www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Əmrahov Haris Məhəmməd oğlu

“Daşkənddən Yeni Daşkəndə” kitabından:
Əmrahov Haris Məhəmməd oğlu 1935-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 6 yaşı olanda atası Məhəmməd Böyük Vətən müharibəsinə getmiş, müharibədən qayıtmadığından balaca Haris babası Kərbəlayı Əmrahın himayəsində böyümüşdür. Elə zəhmətkeşliyi də ondan öyrənmişdir. Zəhmətkeşdir, dini ibadətlərə bağlı adamdır, namaz qılıb, oruc tutandır. Yaxşı əməlləri, təsibkeşliyi ilə həmişə eldə hörməti vardır.
Haris Əmrahov 1953-cü ildə ailəsi ilə birlikdə Bərdə rayonuna deportasiya olunmuşdur.
Orta təhsilə doğulduğu Daşkənd kənd orta məktəbində başlamış, Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir.
1963-cü ildə Ağdam Kənd Təsərrüfatını Mexanikləşdirmə və Elektrikləşdirmə Texnikumunun qiyabi şöbəsinə daxil olmuş, 1968-ci ildə həmin texnikumu “Kənd təsərrüfatını mexanikləşdirmə” ixtisası üzrə bitirmişdir.
Uzun müddət “Yeni həyat” kolxozunda pabmıq təsərrüfatının bri¬qadiri işləmiş, yüksək nəticələr əldə etmişdir. 1975-ci ilin sonlarından başlayaraq “Yeni həyat” kolxozunda 20 ilə yaxın kənd təsərrüfatı texnikaları parkında mexanik vəzifəsini icra etmişdir.
1978-ci ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində, 14 fevral 1981-ci ildə isə Bərdə rayonuna keçici “Qırmızı bayraq” verilməsi yığıncağında iştirak etmişdir.
“1975-ci ildə sosializm yarışının qalibi” (1976), “1976-cı ildə sosializm yarışının qalibi” (1977) döş nişanları, “SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisi”nin Qızıl medalı və “Əməkdə fərqlənməyə görə” medalı (07.07.1986) ilə təltif olunmuşdur.
Haris Əmrahov üç dəfə (1977, 1980, 1983) Yeni Daşkənd Kənd Xalq Deputatları Sovetinə deputat seçilmişdir.
P.S. Əmrahov Haris Məhəmməd oğlu 25 sentyabr 2023-cü ildə Yeni Daşkənd kəndində 88 yaşında vəfat etmişdir.

Mənbə: Araz Yaquboğlu

ARAZ YAQUBOĞLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ARAZ ŞƏHRİLİNİN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AYSU TÜRKEL. YUXU, YOXSA HƏQİQƏT!?

YUXU, YOXSA HƏQİQƏT !?

Şər qarışan vaxt idi. Pəncərələrdən düşən işıq məhəlləni qismən işıqlandırsa da, alatoranlıqda işdən evə dönənlərin kim olduğunu ayırd etmək çətin idi. Ara-sıra eşidilən gurultu xof, vahimə yaradırdı. Xəfif meh havanın sərinliyini ətrafa yaydıqca, ətri duyulurdu payızın. Həyəti günəşdən kölgələyən mələs nar işığın haləsində qırmızı donlu nazlı gəlinə bənzəyirdi. Eyvandakı masanın arxasında babamla şirin-şirin söhbət edirdik. Göy gurultusu zənn etdiyim səs artdıqca vahimə də artırdı. Amma qaranlığın yorğanına bürünmüş səmada bir əlçim də olsun bulud yox idi. Elə isə niyə göy guruldamalı idi?! Düşüncələrimin dolaşığını açmaq üçün babamı sorğu-suala çəkdim.

-Baba, hava ayazdırsa, göy niyə guruldayır, yağış havasına oxşamır heç?

-Bala, bu topların gurultusudur, qarı düşmən yenə də Qarabağı qan gölünə çevirmək istəyir, -dedi.

Təəccübləndim.

-Axı biz Qarabağdan uzaqdayıq, bu səslər necə eşidilir, – soruşdum.

Babam susdu. Sanki kişinin boğazı qurumuşdu.

-Nə oldu, ay baba, niyə dillənmirsən? desəm də, cavab gəlmədi.

Bir qədər sonra sanki təbiət dondu. Elə bil toplar da istirahətə çəkildi.

Gözlərimi açanda ətrafda heç kəs yox idi. Artıq dan yeri ağarmışdı, günəşin şəfəqləri ənginlikləri boyamaqda idi. Yalnız indi hiss elədim ki, gördüklərimin hamısı bir yuxu imiş. Yorğun halda yatağımdan qalxıb əl-üzümü yuduqdan sonra həyətə düşdüm. Amma hələ də yuxunun təsirində idim. Kiməsə danışmadan yozmağa çalışsam da, bacarmadım.

Bir xeyli həyətdə gəzib-dolaşdım. Səhərin mehi yanağımı oxşadıqca rahatlandığımı hiss etdim. Evə dönəndə telefon zəng çalırdı.

-Aha, deyəsən babamdır, axşam yuxuda görmüşəm, lap məqamında zəng eləyib” dəstəyi qulağma dayadım. Gəlinbacımın səsi idi. Hal-xoş eləməmiş “xeyirdimi səhər-səhər?” narahtlığımı gizlədə bilmədim.

-Aysu, bu axşam qorxudan bir dəqiqə çimir eləməmişəm. Haradasa  toplar guruldayırdı, elə bil döyüş gedir.

-Nə, top səsləri? – maraq üstün gəldi.

-Hə, top səsləri. Bəlkə də göy guruldayırdı, amma mənə elə gəldi ki, topun nərəsidir.

Gəlinbacım eşitdiklərini olduğu kimi danışandan sonra mən də yuxumu ona xatırlatdım. O da təəccüb içində məni dinləyirdi. Bu yuxu idi, yoxsa həqiqət, hələ də anlaya bilmirdim.

Ürəyimə dammışdı ki, müharibə tezliklə başlayacaq, amma haçan?! Daha dəqiqini oradan öyrənəcəyimi düşünərək gəlinbacımla sağollaşıb televizora tərəf qaçdım. Xəbər vaxtı idi. Əks hücum əməliyyatının başlandığını eşidəndə əmin oldum ki, zənn etdiklərim göylərin fırtınası deyil, topların tüğyanıymış.

Xəbərlər proqramı sona yetməkdə ikən aparıcının simasında sanki günəş doğdu. Deyəsən xoş xəbər almışdı cəbhədən. Sevinc qarışıq böyük bir həyəcan duyulurdu hərəkətlərində. Bir neçə kəndimizin düşmən caynağından azad edildiyini eşidəndə fərəhimdən yerə-göyə sığmırdım. Sevinclə qəhər boğazımda düyünləndi. Özümü ələ almağa çalışsam da, bacarmadım. Artıq göz yaşlarım danışırdı. Divardan asdığım bayrağı öpüb gözlərimə sıxdım. Bayraq mənim sevinc ortağım oldu…

Müəllif: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

XASAY CABBAROV

LAÇIN – 100 ƏDƏBİ ANTOLOGİYA

XASAY CABBAROV

19.03.1936 – 06.02.1996
Laçının Karavız kəndindəndir. Laçın pedaqoji məktəbində təhsil alıb (1953). Rayonun bir sıra məktəblərində dərs demişdir. Daha sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutun tarix-filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1960). Xankəndi və Bakıda ali məktəblərdə dərs demişdir. Xasay Cabbarov həm də dəyərli ədəbiyyatşünas alim olub, professor elmi adı almışdır. Ədəbiyyatşünaslıqla bağlı bir sıra dəyərli kitabların müəllifidir.

BAĞLAR

Səndə mənim min bir izim qalıbdır,
Əsməsin başından xəzan, a bağlar.
Kəssə bir gün yar ayağın qoynundan
Mən necə dözərəm hicrana, bağlar.

Baş-başa verirdik axşam düşəndə,
Mənalı keçərdi ömrümüz səndə
Qaynar gəncliyimdən geniş sinəndə
Qoy qalsın ilk eşqim nişana, bağlar.

Bahar bəzəyəndə daşı, torpağı,
Coşdu məhəbbətin qaynar bulağı.
Bir sən şahid oldun o axşam çağı
Yarla bağladığım peymana, bağlar.

Bu çərxi-fələyin min oyunu var,
Bir gün gələr səndən köç eyləyər yar,
Səninlə ülfəti heç eyləyər yar,
Etibar eyləmə dövrana, bağlar.

Hicran qanad gərsə araya birdən,
Həsrətli dodağım çatlar min yerdən.
Xasayın yadına düşəndə hərdən
Ürəyi qərq olar al qana bağlar.
10.06.1960.

Mənbə: İlham QƏHRƏMAN

LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zemfira Məhərrəmli “Zəfər yolçuları” kitabını təqdim edib

Bu gün AYB-nin “Natəvan” zalında tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin  “Zəfər yolçuları” və digər Qarabağ mövzusunda olan bir neçə kitabının təqdimat mərasimi keçirilib. Məlumat üçün bildirək ki,  “Zəfər yolçuları” kitabı İslambulda Türk Ədəbiyyatı Vəqfinin “Turay” kitab yayın evində nəşr edilib.

Adı çəkilən əsər taleyimizə yazılan qanlı-qadalı Qarabağ savaşının başlanğıcından 44 günlük Vətən müharibəmizədək olan bir dövrü əhatə edir. Zemfira Məhərrəmlinin sayca 17-ci kitabında işğal illərində yaşadığımız iztirab və kədərdən, uzunillik mücadiləmizdən, intizarında olduğumuz böyük Qələbəyə yetmək üçün çarpışan, canından keçən oğul və qızlarımızın hünərindən, hər birimizə böyük coşqu və sevinc bəxş edən möhtəşəm Zəfərimizdən bəhs edən bədii və sənədli hekayələri toplanıb. Baş verən olaylar bu ədəbi örnəklərdə təkcə bədii boyalarla təsvir edilmir, həm də ağrılı və qürur doğuran tariximiz oxucu yaddaşına ötürülür.

“Zəfər yolçuları” kitabında Birinci Qarabağ savaşı dönəminə məxsus olan nəslə vurulmuş psixoloji zərbələr, erməni işğalçılarının törətdikləri ağlasığmaz vəhşiliklər, Vətən, hərb tariximizin sinəsində açılmış çalın-çarpaz şırımlar, həmçinin millətimizə xas olan yurd sevgisi, müdrik Sərkərdəmizin, Ali Baş Komandanın rəhbərliyi ilə əsgər və zabitlərimizin bir yumruq tək birləşərək göstərdiyi qəhrəmanlıq, hünərvər qazilərimizin, al qanı əzəli torpaqlarımıza səpələnmiş şəhidlərimizin, rəşadəti dolğun və əhatəli əks etdirilib.

Kitabı Türkiyə türkcəsinə tanınmış türk yazarı, şair-publisist İmdat Avşar çevirib.

Tanınmış jurnalist, ictimai xadim, yazar xanım Zemfira Məhərrəmlinin 27 sentyabr Anım günü ərəfəsində Qarabağ mövzusunda olan; şəhidlərimizə, şanlı zəfərimizə həsr olunmuş kitabları ictimaiyyət nümayəndələri və oxucular tərəfindən maraqla qarşılanıb. Təqdimatda respublikamızın tanınmış ziyalıları, kitabsevərlər iştirak ediblər. Tədbirin gedişində ZEMFİRA xanıma “Ziyadar” Mükafatı təqdim olunub. Fotolar:

“YAZARLAR” JURNALI olaraq, ZEMFİRA xanımı bu münasibətilə təbrik edir, qarşıdakı bütün gələcək həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI

>>>> Zemfira Maharramli. The Swallow’s Nest.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Məmməd Aslan: – Mən buyam…


Mən buyam
Sən mənim dilimi kəsə bilməzsən,
Haqsızlıq önündə susan deyiləm.
Sən mənim dünyama sıza bilməzsən,
Ucuz mətləblərə lisan deyiləm.

Rəbbim nə veribsə, nəyəmsə, buyam;
Mənim öz nərəm var, mənim öz qiyyam!
Söylədiyin nədir, nə qiymət qoyam?!
Demə ki: qulaq as! – Asan deyiləm!

Könlümün söz adlı qibləgahı var,
Yəni “La ilahə illəllah”ı var!
Mənim dərs aldığım min-min dahi var;
Cəddinə arxayın insan deyiləm.

Tənha zirvələrin yar-yoldaşıyam,
Quşqonmaz dağların ağır qışıyam,
Mən qaya parçası, çaxmaq daşıyam,
Mən çətin adamam, asan deyiləm
.
Məni üzüyola doğmayıb anam,
Hara buyursalar, orda fırlanam…
Hirsini içində boğan vulkanam,
Hələ ki, Məmmədəm, Aslan deyiləm…

Müəllif: Məmməd Aslan

Mənbə: Muxtar Kərimzadə

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

LAÇININ TƏRİFİ. İlham Qəhrəman.

LAÇININ TƏRİFİ

Laçına tərifi bir-bir sayaram,
Desələr çox oldu, sən denən azdı!
Sayaram hamını heyran qoyaram,
Desələr çox oldu, sən denən azdı!

Çayları durudu, meşəsi yaşıl,
Qayası dibində suyu qaynaşır,
Uşaqtək göyündə bulud oynaşır…
Desələr çox oldu, sən denən azdı!

Dağları ucadı, dərəsi gendi,
Təzə busat alır şəhəri, kəndi.
Hüsnü, gözəlliyi Tanrıdan endi…
Desələr çox oldu, sən denən azdı!

Qoşa çaylarıynan, Qara gölüynən,
Qazları qatarnan, sona bölüynən,
Payızda dağları bəyaz tülüynən…
Desələr çox oldu, sən denən azdı!

Dizini çirmələ, gəl, çaydan keçək,
Turşsu bulağından əyilib içək.
Dərman əvəzidi hər ot, hər çiçək…
Desələr çox oldu, sən denən azdı!
22.09.2023.

Müəllif: İlham QƏHRƏMAN

LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BAK nəznində fəaliyyət göstərən Natəvan poeziya klubunun ilk məclisi

Niderland Krallığının Rotterdam şəhərində fəaliyyət göstərən Beniluks Azərbaycanlıları Konqresinin qərargahında 5 maart 2023 cü ildə BAK nəznində fəaliyyət göstərən Natəvan poeziya klubunun ilk məclisi keçirilmişdir.

Məclisə Niderland Krallığında yaşayan Azərbaycanlı və Türk xanımları qatılmışdılar. Məclis öz işini Natəvanın gəzələri ilə başladı.
Məclisin təşkilatçısı və rəhbəri, BAK ın sədr müavini Sima Cəfərli giriş sözü ilə qonaqları saıamladı və Vətəndən uzaqlarda yaşayan soydaşlarımızın bu cür məclis və tədbirlərə toplanmağının nə dərəcə zəruri olduğunu vurğuladı.
Canlı bağlantı ilə professor, l Qarabağ müharibəsi qazisi, “Miqrasiya prosesləri” ictimai birliyinin rəhbəri Fəridə Hicran qoşuldu.
Natəvanın həyat və yaradıcılıq aspektlərinə toxunan Fəridə xanım, Natəvanın Qarabağ elinə, Azərbaycan poeziyasına və istimai həyatına verdiyi bəhrələrdən danışdı.
Məclisdə əsasən Xan qızı Xurşudbanu Natəvanın qəzəllərinə yazılmış mahnılar səsləndi, onun müəllimi olan Qasım bəy Zakirlə məktubları oxundu. Daha sonra Sima xanım və digər məclis iştirakçıları öz şeir tohfələrini qonaqlara ərmağan etdilər.
Milli Azərbaycan rəqsi ilə Təhminə Günəş, məlahətli səsi ilə ruhları oxşayan Nigar Cəfərli məclisi daha da canlandırdılar.
Peterburq şəhərində yaşayan və “Xan Qızı” Dünya Azərbaycanlıları ictimai qadınlar birliyinin rəhbəri Könül Abbasova da canlı bağlantı ilə qoşularaq öz ürək sözlərini iştirakçılara çatdırdı.
Məclisin daha bir qonağı, Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin konsulu Səbinə Sadıqlı ürək sözləri ilə çıxış edərək, belə bir məclisi ünsün buradakı azərbaycanlı xanımlarının ictimai həyatında nə qədər önəmli olduğunu vurğuladı.
Məclisdə qonaq olan Yazıçılar İttifaqının üzvü sair publisist Lətifə Nuranın da şeirləri səsləndi.
Avropada tanınan Azərbaycanlı rəssam xanım Vəfa Rüstəmovanın bu məclis üçün çəkdiyi Natəvana həsr etdiyi rəsm və keramik qablar üzərindəki işlədiyi əsərləri sərgiləndi. Öz yaradıcıkığından söhbət açan Vəfa xanım, Xurşudbanu Natəvanın əsərlərinin onun yaradıcılığına çox güclü təsir etdiyini qeyd etdi. Onun, Milli ornament və naxışlarla bəzədilmiş əl işlər qonaqları çox maraqlandırdı.
Həmçini, burada yaşayan Vəfa Kənanqızının əl işlərinin video çarxı nümayiş etdirildi.
Səmimi söhbətlər, maraqlı diskussiyalar məslisin işini yekunlaşdırdı.
Sonda, xatirə şəkilləri çəkildi və gələcək planlara nəzər salındı.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adilə Nəzərin hekayəsi

GECİKMİŞ MƏKTUB və ya QARABAĞ AZƏRBAYCANDIR

(hekayə)

Gecəni silah səsləri, vəhşi erməni cəlladlarının məhəllənin başındakı evlərə basqını ilə başlayan haray-qışqırıq sədaları ilə keçərən ailə səhərə yaxın gözlərinin çimirini almaqdaydı ki, qapı təpiklə, avtomat qundağı ilə bərk-bərk döyüldü…
Rasim kişi dik atıldı, yerindən hövlnak qalxıb oturdu. Ətrafa göz gəzdirib, yenə yuxu gördüyünü anladı.

Xocalıdan çıxandan bəri, 30 ildir eyni, ya da oxşar yuxular onu rahat yatmağa qoymuşdu. Bu qapı döyülmələrinin ardından erməni qəsbkarları evə girib hamilə arvadını öldürürdülər… Sonra vəhşicəsinə vurulan zərbələrdən huşunu itirirdi… Rasimin o vaxt 28 yaşı vardı…
Bir az dayanıb qulas asdı. Bu dəfə qapının həqiqətən də döyüldüyünün fərqinə vardı. Qalxıb qapını açdı, gələn qonşusu idi. Qaçqınlar binasında illərdir qonşu idilər. Dürdanənin xəstə olduğunu bilirdi, bəlkə nəsə lazımdır, – deyə gəldiyini düşündü.
Rasim kişinin gözlərinin qarşısından Dürdanənin, “baxanın” ömür boyu unuda bilməyəcəyi film kimi 8 günlük əsrlik həyatı keçdi. Xocalı alınanda Dürdanə 20 yaşındaydı, rabitəçi idi. Hamı canını götürüb qaçmağa çalışanda Dürdanə vəzifəsini icra etmiş, son hadisələrin xəbərini mərkəzə çatdırmağa çalışarkən əsir düşmüşdü. Əsirlikdən qurtarandan bugünədən başına gətirilən faciələri danışıb qurtara bilmirdi. Yaşadıqları onu həm ruh, həm də bədən sağlığından etmişdi. Son illər ağır xəstəliyə tutulmuşdu. Mərhələlərlə kimyaterapiya müalicəsi aldığına görə saçları tökülmüşdü…
Rasim kişi onu içəri dəvət etdi. Dürdanə başını yaylıqla bağlamışdı. Ləngərli yerişindən, ağır hərəkətlərindən canının ağrıdığı bəlli olurdu.

  • İndi oyadaram oğlanı, gedib nə lazımsa alıb gətirər. Keç içəri, bacım.
    Dürdanə gözləri yaşlı olsa da, sevinc süzülən baxışlarıyla, “yox”, – dedi, başını buladı. Rasim kişi niyəsini soruşmağa macal tapmamış Dürdanə dilləndi:
  • Heç nə lazım deyil, gəldim xəbər verim. Əsgərlərimiz Xocalıya bayrağımızı asıblar.
    Dürdanə bilirdi ki, Rasim kişi televizora baxmır. Həkim Xocalıda başından aldığı travmalardan yaranan uzun sürən psixoloji xəstəliyə görə ona televizora baxmağı, sarsıdıcı xəbər və məlumatları izləməyi qadağan etmişdi. Rasim kişi arvadının ölümündən sonra iyirmi il evlənməmişdi. Yaşının ahıl vaxtında – altmışına az qalmış yaxın dost-tanışlarının təkidi ilə Səidə adlı qadınla ailə qurmuşdu. Səidə də ona yaxşı həmdəm olmuşdu. Layiqincə qulluğunda dayanırdı, müalicəsi ilə məşğul olurdu.
    Səsə Səidə ilə qardaşı oğlu tarix müəllimi Qoşqar da yuxudan oyanmışdılar. Qoşqar təyinatını yaxınlıqdakı məktəbə almışdı. Hərdən gəlib bibisigildə qalır, onların bəzi məişət işlərinə əl atırdı.
    Səidə xanım qapıya gəlib salam verdi, Dürdanəni qonaq otağına dəvət etdi.
  • Keç içəri, bacı, qapı ağzında niyə dayanmısan? Gəl, gəl içəri. Siz içəri keçin, mən də çay hazırlayım.
    İçəri keçdilər, stul çəkib oturdular. Rasim kişi darısqal otağın pəncərəsini açdı. İçəriyə dolan nəm havanı ciyərlərinə çəkdilər. Dürdanə yana-yaxıla danışmağa başladı:
  • Ay Rasim qardaş, yenə şəhid gətirdilər qonşuya. Deyirlər, 200-ə yaxın şəhidimiz var. Yenə elə yaraşıqlı, boy-buxunlu oğullar şəhid olub ki. Adam qıymır üzlərinə baxa. Feysbukda da paylaşırlar şəkillərini. Dözmək olmur. Həyətə çıxırsan qonşu arvadlar danışır, feysbuka girirsən səhifə dostların. Hamı gileylənir, qarğış edən, kin püskürənlər var. Heç bilmirsən kimi təsdiq, kimi inkar edəsən.
    Səidə müxtəlif rəngli kapsulları və bir stəkan suyu gətirib Rasim kişinin qabağına qoydu və əlavə etdi. – Bunları iç, bir azdan yeməyi də gətirirəm.
    Bu vaxt Qoşqar müəllim söhbətə qarışdı:
  • Dürdanə xala, camaatın danışığına çox da fikir verməyin. Rahat olun, hər şey yaxşıya doğru gedir. Onları da başa düşmək olar hardasa, amma həqiqət budur ki, şəhidsiz müharibə olmur.. hələ qələbə, heç olmur. Bilirik ki, Birinci Qarabağ müharibəsində rəsmi qeydlərə əsasən 23.500 şəhidimiz olub. Üstəlik məğlub olmuşuq. İndi qələbə qazanmışıq, əlbəttə şəhidimiz olacaq. Tarixi müharibələrə baxanda indi biz bu qələbəni ən az minimum şəhid verərək qazanmışıq. Bircə misal deyim, rəsmi mənbələrə əsasən, Birinci Dünya müharibəsində Çanaqqala döyüşündə Türkiyənin 253 min döyüşçüsü üstəgəl 3 minə yaxın da azərbaycanlı şəhid olmuşdu. Azərbaycan ordusunun hazırlığı, xüsusilə də XTQ hərbçilərinin şücaətləri nəticəsində biz az itki ilə qələbə çalmışıq. Təbii ki, Türkiyənin dəstəyini də özəlliklə vurğulamalıyıq. Biz buna sevinməliyik. Əfsuslar olsun ki, ölkəmizdə zəfərimizə kölgə salan bəzi qruplaşmalar var, aranı qızışdırmaq üçün belə gərəksiz söhbətlərlə insanları çaşdırmaq istəyirlər. Amma ağıllı adamlar bu xainlərin hansı düşmən dəyirmanına su tökdüklərini yaxşı bilirlər. Dürdanə xala, biz dövlətimizin yanında olmalıyıq. Bir yumruq kimi birləşməliyik. İndi dünya düzəni dəyişir. Güclü olan dövlətlər ayaqda qalacaq. Ermənistan kimi zəif dövlətlər isə dırnaqarası havadarlarına yem olacaqlar.
  • Başa düşürəm, ay oğul, mən də bunları çox gözəl anlayıram. Amma heyif ki, bəzilərinin ağzını yığmaq olmur.
  • Onlara ən yaxşı cavabı onların dediklərini saymamazlıqla qarşılamaq, görməzdən gəlməklə verməliyik. Yox, görsək ki, susmurlar, onda savaşmalıyıq, mübarizə aparmalıyıq. İctimai qınağa çəkməliyik.
    Qoşqar müəllim öz-özüylə danışırmış kimi astadan deyindi:
    Nə edək? Bizim bəxtimizə bütün tarixlərdə həm də “özümüzlə” savaşmaq düşüb. Əsas odur, qətiyyətli olaq.
    Dürdanə xala susub xəyala getdi. Handan-hana dilləndi:
  • İndi mənim bir arzum var, oğlum. Əsirlikdə saxlandığım o məkanlara getmək… Bir də xəyalımda bir şey var. Qoşqar oğlum, deyirəm bir sehrli dəyənəyim ola, özümə vuram və qayıdıb yenə Xocalıda olam və 20 yaşıma dönəm…
  • Dürdanə xala, sən nikbin ol, olan olub… Sehrli dəyənək olmasa da “Dəmir Yumruq” var. Odur bizi Xocalıya qaytaran. Biz o güclü yumruğun üstünə on milyon yumruq qoymalıyıq. Bizim vətəndaşlıq vəzifəmiz budur.
    Dürdanə alacalanmış gözləri ilə Qoşqar müəllimin sözlərini təsdiqlədi.
    Səidə xanım süfrə açmışdı. Səhər yeməyinə yenicə başlamışdılar ki, qapı yenə döyüldü. Gələn poçtalyon idi. Dürdanə xanımın da, Rasim kişinin də üzv olduğu “Xocalıya ədalət” İctimai Birliyin adından illər öncə BMT İnsan Haqları Şurasına ünvanladıqları məktuba cavab gəlmişdi.
    Rasim kişi o gün axşamadək yatağından qalxmadı. Qoşqar müəllimin telefonunda Xocalıya Azərbaycan bayrağı asan əsgərin 34 saniyəlik videosuna dəfələrlə baxdı və hər dəfə də o əsgərin dediyini təkrarladı: Qarabağ Azərbaycandır!

25.09.2023.

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

İSMAYIL MƏRCANLI İMANZADƏ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qənirə xanım Paşayevaya dərin sevgilərlə

SƏN EY BU VƏTƏNİN ASLAN QADINI
(Qənirə xanım Paşayevaya dərin sevgilərlə)

Sən ey bu vətənin aslan qadını,
Sənə bu vətəndə varlıq yaraşır.
Vətənlə tay tutduq uca adını,
Məğrur duruşuna şadlıq yaraşır.
Sənə bu vətəndə varlıq yaraşır.

Qələbə çıxışı duyaq səsinlə,
Biz də nəfəs alaq şad nəfəsinlə.
Gənclik bir yol alsın sənin izinlə,
Bu yerdə ümidlə xəyal qarışır:
Sənə bu vətəndə varlıq yaraşır.

Sən ki bu torpağın Tomris qızısan,
Vətənçün alışan dan ulduzusan.
Ellərə səs salan bahar, yazısan.
Səninlə çağlayan çaylar yarışır,
Sənə bu vətəndə varlıq yaraşır.

Nə qədər ümidlər sənə boylanır,
Bu torpaq eşqinlə alışıb yanır.
Adın qəlbimizdə dualardadır.
Sözünün odundan dünya alışır,
Sənə bu vətəndə varlıq yaraşır.

Haqqın yox bizləri sənsiz qoymağa,
Sükuta qərq edib səssiz qoymağa.
Dünyaya yol alan izsiz qoymağa.
Kədərin qoruna qəlblər alışır,
Sənə bu vətəndə varlıq yaraşır!

Əl açmışıq sənə, ulu Yaradan,
Gəl bizi hifz eylə qada – bəladan.
Yoxluqdan, qıtlıqdan, şər və cəfadan.
Vətənə vülqarın, adın yaraşır.
Sənə bu vətəndə varlıq yaraşır!

25 sentyabr 2023.

Müəllif: Cəvahir TANRIVERDİ

CƏVAHİR TANRIVERDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Remziye Meyyas’ın “Cüt Kahve Hatıraları” adlı şiir kitabı

Remziye Meyyas’ın “Cüt Kahve Hatıraları” adlı şiir kitabı basımevinde, yakında gün ışığına çıkacak. Mübarek olsun.
الف مبارك للشاعرة القديرة رمزية مياس لإصدارها الجديد “جوت قهوه خاطره لرى” الذي سيرى النور عن قريب إن شاء الله

Mənbə: Aydın Kerkük

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru