Bu gün ASK Arenada “İrəvan” Futbol Klubunun idarə heyətinin sədri Zülfüqar Kazımov komandanın köməkçi məşqçisi Samir Ələkbərovun 55 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirak edib. Zülfüqar Kazımov ən əvvəl 8 noyabr zəfər günü münasibətilə başda Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycan xalqını və Müzəffər ordumuzu təbrik edib. Natiq sonra yubilyarı “İrəvan” Futbol Klubunun idarə heyəti və kollektivi adından təbrik edib,ona məşqçilik fəaliyyətinizdə uğurlar. arzulayıb,klubun fəxri fərmanını ona təqdim edib. Klubun ptezidenti Zahid Niyazəliyev, vitse-prezident Həsən Həsənov, baş məşqçi Nazim Süleymanov çıxışlarında Samir Ələkbərovun Azərbaycanda gənc futbolçu nəslinin yetişməsində xidmətlərindən bəhs edib onun hal-hazırda “İrəvan” Futbol Kulubunda da məşqçi kimi fəaliyyət göstərməsini və klubun qısa bir zamanda qazandığı qələbələrin əldə olunmasında əməyinin böyük olduğunu vurğulayıblar Sonda çıxış edən yubilyar ona göstərilən diqqətə görə klub rəhbərliyinə təşəkkür edib.
07.11.2023- cü il tarixində Bakı şəhərində “Cahan” körpələr evi və uşaq bağçasının Yasamal filialında Səbinə xanım Rəhimovanın təşkilatçılığı ilə Zəfər Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə balacaların Zəfər Günü münasibətilə hazırladığı əl işləri sərgilənib. Uşaqlar eyni zamanda tək və ya böyüklərlə birlikdə şeir deyib, mahnı oxuyub , rəqs ediblər. Olduqca maraqlı keçən tədbirin gedişində “Vətən məndən başlayır” adlı yaradıcılıq müsabiqəsinə qatılan iştirakçıların fəaliyyəti münsiflər heyəti tərəfindən qiymətləndirilib. Tədbirdə valideynlər və digər qonaqlarla yanaşı qazilər Vüsal Bayramov, Tural Quliyev, uşaqlar üçün gözəl şeirlər yazan tanınmış qələm adamları Zaur Ustac, Aysel Fikrət, ibtidai təhsil üzrə ekspertlər Böyükağa Mikayıllı, İlhamə Axundova, filoloq Maral Vəliyeva münsif qismində iştirak ediblər. Sonda diplomlar təqdim olunub, xatirə şəkilləəri çəkdirilib. Tədbirdən fotolar:
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
ARAZ Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Çəkib acıları, yığıb suyuna, Sakitdir, bələddir hamı huyuna, O da qurban gedib fitnə, oyuna, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
NADANLIQ
Urmu axan göz yaşımdı,
Yanağımda duz olubdu…
Urmu, Urmu söyləməkdən
Bağrım başı köz olubdu…
* * * Şümürə lənət deyənlər Susuz qoyubdu dindaşın… İnsan insana qənimdi, Günahı nə dağın, daşın? * * * Savalanı dərd qocaltdı, Murov soyuqdan üşüyür… Araz sükütun pozmayır, Kür əlçatana döşüyür… * * * Dəmir Qapım pas atıbdı, Neçə körpüdən keçmirik… Kərkük, Mosul unudulub, Bağdada iraq demirik… * * * Nəsimi nəşi Hələbdə, Füzuli hərəmdə qalıb… Babəkin ruhu sərgərdan, Bəzz qalasın duman alıb… * * * Suyumu daşla boğurlar, Daşımı suyla yuyurlar… Xudafərin, Urmu incik, Bizləri bizsiz qoyurlar… * * * Şah babam yol ortasında, Koroğlu göylərdə gəzir… Bizi, bizdən ayrı salan Nadanlıq ruhumu əzir…
MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM Qutlu zəfər sancağım, Sancılmağa yer gəzir! Alınası öcüm çox, Bu gün ruhumu əzir! * * * Dərbəndi, Borçalını Unuduruq həmişə… Kərkük, Mosul bağrı qan, Boyun əyib gərdişə… * * * Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm! * * * İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla… * * * Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi… * * * İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə… * * * Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq… * * * Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün! * * * Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!!
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
TUNCAYA
(Tuncayın timsalında !!!)
Tanrı tutub, ağ torpaqdan mayanı, Gündoğandan Günbatana sənindi! Nişan verib, yeddi günlük Ayını Əksi düşən tüm torpaqlar sənindi * * * Xəzəri ortaya düz qoyub nişan, Boynuna dolanan Hilal sənindi! Ən uca zirvələr, ən dərin göllər Ormanlar, dəryalar, düzlər sənindi! * * * Tanrının payıdı, lütf edib sənə, Tanrıya sarsılmaz inam sənindi! Ataya, Anaya, qocaya hörmət Sirdaşa sədaqət, güvən sənindi! * * * Zamanla hökm etdin tüm yer üzünə Hakimiyyət sənin, höküm sənindi! Aman istəyəni kəsmədin heç vaxt, Ən böyük ədalət, güzəşt sənindi! * * * Unutma ki, lap binədən belədi, Mərhəmətli, yuxa ürək sənindi! Xilas etdi, bağışladı ənamlar, Yamana yaxşılıq, ancaq sənindi! * * * Döyüşdə, düşməni alnından vuran, Süngüsü əlində ərlər sənindi! Savaşda, uçağı kəməndlə tutan, Qüvvəsi qolunda nərlər sənindi! * * * Dəli-dolu Türk oğullar cahana Bəxş etdiyi şərəfli ad sənindi! Adı gəlsə, yeri-göyü titrədən Qorxu bilməz, şanlı əsgər sənindi! * * * Çöldə simgə etdin Qurdu sancağa, Kəhər Atın ən yaxşısı sənindi! Ay-yıldızı nişan tikdin Bayrağa, Zəkalar, dühalar tümü sənindi! * * * Tutduğun yol tək Tanrının yoludu, Aydın zəka, tər düşüncə sənindi! Çoxu deyir, tay dünyanın sonudu, Fəqət bilməz, yeni dünya sənindi!!!
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.

Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü! Hüseyn Cavid
İnsanın ürəyində elə hisslər, elə duyğular var ki, sözlə izhar olunmur. Noyabrın 8-dən – Azərbaycanın incisi Şuşanın qayıdışından sonra həmin ovqatda, həmin vəziyyətdəyəm… İllərdi 8 rəqəmi ağrıya dönmüşdü ürəyimdə. Şuşadan başladı bu ağrı – 1992-ci ilin 8 mayından. 2001-ci ilin 8 sentyabrında qayınanam bu dünyayla vidalaşdı. 2011-ci ilin 8 avqustu qardaşım Yusifi ayırdı bizdən. 8 noyabr ömrümüzə elə gəldi, sevinci yazılara, kitablara sığmaz…
Televiziyanın bütün kanallarında yayımlanan Ali Baş Komandanın Şəhidlər Xiyabanında üçrəngli bayrağımızın qarşısında əsgər formasında çıxışı, sinəsində “ŞUŞA İŞĞALDAN AZAD EDİLDİ” sözləri… Nə hala düşdüyümü xatırlaya bilmirəm. Hönkürdümmü, qışqırdımmı – bilmirəm. Bildiyim odur ki, Xan Şuşinskinin məşhur “Şuşanın dağları” şərqisini “Şuşanın dağları başı bayraqlı” kimi oxumağa başladım. Diqqətim yenə televizora yönəldi. Ali Baş Komandanın Ulu Öndərin məzarı önündə hesabat verirmiş kimi söylədiyi “MƏN XOŞBƏXT ADAMAM Kİ, ATAMIN VƏSİYYƏTİNİ YERİNƏ YETİRDİM” kəlmələri.
Demə, həmin gün Heydər Əliyevlə Zərifə xanımın toy günü imiş. Ata-anaya bundan böyük hədiyyə nə ola bilər?! – Qarabağın şah tacı Şuşamızın azadlığı xəbəri… Heydər Əliyevin də tam əminliklə söylədikləri öz həllini tapdı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ananın südü, atanın nəsihəti halal olsun Sizə Ali Baş Komandan! Başqa nə deyə bilərəm?!
İLHAM ƏLİYEV – Qarabağ boyda problemin QARABAĞ adlı zəfər müjdəli Qələbənin memarı, müəllifi, adı tariximizə qızıl hərflərlə düşəcək şanlı sərkərdə! “İlk gündən söz vermişdim ki, düşməni sonacan qovacağıq. Dedim və elədim. Biz tarixi ədaləti bərpa edirik. Bizim işimiz haqq işidir. Biz qalib gələcəyik.” deyən Kişi oğlu Kişi. Ali Baş Komandan savaş başlayan gündən – sentyabrın 27-dən yeni tarix yazırdı. Hər gün ordumuzun qələbə xəbərilə bizi müjdələyirdi. Mən isə həmin gündən hər günün uğurlarını qeyd edərək bir növ gündəlik yazırdım. Son nöqtəni Şuşa işğaldan azad olunan gün, tam qələbə günü qoyacağıma söz vermişdim. Nə edim ki, əhdimə hələ əməl edə bilmirəm. Şiddətlə vuran ürəyim sanki ovcumun içindədir. Hələ ki, həyəcandan sevincin böyüklüyünü qədərincə həzm edə bilmirəm. Tanıyanlar bilir ki, nə pafoslu danışmağı sevirəm, nə də yazmağı. Amma indi ən təmtəraqlı sözlərlə yazıb ürəyimi boşaltmaq istəyirəm. Etiraf edirəm ki, bacarmıram. Yazı-pozu adamları sevdiyin insan barədə söz deməyin çətinliyini yaxşı bilirlər. Həmin çətinlik qarşısında qalmışam. Sevgim, sevincim – QƏLƏBƏ! Bu QƏLƏBƏni bizə yaşadan fateh sərkərdə İLHAM ƏLİYEV və rəşadətli, müzəffər AZƏRBAYCAN ORDUSU! Deyirlər, əsl məhəbbət şərh olunmur. Elə bu səbəbdəndir ki, fikirlərimin şərhini verə bilmirəm… Amma bir kitab yazacaq qədər doluyam. 200 ildi Azərbaycan xalqı torpaq verirdi. Bu müddətdə ilk dəfə öz tarixi yerlərini geri aldı. 30 ildi bu günü gözləyirdik. I Qarabağ müharibəsində şəhid olanların qisasını elə onların öz övladları aldılar. Həmin illərdə doğulanların əksəriyyəti oğlan uşaqları idi. Məlumdur ki, böyük qələbənin önündə Ali Baş Komandan gedirdi. 44 günlük savaş günlərində Azərbaycan xalqı rəhbərini sanki kəşf etdi, yenidən tanıdı. Ölkə başçısı Azərbaycan tarixini necə dərindən bilirmiş. Hərtərəfli intellekt səviyyəyə malik, mükəmməl diplomatik savada, məntiqi düşüncəyə malik müdrik şəxsiyyət. Dünyanın aparıcı telekanallarının, media nümayəndələrinin qərəzli suallarına rus, ingilis, türk dillərində səlis, sərrast, cəsarətli cavabları adamı heyrətləndirirdi. Lider-xalq sevgisi, birliyi olmasaydı, qələbə də bizdən uzaq olardı. “Hər bir insan olduğu yerdə əsgərdir” deyən sərkərdə öz haqqı uğrunda döyüşən ölkənin, rəşadətli ordunun baş əsgəri idi. Düşünürəm, 44 gündə normal yuxuya getdiyi oldumu? Qələbə çalacağını dünyaya bəyan etmək əlbəttə, asan məsələ deyildi. Şükür, Allah-təala haqq işimizdə sərkərdəmizə və xalqımıza yardımçı oldu. Bilmirəm, fikir vermisiniz, ya yox – tanıdığım ölkə başçıları arasında ən ucaboylu bizim Prezidentdir. Nə xoş ki, haqq işində qalib gəlməklə başı da uca oldu.
“Hər kəs bizim gücümüzü gördü. Həm döyüş meydanında, həm siyasət müstəvisində. Yumruğum yalnız düşmənin bağrını yarmaq üçün deyil. Yumruğum birliyimizdir. Alınmaz qala sayılan mədəniyyət beşiyi Şuşanı qısa müddətdə və az itkiylə almaq yalnız rəşadətli ordumuzun fədakarlığı sayəsində oldu”. Fikirlərimi yazarkən müxtəlif telekanallar fateh sərkərdəmizin müdrik fikirlərini təkrar-təkrar səsləndirir. Vətənə sevgi bu insanın ən böyük məziyyətlərindəndir və qətiyyətlə deyirəm ki, onun bu məziyyəti qanla, südlə gəlmədir. Kadrları dəyişir. Ulu Öndərlə bağlı süjetlər göstərilir. “Azərbaycanın möcüzəli gözəli Şuşanın işğal altında qalması mənim üçün əzabverici haldır. Azərbaycan tarixinin ən parlaq qələbəsi Qarabağımıza qayıtmaq olacaqdır”.
Bu sözləri Ulu Öndər çox böyük ağrıyla söyləyir. Bu vəsiyyəti təkcə övlad yox, siyasi varis kimi yetirməsi İlham Əliyev yerinə yetirəcəkmiş. Nə xoş!!! Sonra qədim Şuşanın bəxtəvər günlərindən süjetlər… Vaqifin məqbərəsi açılır. Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət adamları Ulu Öndərin ətrafında tarixi bir gün yaşayırlar… Xalq şairi Nəriman Həsənzadə şeir oxuyur… Şuşaya qar yağır… Yaxşı ki, lent yazılarının ömrü insan ömründən etibarlıdır. Dünənə qədər o süjetə baxanda ürəyimə qar yağırdı. İndi isə… bəxtəvər günlərin qabaqdadır, Şuşam mənim! Ayın 8-dəki yaşantılarımı indi nisbətən ayıq başla çözələyirəm. Əməkdar həkim Sevda Nəsrullayeva, şair-publisist Zakirə Allahverdiyeva, tələbə yoldaşlarım – Borçalıdan Yetər Əsgərova, Beyləqandan Ramella Orucova, Qəbələdən Bibixanım İsayeva, Kürdəmirdən Yaqut Bahadurqızı, Lənkərandan bacım Aliyə, gəlinimiz Aytən, qardaşım Yusifin tələbə oğlanları Bəhram və Mehdi… dedikləri yadımda deyil. Çünki üzümdə göz yaşları, ürəyimdə həyəcanlı döyüntülər… İradə bacım İstanbulda qələbə şərəfinə açdığı süfrəyə bütün türkdilli xalqların nümayəndələrini dəvət etmişdi. Videolentdə qonaqlarının xoş təəssüratlarını göndərmişdi. Qazaxıstandan dayım qızı Məlahət Səfərovanın sevinc həyəcanı isə məni də üstələmişdi. Elə bilirəm qürbətdə yaşayan soydaşlarımızın Vətənə sevgisi bir ayrı cürdür… 1991-ci il noyabrın 2-dən 12-dək orda olduğumdan bunun canlı şahidiyəm. Məlahət Lənkərandan Cambul vilayətinin Çu şəhərinə gəlin köçdü. Mən də, bacısı Gülnaz da onunla bərabər toyuna getdik. Orda yaşayan azərbaycanlıların əksəriyyətilə görüşdüm. Qayıdandan sonra görüş təəssüratlarımı yazıb, müxtəlif mətbu orqanlarda dərc etdirdim. Sonra kitabıma saldım. Telefon danışığımızdan sonra kitabımı götürüb vərəqlədim… Biz Qazaxıstanda olanda 20 Yanvar hadisələrindən 2 ilə yaxın vaxt keçmişdi. Soydaşlarımız Vətəndən ötrü çox nigaran və narahat idilər. Bunu yazıdakı başlıqlardan da aydın görmək olar: “Qanlı Yanvarın uzaq sədası”, “Qarabağ həsrəti, Qarabağ dərdi”, “Qəribə talelər, oxşar talelər”, “Bizim ellər yerindəmi?”, “Mirxan babanın qəmli hekayəti”, Cümşüd kişinin “Segah” yanğısı” və s. Məlahət sevincək bildirdi ki, 1991-ci ilin 9 noyabrı – toy günüm təqvimin adi günlərindən biri idi. Sonralar isə müstəqil Azərbaycanın Bayraq günü oldu. 8-dən sonra isə Bayraq günü əsl bayrama çevrildi. Məlahət sonbeşik qızı Esmiranın milli paltarda, nəvəsi Ramazanın üçrəngli bayraqlı şəkillərini göndərdi. 30-32 il öncə yaxın tarixdir. Mən də, həyat yoldaşım da həmin ağrılı günlərin canlı şahidləriyik. 20 Yanvar qırğınının deyərdim ki, iştirakçılarıyıq. Yəqin ki, yaşamaq qismətimiz, bu günlərin sevinclərini görmək qismətimiz olduğundan sağ qalmışıq. Arzularımızın çin olacağı günləri görəcəyimizə görə Tanrıya şükürlüyük. Rəfiqələrim hər zaman yarıciddi-yarızarafat deyirdilər ki, sən əvvəllər qarabağlı olduğunu bunca bəyan etmirdin. Söyləyirdim ki, nə qədər Qarabağsızıq, hamımız QARABAĞlı olmalıyıq.
Həmin gündən – sentyabrın 27-dən 50 milyonluq azərbaycanlının hamısı QARABAĞlı, QARABAĞçı idi. Dünya gözəli Şuşa azadlığa çıxan gündən, Qələbə xəbərini eşidən gündən dünyanın bütün azərbaycanlıları zəfər yürüşünə çıxdılar. Gecə-gündüz bilmədən ölçüyəgəlməz sevinci ayaqüstə alqışladılar. Jurnalist həmkarım İltifat Əhmədov Moskvada yaşayan qızı Məhəbbətin uşaqlarının şəkillərilə məni təbrik etdi. Ailədə milli ruh hakimdir, islami dəyərlər hifz olunur. İltifat müəllim nəvələri Kərbəlayi Məhəmmədəli Hacı Pərvin oğlunun və Rüqəyya Mehdiyevanın bayraqlı şəkillərilə məni sevindirdi. Var ol, Ali Baş Komandan! Var ol, Azərbaycan Ordusu! Ruhunuz şad olsun, qanı yerdə qalmayan əbədiyaşar şəhidlərimiz! Biz sizin hamınızı tanımırıq. Amma hər birinizə bütün ömümüz boyu borcluyuq. Hər birinizin qəhrəmanlığı bir həyat hekayətidir. Bu qəhrəmanlıqlar yazılıb gələcək nəsillərə çatdırılmalıdır. Şəhid anaları, analıq haqqınızı bizə halal edin. Qələbə sevincini bizə yaşadan cəsur əsgər! Sənin şücaətin Qərb mətbuatının nümayəndələrini də heyrətləndirib: “Belə döyüş, belə dövlət, belə Vətən sevgisi görən olubmu – demək çətindir. Dağ yuxarı şəhid olmuş yoldaşı çiynində, döyüşə-döyüşə, qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralını, nə öləni əldən buraxmırdılar. Nəfəs almadan Şuşaya çatdılar…” Şuşaya belə nail olduq – qan bahasına! Azərbaycan əsgərisə dünyaya bəyan edir: “BİZ AZƏRBAYCANLIYIQ! BİZ QARABAĞLIYIQ! BİZ BÜTÖVLÜKLƏ TÜRKÜK! KİŞİLİK ALNIMIZA YAZILIB”. İzaha ehtiyacı olmayan min faizli həqiqət!
Mehriban xanım! Dünyamızın “Qızıl ürək”li, Xoşməramlı səfiri, ölkəmizin I Vitse Prezidenti! İlham Əliyevin hərtərəfli sirdaşı və mənəvi silahdaşı. Qoşa qanadınız xalqımızın üstündən əskik olmasın. Humanistliyinizin sorağı dünyanı dolaşır. A qızım, Millət də mehribanlaşır, Mehriban dedikcə sənin adına. N.Həsənzadə (Amma Paşinyanın arvadı özü kimi quldurbaşıları ətrafına yığıb onlara insan öldürməyi məşq elətdirir.) Ötən həftə Azərbaycan Radiosunun “Gəl səhərim” verilişinin canlı bağlantısındakı müsahibədə söylədim ki, bu gün Azərbaycan xalqı bütövlükdə bir ordudur – cavanlı-qocalı, kişili-qadınlı… Sərkərdəsi – Ali Baş Komandan – İlham Əliyev! Lənkəranda doğulsam da, ata babam şuşalıdır. Talış xanlığının dəvətilə Lənkərana gələn Sadiq bəy Mehmandarovdan sonra babamgil – iki qardaş Lənkərana köçüb. Tarixi saxtalaşdıra bilmərəm – qohum olublar, dost olublar, deyə bilmərəm. Ümumiyyətlə, Mehmandarovların Lənkərana gedişindən sonra xeyli şuşalı ora köçüb. Mətləbdən çox uzaqlaşdım.
Mehmandarovların soyadını təsadüfən çəkmədim. I Dünya müharibəsinin komandanı, artilleriyanın atası adlandırılan, müstəqil Azərbaycanın ilk Hərbi naziri Səməd bəy Mehmandarov Lənkəranda dünyaya göz açıb. Ümumiyyətlə, Cənub bölgəsi tarixən hərb xadimlərilə məşhur olub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov! Amma bu şəxs ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı almasının sevincini yaşaya bilməyib. Kimdi səbəbkarı? – xain ermənilər tarix boyu xalqımızın düşməni olub. Nə xoş ki, Azərbaycan əsgəri bütün bunların da qisasını alıb… Deyirlər, aslan olan yerdə çaqqal qaçıb gizlənər. Amma öz millətinin düşməni olanlar çaqqal qədər də deyil. Ordusu ordumuzla deyil, mülki əhali ilə döyüşür. Amma bizim Prezidentin reytinqi bu gün yüz faizdir. İnanmıram, dünyanın hansı ölkəsindəsə bunca lider-xalq birliyi ola. Prezident xalqın ən sevimli insanıdır. O bəxtəvər tarixi günü adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq sərkərdə gözlədiyimizdən də tez yaşatdı bizə. Əlbəttə, müdrikliyi sayəsində, qətiyyəti sayəsində, diplomatik savadı, ən başlıcası sağlamlığı bahasına.
Bütün dünya qarşısında qələbə çalacağını bəyan etmişdi. Sözünü kişi kimi dedi və nail oldu. çünki nəfəsi haqqdan gəlirdi. 2019-cu ilin oktyabr ayında cənab Prezident Soçi şəhərindəki Valday beynəlxalq diskussiya klubundakı iclasda çox böyük inamla “Qarabağ Azərbaycandır! Nida!” söyləmişdi. Böyük inamla söylənilən bu sözləri həmin ayda çapa imzaladığım “Söz” jurnalının manşetinə çıxardım.
Gümanımda yanılmadım. İnamım çin oldu. İndisə uca səslə deyirəm – Zəfərin mübarək, Azərbaycan! Nida!!!