www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

İlham İsmayıl: Qarabağ savaşının “Mixaylo”su – Bayrağa qurban gedənlər…

Qarabağ savaşının “Mixaylo”su

Bayrağa qurban gedənlər…

Səhər bildim ki, bu gün iş günü deyil. Yox, mən işləmirəm, məni heç yerdə işə götürmürlər, amma yazım bu barədə deyil. Mən neçə illərdir ki, ölkədə çox qeyri-iş günlərinin tarixini və səbəbini adətən həmin gün bilirəm. Öyrəndim ki, bu gün – 9 noyabr Dövlət Bayrağı günüdür. Bayraq dövlətin atributudur, müqəddəsdir, bayraq simvoldur. Nə bayrağımızın tarixindən, nə rənglərindən yazmaq fikrim yoxdur. 1992-ci ildən bəri Azərbaycan bayrağından söhbət düşəndə, bayraq haqqqında düşünəndə.., yadıma Natiq düşür-Natiq Qasımov. Bu adı oxuyanda inanıram ki, tək-tək adamlar biləcək ki, Natiq Qasımov kimdir. Bakının küçələrində sorğu keçirsək, yüz adamdan biri-ikisi tanıya, ya tanımaya.

Amma, bu günlərdə radio ”” televiziya günü münasibətilə mükafat alan şoumenləri və elə onların təqdimatı ilə hər gün teleekranlardan camaatın gözünü yağır edən hansısa “bezdarnı” müğənni gözəlçələrin neçə dəfə ərə gedib boşandığını sorsanız mütləq düzgün cavab alacaqsınız. Və burda qeyri – adi heç nə yoxdu, xalq gördüyünü tanıyır.
Natiq qəhrəman titulunu rəsmən almayan QƏHRƏMANDIR! Qarabağ döyüşlərində şəhid olan hər kəs qəhrəmandır. Natiqin qəhrəmanlığı həm də bu gün bayram kimi qeyd etdiyimiz bayraqla bağlıdır. Natiqin döyüş zamanı göstərdiyi hərəkətlərin hər biri qəhrəmanlıq epizodudur.

Natiq əslən Gədəbəy rayonundandır. Mingəçevirdə böyüyüb başa çatıb. Qarabağa könüllü vurşmağa gedib. Natiqin vətən sevgisi bir qəhrəmanlıqdır. Natiq Əsgəran istiqamətində Xramort kəndi yaxınlığındakı kilsədə döyüş yoldaşları ilə mövqe tutub düşməni tərpənməyə imkan vermirdilər. Onlar cəmi 7 nəfər olublar. Yanvar ayının soyuğunda günlərlə döyüşüblər, yoldaşlarının 6-sı həlak olub. Əlverişli mövqedə olan Natiq 6 gün ac-susuz təkbaşına düşmənlə vuruşur. Natiq mövqeyi tərk edib Ağdama qayıda bilərdi. Qayıtmır. Natiqin qəhrəmanlığı sonadək döyüşməyidir. Həlak olmuş döyüş yoldaşlarının ruhunu əziz tutub, onlara sadiq qalıb. Düşmən hiyləyə əl atır – 22 nəfər Xocalı sakinini tutub girov götürən ermənilər xocalılardan bir nəfəri kilsəyə göndərir. Kilsəyə gələn Xocalı sakini deyir ki, təslim olmasalar onları öldürəcəklər. Natiq deyəndə ki, o təkdir, həm də 5 gündür ac-susuz, yuxusuz təkbaşına döyüşür, gələn Xocalı sakini dəhşətə gəlir. Natiqin üz gözü hisdən qapqara qaralmışdı. Natiq təslim olmasa 22 nəfər Xocalı sakinin güllələnəcəyini deyirlər. 21 yaşlı Natiq Qasımovun həmin andakı düşüncələri, hərəkəti Hollivud filmlərinin mövzusudur. Serjant Rayanı xilas etmək istəyən döyüşçülərin qəhrəmanlığından qat-qat artıqdır Natiqin o zaman kəsimində göstərdiyi qəhrəmanlıq! Natiq 22 Xocalının güllələnməsindənsə özünün ölümünü seçir. Təslim olacağını deyir. “Uzaq sahillərdə” filminin son səhnəsini xatırlayın. Mehdi təslim olmasa kəndin adamlarını güllələyəcəklər. Natiq də Mehdi kimi ayağa qalxır, son iki patronunu havaya atır.., son gülləsinədək vuruşduğunu özü üçün dəqiqləşdirir, döyüşdüyü yerə baxır, qaranlıqda gözləri işıq axtarır, zülmət gecədə axtardığı işığı tapır.., o işıq kilsəyə sancılmış Azərbaycan bayrağı olur. Bayrağı büküb əlinə alır, ağır-ağır, amma mərdliklə, düşmənə nifrətlə, üzündə əlində tutduğu bayraqdan aldığı işıqlı təbəssümlə aşağı enir.

Yenə Mehdinin filmilə müqayisə aparacam. Mixaylonu görən Şultsun təəccübü yadınızdamı? Ermənilərin üzündə də o təəəccüb aydın görünür. Düşmən təslim olacaq bir dəstəni gözlədiyi halda kilsədən bir nəfər – əlində Azərbaycan bayrağı tutmuş Natiq Qasımov çıxır. Altı gün, altı gecə düşmənlə təkbaşına vuruşan Azərbaycan vətəndaşı! Üzündə qorxu olmayan, hətta işıqlı gözləri olan bu oğlan onları pərt edir. Günlərdir çoxlu itki verdikləri , ala bilmədikləri bu yeri bir uşaq qoruyurmuş. Onun təslim olma anını rus jurnalisti fotolarla əbədiləşdirir və sonra “Oqonyok” jurnalında o da bu igid oğlanın təmkinliyi, qoçaqlığı qarşısında təəccübünü gizlədə bilmədiyini etiraf edir. Baxın, bu fotoya ”” Natiqin son ümidi əlindəki bayaraqdır. Natiq o zaman bəlkə də, vətəndaşı olduğu dövlətin bayrağına sığınıb, bu dövlətin onu darda qoymayacağını da fikirləşib. Natiq Qasımov bayrağını uca tutdu, əlində bayraq sonsuzluğa getdi, sözün birbaşa mənasında. Bu günədək onun ölüsündən – dirisindən xəbər yoxdur.

Məşhur kəlam var – anadan qəhrəman doğulmurlar, qəhrəman olurlar”. Qarabağ müharibəsinin bitmədiyi bir zamanda, Natiqin qəhrəmanlığı örnək olacağı halda niyə onun qəhrəmanlığı dərsliklərə salınmayıb? Stalinqrad vuruşunda tarixə düşən bir “Paşkovun evi” var. Tarix kitablarında o vaxt yazırdılar ki,” Paşkovun evinin müdafiəsi zamanı faşıstlər o qədər itki vermişdilər ki, heç bəzi Qərbi Avropa ölkələrini işğal edəndə bu qədər itki verməmişdilər”.

Natiqin təkbaşına qoruduğu yerdə də ermənilər ağır döyüşlərdə verdikləri itkilər qədər itki verib. Natiqə niyə Milli Qəhrəman adı verilmir? Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı müharibədən 11 il sonra – 1956-cı ildə verilib. Gec deyil. Natiq Qasımov gələcək Qarabağ döyüşlərinə nümunə qəhrəmandır! Gələn bayraq günü bayramına kimi verin ona bu adı. Bu ad Natiqə lazım deyil, bu ad Azərbaycana lazımdır!

09/11/2016

İlham İsmayıl
,,Ədalət” qəzeti

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru.

Şabranda Şahnaz Şahinlə görüş keçirildi

Şabran rayonu “Xaqani” poeziya evində Anım günü ərəfəsində şair- publisist, esseist, Prezident mükafatçısı, lBeynəlxalq Rəsul Rza mükafatı laureatı Şahnaz Şahinlə görüş keçirildi. Tədbirdə şairin Vətən müharibəsinə həsr olunmuş “Zəfər nəğmələri” və “Şuşa haqqı” kitabları da oxuculara təqdim olundu. Tədbirdə şairin qələm dostları və Şabran ziyalılari, eləcə də bir qrup məktəbli iştirak edirdi. Tədbiri “Xaqani” Poeziya evinin müdiri sair Aybəniz Əliyar açdı. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Aybəniz xanım Vətən müharibəsinin tariximizdə ölçüyəgəlməz rol oynadığından, igidlərimizin böyük şücaətindən danışdı. Şahnaz Şahinin yaradıcılığı haqqında ətrafli söz açan Aybəniz Əliyar bu əsərlərin gələcək nəsillərin tərbiyəsində, onların vətənpərvər ruhda böyüməsində mühüm rol oynayacağinı qeyd etdi. Yazıçı, publisist Kənan Hacı tədbirdə çıxış edərək qeyd etdi ki, Qarabağın azad edilməsi ilə xalqın ən böyük arzusu həyata keçib. Bu parlaq qələbəni əks etdirən bir çox əsərlər yazılıb. Şahnaz Şahinin “Zəfər nəğmələri” və “Şuşa haqqı” bu mövzuda yazılmış dəyərli əsərlərdəndir. Sonra tədbirdə çıxış edən tanınmış qələm adamları Gülayə Könül, Günel Natiq, İlhamə Dağlı Şahnaz Şahinin yaradıcılığı haqqında fikirlərini bölüşərək şairin Vətən muharibəsini əks etdirən kitablarının bədii dəyərindən söz açdılar. Daha sonra Şabran MKS- nin direktoru Firəngiz Aslanova, yerli şairlər Gülnar Zakirqızı, Qızqayıt Mahmudova və başqa iştirakçılar çıxış edərək fikirlərini bildirdilər. Daha sonra məktəblilərin Şahnaz Şahinin əsərlərindən soylədiyi nümunələr maraqla dinlənildi. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru.

Əli Rza Xələflinin doğum günüdür!

Əli Rza Xələfli

(Əzizli Əlirza Zal oğlu)
Şair, publisist, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü və Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Qabaqcıl maarif xadimi (1980), Prezident təqaüdçüsü (2010).
1953-cü il oktyabrın 1-də Azərbaycanda, Cəbrayıl rayonunun Xələfli kəndində anadan olmuşdur. Kənd məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Cəbrayıl şəhərindəki M.Qorki adına orta məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır. (1971-1975, fərqlənmə diplomu ilə).
Əmək fəaliyyətinə təyinatla göndərildiyi Cəbrayıl rayonunun Şahvəlli, Tatar, Aşağı Xələfli kənd orta məktəblərində müəllim kimi başlamışdır (1975-1980). “Xudafərin” – Cəbrayıl rayon qəzeti redaksiyasında xüsusi müxbir, şöbə müdiri vəzifələrində çalışmışdır (1980-1993). “Qaradağ” qəzetinin xüsusi müxbiri, şöbə müdiri, redaktor əvəzi (1993-1995), “Xudafərin”, “Qoşa qanad”, “Həyat” qəzetlərinin xüsusi müxbiri (1995-1999) olmuşdur. Hazırda həftəlik “Kredo” qəzetinin baş redaktorudur (1999-cu ildən). Eyni zamanda vaxtaşırı ədəbi-bədii, publisistik kitabları tərtib və redaktə etmişdir: Seyid Nigari “Xaki-payin taci-sərim” (2004), Aşıq Mehdi “Deyirdin ölərəm sənsiz” (2003), Ənvər Nəzərli “Bu dünyanı belə gördüm” (2009), “Mənəviyyatın ekologiyası” (2005), “Fənayənin sualları” (2006), “Yana-yana yaşadım” (2006), “Koroğlu: hoydu, dəlilərim, hoydu” (2006, şərikli) və s.
Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. İlk şeirlərini və publisist yazılarını 80-ci illərdən çap etdirmişdir. Dövri mətbuatda külli miqdarda şeiri və publisistik məqalələri çıxmışdır.
“Qızıl qələm” media mükafatına (2002), “Məmməd Araz” ali ədəbi mükafatına (2003), Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliğ Bürosunun “Qılınc və qələm” yaddaş mükafatına (2004), Beynəlxalq Rəsul Rza mükafatına (2008), Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına (2010) və Səməd Vurğun fondunun diplomuna layiq görülmüşdür. Haqqında çoxlu sayda ədəbi-tənqidi məqalələr və monoqrafiyalar yazılmışdır.
Müəllifdən: Yaşam yolumla bağlı qeydlər filologiya elmləri doktoru, professor Teymur Əhmədovun “Azərbaycan yazıçıları XX-XXI əsrlərdə” kitabından götürülüb. Həmin qeydlər mənim öz əlimlə yazdığım tərcümeyi-halım əsasında hazırlanıb. Bütün bunlar rəsmi sənədlərdə göstərilən faktlardır. Ancaq rəsmi sənədlərdə öz əksini tapmayan həyatımla bağlı məqamları da burada açıqlamaq istərdim: Mənim dünyaya gəlmək tarixim “1 oktyabr” kimi göstərilsə də, atamın və anamın dediyinə əsasən, payızdan on dörd gün qalmış doğulmuşam. Bu da eləyir 7 dekabr 1953-cü il. Sənədlərdə Cəbrayıl rayonunun Xələfli (Yuxarı) kəndində doğulduğum qeyd olunur. Amma əslində, Araz qırağında – Diri dağının ətəklərində yerləşən Xələfli (Aşağı) stansiyası adlanan qəsəbədə doğulmuşam. Qarlı, çovğunlu bir gündə. Doğrudur, birinci sinfə Yuxarı Xələfli kəndində getmişəm. Ancaq iş elə gətirib ki, bütövlükdə birinci sinfi indiki Neftçala rayonunun Kürkosa (Kür daşı) kəndinin yaxınlığındakı Günəşli (Jarski) qəsəbəsindəki məktəbdə oxumuşam. İndi həmin ərazilər dənizlə əhatələnib, uzaq adadır. Və deyəsən, yaşayış da yoxdur. Həqiqi həyat yolumla bağlı başqa fərqlər də var. Görünür, bu barədə geniş və əhatəli ayrıca yazmalıyam.

ƏSƏRLƏRİ:

  1. Karvan körpüdən keçir (ədəbi publisistika, esselər, portret cizgiləri), B., Azərbaycan Dövlət Kitab Palatası, 1997. 240 səh., 3000 nüs.
  2. Baş daşımın yazıları (publisistik qeydlər, esselər, ədəbi-fəlsəfi məktublar), B., “Zaman” nəşriyyatı, 1998. 384 səh., 5000 nüs.
  3. Yurdun övladları (publisistik qeydlər, məktublar, portretlər), B., “Azərbaycan” nəşriyyatı, (şərikli) 2000. 240 səh., 3000 nüs.
  4. Ocağımın işığı (şeirlər və poemalar), “Azərbaycan nəşriyyatı”, 2001. 272 səh., 3000 nüs.
  5. İçərişəhər, daşlar, insanlar (poema, şeirlər), B., Azərbaycan, 2001, 62 səh., 500 nüs.
  6. Həsrət körpüsü (şeirlər və poemalar), B., “Azərbaycan nəşriyyatı”, 2003, 256 səh., 1000 nüs., təkrar nəşr, 2004, 272 səh. 1000 nüs.
  7. Sözə doğru (publisistik düşüncələr), B., “Azərbaycan nəşriyyatı”, 2003, 304 səh., 1000 nüs.
  8. Dünyanın söz üzü (ədəbi publisistika), B., Səda nəşriyyatı, 2007, 288 səh., 500 nüs.
  9. Meyar (portret esselər, ədəbi qeydlər və məktublar), B., Səda nəşriyyatı, 2008, 768 səh., 1000 nüs.
  10. Arzulara dəyən güllə (ədəbi publisistika), B., Səda nəşriyyatı, 2008, 352 səh., 500 nüs.
  11. Dilimiz-varlığımız (elmi publisistika), B., MBM, 2009, 160 səh., 500 nüs.
  12. Adı Şadiman olanın… (ədəbi-publisistik düşüncələr), B., Təknur nəşriyyatı, 2009, 256 səh., 1000 nüs.
  13. Araz ağrısı (şeirlər və poemalar), B., Təknur nəşriyyatı, 2009, 352 səh., 1000 nüs., təkrar nəşr, 2012, 384 səh., 1000 nüs.
  14. Dünya yazana qaldı (ədəbi düşüncələr, müsahibələr, portret cizgiləri, məktublar, publisistik qeydlər), B., Təknur nəşriyyatı, 2009, 400 səh., 1000 nüs.
  15. Yaddaşa aparan yollar (məktub-roman, ədəbi düşüncələr), B., Adiloğlu nəşriyyatı, 2010, 608 səh., 500 nüs., təkrar nəşr, Vətən – 2015, 608 səh. 500 nüs.
  16. Axtala əfsanəsi (ədəbi publisistika), B., Adiloğlu nəşriyyatı, 2010, 144 səh., 1000 nüs.
  17. Həyatın dastanı (ədəbi-fəlsəfi düşüncələr), B., Xəzər Universitəsi nəşriyyatı, 2012, 239 səh., 1000 nüs.
  18. Üçüncü dünyanın qorxusu (povest), B., Təknur nəşriyyatı, 2011, 159 səh., 500 nüs.
  19. Döyüşçü əfsanəsi (sənədli düşüncələr povesti), B., Adiloğlu nəşriyyatı, 2011, 128 səh., 500 nüs.
  20. Damcılı (poema), B., Təknur nəşriyyatı, 2011, 128 səh., 500 nüs.
  21. Bu dünyanın Mehmanısan (poema), B., Təknur nəşriyyatı, 2011, 208 səh., 500 nüs. Təkrar nəşr: B., 2012, Nərgiz nəşriyyatı, 288 səh., 1000 nüs.
  22. Qırmızı həqiqətlər (ədəbi düşüncələr), B., Adiloğlu nəşriyyatı 2011, 128 səh., 500 nüs.
  23. Azadlığın qanı (poema və şeirlər), B., “Təknur” nəşriyyatı, 2011, 128 səh., 500 nüs.
  24. Ölməzlik nəğməsi (ədəbi qeydlər), B., “Vətən nəşriyyatı”, 2013, 352 səh., 1000 nüs.
  25. Bu da bir yazı (ədəbi qeydlər), B., Bakı, “Nurlan” nəşriyyatı, 2012, 96 səh., 500 nüs.
  26. Əbədi həyat arzusu (esse-monoqrafiya), B., “Vətən” nəşriyyatı, 2014, 208 səh., 1000 nüs.
  27. Od (roman, esselər və poeziya), B., “Nərgiz” nəşriyyatı, 2013, 320 səh., 1000 nüs.
  28. Aydın abi və Türkiyə ədəbiyyatı (ədəbi qeydlər, araşdırmalar), Xəzər Universitəsi nəşriyyatı, B., 2014, 192 səh.+32 səh. şəkillər, 500 nüs.
  29. Ağrı (esse-povest və poemadan parçalar), “Vətən” nəşriyyatı, B., 2014, 192 səh., 1000 nüs.
  30. Bir bayatı çağırdım… (bayatılar), Xəzər Universitəsi nəşriyyatı, B., 2013, 192 səh., 500 nüs.
  31. Söz içində söz (ədəbi-fəlsəfi etüdlər), Xəzər Universitəsi nəşriyyatı, B., 2013, 336 səh., 1000 nüs.
  32. Vaqifliyin poetik sirri, Naxçıvan, “Qeyrət” nəşriyyatı, 2013, 42 səh., 100 nüs.
  33. Həsrətdən üzü bəri (şeirlər, poetik məktublar, esselər), Vətən nəşriyyatı – 2015 B., 224 səh., 1000 nüs.
  34. Sözün yeddi gözəli (portret esselər, ədəbi düşüncələr), Vətən nəşriyyatı – 2016, B., 240 səh., 1000 nüs.
  35. Söz və qan (povest-xronika), Vətən nəşriyyatı, 2016 B., 272 səh., 1000 nüs.
  36. Tənqidçinin Azərbaycançılıq idealı (monoqrafiya) Vətən nəşriyyatı, 2016, B., 320 səh. 1000 nüs.
  37. Üzü Qarabağa (şeirlər, poetik məktublar), Vətən nəşriyyatı, 2016 B., 300 səh., 1000 nüs.
  38. Murad quşu əfsanəsi (şair Hafiz Əlinin həyat və yaradıcılıq fraqmentləri) Vətən nəşriyyatı, 2016 B., 176 səh., 500 nüs.
  39. Qiyamətdən bir gün əvvəl (povest), Nərgiz nəşriyyatı, 2017, B., 208 səh., 500 nüs.
  40. Bir ayrılıq odu var… (poema və ədəbi publisistika), “Vətən” nəşriyyatı, 2017, B., 304 səh., 1000 nüs.
  41. Göy üzündə səs (ədəbi qeydlər, publisistik düşüncələr) “Vətən” nəşriyyatı, 2018, B., 256 səh., 1000 nüs
  42. Şair-publisist Mədət Əyyuboğlu (məqalələr, düşüncələr) “Adiloğlu” nəşriyyatı 2018, B., 312 səh. 1000 nüs.
  43. Dağdan dənizə doğru (ədəbi qeydlər, publisistik düşüncələr), 3 saylı Bakı Mətbəəsi, 2018, B., 248 səh., 300 nüs.
  44. Ruhun daşqını (ədəbi qeydlər, publisistik düşüncələr), 3 saylı Bakı Mətbəəsi, 2019, B., 248 səh., 500 nüs.
  45. Böyük portetin işığı (Publisistik qeydlər). (Ceyhun Zallı ilə birlikdə), 3 saylı Bakı Mətbəəsi, 2020, İki cilddə, I cild, B., 376 səh., 200 nüs.
  46. Böyük portetin işığı (Publisistik qeydlər). (Ceyhun Zallı ilə birlikdə), 3 saylı Bakı Mətbəəsi, 2020, İki cilddə, II cild, B., 360 səh., 100 nüs.
  47. Həyat həqiqəti: bədii-publisistik düşüncədə (yaradıcılığın poetik cizgiləri). ( 2 cilddə birinci cild). B., Bakı mətbəəsi, 2022. 286 səh. 500 nüs.
  48. Həyat həqiqəti: bədii-publisistik düşüncədə (yaradıcılığın poetik cizgiləri). ( 2 cilddə ikinci cild). B., Bakı mətbəəsi, 2022. 289 səh. 500 nüs.
  49. Şərhin poetik notları: (ədəbi qeydlər, publisistik düşüncələr) Bakı, “Vətən” nəşriyyatı, 2022, 531 səh., 200 nüs.
  50. Həyat lövhələri nəsrin güzgüsündə (İsaxan İsaxanlının hekyələri əsasında ədəbi-tənqidi düşüncələr) Bakı -2022, “Gənclik” nəşriyyatı, 218 səh., 100 nüs.
  51. Dönməzlik yolu (peomalar silsiləsi və publisistik qeydlər) “Gənclik” nəşriyyatı, Bakı-2022, 208 səh., 200 nüs.
  52. Dağlarda duman qaldı (poemalar silsiləsi) “Gənclik” nəşriyyatı, Bakı-2022, 176 səh., 300 nüs.
  53. Yazıçının vətən dağı I cild (Ədəbi-tənqidi düşüncələr) “Gənclik” nəşriyyatı, Bakı-2022, 320 səh., 300 nüs.
  54. Yazıçının vətən dağı II cild (Ədəbi-tənqidi düşüncələr) “Gənclik” nəşriyyatı, Bakı -2023, 375 səh., 300 nüs
  55. Bir bülbülün türküsü (poema və publisistik qeydlər), “Gənclik” nəşriyyatı, Bakı -2023, 130 səh. 500 nüs.
  56. Türkiyənin zəlzələ ağrıları (məsnəvi-poema və ədəbi düşüncələr), “Gənclik” nəşriyyatı, Bakı-2023. 73 səh., 300 nüs.
  57. Gəyən əfsanəsi (poemalar), Gənclik nəşriyyatı, Bakı – 2023, 194 səh. 500 nüs.

Müəllifdən: Burada göstərilənlər də mənim yazdıqlarımın tam siyahısı deyil. Vaxtilə “Xudafərin” (“Kolxozçu”) qəzetində, ayrı-ayrı respublika qəzet və jurnallarında, eləcə də “Kredo” qəzetində yüzlərlə yazılarım kitablara yığıla bilməyib. Hər halda “Xudafərin” qəzetinin və “Kredo” qəzetinin Milli Kitabxanamızın saxlancında qala biləcəyini düşünməyim bir təskinlikdir. Ən böyük kitabım isə “Kredo” qəzetinin 19 cildliyidir.

HAQQINDA YAZILANLAR

  1. Abbas Hacıyev, Sənətin işığında (Əli Rza yaradıcılığından portret cizgilər), Adiloğlu nəşriyyatı, B., 2010. 240 səh+32 səhifə şəkillər. 500 nüs.
  2. Sabir Bəşirov (tərtibçi), Əli Rza Xələfli – 60, I cild (ədəbi-tənqidi məqalələr, publisistik düşüncələr), Vətən nəşriyyatı, 2013. 432 səh. 500 nüs.
  3. Sabir Bəşirov (tərtibçi), Əli Rza Xələfli – 60, II cild (ədəbi-tənqidi məqalələr, publisistik düşüncələr), Vətən nəşriyyatı, 2013. 432 səh. 500 nüs.
  4. Sabir Bəşirov (tərtibçi), Əli Rza Xələfli – 60, III cild (ədəbi-tənqidi məqalələr, publisistik düşüncələr), Vətən nəşriyyatı, 2014. 432 səh. 500 nüs.
  5. Mədəd Çobanov, Müşfiq Çobanlı “Xələflinin yaradıcılıq yolu” (monoqrafiya) Vətən nəşriyyatı, 2016 B., 350 səh. 1000 nüs. Təkrar nəşr (cüzi ixtisarla) “Sözün ucalığında: şair, publisist, alim…”, Borçalı, Bakı – 2018, 1000 nüs.
  6. Sabir Bəşirov, “Əli Rza Xələfli – ədəbi yol – əbədi yol” (monoqrafik qeydlər), Vətən nəşriyyatı, 2018. 240 səh. 300 nüs.
  7. Sabir Bəşirov (tərtibçi), Əli Rza Xələfli – 65, I cild (ədəbi-tənqidi məqalələr, publisistik düşüncələr), Vətən nəşriyyatı, 2018. 320 səh. 500 nüs.
  8. Sabir Bəşirov, Elçin Mehrəliyev (tərtibçilər), Əli Rza Xələfli – 65, II cild (ədəbi-tənqidi məqalələr, publisistik düşüncələr), Vətən nəşriyyatı, 2018. 364 səh. 500 nüs.
  9. Nəriman Mahmud, Heyrətin çağırışı, (Ə.R.Xələflinin 70 illiyinə ədəbi-fəlsəfi düşüncələr), Gənclik nəşriyyatı, 2023, 165 səh. 500 nüs.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru.

Qəzənfər Məsimoğlu. PAYIZ MƏKTUBU.

PAYIZ MƏKTUBU

Bizim duracağa bir yaşıl yarpaq
payız məktubunda qərib gəlmişdi.
Darıxmasın deyə sevdiyi torpaq,
Özünü budaqdan dərib gəlmişdi.

Duyub küləklərin qınaqlarını,
Keçib bu dünyanın sınaqlarını,
Həsrətdən islanan yanaqlarını
ümid işığına sərib gəlmişdi.

Göstərib əhdini, düz ilqarını,
Qıyıb olanını, dövlət-varını,
Eşqindən güc alan qanadlarını
vüsalı üstünə sərib gəlmişdi.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

İLHAM QAZAXLININ YAZILARI

ADİL CƏFAKEŞİN YAZILARI


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
======================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adilə Nəzər yeni kitabını təqdim edib. Fotolar.

Sentyabrın 29-da   Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan zalında, filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü Adi­lə Nə­zə­ro­va­nın “Aşıq Ələs­gər ya­ra­dıcılığın­da su­fizm” adlı mo­noq­ra­fi­ya­sının təqdimatı keçirilib. Tədbir iştirakçıları öncə Şəhidlərimizin və hörmətli millət vəkili Qənirə Paşayevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Tanınmış tənqidçi Əsəd Cahangir kitab haqqında müsbət fikirlərini söyləyib və tədbirin aparıcısı kimi ələsgərsevərləri Dədə Ələsgər yadadıcılığında yeni mərhələrinin – sufizmin tədqiqi üçün təbrik edib.    

Kitabın elmi redaktoru və ön sözün müəllifi, akademik Nizami Cəfərov kitab haqqında geniş məruzə edərək bildirib ki, Adilə Nəzərova bu elmi-tədqiqat əsərində Aşıq Ələsgər irsinin tədqiqatı ilə birgə, həm də aşıq yaradıcılığının inkişafına öz dəyərli töhfəsini verib.

Tədbirdə çıxış edən digər natiqlər –tibb üzrə fəlsəfə doktoru,  ələsgərşünas Nağdəli Zamanov, professorlar Akif Abbasov, Məti Osmanoğlu, Lütfiyyə Əsgərzadə, “Dədə Ələsgər Ocağı” Birliyinin sədri Xətai Ələsgərli və idarə heyətinin üzvləri Araz Yaquboğlu (həmçinin, Moskvadan professor   Ələddin Allahverdiyevin təbrikini oxuyub), Rəşid Göyçəli, Aqil Kərimov, Sayad Hüseynov, BDU-nun dosenti Aygün Xəlilqızı, Təhsil İnstitutunun əməkdaşı Qəzənfər Əliyev, Estoniya Tartu Universitetinin professoru, şair, tərcüməçi Xaqani Qayıblı, yazıçılardan Səfər Alışarlı, Zemfira Məhərrəmli, şairlərdən Yusif Nəğməkar, Xalidə Nuray,  Qalib Nuri Arif, Lilpar Cəmşidqızı, şair-bəstəkar  Hüseyn Sözlü, psixologiya üzrə fəlsəfə doktoru Gülər Əhmədova, şair-publisist Qılman İman, Nizami Təhməzov, gənc tənqidçi Famil Mədət, Tərtərdən gələn müəllimə Bəsti İsmayıl  və başqaları kitab haqqında öz fikirlərini bölüşüblər.

Müəllif tədbir iştirakçılarına təşəkkürünü bildirib və kitabdan bəhs edərək deyib: Aşıq Ələsgər yaradıcılığını tədqiq edənlər olub və bundan sonra da olacaqdır. Məndən əvvəlki tədqiqatçılara sayqımı bildirməklə, deyə bilərəm ki, mənim əsərim də özünəməxsusdur, unikaldır. Çünki, bu sahə ustadın yaradıcılığının tədqiqatında yeni mərhələdir. Fotolar:

Fotoqrafçı: Fərrux Adığözəlov “FS Press”

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“İrəvan” FK nın növbəti qələbəsi

“İrəvan” FK nın növbəti qələbəsi

Xəbər verdiyimiz kimi futbol üzrə Azərbaycan I Liqasında 3-cüturun oyunları keçirilir
Bu gün İsmət Qayıbov adına Neftçi Tədris İdman Bazasının stadionunda Qaradağın “Lökbatan “futbol komandası “İrəvan ” futbol komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitidə keçən oyunda ” İrəvan” komandası 1:0 hesabı ilə qələbə qazandı.


Oyunu izləyənlər sırasında “İrəvan ” FK -nın İdarə Heyətinin sədri Zülfüqar Kazımov ,və “İrəvan ” FK-nın prezidenti Zahid Niyazəliyev də olub.

Mübariz SÜLEYMANLI

İrəvan FK-nun mətbuat katibi.

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

MİR HƏMZƏ NİGARİ (SEYİD NİGARİ)

LAÇIN – 100 ƏDƏBİ ANTOLOĞİYA

MİR HƏMZƏ NİGARİ (SEYİD NİGARİ)

Seyid Nigari 1797-ci ildə (bəzi mənbələrdə 1805) Laçın rayonunun Cicimli kəndində anadan olmuşdur. Təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi, nəqşibəndi şeyxidir. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Yəhya Şirvani, Məhəmməd Füzuli, Yunus Əmrə kimi şerlərində təsəvvüfi mövzuları işləmişdir. XIX əsrdən sonra Azərbaycanda həm əruzla, həm xalq şeiri nəzm şəkilləri ilə heca ölçüsündə təsəvvüfi şeir yazan divan sahibi şairdir. 1885-ci ildə Türkiyədə vəfat etmiş, Amasiyada dəfn olunmuşdur.

QƏZƏL

Çıxıb cövlanə hər vəqti ki ol gülgünyanağ oynar,
Bədən titrər, yanar can, dönər baş, əl-ayağ oynar.

Məgər əzm1i-gülüstan eyləmiş kim ol bu gün bülbül
Qılur qülqül2, gülün gülbün nisar eylər, budağ oynar.

Nəsimi-zülfə bənzətmiş, şürur eylər həbibanə
Degil bihudə badi-səba gəldikcə bağ oynar.

Nə xoş halətdir ol halət, çıxıb bipərdə üşşaqın
Nəzərgahində cövlan eylər o sərxoşdəmağ oynar.

Nisar eylər sərin meyxar meyxanə səhnində
O dəm kim, dilbərin gülgun əlində al əyağ oynar.

Necə tab eylər üşşaqın təcəllayi-cəmalindən
Nəzər qıl, ey gözüm, tab eyləməz, hər ləhzə dağ oynar.

Əgər ərzi-üzar eylərsən, ey məh, zərrə tək xurşid
Nigari, Daşbulağ, Günbəd, Qızıldağ, Abi-ağ oynar.

1—məqsəd, məram, qəti niyyət (bülbül bu gün gülüstan niyyət etmiş – burada istəmiş)
2-tüğyan etmə (bülbül tüyan etdikcə, gül ağacı şabaş (qurban) verir, budağ oynayır)

Mənbə: İlham QƏHRƏMAN

LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Тумонбай Байзаков -100 жыл.

Тумонбай Байзаков -100 жыл.

Тумонбай Байзаковдун акындык, чыгармачылык тагдыры абдан кызык, эч кимдикине окшошпогон тагдыр болду десек туура болот го. Биринчиден, Түмөнбай Байзаков акын катары көп жазбаган, аз жазса да, саз жазган акын эле.

Кээлердей жыл сайын бирден китеп чыгарганга умтулбаган, милдеттенме алгансып күн сайын ыр жазбаган ток пейил акын эле. Ошол эле Түмөкенин катарлаштары, курбалдаштары Сүйүнбай Эралиев менен Сооронбай Жусуев жыл сайын болбосо да, эки жылда бирден ыр китебин пландуу түрдө чыгарышса, Түмөке ал жол менен кеткен жок.

Көп жылын атактуу Барпы акындын адабий мурасын топтогонго кетирди. Ушул жагынан алганда Түмөнбай Байзаков Токтогулду Жоомарт Бөкөнбаев кандай кылып көтөрсө, Барпы Алыкуловду так ошондой кылып көтөрдү, сактады жана элге жеткирди. Байзаков болбогондо, анын Барпы акынга болгон астейдил мамилеси болбогондо биз билген классик акын Барпы Алыкулов болот беле же болбойт беле – аны бир кудайдын өзү билет. Түмөкени ушул эмгеги үчүн да кыргыз адабиятынын тарыхына алтын тамга менен жазсак адилеттик болоор эле.

Түмөнбай Байзаковдун чыгармачылыгына түздөн-түз болбосо да, кыйыр таасирин тийгизген бир маанилүү учурду айта кетпесек болбойт го.

Байзаков кадимки Исхак Раззаковдун жакын бажасы эле. Анын зайыбы Софья Султановна Байзакова Исхак Раззаковдун бир тууган балдызы болчу. Бирок Исхак Раззаков кызматынан кеткенден кийин Түмөнбай ага да ачык болбосо да, кыйыр түрдө «кара тизмеде» калып, өмүрү өткөнчө талантына татыктуу наам алган жок, орден же медаль деген нерсе жакасында жаркырабады.

Анын катарындагы Сооронбай Жусуев менен Сүйүнбай Эралиев «Эл акыны» деген наамды 1970-жылдары эле алса, Түмөнбай Байзаков ал тизмеге эч качан кирген жок жана кириши да мүмкүн эмес эле. Анткени бийлик башында ошол Исхак Раззаковдун оппоненти отурган эле. Балким ошол себептен Түмөнбай Байзаков да чыгармаларында өкмөт менен партияны анча деле асман-айга жеткире мактап, наам алганга, сыйлык алганга умтулган жок. Ошол себептен ордендүү, медалдуу, наамдуу курбалдаштарынан бир аз болсо да кичирейгенсип, төмөнүрөөк сезилгенсип жүрдү. Бирок турмушта адилеттик деген нерсе баары бир ордун табат го. Көзү өтөөргө бир жыл калганда Байзаковдун да жылдызы биринчи жолу жаркырап жангандай болду. Анын себеби Кыргызстандын шаарлары менен айылдарын, тоолору менен талааларын түп көтөрө аралаган легендарлуу «Кыргыз жери» деген ыр болду.

Бул атактуу ырдын тексти Түмөнбай Байзаковдуку, ал эми музыкасы Апас Жайнаковдуку эле. Аны обого алып чыккан атактуу ырчы кызыбыз Саламат Садыкова болчу. Тагдырдын тамашасы же тагдырдын илме кайыптыгы деген ушул болсо керек – Түмөке так өмүрүнүн соңку жылында зор ийгилик, массанын оозуна алынган ыр, хит деген эмне болоорун биринчи жолу билди. Биринчи жолу Чыңгыз Айтматовдун Гүлсарысындай даңканын сапыра алдыга көздөй чуркады; популярдуулук жагынан ага ар дайым өйдөсүнүп караган ордендүү, наамдуу калемдештеринен алдыга озду.

Ырас, адабият деген нерсени спорттук термин же түшүнүктөр менен баалаган эч туура эмес. Бирок Түмөнбай Байзаковдун өлөөр алдындагы чыгармачыл ийгилиги чынында да кубана турган ийгилик эле. Анткени анын ыры – кыргыз элинин маанайын көтөрүп, демине керектүү кезде дем кошкон ыр болду.

«Кыргыз жери» кеминде он беш жыл бою жаңы мамлекет түптөп, анын азабы менен тозогун тартып аткан кыргыз эли үчүн өзүнчө эле бир гимн болду. Кудайдын буйругу менен ошол ырдын биринчи бет ачарында дал Түмөнбай Байзаков өзү да катышып, чекеси нымшып кубанып, Филармониянын чоң залында аты зор сыймык менен аталды. Тилекке каршы, бул кубаныч кечигип келген кубаныч болду. Арадан бир жыл өтпөй кайран Түмөке арабыздан узады.

Азаттык үналгысы © 2023 RFE

Первоисточник: Международный союз писателей

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Özünü hamıya sevdirə bildi

Özünü hamıya sevdirə bildi
Qənirə xanımla dəfələrlə görüşüşmüşük, tədbirlərdə olmuşuq.
İki görüşü isə heç unutmadım. Bir dəfə evində qonaq olduq. Süfrədəki yeməkləri öz əliylə qabımıza çəkir, az qala ana kimi qulluq edirdi. Gecə saat 1-ə kimi evin yuxarı qatında yerləşən kitabxanasında söhbət etdik. Daha doğrusu daha çox özü danışır, həvəslə yorulmadan kitabları təqdim edir, səfər xatirələrindən söz açırdı. Gecə keçməsinə baxmayaraq heç kim ayrılmaq istəmirdi.

2-ci dəfə isə Türkiyədə xeyli söhbət etdik. Yenə də gecədən xeyli keçməsinə baxmayaraq ayrılmaq istəmirdik, daha doğrusu istəmirdi ki, biz ayrılıb qaldığımız otelə qayıdaq. Bizim saata baxdığımızı görüb gülə-gülə dedi ki, onsuz da mən yatan deyiləm, bir neçə saatdan sonra hava limanına gedib Bakıda önəmli bir tədbirə qatılacam, sonra yenidən bura qayıdacam. Doğrusu məəttəl qalmışdım ki, insan bu qədər necə çalışa bilər, necə enerji xərcləyər. Otelə döndükdən sonra isə nədənsə mənə elə gəldi ki, nə qədər deyib gülsə də o çox darıxır…
İnana bilmədiyim ölümlərdən biri oldu bu ölüm…
Ruhun şad olsun, işıqlı adam.

Müəllif: Narıngül NADİR

NARINGÜL NADİRİN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru