Şəkildə Dostoyevski tərəfindən yazılmış “Karamazov Qardaşları” əsərinin qaralaması təqdim edilmişdir: Fyodor Dostoyevskinin “Karamazov qardaşlar” kitabı onun şah əsəri olmaqla bərabər, həm də son əsəridir. Bu əsərdə ,o, bir sıra nüanslara toxunmuşdur: 1.Varlığın əzabı: Həyat əzab, şübhə və əxlaqi mürəkkəbliklərlə doludur. Roman bu ekzistensial suallarla mübarizə aparır, oxucuları onlarla üz-üzə durmağa təşviq edir.
– İnamın gücü və ya onun yoxluğu: Dostoyevski məna və məqsəd tapmaqda imanın rolunu araşdırır. Ziddiyyətli personajlar vasitəsilə o, onun məhdudiyyətlərini şübhə altına alaraq, gətirə biləcəyi təsəlli imanını təsvir edir. 3.İnsan təbiətinin ikiliyi: Xarakterlər hamımızın daxilində yaxşı və şəri təcəssüm etdirir. Bu ifratları araşdırmaq həm şəfqət, həm də qəddarlıq qabiliyyətimiz haqqında düşünməyə sövq edir. 4.Azad iradə və məsuliyyət: Romanda azad iradə anlayışı dərinləşir. Biz seçim etməkdə azadıq, həm də müsbət və mənfi nəticələrə görə məsuliyyət daşıyırıq. 5.Sevgi və şəfqətin əhəmiyyəti: Qaranlığa baxmayaraq, Dostoyevski əzablara qalib gəlmək və başqaları ilə əlaqə qurmaq üçün sevgi və şəfqətin gücünü vurğulayır. “Bizi daha yaxşı hiss etdirən şeylər çox vaxt bizi hiss etdirən şeylərdir. Və hiss – həqiqətən hiss – sağalmanın yeganə yoludur.”
Yazarlar cameəsi adından əzizimiz,НАРГИЗ КУРБАНОВА nı doğum günü münasibətilə təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Hörmətlə: Zaur Ustac
Как хочется в твои глаза взглянуть, Иначе разобраться в чувствах сложно, Утраченное счастье вновь вернуть, Хотя, я знаю,…это невозможно…Уж солнце за черту давно зашло, Когда с тобою мы расстались, Ну, почему всё так произошло? Мы на прощанье… даже не обнялись.
Я часто доказать себе пыталась, Что я сильна, и вовсе не сломалась, Но каждый раз в себе я ошибалась, И, вновь поверив, снова обжигалась.
Напрасно столько сил своих истратив, Себя я изводила до предела, Такой уж у меня характер, Мне ни к чему всё это было делать!…
Подсказывало сердце мне:- Не верь! Что ждут меня с тобой одни невзгоды, Тобой пьяна была я,…но теперь, Я не войду в одну и ту же воду!
Ты ловко обманул меня, я знаю… Такая, видно, у меня судьба, Но я тебя ни в чём не обвиняю, Наверно, виновата я сама….
Тлеет огонёк моей души, Маленькая искорка надежды, Я прошу, её ты не туши, Будь со мною ласковым,..и нежным… Стоит лишь увидеть мне тебя, Становлюсь пунцовой я от краски, Страстью заливается душа, Я любви хочу твоей,..и ласки… Сластью переполенные губы, Будят чувства, спящие во мне, А глаза, -сиянье изумрудов! Как трава весеняя, в росе… Сердце гложет от тоски, во тьме, Если бы ты знал….как ты мне нужен… Прилечу на крыльях я к тебе, Только позови,…и в зной, и в стужу! Запахом хочу твоим дышать, Утолить любви и страсти жажду, Не могу я чувств своих унять, Поцелуев жду твоих, как счастья…. Я хочу почувсвовать тебя, Страстью и любовью поделиться, Отдала б тебе я всю себя, Чтоб тобою вдоволь насладиться. Как же мне унять свой страстный пыл!? Ты, ведь, всё равно меня не слышишь…. Для меня ты будешь, есть , и был, Даже, если ты меня не видишь! Погаси очаг моей души, Окропи холодною водой, Может так потухнут угольки, И останется лишь дым седой…
(Bu rubrikanı sözü qutsal sayan ədiblərimizə ithaf edirəm)
COMƏRD ADAM – ƏKRƏM CƏFƏR
Ərəbcədən tərcümədə “kəramətli”, “comərd” mənalarını verir “Əkrəm” adı. Alim Əkrəm Cəfər də gerçəkdən elmini, bilgilərini insanlara verməkdən əsla usanmazdı.Adamda nə qədər hövsələ olarmış, ilahi?! Harada olsa əruzla, poeziya ilə, müəllimi Hüseyn Cavidlə, dostu Mikayıl Müşfiqlə bağlı nə sual versələr təmkinlə izah edər, düzü-düz, əyrini əyri söyləməkdə məharət göstərərdi.Layiqli bir alim ömrü yaşayıb Əkrəm Cəfər. Hələ sovetin amansız vaxtlarında israrla deyərmiş ki, dilimizin adı türk dilidir.Özü də bunu bir alim kimi iddia edər, latıncadan kirilcəyə keçidi böyük əbləhlik sayar, elmi qənaətlərini vicdanlı şəxs kimi ortaya qoyardı.
“-Kakoe tvoye otnoşeniye k etomu? Qovori o russkoy alfavite. -O ağzına su alıb, deyə Yaqubov Bağırova yalmandı. -Bəs sən mütəxəssis deyilsən? Bu dəfə Bağırov türkcə soruşdu. -Elə mütəxəssis olduğum üçün susuram.Latın əlifbasını kirilə dəyişmək dilimizə ağır zərbə vuracaq” Bu mərdanə cavab Bağırova xoş gəlmədi.
Əkrəm Cəfər “yu”, “ya”, ” ye” hərflərinin ləğvini isə yazıçı Mirzə İbrahimovun şücaəti və dilçiliyin böyük qələbəsi kimi qələmə verirdi. Bir olmuş hadisəni də dostlarına nəql edərdi: -Deməli, o vaxt Mərkəzi Komitədə Yusif Qasımov kimi əqidəli bir partiya xadimi Əkrəm Cəfəri sovet rəhbərlərinin hədələrindən qorumaq üçün sinəsini qabağa veribmiş.Yusif Qasımov sovetin doğma türk dilimizin başında etdiyi dəlləkliyi tənqid etmiş, (Baxmayaraq ki, şura hökumətinin Azərbaycanda qurulmasında xidməti böyük olub Yusif Qasımovun) lüğətimizin başına olmazın müsibəti açılarkən saxta alimlərə qarşı kəskin çıxış edib, var qüvvəsi ilə Əkrəm Cəfərin müdafiəsinə qalxmışdı.
“-1930-cu ildə mən burada “türk ədəbiyyatı, türk dili” qoyub getmişdim.İndi gəlib görürəm Azərbaycan ədəbiyyatını türk ədəbiyyatından, azəri türkcəsini türk dilindən ayırıblar.Görün bu nə qədər siyasi korluqdur.Bu, milləti, dili, ədəbiyyatı xırdalamaqdır.”
Haşiyə: Gerçəkdən də 30-cu illərdə dilimizə və mənşəyimizə elə qəsd edildi ki, bu gün də həmin yaralarımız vaxtaşırı qövr eləyir, göyüm-göyüm göynəyir, bir dürlü sağalmaq bilmir.Bu yaralarımız doğma türk dilimizin adının dəyişməsi və etnogenez məsələsinin cəfəng bir duruma salınması fonunda sızlayır.O çağlar sovet “başbilənlər” i kəskin bir tələb qoydular ki, “Siz mənşə etibarilə İran xalqlarından birisiniz, ancaq türkdillisiz” Yəni sizin bədəniniz İranlıdır, başınız türk))))) Əzalarımızın bu yöndəmsiz formaya salınması, əynimizə belə əcaib libasın biçilməsi elə tariximizin fundamentini kökündən qazımaq məqsədi daşıyırdı.İstənilən alim normal məntiqlə bu işin içinə girir, məntiqsiz şəkildə bu işin içindən çıxırdı, hələ – hələ çıxa bilirdisə…Bizi elə bir yoxuşa sürümüşdülər ki, elə çıxmaz bir dalana salmışdılar ki, tövşüməkdən dilimiz ağzımızdan beş qarış çıxır, ancaq heç bir əlac eləmək mümkün olmurdu:
1) Niyə İranlı olub da türkcə danışmalı idik? Lap götürək İrandilli xalqlar arasında ən populyar olanı- fars dilini: elə şirin, poetik bir dili – farscanı atıb niyə elliklə türkcə danışmalıydıq ki?
2) Tutalım ki, bu, belə olub.Yaxşı bəs tarixin hansı mərhələsində nə baş verib ki, bu mərhələ – yəni İran xalqı olaraq türkcə danışmağa keçmişik? Bu mərhələ nə vaxt itib-batıb, necə sıradan çıxıb?
3) İrandilli bir xalq idiksə, türkcə danışmağa keçmişdiksə, bunun izləri harada qalıb? Axı prefikslərlə zəngin, hind-avropa dil ailəsinə aid, etno-linqvistik bir dil olan farscadan ya tat dilindın, ya əfqan dilindən aqlütinativ bir dilə- Altay dil ailəsinə aid oğuzun cənub-qərb qrupuna- azəri türkcəsinə keçid necə olub? Bunun hansı izləri var: folklorda, dilçilikdə ya mifologiyada? Niyə bir izi qalmayıb?
4) Başqa bir sual: niyə uyğurca yazılan atalar sözləri ilə azəri türkcəsindəki atalar sözləri eynidir? Məsələn: -“Bir karqa ilə kış gəlməs” deyir uyğur qardaşlarımız. -“Bir güllə bahar olmaz” deyir Anadolu və Azərbaycan türkləri. Mən İrandilliyimsə niyə uyğurla, qıpçaqla düşüncəm, intonasiyam, daxili ritmim eynidir, amma farsla, kürdlə, zaza ilə, yezidi ilə, taciklə, bəxtiyari ilı eyni deyil? Niyə Kərkük türkləri: “Bu günün işini yarına qoyma” ata sözünü lap mən deyən kimi deyir: “Bu günün işini sabaha qoyma”.Başqa xalq idimsə, niyə Anadolu türkü ilə, kərkük türkməni ilə, Kıbrıs türkü ilə mən eyni düşünürəm.Sovetlərin məntiqi ilə mən ayrı cür düşünməli idim axı! Dil təfəkkürün törəməsi deyilmi?! Dil düşüncənin təzahürü deyilmi?! Niyə Kərkük xoyratları, nəğmələri Azərbaycan bayatıları ilə büsbütün eynidir? Vəzni, misra sayı, heca bölgüsü, gərək ayrı olaydı axı!!!
Bağdaddan karvan gəlir, Dərdli, pərişan gəlir. Kimlər qurban kəsilib Sularım al-qan gəlir?
Bu Kərkük xoyratı ilə aramızda nə fərq görürsüz?
Yaxud Anadolu manisi ilə hansı fərq var aramızda?
Oy dərələr, dərələr, Nələr bilirim, nələr Sənin deyil, mənimdir, Qız qoynunda məmələr…
Yaxud Axıska manilərinə baxaq:
Bu dağların ardı var, Könlümün muradı var. Gözlərindən anladım, Orda vətən dərdi var.
Hanı fərq?
5) Tutaq ki, dilimiz uzun bir tarixi yol qət edib. Latın sözləri ilə zəngin fransızca 100 il əvvəl də fransız dili idi, 500 il əvvəl də.Amma necə oldu ki, mənim Bayat boyundan olan babam Füzuli türkcə dedi, Nəbati türk dedi, Xətai türk dedi, Vazeh türk dedi, Sabir türk dedi, Cavid türk dedi, Cavad türk dedi, Şəhriyar, Bəxtiyar, Xəlil Rza türk dedi, Əkrəm Cəfər türk dedi, doğma babam İsmayıl kişi türk dedi, sonra dilimiz diferensiyallaşdı, oldu azərbaycan dili? -Nə baş verdi ki? -Aqlütinativlikmi dəyişdi? -Dilin strukturumu dəyişdi? -Hind-Avropa dil qrupuna aid dildən Oğuz dillərinəmi keçid elədik? Həəəə? Necə baş verdi axı?
Cənablar, cəfəngiyyatı, uyğunsuzluğu görürsüzmü? Mənim onlarla bu cür arqumentim var, amma yazıqlar olsun ki, sovet “türk sözü” qarşısında üşənirdi, üşənirdi nədir Kərbalayi İsmayıl demiş lap üyüdürdü.
Amma Lahıclı balası Əkrəm Cəfər heç nədən qorxmurdu.Mərd-mərdanə həqiqəti üzə deyirdi.Desin Əkrəm müəllim, biz qayıdaq lap əvvələ: Əkrəm Cəfər alim idi. Lüğətində minlərlə söz vardı, ancaq “çoban”,” çilingər” , “fəhlə” sözləri yox idi.Hamıya insan kimi baxırdı, çocuqla çocuq, böyüklə böyük idi.Coşub-daşan təbiəti ilə öyrətmək həvəsi əsl harmoniya yaratmışdı.Tələbə sual verəndə alışıb-yanan gözləri, od tökən dodaqları ona bəzən qəribə görkəm də verirdi.Əsl ixtisası dilçilik olsa da, həm də böyük pedaqoq, ədəbiyyatşünas, həmçinin türkooq idi. Nizami, Dante, Əbdülhəqq Hamid, Füzuli, Şekspir, Sabir, Xəyyam, Müşfiq, Səməd Vurğun, Cəfər Cabbarlı və başqalarının dərin bilicisi idi.Gödəkboylu, ağbəniz, nurani, simalı, bəybura görkəmi ilə seçilən birisi idi. Həkim Qəni deyərdi ki, üzündəki qırmızılıq skleroz, yəni qan damarlarının kirəclənməsi qocalıq əlamətidir.Əlbəttə, vaxtından tez qocalmışdı Əkrəm Cəfər. -Necə qocalmayaydı ki?! Sibir görmüş, məhbəs həyatı çəkmiş alim idi.Əkrəm müəllimin tutulmasına əslində çox adi bir məsələ səbəb olubmuş.1939-cu ilin aprelin 14-də evsizliyi barədə Stalin, Bağırov və Molotova teleqram vurur.Ertəsi gün Bağırov onu çağıtdırır:
-“Çem vı zanimaetes, nauçnım delom, ili demaqoqiey?! -Yoldaş Bağırov, mən 19 ildir ki, evsizəm, yataqxanada yaşayıram.Nə vaxtacan dözmək olar? Mən elmi işçiyəm, həm APİ-də, həm universitetdə, həm Akademiyada işləyirəm.Moskvadan Kaftanov yoldaş da teleqram vurub sizə bildirib ki, Əkrəm Cəfəri evlə təmin etmək mümkün deyilsə, azad edin, gəlsin Moskvaya, burada ona ehtiyacımız var.
-A kto takoy Kaftanov? İ on naverno takoy je podlets kak tı. -Onun sinəsində Lenin ordeni var, yoldaş Bağırov” -deyə Əkrəm Cəfər köksündə beş Lenin ordeni daşıyan Bağırova baxıb başını aşağı salır.
Bu cümlınin arxasında gizli və incə bir məna dururdu: “Yəni əgər Kaftanov birqat əclafdırsa, sən beşqat əclafsan” 1942-ci ildə Əkrəm Cəfəri həbs edirlər.Maddəsi bu olur ki, siyasi boşboğazdır, partiya və hökumət əleyhinə danışır.8 il iş kəsilir.7 il yarım yatır, 1949-cu ilin iyulun -1 də azad olunur.Bakıya qayıtmaqdan ehtiyat edib özünü verir Gəncəyə.1949-cu ildə Gəncədə tutatut başlayır, qayıdır Bakıya.Sabunçu vağzalının yanında “Bukinist” mağazasında kitablarını satır.800 manat pul toplayır.Qılman Musayevin qardaşı Qurban onu görür: -“Kaş o kitabları mənə sataydın”- deyir.
Qeyd: Qılman Musayev deyərkən yazıçı Qılman İlkini nəzərdə tuturam.
Əkrəm qaçır Türkmənistana.Türkmən dilini tədqiq edir, orta məktəblərin birində rusca dərs deyir. Bir gün Mərv şəhərinin mədəniyyət parkında radio ilə alimimiz çıxış edir-Tolstoyun həyatı haqqında.Gənc bir oğlan, gərək ki, adı Fərman idi Əkrəmə yaxınlaşır.Ağlamsınaraq deyir ki, Bağırov ifşa olunub, onu həbs ediblər. Fərəhdən, sevincdən Əkrəm titrəyir.Guya bəd xəbər gətirən Fərman şaşırır.Elə bilir alim üzüləcək, amma əks reaksiya ilə üzləşir. Əkrəm Cəfər sevincdən “Ay bəri bax, Mircəfər” şeirini yazır.
Keçdi sənin günlərin, Vay bəri bax, Mircəfər. Türmədir indi yerin, Hay bəri bax Mircəfər, Vay bəri bax, Mircəfəng.
Əkrəm 1954-cü ildə fevralın 4- də Bakıya qayıdır.Pulsuz, işsiz-gücsüz…Əli çörəyə çatana kimi zillət çəkir.Səməd Vurğun alimin imdadına yetir.Onu Xaqani üçün kommentariya yazmağa yönəldir.7000 manat qonorar alan Əkrəmin çiçəyi çırtlayır.Bakıya qeydiyyata düşür.Nizami adına Ədəbiyyat İstitutunda, sonra Şərqşünaslıq İnstitutunda baş elmi işçi vəzifəsində çalışır.”Əruzun nəzəri əsasları və Azərbaycan əruzu ərəb, fars, türk, tacik və özbək əruzları ilə müqayisədə” adlı dissertasiyanı uğurla müdafiə edir.Filologiya elmləri doktoru olur. “Dilşünaslıq elementləri”, “Müasir Azərbaycan dili oçerkləri” kitablarının və bir çox tədqiqat əsərlərinin müəllifi Əkrəm Cəfər 1991-ci ildə haqqa qovuşur.Füzuli eşqi ilə yaşayan Əkrəm Cəfərə “yeriyən ensiklopediya” təbiri işlətmək istəməzdim.Çünki bu ifadəni çox alimə ünvanlayıblar.Elmdə kəramət sahibi olan Əkrəm Cəfərə “comərd adam” ifadəsi daha çox yaraşır.Zatən ona Əkrəm adını verən valideynləri alimi bu cür çağırmaq istəmişlər.Nəzərə alsaq ki, Əkrəm müəllim elmimiz üçün bir qənimət, bir əmanətdir, o zaman bizə də əmanətə sədaqət göstərmək qalır. Elmimizin səadəti naminə!
(Araşdırmamda Əkrəm Cəfərin xatirələrinə, Xəlil Rzanın, Vaqif Yusiflinin faktlarına, həmçinin şəxsi qənaətlərimə, mülahizələrimə söykənmişəm)
-Rəşad müəllim, biz Tural Dadaşovla bir dəfə səfərə getmişdik. Bilirsiniz o, nə qədər kitab aldı?! Həm də uzun illər “Xəmsə” intellektual verilişinin aparıcısı olub. Bunu Avstriya-Türkiyə oyunundan iki gün öncə futbol şərhçiləriylə bağlı söhbətdə idman jurnalisti İbrahim Cəfərov söylədi. Futbol üzrə Avropa çempionatı başlanandan həyəcanla birgə şərhçilərimizlə bağlı ara-sıra iradların da şahidi oluruq. Minlərlə insan diqqətlə qulaq kəsiləndə əlbəttə ki, hansısa söz kiminsə ürəyinə yatmaya bilər. Amma mən şərhçilərimizdən razı qalmışdım. Ümumiyyətlə, idman jurnalistlərimizin üstün səviyyəsi, məlumatlılığı, öz işlərinə içdən sevgisi barədə imkan düşən kimi fikir bildirmişəm. Türkiyənin Avstriyanı məğlub etdiyi möhtəşəm oyunun şərhçisi Tural Dadaşova qarşı sosial şəbəkə istifadəçilərinin rəğbəti və alqışı isə çox təsirləndirdi. Elə bilirəm bu alqışlar və təriflər həm də neçə gündür əziyyət çəkən bütün futbol şərhçilərimizə və idman jurnalistlərimizə ünvanlanıb. Kitab məsələsini isə elə belə xatırlatmadım. Peşəkarlığın yolu həm də kitab oxumaqdan keçir. Elə “qəlbidaş” olmamağın da!
Kənddə yaşadığı zaman Camaldan ötrü ilin payızdan, qışdan gözəl fəsli yox idi. Ona görə yox ki, bu fəsildə gecələr uzanır, günlər gödəlir, işlər azalır bolluq olur. Onu payıza bağlayan başqa səbəb vardı. O uşaqkən yaşadığı bölgədə televizor yox idi. Ancaq evlərində patefon vardı. Bunun da iynəsi korşalanda valın səs cızığını korlayardı, oxunan mahnıların ahəngini pozardı. Bu aparatdan kənddə Camalgildən başqa heç kəsdə olmadığından, axşamlar qonşular onlara toplaşardı. Maraqla Xanın, Bülbülün, Rəşidin, Gülağanın, Saranın, Şövkətin, Zeynəbin və başqa xanəndələrimizin, müğənnilərimizin mahnılarını dinləyərdilər. Kənddə ancaq bir evdə radioqəbuledicı vardı. Elektirik enerjisi olmadığından, radioqəbuledicini iri batareyalarla işlədirdilər. Kənddə radio qovşaq yaradıldı, evlərə kabel çəkildi, radio aparatı yerləşdirildi. Sübh tezdən aparat işə düşərdi. Aparıcı gümrah səsiylə: – Danışır Bakı, – deyib, xəbərləri, sonra da hava haqqında məlumatı elan edərdi. Dizel mühərriki ilə kəndə elektirik enerjisi verilən vaxtı yaxşı xarırlayırdı o. Ancaq qaş qaralandan axşam saat on ikiyədək evlərə paylanan elektirik işığını möcüzə kimi qəbul etdən kənd camaatı heyrətə gəlmişdi. Bunu axır zamanın əlaməti kimi qəbul edənlər də vardı. Çox çəkmədi bölgə Mingəçevir Su Elektitik Stansiyasından ötürülən elektirik enerjisi ilə fasiləsiz təmin olundu. Babat imkanı olanlar radioqəbuledici aldılar. Onun atasının “Rekord” markalı radioqəbuledici alıb, evə gətirib işə saldığı gün onlarda toy-bayram əhval-ruhiyyəsi yaranmışdı. Onun uşaqlıq dövründə indiki kimi hər evdə televizor, hər adamda telefon yox idi. Kolxoz dövrünün gərgin işindən yorulmuş adamlar axşam yeməyini yeyəndən sonra vaxtlarını xoş keçirmək üçün demək olar ki, hər gecə bir-birlərinə qonaq gedərdilər. Bəzən axşamlar onlara o qədər adamlar söhbətə toplaşardılar ki, döşəməyə sərilmış döşəklərdə uşaqlara oturmağa yer olmazdı. Deyib-gülər, zarafat edərdilər. Hamı zarafat götürən idi, bir-birindən inciməzdilər, heç kəs heç kəsin sözünü kəsməzdi. Küsülülər də az olardı o zaman. Çox nadir hallarda kəndin naqis adamlarının adları hallanardı o söhbətlərdə. Yaxşı adamların yaxşı əməllərindən çox danışardılar. Bildikləri nağıllardan, dastanlardan parçalar söyləyənlər də olurdu. Onda evlərdə dini ədəbiyyat olmazdı. Quran ayələrini, Peyğəmbərimizin hədislərini dini məclislərdə mollalardan, cümə namazına məscidə gedənlər imamdan öyrənərdilər. Yadlarında qalan ibratəmız, müdrik kəlamları bu cür axşam söhbətlərdə paylaşardılar. O vaxtlar indiki kimi evlərdə ayrıca mətbəx olmazdı. Odun sobası bir otaqda yanardı. Biş-düş orda hazırlanardı. Həmişə evlərində söhbətə yığılanlar üçün yüksək kolorili xörəklər hazırlanardı. Xolestrini, zülalı, kreatini heç kəs vecinə almazdı. Beləcə kənd zəhmətkeşləri payız, qış aylarının necə gəlib keçdiyini hiss eləməzdilər. Orta məktəbi bitirdi. Təhsil almaq üçün Bakıya gələrkən burda qalıb yaşayacağını planlaşdırmamışdı. Heç bu barədə düşünməmişdi də. Gözləmədiyi halda elə oldu ki, o göz açdığı, ilk havasını udduğu, ilk addımını atdığı dogma yurduna ildə bir aylıq məzuniyyət vaxtında, yaxud yaxınlarının xeyir-şərində gedib-gələsi oldu. Nə qədər ki, ata-anası sağ idilər, ata yurdunda özünü tam sərbəst aparırdı, özünü öz evində kimi hiss edirdi. Uşaqları heç bir sıxıntısız yay tətilini nənələriylə keçirərdilər. Anası dünyasını dəyişdikdən sonra bir neçə il belə davam elədi. Sonralar evin xanımlıq estafetini ələ alan kiçik qardaşının həyat yoldaşı içində gizlətdiyi soyuq münasibətini tədricən nəzərə çarpdırdı. Bu da ona “ulu sözünə baxmayan uluya-uluya qalar” atalar sözünü xatırlatdı. Hər dəfə məzuniyyətə gələndə atası, anası ona torpaq sahəsi götürüb ev tikməyi məsləhət görərdilər. O isə onların təklifinə razılıq vermirdi. Bir dəfə anası onlara gələrkən işdən dönəndə soruşmuşdu: – Ana, günün necə keçdi? – Yaxşı keçdi deyib, səni inandıra bilərəm. Özümü isə yox. – Niyə? Yoxsa naxoşlamısan? – Naxoşlamadım. Daha betərini yaşadım. – Nə oldu ki? – Heç nə baş verməyib. Bezdim sənin bu “qutu” kimi evinin icində. Ay oğul, indi işə gedib-gəlirsən, başın qarışır. Qocalanda bu qutulara sığmayacaqsan. Gəl daşı ətəyindən tök, məsləhətimi qulaq ardına vurma! Nə qədər ki, biz sağıq, yurdda yer göstərək, özünə ev tik. – Ay ana, düşəydin həyətə, çıxaydın şəhərə gəzişəydin. Həm vaxtın keçərdi, həm də darıxmazdın. – Şəhərin küçələrində veyillənməkləmi rahatlıq tapacaqdım? Mənim rahatlıq yerim dirriyimiz, bağ-bağatımızdı. Mən səni qandıra bilmirəm ki, bu dünyanın özünə də etibar yoxdur, adamlarına da. Elə düşünmə ki, çox oxuduğuna görə həyatı məndən çox öyrənmisən. Oxuduğun orta məktəbi mən də bitirmişəm. Sən dörd il ali peşə təhsili almısan, mən isə bir il oxuyub orta təhsil. Məndən üç il artıq oxuduğun məktəb sənə peşə dərsi verib. Ali dərəcəli mütəxxəsis yetişdirib. Sənin ali təhsil haqqında diplomunu ali məktəbə gedib-gəlib, oxumadan, rüşvətlə alanlar olub, var, olacaq da. İnsana son nəfəsinədək dərs keçən həyat akademiyasında isə rüşvət işə keçmir. Öyrənmək istəməyənlər, görüb-götürməyənlər bu dünyadan key kimi köçüb gedəcək. Yaş fərqimizin iyirmi beş il olduğunu nəzərə alsaq, hansımız həyatı daha yaxşı dərk edərik? Niyə adam deyəni eləmirsən? Camal ata-anasının özündən qat-qat yüksək təfəkkürlü, müdrik olduğunu görürdü. Və bundan qürur hissi keçirirdi. Anasının canıyananlığını da dəyərləndirirdi. O, anasının təklifini ona görə qəbul eləmirdi ki, şəhərdə doğulub böyüyən övladlarının heç biri atası öləndən sonra gedib kənddə yaşamayacaq. Nə vaxtsa boş qalacaq mənzilin tikintisinə sərf edəcək vəsaiti, daha vacib dərd-sərinə yönəltməyi məqsədəuyğun sayırdı. – Ay ana, ildə bir aylığa dogma kəndimə gəlirəm. Allaha şükür olsun ki, nə qədər istəsəm qalacaq yerim var. Xətrimi istəyənlərim də kıfayət qədərdir. Tikiləndən sonra il boyu qıfıllı qalacaq evin inşasına maya qoymağına dəyərmi? – Bu gün ərklə açdığın qapılar bir gün üzünə bağlana bilər. Səni qandırmaq istəyirəm ki, bu gündən sabaha etibar yoxdur. Anası onu qandırmaq istəyirdi, o isə qanmırdı. Onun qanmamazlıqda ittiham edən anası hirslənib demişdi: – Baxt gələcək qanmamazlığının acısını dadacaqsan. Camalın anası təxmininində yanılmamışdı. Düşündüyü vaxt yetişdi. Doğrudan da anasını qanmamasının acısını yaşadı. Bu məqamda o, anasının özünü qandırmağa cəhd etdiyi yaşında olardı. Onun üçün bu gecikmiş qanmağın bir qəpiklik də dəyəri yox idi…
*
Camal uşaqlarının yay tətili vaxtında, iş yerində yaranan vəziyyətə görə həmişəki kimi ailəsi ilə kəndə gedə bilməmişdi. Tətildən qayıdandan sonra Camal yoldaşı Sənubərdən soruşdu: – İstirahətiniz necə keçdi? Sənubər qısa sükutdan sonra ərinin üzünə baxdı: – Pis keçmədi. Camal yoldaşının cavabından hiss elədi ki, bu tətilin istirahəti yoldaşını qane etməyib. Özünü də aldığı cavab qane etmədiyindən dedi: – Elə cavab verdin ki, görürəm yaxşı keçməyib. – Dediyimə inanmadın? – Axı cavabın inanılası kimi səslənmədi. Sənubər bilirdi ki, əri ondan dəqiq cavab almamış əl çəkməyəcək. Cavab gözləyən ərinə baş verəni açıqlamalı idi. Amma necə? Bu necənin yumşaq yoluna düşməkdə çətinlik çəkirdi.
*
Həmişə olduğu kimi yenə də Camalın ona evlilik təklifi etdiyi günü xatırladı. İnstitutu bitirdikdən sonra təyinat üzrə eyni zavodda işləyirdilər. İşə gəldikləri vaxtlar ara-sıra olsa da, çıxdıqları vaxt həmişə avtobus dayanacağına kimi yol yoldaşı olurdular. Bir gün Camal minəcəyi avtobusu ötürdü. Sənubər səbəbini soruşdu: – Niyə minmədin? – Səbəbini bilmək istərdinmi? Sənubər təəccüblə onun üzünə baxdı: – Sənin avtobusu ötürməyinin mənimlə bir əlaqəsi varmı ki? – Əlbəttə, var. Sənubər Camalın dərin həyəcan keçirdiyini hiss elədi. Bunun özü ilə nə əlaqəsi ola biləcəyi ilə maraqlandı: – Camal, örtülü danışırsan. Heç nə başa düşə bilmirəm. – Açıq danışmağa cürət etsəydim örtülü danışmazdım. Artıq onun məqsədini anlayan Sənubər gülümsündü: – Ay Camal, elə danışırsan ki, elə bil ilk dəfə üz-üzə gəlirik. Səni açıq danışmaqdan məhrum edən bu cürətsizlik hardan çıxdı? – Yadındadırmı oxuduğumuz vaxtlar tez-tez sənə baxardım? – Onda kimə baxmırdın ki? Gözünü qızlardan çəkirdin ki? – Nə bilirdin? Həmişə mən baxanda üzünü döndərərdin. – Nə eləməliydim ki? Gözünü başqa qızlardan çəkmədiyini görmürdüm? Camal bir anlığa o vaxtları xatırladı. Tələbə yoldaşı olan qızların hamısı gözəl idi. Əgər ondan soruşsaydılar ki, ən gözəli hansıdır? Hansısa birinə barmağını uzadıb, budur, deməkdə çətinlik çəkərdi. Həmişə onları nəzərdən keçirib, hansının daha gözəl olduğunu ayrıd etməyə çalışardı. Kimin daha ağıllı olduğunu soruşsaydılar, düşünmədən Sənubəri göstərərdi. Desəydilər ki, hansına elçi düşərdin? Sənubərə barmağını uzadardı. Dəfələrlə ona ürəyini açmaq istəsə də, rədd cavabı alıb üzüləcəyindən qorxub heç nə demədi. İndi öz dilindən eşidəndə ki, Sənubər də ona göz qoyurmuş, gec də olsa təəssüfləndi. Cəsarərsizliyinə görə özünü qınadı. İndi o, tam əminliklə qəlbini ona aça bilərdi. – Sənubər, o zaman mənim niyyətimi düz başa düşməmisən. – Necə başa düşməliydim ki, görmürdüm? – Ay insafsız! Mən onlara heyran olduğum üçün baxmırdım. Aranızdakı fərqı ölçüb-biçirdim. Bircə dəfə mən baxanda üzünü yana çevirməyib gözümün içinə baxsaydın, cəsarətə gəlib ürəyimi sənə açardım. Gör neçə ilimi qəlbimdə sənə qarşı cücərən hissimi boğa-boğa keçirmişəm. – Məni ittihammı edirsən? – Sənubər gülümsündü. – Özümü ittiham edirəm. – Bəlkə belə olmağı yaxşıdır. – Gəl bu “bəlkə”ni qoyaq bir kənara, keçək mətləbə. Bir-birimizi yaxşı tanıdığımıza görə sənə birbaşa evlilik təklifi eləsəm, yenə üzünü döndərməzsən ki? Bu günə qədər ağlından keçməyən təklif Sənubəri çaşdırdı: – Bəlkə yaxşı-yaxşı düşünək? – Demək istəyirsən ki, bir müddət də, yaxşı-yaxşı ürəyim üzülsün? – Bu iş mal alış-verişi deyil ki, baxdın, gördün, bəyəndinsə o saat əl tutub sövdələşəsən. – Kifayət qədər görmüşəm, baxmışam, bəyənmişəm. Məncə vaxt uzatmağın mənası yoxdur. Atam, anam tələsdirməsəydi, mənə qalsa nə qədər desən gözləyərdim. Sənubər dünən anasının onu sorğu-sual edib fikrində kiminsə olub-olmadığını öyrənməyə cəhd edərkən, yalan uydurmaq zorunda qalmışdı. Çünki qohumlarından biri oğluna görə ona elçi gəlmək üçün anası ilə danışıq apardığını bilirdi. Anası ona bəyənmədiyi qonşusunun oğlunu tərifləyəndə demişdi: – Bir də mənə bu barədə söz açma. – Səbəbini bilmək olarmı? – Yaxın günlərdə biləcəksən. – İndi bilsəm dünya dağılmaz ki? – Ay ana, bu günədək səndən məsləhətsiz bir iş görmüşəm? Sözündən çıxmışam? Adınıza zərər, utanc gətirəcək yanlışlığa yol vermişəm? Xahiş edirəm sənin narahat olduğun bu məsələdə məni sərbəst burax. Çünki bu, mənim həyatımdır. Bu həyatımı özüm davam etdirəcəyəm. Bu həyatımda sən kənarda qalacaqsan. Bilirəm nəzərin həmişə üstümdə olacaq. Şad günümdə sevinəcəksən, pis günümdə üzüləcəksən. Məni bu yerə çatdırınca çəkdiyin zəhmətinin üstünə, dərdimin də yüklənməsini istəmirəm. Sənubər anasının narahatlığının səbəbini başa düşürdü. Onun həmyaşıdlarının hamısı ərə gedib. Evdə qalan təkcə özü idi. Bilirdi ki, əksər vayideynlər kimi ata-anası da qızlarının evdə qalıb, qarıyacaqlarından narahat idilər. O, dünən anasının narahatlığını səngitmək üçün “yaxın günlərdə biləcəksən” cavabına qarşı anasının səsləndirdiyi “indi bilsəm dünya dağılmaz ki?” sualına bu gün cavab verə biləcəyini planlaşdırmamışdı. Camalın dediyi “…ata-anam tələsdirməsəydi…” ifadəsi anasının səsləndirdiyi “indi bilsəm dünya dağılmaz ki?” sualı hər ikisinə vaxt uzadıb düşünməyə möhlət vermirdi. Xasiyyətinə bələd olduğu, güvəndiyi, həyatından silinməsi mümkünsüz tələbə yoldaşı kimi yer tutan bəyəndiyi həmyaşıdının təklifini qəbul etdi. – Camal, biz indiki öz-özümüzü dolandıra biləcək məqama özbaşına gəlib çatmamışıq. Atamızın, anamızın dəstəyi, yardımından bəhrələnib istəyimizə nail olmuşuq. Artıq biz əvvəlki kimi onların dəstəyinə, yardımına yox, xeyir-duasına möhtacıq. Var-dövlətimiz başımızdan aşsa da, özləri ac-yalavac qalsalar da, bizdən elədiklərinin əvəzini ummazlar. Allah eləməsin, üz döndərsək də, bizə laqeyd qalmazlar. Dünən anamla təkbətək söhbətimiz oldu. Məndən ötrü necə narahat olduğunu görəndə özümü qınadım. Çünki hələ tələbə ikən bəyənilməsində əngəl olmayan bir neçə oğlanın mənə evlənmək təklifi etmələrinə peşman eləmişdim. Bu gün səndən bu təklifi alanda ilk ağlıma gələn bu oldu: “nə yaxşı ki, onlardan imtina eləmişdim”. – Sənə qulaq asdıqca, mən də özümü qınayıram. Zənnimdə yanılmıramsa, o vaxtlar sənə ürəyimi açsaydım, məni peşman eləməzdin. – Bəlkə də etməzdim. – Sənubər gülümsündü. – Ax… axmaq baş. Kaş ki, indiki ağlım o vaxt olaydı, – Camal sağ əlini düyünləyib yumruğunu başına vurdu. Yenə Sənubərin üzündə təbbəssüm göründü: – Ağlım yox, cəsarətim – desəydin, daha düzgün olardı. – Nə fərqi var ki, cəsarəti də ağıl idarə etmirmi? Nə isə. Olan olub, keçən keçib. Keçmiş gecikmiş ah-zarı qəbul eləmir. Allaha şükürlər olsun ki, heyfslənəcək itirdiyimiz bir şey yoxdur. Sən nə vaxt ailənlə danışıb atamla anamın səbirsizliklə gözlədikləri elçilik günümüzü mənə bildirəcəksən? Sənubər anasının bu təklifə sorğu-sualsız razılıq verəcəyinə şübhə etmirdi. Atasının isə etiraz etməyəcəyinə əmin olsa da, qarşı tərəfi tam araşdırmayıb, tez bir zamanda razılıq verəcəyini gözləmirdi. – Camal, səni yetərincə tanıyıram. Oxşar cəhətlərimiz də kifayət qədərdir. Bu da ondan xəbər verir ki, xoşbəxt ailə həyatı qura bilərik. Şərti şumda kəsək, sənə bircə təklifim olacaq. – Cəmi bircə şərt? – Camal Sənubərin sözünü kəsdi. – Bəli, ikinciyə gərək yoxdur. Əgər söz versən ki, aramızda heç bir qapalı sirrimiz olmayacaq, təklifini canla-başla qəbul edərəm. – İnandıqlarının, müqəddəs saydıqlarının hamısına and içirəm, hətta gördüyüm yuxumu da oyanan kimi səninlə bölüşərəm…
*
Birgə yaşadıqları xoşbəxt ailə həyatının təməli qoyulan o günü illər keçməsinə baxmayaraq, bir an belə unutmamışdı Sənubər. Evə çatan kimi bildirəndə ki, tələbə yoldaşı ona evlilik təklifi edib, anası sevindiyindən doluxsunub ağlamışdı. Cəmi bircə şərtlə qəbul edilib reallaşan ailə həyatında onun ərindən gizlətdiyi heç bir sirri olmamışdı. İndi isə o, ərinin atasının evində üzləşdiyi xoşagəlməz münasibəti gizlətməyə məcbur idi. İstəmirdi ki, iki qardaş arasında soyuqluq yaransın. – Sənubər, mən adamın gözünə baxanda ürəyini oxuyuram. Sənin də məndən nəyisə gizlətdiyini görürəm. Gəl öz xoşunla açıqla! Bil ki, ört-basdır etdiyin sirrin yerinə çatmamış əl çəkən deyiləm. Birgəyaşayış dövründə Sənubər ilk dəfə ərinə yalan danışmalıydı. Bəyənilməz olsa da, bu yalan bir ailədə baş verəcək qalmaqalın qarşısını alacaqdı. – Bu dəfə deyəsən kəndinizin havası mənə düşməmişdi. Tez-tez başım ağrıyırdı, təzyiqim qalxırdı, enirdi. – Uydurmana mənim inandığımı zənn edirsənsə, yanılırsan. Niyə yad adamlar kimi üzümə yox, yerə baxıb danışırsan? Adam bacarmadığı işə girişməz. Axı səndə yalan uydurmaq alınmır. Evlənməyə qərar verdiyimiz gün səsləndirdiyin şərti unutdunmu? Gözümün içinə bax, gerçəyi danış. Onsuz da nə baş verdyini təxmin etmişəm. Sənubər gördü ki, gerçəyi açıqlamaqdan başqa çarəsi qalmayıb, o gecəni xatırladı…
*
Camalın əmisi oğlu onu şam yeməyinə dəvət eləmişdi. Qonşuların da iştirak etdiyi məclis maraqlı keçdi. Qonağı olduğu qaynıgilə dönəndə gec idi. Uşaqlar yatmışdı. Pilləkənləri qalxanda, içəridən qaynının yoldaşına acıqlandığını eşitdi: – Nə qədər ki, əlimdən xəta çıxmayıb, ağzını yum! Bu evdə mənimlə bərabər qardaşımın da haqqı var. Eşitsəm ki, onun külfətinin xətrinə dəymisən, məndən incimə! Eşitdiyindən kefi pozulan Sənubər həyətə düşdü. Gəldiyini bildirmək üçün pilləkənin yanındakı boş vedrəyə toxundu. Səsi eşidib bayıra çıxan Kamal dilləndi: – Deyəsən əmioğlu yaxşı qonaqlıq verib? Evə tez dönsəydim mən də gələrdim.
Özünü heç nə eşitməmiş kimi göstərməyə çalışan Sənubər üzrxahlıq elədi: – Bağışla. Gecikib istirahətinizi pozdum. Əmioğlunun bəxti gətirib. Elə gözəl xasiyyətli, şirin dilli yoldaşı var ki, adam söhbətindən doymur. – Bəxti gətirib yox, başı yaxşı işləyib desən, daha düzgün olardı. Nənəm onu qəbul eləmək istəmirdi. Qardaşı qızını ona sırımaqdan ötrü dəridən-qabıqdan çıxsa da, istəyinə nail ola bilmədi. Üstünə nə qədər adam salsa da, əmioğlu fikrindən dönmədi. Əmioğlu görür ki, təklənib. Hamı nənəsini dəstəkləyir. Babama deyib: – Ay baba, arvadı hegomonluq edən kişilərə necə baxırsan? – Babam cavab verib: – Mən belələrini kişi saymıram. Kişinin evində kişinin sözü keçməlidir. – Bəs bizdə niyə arvad hökmünü yeridir? – Bu nə deməkdir? – babam hirslənəndə əmioğlu tez sözünü deyib: – Baba, seçib bəyəndiyim qızdan ötrü sizi elçiliyə göndərə bilmirəm. Qızın eybinə görə yox, nənəmin hökmünə görə bəyəndiyim qızı qəbul etmirsiniz. Nənəmin məqsədi aydındır. İstəyir ki, qardaşı qızını yanına çəksin. Sizdən baş aça bilmirəm. Niyə xoşbəxtliyimə əngəl olursunuz? Babam bir az düşündükdən sonra soruşub: – Bəyəndiyin kimin qızıdır? – Əmioğlu Sonanın atasının, anasının adını çəkən kimi babamın üzü gülüb. Nənəmlə əmimi yaxşıca töhmətləyib, vaxtı uzatmadan elçiliyə getmələrini tələb edib. Əmioğlunun başından elədiyi çanaq nənəmin istəyilə mənim başımda sındı. Sənubər Kamalın dərindən köks ötürdüyünü görəndə, sözə baxanlığının azarını çəkdiyini hiss elədi, onun halına acıdı. Sənubər o gecəni yuxusuz keçirmişdi. Qayınının yoldaşına qandırdığı: “bu evdə mənimlə bərabər qardaşımın da haqqı var” ifadəsi ara vermədən qulaqlarında təkrarlanırdı, onu düşündürürdü. Camalın təbii haqqından övladlarının yararlana bilməməsi ona qəribə gəlirdi. Ertəsi gün səhər Ulduz Sənubəri səhər yeməyinə dəvət etsə də, iştahasının olmadığını bəhanə edib, səhər yeməyindən imtina elədi. O, gedib bir neçə dəqiqədən sonra Kamal gəldi. Sənubərin pal-paltarını yığışdırdığını görəndə təəccüblə soruşdu: – Gəlin bacı, sən nə edirsən? – Kamal, Camaldan narahatam. Axşam qarışıq yuxular görmüşəm. Getsəm yaxşıdır. Kamal bu günə qədər gedəcəyi barədə fikrini bildirməyən gəlinlərinin birdən-birə getməyə qərar verməsinin arxasında nəyinsə gizləndiyini hiss elədi. Və bu şübhəsi həyat yoldaşı Ulduza istiqamətləndi. Gözləmədiyi qərarın dəqiq səbəbini ondan soruşarsa, dəqiq cavab ala biləcəyinə ümidi yox idi. Özü bu müəmmalı səbəbin axtarışına çıxdı. İlk növbədə ağlına gələn keçən axşamkı yoldaşı ilə aralarında olan mübahisə oldu. İşdən evə qayıdarkən, dördyolda rastlaşdığı köhnə dostlarıyla başı söhbətə qarışdığından evə gec gəlmişdi. Gəlinlərini evdə görmədikdə yoldaşından soruşdu: – Sənubər hanı? – Harda olacaq. Əmioğlun qonaq çağırıb. Ulduzun açıq-aşkar gözə çarpan aqressiyasına təəccüblənən Kamal qəzəbləndi: – Çağıran yerə gedərlər də. Burda hiddətlənəsi nə var ki? – Çox şey var. Onun kimi mən də bu nəslin gəliniyəm. Ona edilən hörməti heç kimdən görmürəm. O göydən yerə qızıl səbətləmi endirilib ki, hamı başına and içir? Səhər Sona gəlib onu nahara dəvət edib. Aradan yarım saat keçməmiş əmioğlun da gəlib təkrarlayır. Səhər evdən çıxandır. Görünür əmioğlun onun şərəfinə böyük ziyafət təşkil edib. – Hörmət tələb edilmir, qazanılır. Özü də zor gücünə yox, şirin dillə, xoş rəftarla, xoş niyyətlə qazanılır. Kin-küdurət, eqoistlik adamı elin rəğbətindən məhrum edər. Hörmət adama adam olduğuna görə yox, necə insan olduğuna görə qoyulur. – Deyirsən mən hörmətə layiq deyiləm? Hamınızın pərəstişkarlıq etdiyi gəlinbacı dediyin o şeydən nəyim əskikdir? – Əskikliyini özün öz dilinlə təsdiqlədin. Elə təsdiqlədin ki, şərhə yer qalmadı, – Kamal ona ağzını açmağa imkan vermədən bütün əskik cəhətlərini açıqladı. Bu açıqlamadan nəticə çıxardacaq səviyyədə sağlam düşüncədən məhrum olan Ulduz ərinin nəsil-kökünü qatıb-qarışdırıb elə yoğurdu ki, Sənubər eşitsəydi bir daha onun olduğu yurda ayaq basmazdı.
Çıxılmaz durunda qalan Sənubər gerçəyi ərinə danışmağa məcbur idi. Elə danışmalıydı ki, qardaşlar arasında nifaq yaranmasın: – Camal, mənim kənddən tez dönməyimin Kamalla heç bir əlaqəsi yoxdur. Onu həmişə öz qardaşım gözündə görmüşəm. İndidən sonra da münasibətim dəyişməyəcək. – Bunu bilirəm. Çünki onun xasiyyətinə bələdəm. Səndən nə baş verdiyini soruşuram. Bil ki, gizlətdiyin bir “heç nə” məndə min “heç nə”nin şübhəsini yaradır. Sənubər nə baş verdiyini ərinə danışdı. Kamalın halına acıdığını bildirdi. – Qardaşımın evini nənəm yıxdı. Əmioğlunu sındıra bilmədi. O olmasın, bu olsun deyib, çox çətinliklə qardaşı qızını Kamala yüklədi. – Bəs bunun axırı necə olacaq? Kamalın danışığından hiss elədim ki, onda yoldaşına qarşı sevgidən əsər-əlamət yoxdur. – Əvvəldən də olmamışdı. Onun istədiyi qız vardı. Atamgil bir dəfə elçiliyə getdi. Qızın anasını anam razı saldı. Atasının isə razılığını ala bilmədilər. Kişi onu varlı bir qohumunun oğluna nişanladı. Kamal qaçırmaq istədi. Qız atasına bağlı olduğunu, onu üzəcək addım ata bilməyəcəyini bildirdi. Onun acığına nənəmin çoxdan cəhd etdiyi təklifini qəbul elədi. – Ay Camal, Ulduzun nə dediyini eşitmədim. Nə demişdisə, Kamala bərk toxunmuşdu. Yoxsa, onun üstünə elə sərt qışqırmazdı. Doğma qardaşının təsdiq etdiyi kimi doğrudan da sənin doğulub boya-başa çatdığın ata yurdunda onunla bərabər haqqın var. Ulduza görə, sən dogma ata yurduna ancaq qonaq kimi gəlib-gedə bilərsən. Qonaq da düşdüyü yerdə aynan qala bilməz. Misalgəlişi deyirəm, Allah eləməsin, evziz-eşiksiz qalası olsan, orda sənə yer yoxdur. Mənim yanımda atan da, anan da sənə dəfələrlə dedilər ki, gəl köməkləşək bu yurdda ev tikək. Yay tətilinə gələndə öz evinizə düşün. Sən razılıq vermədin. Böyüklərin məsləhətini qulaqardına vurduq. Elə bildik savadlıyıq, onlardan çox bilirik. Dərk eləmədik ki, elmi çox bilsək də, həyatı onlardan çox görməmişik. O vaxt Sənubərin qaynatasının onlar üçün ayırdığı sahədə ev tikmək təklifini Camal qəbul eləməmişdi. Nə biləydi ki, vaxt gələcək, təqaüdə çıxacaq, anasının dediyi kimi, şəhərə çıxıb veyillənməyə dizlərində taqət qalmayacaq. Bütün günü evində oturub televizora baxmaqdan başqa məşğuliyyət tapmayacaq. Anasının dediyi kimi “qutu”nun içində darıxacaq. Atası vəfatından bir il qabaq yurddan onun üçün ayırdığı sahəni göstərib dedi: – İndi sən ömrünün gözünün ayağının altını görməyən, göydən gedən mərhələsini yaşayırsan. Qolundakı saata bax, saniyəölçən əqrəbin necə sürətlə addımladığını görəcəksən. Dəqiqəölçən əqrəb də dayanmır. Fasiləsiz hərəkətdə olsa da, saniyəölçən əqrəb altmış addım atmamış, dəqiqəölçənin hərəkət etdiyini görmürük. Saniyənin altmış addımını qəbul edən bir dəqiqə də, tam dəqiqliklə altmış addımını atır, zamanın bir saatı tamamlanır. Saatın iyirmi dörd addımı ömür kitabımızın bir vərəqini qatlayır, yenisini açır. Bu ardıcılıqla ömür kitabımızın vərəqləri qatlana-qatlana, yenilənə-yenilənə yaşımızdan silinən altmış ilimiz arxada qalır. Gücümüzün, taqətimizin, potensıalımızın zəifləmiş enerjisi ilə həyatımız davam edir. Yaş üstə yaş artdıqca, insanoğlunun həyat eşqi, istəyi isə zəifləmir, daha da zənginləşir. Amma uzaqlaşdığı cavanlığında görə biləcəyi işləri görməyə nə fiziki gücü, nə də maddı imkanı yetərli olmur. Gördüyün bu yurdda bir vaxt vardı atam olmayıb, babam olub. İndi mən varam, atam yoxdur. Bir gün görəsəksən, mən də yoxam, Kamal var. Nə qədər ki, biz varıq, sən bu evə öz evin kimi gəlib-gedəcəksən. Ananla mən olmayandan sonra necə olacağını nə mən, nə də anan görməyəcəyik. Öncəgörən olmasam da, təxmin edirəm ki, vaxt gələcək sözümə baxmamağının azarını çəkəcəksən. Gəl daşı ətəyindən tök, sözümə bax. Köməkləşək, sənə bu yurdda ev tikək. Atası bu təklifi edəndə, indiki kimi kəndin hər həyətinə su xətti çəkilməmişdi. Camaat suyu kəndin mərkəzində qazılmış artezian quyusundan daşıyırdı. İndiki kimi hər evdə hamam yox idi. Yuyunmaq üçün rayon mərkəzinə gedərdilər. Ağlına da gəlməzdi ki, nə vaxtsa kəndlərinə qaz xətti çəkilər, evlərdə suqızdırıcı olacaq. Mətbəxdə qadınlar qab-qacağı boruyla gələn isti suda yuyacaqlar. İndi o təqaüdə çıxıb, qızını köçürüb, oğlunu evləndirib. Oğlunun da işi var, gəlininin də. Onlar bir-birindən asılı olmadan özlərini dolandıra bilərlər. Əgər ata-anasının məsləhəti ilə kənddə ev tiksəydi, ər-avad öz evlərinə köçərdilər. Aldıqları təqaüdlə, şəxsi təsərrüfatlarını dirçəltməklə, bazardan asılılıqqlarını minumuma endirməklə, yaşayış səviyyəsini maksimuma yüksəldərək, səs-küysüz, bol oksigenli, dogma kəndində doğmaları arasında firavan həyat tərzi keçirərdilər. Baxdığı Türk serialının reklam vaxtında Sənubər eyvanda tək-tənha şəhəri seyr edən ərinə yaxınlaşdı. Onun dərin fikrə getdiyini görüb, dərdinə şərik olmağa cəhd elədi: – Camal, təqaüdə çıxandan sonra sənin elə bir günün olmayıb ki, gecənin yarısını eyvanda keçirməyəsən. Yay vaxtı başa düşüləndir. Otaq isti olur. Havalar sərinləşəndə də vərdişindən əl çəkmirsən. Kənardan göz qoyuram. Hiss edirəm ki, nəyinsə xiffətini çəkirsən. – Sənubər, kəndimizə gedəndə elə bir gecəmiz olmurdu ki, tək qalıb darıxaq. – Tək qalmağa imkan verirdilərmi? Hər gecə qonaq çağırırdılar. Vaxtın-vədənin necə keçdiyini hiss eləməzdik. Ulduzdan başqa hamının bizə xüsusi rəğbəti vardı. Bu da onu qıcıqlandırırdı. – Sağlığında atam da, anam da, onların yoxluğunda sən də kəndimizdə ev tikməyə məni razı sala bilmədiniz. Onda tikinti məhsulları ucuz idi, imkanımız da vardı. – O vaxt ucuzluq idi, kredit yoxuydu. Gəl büküb saxladığım, istifadə etmədiyim qızılları sataq, kredit götürək. Kamalla danışaq, atanın sənə ayırdığı sahədə ev tikək. Həm ömrümüzün qalan hissəsini səs-küysüz, təmiz havalı dogma kəndində, öz adamlarının əhatəsində olarıq, həm də yay tətilini uşaqlarımız, nəvələrimiz öz evlərində keçirərlər. – Kamalla hər gün danışırıq. Bu gün də zəng eləmişdi. Dedi ki, atamızın ayırdığı sahədə ev tikmək istəsəniz özü də kömək edəcək. – Mənə də zəng eləmişdi. Dedi ki, köçüb gəlin kəndə. Birləşib evinizi tikərik, ata-anamızın ruhunu şad edərik. Son vaxtlar elə bir gecəm olmur ki, yuxuma girməsinlər. Camal indi anladı ki, qardaşı nəyə görə ona zəng edibmiş. Hansı vacib məsələni həll eləmək üçün sabah yanına gələcəyini bildiribmiş… 26.02.2024
Ey sevgili, eğer dünyaya karşı günah işlemek seni sevmek anlamına geliyorsa ve eğer bu dünyanın anlamından ziyade bilinmeyenin özünü seçmek anlamına geliyorsa, o zaman her şeyden önce seninle günah işlemeye hazırım.
Ve evet, insan kirli bir nehirdir. Bir insan kirli bir nehri içine alıp bozulmadan kalabilmek için bir deniz olmalıdır.
Ve sen, sevgili, eğer bir denizden, bir okyanustan daha fazlasını istiyorsan, senin cennetin, hatta cehennemin olurum, zira sonsuzluktan beri senin yolunu beklerim.