Yuxular: Şüurun Zamanla İnformasiya Rezonansıdırmı? Yuxular əsrlər boyu həm fəlsəfənin, həm də elmin cavab axtardığı ən sirli hadisələrdən biri olmuşdur. Müasir neyrobiologiya yuxuları əsasən beynin yaddaşı emal etməsi, emosiyaları tənzimləməsi və təsadüfi sinir impulslarını mənalandırması ilə izah edir. Lakin bu izahlar bəzi fenomenləri – xüsusilə gələcək hadisələri xatırladan yuxuları, déjà vu təcrübələrini və yüksək dəqiqlikli intuitiv hissləri tam şəkildə açıqlaya bilmir. Astrobios Hipotezi bu məsələyə fərqli yanaşma təklif edir. Bu modelə görə, kainatın ən fundamental səviyyəsi maddə və ya enerji deyil, informasiya mühitidir. Zaman isə mütləq və dəyişməz ölçü deyil; o, informasiya axınlarının sinxronlaşması nəticəsində meydana gələn emergent xüsusiyyətdir. Əgər zaman informasiyanın təşkil olunma formasıdırsa, onda şüurun bəzi hallarda bu informasiya strukturlarının müxtəlif temporal qatları ilə rezonansa girməsi nəzəri cəhətdən mümkün ola bilər. Bu yanaşma kvant mexanikasında məşhur qoşa yarıq təcrübəsi ilə maraqlı konseptual əlaqə yaradır. Həmin təcrübə göstərir ki, kvant sisteminin davranışı informasiyanın əldə olunub-olunmamasından asılı olaraq dəyişir. Burada vacib məqam müşahidəçinin “şüuru” deyil, sistem haqqında hansı informasiyanın mövcud olmasıdır. Bu fakt informasiyanın fiziki proseslərdə fundamental rol oynadığını göstərir və Astrobios Hipotezində informasiyanın əsas reallıq elementi kimi qəbul edilməsi ilə konseptual uyğunluq təşkil edir. Bu çərçivədə yuxular beynin sadəcə daxili təsəvvürləri deyil, müəyyən hallarda daha fundamental informasiya mühiti ilə rezonansın nəticəsi kimi qiymətləndirilə bilər. Xüsusilə yuxu zamanı xarici duyğu siqnallarının minimuma enməsi beynin informasiya rezonansına daha açıq vəziyyətə keçməsinə şərait yarada bilər. Belə olduqda bəzi yuxular keçmiş, indiki və ya gələcək informasiya strukturları ilə zəif rezonans əlaqələri yarada bilər. Bu fikir hazırkı elmi konsensusun bir hissəsi deyil və eksperimental təsdiqə malik nəzəri model kimi qiymətləndirilməlidir. Bununla belə, əgər gələcək tədqiqatlar şüurun informasiya strukturları ilə qarşılıqlı təsirini və zamanın emergent xarakterini təsdiqləyə bilsə, yuxuların mahiyyətinə dair anlayışımız köklü şəkildə dəyişə bilər. Bəlkə də yuxular sadəcə beynin yaratdığı təsvirlər deyil. Bəlkə onlar zamanın özündən deyil, zamanı formalaşdıran informasiya qatlarından gələn zəif rezonans siqnallarıdır. Müəllif: yazıçı, Astrobios Hipotezinin müəllifi və şəxsi inkişaf məsləhətçisi – Məhəmməd Kərimov
“İlin mühəndisi” mükafatı– “Yazarlar” jurnalı tərəfindən Zaur Ustacın anadan olmasının 50 illiyi münasibətilə təsis olunub. Mükafat öz işində fərqlənən, ölkəımizin ümumi inkişafına fəaliyyət göstərdiyi sahədə töhfələr vermiş şəxslərə təqdim olunur (eyni şəxsin bir neçə dəfə təltif olunmasında heç bir məhdudiyyət yoxdur). Mükafat təltifnamədən və döş nişanından ibarətdir. “Yazarlar” jurnalı tərəfindən təqdim olunur. Laureatların siyahısı hər il “Yazarlar” jurnalının birinci sayında (yanvar nömrəsində) dərc olunur.
“İlin rəssamı” mükafatı– “Yazarlar” jurnalı tərəfindən Zaur Ustacın anadan olmasının 50 illiyi münasibətilə təsis olunub. Mükafat öz işində fərqlənən, ölkəımizin ümumi inkişafına fəaliyyət göstərdiyi sahədə töhfələr vermiş şəxslərə təqdim olunur (eyni şəxsin bir neçə dəfə təltif olunmasında heç bir məhdudiyyət yoxdur). Mükafat təltifnamədən və döş nişanından ibarətdir. “Yazarlar” jurnalı tərəfindən təqdim olunur. Laureatların siyahısı hər il “Yazarlar” jurnalının birinci sayında (yanvar nömrəsində) dərc olunur.
“İlin müğənnisi” mükafatı – “Yazarlar” jurnalı tərəfindən Zaur Ustacın anadan olmasının 50 illiyi münasibətilə təsis olunub. Mükafat öz işində fərqlənən, ölkəımizin ümumi inkişafına fəaliyyət göstərdiyi sahədə töhfələr vermiş şəxslərə təqdim olunur (eyni şəxsin bir neçə dəfə təltif olunmasında heç bir məhdudiyyət yoxdur). Mükafat təltifnamədən və döş nişanından ibarətdir. “Yazarlar” jurnalı tərəfindən təqdim olunur. Laureatların siyahısı hər il “Yazarlar” jurnalının birinci sayında (yanvar nömrəsində) dərc olunur.
“İlin alimi” mükafatı– “Yazarlar” jurnalı tərəfindən Zaur Ustacın anadan olmasının 50 illiyi münasibətilə təsis olunub. Mükafat öz işində fərqlənən, ölkəımizin ümumi inkişafına fəaliyyət göstərdiyi sahədə töhfələr vermiş şəxslərə təqdim olunur (eyni şəxsin bir neçə dəfə təltif olunmasında heç bir məhdudiyyət yoxdur). Mükafat təltifnamədən və döş nişanından ibarətdir. “Yazarlar” jurnalı tərəfindən təqdim olunur. Laureatların siyahısı hər il “Yazarlar” jurnalının birinci sayında (yanvar nömrəsində) dərc olunur.
“İlin həkimi” mükafatı– “Yazarlar” jurnalı tərəfindən Zaur Ustacın anadan olmasının 50 illiyi münasibətilə təsis olunub. Mükafat öz işində fərqlənən, ölkəımizin ümumi inkişafına fəaliyyət göstərdiyi sahədə töhfələr vermiş şəxslərə təqdim olunur (eyni şəxsin bir neçə dəfə təltif olunmasında heç bir məhdudiyyət yoxdur). Mükafat təltifnamədən və döş nişanından ibarətdir. “Yazarlar” jurnalı tərəfindən təqdim olunur. Laureatların siyahısı hər il “Yazarlar” jurnalının birinci sayında (yanvar nömrəsində) dərc olunur.
“İlin naşiri” mükafatı– “Yazarlar” jurnalı tərəfindən Zaur Ustacın anadan olmasının 50 illiyi münasibətilə təsis olunub. Mükafat öz işində fərqlənən, ölkəımizin ümumi inkişafına fəaliyyət göstərdiyi sahədə töhfələr vermiş şəxslərə təqdim olunur (eyni şəxsin bir neçə dəfə təltif olunmasında heç bir məhdudiyyət yoxdur). Mükafat təltifnamədən və döş nişanından ibarətdir. “Yazarlar” jurnalı tərəfindən təqdim olunur. Laureatların siyahısı hər il “Yazarlar” jurnalının birinci sayında (yanvar nömrəsində) dərc olunur.
“İlin əczaçısı” mükafatı – “Yazarlar” jurnalı tərəfindən Zaur Ustacın anadan olmasının 50 illiyi münasibətilə təsis olunub. Mükafat öz işində fərqlənən, ölkəımizin ümumi inkişafına fəaliyyət göstərdiyi sahədə töhfələr vermiş şəxslərə təqdim olunur (eyni şəxsin bir neçə dəfə təltif olunmasında heç bir məhdudiyyət yoxdur). Mükafat təltifnamədən və döş nişanından ibarətdir. “Yazarlar” jurnalı tərəfindən təqdim olunur. Laureatların siyahısı hər il “Yazarlar” jurnalının birinci sayında (yanvar nömrəsində) dərc olunur.
2026 Cİ İL
Abbaszadə Aytac Vüqar qızı N:001 07.09.2026. Bakı.
“İlin artisti” mükafatı – “Yazarlar” jurnalı tərəfindən Zaur Ustacın anadan olmasının 50 illiyi münasibətilə təsis olunub. Mükafat öz işində fərqlənən, ölkəımizin ümumi inkişafına fəaliyyət göstərdiyi sahədə töhfələr vermiş şəxslərə təqdim olunur (eyni şəxsin bir neçə dəfə təltif olunmasında heç bir məhdudiyyət yoxdur). Mükafat təltifnamədən və döş nişanından ibarətdir. “Yazarlar” jurnalı tərəfindən təqdim olunur. Laureatların siyahısı hər il “Yazarlar” jurnalının birinci sayında (yanvar nömrəsində) dərc olunur.
Nahar edib, pürrəngi çay içənlər, Dincəlməyə yaylalara köçənlər, Ömrün yeni zamanına keçənlər, İlləriniz aydın, sininiz aydın!
Vətən keçiyində mətin qalanlar, Qürur ilə ürəklərə dolanlar, Peşəsində yeni rütbə alanlar, Vəzifəniz aydın, çininiz aydın!
Yurdumu düşməndən azad edənlər, Düşmən bağrın parçalayıb, “didənlər,” Bütövlüyə addım-addım gedənlər, Cığırınız aydın, iziniz aydın!
Eldən-elə qardaşlığa “yol quran,” Tikanlı kolları tapdayıb, qıran, Vətən deyə nərə çəkib hayqıran, Harayınız aydın, səsiniz aydın.
Səyyada ruh verən ününüz aydın! Bu bayram əhvallı gününüz aydın! Vətəni yaşadan diliniz aydın! Milyonlarınız aydın, mininiz aydın! Açılan səhərlər, gününüz aydın!
Qayıtdı
Bu gecə yuxuda xəyalım yenə, Yurdumu dolanıb, ağlar qayıtdı. Görüb, qəmə batıb, alışlb-yanıb, Çəkib sinəsinə zoğlar, qayıtdı.
Nə illah elədim, susdu, dinmədi! Məni suçlu bildi, göydən enmədi! Küsüb, aralandı, geri dönmədi, İmdad diləyirmiş bağlar,qayıtdı.
Hayandan-hayana enib çox küskün, Söylədi yurd-yuvan qalıbdı miskin. Hayqırıb bozardı, üstümə kəskin, Dedi; – üz döndərib, dağlar, qayıtdı.
A dostlar körpədən kövrək olmuşam, Yanakı bir baxış, öldürür məni… Elə nazilibdi qəlbimin simi, Az qalıb, dünyadan sildirir, məni.
Umduğum yerlərdən “xəncər” alıram, Dərd eliyib ürəyimə salıram. Məəttələm; – axı necə qalıram?! Belə bir düşüncə “güldürür”,məni.
Sinəmdə bilinməz çox neştərim var, Qoymur ki, gül açsın yenidən “bahar”. Səyyad sızıldayıb eləyir zinhar, Son, özün anladıb, bildirir, məni.
Mən
Soruşdun sərvətim; – yaxşı qulaq as, Sidq ilə sığındım Sübhanıma, mən. Hər nə verdi qail olub, barışdım. MaşAllah söylədim, hər anıma, mən.
Tamarzı qalmayıb heç bir nemətə, Üstünlük vermədim zərə-zinətə. Acgözlük etməyib min naz-nemətə, Boylandım kisədə imkanıma, mən.
Qədərə nə yazdı, şükür dilədim! Qəmli vaxt da oldu, leysan ələdim! Tamahımı ifçin-ifçin bələdim, Qoymadım qor salsın, vicdanıma, mən.
Var dövlət dediyin, təmiz, pak addı, Çoxları bil ona, tamarzı, yaddı. Ona qul olanın halı bərbaddı, “Söykəndim”, Süleyman sultanıma mən.
Artıqsa,ətrafa yön tutsan,gözəl! Haqqın dərgahına ucalar min əl! Gödəni hər şeydən tutdunsa əzəl, Nə deyə bilərəm, sən xanıma, mən.
Bir Ona bəllidi, qəlbi Səyyadın. Üstün bildim O-nun müqəddəs adın. Bəzən itirsəm də ağzımın dadın, Yaymadım heç yerdə, heç yanıma, mən.
Bir qəhramanı
Qüdrətli ordumun Baş komandanı, Zəfərlə tanıtdı Azərbaycanı! Həzm elə zəfəri, sən də bil,tanı, İlham kimi sərkərdə, bir qəhrəmanı! İlhamtək sərkərdə, qəhrəman hanı?!
İgidlər döyüşə əzmlə girişdi, Düşmənin ürəyi parladı, şişdi. Bir Mübariz getdi, mini yetişdi, Əzizlə diz üstə bu şərəfşanı! İlhamtək sərkərdə, qəhrəman hanı?!
Poladın zərbəsi çox bel sındırdı! O bir işarəydi, qanmaz qandırdı! Qisası minlərlə canı “yandırdı” Qalmadı düşməndə, alındı qanı! İlhamtək sərkərdə, qəhrəman hanı?!
Bir də əl uzansa, əllər kəsilər! Hədyan söylənərsə, dillər kəsilər! Qanadlar kəsilər, qollar kəsilər, Səhv salsa “qaymaqla”, “iyli ayranı”! İlhamtək sərkərdə, qəhrəman hanı?!
Zəfəri həzm edə bilməyən naqis, Səndə insanlıqdan yoxdu heç bir hiss. Qəlbi çirkab dolu zavallı xəbis, Ayıl, sonra olma sözün peşmanı! İlhamtək sərkərdə, qəhrəman hanı?!
Millətimin var şərəfi, qüruru! O bəyənməz sənin kimi şeypuru. Allah verməyibmi sənə şüuru?! Tanımırsan nökər ilə sultanı! İlhamtək sərkərdə, qərəman hanı?!
Neçə Saleh iz qoydular Şuşada! Layiq görüldülər Qəhrəman ada! Qürurla gəzirlər eldə-obada, Bilinmir alqışın sanbalı-sanı! İlhamtək sərkərdə, qəhrəman hanı?!
İllər boyu qəm-kədərli görünən, Həsrət libasını geyib,bürünən, Əzəl gündən dizin-dizin sürünən, Səyyadın Vətənə qurbandı canı! İlhamtək sərkərdə, qəhrəman hanı?!