda, o zaman hamımız rahat bir nəfəs alacağıq. Lakin inanmaq istəyirəm ki, günün birində Məhəmməd Füzuli kimi ilahi aşiqlərin və kamillik sevdalılarının bacardığı qədər olmasa da, bu qorxunc dövran və onun daxilində var olmağa davam edən hər fərd kamilliyə çatacaq.

Aynur Məhərrəmli,
şagird-həvəskar yazar

Aynur Məhərrəmlinin yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Magik realizm- Möcüzə, Fantastika- Mümtəni-əl vücud

Magik realizm- Möcüzə, Fantastika- Mümtəni-əl vücud

   İslam fəlsəfəsində varlıq və möcüzə anlayışları müxtəlif kateqoriyalar daxilində bizə təqdim edilir. Biz bu kateqoriyalara nəzər yetirərək fövqəltəbi hadisə yəni möcüzə məfhumunu ontoloji imkansızlıq və rasional əqlin, eyni zamanda metafizik ilə fizik qanunlarına zidd olan mümtəni əl-vücud məsələsinə aydınlıq gətirə bilirik. Belə ki, İbn Sinaya görə mümtəni əl-vücud yəni varlığı qeyri-mümkün ola bilən anlayışlar məntiqi və ontoloji baxımdan mövcud ola bilməyən şeyləri ifadə edir. Bir sözlə bu şeylərin zatında təzad və məntiqsizlik olduğu üçün mövcud olması mümkün deyildir. Klassik fəlsəfə və klassik fizikanı nəzərə alaraq bu ontoloji xətalara Allahın şərikinin olması, eyni anda həm var , həm də yox olmağı, Allahın özündən böyük daş yaratması, kvadrat dairənin olması kimi mümkünsüz şeyləri nümunə vermək olar. Möcüzə anlayışını isə İslam filosofları din fəlsəfəsində peyğəmbərlərin doğruluğunu təsdiqləmək üçün Allahın iradəsi ilə baş verən, təbii qanunların fövqündə olan hadisə olaraq səciyyələndirirlər. Bu anlayış yəni əcəzə feilindən törəyib mənası aciz qoymaq anlamını ifadə edən möcüzə adi səbəb-nəticə zəncirini aşaraq insanın gücü və bəzi hallarda rasional əql ilə izah edilmir. O həmişə ilahi qüdrətə və Allahın iradəsinə bağlıdır. Lakin möcüzəni biz tamamilə qanunauyğunluqdan kənar, varlığı imkansız olan bir hadisə kimi qəbul edə bilmərik. Çünki onsuzda din fəlsəfəsində mövcudiyyətinin mümkünsüzlüyünü qəbul edən kateqoriya- mümtəni əl-vücud vardır. İkincisi isə peyğəmbərlərin möcüzələrinin bir çoxusunu rasional əql ilə harmanlanmış metafizik qanunlarla izah etmək mümkündür. Misal üçün, Musa peyğəmbərin dənizi iki yerə yarmasını qabarma-çəkilmə hadisəsi və yaxud küləklərin hərəkəti ilə dənizə təsir etməsi kimi izah edilə bilər. Belə ki, Qırmızı dəniz bölgəsində güclü küləklər və seysmik hərəkətlər suyun səviyyəsini müvəqqəti geri çəkə bilər. NASA araşdırmalarında göstərilib ki, güclü külək axını suyu bir neçə saatlıq geri çəkə bilir. Bu da möcüzənin təbii mexanizminin izahı kimi səciyyələnə bilər. Və yaxud Nuh peyğəmbərin tufanı məsələsi arxeologiyada arxefaktlara söykənərək izah edilməsi mümkün hallardan biridir. Arxeoloji və geoloji araşdırmalar göstərir ki, Mesopotamiya bölgəsində böyük daşqınlar olmuşdur. Bu hadisə lokal olsa da, insanların yaddaşında eyni zamanda “Bibliya”da və “Dünyanın su basması haqqında dastan”da bütün dünyanı tutan tufan kimi qalıb. Bir sözlə peyğəmbərlərin həyatındakı möcüzələr reallıq daxilindəki metafizikanın işartıları kimi səciyyələndirilə bilər. Yəni peyğəmbərlərin möcüzələri real həyata və həmin qövmün tələblərinə uyğun şəkildə həyata keçmişdir. Daha varlığı mümkünsüz olan bir anlayış kimi qəbul edilmir.

  Din fəlsəfəsindəki bu iki anlayış ilə ədəbiyyatın estetika fəlsəfəsindəki magik-realizm və fantastika arasında analogiya qurmağımız məqsədəuyğun görünür.

   Modernizmin iki zidd anlayışı yəni magiya və realizmi özündə birləşdirən estetik cərəyanlardan biri olan magik realizm ilk dəfə Alejo Karpentier tərəfindən 1940-cı illərdə Latın Amerikası ədəbiyyatına tətbiq edilmişdir. Bu cərəyan Latın Amerikasının ictimai-siyasi reallıqlarını, kolonial dövrün mirasını və işğala məruz qalan xalqların yerli dünya görüşünü universal problemlərlə sintez etməsi nəticəsində formalaşmışdır. Adından da göründüyü kimi magik realizm iki təzadlı anlayışı magiyanı və realizmi özündə birləşdirir. Əsərlər real hadisələr əsasında qurulur, lakin həmin hadisələrin daxilində mistik və möcüzəvi məfhumlara toxunulur. Buna görə də oxucu real hadisələrin içində möcüzəvi elementlərin təzahürünü təbii qəbul edir. Bəs magik-realist əsərlərdə magiya və realizmin sərhədləri necə müəyyənləşir? 

   Bu tip roman və hekayələrdə hadisələr çox vaxt birinci şəxsin təkində təqdim olunur. Yəni yazıçı öz dili ilə baş verənləri təhkiyə edir. Tarixi və siyasi hadisələr , eləcə də şəxsiyyətlər olduğu kimi faktoloji dəqiqliklə oxucuya çatdırılır. Məsələn, Yusif Səmədoğlunun Qətl günü əsərində hadisələr Qacar dövrü, Repressiya dövrü və 1980-ci illərin hadisələrinin faktoloji əsasları əsasında qələmə alınmışdır. Daha yazıçı burada Qacar şahını 1937-ci il repressiyasına bağlamır, elə olduğu kimi öz dövründə saxlayır. (Əgər yazıçı burada retrospeksiyanı dəyişsə, yəni tarixi personajı müxtəlif zaman-məkan indeksində versə, artıq fantastikaya girmiş olacaqdır.)Və yaxud Elçinin Teleskop əsərində Mat Teresa (Teresa ana) personajı, ya da ki, Borxesin Alef əsərində Karlos Arxentino, Borxes və Karlos Daner kimi obrazlar real həyatda yaşamış şəxsiyyətlərdir. Buradan yola çıxaraq onu söyləyə bilərik ki, bu tip əsərlərin mühüm xüsusiyyətlərindən biri retrospeksiya yəni keçmişə qayıdış, eləcə də zaman-məkanın parçalanmasıdır. Misal üçün Xose Luis Borxesin Alef əsərində baş personaj zirzəmidə Alef vasitəsi ilə eyni anda bütün dünyanı yəni antik dövrü, London kimi Avropa şəhərəlrini, Buenos Airesin Soler küçəsini, Frey Bentosdakı evin girişindəki çiniləri və.s bu tip məfhumları müşahidə edir. Məhz bu hallarda magik elementlər dövrəyə daxil olaraq təhkiyəçi keçmişi izah etmək və ya hadisələr arasında keçid yaratmaq üçün maddi (material) vasitələrdən qeyri-maddi aləmə və ya mistik hadisələrə yönəlir. Bu keçidlərdə daha çox reinkarnasiya, dejavu, halüsinasiyalar, sayıqlama, koma kimi məfhumlardan istifadə edilir. Məsələn, Borxesin Alef əsərindəki Alefin özü, Elçinin Teleskop əsərində bu dünya və o biri dünya arasında körpü rolunu oynayan teleskop, Yusif Səmədoğlunun Qətl günü əsərində Zülfüqar kişinin sayıqlamaları və.s kimi reallıq ilə iç-içə keçmiş mistik hadisələri nümunə çəkmək olar.

   Fəqət bu hadisələr romantizmin qotika-mistika estetikası ilə qarışdırılmamalıdır. Belə ki, Romantizmin qotika və magiyasından fərqli olaraq, magik realizmdə inkişaf edən mistik hadisələr orta əsr estetikasından qaynaqlanmır. Burada hadisələrin gedişini yazıçının iradəsi ilə dəyişmək və ya üçüncü şəxsin təhkiyəsinə buraxmaq ənənəsi müşahidə ediımir. Bununla yanaşı, romantizmdə olduğu kimi mistik-realizmdə antik dövr ədəbiyyatına qarşı sərt reaksiya verilmir və millilik ənənələri qabardılmır. Fəqət bununla yanaşı magik realizm ilə romantizm arasında müəyyən oxşarlıqlar mövcuddur. Hər iki cərəyan mistika və magiyadan istifadə edir və  bəzi magik-realist əsərlərdə romantizmdə olduğu kimi xəlqilik və millilik məfhumlarının mistikasına toxunulur. Lakin magik realizm bu elementləri daha çox postkolonial yaddaş, tarixi travmaların poetik rekonstruksiyası və mədəni sintez kontekstində işləyir. Nə isə romantizm və mistik-realizmin müzakirə mövzusu ayrı bir zamana qalsın.

   Qeyd etdik ki, magik realist əsərlərdəki hadisələrin inkişaf proseduru reallığa əsaslanır və tarixi, siyasi və.s digər şəxsiyyətlər tamamilə real və həyatda yaşamış şəxsiyyətlər olmalıdır, eləcə də həmin şəxslərin həyatı qəti şəkildə dəyişdirilə yaxud başqa bir məkana və zamana köçürülə bilməz. Bu hadisələr sanki İslam dinindəki möcüzə sistemini xatırladır. Necə ki, İslami qaynaqlar bir hadisəni olduğu kimi dəyişmədən reallığı və möcüzəsi ilə təqdim edirsə, magik-realist əsərlərdə də hadisələr olduğu kimi təqdim edilərək yazıçı tərəfindən normal qəbul edilən mistika və möcüzə əlavə edilir. Və maraqlısı budur ki, magik-realizm inkişaf etdiyi ölkədə və materikdə yaşayan xalqların kollektiv təhtəlşüurundan gələn adət-ənənə, kult, qədim mistik varlıqlardan istifadə edirsə, İslamda Allahın bizə söylədiyi möcüzəvi hadisələr də eyni ilə həmin yer və məkanın kult və folkloruna uyğun cərəyan edir. Məsələn, Yusif Səmədoğlunun Qətl günü əsərində canavar, Baba Kaha kimi obrazlar Qafqaz və türk kultlarından gələn personajlar, Borxesin Alef əsərindəki Alefin özü yəhudilikdən gələn məfhum (əsərdəki Alef obrazı yəhudiəsiili müğənninin evində idi), Qabriel Qarsiya Markezin Tənhalığı Yüzilliyi əsərində qaraçı Melikades obrazı ilə Latın Amerikasının inanc kultlarına toxunuş və.s kimi nümunələr vermək olur. Bu hadisələri İslam dininin möcüzə sistemi ilə əlaqələndirə bilərik. Belə ki, sehr elmi ilə məşhur olan Misirə Musanın sehirbaz kimi, tibblə məşğul olan aramilərə İsanın təbib kimi, daşqınlarla dolub-daşan Mesopotamiyada Nuhun gəmisinin üzməsi kimi hadisələr sanki magik-realizmdə olduğu kimi reallığın hüdudları daxilində mistikanı özündə birləşdirir.

  Ədəbiyyatda və incəsənətdə reallığın sərhəddlərindən kənara çıxılaraq alternativ dünyalar, texnoloji fərziyyələr və qeyri-adi hadisələr üzərində qurulan əsərlərə fantastik əsərlər deyilir. Bu əsərlər irreal olmaqla yanaşı bəzən varlığı mümkün olmayan hadisələri və personajları da özündə birləşdirir. Film, cizgi filim, roman və.s kimi janrlara yansıyan bu çoxşaxəli janr populyar ədəbiyyatın növlərindən biri hesab olunur. Çox sadə bir misal versək cizgi filmlərdən də örnəklər göstərə bilərik. Məsələn üçün Ben 10 Alien Force elmi-fantastika janrında yaradılmış cizgi filmdir. Bu cizgi filmdə Ben 10 adlı gəncin omitrix saatına sahib olması və bu saat vasitəsi ilə müxtəlif yadplanetlilərə çevirilməsi, eyni zamanda paralel kainatları gəzməsi kimi məsələlər nə qədər elmi və maraqlı görünsə də reallıqdan uzaq mümkünsüz hadisələrdir. Çünki yadplanetlilərin mövcud olması elmə məlum deyil. Bununla yanaşı yadplanetlilər mövcud olsa da onların DNT-lərini bir saatın içinə toplayıb və həmin DNT-lər vasitəsi ilə onlara çevirilmək fizikanın fundamental qanunlarına ziddir. Belə ki, bir insanı başqa bir canlıya çevirmək üçün atomların yenidən nizamlanması və həmin DNT və RNT quruluşuna uyğun şəkildə nizamlanması lazımdır. Bu da özü özlüyündə nüvə reaktorundan qat-qat böyük bir enerji tələb edərdi. Bununla yanaşı kütlə və çəki ani bir hərəkətlə dərhal dəyişə bilməz, bunun üçün müəyyən zaman lazımdır. Məsələn 50 kiloluq bir insanın 1 tonluq bir yadplanetliyə çevirilməsi həm fizika qanunlarına, həm bioloji quruluşa, həm də rasional ağıla ziddir. Ədəbi əsərlərdən (həmçinin filmi və var) nümunə versək burada Jül Vernin Yerin mərkəzinə səyahət əsəri tam yerinə düşərdi. Belə ki, əsərin baş qəhrəmanı Prof. Lidenbrok Aksel və Hans ilə Yer kürəsinin mərkəzinə doğru enir orada müxtəlif maneələrlə- Dünyanın içindəki okeanlar, yeraltı meşələr, müxtəlif varlıqlar və dinozavrlarla qarşılaşdırlar. Əsər hər nə qədər elmin işığında qələmə alınsa da var olması mümkün olmayan hadisələr ilə zəngindir. Misal üçün yerin mərkəzinə doğru hərəkət etmək mümkün deyil. Bu həm qravitasiya qanununa, həm yerin biokimyəvi quruluşuna, həm də istilik sisteminə ziddir. Qravitasiya mərkəzə doğru hərəkəti nəzəri olaraq mümkün etsə də, mərkəzdə sıfır cazibə qüvvəsi və ekstremal şərait səbəbindən real həyatda Yerin mərkəzinə enmək mümkün deyil. Çünki Yerin mərkəzindəki nüvənin maqnit qüvvəsi Yeri özünə doğru çəkdiyi üçün nəzəri olaraq insan mərkəzdən asılı qalmalıdır, bir tərəfdən tunel açaraq digər tərəfdən çıxması mümkün deyil. Bundan əlavə Yerin mərkəzinə doğru endikdə 5000–6000 °C-ə qədər yüksəlir, bu şəraitdə də insanın həyatda qalması mümkünsüz haldır. Bütün bu problemlərdən ziyadə tutaq ki, insan Yerin mərkəzinə doğru hərəkət etsə də Yeraltı okeanların mövcud olması, qeyri-adi varlıqların yaşaması və dinozavrların Yer qabığının altında həyat sürmələri həm elmi, həm də əqli baxımdan qeyri-mümkün və reallıqdan kənardır. Bir başqa fantastik əsər olan Stanislav Lemin qələmə aldığı Solaris elmi və psixoloji predimetləri fentezi ilə özündə birləşdirir. Əsərdə Kris Kevin adlı bir alim uzun müddətdir üzərində tədqiqat aparılan Yerin yaxınlığında olan Solaris planetinə səfər edir. Planet burada instinktiv (bəzən də şüurlu) şəkildə hərəkət edərək öz ekosistemini qorumaq üçün yad cisimləri özündən uzaqlaşdırır. Bunun üçün də insan psixologiyasını təhtəlşüur vasitəsi ilə ələ alır və insanın zəif tərəfindən faydalanır. Kevinin vəziyyəti də elə bu cürdür. Belə ki, planet Kevinin qarşısına ölmüş arvadı Reyanı çıxarır. Reya Kevin üçün sadəcə ölmüş olması və yaratdığı çaşqınlıq səbəbilə deyil, həm də bədən bütövlüyündən çox bir növ molekulyar sistemləşmə və ya hamının gördüyü bir halüsinasiyaya bənzəməsi ilə problem yaradır. Yaxud da planet Reyanı Kevin üzərində ən təsirli fiqur olduğunu müəyyənləşdirərək onun şüuraltından çəkib çıxarmış və onun vasitəsilə Kevin üzərində mümkün olan ən güclü dağıdıcı təsiri göstərmişdir. Nəticə etibarilə Solaris planetinə görə Kevin də digər alimlər kimi uğursuzluğa düçar olacaqdır. Bu əsərdə də irreal olan, hətta mövcudluğu mümkün olmayan hadisələr mövcuddur. Belə ki, Solaris adlı planet yazıçının öz təxəyyülündən yaranan məhsuldur, reallıqda belə bir planet mövcud deyil. Bununla paralel bir planetin insan və ya heyvan kimi hisslərinin olması və səthinə enən yad cisimlərin zəif nöqtələrini taparaq o nöqtələr vasitəsi ilə yad cisimlərə psixoloji təsir etməsi reallıqdan və rasionallıqdan kənar hadisədir. Və yaxud bir planetin ölmüş insanın ruhunu, ya da onun halisunasiyasını, ya da ki, əksini yaratması da irreal hadisələrdən biri kimi qiymətləndirilə bilər.

   Düzdür, bəzən fantastik janrlarda reallığa yaxın, hətta gələcəyi proqnozlaşdıran məsələlərin də şahidi oluruq. Məsələn, Yusif Vəzir bəy Çəmənzəminlinin 1933-cü ildə yazdığı Gələcək şəhər adlı əsərində baş qəhrəman dostuna dediyi “Hər bir məhkəmədə bir еkran var. İstənilən zaman şahid rəsmi radiо vasitəsi ilə еkrana gətirilir. Şəkil canlı adam kimi məhkəmənin bütün suallarına cavab vеrir. Şəkil danışırmı? – dеyə Həsən hеyrətlə sоruşdu. Təbii, danışır. Şahid üç, ya bеş günlük bir məsafədə оlsa bеlə, yеnə şəkli, səsi və ya da sözləri məhkəmə qarşısında nümayiş еdir.Şəhərin bir çох yеrlərində qоyulmuş iri еkranlar səyyahların nəzərini cəlb еtdi. Bunların üzərində iri hərflərlə “kеçmişin güzgüsü” sözləri yazılmışdı” bu hadisələr ilə sanki ağıllı telefonların və müasir bilbordların əvvəlcədən xəbərini vermişdir. Nə isə bu əsərin müzakirəsi də başqa bir günə qalsın.

  Görüldüyü kimi fantastik əsərlər magik-realizmdən fərqli olaraq reallığa, hətta bəzən rasional idraka belə əsaslanmaya bilər. Qeyd etdiyimiz kimi magik-realizm İslam ənənələrindəki möcüzə sistemi kimi reallığın sərhəddləri daxilində mistika və möcüzəni ağlın həzm edə biləcəyi şəkildə izah edirdisə, fantastika janrı tamamilə yazıçı tərəfindən uydurulmuş, bəzən varlığı mümkün ola bilməyən, bəzən isə təzadlı və elmə eləcə də rasional əqlə zidd hadisələri özündə birləşdirir.Eyni ilə İslam fəlsəfəsindəki varlığı mümkün olmayan kateqoriyası yəni mümtəni əl-vücud kimi. Beləliklə, fantastikanın bəzi xüsusiyyətlərini mümtəni-əl vücud, möcüzə sistemini isə magik-realizm kimi adlandıra bilərik.

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

HƏCƏR ATAKİŞİYEVA YAZIR

Zaur Ustac yaradıcılığında vətənpərvərlik mövzusu

          Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusu daim aparıcı istiqamətlərdən biri olmuşdur. Xalqın tarixi yaddaşı, milli kimliyi, torpaq sevgisi və dövlətçilik düşüncəsi bir çox sənətkarların yaradıcılığında mühüm yer tutmuşdur. Müasir Azərbaycan ədəbiyyatında bu mövzunu ardıcıl şəkildə işləyən müəlliflərdən biri də Zaur Ustacdır. Onun əsərlərində vətən anlayışı yalnız coğrafi məkan kimi deyil, milli ruhun, mənəvi bağlılığın və tarixi yaddaşın simvolu kimi təqdim edilir. Azərbaycan ədəbiyyatı əsrlər boyu xalqın milli yaddaşını, mənəvi dəyərlərini və azadlıq arzularını yaşadan ən mühüm mənəvi sərvətlərdən biri olmuşdur. Tarixin müxtəlif mərhələlərində Azərbaycan yazıçı və şairləri xalqın taleyini, onun sevinc və kədərini, mübarizə və qəhrəmanlığını bədii söz vasitəsilə gələcək nəsillərə çatdırmışlar. Ədəbiyyat yalnız estetik zövq formalaşdıran sənət sahəsi deyil, eyni zamanda cəmiyyətin milli şüurunu oyadan, vətən sevgisini gücləndirən və mənəvi birliyi qoruyan mühüm ideoloji vasitə kimi çıxış etmişdir. Bu baxımdan vətənpərvərlik mövzusu Azərbaycan ədəbiyyatında daim aparıcı xətt olmuş, klassik dövrdən müasir mərhələyədək müxtəlif sənətkarların yaradıcılığında xüsusi yer tutmuşdur. Vətən anlayışı Azərbaycan insanının düşüncə sistemində müqəddəs məfhumlardan biri hesab olunur. Bu anlayış yalnız insanın doğulduğu torpağa bağlılığı deyil, həm də milli kimliyə, dilə, tarixə, mədəniyyətə və mənəvi dəyərlərə sədaqəti ifadə edir. Azərbaycan xalqı tarix boyu müxtəlif işğallarla, müharibələrlə və ağır sınaqlarla qarşılaşsa da, vətən sevgisini və milli ruhunu qoruyub saxlamağı bacarmışdır. Xüsusilə Qarabağ münaqişəsi və Vətən müharibəsi Azərbaycan insanının vətənə bağlılığını, torpaq uğrunda mübarizə əzmini bir daha bütün dünyaya nümayiş etdirmişdir. Bu hadisələr ədəbiyyatda da dərin iz buraxmış, bir çox müəlliflərin yaradıcılığında əsas mövzulardan birinə çevrilmişdir.

         Müasir Azərbaycan ədəbiyyatında milli-mənəvi dəyərlərin, dövlətçilik düşüncəsinin və vətənpərvərlik hisslərinin təbliği ilə seçilən müəlliflərdən biri də Zaur Ustacdır. Onun yaradıcılığı vətən sevgisinin, milli düşüncənin və xalq ruhunun bədii ifadəsi kimi diqqəti cəlb edir. Müəllif əsərlərində Azərbaycan xalqının tarixi yaddaşını, milli ağrılarını, Qarabağ həqiqətlərini və şəhidlik zirvəsini böyük həssaslıqla qələmə alır. Zaur Ustacın yaradıcılığında vətən yalnız coğrafi məkan deyil, insanın mənəvi varlığını müəyyən edən müqəddəs dəyər kimi təqdim olunur. Yazarın əsərlərində vətənpərvərlik anlayışı geniş məna daşıyır. Burada vətənə sevgi yalnız emosional hiss kimi deyil, həm də vətəndaş məsuliyyəti, milli birlik və mənəvi borc kimi izah edilir. Müəllifə görə vətəni sevmək təkcə onun gözəlliklərini tərənnüm etmək deyil, eyni zamanda onun problemlərinə biganə qalmamaq, milli dəyərləri qorumaq, dövlətə və xalqa sədaqətlə xidmət etməkdir. Bu baxımdan Zaur Ustacın yaradıcılığı oxucuda yalnız bədii-estetik zövq formalaşdırmır, həm də milli düşüncə və vətəndaşlıq mövqeyi yaradır.

         Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusu müxtəlif dövrlərdə fərqli formalarda ifadə edilmişdir. Klassik ədəbiyyatda daha çox mənəvi bağlılıq və yurd sevgisi ön planda olmuşdursa, müasir dövrdə bu anlayış milli azadlıq mübarizəsi, dövlətçilik və torpaq bütövlüyü məsələləri ilə daha sıx əlaqələndirilmişdir. Xüsusilə XX əsrin sonu və XXI əsrin əvvəllərində baş verən ictimai-siyasi hadisələr müasir şair və yazıçıların yaradıcılığına güclü təsir göstərmişdir. Bu baxımdan Zaur Ustacın əsərləri həm dövrün ictimai ruhunu, həm də xalqın mənəvi dünyasını əks etdirən mühüm ədəbi nümunələrdən hesab oluna bilər. Zaur Ustac yaradıcılığında vətənpərvərlik mövzusu müxtəlif istiqamətlərdə özünü göstərir. Yazarın şeir, hekayə, povest və publisistik yazılarında Azərbaycan torpağına bağlılıq, Qarabağ ağrısı, şəhidlik zirvəsi və milli birlik ideyası xüsusi diqqət çəkir. Müəllif vətəni sadəcə sevməyi deyil, onu qorumağı, onun uğrunda mübarizə aparmağı da vətəndaşlıq borcu kimi təqdim edir. Onun əsərlərində Qarabağ mövzusu xüsusi yer tutur. İşğal dövrünün ağrıları, yurd həsrəti və xalqın mənəvi sarsıntıları onun yaradıcılığında emosional və təsirli şəkildə əks olunur. Bu baxımdan onun yaradıcılığı oxucuda vətən sevgisini gücləndirən mühüm ədəbi nümunələrdən hesab edilə bilər. Zaur Ustacın vətənpərvərlik düşüncəsində şəhidlik anlayışı da mühüm yer tutur. Müəllif şəhid obrazlarını yüksək mənəvi dəyərlərin daşıyıcısı kimi təqdim edir. Onun “Sənətin seçdiyi adam”, “Qırmızı yarpaqlı ağac”,  “Sonuncu tapşırıq”, “Sonuncu döyüş”, “Son uçuş”, “Alp Eldəniz” və “Zenitdəki zenitçi” kimi əsərlərində şəhidlər xalqın azadlığı və gələcəyi uğrunda canından keçən qəhrəmanlar kimi təsvir olunur. Bu yanaşma gənc nəslin milli ruhda formalaşmasına təsir edən mühüm ideoloji xüsusiyyətlərdən biridir.

        Müəllifin publisistik yazılarında da vətənpərvərlik xətti açıq şəkildə hiss olunur. O, milli-mənəvi dəyərlərin qorunmasını, Azərbaycan dilinə və mədəniyyətinə sahib çıxılmasını vacib hesab edir. Yazıçının fikrincə, vətənpərvərlik yalnız döyüş meydanında deyil, elmə, təhsilə, ədəbiyyata və milli mədəniyyətə xidmət etməklə də ifadə olunur. Müəllifin yaradıcılığında Qarabağ mövzusu xüsusi emosional yükə malikdir. İşğal illərinin ağrısı, yurd həsrəti, şəhid ailələrinin kədəri və xalqın mənəvi sarsıntıları onun əsərlərində real və təsirli boyalarla əks olunur. Bununla yanaşı, müəllif xalqın gələcəyə inamını, milli birliyini və qələbə ruhunu da ön plana çəkir. Bu xüsusiyyətlər Zaur Ustac yaradıcılığını yalnız bədii hadisə deyil, həm də milli-mənəvi çağırış nümunəsi kimi dəyərləndirməyə əsas verir. Zaur Ustacın əsərlərində diqqəti cəlb edən mühüm məqamlardan biri də milli-mənəvi dəyərlərin qorunmasına verilən önəmdir. Müəllif dilə, mədəniyyətə, ailə institutuna, tarixə və milli adət-ənənələrə böyük həssaslıqla yanaşır. Onun fikrincə, vətənpərvərlik yalnız müharibə dövründə deyil, gündəlik həyatda milli kimliyi qorumaq və gələcək nəsillərə ötürmək vasitəsilə də ifadə olunur. Bu baxımdan yazıçının yaradıcılığı maarifçi və ideoloji xarakter daşıyır. Zaur Ustacın dil və üslub xüsusiyyətləri də vətənpərvərlik mövzusunun təsir gücünü artırır. O, sadə, anlaşıqlı və emosional dil vasitəsilə oxucunun hisslərinə təsir etməyi bacarır. Bədii təsvir vasitələri, obrazlı ifadələr və milli ruhla zəngin poetik düşüncə müəllifin əsərlərinə xüsusi məna qazandırır. Onun yaratdığı “O gün”, “Qardaş”,  “Dağlar”, “Sevin, a Təbriz”, “Araz”, “Tuncaya” kimi nümunələr sözün əsl mənasında seçilən əsərlərdir.  Zaur Ustac yaradıcılığında vətənpərvərlik mövzusu mühüm ideya istiqamətlərindən biridir. Onun əsərlərində vətən sevgisi, milli birlik, Qarabağ həqiqətləri və şəhidlik mövzuları yüksək bədii və mənəvi dəyərlərlə təqdim olunur. Yazarın yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında vətənpərvərlik ruhunun yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli yer tutur. Zaur Ustac yaradıcılığında vətənpərvərlik mövzusu əsas ideya istiqamətlərindən biri kimi mühüm yer tutur. Müəllifin əsərlərində vətən anlayışı yalnız coğrafi məkan və ya doğma torpaq sevgisi çərçivəsində təqdim edilmir. Məsələn, şairin “Bayraq, bizim bayrağımız” şeirindən bir bəndə baxaq:

“Üstündən yüz Araz axsın,

Torpaq, bizim torpağımız!

Güney, Quzey fərq eləməz,

Oylaq, bizim oylağımız!

burada Vətən anlayışı coğrafi aspektdən çox uzaq olub, ruhu, düşüncəni, könül bağlarını təcəssüm etdirir. Bu anlayış daha geniş məna daşıyaraq milli kimliyi, tarixi yaddaşı, dövlətçilik düşüncəsini, mənəvi dəyərləri və xalqın gələcəyinə bağlılığı özündə ehtiva edir. Yazar  yaradıcılığı göstərir ki, vətən sevgisi insanın mənəvi varlığını müəyyən edən ən ali hisslərdən biridir və bu hiss cəmiyyətin milli birliyinin formalaşmasında mühüm rol oynayır. Ümumiyyətlə Zaur Ustacın yaradıcılığında milli təəssübkeşlik qırmızı xətt kimi keçir. Bu baxımdan onun “Əliş və Anna” əsəri də diqqətə layiqdir.

        Zaur Ustac əsərlərində Azərbaycan xalqının keçdiyi tarixi yolun ağrılarını, mübarizə ruhunu və gələcəyə olan inamını bədii sözün gücü ilə əks etdirməyi bacarmışdır. Onun yaradıcılığında xalqın mənəvi dünyası, milli ruhu və torpaq sevgisi yüksək emosional təsir gücü ilə təqdim olunur. Müəllifin əsərlərindəki vətənpərvərlik hissi süni və şüar xarakterli deyil, həyat həqiqətlərindən doğan səmimi duyğular üzərində qurulmuşdur. Bu xüsusiyyət yazıçının əsərlərinin oxucuya daha təsirli şəkildə çatmasına və geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanmasına səbəb olur. Müəllifin yaradıcılığında Qarabağ mövzusunun xüsusi yer tutması onun vətənpərvərlik düşüncəsinin əsas istiqamətlərindən biri kimi diqqəti cəlb edir. Qarabağ dərdi Azərbaycan xalqının milli yaddaşında dərin iz buraxmış faciələrdən biri olmuşdur.    Zaur Ustac bu ağrını təkcə fərdi hiss kimi deyil, ümummilli problem kimi təqdim etmiş, xalqın torpaq sevgisini, yurd həsrətini və azadlıq arzusunu bədii dillə ifadə etmişdir. Onun əsərlərində Qarabağ yalnız müharibə mövzusu deyil, həm də milli qürurun, mənəvi bütövlüyün və tarixi ədalət uğrunda mübarizənin simvolu kimi çıxış edir. Müəllif bu mövzu vasitəsilə oxucuda həm emosional bağlılıq yaradır, həm də vətənə qarşı məsuliyyət hissini gücləndirir. Zaur Ustac yaradıcılığında şəhidlik mövzusu da xüsusi mənəvi dəyərə malikdir. Müəllif şəhid obrazlarını yalnız qəhrəmanlıq nümunəsi kimi deyil, milli ruhun və mənəvi ucalığın təcəssümü kimi təqdim edir. Onun əsərlərində şəhidlər xalqın azadlığı, torpağın bütövlüyü və gələcək nəsillərin xoşbəxtliyi naminə canından keçən müqəddəs insanlar kimi təsvir olunur. Bu yanaşma gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasına mühüm təsir göstərir. Yazıçının şəhidlik mövzusuna həssas münasibəti oxucuda həm qürur, həm də məsuliyyət hissi formalaşdırır. Müəllifin əsərlərində diqqəti çəkən əsas xüsusiyyətlərdən biri də milli birlik və həmrəylik ideyasının güclü şəkildə təbliğ edilməsidir. Zaur Ustac vətənin qorunmasının yalnız hərbi qüvvə ilə deyil, xalqın mənəvi birliyi, milli həmrəyliyi və ortaq məqsəd uğrunda birləşməsi ilə mümkün olduğunu vurğulayır. Onun yaradıcılığında xalqın birlik içində olması dövlətin güclənməsi və milli dəyərlərin qorunmasının əsas şərti kimi təqdim edilir. Bu ideyalar xüsusilə müasir dövrdə milli şüurun formalaşması baxımından böyük əhəmiyyət daşıyır. Zaur Ustac yaradıcılığında vətənpərvərlik mövzusu müxtəlif əsərlərdə fərqli aspektlərdən işlənmişdir. Müəllifin əsərlərində vətən anlayışı torpaq sevgisi, milli birlik, şəhidlik, dövlətçilik düşüncəsi və Qarabağ həqiqətləri ilə sıx bağlı şəkildə təqdim olunur. Yazarın  bədii düşüncəsində vətən yalnız insanın doğulduğu məkan deyil, onun mənəvi kimliyini formalaşdıran müqəddəs dəyər kimi çıxış edir. Bu baxımdan müəllifin “Oriyentir ulduzu”, “Dağ”, “Nəcəfi Elxan”, “Vaqif Mustafazadə” kimi  bir sıra əsərləri vətənpərvərlik ideyasının təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. “Oriyentir ulduzu” əsərində vətən sevgisi və milli birlik ideyası təbliğ edilir. Zaur Ustac “Oriyentir ulduzu” adlı əsərində Qarabağın Azərbaycan xalqının ayrılmaz tarixi torpağı olduğunu xüsusi vurğulayır. Əsərdə müəllif işğal nəticəsində yaranan ağrıları, xalqın keçirdiyi mənəvi sarsıntıları və doğma yurda bağlılıq hisslərini emosional şəkildə təqdim edir. Müəllif Qarabağı yalnız coğrafi ərazi kimi deyil, milli qürurun və tarixi yaddaşın simvolu kimi təsvir edir. Əsərdə xalqın birlik içində mübarizə aparmasının vacibliyi ön plana çəkilir və vətən uğrunda mübarizənin müqəddəsliyi vurğulanır. “Oriyentir ulduzu” povestində qəhrəmanlıq və şəhidlik zirvəsi əsasdır: “bura Ağdamdı, bura Xocalıdı, bura Xankəndidi, bura Şuşadı– Qaladı eee, Qala- bura QARABAĞDI- bura dünyanın mərkəzidi, bura bəşəriyyətin beşiyidi, bura ADƏMİN vətənidi, bura AZƏRBAYCANDI, bu torpaqlar türk oğluna UCA TANRININ ərmağanıdı, bu torpaq Adəmin yoğrulduğu torpaqdı, bu torpağın uğrunda ŞƏHİD olmaq hər kəsə nəsib olmur… “ Müəllifin vətənpərvərlik mövzusunda diqqət çəkən əsərlərindən biri də “Xudayar dastanı” əsəridir. Bu əsərdə şəhid obrazı yüksək mənəvi dəyərlərin daşıyıcısı kimi təqdim olunur. Zaur Ustac şəhidliyi xalqın azadlığı uğrunda göstərilən ən böyük fədakarlıq nümunəsi hesab edir. Əsərdə vətən uğrunda canından keçən insanların qəhrəmanlığı böyük ehtiram hissi ilə təsvir edilir. Müəllif şəhidlərin xatirəsinin xalqın yaddaşında daim yaşayacağını vurğulayaraq gənc nəslə vətənə sədaqət ideyasını aşılamağa çalışır. “Zabitlər” əsərində vətəndaşlıq məsuliyyəti qabardılır.  “Zabitlər” əsərində müəllif vətənə bağlılıq hissini daha çox mənəvi və fəlsəfi aspektdə təqdim edir. Əsərdə vətənə xidmət insanın ən ali borcu kimi qiymətləndirilir. Müəllif göstərir ki, insan yalnız vətəninə faydalı olduğu zaman öz mənəvi dəyərini təsdiq edə bilir. Burada vətən sevgisi sadəcə hiss deyil, həm də əməli fəaliyyət və vətəndaş məsuliyyəti kimi təqdim olunur. Əsərdə torpaq, xalq və dövlət anlayışları vahid mənəvi sistem daxilində təsvir edilir. “Ustacam” (“Övladıyam”) əsərində qələbə ruhu və dövlətçilik düşüncəsi əsasdır. Zaur Ustac “Ustacam” (“Övladıyam”) əsərində Azərbaycan ordusunun qəhrəmanlığını, xalqın birliyini və qələbə ruhunu ön plana çıxarır. Əsərdə Vətən müharibəsində əldə olunan zəfər böyük qürur hissi ilə təqdim edilir. Müəllif bu qələbəni yalnız hərbi uğur deyil, həm də milli ruhun və xalq birliyinin təntənəsi kimi qiymətləndirir. Əsərdə dövlətçilik düşüncəsi, vətənə sədaqət və xalqın mənəvi gücü əsas ideya xəttini təşkil edir. “Ustacam” (“Övladıyam”)  əsərində müəllif Azərbaycan xalqının tarixi qələbəsini bədii şəkildə əks etdirir. Əsərdə Azərbaycan əsgərinin qəhrəmanlığı, xalqın birliyi və milli ruh yüksəkliyi xüsusi vurğulanır. Müəllif zəfər anlayışını yalnız hərbi uğur kimi deyil, həm də xalqın mənəvi dirçəlişi kimi təqdim edir. Əsərdə vətən sevgisi ilə yanaşı milli qürur və tarixi yaddaş anlayışları da əsas yer tutur.  “Anam” əsərində torpaq və yurd anlayışı ön plandadır. “Anam” əsərində vətən anlayışı daha çox doğma torpağa mənəvi bağlılıq kontekstində işlənmişdir. Müəllif yurdu insanın mənəvi dayağı, tarixi yaddaşı və milli kimliyinin əsas hissəsi kimi təqdim edir. Əsərdə doğma torpağın insan həyatındakı rolu emosional təsvirlərlə ifadə olunur. Zaur Ustac vətəni ana obrazı ilə müqayisə edərək torpağa bağlılığın müqəddəs hiss olduğunu vurğulayır. “Ana dilim” əsəri də sanki “Anam”ın davamıdır. “Ana dilim” əsərində milli qürur və tarixi yaddaş əsasdır.

      Publisistik yazılarında vətənpərvərlik ideyası olduqca güclüdür. Zaur Ustac yalnız bədii əsərlərində deyil, publisistik yazılarında da vətənpərvərlik mövzusuna geniş yer verir. Onun publisistik məqalələrində Azərbaycançılıq ideyası, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan dilinə və mədəniyyətinə sahib çıxılması kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılır. Müəllif gənclərin milli ruhda yetişdirilməsini vacib hesab edir və vətənpərvərliyi cəmiyyətin inkişafı üçün əsas amillərdən biri kimi qiymətləndirir. Zaur Ustac yaradıcılığında vətənpərvərlik mövzusu çoxşaxəli şəkildə işlənmişdir. Müəllifin əsərlərində Qarabağ sevgisi, torpaq uğrunda mübarizə, şəhidlik, milli birlik və dövlətçilik düşüncəsi yüksək bədii ustalıqla təqdim olunur. Bu əsərlər oxucuda vətənə bağlılıq hissini gücləndirən mühüm ədəbi nümunələr kimi dəyərləndirilə bilər. Zaur Ustacın publisistik fəaliyyəti də onun vətənpərvərlik mövqeyinin mühüm göstəricilərindən biridir. Müəllif publisistik yazılarında milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan dilinə və mədəniyyətinə sahib çıxılması, gənclərin milli ruhda yetişdirilməsi kimi məsələlərə xüsusi diqqət yetirir. O, vətənpərvərliyi yalnız emosional hiss kimi deyil, həm də əməli fəaliyyət, vətəndaş məsuliyyəti və ictimai borc kimi dəyərləndirir. Bu baxımdan yazıçının yaradıcılığı yalnız bədii-estetik deyil, həm də ideoloji və maarifçi əhəmiyyət daşıyır. Müəllifin dil və üslub xüsusiyyətləri də vətənpərvərlik ideyasının təsir gücünü artıran mühüm amillərdəndir. Zaur Ustac sadə, aydın və emosional ifadə tərzindən istifadə etməklə oxucu ilə səmimi əlaqə yaradır. Onun əsərlərində istifadə olunan bədii təsvir vasitələri, obrazlı ifadələr, poetik düşüncə tərzi və milli ruhla zəngin dil oxucunun emosional dünyasına təsir göstərir. Yazarın üslubunda pafosdan çox səmimiyyət və həyat həqiqətlərinə bağlılıq üstünlük təşkil edir ki, bu da onun yaradıcılığının inandırıcılığını artırır. Zaur Ustac yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında vətənpərvərlik ideyasının yaşadılması və təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Onun əsərlərində vətən sevgisi, Qarabağ həqiqətləri, şəhidlik zirvəsi, milli birlik və mənəvi dəyərlər yüksək bədii ustalıqla əks etdirilmişdir. Yazıçının yaradıcılığı həm milli ədəbiyyatın inkişafına töhfə verir, həm də oxucularda vətənə bağlılıq, milli qürur və vətəndaş məsuliyyəti hisslərini gücləndirir. Zaur Ustacın əsərləri müasir Azərbaycan cəmiyyətində milli ruhun qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm ideoloji və mənəvi əhəmiyyət daşıyır. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusunun davamlı şəkildə inkişaf etdirilməsinə xidmət edir və milli düşüncənin formalaşmasında təsirli ədəbi mənbələrdən biri kimi çıxış edir. Bu baxımdan müəllifin əsərlərinin gələcəkdə də filoloji və ədəbi baxımdan geniş şəkildə araşdırılması mühüm elmi əhəmiyyət kəsb edir.

Müəllif: Həcər Atakişiyeva

“Yazarlar” jurnalının redaktoru, Yaradıcılıq Komissiyasının sədri, ədəbiyyatşünas-tənqidçi

Atakişiyeva Həcər Aslan qızı

Həcər Atakişiyevanın yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Professor Nurəddin Mustafa oğlu Kazımov – 100

Professor Nurəddin Mustafa oğlu Kazımov – 100

100 İLLİYİN İŞIĞINDA

           Mərhum professor, gözəl insan Yusif Talıbov Azərbaycanın görkəmli pedaqoqlarını səciyyələdirərkən akademik Mehdi Mehdizadəni, professorlar Əhməd Seyidov və Mərdan Muradxanovu pedaqogika elminin sacayaqları (təməl daşları) adlandırmışdı. Əhməd Seyidov 1882-ci ildə anadan olmuş, 1977-ci ildə; Mehdi Mehdizadə 1903-cü ildə doğulmuş, 1984cü ildə, Mərdan Muradxanov 1907-ci ildə anadan olmuş, 1977-cim ildə dünyasını dəyişmişdir. Azərbaycan pedaqogikasının təşəkkülündə və inkişafında, pedaqogikanın nəzəriyyəsinin və tarixinin (pedaqoji fikir və məktəb tarixi) formalaşmasında hər üçünün özünəməxsus rolları olmuşdur.

          Haqqında söz açılan mərhum pedaqoqlarının yolunu onlarla yetirmələri və digərləri davam etdirmişlər. Onlardan sonra gələn  nəsil (professorlar və akademiklər Nurəddin Kazımov, Hüseyn Əhmədov və Əjdər Ağayev) sayılıb-seçilməyə, qibtə doğurmağa, pedaqogika elmində ağsaqqallıq vəzifəsini üüzərlərinə götürməyə başlamışdır.

         Biz bu şəxsləri pedaqogika elminin sacayaqları (təməl daşları) adlandırardıq.

        Professor Nurəddin Kazımovun tədqiqatları daha çox  didaktika, pedaqogika nəzəriyyəsi, məktəbşünaslıq, tərbiyə məsələlərinə; professor Hüseyn Əhmədovun tədqiqatları pedaqogikanın tarixinə, o cümlədən Azərbaycanda pedaqoji fikir və məktəb tarixinə,  professor Əjdər Ağayevin araşdırmaları həm pedaqogika tarixi və həm də pedaqogika nəzəriyyəsi problemlərini əhatə etmişdir.

          Bu məqalədə biz pedaqoji sacayaq nümayəndələrindən birinin, bu il anadan olmasının 100 ili tamam olacaq mərhum professor Nurəddin Mustafa oğlu Kazımovun həyat və yaradıcılığını diqqət mərkəzinə gətirməyi qarşımıza məqsəd qoymuşuq.

          Bu məqalənin müəlliflərindən biri müəllifi professor Akif Abbasovun xatirələri ilə tanış olaq: “1975-ci ilin əvvəlləri idi. Azərbaycan Pedaqoji Dillər İnstitutunun (indiki ADU-nun) ingilis – Azərbaycan dilləri fakültəsini bitirdikdən sonra təyinatla Sabirabad rayonuna göndərilmişdim. Artıq bir neçə il idi ki, rayonun Şıxsalahlı və Qaragünə kənd məktəblərində ingilis dili müəllimi işləyirdim. Səhərlər yaşadığım Əli Bayramlı şəhərində avtobusa oturur, təxminən 20-25 dəqiqədən sonra iş yerində olurdum. Dostum, şair, mərhum İsrafil İbadov o vaxtlar “Azərbaycan məktəbi” jurnalında çalışırdı. O, məsləhət gördü ki, Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (indiki Təhsil İnstitutu) kiçik elmi işçi yerinə müsabiqə elan olunub. Bəlkə sənədlərini verəsən.

         Sənədlərimi verdim, müsabiqədən keçdim. Lakin Sabirabad Rayon Maarif şöbəsinin o dövrdəki müdiri, mərhum Lələş Əliyev məni işdən azad etmək istəmir, qalıb işləməyimi təkid edirdi. Mən isə sistemli şəkildə tədqiqatlara qoşulmaq, institutda çalışmaq istəyirdim. Günlər isə keçirdi. Bu vaxt eşitdim ki, institutun direktoru professor Nurəddin Kazımovla Əli Bayramlı Pedaqoji Məktəbində görüş təşkil olunub. Professor geniş auditoriya qarşısında – müəllimlərin və tələbələrin əhatəsində maraqlı məruzə edir, pedaqogikanın, təhsilin, məktəb quruculuğunun, təlim və tərbiyə prosesinin səmərəli təşkilinə və s. və i.a. dair öz qənaətlərini bölüşür, suallara cavablar verirdi.

         Tədbir yekunlaşanda imkan tapıb professorla görüşdüm, müsabiqədən keçdiyimi, lakin işdən azad olunmaqla bağlı əmrimi ala bilmədiyimi ona bildirdim. O, narahat olmamağı məsləhət gördü, qeyd etdi ki, SSRİ Nazirlər Sovetinin xüsusi qərarı var, müsabiqə yolu ilə elmi işçiliyə qəbul olunan şəxslərə kömək göstərilməlidir. Yeni iş yerlərinə gəlməkdə onlara maneçilik törətmək olmaz.

         Sonra Nurəddin müəllim pedaqoji məktəbin rəhbərliyindən xahiş etdi ki, onu Sabirabad Rayon Maarif Şöbəsinin müdiri ilə (telefonla) calaşdırsınlar. O, vaxtlar rayonlararası telefonla danışıq indiki kimi asan deyildi, müəyyən çətinliklər vardı. Maarif müdiri ilə danışmaq mümkün olmadı.

           Professor bir daha mənə narahat olmamağı tapşırıb bildirdi ki, şəhərə qayıdan kimi bu məsələ ilə məşğul olacaq.

          Bu, mənim professor Nurəddin Kazımovla ilk görüşüm idi. Özü də doğulub, boya-başa çatdığım doğma Əli Bayramlı (hazırda Şirvan) şəhərində.

          Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda tərbiyənin ümumi problemləri şöbəsinə əmrim digər yoldaşlardan 9 gün sonra – 1975-ci il aprel ayının 9-da verildi və mən elmi fəaliyyətə başladım. Təxminən bir il institutda işləyəndən sonra, 1976-cı ilin iyun ayında hərbi xidmətə yola düşdüm. Geri qayıdanda Nurəddin müəllim artıq bizim institutdan getmişdi – Azərbaycan Dövlət Pedaqoji İnstitutunda elmi işlər üzrə prorektor işləyirdi.

          Bir yerdə işlədiyimiz müddətdə professor Nurəddin Kazımov yadımda necə qalmışdı? Bir alim kimi pedaqogika elminin aktual problemlərindən məqalələrində, kitablarında, elmi şuranın iclaslarında, respublika elmi-praktik konfranslarında, respublika Pedaqoji Cəmiyyətinin qurultaylarında inamla, məntiqi təfəkkürün bütün imkanlarından faydalanaraq və orijinal deyim tərzi ilə təqdim edirdi”.

              Bu məqalənin digər müəllifi pedaqogika üzrə fəlsəfə doktoru Rəhiməxanım Məmmədzadənin fikirləri:  “Professor uzun illər Azərbaycan Dillər Universitetində Pedaqogika kafedrasının müdiri olmuşdur. Mən hazırda həmin kafedranın dosentiyəm. Nurəddin müəllim haqq dünyasına qovuşandan sonra kafedrada işə başlamışam. Çox təəssüf edirəm ki,  onunla bir yerdə, onun rəhbərliyi ilə bu kafedrada işləməmişəm. Lakin təsəllim odur ki, professor Nurəddin Kazımovla bağlı xoş xatirələri yaşadıram. Onun əsərlərindən bəhrələnərək auditoriyada mühazirə  oxuyur və seminar məşğələləri keçirəm.  Eşitdiyimə görə son dərəcə ciddi, tələbkar, prinsipial, obyektiv  insan olub.  Diqqətəlayiq rəhbərlik üslubu varmış, təşkilatçılıq qabiliyyəti çox yaxşı imiş. Mühazirələri çox məzmunlu, elmi, pedaqogikanın yenilikləri ilə zəngin idi. Kafedranın əməkdaşlarından da mühazirə və seminar məşğələlərinə hazırlıqlı getmələrini, təlim prosesində vaxtdan səmərəli  faydalanmağı tələb edirdi.  Açıq dərslərdə olur, kafedra müəllimlərinin mühazirə və seminar məşğələlərin təhlilini aparır, müsbət və zəif cəhətləri diqqət mərkəzinə gətirirdi”.

        Həyatı və təhsil illəri.  Nurəddin Mustafa oğlu Kazımov28 aprel 1926-cı ildə Gəncə şəhərində dünyaya gəlmişdir. 1943-cü ildə III İnternasional adına ümumtəhsil məktəbində təhsil almış,  iki il sonra Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) Tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul edilmidir. Sonra təhsilini Sankt-Peterburq Dövlət Universitetində davam etdirmişdir. Həmin universitetin fəlsəfə fakültəsini  1950-ci ildə bitirmişdir.

         Ali təhsil almaqla kifayətlənməmiş sənədlərini Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (hazırda Təhsil İnstitutu) aspiranturasına vermiş (1953),  1956-ci ildə aspirantura təhsilini başa vurmuşdur.

         Əmək fəaliyyəti. Ali təhsil aldıqdan sonra Nuxa (hazırda Şəki) Müəllimlər İnstitutunun pedaqogika və psixologiya kafedrasının müəllimi olmuşdur. Sonralar  Bakı Vilayət Maarif Şöbəsində məktəb inspektoru (1952-1953), respublika Maarif Nazirliyində Ali və orta peşə təhsili şöbəsində inspektor vəzifələrində işləmişdir.

         Eyni zamanda Nurəddin müəllim M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda baş müəllim (1957), Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda elmim işlər üzrə direktor müavini (1957-1973),  direktor (1973-1976) ,  Azərbaycan Dövlət Pedaqoji İnstitutunda elmim işlər üzrə prorektor (1976-1982),   Azərbaycan Dövlət İncəsənət İnstitutunda Pedaqogika kafedrasının müdiri, Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müdiri (1984-cı ildən etibarən təxminən 30 il)  vəzifələrində çalşmışdır.

            Professor Nurəddin Kazımov uzun illər Azərbaycan Pedaqoji Cəmiyyətinin sədri olmuşdur.

            Azərbaycanda pedaqogika elminin inkişafında Nurəddin Kazımovun özünəməxsus əməyi vardır.O,bir alim kimi pedaqogika elminin aktual problemlərindən məqalələrində, kitablarında, elmi şuranın iclaslarında, respublika elmi-praktik konfranslarında, respublika Pedaqoji Cəmiyyətinin qurultaylarında inamla, məntiqi təfəkkürün bütün imkanlarından faydalanaraq və orijinal deyim tərzi ilə təqdim edirdi.

          Elmi müəssisənin rəhbəri kimi yüksək təşkilatçılıq, idarəetmə qabiliyyətinə malik idi, ciddi və tələbkar idi ki, bu da işçilərin öz vəzifələrinə məsuliyyətlə, eyni zamanda vicdanla yanaşmalarını təmin edirdi. Nurəddin müəllim sərt tələbkar olmaqla yanaşı, həm də çox kövrək idi.

          Elmi fəaliyyəti. Nurəddin Kazımov, qeyd etdiyimiz kimi,elmlər doktoru, professor, Rusiya Təhsil Akademiyasının xarici üzvü (2012) idi. 1958-ci ildə “Müqayisə haqqında K.D. Uşinskinin fikirləri və məktəb təcrübəsi üçün bunun əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyası,   1969-cu ildə isə “Məktəbdə müqayisə üzərində işin nəzəriyyəsi və təcrübəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1973-cü ildə professor elmi adına layiq görülmüşdür.

           N.M. Kazımovun orta ümumtəhsil məktəblərinin III, IV sinifləri üçün “Ana dili” (1970-2003) və “Oxu” (1970-2005) dərsliklərinin və 500-dən artıq müxtəlif elmi əsərin, o cümlədən    “Nurlu yol” (1983), “Tərbiyənin elmi-pedaqoji əsasları” (1983), “Pedaqogika” (həmmüəlliflə, 1996), “Ali məktəb pedaqogikası” (1999), “Milli pedaqogika yollarında” (2001), “Məktəb pedaqogikası” (2002), “Məktəb pedaqogikası sxemlərdə” (2003), “Azərbaycan milli izahlı ensiklopedik pedaqoji lüğət” (həmmüəlliflə, 2005), “Müqayisənin nəzəri və əməli problemləri” (ağlın sönməz məşəli) (2005), “Pedaqogika kafedrası üzrə təhsil proqramı (kurikulum)” (həmmüəlliflə,  2005), “Mərhələli tərbiyə nəzəriyyəsi” (2007), “Pedaqoji ustalığın problemləri” (2009), “Tətbiqi pedaqogika” (2010), 16 cilddən ibarət “Seçilmiş əsərlər”in (2011)  müəllifidir.

          Nurəddin müəllimin dərslik və dərs vəsaitlərindən hazırda da ali təhsil müəssisələrində istifadə edilir.

          Elmi kadrların yetişdirilməsi sahəsindəki fəaliyyəti.  Professor Nurəddin Kazımov müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində,  Tiflis Pedaqoji Universitetində və Gürcüstan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda,  Naxçıvan Dövlət Universitetində dissertasiyaların müdafiəsi şuralarının şuralarının üzvü; bir müddət respublikada Pedaqoji və Psixoloji Elmlər sahəsində  Tədqiqatları Əlaaqələndirmə sırasının sədri olmuşdur.

             Professor N.M. Kazımov 25 aspirant və dissertanta elmi rəhbər olmuş, təxminən 30 doktorluq və namizədlik (fəlsəfə doktoru) dissertasiyalarının müdafiəsi zamanı rəsmi opponent kimi  çıxış etmişdir. Təxminən 90 dissertasiyaya rəy vermişdir.

             Təltifləri. Azərbaycan təhsilinin və pedaqogika elminin inkişafındakı xidmətlərinə və səmərəli yaradıcılıq fəaliyyətinə görə professor Nurəddin Kazımov bir sıra dövlət təltiflərinə layiq görülmüşdü.  “Şərəf nişanı” ordeni ilə təltif edilmiş, Əməkdar elm xadimi fəxri adını almışdı. Prezident təqaüdçüsü idi.

          Professor Nurəddin Kazımov 92 il ömür sürdü. 2018-ci il dekabrın 6-da haqq dünyasına qovuşdu.

          Bu əvəzedilməz alim, Azərbaycanda pedaqogika elminin bayraqdarlarından biri olan bu gözəl insan 90 yaşını haqlasa da, yaşayıb-yaratmaq eşqi onu tərk etməmişdi.    

          Professor Nurəddin Kazımov gənc pedaqoq-alimlərə ən gözəl nümunədir. Görkəmli pedaqoq, əməkdar elm xadimi, professor, Prezident təqaüdçüsü  Nurəddin  Kazımov yaddaşlarda yaşayır, əsərləri sevilə-sevilə oxunur!

           Görkəmli pedaqoqa Allahdan rəhmət oxuyuruq!

            Akif Nurağa oğlu Abbasov,

  Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim

Rəhiməxanım Rzabala qızı Məmmədzadə,

Azərbaycan Dillər Universitetinin baş müəllimi pedaqogika üzrə fəlsəfə doktoru               

XƏDİCƏ ARVADIN O DÜNYAYA  HAZIRLIĞI

XƏDİCƏ ARVADIN O DÜNYAYA  HAZIRLIĞI

(hekayə)

Xədicə arvad haldan düşmüşdü. Son zamanlar ayaqları sözünə baxmırdı. Özünü çox yorğun və əzgin hiss edirdi. Bir iş görmək istəyəndə ona başlar, amma yarımçıq qoyardı. Yəqin yorğunluqdan idi. Yeməkdən də qalmışdı. Divana uzanıb gözlərini tavana zilləyir, dağı Arana, Aranı dağa aparırdı. Belə hallarda kim ondan nə isə sorusaydı, cavab verməzdi.  Onlara qarşı acıqlı olduğundan yox, sadəcə, öz aləminə qapıldığından.

          Bir-iki gün idi ki, Xədicə arvad tirrənmişdi. Divandan durmaq bilmirdi.   Çayını, xörəyini də yatağına gətirirdilər.  Azca yemək yeyir, yarmn stəkan çay içir, yenidən uzanırdı. 

Həsən anasının bu halından çox pəjmurdə idi.  O, stulu divana yaxın çəkib əyləşdi. Xədicə arvad dünyası ilə əlləşirdi. Həsən anasının əlini əlinə aldı:

-Can, ana, nədir səni narahat edən? Heç özündə-sözündə deyilsən? Bir yerin ağrıyır?

Cavabında anası dedi:

-Yox, ay oğul, heç yerim ağrımır?

Həsən təkrar soruşdu:

-Bəs nə olub sənə? Bəlkə həkim çağırım?

Gözləri yol çəkən ana etiraz etdi:

-Yox, ay bala, həkimlik iş yoxdur.

Həsən:

-Bəs nə olub? – deyə o, anasının alnından öpdü. 

Xədicə arvad ağır-ağır söz başladı:

-Rəhmətlik atanı, Müslümü yuxuda görmüşəm. Məni yanına çağırırdı. Dedi çox darıxıram. Səbri-qərarım kəsilib. Neçə ildir səndən ayrı düşmüşəm. Sən də  oralarda tək qalmısan? Qulaq yoldaşın, evdə tay-tuşun yox ki lazım gələndə dərdləşəsən. Uşaqları evləndirmiş, qızları köçürmüsən.   Sən orda, mən də burda  təkəm.  Darıxıram. Gəlsəydin, günümüz xoş keçərdi, bir-birimizə həyan durardıq.

Həsən dilxor idi. Anası elə dediyini deyir, ipə-sapa yatmırdı::

-Ay ana, nə danışırsaın? O dünyaya getmək nədir? Özün demişkən, heç bir yerin ağrımır. Hələ bundan belə ən azı 10 il yaşayacaqsan. Bir də tək niyə olursan? Biz yanındayıq. Mənim ailəmlə qalırsan? Kimin hünəri var sənin xətrinə dəysin. Hər şənbə-bazar günü qızların da, oğlun da, nəvələr də sənə baş çəkməyə gəlirlər.

Xədicə arvad əlini yuxarı qaldırıb Allahına  şükür elədi:

-Allah hamınızın canını sağ eləsin. Hamınızdan razıyam. Heç kim xətrimə dəymir. Hələ üstəlik nazımla oynayırlar. Qayğıma qalırsınız. Amma, ay oğul, məni başa düş, getməliyəm,  atan o dünyada darıxır, tək qalıb.

Həsən anasını dilə tutmağa çalışdı:

-Tək niyə olur, ay ana, orada nə qədər qohum-əqrəbamız var. Dayılarım, xala-bibi, əmim…

Xədicə arvadın gözləri yol çəkdi:

-Nə bilmək olar, ay oğul, bəlkə araları dəyib, ona görə məni çağırır…

-Bax, ana, yenə sənə deyirəm: bu fikirləri başından elə, dur ayağa, gəz,  həyətə düş. İstəyirsən  aparım səni gəzdirim. Dənizə aparım…

-Bu yaşda dəniz mənim harama yaraşır?

Həsən:

-Bax, ana, dedim ha. Getmək söhbətini qurtar, – dedi və çıxdı.

                                     ***

İşdə Əhməd müəllim Həsənə müraciətlə:

-Ay Həsən, – dedi, -son vaxtlar, özünü nə isə qəribə aparırsan. Kefin yoxdur, qanı qara gəzirsən. Heç elə bil əvvəli deyib-gülən Həsən deyilsən.  Dərdini de, bilək. Evdə-eşikdə bir hadisə baş verməyib? Nə problemin var?

Həsənə elə gəlirdi ki, onun halından kiminsə xəbəri yoxdur. Demə, ona da göz qoyanlar var. Əhməd müəllim onu istəyən şəxs idi. Odur ki, özünü ələ alıb dedi: 

-Yox, ay Əhməd müəllim. Evdə hər şey qaydasındadır. Anam…

Əhməd müəllim onun sözünü kəsdi:

-Anana nə isə olub? Xəstə deyil ki?

Əhməd cib dəsmalını çıxarıb boyun-boğazının tərini sildi:

-Xəstəliyi yoxdur, amma özünü xəstələndirib.

-Bu nə sözüdür, ay Həsən?

Həsən olub-keçənləri Əhməd müəllimə danışdı. Əhməd müəllim qaşlarını çatdı. Az sonra:

-Stulunu yaxın çək, əyləş.

-Gör nə deyirəm…

Əhməd müəllimin dediklərindən razı qalan Həsən başını tərpətdi, yəni “düz deyirsiniz!”

                               ***

Xədicə arvad yenə divanda uzanmışdı. Həsən divanın kənarında əyləşib anası ilə salamlaşdı, sonra hal-əhval tutdu və  söz başladı:

-Hə, ana. Bundan belə hər şey qaydasında olacaq. Sən də ayağa qalxıb bizimlə bir süfrədə oturacaq, nəvələrini, qohum-əqrəbanı görməyə gedəcək, toyda, yasda iştirak edəcəksən.

Xədicə arvad key-key onun üzünə baxdı:

-Bəxtəvərlikdən danışırsan, ay oğul. Deyirəm:  mən ölüb öz günümə qalmışam, sən isə mənimlə zarafatlaşırsan. Bilirsən, ay bala, mən bu dünyadan köçümü çəkməyə hazırlaşıram.

-Səni getməyə kimdir qoyan?

Xədicə arvad başını buladı: “Bu nə danışır? Bundan soruşan var ki, gedim, getməyim. Rəhmətlik çağırır.

-Ay ana, axşam yuxu görmüşəm. Rəhmətlik atan yuxuma girmişdi. Kefi də saz idi.  Dedim, ay ata, o nə sözdür anama demisən. Sap-sağlam anam yatağa düşüb. Onun indi o dünyaya gedən vaxtıdır?! Bilirsən nə dedi? Dedi: doğrudur, o gün anana nə isə elə bir söz demişdim, amma sonra fikrimi dəyişdim.

Xədicə arvad yerində dikəldi.

-Ana, atam daha sonra bilirsən nə dedi? Dedi ki, sənə çatdırım. O dünyada hazırda təmir işlərinə başlayıblar. Oralarda hələ abırlı bir yer  yoxdur. Dedi ki, sənə çatdırım  ki, bir yaxşı yer tapan kimi Xədicəyə xəbər verəcəyəm. Hələlik öz işlərində olsun. kimi onu çağıracam.

Xədicə arvad durub oturdu:

-Lap belə dedi?

-Hə, ana, atam belə dedi. Özümdən çıxarmıram ki. Bir də bilirsən nələri söylədi?

-Nələri?

-Dedi ki,  bizim ailənin işlər başından aşır.  Anan yanıma gəlsə, həmin işlərin öhdəsindən necə gələcəksiniz?    Nəvələri məktəbə kim aparıb-gəturəcək, bazarlığı kim edəcək?    Hamınız iş adamısınız. Zakir təzə evlənib. Bu-gün sabah uşaqları olacaq. Gənc ailədir. Uşağa kim baxacaq? Gəlinə kim kömək edəcək? Anan heç bunları fikirləşib? De ona, məndən xəbər gözləsin. Hələ gəlməsin.

Xədicə arvad divandan düşüb qapıya sarı getdi.

-Ana, hara?

-Qonşuya süd, qatıq, qaymaq tapşırmışdım, gedib götürüm.

-Hə, ana,  qaymaq, qatıq çox qalıb turşuyar, vaxtında onları götürmək lazımdır.   

Xədicə arvad getdi. Həsən bığaltı güldü.

Bakı şəhəri, 16 may 2026-cı il

Akif Nurağa oğlu Abbasov

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ŞƏHİD MAYORUN ADINA SİNİF

ŞƏHİD MAYORUN ADINA SİNİF

Xətai rayonu 263 saylı tam orta məktəbin 1 “A” sinfinə şəhid mayor Vüsal Vəliyevin adı verilməsi münasibətilə bağlı tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan 1“A” sinfinin rəhbəri Gülbəs xanım qonaqları salamlayaraq bildirib ki, böyüyən uşaqların və yeniyetmələrin milli ruhda formalaşması hər bir pedaqoqun müqəddəs vəzifəsidir. Bakı şəhəri 263 saylı məktəbdə də şagirdlər vətənpərvərlik ruhunda tərbiyə olunur və qəhrəman şəhidlərin xatirəsi daim uca tutulur.

Sonra mayor Vüsal Vəliyevin həyatı və döyüş yolu haqqında məlumat verilib. Mayor Vüsal İslam oğlu Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Lisey və Ali Hərbi Məktəbdə təhsil alıb, 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirib. 2009-cu ildən Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Murovdağ istiqamətlərində müxtəlif komandir vəzifələrində xidmət edib və mayor rütbəsinədək yüksəlib. 44 günlük Vətən müharibəsində həmlə taborunun komandiri kimi Murovdağdan Şuşayadək döyüş yolu keçib. 9 noyabr 2020-ci ildə Şuşa döyüşlərində şəhid olub və Şərur Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Vüsal Vəliyevin xatirəsinə “Səs” tamaşası səhnələşdirilib, “Qisas 44” və “Vüsalın dastanı” kitabları çap olunub. Doğulduğu Dizə kəndində “Şəhid Vüsal bulağı” abidə-kompleksi və ev muzeyi yaradılıb, bir çox məktəb siniflərinə və hərbi posta onun adı verilib.

Məktəbin direktoru Nurqələm xanım rəhbərlik etdiyi təhsil ocağının vaxtilə burada oxumuş, sonradan doğma torpaqların azadlığı uğrunda canını fəda etmiş A.Xəlilovun adını daşımasını böyük qürur hissi ilə vurğulayaraq, Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərə ayrıca guşə ayrıldığını diqqətə çatdırıb. O bildirib ki, 1 “A” sinfinin şəhid mayor Vüsal Vəliyevin adının verilməsi də müəllim və şagird kollektivi üçün həm məsuliyyət, həm də fəxr mənbəyidir. Nurqələm xanım çıxışında qeyd edib ki, mayor Vüsal Vəliyevin Vətən müharibəsində göstərdiyi şücaət, vətən sevgisi və döyüş əzmi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Onun şərəfli həyat yolu və qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir.

Tədbirin bədii hissəsində məktəblilərin ifasında şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib, vətənpərvərlik mövzusunda mahnılar ifa olunub, həmçinin şagirdlərin hazırladıqları təsirli səhnəciklər nümayiş etdirilib. Çıxışlar və təqdimatlar tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Çıxış edən şəhid qardaşı Şahin Məmmədov, Qarabağ müharibəsi veteranı, polkovnik şair Mahir Cavadlı şəhidlərin adını daim uca tutan, onların xatirəsini yaşadan və belə möhtəşəm tədbiri ərsəyə gətirən hər kəsə təşəkkürünü bildirib.

Şəhid mayor Vüsal Vəliyevin qardaşı Əpoş Vəliyevə verilib. O, ailəsi adından çıxış edərək qardaşının xatirəsinə göstərilən yüksək ehtirama görə məktəbin direktoru Nurqələm xanıma, tədbirin təşkilatçıları Gülbəs xanıma, UBTR Aynur xanıma, 1 “A” sinfinin şagirdlərinə, valideyn komitəsinin rəhbəri Zəkirə xanıma və tədbirin təşkilində əməyi olan bütün valideynlərə dərin minnətdarlığını bildirib.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar məktəbdə yaradılmış “Şəhidlər lövhəsi”ni ziyarət edib, qəhrəmanların adını daşıyan sinif otaqlarına baxış keçiriblər. Sonda tədbir iştirakçıları bu unudulmaz gündən xatirə şəkilləri çəkdiriblər.

Mahir CAVADLI,

AMEA Folklor Institutu

Halime Hüdayberdiyeva (1947)

Halime Hüdayberdiyeva, 1947 yılının 17 Mayısında Sirdarya vilayetinin Boyovut ilçesinde doğmuştur. Özbekistan halk şairi (1992). Taşkent Devlet Üniversitesi’nin gazetecilik fakültesinden mezun olmuştur (1972).

“İlk muhabbet” (1968), “Beyaz elmalar” (1973), “Çiçek bahçesi” (1974), “Dayanak dağlarım” (1976), “Dede güneş” (1977), “Sıcak kar” (1979), “Sadakat” (1983), “Kutsal kadın” (1987), “Yüreğimin ağrıyan noktaları” (1991), “Xo‘rlik o‘ti” (1993), “Bu günlere ulaşanlar var” (Seçme eserler, 1994), “Tomris’in söylediği” (1996), “Seçmeler” (2000), “Yoldayım” (2005) ve diğer şiir kitapları yayımlanmıştır.

2018 yılının 17 Ağustosda vefat etmiş.

Aşağıda onun şiirini Halime Hüdayberdiyeva Yaratıcılık Okulunun Öğrencisi Mahliyo HIDIROVA tercümesinden okuyacaksınız.

DEMEK Kİ, SEN ŞAİRSİN

Sadece…
Geçsen yazıyla,
Sonbahar gibi solup sararıp,
Kızgın közler altında yanıp,
Külde bile haykırabiliyorsan,
Demek ki, sen şairsin.

Altın da olsa
Ya da elmastan,
Bıçak üstünde yürür gibi, doğru,
Atılsa ayaklar altına,
Ağda bile haykırabiliyorsan,
Demek ki, sen şairsin.

Sadece
Halk kaldırsa seni,
Göğsünden iterse halk,
Alnın tuzlu, acı,
Çölde bile haykırabiliyorsan,
Demek ki, sen şairsin.

Sadece
Zarları, güçlüleri,
Kesmek kessen engel ağlari,
Sallasan bile mezarları,
Mezarda bile haykırabiliyorsan,
Demek ki, sen şairsin.


Çevirmen: Mahliyo HIDIROVA,
Halime Hüdayberdiyeva Yaratıcılık Okulunun Öğrencisi

9 May – Qələbə Günü Azərbaycan ədəbiyyatında

9 May – Qələbə Günü Azərbaycan ədəbiyyatında

          Qələbə Günü (9 May) XX əsrin ən böyük tarixi hadisələrindən biri olan İkinci Dünya Müharibəsi üzərində qazanılmış qələbənin simvoludur. Bu gün yalnız hərbi uğurun deyil, həm də milyonlarla insanın taleyinə təsir edən böyük bir dövrün yaddaşı kimi dəyərləndirilir. Azərbaycan xalqı da bu müharibədə həm ön cəbhədə, həm də arxa cəbhədə göstərdiyi fədakarlıqla tarixə öz adını yazmışdır. Bu tarixi hadisə Azərbaycan ədəbiyyatında da geniş və çoxşaxəli şəkildə əksini tapmışdır. XX əsr bəşər tarixində ən mürəkkəb, ziddiyyətli və faciəli dövrlərdən biri kimi yadda qalmışdır. Bu əsr yalnız elmi-texniki tərəqqi ilə deyil, həm də milyonlarla insanın həyatına son qoyan, taleləri alt-üst edən böyük müharibələrlə xarakterizə olunur. Bu müharibələrin ən dəhşətlisi isə şübhəsiz ki, İkinci Dünya Müharibəsi olmuşdur. Dünyanın müxtəlif qitələrini əhatə edən bu qlobal qarşıdurma təkcə siyasi və hərbi qüvvələrin toqquşması deyil, həm də insanlığın mənəvi dəyərlərinin, iradəsinin və yaşamaq əzminin sınağa çəkildiyi bir dövr idi. Bu müharibə milyonlarla insanın həyatına son qoymuş, saysız-hesabsız ailələri parçalamış, bütöv xalqların yaddaşında silinməz izlər buraxmışdır. Bu böyük sınağın başa çatması isə tarixə Qələbə Günü (9 May) kimi daxil olmuşdur. 9 May yalnız hərbi qələbənin qeyd olunduğu bir gün deyil; bu tarix eyni zamanda insan iradəsinin, müqavimət gücünün, vətən sevgisinin və birlik ruhunun təntənəsidir. Bu günün arxasında yalnız zəfər sevinci deyil, həm də itkilərin ağrısı, çəkilən əzablar, dağıdılmış talelər və unudulmayan xatirələr dayanır. Ona görə də 9 May həm sevincin, həm də hüznün birləşdiyi, tarixlə yaddaşın qovuşduğu xüsusi bir gündür. Azərbaycan xalqı da bu böyük müharibədə fəal iştirak edərək həm ön cəbhədə, həm də arxa cəbhədə misilsiz fədakarlıq nümunələri göstərmişdir. Minlərlə azərbaycanlı əsgər döyüş meydanlarında qəhrəmancasına vuruşmuş, yüz minlərlə insan isə arxa cəbhədə çalışaraq qələbənin əldə olunmasına öz töhfəsini vermişdir. Bu mübarizə yalnız silahla deyil, həm də ruh gücü, inam və dözüm hesabına qazanılmışdır. Bu səbəbdən 9 May Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutur və milli kimliyin formalaşmasında mühüm rol oynayır. Tarixi hadisələr yalnız arxivlərdə və xronikalarda yaşamır; onlar həm də ədəbiyyatda, sənətdə, insan yaddaşında öz əksini tapır. Ədəbiyyat isə bu baxımdan ən təsirli vasitələrdən biridir. O, müharibənin təkcə faktlarını deyil, həm də insan talelərini, hisslərini, qorxularını, ümidlərini və ağrılarını bədii dillə ifadə edir. Azərbaycan ədəbiyyatı da İkinci Dünya Müharibəsi mövzusuna geniş yer verərək bu dövrün həm qəhrəmanlıq, həm də faciəvi tərəflərini dolğun şəkildə əks etdirmişdir. Qələbə Günü (9 May) mövzusunun Azərbaycan ədəbiyyatında işlənməsi yalnız tarixi hadisənin təsviri ilə məhdudlaşmır. Bu mövzu daha geniş mənada insanlıq dərslərinin, vətənpərvərlik ideyalarının, milli yaddaşın və mənəvi dəyərlərin bədii təcəssümü kimi çıxış edir. Ədəbiyyat vasitəsilə bu gün yalnız keçmişin bir səhifəsi kimi deyil, həm də gələcək nəsillər üçün mühüm ibrət dərsi kimi yaşadılır. 9 May – Qələbə Günü Azərbaycan ədəbiyyatında həm tarix, həm yaddaş, həm də insan talelərinin bədii salnaməsi kimi xüsusi yer tutur. Müharibə mövzusu Azərbaycan ədəbiyyatında yalnız qəhrəmanlıq dastanı kimi deyil, həm də insan talelərinin faciəsi, mənəvi sınaqların təcəssümü kimi işlənmişdir. Xüsusilə Səməd Vurğun yaradıcılığında müharibə dövrünün ruhu, xalqın vətənpərvərlik hissi və qələbəyə inam dolğun şəkildə ifadə olunmuşdur. Onun şeirlərində döyüşən əsgərin mənəvi gücü, xalqın birliyi və gələcəyə olan ümid hissi ön plana çəkilir. Eyni zamanda Rəsul Rza müharibənin daha çox fəlsəfi və psixoloji tərəflərinə diqqət yetirmişdir. Onun əsərlərində müharibə yalnız silahlı qarşıdurma deyil, həm də insanın daxili dünyasında baş verən sarsıntılar, həyat və ölüm arasında qalan talelərin dramı kimi təqdim olunur. Nəsr sahəsində isə Mehdi Hüseyn və İlyas Əfəndiyev kimi yazıçılar müharibə mövzusunu daha geniş həyat kontekstində işləmişlər. Onların əsərlərində cəbhədə döyüşən əsgərlərlə yanaşı, arxa cəbhədə yaşayan insanların həyatı, anaların, qadınların və uşaqların çəkdiyi əzablar real və təsirli şəkildə təsvir edilir. Bu yanaşma müharibənin yalnız qələbə ilə ölçülmədiyini, onun ağır bəşəri nəticələrinin də olduğunu göstərir. Azərbaycan ədəbiyyatında 9 May mövzusu həm də qəhrəmanlıq və vətən sevgisinin bədii ifadəsi kimi çıxış edir. Müharibə illərində yazılan əsərlər xalqın ruh yüksəkliyini qorumaq, insanları mübarizəyə ruhlandırmaq məqsədi daşıyırdı. Bu əsərlər bu gün də öz aktuallığını qoruyaraq, gənc nəsildə vətənpərvərlik hisslərinin formalaşmasına xidmət edir. Müasir dövrdə isə 9 May və ümumilikdə müharibə mövzusu daha çox tarixi yaddaş və mənəvi dərs prizmasından dəyərləndirilir. Yazıçılar artıq bu hadisələrə zamanın məsafəsindən baxaraq, müharibənin insan həyatına vurduğu izləri, onun cəmiyyətə təsirini və gələcək nəsillər üçün verdiyi mesajları ön plana çıxarırlar. Azərbaycan ədəbiyyatında İkinci Dünya Müharibəsi mövzusu XX əsrin ən mühüm və geniş işlənən istiqamətlərindən biridir. Bu mövzu yalnız konkret döyüş səhnələrinin təsviri ilə məhdudlaşmır; o, insan taleyi, mənəvi sınaq, vətən sevgisi və tarixi yaddaş kimi çoxşaxəli problemləri özündə birləşdirir. Müharibə Azərbaycan ədəbiyyatında həm dövrün canlı salnaməsi, həm də insanın daxili dünyasının dərin bədii təhlili kimi təqdim olunur. 1941–1945-ci illərdə baş verən İkinci Dünya Müharibəsi Azərbaycan xalqının həyatına birbaşa təsir göstərmiş, bu da ədəbiyyatda dərhal öz əksini tapmışdır. Müharibə illərində yazılan əsərlər əsasən xalqı ruhlandırmaq, qələbəyə inam yaratmaq və vətənpərvərlik hisslərini gücləndirmək məqsədi daşıyırdı. Bu dövrdə ədəbiyyat ideoloji və mənəvi bir silah kimi çıxış edirdi. Azərbaycan poeziyası müharibə dövründə xüsusi fəallıq göstərmişdir. Şairlər öz əsərlərində cəbhədə döyüşən əsgərlərin qəhrəmanlığını, xalqın birliyini və qələbəyə olan sarsılmaz inamını tərənnüm edirdilər. Azərbaycan poeziyasında 9 May qələbə mövzusunda Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz, Zəlimxan Yaqub, Hüseyn Arif, Sabir Rüstəmxanlı, Musa Yaqub kimi ədiblər çox qiymətli əsərlər yazmışdırlar. Səməd Vurğunun “Azərbaycan”, “Partizan Ana”, “Səttar”, Süleyman Rüstəmin “Ana və poçtalyon”, Məmməd Rahimin “Səngər”, “Qələbə”, Məmməd Arazın “Anam mənə bir nağıl danış”, Bəxtiyar Vahabzadənin “Qələbə” və “Mayın doqquzu” kimi şeirləri 9 May qələbə gününü həsr olunmuşdur. Səməd Vurğun müharibə dövrü poeziyasının ən görkəmli nümayəndələrindəndir. Onun şeirlərində vətən sevgisi, qəhrəmanlıq ruhu və gələcəyə ümid əsas yer tutur. Rəsul Rza isə müharibəyə daha fəlsəfi yanaşaraq insanın daxili dünyasında baş verən dəyişiklikləri, qorxu və ümid arasında qalan ruh halını təsvir etmişdir. Süleyman Rüstəm də öz şeirlərində döyüş ruhunu, əsgərin iradəsini və xalqın birliyini poetik dillə ifadə etmişdir. Bu şeirlər təkcə ədəbi nümunə deyil, həm də dövrün emosional və ideoloji portretidir. Nəsr janrında müharibə mövzusu daha geniş və çoxplanlı şəkildə işlənmişdir. Yazıçılar müharibənin yalnız ön cəbhəsini deyil, arxa cəbhədə baş verən hadisələri, insanların gündəlik həyatını və psixoloji durumunu da təsvir etmişlər. Mehdi Hüseyn əsərlərində müharibə dövrünün sosial və mənəvi problemlərini real və təsirli şəkildə əks etdirmişdir. Onun Abşeron və Qara daşlar romanlarında neftçilərin əməyi, arxa cəbhənin rolu və ümumi mübarizə ruhu geniş təsvir olunur. İlyas Əfəndiyev isə insan münasibətlərinə daha çox diqqət yetirərək müharibənin fərdi talelərə təsirini göstərmişdir. Onun Söyüdlü arx əsərində insanın daxili aləmi, sevgi, ayrılıq və gözləntilər ön plana çıxır. Müharibə mövzusu dramaturgiyada da öz əksini tapmışdır. Səhnə əsərlərində vətənpərvərlik ideyaları, qəhrəmanlıq və milli ruh xüsusi vurğulanmışdır. Bu əsərlər tamaşaçıları həm ruhlandırmaq, həm də düşündürmək məqsədi daşıyırdı. Azərbaycan ədəbiyyatında müharibə yalnız döyüş səhnələri ilə deyil, həm də arxa cəbhənin həyatı ilə təqdim olunur. Anaların oğul həsrəti, qadınların fədakarlığı, uşaqların çətin şəraitdə böyüməsi bu mövzunun ayrılmaz hissəsidir. Bu yanaşma müharibənin daha humanist və realist təsvirinə imkan yaradır. Müharibədən sonrakı dövrdə yazılan əsərlərdə mövzuya münasibət dəyişmiş, daha çox müharibənin nəticələri, travmaları və insan yaddaşında buraxdığı izlər ön plana çıxmışdır. Müasir yazıçılar bu mövzunu artıq təkcə qəhrəmanlıq prizmasından deyil, həm də faciə və dərs kimi təqdim edirlər. Azərbaycan ədəbiyyatında İkinci Dünya Müharibəsi mövzusu çoxşaxəli və zəngin bədii ənənə formalaşdırmışdır. Bu mövzu vasitəsilə yazıçılar və şairlər yalnız tarixi hadisələri əks etdirməmiş, həm də insanın mənəvi gücünü, vətənə bağlılığını və həyatın dəyərini ön plana çıxarmışlar. Müharibə mövzusu Azərbaycan ədəbiyyatında həm qəhrəmanlıq salnaməsi, həm də insanlıq dərsi kimi yaşayır və gələcək nəsillər üçün mühüm mənəvi irs olaraq qalır. 9 May – Qələbə Günü Azərbaycan ədəbiyyatında yalnız bir tarixi hadisənin təsviri deyil, həm də insanlıq, vətənpərvərlik və mənəvi dəyərlərin bədii ifadəsidir. Ədəbiyyat bu qələbəni yaddaşlarda yaşadır, onu gələcək nəsillərə ötürür və müharibənin acı həqiqətlərini unutmamağa çağırır. Qələbə Günü (9 May) Azərbaycan ədəbiyyatında yalnız tarixi bir hadisənin xatırlanması kimi deyil, daha geniş mənada insanlıq dəyərlərinin, milli kimliyin və mənəvi yaddaşın ifadə forması kimi çıxış edir. Bu günün arxasında dayanan İkinci Dünya Müharibəsi reallıqları ədəbiyyat vasitəsilə sadəcə fakt kimi deyil, insan talelərinin, duyğularının və psixoloji sarsıntılarının bədii təcəssümü kimi təqdim olunur. Azərbaycan ədibləri müharibə mövzusuna müraciət edərkən onu yalnız qəhrəmanlıq pafosu ilə məhdudlaşdırmamış, eyni zamanda bu faciənin dərin ictimai və fərdi nəticələrini də incəliklə təsvir etmişlər. Bu baxımdan Səməd Vurğun, Rəsul Rza, Mehdi Hüseyn və İlyas Əfəndiyev kimi sənətkarların yaradıcılığı xüsusi əhəmiyyət daşıyır. Onların əsərlərində müharibə həm qəhrəmanlıq məktəbi, həm də insan ruhunun sınaq meydanı kimi təqdim edilir. Bu əsərlər oxucunu təkcə qələbə sevinci ilə deyil, həm də itkilərin acısı, ayrılıqların kədəri və həyatın kövrəkliyi ilə üz-üzə qoyur. Ədəbiyyatın əsas gücü ondadır ki, o, tarixi hadisələri zamanın sərhədlərindən çıxararaq onları daim yaşayan mənəvi dəyərə çevirir. Bu mənada 9 May mövzusu Azərbaycan ədəbiyyatında kollektiv yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır. Əsərlərdə təsvir olunan obrazlar – cəbhədə döyüşən əsgərlər, səbrlə gözləyən analar, ümidi itirməyən qadınlar və müharibənin kölgəsində böyüyən uşaqlar – yalnız müəyyən bir dövrün qəhrəmanları deyil, ümumbəşəri duyğuların daşıyıcıları kimi çıxış edir. Müasir dövrdə bu mövzuya yanaşma daha da dərinləşmiş, ədəbiyyat müharibəni yalnız keçmiş hadisə kimi deyil, həm də gələcək üçün ciddi xəbərdarlıq və dərs kimi təqdim etməyə başlamışdır. Yazıçılar artıq qələbənin qiymətini daha geniş kontekstdə dəyərləndirir, sülhün əhəmiyyətini ön plana çəkir və insanlığı müharibənin dağıdıcı nəticələrindən uzaq durmağa səsləyirlər. Bu isə ədəbiyyatın tərbiyəvi və maarifləndirici funksiyasını daha da gücləndirir. Qələbə Günü (9 May) Azərbaycan ədəbiyyatında yalnız bir zəfər tarixinin bədii ifadəsi deyil, həm də insanın mənəvi kamilliyə aparan yolunun, vətənə bağlılığının və həyatın dəyərinin dərk olunmasının simvoludur. Ədəbiyyat bu qələbəni yalnız keçmişin yaddaşı kimi deyil, həm də bu günün və gələcəyin mənəvi istiqamətverici qüvvəsi kimi yaşadır. Bu baxımdan 9 May mövzusu Azərbaycan ədəbiyyatında daim aktual qalacaq, yeni nəslin düşüncəsində və yaradıcılığında öz əksini tapmağa davam edəcəkdir.

Müəllif: Həcər Atakişiyeva

“Yazarlar” jurnalının redaktoru, Yaradıcılıq Komissiyasının sədri, ədəbiyyatşünas-tənqidçi

Atakişiyeva Həcər Aslan qızı

Həcər Atakişiyevanın yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ramiz Göyüş təltif olunub

Bu gün dəyərli aydınımız, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Göyüşün müəllifi olduğu, Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr edilmiş “Ellər yaşadacaq şair ömrünü” kitabının təqdimat mərasimi Atatürk Mərkəzində yüksək səviyyədə keçirildi. Ramiz Göyüş Yazarlar Jurnalı tərəfindən “Ziyadar” Mükafatı ilə təltif olundu. Təbrik edirik! Tədbirdən fotolar:

Fotolar Şakir Rəhmanın, video Rəsmiyyə Heybətağaqızıındır.

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]