Şair-publisist Təranə Dəmirin poema və şeirlərdən ibarət yeni kitabı işıq üzü görüb. “Qırmızı xətt” adlı bu kitabda yazarın son ildə yazdığı şeirləri və “Ömrün beşinci fəsli” adlı poeması yer alıb. Kitab “PAN” nəşriyyatında ərsəyə gəlib. Kitabın redaktoru AYB və AJB-nin üzvü, şair-publisist Zabil Pərvizdi.
Yazarlar.az olaraq, biz də öz növbəmizdəTəranə Dəmiri təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Düz 30 il idi ki, soyad sonluğumda -ov xəcalətini üstümdə gəzdirirdim. Hər il Universitetdə dərs dediyim tələbələrimin ad sonluğuna baxanda dəyişikliklərin müsbətə doğru artdığını görüb sevinirdim. Elə ailəmdə də uşaqlarımın soyadlarını dəyişdirmişdim. Bu da mənə bir təsəlli idi.Ancaq öz-özümə içimdə həmişə bir sual verirdim: Bəs sən, sən özün niyə hələ də soyadını dəyişdirməmisən, hələ də soyadının sonluğunda -ov sonluğunu əzizləyə-əzizləyə saxlamısan? Bu 30 il ərzində üç dəfə dəyişdirməyə calışmışam. İlk dəfə Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 fevral tarixli 495 saylı qərarı mətbuatda dərc olunan günün səhərisi Yasamal rayonunun (onda hələ səhv etmirəmsə, Oktyabr rayonu idi) Nizami metrosunun yaxınlığındakı Vətəndaşlığın qeydiyyatı şöbəsinə müraciət etdim.Orda elə bir ironiya ilə qarşılaşdım ki, düzü o anı xatırlayanda məmurlarımızda heç olmasa iynənin ucu boyda milli hissin olmamasına görə çox təəssüf hissi keçirdim. “Rəhmətliyin oğlu, millət nə hayda, sən nə hayda! Soyadını dəyişəndə nə dəyişəcək ki?!” Millətin nə hayda olduğunu bilirdim, ancaq belə soyuqqanlı, rusbaşlı, rus düşüncəli məmurlarımızın idarələrimizdə oturub, hələ də naftalin düşüncəsi ilə yaşadığını, “bəlkə də qaytardılar?” havasına kökləndiyini bu dərəcədə bilmirdim. İkinci dəfə 2010-cu ildə müraciət edəndə doğum şəhadətnaməsi mütləq vacibdir dedilər. Həmin vaxtdan doğum şəhadətnaməsinin axtarışı bu günlərdə səmərəsini verdi. 1984-cü ildə şəhərə gəlmişdim.O vaxtdan kimin yadına doğum şəhadətnaməsi düşürdü ki?! Bir də o vaxtlarda lazımsız bir sənd kimi idi, kimə və nəyə lazım idi ki?! Nəhayət yaxın günlərdə doğum şəhadətnaməsini tapmağıma görə çox sevindim.Nəhayət uzun illərdən sonra ƏLƏKBƏROV soyadını ƏLƏKBƏRLİ ilə əvəzlədim. Bilirdim, ömürdən bu qədər qazandığım sənədlər, diplomlar köhnə soyadla yazıldığı üçün gərək yeni soyadımı təsdiqləyən Arayışı həmişə yanımda gəzdirməli olacam. Yaxud hansısa bürokrat yeri gələndə bəlkə də məzələnib Arayışın notariat qaydasını da istəyə biləcək.Eybi yoxdur , qoy nə qədər çətinlik, ya hansısa problem olursa olsun! Əsas odur ki, soyadımı rus çirkabından təmizlədim. Həmişə bu fikir mənə ağır gəlirdi ki, niyə Ermənistanda, Gürcüstanda, Pribaltika ölkələrində yox, məhz bizdə və digər türkdilli respublikalarda məcburi şəkildə Moskvanın göstərişi ilə, özü də millətin rəyini soruşmadan soyadı sonluğunu dəyişdirmişdilər. Bu soyadı sonluğunu 3 SAYLI “ASAN XİDMƏT”ində bir həftəyə dəyişdirdilər. Sağ olsunlar, bir manat belə xərc çıxmadan çox böyük sayğı ilə bunu etdilər. Söhbət əsnasında bir məsələni də öyrəndim ki, valideyinlərin bəziləri hələ də köhnə soyad sonluğunu, könüllü olduğu üçün, övladlarının soyadlarında hələ də saxlayırlar. Məgər o vaxt Moskva bizim soyad sonluğumuzu -ov, – yev edəndə bizdən soruşmuşdu ki, sən razısan, ya yox?! Qətiyyən soruşmamışdı! İndi biz müstəqillik dövründə bu ləkəni üstümüzdə hələ də niyə saxlamalıyıq? Bəlkə valideyinlərin çoxusu bunun mahiyyətini yaxşı bilmir, ona görə də köhnə düşüncədən əl çəkmirlər? Vətəndaşlıq aktlarını qeydiyyata alan orqanlar həmin valideyinlərlə niyə söhbət aparmasın? Niyə bunun mahiyyətini aydınlaşdırmasın? Gərək hər bir insanın içində vətəndaşlıq duyğusu olsun!Biz, Allaha çox şükür ki, müstəqil dövlətçiliyə sahibik! Gəlin dövlətimizin arxasında dayanaq, özümüzə, söyumuza, kökümüzə qayıdaq! Vallah, özümüzə qayıdanda ancaq böyük ola bilərik!
“OKSİGENSİZ HƏYAT OLA BİLMƏZDİ, BUNA GÖRƏ DƏ AXIRINCI KÜLƏK ÇƏRŞƏNBƏSİDİR” –
“KREDO” QƏZETİNİN BAŞ REDAKTORU Əli Rza Xələfli ÇƏRŞƏNBƏLƏRİN DÜZÜLÜŞÜ İLƏ BAĞLI FİKİRLƏRİ ŞƏRH EDƏRKƏN ONUN ELMİ VƏ MƏNTİQİ ƏSASLARI BARƏDƏ DANIŞIB
Novruz bayramı və ilin axır çərşənbələri ilə bağlı yalnız elmi tədqiqatla məşğul olan folklorşünaslar və etnoqraflar deyil, elmi təfəkkürlü ziyalılar da inandırıcı, qiymətli fikirlər söyləmişlər. Bu baxımdan ədəbiyyatşünas, şair-publisist Əli Rza Xələflinin düşüncələri maraqlıdır və qoyulmuş problemin həlli baxımından əhəmiyyət kəsb edir. O, haqlı olaraq qeyd edir ki, Novruz bayramı məsələsi tarixən Şərq xalqlarının, xüsusilə Azərbaycan xalqının, Qafqaz Albaniyasının ərazisi ilə sıx bağlıdır. Atropatena və Qafqaz Albaniyası ərazisində Novruz bayramının tarixi qaynaqlarda necə keçirilməsi ilə bağlı fikirlər bu gün də öyrənilməkdədir. Novruzun, xalqın ulu keçmişindən üzü bəri onun yaddaşında yaşayıb günümüzə qədər gəlib çıxması ortada olan gerçək faktdır. Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” roma-nında, Zərdüştlə bağlı materiallarda, bir çox mənbələrdə, Novruz adət-ənənələrində bu və ya digər şəkildə öz təsirini qoruyub saxlayır. Bəzi tədqiqatçıllar Novruzu daha çox atəşpərəstlərlə bağlayıb türk ruhundan kənarlaşdırmaq istəyirlər. Mənə elə gəlir ki, bu düzgün deyil. Çünki tarixən bu yerlə, bu yurdla bağlı olan Novruzun elə bu xalqın ulu keçmişində yeri olduğunu heç kim dana bilməz. Novruzla bağlı düşüncə materialları onun tarixinin çox qədim olduğunu göstərir. Çox təəssüf ki, İslam dini gələndən sonra Novruzu qadağan edə bilməsə də, ona dini mahiyyət verməyə, dini don geydirməyə çalışır. Bax, bu əslində xalqı yaddaşsızlaşdırma təşəbbüsüdür. Novruza nə qədər dini don geydirsələr də, o milli ruhunu qoruyub saxladı. Çünki İslamdan xeyli əvvəlki dövrlərə, ta-rixlərə bağlıdır. Mən indiyədək Novruzla əlaqədar müxtəlif yazılar yazmışam. “Novruzda 7 tonqal qalanır” adlı yazı ilə bağlı professor Azad Nəbiyev mənə zəng edib soruşmuşdu ki, niyə 7 tonqal? Dedim birinci tonqala Yalançı Çərşənbə deyirlər. 2-ci tonqal sadalanan 4 çərşənbədir (Su, Od, Torpaq, Yel). Digəri yeni il, yəni “Yaz günü” axşamı qalanan tonqaldır. Bir tonqal isə səhər tezdən qalanır. Həmin yazıda çərşənbələrin adları ilə bağlı fikirlərimi, mülahizələrimi də bölüşmüşdüm. 4 çərşənbə həyatın 4 elementi, 4 ünsürü ilə əlaqəlidir. Yəni, Su, Od, Torpaq və Hava (Yel). Burda xüsusi ardıcıllıq var. Novruz ümumiyyətlə, yaradılış bayramı olduğuna görə, türk xalqlarında bir Yaradılış mifi də var. Yaradılış bayramı olduğuna görə burda həyatın əmələ gəlmə prosesi məntiqi ardıcıllıqla özünü göstərir. Suyun, həyatın əmələ gəlmə prosesində ilkin olduğu anlamına baxaq. Bir çox planetləri şərh edəndə onların buz təbəqəsindən ibarət olduğunu qeyd edirlər. Həmin buz təbəqəsi eyni zamanda Yer planetinə də aid edilir. Bu, həya-tın ilkin əsasının sudan ibarət olamsı anlamına gəlir. Sonra Yerin maqması, Yerin dərinliklərində gedən odlu proseslər – qızma prosesi üzə çıxır və bu müxtəlif vulkanlarla müşayiət olunur, buzlar çatlamağa, əriməyə başlayır. Sonra buxarlanmalar, daha sonra torpağın üzə çıxması prosesi gedir. Nəha-yət, həyatın əmələ gəlmə prosesində oksigenin rolu ortaya çıxır. Deməli, axırıncı ünsür əslində küləkdir, yeldir, yəni havadır. Osigensiz həyat ola bilməzdi axı. Buna görə də axırıncı Külək Çərşənbəsi – Yel Çərşənbəsidir. Ab, Atəş, Xak, Bad. Bu ardıcıllıq, bu sıralanma Azərbaycan şifahi xalq ədəbiyyatında nağıllarda və miflərdə də qorunub saxlanılıb. O cümlədən Dirili Qurbanidə. Qurbanini bəzən aşıq kimi xarakterizə edirlər, ancaq Dirili Qurbani xalq mütəfəkkiridi, el şairidi, ozandı, qopuzla saz arasındakı mərhələdə – saza keçiddə Qurbaninin əvəzsiz xidmətləri vardır. Yəni, sazı da kifayət qədər mənimsəmiş mütəfəkkir sənətkardır. O deyir: Ay ağalar, dərdim yaman artıbdı, Çərxi-fələk eldən daşım atıbdı, Səkkiz şeydi, bu dünyanı tutubdu, Abu, atəş, xakü, baddı, dördü nə? Bir şerində də “dünyanın məhəbbəti dörd kitabdadır”- deyən şair yenə həmin fikrə qayıdır, yəni dünyanın dörd ünsürdən (su, istilik, torpaq, hava) təşəkkül tapması fikrini irəli sürüb.
AZƏRBAYCAN ƏDƏBİYYATŞÜNASLIĞINDA BİRİNCİ TÜRKOLOJİ QURULTAYIN ROLU
XX əsrin əvvəlləri türk xalqlarının elmi və mədəni həyatında mühüm dəyişikliklər dövrü kimi xarakterizə olunur. Bu dövrdə türk xalqlarının dili, ədəbiyyatı, tarixi və mədəni irsinin sistemli şəkildə öyrənilməsi istiqamətində geniş elmi fəaliyyətlər başlanmışdır. Bu prosesin ən mühüm hadisələrindən biri 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay olmuşdur. Qurultay türk dünyasının müxtəlif ölkələrindən olan alimləri bir araya gətirərək türk dillərinin, ədəbiyyatının və mədəniyyətinin elmi əsaslarla tədqiqinə yeni istiqamətlər vermişdir. Bu mühüm elmi toplantı Azərbaycan elminin, xüsusilə də ədəbiyyatşünaslığın inkişafında mühüm rol oynamışdır. Birinci Türkoloji Qurultay 1926-cı ilin fevral–mart aylarında Bakı şəhərində keçirilmişdir. Qurultayda Sovet İttifaqının müxtəlif bölgələrindən, eləcə də Türkiyə və Avropadan gəlmiş alimlər iştirak etmişdir. Qurultayın əsas məqsədi türk dillərinin inkişaf perspektivlərini müəyyənləşdirmək, türk xalqlarının ortaq elmi problemlərini müzakirə etmək, elmi terminologiyanı sistemləşdirmək və zəngin türk ədəbi irsini araşdırmaq idi. Qurultayda dilçilik məsələləri ilə yanaşı, türk xalqlarının ədəbiyyatı, folkloru və mədəni əlaqələri də geniş müzakirə olunmuşdur. Bu baxımdan qurultay yalnız dilçilik deyil, həm də ədəbiyyatşünaslıq sahəsində mühüm elmi hadisə kimi qiymətləndirilir.
Qurultayın Bakıda keçirilməsi Azərbaycan alimlərinin bu tədbirdə geniş şəkildə iştirak etməsinə imkan yaratmışdır. Qurultayda Azərbaycanı bir sıra görkəmli alimlər və ziyalılar təmsil etmişdir. Onlar qurultayın müzakirələrində fəal iştirak edərək türkoloji tədqiqatların inkişafına töhfə vermişlər. Azərbaycan nümayəndələri arasında Səməd Ağamalıoğlu, Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Vəli Xuluflu, Əli Nazim, Abdulla Şaiq, Mikayıl Rəfili, Əziz Şərif və Mustafa Quliyev kimi tanınmış elm və mədəniyyət xadimləri olmuşdur. Bu alimlər qurultayda türk dillərinin inkişafı, folklorun toplanması, ədəbiyyatın tədqiqi və əlifba məsələləri ilə bağlı mühüm fikirlər irəli sürmüşlər. Xüsusilə Bəkir Çobanzadə türkologiya elminin inkişafında böyük xidmətləri olan alimlərdən biri kimi qurultayın elmi müzakirələrində fəal iştirak etmişdir. Onun çıxışları türk dillərinin qrammatik quruluşu və elmi tədqiqi ilə bağlı mühüm əhəmiyyət kəsb etmişdir.
Birinci Türkoloji Qurultay Azərbaycan ədəbiyyatşünaslığının inkişafına ciddi təsir göstərmişdir. Qurultaydan sonra Azərbaycan ədəbiyyatının tədqiqi daha sistemli və elmi xarakter almağa başlamışdır. Azərbaycan alimləri milli ədəbiyyatı yalnız yerli mühit çərçivəsində deyil, ümumtürk ədəbi prosesinin tərkib hissəsi kimi araşdırmağa başlamışlar. Bu dövrdən etibarən Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı geniş şəkildə tədqiq olunmağa başlanmışdır. Xüsusilə Nizami Gəncəvi, Xaqani Şirvani və Məhəmməd Füzuli kimi böyük sənətkarların yaradıcılığı türk dünyasının ədəbi kontekstində öyrənilmişdir. Bu yanaşma Azərbaycan ədəbiyyatının ümumtürk mədəniyyətində tutduğu mövqenin daha aydın şəkildə müəyyən edilməsinə imkan yaratmışdır. Qurultay Azərbaycan ədəbiyyatşünaslığında yeni metodoloji yanaşmaların formalaşmasına da təsir göstərmişdir. Ədəbiyyatın tədqiqində müqayisəli metod, tarixi-tipoloji yanaşma və mənbəşünaslıq prinsipləri daha geniş tətbiq olunmağa başlamışdır. Bu yanaşmalar Azərbaycan ədəbiyyatının inkişaf mərhələlərinin daha elmi əsaslarla araşdırılmasına şərait yaratmışdır. Eyni zamanda qurultaydan sonra türk xalqlarının folklorunun toplanması və öyrənilməsi istiqamətində də geniş fəaliyyət başlamışdır. Bu proses Azərbaycan folklorşünaslığının inkişafına da müsbət təsir göstərmişdir. Birinci Türkoloji Qurultayın mühüm nəticələrindən biri də türkoloji elmi terminologiyanın formalaşması olmuşdur. Qurultayda qəbul edilən qərarlar türk dillərində elmi terminlərin sistemləşdirilməsinə və vahid terminoloji sistemin yaradılmasına kömək etmişdir. Bu isə Azərbaycan ədəbiyyatşünaslığında istifadə olunan terminlərin elmi əsaslarla inkişafına təkan vermişdir. Qurultay həmçinin türk xalqları arasında elmi və mədəni əlaqələrin möhkəmlənməsinə də böyük təsir göstərmişdir. Müxtəlif ölkələrdən gəlmiş alimlər arasında qurulan elmi əlaqələr sonrakı dövrdə ortaq tədqiqatların aparılmasına və türk xalqlarının ədəbi irsinin daha geniş şəkildə öyrənilməsinə imkan yaratmışdır. Birinci Türkoloji Qurultay Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm mərhələ təşkil etmişdir. Qurultay Azərbaycan alimlərinin türk dünyasının elmi mühitinə inteqrasiyasını gücləndirmiş, milli ədəbiyyatın ümumtürk kontekstində öyrənilməsinə şərait yaratmış və ədəbiyyatşünaslıq sahəsində yeni metodoloji yanaşmaların formalaşmasına təkan vermişdir. Bu baxımdan Birinci Türkoloji Qurultay yalnız elmi toplantı deyil, həm də türk xalqlarının mədəni və elmi əməkdaşlığının inkişafında mühüm rol oynayan tarixi hadisə kimi qiymətləndirilir. Onun nəticələri Azərbaycan ədəbiyyatşünaslığının sonrakı inkişaf mərhələlərində də öz təsirini göstərmiş və bu sahədə aparılan tədqiqatların elmi əsaslarının möhkəmlənməsinə xidmət etmişdir. XX əsrin 20-ci illərində türk dünyası, həm siyasi, həm də mədəni sahədə böyük dəyişikliklər yaşamışdır. Bu dövr türk xalqlarının ədəbiyyat və dil araşdırmalarında yeni mərhələnin başlanğıcı hesab olunur. 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dünyasının elmi və mədəni həyatında xüsusi rol oynamış, eyni zamanda Azərbaycan ədəbiyyatşünaslığı üçün yeni imkanlar yaratmışdır. Qurultay yalnız türk xalqlarının ədəbiyyat və dillərini öyrənməklə kifayətlənməyib, onların ortaq mədəni irsini sistemləşdirmək və türkoloji məktəbin formalaşmasına zəmin yaratmaq məqsədi daşıyırdı.
XX əsrin 20-ci illəri türk dünyası üçün həm siyasi, həm də mədəni transformasiya dövrü olmuşdur. Sovet İttifaqının yaranması və mərkəzləşdirilmiş elmi institutların formalaşması türk xalqlarının ədəbi və mədəni inkişafını yeni mərhələyə çıxarmışdır. Bu dövrdə Bakının seçilməsi qurultayın təşkil olunması üçün strateji əhəmiyyət kəsb edirdi, çünki şəhər mədəniyyət və elmi əlaqələrin mərkəzi olaraq tanınırdı (Əliyev,2002). Birinci Türkoloji Qurultayın əsas məqsədi türk xalqlarının ortaq ədəbi və mədəni irsini sistemləşdirmək, terminoloji və metodoloji məsələləri müəyyən etmək və türkoloji məktəbin yaradılmasına zəmin hazırlamaq idi. Qurultayda Azərbaycan, Türkiyə, Orta Asiya, Qafqaz və digər türk ölkələrindən alimlər iştirak etmiş, müxtəlif sahələr üzrə məruzələr təqdim edilmişdir. Müzakirələrdə yalnız ədəbiyyat deyil, həm də dil, folklor və tarix mövzuları əhatə olunmuşdur. Azərbaycan alimləri bu qurultayda fəal iştirak edərək milli ədəbiyyat nümunələrini türkoloji kontekstdə təqdim etmiş və qarşılıqlı elmi əlaqələr yaratmışdır. Qurultay, Azərbaycan ədəbiyyatşünaslığında türkoloji düşüncənin sistemləşməsi üçün platforma rolunu oynamışdır (Quliyev, 2010). Azərbaycan ədəbiyyatşünaslığı tarixən türkoloji elementlərdən təsirlənmişdir. XIX əsrdə klassik türkoloji araşdırmalarla başlayan proses XX əsrin 20-ci illərində Birinci Türkoloji Qurultay vasitəsilə sürətlənmişdir. “Kitabi-Dədə Qorqud”un türkoloji aspektdə tədqiqi Azərbaycan ədəbiyyatşünaslığında yeni metodların tətbiqinə səbəb olmuşdur. Alimlər həmçinin türk xalqları arasında ortaq motivlərin və süjetlərin müqayisəli təhlilini aparmış, milli mədəni irsin qorunması və inkişafı məsələlərini gündəmə gətirmişlər (Rzayeva, 2018). Qurultayda təqdim olunan məruzələr Azərbaycan ədəbiyyatşünaslığının beynəlxalq elmi müstəvidə inkişafı üçün əsas platforma yaratmışdır. Azərbaycan ədəbiyyatşünaslığında türkoloji məktəb üç əsas mərhələdə formalaşmışdır: Klassik türkoloji dövr: XIX-XX əsrlərdə türk xalqları ədəbiyyatının elmi əsaslarla tədqiqi başlanmışdır. Bu dövrdə alimlər folklor, dastan və poeziya nümunələrini müqayisəli yanaşma ilə araşdırmışdır. Sovet dövrü: Türkoloji tədqiqatların ideoloji çərçivəyə alınması və dövlət tərəfindən dəstəklənməsi dövrü. Bu mərhələdə terminoloji məsələlər və müqayisəli tədqiqatlar dövlət proqramları ilə təmin edilmişdir. Müstəqillik dövrü: Qloballaşma və rəqəmsal humanitar elmlərin tətbiqi ilə türkoloji araşdırmaların müasir metodlarla aparılması. Bu dövr tədqiqatçılara həm milli, həm də beynəlxalq kontekstdə ədəbiyyat nümunələrini təhlil etmək imkanı vermişdir (Allahmanov, 2020).
Birinci Türkoloji Qurultay klassik dövrün əsas nümayəndələrini bir araya gətirərək yeni məktəbin bünövrəsini qoymuşdur. Bu tədbir Azərbaycan ədəbiyyatşünaslığında türkoloji istiqamətin inkişafında dönüş nöqtəsi olmuşdur. Bugünkü dövrdə Azərbaycan ədəbiyyatşünaslığı türk dünyası ilə qarşılıqlı əlaqələri genişləndirməkdədir. Birinci Türkoloji Qurultayın mirası müasir tədqiqatçılar üçün həm metodoloji, həm də mədəni baxımdan əhəmiyyətlidir. Qurultayda müzakirə olunan məsələlər, xüsusilə ortaq ədəbi yaddaş, milli kimlik, türk dili poetikası və folklor nümunələri çağdaş tədqiqatlarda əsas istiqamət kimi istifadə olunur. Azərbaycan ədəbiyyatşünaslığı bu gün də türk dünyası ilə qarşılıqlı əlaqələri inkişaf etdirmək, ortaq ədəbi irsi qorumaq və yeni metodlarla tədqiq etmək istiqamətində fəaliyyət göstərir. Qurultayın ideyaları müasir müqayisəli ədəbiyyat və türkoloji tədqiqatlarda özünü göstərməkdədir. Birinci Türkoloji Qurultay Azərbaycan ədəbiyyatşünaslığında türkoloji istiqamətlərin formalaşmasına mühüm töhfə vermişdir. Qurultay Azərbaycan alimlərini bir araya gətirmiş, müqayisəli ədəbiyyat, folklorşünaslıq və terminoloji məsələlər üzrə yeni tədqiqatların əsasını qoymuşdur. Bu hadisənin elmi və mədəni əhəmiyyəti günümüzdə də qorunur və müasir tədqiqatçılar üçün örnək təşkil edir.
Ədəbiyyat siyahısı
Əliyev, R. (2002). Azərbaycan türkoloqları və Birinci Türkoloji Qurultay. Bakı: Elm.
Quliyev, N. (2010). Türkoloji düşüncənin Azərbaycan ədəbiyyatşünaslığına təsiri. Bakı: Qanun.
Hüseynli, N. (2015). Kitabi-Dədə Qorqud və türkoloji araşdırmalar. Bakı: Təhsil.
Rzayeva, S. (2018). Türk xalqları ədəbiyyatında ortaq motivlər. Bakı: Nurlu Elm.
Allahmanov, M. (2020). Müstəqillik dövründə Azərbaycan türkoloji məktəbi. Bakı: Avrasiya Universiteti Nəşriyyatı.
Bu dünyada sözlər çoxdur, gözəl anam, İnan ki, yenə yetmir sevdiyimi anlatmağa. Sənin istiliyinlə mən dünyamı isidirəm, Həyatdakı ilk cənnətim sən özünsən, canım anam.
Əllərimdən tutanda, məni qucaqlayanda, Gülümsəyib baxanda qorxularım yox olur. Mehriban baxışınla yoluma nur ələnir, Sənin saf işığınla yollarım çiçəklənir.
Şəfqətli əllərinlə saçlarımı oxşadın, Beşiyimi yelləyib layla deyib qorudun. Mənim üçün həyatda həm güldün, həm ağladın, İndi başa düşürəm cənnət uzaqda deyil, qəlbində gizlənirmiş. Həyatdakı ilk cənnətim, qəlbimin ilk limanı…
01.08.2023.
İkiqat xoşbəxtlik
İki qızım – iki gözüm . Ruhumun, qəlbimin iki yarısı. Biriniz sakit liman, birinizsə od-alov, Fərqli olsanız da siz, Qəlbimin ən saf yerindəsiniz.
İki qızım – iki mələyim, Siz mənim sevincim, qürurumsunuz, Səmadakı sonsuz ulduzumsunuz. Sevgiylə döyünən qəlbimsiniz siz. Yaxşı ki, varsınız siz hər ikiniz!
İki qızım – iki qanadım. Qəlbinizə dolsun xoşbəxtlik nuru. Sevinciniz yayılsın səmaya doğru, Siz varsınız – dünya mənə doludur! Mən sevgimlə işıq olaram sizə.
16.04.2025.
Xoşbəxtlik rəsmi
Fırçamı alıram əlimə, rənglər gülür mənimlə, Günəş sarı, bulud mavi – hər toxunuş sevinc verir. Quşlar uçur kanvasımda, çiçəklər rəqs edir, Hər fırça toxunuşu “Xoşbəxtlik!” deyir.
Dünyanı rənglərlə gülümsədirəm, Yayılır hər küncə xoşbəxtlik anı. Fırçam toxunduqca izlər danışır. Ürəyimdən gələn sevinci paylaşır!
Palitramda gözəl həyat, sevgi, ümid, Xoşbəxtlik daşıyır hər nöqtə, hər xətt. Rənglər danışdıqca, gülümsəyirəm, Hər anı sevgiylə yaşayıram mən! 25.10.2025
Mən ümidlə yol gedirəm
Bu həyatın yükü ağır, Addım-addım yol gedirəm. Ömrün buludlu günlərin Gülümsəyib yad edirəm. Mən şükür edib hər günümə, hər anıma, Bir məqsədlə, bir ümidlə, Xoş arzuyla yol alıram. Yol gedərkən mənə baxıb Addımımın ağırlığın, Gözümdəki qəm qüssəni, Qəlbimdəki həyəcanı, Beynimdəki hesabları heç görməyən, Həsəd çəkən insanlara Gülümsəyib yol gedirəm. İnanaraq addımlayıb İşıq gələn səmtə doğru, Mən ümidlə gələcəyə yol gedirəm.
15.07.2014.
İstəyirəm
İllər əvvəl mən atamı itirdim. Yox, mən onu itirmədim! Dünya, sən onu aldın məndən. İndi bir xahişim var səndən, Gəl, çarxı fırladıb geriyə dönək, Uşaqlıq ilimə səyahət edək. Sual verəcəksən hansı illərə? Hansı arzu,istəklərə? İstəyirəm, istəyirəm yenə qapımız döyülsün, Atam gəlsin evimizə. İstəyirəm uşaq olum, qucağina alsın məni. İstəyirəm mən arada küsüm ondan, O da məni əzizləsin, Mənə arxa – dayaq olsun. Bilirəm, ey dünya, Bu bir istəkdir. Arzular, istəklər bitmir dünyada. Şikayət etmirəm mən sənə, dünya. Əksinə, təşəkkür edirəm sənə. O təmiz ürəkli, mərd insan üçün Gözəl atam üçün borcluyam sənə.
15.05.2025
Ana qəlbli güclü qadın
Azərbaycan Uşaqlar Birliyinin sədri, uşaq hüquqları müdafiəçisi Kəmalə Ağazadəyə həsr edilib
Qadınsan, bir ordu tək qüvvətlisən. Mərhəmət ən böyük gücündür sənin. Bu güc sənin zehnindədir, sevgindədir, Gözəlliklə dolu olan sənin o saf qəlbindədir. Ana qəlbli güclü qadın!
Həyatın sərt küləklərinin sındırdığı körpələrə, Qorxu dolu anlarında “ana”, “nənə” sözlərini Cəsarətlə deməsinə nəfəs oldun, arxa oldun. Taleləri dəyişən bir möcüzəsən, Ana qəlbli güclü qadın!
Sən divar quraraq, ümid tikirsən, Qaranlıq gecəni aydın edirsən. Axan göz yaşını sən gizlədirsən, Gülüş paylayırsan, ümid verirsən. Ana qəlbli güclü qadın!
Qaranlıq gecənin laylasıdır sənin səsin, Dua kimi taleləri isidəndir sənin əlin. Sənin adın körpələrin taleyinə yazılandır, Sənin əlin hər uğurda çiyinlərdə görünmədən daşınandır. Ana qəlbli güclü qadın! 25.01.2026
Novruz nəğməsi
Boylanır çiçəklər çöllərə sarı, Süzülür səmadan bahar nəfəsi. Günəş dan yerində nur kimi gülür, Aydın sabahlara yol salır ümid.
Sular pıçıldaşıb daşlara dəyir, Atlanır od üstə saf niyyətimiz. Qışın kədərini əsən yel qovur, Torpağın səsiylə oyanır bahar.
Süfrə bərəkətli, səməni yaşıl, Tonqal ətrafına biz yığışmışıq. Cücərir məhəbbət qəlblərimizdə, Yenidən həyat həvəsi doğulur bizdə.
Sevgi, məhəbbətdir sədaqətimiz, Novruzla dirçəlir ümidlərimiz. Qədim nəğməsiylə bu ulu bayram, Birliyə, dostluğa səsləyir bizi.
01.03.2026.
Rəssam qızıma
Rəssam qızım, çək rəsmimi, Üzümdə kədər olmasın. Sən nuru çək, parıldatsın gözlərimi, O gözlərdə sevgi dolu ürəyimi.
Bir gözümdə bacını çək, o birində özünü, Hər fırça toxunuşun əks etdirsin ruhumu. Bir anlığa yox elə kədərin kölgəsini, Rənglərinlə canlandır həyatın nəğməsini.
Fırçanla can tapsın həyatın rəngi, Boya qəlbimdəki sonsuz ümidi. Mənim gülüşümü, səadətimi, Ruhumu hər xətdə əbədi əks et.
Həyatımın rəngi bir gün solarsa, Yaşayar ümidim rəsmlərində. 08.03.2026
Pedaqogika elmləri doktoru, professor KAMAL CAMALOVİstanbul şəhərində keçirilən beynəlxalq konfransdan sonra öz təəssüratlarını bölüşüb:
“İstanbul şəhərində keçirilən beynəlxalq konfransda şair Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabına həsr olunmuş məqalə ilə çıxış etməyim elmi və ədəbi baxımdan mühüm təcrübə kimi dəyərləndirilə bilər. Məruzəmdə şairin poetik yaradıcılığında əks olunan mənəvi-estetik dəyərləri, sevgi mövzusunun bədii ifadə xüsusiyyətlərini və onların tərbiyəvi mahiyyətini elmi müstəvidə təhlil etmişdim. Beynəlxalq elmi mühitdə səsləndirdiyim bu fikirlər Azərbaycan ədəbiyyatının və milli pedaqoji fikir ənənələrinin tanıdılması baxımından əhəmiyyətli hesab oluna bilər. Təqdim etdiyim məruzə konfrans iştirakçıları tərəfindən müsbət qarşılanmış və çıxışıma görə müvafiq sertifikatla təltif olundum. Bu fakt görülən elmi işin və təqdim olunan araşdırmanın beynəlxalq elmi mühitdə müəyyən dərəcədə qiymətləndirildiyini göstərir gümanındayam.”
YAZARLAR olaraq professor Kamal Camalovu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
ŞAİRƏ KAMALƏ ABIYEVA SƏMİMİYYƏTİ… “LİTERA”DA GÖRÜŞ
Müəlliflər oxucularla hər görüşü səbrsizliklə gözləyirlər. Təkcə ona görə yox ki, görüşdə istidəyin qədər adam iştirak etsin. Əsas məsələ ondan ibarətdir ki, şairi, kitab müəllifini tanıyırlar, əsərlərini oxuyurlar, onu dəyərləndirirlər, öz fikirlərini auditoriya qarşısında ifadə edirər. 14.03.2026-cı il tarixində “Litera” –book and coffee”də keçirilən ədəbi yığıncaqda bir daha bunun şahidi olduq. Pedaqoji fəaliyyətlə yanaşı, nəğməkar şairə, publisist və ictimai fəal kimi tanınan Kamalə Abıyeva ilə görüşdə bu qənaətə gəldik. Yaşının ahıl çağlarına qədəm qoymasına baxmayaraq, Kəmalə xanım Abıyevada olan tükənməz enerjiyə, həyata baxışına və sabaha inamına heyran qalmamaq mümkün deyil. Yaradıcı insanlarda Allahın ona bəxş etdiyi ilham, ilahi ruh olur. Əgər bu ruh yoxdursa, ələ qələm almaq mənasızdır. “Litera”da keçirilən görüşdə şairənin təkcə bir kitabı haqqında yox, ümumi yaradıcılığı haqqında söhbət açıldı. Ədəbi yığıncağı təşkil edən “Zərif kölgələr” yaradıcı klubunun rəhbəri və yaradıcısı Aysel Nəsirzadə və klubun fəallarından Həmidə xanım, nəğməkar şairə Kəmalə Abıyevanı oxucuları ilə görüşdürməklə, ona böyük bir sevinc yaşatdılar. Görüşün aparıcısı şairə Aysel xanım Fikrət tədbiri xoş sözlərlə açaraq, bütün iştirakçıları səmimiyyətlə salamladı, şairə K.Abıyeva haqqında ürək sözlərini məclis iştirakçılarına çatdırdı. Ümumən görüş iştirakçıları şairə K.Abıyeva haqqında xoş sözlər söylədilər və xüsusilə vurğuladılar ki, şairənin əsərlərinin mayası halal zəhmətdən yoğrulub, oxucunun qəlbinə yol tapır, müasir dövrün problemlərini önə çəkir, yüksək vətəndaşlıq ruhu aşılayır, insanları mənəvi paklığa və təmizliyə dəvət edir. Onun əsərlərində xeyrin şər üzərində qələbəsi görünür. Görüşdə çıxış edənlər arasında şairə-publisist Aysel Əlizadə, şairə Aysel Xanlarqızı Nəsirli, yazıçı-publisist Bahəddin Həzi, qiraətçi Bəhiyyə Nağıyeva, yazıçı publisist Səadət Sultan, şairə Zeynəb Cəmaləddin qızı, oxucu Çiçək xanım, yazıçı Şahsənəm xanım və bir neçə oxucular iştirak edirdilər. Şairənin şeirlərindən parçalar xüsusi bir istəklə səsləndirildi. İştirakçılar Kamalə xanımın yazdığı şeirlərə bəstələnən mahnılar haqqında ağızdolusu söhbət açdılar. Nəğməkar şairə onunla görüşə gələnlərə minnətdarlıq ifadə etdi və gələcək yaradıcılıq işlərindən danışdı. Müəllifi olduğu bir neçə kitabını imzalayıb, oxuculara təqdim etdi. Sonda “Zərif kölgələr” yaradıcılıq klubunun rəhbəri Aysel Nəsirzadə qeyd etdi ki, “Litera” kitab məkanında keçirilən bu səpkidən olan ədəbi görüşlər ilk və son olmayacaq – belə silsilə görüşlər ədəbi yaradıcılıqla məşğul olan digər şair və yazıçılarla da keçiriləcək. Görüş iştirakçıları ilə xatirə şəkli çəkildi.
Bu məktubu yazarkən bir tərəddüd hissi keçirirəm. Çünki Sizin kimi sözün məsuliyyətini ömrü boyu çiyinlərində daşımış bir yazıçıya müraciət etmək, əslində, sözün imtahanıdır. Hər cümlə ölçülüb-biçilməli, hər fikir vicdandan süzülməlidir. Siz illər boyu bizə sözün necə yazılmalı olduğunu öyrətmisiniz. Bu gün isə biz Sizin haqqınızda söz deməyə çalışırıq. Səksən səkkiz illik ömür – bu, sadəcə zaman ölçüsü deyil. Bu, bütöv bir ədəbi tarixdir. Bu tarixdə həm sovet dövrünün mürəkkəb ideoloji çərçivələri, həm milli özünüdərk mərhələsi, həm də müstəqillik illərinin sarsıntıları var. Siz bütün bu mərhələlərdən keçərək Azərbaycan ədəbiyyatında öz yerinizi yalnız qoruyub saxlamadınız, onu daha da möhkəmləndirdiniz.
Azərbaycan nəsrində Sizin adınız xüsusi bir mərhələ ilə assosiasiya olunur. Sizdən əvvəlki nəsil əsasən ictimai-siyasi pafosun, kollektiv qəhrəmanlığın təsiri altında yazırdı. Siz isə diqqəti insanın daxilinə yönəltdiniz. Qəhrəmanlarınız tribunadan danışmır, öz ürəklərinin səsi ilə danışırdılar. Onlar bəzən zəif, bəzən tərəddüdlü, bəzən ziddiyyətli idilər. Amma həmişə canlı və həqiqi idilər. Siz sübut etdiniz ki, ədəbiyyat yalnız ideoloji sifarişin icrası deyil. Ədəbiyyat insanın özünə hesabatıdır. Vicdan qarşısında hesabatıdır. Bu baxımdan, Sizin yaradıcılığınız Azərbaycan nəsrində psixoloji realizmin yeni mərhələsini yaratdı. İnsan ruhunun incə qatlarını açmaq, daxili monoloqu dərinləşdirmək, susqunluğun arxasındakı ağrını göstərmək – bunlar Sizin ədəbi üslubunuzun ayrılmaz cəhətləridir. Sizin əsərlərinizdə zaman yalnız fon deyil, həm də obrazdır. Dövrün mənəvi atmosferi, cəmiyyətin təzyiqləri, fərdin sıxıntıları – bütün bunlar bir-birinə qarışaraq mürəkkəb bir tablo yaradır. Oxucu həmin tabloda özünü görür. Bəlkə də Sizin yaradıcılığınızın gücü məhz buradadır: oxucu özünü Sizin qəhrəmanlarınızda tapır.
Siz ədəbiyyatı yalnız estetik hadisə kimi deyil, həm də milli yaddaşın qorunması vasitəsi kimi qəbul etdiniz. Bu mövqe xüsusilə müstəqillik illərində daha aydın hiss olundu. Dilə, mədəniyyətə, ədəbi ənənəyə münasibətdə həmişə həssas oldunuz. Ədəbi mühitdə qloballaşma meylləri güclənəndə belə, Siz milli ruhun itirilməməsi üçün mübarizə apardınız. Çünki yaxşı bilirdiniz: ədəbiyyat öz kökündən qoparsa, uzunömürlü ola bilməz. Sizin prinsipial mövqeyiniz bəzən mübahisələr doğursa da, zaman göstərdi ki, bu mövqe ədəbiyyatın özünü qorumaq naminə idi.
Uzun illər ədəbi təşkilatın rəhbərliyində olmaq həm şərəf, həm də ağır yükdür. Çünki burada təkcə ədəbiyyat deyil, insan münasibətləri, ambisiyalar, incikliklər, gözləntilər də toqquşur. Siz bu mürəkkəb mühitdə tarazlığı qorumağa çalışdınız. Bir rəhbər kimi ən böyük üstünlüyünüz ədalət hissiniz oldu. Siz istedadı şəxsi münasibətdən üstün tutmağa çalışdınız. Gənc qələm sahiblərinə meydan vermək, onların səsini eşitmək, ədəbi prosesə cəlb etmək – bunlar təsadüfi addımlar deyildi. Siz bilirdiniz ki, ədəbiyyat nəsillərin davamlılığı ilə yaşayır. Bir çox gənc yazıçı ilk kitabının işıq üzü görməsində, ilk müzakirələrdə iştirakında Sizin dəstəyinizi hiss edib. Bəzən bir təşviqedici söz, bəzən konstruktiv tənqid, bəzən də sadəcə diqqətlə dinləmək – bunların hər biri yaradıcı insan üçün böyük stimuldur. Siz bunu əsirgəmədiniz.
Sizinlə eyni mühitdə çalışanlar deyirlər ki, Siz sakit və təmkinli görünməyinizə baxmayaraq, daxildə böyük prinsipiallıq daşıyırsınız. İşə məsuliyyətsiz yanaşanla sərt, zəhmətkeş və səmimi olanla isə son dərəcə qayğıkeş olmusunuz. Sizin tələbkarlığınız şəxsi ambisiyadan deyil, sənətə hörmətdən doğur. Siz sözün ucuzlaşmasına dözə bilmirsiniz. Ədəbiyyatın səviyyəsinin aşağı düşməsi Sizi narahat edir. Buna görə də iclaslarda, müzakirələrdə mövqeyinizi açıq şəkildə bildirmisiniz. Lakin bu tələbkarlıq heç vaxt insanı alçaltmaq formasında olmayıb. Əksinə, Siz tənqidi inkişaf vasitəsi kimi görmüsünüz. Bir yazıçının səhvini göstərərkən onun şəxsiyyətinə toxunmamaq – bu, böyük mədəniyyət tələb edir. Sizdə bu mədəniyyət var.
Yaradıcılıq mühiti bəzən rəqabət, hətta qısqanclıq mühiti ola bilir. Lakin Sizin həyat yolunuz göstərir ki, dostluq və sədaqət bu mühitdə də mümkündür. Siz dostlarınıza çətin günlərdə arxa oldunuz. Onların uğuruna səmimi sevindiniz. Heç vaxt başqasının kölgəsində qalmaq qorxusu ilə yaşamamısınız. Sizin üçün dostluq yalnız xatirələr deyil, həm də məsuliyyətdir. Dostun dərdini bölmək, haqsızlığa məruz qalanda yanında olmaq, arxasınca deyil, üzünə söz demək – bunlar Sizin xarakterinizin ayrılmaz hissəsidir. Ömrünüzün bu müdrik çağında dünyasını dəyişmiş dostlarınızın da xatirəsini yad etmək üçün hər məzar üstünə əyilib qoyduğunuz güllərlə üzünüzdəki dost itkisindən doğan iztirab daxili dünyanızın gözəlliklərinə açılan qapını bizim də üzümüzə açmış olur. İnsan, dost, sirdaş kimi səmimiyyətinizin də dəyərini dəyərləndirməyi bizə diktə etmiş olur.
Böyük ad qazanmaq insanı dəyişə bilər. Lakin Sizin simanızda biz şöhrətin yaratdığı süni məsafəni görmürük. İllərdir bir yerdə çalışırıq, Sizdən gördüyümüz səmimiyyət, sadəlik önündə baş əyirik. Siz qələm dostlarınızla, həmkarlarınızla, oxucu ilə, gənc yazarla, tələbə ilə ünsiyyətdə sadə qalmağı bacarırsınız. Səmimiyyətinizdə pafos yoxdur. Danışığınızda təmtəraq yoxdur. Fikirlərinizdə isə aydınlıq var. Siz mürəkkəb məsələləri belə sakit və məntiqli şəkildə izah edə bilirsiniz. Bu, həm zəkanın, həm də daxili balansın göstəricisidir.
Sizin əsərləriniz müxtəlif dövrlərdə yazılsa da, onların əsas mövzusu dəyişməz qalıb: insan və onun vicdanı. Bu mövzu nə köhnəlir, nə də aktuallığını itirir. Çünki cəmiyyət dəyişsə də, insanın daxili sualları dəyişmir. Siz insanı seçim qarşısında qoyursunuz. O, rahat yolu seçəcək, yoxsa vicdanlı yolu? O, susacaq, yoxsa danışacaq? O, uyğunlaşacaq, yoxsa etiraz edəcək? Bu suallar hər dövrdə aktualdır. Məhz buna görə də Sizin yaradıcılığınız zamanın fövqündə dayanır.
Bu gün Siz artıq təkcə yazıçı deyil, həm də ədəbi yaddaşın daşıyıcısısınız. Sizin xatirələriniz, müşahidələriniz, şahidi olduğunuz hadisələr Azərbaycan ədəbiyyat tarixinin canlı səhifələridir. Siz müxtəlif nəsillərlə ünsiyyətdə olmusunuz, fərqli dövrlərin ədəbi mühitini yaşamısınız. Bu təcrübə misilsizdir. Gənclər üçün Sizinlə bir masa arxasında oturmaq belə dərsdir. Çünki onlar yalnız bir yazıçını deyil, bir dövrü dinləyirlər.
Hörmətli Anar müəllim! Bu məktubda deyilənlər Sizin xidmətlərinizin yalnız bir hissəsidir. Bəlkə də sözlə ifadə etmək mümkün olmayan daha böyük bir mənəvi təsiriniz var. Siz bir çoxumuz üçün ədəbiyyata inamın simvolusunuz. Sözün hələ də dəyərli olduğuna inamın simvolusunuz. Səksən səkkiz yaş – müdriklik yaşıdır. Amma Sizin düşüncəniz hələ də canlı, enerjiniz hələ də hiss olunur. Arzu edirəm ki, bu müdrik səs hələ uzun illər eşidilsin. Yeni nəsillər də Sizin təcrübənizdən bəhrələnsin. Siz Azərbaycan ədəbiyyatında yalnız bir ad deyil, bir mövqesiniz. Bu mövqe vicdanın, səmimiyyətin, prinsipiallığın mövqeyidir. Və bu mövqe yaşadıqca, ədəbiyyatımız da yaşayacaq. Dərin ehtiram və sonsuz hörmətlə.
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, sözümüzü dünyaya tanıdan, ədəbiyyatımızın canlı nəfəsi olan Anar müəllimin doğum günüdür. Onu təbrik etməzdən əvvəl bir fikri demək istəyirəm. Bu yaxınlarda Anar müəllimin bir müsahibəsində oxudum ki, AYB qurultayında namizədliyini verməyəcək və AYB-dən gedəcək. Bu söz məni çox üzdü. Çünki mən AYB-ni Anar müəllimsiz təsəvvür edə bilmirəm. Anar müəllim təkcə yazıçı deyil. O, Azərbaycan nəsrinin bir dövrüdür, sözün yaddaşıdır, ədəbiyyatımızın yaşayan tarixidir. Onun qələmi ilə neçə-neçə nəsil ədəbiyyatı sevməyi öyrənib, sözün gücünü anlayıb. Mənə elə gəlir ki, Anar müəllim getsə, ədəbiyyat bizdən incik düşəcək, sözün işığı öləziyəcək. Şəxsən mənim o zaman nə şeir gələcək ürəyimdən, nə də nəsr… Əziz Anar müəllim! Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun, işıqlı və məhsuldar bir ədəbiyyat ömrü arzulayıram. Qoy qələminiz heç vaxt susmasın, sözünüz həmişə yaşasın və Azərbaycan ədəbiyyatının işığını daim yandırsın. Doğum gününüz mübarək!
Pul Sözünün mənasını mənalı edəndir bu pul, Dəsmalı ələ alıb, hər yanı siləndi bu pul. Yalanı həqiqət tək başa salandı bu pul, Mollanın sözü budur: “Tütəyi çalandır bu pul”. Çox böyük qüdrəti var bu kağızın, Yumacaq düz danışan bəndəsinin ağızın. Ananı yad edəcək can dediyi balasına, Pul olsa and içəcək pullu olan balasına. Geyimi bilməyənə, danışıb gülməyənə, Acını dinləyənə dərmandır bu pul, Ölümə fərmandır bu pul.
Bir ovuç torpaq Bir ovuç torpağı götürdüm ələ, Ayrılıq sözünü gətirdim dilə. Özüm bilə-bilə sıxdım əlimi, Yenidən torpağı buraxdım yerə. Çırpınan ürək tək o gəldi mənə, Kimləri udmusan, ey qara torpaq? Əzizi-xələfi salmısan uzaq, Sənin qucağında, de, kimlər yatır? Şah ilə nökərə sən fərq qoymadın, Burda sən onları heç ayırmadın. Hər biri olubdur bir ovuç torpaq — Bunun üçün, ey insan, vuruşmaq nahaq. O bizim heç zaman olmayacaqdı, Onun üçün vuruşan uyuyacaqdır, Bir ovuç torpaq olana qədər, Bu dünya viranə qalana qədər. De, kimlərə dərman olubdu səndən, Göz yaşı axıdıb töksə sinədən? Bir yazıq ananın, bax, nalesindən Yoğrulub qaraya boyanan torpaq — Bəlkə də fəryaddan oyanan torpaq.
Ana Övlad səni saymırsa, burax onu Xudaya, Bir gün sənə baxmayan, övlad düşər bəlaya. Ana övlad böyüdür, həyatından pay verir, Gecəni gündüz bilir, övlad onu saymayır. Əgər övlad saymırsa, əllərin iş tutmursa, Yer arala, gir ora, möhtac olma nadana. Bil ey övlad, bu dünyada cənnətində anadır, Cəhənnəmin – ananın böyütdüyü nakəs baladır. Siz dəyər verin ona, nə qədər ki, sağdır, Sonrakı göz yaşının, bil ki, yeri məzardır. Nə qədər ağlasan da, anan onu heç duymaz, Sən peşman olarsan, ruhu səni buraxmaz. Qocalanda analar, uşaq tək kövrək olur, Gözləri yolda qalır, böyütdüyü balaya. Bil ki, o möhtac qalır…
Daşlar Daşlar balalayır, onlar canlıdır, Daşlara ad qoyan uca Tanrıdır. Kiminə “fələyin daşıdır” – deyir, Kiminə “qəlbinin başıdır” – deyir. Kimisi bir igid nişanəsidir, Kimə doğma olur ana tək sənə, Çünki anan yatır daş olan yerdə. Kimi sərkərdədir, əli qılınclı, Kimi şair olur, ürəyi sözlü. Ayağın altında qoyduğun daşın — Niyə doğmalaşır sənə cahanda? Daş olub baxırlar sən baxan kimi… Bir gün daş olacaq — biz də, çox heyif… Düşünən beynimiz, vuran qəlbimiz, Bəzən kədərindən donan qəlbimiz, Daş olub baxacaq həyata daşdan. Balalayan daşın balası dönüb Xatirə qalacaq — bax həmən andan.
Qar Hanı bəyaz qarım, səndə ədalət? Bir isti nəfəslə əriyəcəksən. Soyuq kəpənək tək üçüb havada, Hər yeri bəyaza çevirəcəksən. Göylərdən gələrək düşüb ovucuma, Əzizləsəm, su olacaqsan. Bəzi insanlar tək yox olacaqsan. Uzaqdan baxıram sənə doyunca, Gözəl görünürsən uzaqdan məncə. Yaxından, tozundan su olacaqsan, Sən mənim əlimi donduracaqsan. Sən yağanda bir il keçir ömürdən, İnan mənə, nələr keçir könlümdən. Deyirəm ki, bu qar bizə göylərdən Bəlkə də böyük sevinc gətirər, Arzumuza bax, həyata keçirilər.
Çiçək bazarı Gör nə qədər çiçək bazarı var, Orda sevgi üçün güllər satırlar. Satılan güllər – sarı, çəhrayı, Hər gülün qəlbində bir sevgi payı. Niyə axı olub, bax, fevral ayı? Qoy olsun sevginin ayı baharda. Ağaclar gül açar həm o anda, Hədiyyə almayan qadın cahanda, Çiçəyini ağac çiçək açır baharda. Sıxılan ürəyi, boş olan əli, Nəvaçişə möhtac qalan telləri, Qəmdən, həsrətdən dolan gözləri — Bahar nəfəsi ilə isitsin o an, Hədiyyəsi versin Böyük Yaradan.
Gecə ölsəm, bağışla Gecə ölsəm, bağışla, vidalaşa bilmədim, Mən kədərli anamın, gözlərini silmədim. Gecə ölsəm, bağışla, telini oxşamadım, Sizinlə vidalaşıb, halalığını almadım. Qəbrimə çiçək gətir — mən çiçək dəlisiyəm, Onu qoxlamasam da, əllə oxşamasam da, Ruhum onu hiss edər, qəbrimdən gedən kədər. Bu həyatda ədalət olmayıbdır, bil, inan, Doğman qalır bir yana, həsrət çəkirsən yadın. Kürək ətrin gətirir, hiss edirsən yanında, İnan ki, ayrılıq var doğmanında, yadında — Bu həsrətdən, hicrandan ayrılacaq canında.
İnci çiçəyim Sən Tanrının payısan, Günəşisən, ayısan, İnci çiçəyim məni. Nənənin sevincisən, Nəvədə birincisən, Çiçəkdəndə incəsən, Həyatıma sevincsən, İncidəndə gözəlsən, Deyirəm ki, özəlsən, İnci çiçəyim məni. Nənən qurban adına, Tanrı çatsın dadına, Böyüyüb əl tutarsan, Qohumuna yadına. Sən nənənin nəvəsi, Ürəyinin həvəsi, Həsrət çəkən hərkəsi, Olsun sən tək nəvəsi. Dənizdə mirvarisən, Bağçalarda çiçəksən, İnci necə qəşəngsən? Sən nənəyə gərəksən, Şirinsən nabat kimi, Sevimli bir dad kimi.
İlahi Söylədiyim ilahi: niyə, nə üçün? Ayrılıq yaratdın sən bizim üçün. Sualım cavabsız qalsada mənim, Xəyalıma gəldi ilk gözlərim. Kiprikləri verib bizə yaradan, Onlarda qovuşmur hər saat, hər an. Gözümüzü yumub getsək yuxuya, Kipriklər qovuşur bax həmin anda. Onlar qovuşurlar yalnız gecədə, İnsan yatan zaman cismi tək qalır, Ruhu bədənindən bax uzaqlaşır, İnsan varlığını yaradan zaman, Ayrılıq olubdur birinci plan. Ruhdan, cinsdən olsada insan, Onlar ayrılırsalar, olarsan viran! Mənasız əşya tək səni sayarlar, Səndə soruşmadan məzar qazarlar. Bəyəm torpağı ayırıb yerdən, Bizə nəfəs verib o, sevgisindən. Sonrada ayırıb bizi yanından, Əzablı dünyaya atdı yaradan. Bax burdan başladı ayrılıq sözü, Nifrət edirəm bax, bax sözün düzünü.
Ana Dahidir Ana, bax şahdır Ana, Dünyaya can verən Allahdır Ana. O yanır zülməti göstərmək üçün, O yanır körpəsini isitmək üçün. Gül deyil, güllərdən o ətirlidir, Günəşdən aydan da biraz fərqlidir. Günəş isitsəndə səni uzaqdan, Ana isidəcək bax səni candan. Qaranlıq gecədə zülmət içində, Ana qucağınını açacaq sənə. Bir ömür bax, ana yanacaq sənə. Bəlkə də Allahın özüdür ana, Bəlkə də həqiqət sözüdür ana. Yaratmış dünyanın öz nəfəsi ilə, O lay-lay demişdi ürək səsi ilə. Sevgiylə yaratmış hər bir telini, Doqquz ay daşımış ağır yükünü. Sev ey insan oğlu ananı, sev ki, Ana sevgisinə cənnət verilər.
Yuxuların sirri Yuxuları bizə verdin ilahi, Yorğunluqdan rahatlanan yuxular. Sirrlər dolu boğça olub qalıbdır, Aylardan xəyal olan yuxular. Yüz alimin gücü çatmaz sirrinə, Düzəltsədə atom kimi vəlvələ. Yeri göyü qarışdırsa əlimlə, Gücü çatmır yuxuların sirrinə. Bəzi yuxularda xoşbəxt oluruq, Bəzi yuxularda gül tək soluruq. Bəzi yuxularda tənha qalırıq, Bəzəndə vüsala qonaq oluruq. Ayrılanda yenə tənha qalırıq. Bəlkə də yuxudur həyatın özü, Həyatdan baş açmır insan bax düzü. Yuxuda xoşbəxt olubsa düzü, Ayrılmaq istəməz bax sözün düzü. Bu nə sirrdir ruhun çıxır cismindən, Bir toxunuşa o qayıdır yenidən. Yuxuları mənə verən gecədən, Qara olub xəlvət saxlar sirrini. Ey İlahi, söylə yuxuların sirrini, Sirr saxladın həqiqətin özünü. Bizə söylə yuxuların sirrini, Yata bilmir dərdi olan analar, Yata bilmir yarə həsrət qalanlar, Yata bilmir bu dünyada haramlar. Ey İlahi, sən saxlama yuxuların sirrini, Bizə söylə yuxuların sirrini.
Gözlərin dili Gözlərin ağlayır, gözlərin gülür, Bir süzgün baxışla sözünü deyir. Qaçıra bilməzsən baxışlarını, Mən orda görürəm səni özünü, Düzəltmək istəsən hər bir sözünü. Baxışlar olur qəlbin aynası, Aynada görürəm mən həqiqəti, Gizli saxladığım bütün sirrləri, Mən orda görürəm necə sevirsən, Mən orda görürəm nifrət edirsən. İlahi, bu gözlər bəlkə fəryaddır, Orda sular axır bulaqlar kimi. Bir baxış qəlbini isitsə gülüm, Bu acı hisslərlə kövrələr həmən, Yaşlar açacaqdır həmən gözlərdə, Sevinsin ürəyin, sevinsin qəlbin. Onda sevinəcəyək səni gözlərin, Baxışlar bax həmən dəyişəcəkdir, Sevgidən, sevincdən kövrələcəkdir, Bəlkə də gözlərin bax biləcəkdir: “İlahi necə də hikmət yaradıb, Baxışla dünyanı yıxıb, talayıb!”. Daxili dünyanın bax o səsidir, Hər qəlbin mənası döyülməsidir.
Sahibsiz küçük Gözlərini açmayıbdır bu sahibsiz küçük, Güllələnib anası, harda alsın qidasını. Ey insanlar, canlıdır, nə olar ki dili yoxdur, Öldürməyin heyvanları, bu dünyada yerdə çoxdur. Bir parça çörək verin, əzizləyin siz onları, Siz vurursunuz anaları, cingildəyir balaları. Yetim qalır bu əzablı dünya üçün, Göz açmayır, zingildəyir, imdat dilər. Anasını vuranlarda bir parça çörək umar, Siz qoymayın heyvanlara, onlarında duyğusu var. Yetim qalan kiçiklərin qarğışı var, Qururlanıb arxalanıb, bax, böyüyüb qaçması var. Siz qırmayın heyvanlara, sahib durun siz onlara, Güllələnən sahibsizlər sizə yiyə durmadılar. Bir parça çörək nədir onu sizə qıymadılar.
Mən dünyanı uduzmağa gəlmişəm Mən dünyanı uduzmağa gəlmişəm, Payız fəsli ağlayaraq gəlmişəm. Bu gəlişlə sevincləri silmişəm, Bu dünyaya uduzmağa gəlmişəm. Mən sevgidə gözlərimi silmişəm, Ürəyimi səsini dinləmişəm. Həqiqətin kor gözümlə görmüşəm, Mən bu dünyaya uduzmağa gəlmişəm. Anlamırdım həyat belə qısadır, Gənclik ömrü yanmaq üçün puçadır, Nakam sevgi ömür təki qısadır, Ömrü boyu heç olmağa gəlmişəm. Mən bu dünyaya uduzmağa gəlmişəm. Bu dünyaya uduzan kim, udan kim, Fərəhindən qanadlanıb uçan kim, Mənim kimi röyalarda yatan kim, Zər də tutub oyunlara baxan kim, Həyatı ilə razılaşıb qalan kim, Arzusuna, niyyətinə çatan kim, Mən kimi xəyallarda qalan kim, Mən dünyada uduzmağa gəlmişəm.
Bir eşqə inanıram Qalan məncə yalan olar, Bir ürəyin düşündüyü, İkinci eşq ziyan olar. Mən bir eşqə inanıram, O gecədə səhər olar. Mən bir eşqə inanıram, Ayrılıq zəhər olar. Sev sən onu pərvanələr yanan kimi, Sev sən onu yaddaşlarda qalan kimi, Punhan – punhan sev sən onu, Aşkar etsən viran olar. Sev sən onu, qoyma onu kimsə duyar, Gözəlliyi bu dünyada bəyan olar. Sev sən onu nəfəs kimi, Sev sən onu eşqdə olan həvəs kimi. Aşkar sevmə, xəlvət sev, Xəlvət sevgi daima olar. Aşkar sevmə, yad baxışlar Tufan qopar, viran qoyar.
⁎⁎⁎
Bir dəryadır su dolusu Bir dəryadır su dolusu, Bir ürəkdir eşq qoxusu. Düşünməyir bax çoxusu, Gəlib gedər eşqin odu. Buxarlanar sular kimi, Boş qalar çalarlar kimi. Boş da qalsa bir gün ürək, Bil “Yad olar onu sevmək”. Sındırılmayın ürəkləri, ahu tutar, Anasında ayrı düşən quzu təki. O mələyə fəryad edər, bu acını özü duyar, Yaraları közdə qoyar. Sındırılmayın ürəkləri, o yaranıb hökm ilə, Möhür qoyur Allah əllə. Siz çalışın ey insanlar, canlılara can deyərsiniz, Özünüzü sevdirərsiniz. Məğrur duran bir insanı, Qürurunu əymiyəsiz.
Yamayacam ömrümü Ömür keçdi, inan, bir an qurtardı, Yamaq tapıb yamayacam ömrümü. Heyf oldu, saman kimi sovruldu, Köhnə sapla toxuyacam ömrümü. Kifayətəm ürəyimdə ahü-zar, Bu dünyadan baş götürüb bax qaçar. Heyf olar, ömür bir anda solar, Yamaq tapıb yamayacam ömrümü. Mən yaşadım cəza dolu dünyada, Bilirəm ki, qurtarıbdır bax daha. Arzulara çatmasam da dünyada, Yamaq tapıb yamayacam ömrümü. Uzatdıqca uzadacam ömrümü, Bəlkə çataram arzuma, kamıma. Adam üçün cəza dolu dünyada, Heyf oldu, mən qədrini bilmədim, Köhnə sapla toxuyacam ömrümü, Yamaq tapıb yamayacam ömrümü
Heyf oldu İnsan oğlu, pul yığdı, torpaq alaq, Torpaq onu pulsuz aldı, heyf oldu. Səhər durdu, gecə yatdı, dayanmadan, Bax ac qaldı, sərvət yığdı — kimə qalan? İnan, heç nə deyil sənin, ey insan, Kəfən geyin, yoxdur payın bu cahanda. Kəfənin də cibi yoxdur, hər şey qalır, Torpaq səndən canını da pulsuz alır. Bil ey insan, qalmaq olmaz qismətdən, Pul istəməz, alar canı qəflətən. Heyf olsun, çəkdiyin onca zəhmət, Sonunda sənsiz qalır hər bir sərvət.
Sənsiz danışsam – bağışla məni Sənin barəndə sənsiz danışsam – Bağışla məni. Deməli, ölüm tapıbdır səni! Mən saçından danışsam, gözündən danışsam, Hər bir sözündən danışsam – Bağışla məni. Onda mən söyərəm acı fərəyi! Birlikdə gəzdiyim çəmən heç solmaz, Yayı düşünürəm? Yay sənsiz olmaz. Sənin verdiyin güllərdə solmaz – O, mənim qəlbimin xatirəsidir, Sənsiz ötən günlər ah-nalə səsidir. Bir gün səndən danışsam sən olmayanda, Gözlərim boşluqda rəsmini görər, Ətrini, qoxunu küləklər verər. Bir gün səndən sənsiz danışsam, gülüm, Canımdan can ayrılar, olmaz heç halım. Qoy mən yaradana çoxlu yalvarım — Sən danışarsan, mən olmayanda, Səndən əvvəl dünyada vidalaşanda…
Toz basmış şəkillər Toz basmış şəkillər bir xatirədir, Onları siləndə əlim titrədi. Bəlkə də bu şəkil sənli günlərdi, Hədər ölüb keçən, bil ki, illərdir. Acılı-şirinli günlər yaşadıq, Bəlkə də dərd yükün bir daşıdıq. Xatirə qalan tozlu şəkillər — Onların içində bir yaşadıq. Heyif olub keçən gənclik illəri, Düşünənin əsir qalan əlləri. Şəkildə görürsən keçən günləri, Vərəq parçası da bir xatirədi. Dondurub həyatın şirin anını, Bir zaman xoşbəxt olan qadını… Əllərində qalan, bil, xatirədir — Toz basmış şəkillər bir nişanədir. Düşünmə ki, bax, əbədidi… Toz basmış şəkillər bir nişanədir.
Vidalaşan insan Yaş üstə yaş gəlir, müdrik olursan, Bəlkə də, ey insan, uşaqlaşırsan. Keçmiş günlərini yada salırsan, Ey insan oğlu, vidalaşırsan. Əlindən alınır qırğı baxışın, Əlindən alınır bax yaraşığın. Durmaq istəyəndə bil ki, ayağa — Əlinə alırsan sən dəmir əsa. Budur ədalətin qoca dünyanın, Puç olub gedəcək bütün xəyalın. Sevgidə, yaddaşda gedəcək səndən, Qəlbinə soyuqluq hopacaq qəmdən.
Bu dünyaya salam var O dünyada bu dünyaya salam var, Söyləyirlər: “Bu dünyada qalan var?” Ayaq açıb yerisə də yalanlar, Həqiqətə inanmayır insanlar. Yalan olur hər bir an, Həqiqətə inanın, ey insanlar! Bilməliyik, yaşayırıq ümidlə, Başımız bax dəysə əhlətə — Həmən anda duyacağıq: yalandır, Bu dünyada insan oğlu mehmandır. Kifayətəm, mən yaşaram həvəslə, Düşünmürəm, nəfəsim bax kəsilər. Əllərimdə bu dünyada üzülər… Həqiqətin bax, gözünün içinə — Söyləyərək, yalan olar bu dünya, İnsan oğlu mehman olar, bil dünya.
Yaz yağışı Dünən yağış yağırdı — Demək ki, yaz yağışı. Bu yağış isladırdı, Saf sevgini, baxışı. Ürəklərə yağardı — Kaş ki, bu yaz yağışı İsladardı qəlbimdə Olan gözəl naxışı. Bu naxış xatirədir, Yaz yağışından qalıb. Sular göydən düşdükcə, İnan, qəlbin üşüyür. O torpağa düşəndə Gözəl qoxu bürüyür. Yaz yağışı, bir dayan — Ürəyimdə niskin var. Səndə olan damcılar Xəyalları da yuyar. Yağ aramla sən yağ ki, Dərin xəyala dalım, Gözlərimi yumaraq İlişim, qalım… Külək gətirsin ətrini — Cavanlığını, qoxusunu. Bax, möhkəm yağsan sən, Qopardarsan çoxusunu.
Yamaq tapıb yamayacam ömrümü Ömür keçdi, inan, bir an qurtardı, Yamaq tapıb yamayacam ömrümü. Heyf oldu, saman kimi sovururdu, Köhnə sapla toxuyacam ömrümü. Kifayətəm, ürəyimdə ahü-zar, Bu dünyadan baş götürüb bax, qaçar. Heyf olar, ömür bir anda solar, Yamaq tapıb yamayacam ömrümü. Mən yaşadım cəza olan dünyada, Bilirəm ki, qurtarıbdır bax daha. Arzulara çatmasam da dünyada, Yamaq tapıb yamayacam ömrümü. Uzadıqca uzadacam ömrümü, Bəlkə çatam mən arzuya, mən kama. Rahat olan adam üçün — Cəza olan dünyada heyf oldu… Mən qədrini bilmədim, Köhnə sapla toxuyacam ömrümü, Yamaq tapıb yamayacam ömrümü.
Kifayətəm bu dünyaya gəlmişəm Kifayətəm, bu dünyaya gəlmişəm, Etibarsız olduğumu bilmişəm. Bəs nə üçün dünyaya gəlmişəm? O fırlanır, dayanmayır bir anda, Fırlandıqca zəif düşər çuxura. Ədalətin harda qaldı, ey dünya? Zəifləri bir quyuya sal, ey dünya. Yıxılana gülən səndə görmüşəm, Qara saça bəyazlanan görmüşəm. Ədalətsiz olduğunu bilmişəm — Söylə mənə, sənə niyə gəlmişəm? Yaşadıqca dərs verirsən bədənə, Səndə olub cavabsız fəlsəfə. Bəs nə üçün dərs verdiyin bədənə, Sonunda da ağılın əldə alırsan? Əsən əllər, qəmli gözlər verirsən, Kifayətin bağrı qandı əlindən, Nələr çəkmiş səndən olan elmdən…
Torpaq pulsuz alır İnsan oğlu, pul topladı: “Torpaq alaq!” Torpaq onu pulsuz aldı… Səhər durdu, gecə yatdı, Bax — ac qaldı, Dövlət yığdı — Kimə qaldı? “Sağ ol!” — dedi ona övlad, ya kainat? Yaratmısan sən bir cahan, Villa, filan… Sənə qalan — qalan, Acı olan — Qoyduğun o dövlətindir. Sənin olan — Sənsiz qalan sərvətindir. İnan, heç nə deyil sənin, Kəfən geyin — Odur sənin bu dünyada olan payın. Kəfənin də cibi yoxdur, Qalır burda. Məzarlıqda pulsuz alır Canı səndən. Bil, ey insan — Qalmaq olmaz bil qədərdən. Pul vermədən alır canı Torpaq səndən… Heyf olur əziyyətindən.
Böyük məkana yol Ruhumu, cismimdən çıxaran Tanrım, Yolum hara olsa, söylə də bilim. Ruhlar aləminə gedən yol varsa, De, Tanrım, mən onu indi də görüm. Cismimi mənasız edən bu ruhum, Bir də vidalaşıb gedəcək burdan. Yerdən vidalaşıb gedəcək hara? Həsrət qalacam mən bu dünyaya, ya ora? Kimlər gözləyəcək, kimlər orada? Doğmanı, yaxını qoyub gedəcəm, Ruh olan böyük məkana… Əl etsəm əlimi, görməyəcəklər, Kifayət olduğumu biləcəklər.
Ürəyə üsyan Sinəmdə ağrı yeri göründü. Ürəyimi qoparmağa çalışdım, Tutub onu yerindən, Bu bədəndən ayırmağa çalışdım. Bax, ey ürək! Sən düşünən beynimi, Bu gözlərin ahını çox almısan. Xəyal qurub, təsəlli də tapmısan, Bax, sonunda uçuruma aparmısan. Sən bilirsən: saçlar tumar xoşlayır, Sən bilirsən: isti nəfəs telləri oxşayır. Dayan, ürək! Qoparacağam yerindən, Rüzgar səni aparacaq əlimdən. Bir daş olub düşəcəksən dərəyə, Bax, o zaman aldatmağın baha gələcək sənə. Kifayətdir! Haqqıma çox girmisən, Təsəlli ilə, xəyal ilə həyatımı məhv etmisən.
⁎⁎⁎
Daşların arasında güllər görünür, Gözlərin qarasında yaş da süzülür. Ömürdən bir gördük – günlər də keçir, Vəfasız ürəkdə yaman tələsir. Yaş üstə yaş gəlir, bax, hədər olur, Ömür ötüb keçir, bil, kədər olur. Kifayət, görəsən nə qədər olur – Qismətində olan bu ömür payı? Görəsən nə qədər, neçədir sayı? Ömrümə yazılan bu ömür payı – Mən günəş deyiləm hər səhər doğan. Yüz illər keçsə də, mən şəfəq saçan – Mən adi insanam, adi bir qulam, Bu gün varamsa da, bax, sabah yoxam… Yaddaşda qalacam qısa bir zaman, Biz – gəlib-gedərik dünyada, yalan.
Yay bitir, ömür gedir Yay qurtarır, ömür gedir, Durnalar da köçüb gedir. Yay fəsili sona yetir, Bir də ömür dönməz geri. Gedən gedir — hədər olur, Qocalırıq, baxış solur. Hər bir gülüş kədər olur, Ürək susur, dodaq durur. Yay bitir, dönəcəkmi? Gələn yayı Kifayət görəcəkmi? Payız gəlir, hava sərin, Fəsillərin də var dərdin. Pıçıldaşır yarpaq, budaq, Uçur durna, susur qulaq. İnan — dərdli ayrılıqdan Söhbət açır bu sakit an. Ömür keçir, tərk edirik Gündəliklə gün silirik. Sayırıq biz həftəmizi, Unuduruq ömrümüzü. Bilməliyik qismətimiz Neçə yaydır, neçə bahar… Zövq almırıq bu andan, Gedən gündən, ölən bahar…
Sinif yoldaşlarım Kimin görüşünə gəlmişəm, Allah, Ağarmış saçımla, yorğun halımla? Uşaq sinifin dostları, can yoldaşlarım, Ay mənim sınıf dostlarım…
Siz bir xatirəsiniz — yazılmamış Hoş günlərdən qalan xatirə. Atalı‑anali olan xatirə, Necə xoşbəxt idik sizlə o günlərdə, Bilmirdik dünyada kədər var, qəm var.
Dünyanın yükü, tək bir ağırlığı var, Hər sinfə yığılırdıq biz — Günün bitməsinə çox tələsirdik, Bəlkə də qovurduq ayları, illəri… Bax, keçirdi uşaqlıq günləri.
İndi yaşa dolur bax ömür keçir, Ömür günlərini kotan tək bitir. “Əlvida” deməklə qəlbimdən keçir, Ay mənim can dostlarım, sınıf yoldaşlarım…
İndi görüşürük, indidir qismət, Az qalmış ömrümdə əsmək, Az qalmış ömürünü bilmək. Siz mənə əzizsiniz, əziz dostlarım, Ay mənim sınıf yoldaşlarım.
DÜNYANI DƏYİŞSƏN BİLKİ, EY İNSAN Dünyanı dəyişsən bilki, ey insan, Ruhunda, cismində viran olacaq. Səndən ayrılıb bax son kərə Bu yerdə, məkanda qonaq olacaq! Bəlkə də fəlakət onda sonradır, Bəlkə də xoşbəxtlik torpağın qucağındadır. Təklikdə Allahın ocağındadır, Özünə bax, şərik seçməyibdir O. Günahlarla dolu olan dünyada, Bax, yalanlarla dolu olan dünyada, Təklikdən gülləri solan dünyada, Düşünmə xoşbəxt olacaqsan sən. Tənha yaranmısan, tənha qalacaqsan, Yuxulu, yalançı olan dünyada, Birkərə yuxuya dalan dünyada.
⁎⁎⁎
Dünya birdən-birə gözəlləşdi gözündə, Fərəh doldu üzümə, Allah qoy çox görməsin Bu sevinci, bax, mənə. İnci məktəbə gedir, Yolların açıq olsun, Sevgi baş tacı olsun. Sən nübarsan, bəhrəsən, Balaca bir pöhrəsən. Ay gözümün işığı, Nənənin ilk nəvəsi, Həm arzusu, həvəsi. Sular tökürəm dalınca, Qoy aydınlıq gətirsin, Bax, arzuna yetirsin.