Bu gün (17.02.2023.) Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda filologiya üzrə fəlsəfə doktoru, şair Gülhüseyn Kazımlının yaradıcılıq gecəsi keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq Gülhüseyn Kazımlının həm muğam irsimizin tədqiqatçısı, həm də şair kimi yaradıcılıq xüsusiyyətlərindən danışıb.
Tədbirin aparıcısı, tənqidçi, “Azərbaycan” jurnalı baş redaktorunun müavini Əsəd Cahangir də Gülhüseyn Kazımlının yaradıcılıq yolundan söhbət açıb.
Tədbirdə Xalq artistləri Sərdar Fərəcov, Ənvər Sadıqov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadə, tədqiqatçı-naşir Turan İbrahimov, şairlər İlqar Türkoğlu, İslam Sadıq, Maşallah Məftun, Zaur Ustac, Elmira Aslanxanlı, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, gözəl mahnılar müəllifi Kəmalə Abıyeva və başqaları çıxış etdilər.
Gülhüseyn Kazımlıya “Turan Birliyi” medalı və “İsa Muğanna” diplomu təqdim edilib. Tədbirdən fotolar:
Gülhüseyn Kazımlını “YAZARLAR” kollektivi adından təbrik edir, bol-bol yaradıcılıq uğurları arzulayırıq!
-Nizami KOLANILI – “Gedirəm savaşa, saxlama məni”, “A dünya”, “Yalan hökm eylədi, düz öldü, Allah”, “Qırx bir yaşda elə qaldım”, “Dünya, sənin nə vecinə”, “Gözəl, məndən küsmə barı”, “Belə dövran mən də gördüm”, “Yaxşını çox tapdım, pisi itirdim”, “Ağlayar”, “Bu il də kəndimə gedə bilmədim”, “Düzü kaman təki əyir bu dünya” (şeirlər)
Malik NƏZƏROV – “Lənkəran-Muğanlı”, “Lənkəran”, “Şovu adlı kəndim var”, “Yalançılar dünyası”, “Şəhidlər”, “Xocalı”, “Yaz gəlir” (şeirlər)
-Bəhram ŞƏMS – “Səni elə sevdim ki”, “Anama”, “Səni görən dağlara qar yağdı”, “Düşmədi”, “Kirpiklərin dar ağacı”, “Uşaq şeirləri” (şeirlər)
İyirminci və iyirmi birinci yüzillilklərin ən böyük faciələrindən biri. 2023-cü ilin fevral ayı. Gecənin bir aləmi. Sanki göylərin Yerə acığı tutmuşdu. Acığını isə heç bir dövlətin işinə qarışmayan, bütün xalqlara məhəbbəti olan Türkiyəyə tökdü. Böyük səhvə yol verdi. Ölkənin 10 vilayətini darmadağın etdi, daşı daş üstə qoymadı.
Hündür mərtəbəli binalardan əsər-əlamət qalmamışdı. Uçaraq yerdə daş-kəsək olmuşdu. Dağıntılar altından Zübeydə adlı bağça yaşlı bir qız və onun anası çıxarıldı. Neçə müddət iri daşların, parçalanmış beton piltələrin altında ac-susuz qalaraq ölümlə əlləşən ana ilə balanın gözlərində qorxu və ümidsizlik vardı. Az sonra bu qorxu və ümidsizlik yoxa çıxdı. Ana da, balaca Zübeydə də özlərinə gəldilər.
Zübeydə üzünü anasına tutaraq:
-Anacan, yaxşısanmı? – deyə soruşdu.
Ana qızını bağrına basaraq:
-Yaxşıyam, həyatım, yaxşıyam – dedi. -Şükür ki, sağsan. Sən yaxşı ol!
Zübeydə anasını öpərək dilləndi:
-Anacan, sən yaxşı ol ki, mən də yaxşı olum!
Ana da qızını öpüb:
-Zübeydəcan, sən də gərək yaxşı olasan ki, mən yaxşı olum. Sənsiz mən necə yaxşı, necə xoşbəxt ola bilərəm?!
Ana-bala bir-birinə sarıldılar. Zübeydə dönüb xilasedicilərə baxdı. Onlar da bu şirindil, yaraşıqlı qızı söhbətə tutdular:
-Məktəbə gedirsən?
Zübeydə başını yellədi:
-Mən hələ balacayam. Necə gedim? Məni bu yaşda məktəbə götürməzlər.
Qız xilasedicilərdən soruşdu:
-Biz haradayıq? Evdəyik? Bizim evi kim uçurub? Siz bizim evə necə girmişiniz?
Xilasedici:
-Sizin evi biz uçurmamışıq. Evinizə pəncərədən girmişik.
Zübeydə təəccüblə əvvəlcə anasına, sonra xilasedicilərə baxdı:
-Pəncərədən? Mən gizlənmişdim?
Xilasedici onun sözlərindən istifadə edərək söhbətini davam etdirdi:
-Hə, sən gizlənmişdin. Gizlənpaç oynayırdıq.
Zübeydənin dili açıldı:
-Mən tək deyildim. Ananla mən daşların altında uzanmışdıq. Gizlənmişdik ki, bizi tapa bilməyəsiniz. Yaman qaranlıq idi. Az qalırdın boğulasan. Hava yox idi. Anama demək istəyirdim ki, bura gizlənmək üçün yaxşı yer deyil, gəl duraq. Amma nə deyə bilirdim, nə də tərpənə bilirdik. Qorxmayım deyə gah gözlərimi yumurdum, gah da açıb qaranlığa baxırdım. Siz də bizi tapa bilmirdiniz. Niyə?
Xilasedici tez:
-Axır ki, tapdıq, – dedi.
Zübeydə şən:
-Yaxşı ki tapdınız, – dedi. -Daşlar anamı da, məni də sıxırdı. Ac idik, susuz idik. Evimizdə anam məni yedisdirmək istəyəndə ərköyünlük edir, yemirdim. Burada isə yaman acmışdım, amma yemək tapılmırdı. Durmaq istəyirdim, dura bilmirdim, qışqırmaq istəyirdim, qışqıra bilmirdim, anamı qucaqlamaq istəyirdim, əlim çatmırdı… Bir də gizlənpaç oynamayacağam.
Xilasedici onun saçlarına tumar çəkdi:
-Zübeydə, gizlənpaç yaxşı oyundur. Bundan sonra da oynayarsan. Amma çox qaranlıq, gizli yerlərə getmə. Yaxşı?
-Yaxşı.
Ana qucağında balaca Zübeydə xilasedicilərə təşəkkür edib ayrıldı. Zübeydə də onlara əl elədi.
Yaşadıqları binadan əsər-əlamət qalmamışdı. Ana binanın dağıntılarına baxıb göz yaşlarını axıtdı və hərəkətə gəldi. Doğmalarından xəbər tutmalı idi.
Bu gün Tanınmış yazıçı-publisist, araşdırmaçı alim Azər Turanın ölməz Hüseyn Cavidin ağrılı həyat hekayəsinə həsr etdiyi “Atam, anam, qardaşım, mən və Stalin”adlı əsəri üzrə səhnələşdirilmiş tamaşanın Aktyor Evində düzənlənən premyerası baş tutub. Fotolar:
Qayıt, mənim gülüm, yerbəyer elə Dərdli səhərləri, gecələri sən. Çaşıb başqa yolla keçirəm elə, Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi,- Yenə olduğu tək görüm həyatı. Qayıt, gözüm nuru, könlüm atəşi, Qayıt, səhmana sal bu kainatı
İki sevgi
Gözəl qız, sən saf susan, İki qəlb arzususan. Mən səni sevirəm Sususzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi. O isə səni sevir rahatca bardaş qurub, – Kabab üstdən sərin su pis olmaz – deyən kimi Gözəl qız, sən işıqsan, Yurduma yaraşıqsan. Mənsə səni sevirəm iynənin ucu boyda İşığa həsrət qalan göz işıq sevən kimi O isə səni sevir Bir şən mağarda, toyda, İşıqlardan yaranmış yaraşıq sevən kimi. Danış, ucalsın səsin, Qısılmasın nəfəsin. Mən ki səni sevirəm Bakıdan, Daşkəsəndən Gələn bir səda kimi, Səs kimi, Qüdrət kimi O isə səni sevir, Gizli deyil ki səndən, Bir otaq küncündəki qəmli sükunət kimi. Bu mən, bu o, bu da sən, De görək nə deyirsən! Amma yaxşı fikir ver bu iki məhəbbətə. Daha heç nə demirəm Nöqtə, nöqtə və nöqtə. 1953
O qıza
Axtarıram mən səni, Arayıram mən səni. Soruşuram gözümlə ötüb keçəndən səni, Axtarıram kitabda, arayıram həyatda. Bilmirsən nə boydasan, nə görkəmdə, nə adda, Sənin təhsilin nədir, sənin yaşın neçədir? Aladırmı gözlərin, qaradırmı, necədir? Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi, Qoy qara xalın olsun həsrətimin nöqtəsi! Bəlkə məndən böyüksən, bəlkə məndən kiçiksən; Ol, kiçik ol. böyük ol, amma kamallı ol sən. Kamal ol ki ömür bir şən nümayiş deyil, Mənalı yaşamaqsa çox da asan iş deyil. Ağıl da öz yerində. kamal da öz yerində. Bir gözəllik də görüm mənalı gözlərində. Kimə, niyə baxıram təkcə səni andırır. Ürəyimdə sözüm var, ürəyimi yandırır. O elə bir sözdür ki, dosta. yada deyilməz. Anadan əziz nə var, anaya da deyilməz. Əllərimi göynədir saçlarının həsrəti. Gəl yiyəsiz qalıbdır könlümün məhəbbəti. İşdir üz-üzə gəldik… Onda məndən utanma, Ürəyindən keçəni nə gizləmə, nə danma Gizləmə ki, danma ki, gedər hərə bir yana; Qoyma canım od tutub yana, ömürlük yana. Səni harda axtarım? De nəçisən? De kimsən? Tez ol, görün, tez ol gəl, axtarıram səni mən! Gözümdə, könlümdə qəm, Yollarına bitmişəm. İlk baharı gözləyən cavan bir ağac kimi. Baharı gözləyirəm… Ay qız, gəl bahar kimi.
Qaytar ana borcunu
Bir gözəl, bir sevimli oğul böyütdü ana. O bəd, uğursuz günü – ərinin öldüyünü Bildirmədi heç ona. Kədəri dalğa-dalğa doldusa da ürəyə Lakin nə saç yolaraq verdi əsən küləyə, Nə şivən etdi ana. Ürəyində ağlayıb, gülmək öyrətdi ona, Dözərək davanın da dərdinə, bəlasına, Öz boğazından kəsib yedirdi balasına… Bir oğul böyütdü ki, gur, çatmaqaş, gensinə. Bir oğul böyütdü ki, oğul deyirəm sənə: Atlını atdan salıb küləklərlə ötüşür. Baxışından qızların ürəyinə od düşür. Bir oğul böyütdü ki, oğul məktəb bitirdi, Oğul instituta qızıl medalla girdi. Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!” Ana yuxularında tez-tez Bakıya getdi, Ana məktub yazdı ki: “Yanıltma gümanımı, Pul nədir, pul deyirsən, göndərərəm canımı”. Nə zaman ki oğlunun getdiyi dörd il oldu, Məktubları kəsildi, gəlmədi tətil oldu, Ananı fikir aldı, ananın əsdi dizi Ana müqəssir etdi, tramvayı, dənizi. O yenə dözdü, durdu… O yolmadı saçını, Səsləri qonşuları Əsmər, Çiçək bacını. Yenə də azalmadı ürəkdən bala dərdi Onlar oğul vermədi, onlar təsəlli verdi. Məktub məktub dalınca axdı, Bakıya xdı, Ana da məktubların dalınca baxdı, baxdı… Məktublarsa Bakını dolandı, gəzdi, gəldi, Məktublar əzik-üzük, məktublar bezdi gəldi, Ana yenə də baxdı gah dolama yollara, Gah da oğul boyuna həsrət qalan qollara. Ana oğul böyütdü gur, çatmaqaş, gensinə, Ana oğul böyütdü, özgəyə qismət oldu. Ana fikirləşdi ki, mən neyləmişəm sənə? Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu? Oğul böyütdümü o büzmədodaq bir qıza? Oğul böyütdümü o. min işvəyə, min naza? Ana bilsəydi əgər böyütməzdi oğlunu, Yox, bunu yandım dedim, yenə atmazdı onu. Bir gözəl, bir sevimli oğul böyütdü ana, Ürəyində ağlayıb gülmək öyrətdi ona. Oğul! Nədir etdiyin bəs bu haq-say üçün? Qaytar onun ömrünə neçə gecə, neçə gün! Qaytar onun saçının qaralığını geri. Qaytar o dilindəki şirin-şirin sözləri! O sözü, o söhbəti gülüşü anan verib, Ana dodaqlarından bala dodaqlarına. İndi ondan gen gəzən oğul, ayaqlarına Yerişi anan verib. Qaytarsan o sözləri, sözsüz bir lal olarsan, Qaytarsan o yerişi, yerindəcə qalarsan. Qaytarsan o gülüşü hırıldamazsan daha Qaytar, qaytar onları. qaytar qoyma sabaha! Sən ki dərd verdin, oğul, sənə gülüş verənə. Oğul demərəm sənə! Deyirəm ki, o boyu, buxunu qaytar geri! Deyirəm ki, varını, yoxunu qaytar geri! Qaytar onun borcunu, Gülüşünü, adını, sözünü qaytar geri! Qaytar ana borcunu, O borc sənin özünsən, özünü qaytar geri!
Atamın xatirəsi
O sərt idi. Səhər dərsə tələsəndə mən Bildirməzdi yolda durub boylandığını. Bircə dəfə söz açmazdı qəlbindəkindən, Söyləməzdi övlad üçün çox yandığını.
Gizli-gizli məni süzüb gülərdi bəzən Durub-durub güc gələrdi əyri qəlyana. Övladına bircə dəfə “can” söyləməkdən Övlad üçün can verməyi daha asandı ona.
Əməksevər. ağır, enli, cod əli vardı, Tale kimi endirərdi çiynimə hərdən Sərt üzünə bircə anlıq səhər doğardı Bilməzdim ki, hansı nurlu düşüncələrdən.
Sevgisi də soyuq idi – təzə əkini Hər bəladan hifz eləyən qar kimi. Moskvada oxuyurdum, Tərk etdi məni. Gələn kimi bir əbədi ayrılıq dəmi Gah istəyib məni görə. Gah deyib ki mən Qoy bilməyim O utanıb öz ölümündən Ah, o niyə belə etdi, bu nə qubardı? Nə zamansa bu nişanda bir atam vardı.
*** Bəzən haqq qazanır insan öləndə, Hətta unudulur ağır günahı Hamıya dərd olur cavan getməyi, Oduqca az görüb, az yaşamağı…
Deyirlər:”bilsəydik, ayıq olardıq Onu qoyardıqmı heç gözdən iraq? Hər bir dərdinə də çarə tapardıq, Nə bilək, o belə az yaşayacaq?”
Eh! Bu gün nə qədər xəyala daldım, Eh! Qəlbim nə qədər alışdı, dindi. Sən mənim qədrimi biləsən deyə Bu cavan yaşımda ölümmü indi?
İlk görüş
Nə vaxt görüşmüşük? Harda? Nə zaman? Doğrusu, elə bil yadımdan çıxıb. Təbəssüm səhəri doğdu üzündən, Dayandın ehmalca əlimi sıxıb.
Sözlərin qırıldı, töküldü bir-bir; Çırpdı divarlara, daşlara külək. Kəlmələr dağıldı sahil boyunca Yorulmuş bir gülün ləçəkləri tək.
Əynində sevincdən biçilmiş ağ don, Gözündə çaşqınlıq ala-toranı. Əllərin qonmağa bir yer tapmadı, Sındırdın az qala barmaqlarını.
Sonra da gözlərin sirli söhbəti: – Sevirsən? – Sevirəm. – Hər zaman? – Hər an! Sonra da dillərin şirin yalanı: – Sevmirsən? – Sevmirəm? İndi o vaxtdan:
Saatlar, həftələr, illər ötüşür. Amma o ilk görüş yaşayır hələ. Qocalmır, zamana yanıqlar verib, Yaşayır hər yeni görüşümüzlə.
İlk görüş yox olsa, yox olub gedər, Dönər bir heçliyə görüşlərimiz… Görüşlər hamısı vərdişə dönər, Bəlkə bir saatda qocalarıq biz.
Hər yeni görüşlə ilk görüş gəlir, Bütün görüşlərə nur səpir bir-bir. İlk görüş həmişə arxada deyil, İlk görüş bəzən də gələcəkdədir.
Nə xoşbəxt imişəm bir zaman Allah
Nə xoşbəxt imişəm bir zaman, Allah, Xəbərim olmayıb bu səadətdən. Nə xoşbəxt imişəm, nə xoşbəxt, xoşbəxt! Bu gün eşitmişəm bunu həsrətdən. Niyə yazmamışam o zaman, Allah, Əlimə qələm də gəlməyir indi. De, niyə aradan küləklər əsir? Aramız, de, niyə belə sərindir? İçdiyim o su da səadət imiş, İşə getməyim də, qayıtmağım da. Ona baxmağım da xoşbəxtlik imiş, Onu yuxusundan ayıltmağım da. Dünya başdan-başa səadət imiş, Mənsə bu dünyanın qoynundayammış,
Dünya fırlanırmış sevinc gücüylə, Bəs indi nə olub belə dayanmış? Göylər səadətin çətiri imiş, Torpaq da səadət məhvəri imiş. Gecələr toranlı vüsal məskəni, Hər səhər, ruhumun səhəri imiş. Dilin quruyaydı sənin, ay həsrət, Sən bu gün könlümü tarımar etdin. Ya bunu vaxtında deyəydin mənə, Ya da ki lal olub heç dinməyəydin. Dünya başdan-başa səadət imiş, Görəsən, heç bir də olarmı yenə? Dünya başdan-başa nə imiş dedin? Dünya başdan-başa nə imiş, de nə?
Şəhidlik zirvəsi
“Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz” İmadəddin Nəsimi
I
Altı yüz ildir idrakçırpınır pələng kimi Nərə çəkir ağlayır tapa bilmir ki, bilmir – o bir sirri-xudanı. Təpədən dırnağadək soyalar bir adamı; Necə ola dinməsin, Böyük əqidəsindən Bir misralıq enməsin. Gözündən bir nöqtə yaş sinəsinə düşməsin. Qaşları çatılmasın bir xırda vergül qədər, Diri-diri soyulsun, əqidədən keçməsin. Altı yüz ildir bəşər ağrılardan inidlər Altı yüz ildir bəşər düşünər, çatmaz yenə Məşəqqətli ölümün Nəsimi zirvəsinə. Altı yüz ildir, altı Nəsimini soyurlar, Qanlı yaralarına hələ də duz qoyurlar. “Uf” da demir Nəsimi Əmmaməlilər baxır dəli suçlular kimi Təpədən dırnağadək soyurlar özləri qorxur neçin? Göylərə göz dikirlər.
Şəhidigörməməkçün, İlahi də görünmür! – Onun qorxusu nədir? Niyə azad eləmiş, Hər ağrıdan şəhidi? Şəki-şübhə başını qaldırdı, dedi, “Ay aman, Tanrı dəhşətə gəlmiş qaçmış yaratdığından!” Təpədən dırnağadək Əqidə olan kəsi Dırnaqdan təpəyədək Soydu xəncər tiyəsi Şəhid, odur nə dindi göz yaşı tökdü nə də, O oldu yer də göy də ilahi də bəndə də Amalıyla ağrısı biləşib daha güclü bir qanadla Tanrı tutası yerə uçub, o bülənd oldu Küfr edən də çox oldu duyub bilən də oldu
II
Yarım ölümdən ötrü azmı ağlayan olmuş Azmı könlə, beyinə qorxu qurşunu dolmuş? Xırda yarasının da ağrısını doğmaca balasıyla bölənlər Ölümün gəlişini eşidəndə ölənlər Bir qəzəbli baxışın ucunda tir-tir əsən Adam görsən, Nəsimi, əlbət, heç nə deməzsən Ləkələnməzsən əsla Yazmaq istedadını, ölmək istedadını, Dinməzsən ucalardan, Enməzsən ucalardan.
Epiloq
O, altı yüz il qabaq Dərisindən çıxaraq Göylərə baxa-baxa Dözüb hər məşəqqətə Getdi əbədiyyətə Al-qanı axa-axa, Yeridi, gücü artdı Tarixləri qızartdı.
Həyat bilgisi dərsində müəllim insanın yaşaması, fəal həyat sürməsi üçün lazım olan məsələlərdən danışırdı. Şagirdlər diqqətlə qulaq asırdılar. Müəllim dedi:
-İnsanın yaşaması üçün hava, oksigen, su və yemək lazımdır.
Murad əlini qaldırdı. Müəllim:
-Buyur, Murad, sualın var?
Murad cavab verdi:
-Bəli, müəllim. Mənim üçün, elə yoldaşlarım üçün də maraqlıdır. İnsan neçə müddət ac və susuz, havasız yaşaya bilər?
Müəllim:
-Yaxşı sualdır, – dedi. – İnsanların oksigensiz – 3 dəqiqə, susuz – 3 gün və yemək yemədən isə, 3 həftə yaşaması mümkündür.
Bu sözlərdən sonra sinifdə canlanma yarandı.
Banu ayağa qalxaraq:
-Müəllim, müstəsnalar mümkündürmü? – deyə soruşdu. -Fevral ayında Türkiyədə əsrin ən böyük faciəsi baş verdi. Minlərlə insan zəlzələnin qurbanı oldu. Hər gün dağıntılar altından cəsədlərlə yanaşı, sağ qalmış adamları çıxarırdılar.
Atilla söhbətə qarışdı:
-Müəllim, zəlzələdən 5 gün, daha doğrusu, 128 saatdan sonra ölümün pəncəsindən 2 aylıq körpə azad edildi. Mətbuat, internet saytları, radio və televiziya, radio bu barədə məlumat verdi.
Müəllim:
-Elədir, mənin də xəbərim var.
Atilla:
– Belə çıxır ki, “insan oksigensiz, – 3 dəqiqə, susuz – 3 gün və yemək yemədən isə, 3 həftə yaşaya bilər” fikri şərtidir. Heç də özünü doğrultmur. Deməli, bəşər övladının oksigensiz, susuz və yemək yemədən 5 gün də yaşaması mümkündür.
Müəllim başı ilə təsdiq elədi, Banu ilə Atillanın, digər şagirdlərin məntiqinə heyran oldu. Bir də doğru sözə nə demək olardı?
Lakin bununla belə məsələyə aydınlıq gətirdi:
-Yeməksiz, susuz yəqin mümkündür. Amma oksigensiz, havasız çox çətindir. Gəlin nəzərə alaq ki, dağıntılar zamanı bəzən daşların, beton təbəqələrinin aralarda boşluqlar qalır, o boşluqlarda, təbii ki, hava olub, havasız körpə boğulardı. Deməli, nəfəs ala bilib.
Bu dəfə şagirdlər başları ilə təsdiq edib müəllimin fikri ilə razılaşdıqlarını bildirdilər.
MİN ŞÜKÜR Bir yaqut gizlidi sədəf dalında, Misli yox ölçülə sərraf dalında, Min kəlmə şəlləyib əlif dalında, Dildən dilə gəzdirənə min şükür… * * * Dədəm, babam nəğmə deyib, söz qoşub, Kəsə gedib, doğru deyib, düz qoşub, Məclis qurub, min oxuyb, yüz qoşub, Teldən telə gəzdirənə min şükür… * * * Ustac deyər, hardan gələr bilinməz, Ha deyilə, yeri dolar bilinməz, Gülər gözdən qəm süzülər bilinməz, Eldən elə gəzdirənə min şükür… 20.10.2016. Bakı.
SÜBH ÇAĞI Pozur addım səsləri, Gecənin kor sükutun. Uzaqdan yeyin-yeyin Yeyir ürəyin qutun… * * * Qəfil başlayır quşlar, Necə gəlirsə buyruq. Sanki komanda verir, Gözəgörünməz çubuq… * * * Bürüyür bircə anda, Hər yanı sübh nəğməsi… İfa edir təbiət, Əsər Tanrı bəstəsi… * * * Getdikcə addım səsi Eşidilir yaxından. Gecə qaranlığında, Ötüb keçir yanımdan… * * * Tələsik addımlarda, Təlaşlı qəlbin səsi… Elə tələsir, sanki, (Ta dünyanın sonudur,) Tükənəcək nəfəsi… * * * Uzaqda dan sökülür, Gecənin rəngi qaçır… Yaxında purç tumurcuq, Qətran ətrini sacır… * * * Addımlar uzaqlaşır, Səngiyir sübh nəğməsi… “Allahu Əkbər”- deyə, Ucalır azan səsi… * * * Aydın olur səbəbi, O təlaşlı yerişin… Avazıyır qaranlıq, Anlamı var gərdişin… * * * “La ilahə illəllah”, Yenə də çökür sükut… Əllər açılır göyə, Möminlər tutur qunut… * * * Gecənin bağrın yarıb, Gündüz sıyrılır qından… Kimisi tövbə edir, Neçəsi çıxır dondan… * * * Həmin şəxs yenə keçir, Qayıdanbaş yanımdan. İndi özü görünür, Səs çıxmır addımından… 17.11.2022. Bakı.
TURAN DEYİLSƏ Cavid dünyasına əyri baxanlar, Bu gün baş verənlər siz deyin nədir?! “Tuncaya” şerini topa tutanlar, Bu gün baş verənlər siz deyin nədir?! * * * Nəhayət, “yar qonaq gələcək bizə”, Min yol qurban ollam, “o qara gözə”, Uzağı, “lalər çıxacaq düzə”, Bu gün baş verənlər siz deyin nədir?! * * * İllərin həsrəti hopmuşdu sözə, Ay ulduz dönmüşdü sözdə qaş-gözə, Əbədi qardaşlıq hakimdir düzə, Bu gün baş verənlər siz deyin nədir?! * * * Bilirəm bağrınız alışıb yanır, Nədənsə, çoxları əslini danır, Ustac bu günlərdə Turqutu anır, Bu gün baş verənlər siz deyin nədir?! 15.11.2022. Bakı.
ARAZ Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Çəkib acıları, yığıb suyuna, Sakitdir, bələddir hamı huyuna, O da qurban gedib fitnə, oyuna, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! 15.11.2022. Bakı.
ÜZÜMÜZÜ GÖRMƏ! Könlü işıqlı olanın, İşi yox gün işığıynan! Ruhu təmiz olduğundan, Yeyəcək öz qaşığıynan! ★ ★ ★ Heç dərdini çəkməginən, Nə yaxşı görmürsən bizi. Könlün saf, ruhun pak qalsın, Görməyəsən belə üzü… ★ ★ ★ Çalış, duyma səsimizi, Xəbərsiz ol halımızdan. Xoş halına xəbərsizsən, Boş-boş qeylü-qalımızdan… ★ ★ ★ Dərdin çəkmə bu dünyanın, Öz dünyanı xürrəm yaşa! Sənin gözün bizdən iti, Ayağın dəyməsin daşa! ★ ★ ★ Əzada gözü sağlar var, Görsə də ruhu sikəstdir. Gözün deşəni görməyir, Çünki ruhən o nakəsdir! 13.11.2022. Bakı.
QATIQ Qatıq deyib, fors eləmə qardaşım, Bir çox evdə süfrələrin padşahı. Baxırsan ki, bığlarınıda “bığ yağı”, Fors eləyir, cibində yox bir şahı. * * * Qatıq deyib, fors eləmə qardaşım, Bir çox evdə onun adı yavanlıq. Baxırsan ki, düz əməlli adamdır, Yazıq olub, evin yıxıb cavanlıq. * * * Qatıq deyib, fors eləmə qardaşım, Bir çox evdə kiçik dünya ibrəti. Nehrə onu elə qəşəng çalxayır, Söz artıqdı, tutan tutdu söhbəti… * * * Qatıq deyib, fors eləmə qardaşım, Ustac görüb tuluq-tuluq turş qatıq, İndi “yağ”dır “vitrin”ləri bəzəyir. Ya “şor” olub, ya “turş ayran”, ya “atıq”… 12.11.2022. Bakı.
MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM Qutlu zəfər sancağım, Sancılmağa yer gəzir! Alınası öcüm çox, Bu gün ruhumu əzir! * * * Dərbəndi, Borçalını Unuduruq həmişə… Kərkük, Mosul bağrı qan, Boyun əyib gərdişə… * * * Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm! * * * İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla… * * * Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi… * * * İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə… * * * Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq… * * * Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün! * * * Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!! 08.11.2022. Bakı.
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz! 06.11.2022. Bakı.
Sanki göy yerə gəldi. Aləm bir-buirinə qarışdı. Binalar bir anda uçaraq yerlə bir oldu. Nə baş verirdi? Gecə yarısı idi. Hamı şirin-şirin yatırdı. Bir anda ölüm insanların başının üstünü kəsdirmişdi. Zəlzələ ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu idi. Lakin az sonra Türkiyənin daha 9 vilayəti zəlzələnin qurbanı oldu. Yüzlərlə, minlərlə insanın həyatına son qoyuldu.
Uçan binaların dağıntıları arasında saysız-hesabsız körpə, qadın, ahıl, xəstə qalmışdı. Daşların, betonun altından çıxa bilmirdilər. Fəlakətdən canlarını qurtaranlar o tərəfə-bu tərəfə qaçır, əzizlərini, yaxınlarını, doğmalarını axtarırdılar. Lakin hara qaçırdılarsa qarşılarını uçmaqda olan bina kəsirdi. Geriyə dönürdülər, bu zaman başqa bina üstlərinə gəlirdi.
Zəlzələ Hatayın İskenderun rayonunu xarabazara çevirmişdi. Dağıntılar altında qalanların qışqırığı ətrafı lərzəyə gətirirdi. Ayaq üstə olanlar onlara köməyə tələsirdilər. Bütün ölkə ayağa qalxmışdı. 7 günlük matəm elan olundu. Müxtəlif ölkələrdən köməyə gəldilər. Birinci növbədə qardaş Türkiyəyə öz köməyini Azərbaycan göstərdi. Çoxsaylı canlı qüvvə, texnika və humanitar yardımlarla.
Neçə gün idi ki, dağıntılar altında qalan, lakin hələ nəfəs almaqda olan insanlar azad edilirdi. Həyatlarını itirənlərin cəsədləri də çıxarılırdı. Ara-sıra uşaq iniltisi eşidilirdi. Zəlzələdən neçə saat sonra bir oğlan uşağı çıxarıldı. 12-13 yaşlarında olardı. Onu tez xərəyə qoydular. Yaralıların yerləşdiyi sığınacağa aparacaqdılar. Oğlan xərəkdə uzanmaq istəməyərək:
-Mən məktəbə getməliyəm, – dedi.
Fəlakətin böyük, təsəvvürəgəlməz miqyasından xəbərsiz olan uşağın sözləri ətrafdakılarda təəccüb və heyrət doğurdu. Lakin bu təəccüb və heyrət tezcə ötüşdü. Onu başa düşüb dəyərləndirdilər. Oğlanın sözləri təhsilə ciddi münasibətindən irəli gəlmişdi.