İsa Muğanna “Nəsimi” filmində Rasim Balayevə edam səhnəsini göstərərkən 1 aprel tarixi, xalq yazıçısı, müdrik insan, gözəl insan, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Məşhər”, “İdeal”, “Türfə”, “Cəhənnəm”, “İsahəq Musahəq” romanlarının, “Teleqram”, “Saz”, “Tütək səsi”, “Kollu koxa” povestlərinin, “26-lar”, “Ulduzlar sönmür”, “Nəsimi”, “Tütək səsi”, “Nizami” bədii filmlərinin ssenari müəllifi İsa Mustafa oğlu Hüseynovun (İsa Muğanna) anım günü idi. (1928 – 2014)
Allah rəhmət eləsin ruhu şad olsun. İsa Muğanna sevimli şairimiz Nəbi Xəzri ilə bacanaq olublar. Allah rəhmət eləsin hər birinə.
Mən səni tanımıram, varsansa, Firuzəyə bir övlad ver!
Aprelin biri Azərbaycan ədəbiyyatının özünəməxsusuluğu ilə seçilən sənətkarı, magik realizm məktəbinin yaradıcısı İsa Muğannanın dünyasını dəyişməsinin bir ili tamam olur. Ən böyük, ən yaşlı, ən müdrik, ən sehirli, ən səmimi dostumdan ayrılmaq mənə çətin olmuşdu həmin gün. Əruz elmini mənə öyrədən ustadım Zülfəli Zülfəliyev rəhmətə gedəndən sonra İsa Muğanna ilə tanışlıq həyatımın ədəbiyyatına, fəlsəfəsinə, gündəminə sehirli bir rəng qatmışdı. Bu elə bir sehirli rəng idi ki, dünyanı o rənglə boyasa idilər, gözlərimiz yalnız Ağ görərdi. Həm də Saf Ağ işığı. Elə İsa Muğannanı da mənə bir yazıçı kimi Zülfəli müəllim tanış etmiş, “İdeal” əsərini oxumamışdan öncə o danışmışdı isa Muğannanın sehirli gerçəkliyindən. Sanki onunla bir gün tanış olacağımı da bilirdi. İsa Muğannasız keçirdiyimiz bir il ərzində müxtəlif səviyyələrdə yazıçı haqqında yazılar yazıldı, müzakirələr edildi. Muğannadan danışanlar ya onu anlamayıb, sadəcə böyüklüyünü etiraf edə bildilər, anlayanlar da bu böyüklüyü ifadə edəcək söz və cümlələr tapmaqda çətinlik çəkdilər. Zənn edirəm ki, Muğanna yaradıcılığı üçün ən böyük hadisə “Türfə” romanının çapı idi ki, ona da nail ola bildik. Onunla tanış olduğum bir neçə il müddətində ən az ayda bir dəfə görüşər, dərdləşər, kefin soruşar, yanında olmağa çalışardım. Bütün bu məqamlarda isə İsa-Firuzə bötüvlüyü ilə bir yerdə olurduq. Lakin İsa Muğannanın gedişindən sonra o evə getmək mənim üçün çox çətin oldu. Düzdür, Firuzə xanım, da sanki İsa müəllimin missiaysını üzərinə götürmüşdü, o da mənimlə maraqlanırdı. Bu da o müqəddəs ocağa gedib-gəlməyimi asanlaşdırırdı. Amma hər dəfə Firuzə xanımı görməyə gedəndə sözlərin xitdəyimdə asılıb qaldığını, tıxandığını hiss edirdim. Bu müdrik Azərbaycan qadınının böyüklüyünü gördüyüm halda, onun İsa Muğanna üçün necə darıxdığının şahidi olub ona necə təsəlli edici nəsə deyərdim?! 60 ildən çox ömrü bir başa vuran bütövun yarısına necə dəstək ola bilərdim. Tək gücüm dimməz, söyləməz, hər dəfə də gözlərinin içinə baxıb yeni çap etdiyimiz kitabı verib, tez də sağollaşıb getmək olurdu vəzifəm. Əvvəlki vaxtlardakı kimi daha yeni nəşrlərə həvəslə baxmadığını, sadəcə “sağ ol, bala” deyib kitabı kənara qoymasını, sonra da əlini çənəsinə qoyub gözünün görə bilmədiyi, beyninin isə çox uzaqlara qədər baxdığı ənginliklərə zilləndiyini hiss edirdim. İSA MUĞANNA 3 Firuzə xanım Əhməd Cavadın Şükriyyəsi, Hüseyn Cavidin Müşkünazı kimi İsa Muğannanın Muğanna olmasında sevgi ilə fədakarlıq göstərmişdir. İsa Muğannanın bəşəri mübarizəsində yanında olan bu böyük insanın Muğannaya olan sevgisini bircə kəlmə “İsa” sözünü eşidənlər daha yaxşı anlayar, məncə. 60 ildən çox bir zamanda bir evi, bir açarı, bir işığı, bir havanı, bir təbəssümü, bir kədəri bölüşən bu ailə insanlıq tarixi üçün bir örnəkdir. Çünki İsa Muğannanın Muğanna olmasında Firuzə xanımın rolu, əməyi, səyi, səbri danılmazdır. Əslində, bu saydıqlarım birtərəfli olmayıb. Firuzə xanımın son illərin ən böyük arzusu İsa Muğannadan sonra vəfat etməsi idi. Belə də oldu. Deyirdi, ay Allah, sən məni İsadan sonra apar, barı ona sona qədər də olsa, özüm qulluq edim. Bu sözləri deyəndə, bəlkə, Firuzə xanım fərqində deyildi ki, onsuz yastığa baş qoymaq, divanda tək-tənha oturub ağı qaradan çətinliklə seçən gözlərini gah bir nöqtəyə zilləmək, gah da xatirələr yağmurunda islanan gözlərini silmək dünyanın ən çətin zindanı olacaqdı ona. Firuzə xanım böyük məhəbbətini ifadə edirdi o cümlə. Atası, əri, qardaşı, oğlu kimi sevib əzizlədiyi İsaya kiminsə qulluq etməsinə razı ola bilmirdi. Amma onsuz yaşamağın bu qədər çətin olduğunu bilsəydi, bəlkə də, o, həyata keçmiş duasını geri çağırardı. Elə Muğannasını da. “Şəmil…. İsa üçün darıxıram” deyib qəhərlənmələrini görərək deyə biləyəcəyin bir tikə sözün belə tapılmaması nə qədər soyuq və qan donduran imiş, ay Allah! Muğannası haqqında xatirlərinin səs yazısını yazmağı təklif etdim, razılaşsaq da, bacarmadı. Ürək getdi, gəldi dəfələrlə. Bir gün zəng edib dedi ki, “Şəmil, bacarmayacağam”. Bu yaxınlarda arxivimə göz gəzdirəndə Firuzə xanımın “Türfə” romanının çap olunması üçün AMEA-nın Müxbir üzvü Nizami Cəfərova yazdığı bir məktubu gördüm. Oxudum və heyrətə gəldim. Çünki Firuzə xanım həyat yoldaşına nə qədər rəğbətlə və heyranlıqla inanırdı. Məhz bu olmalı idi Muğannanı böyük amillərdən biri də. Ustadın ilində təəssüflər olsun ki, Bakıda deyiləm. Amma bu məktubu oxuculara təqdim etməyin böyük faydası olacağına inanıram.
İsa nə qədər böyük yazıçıdırsa, bir o qədər də böyük insandır. Altmış illik birgə həyatımızda ondan bir kəlmə də acı söz eşitməmişəm. Atalarımız dünyalarını çox erkən dəyişdilər. Altı uşaq İsanın anası Xədicənin, altı uşaq da mənim anam İnşanın yanında qaldı. Böyük məhrumiyyətlər, dəhşətli kasıblıq içində on iki uşaq böyütdük. Təhsil verdik, evli-eşikli elədik. Uşaqlar haqqında danışmağımın səbəbi var. 1968-ci ildə alihəzrət Dəmirəlin zamanının başlandığında, Azərbaycan yazıçıları nümayəndəliyinin tərkibində Türkiyəyə getdik. İstanbulu, İzmiri, Ankaranı, Bursanı və sair yerləri gəzdik, Bolu bəyin kəndini, Koroğlunun Çənlibelini gördük. İstanbula qayıdanda məscidləri gəzdik. Ayasofiya məscidində İsa üzünü göyə tutub dedi: “Biz çoxlu uşaq saxlamışıq, özümüzə övlad istəməmişik. Mən səni tanımıram. Əgər varsansa, Firuzəyə bir övlad ver. Oğlan da istəmirəm. Bircə qız. Bircə qız!” (Ş.S. Tanrı ailəyə yeganə övladı Sevinc Muğannanı 19 ildən sonra bəxş etmişdir) Otelə qayıtdıq. Yorulmuşdum, divanda uzanıb yatdım. İsa kresloda oturdu. Bir azdan məni oyadıb dedi: “İndicə, ayıq-sayıq vaxtımda bir altı-yeddi aylıq, gözəl, gombul qız uşağı gördüm. İməkləyib gəlib dizlərimdən yapışdı, qucağıma mindi, burnunu boğazıma söykəyib mışıl-mışıl nəfəs aldı. Səni oyatmaq istədim, uşaq yox oldu. Nəfəsini indi də boğazımda hiss edirəm. Qızımız olacaq”. Mən inana bilmədim. Bakıya qayıtdıq. Bir ildən sonra İsanın o gördüyü qız – Sevincimiz doğuldu. Bundan sonra mənim həyatıma fərəh gəldi. İsanın da işləri yaxşılaşdı. Dalbadal əsərləri çap olundu. İsa məni Rusiyanın şəhərlərində kurort zonalarında gəzdirdi. Bolqariyada, Qara dəniz sahillərində, Pribaltika ölkələrində, bir neçə Avropa ölkəsində gəzdirdi. Yetmişinci illərdə çox qəribə hadisə baş verdi: İsa birdən-birə kainatla bağlandı, özünün dediyi kimi, EySarla danışmağa başladı. EySar, İsUsun, İsa peyğəmbərin həqiqi adı – odu – rütbəsidir. “Ey” Uca deməkdir. “Sar” – hökmdar deməkdir. EySar – uca hökmdar deməkdir. Bu Od – Həqiqət qədim türk dilində – OdƏr dilindədir. EySar İsaya OdƏr dili öyrətməyə başladı. OdƏr dilində indiyə qədər heç yerdə, heç kəsə məlum olmayan məlumatlar verməyə və tamam yeni ruhda əsərlər yazmağa kömək etdi. “İdeal” romanı, “Peyğəmbərin möhürü”, “Məhşər” və bir sıra başqa əsərlər belə yarandı. İndi oxuculara təqdim olunan. “Türfə” əsəri də bu qəbildəndir. Bu əsərdə “axırıncı peyğəmbər”, “Muhamməd – Məhəmməd”, İslam peyğəmbəri adlandırılan, OdƏrcə rütbəsi BağHəmOd (Vahid həqiqət bağı) olan nadir insan haqqında həqiqət verilib. İsa şahiddir ki, EySar İşıq gəmisində Yer planetinin üzərində gəzib müşahidələr aparır. Tezliklə vaxt yetişəcək, EySar, BağHəmOdla və rütbəli OdƏrlərlə birlikdə Yerə enəcək. Mən o günün gələcəyinə inanıram və həyat yoldaşım İsa Muğannanın yazdığı əsərləri təqdir edirəm.
P.S. Bu məktubu yayımlamaqda çox tərəddüd keçirdim. Firuzə xanımın Nizami müəllimə şəxsi məktubu idi. Bəlkə də, Firuzə xanımdan icazə istəsə idim, “yox” deyərdi. Lakin İsa Muğannanın bəşəriyyət üçün maraqlı bir insan olduğunu bildiyim üçün böyüklərimin qarşısında bu ərki edirəm. İsa Muğanna haqqında həqiqətləri lap incəliyinə qədər bütün oxucuları bilməli, bu bütöv şəxiyyətlə dərindən tanış olmalıdırlar. Şəmil Sadiq 2015.04.01
Qabillə İsa Hüseynov bir mənzildə yaşayırdılar. Dörd otaqlı mənzilin ikisində o olurdu, ailəsi ilə, ikisində də İsa. Bir yay mənzildə tək qalırlar (Arvad-uşağı rayona, istirahətə göndəriblərmiş). İsa adəti üzrə oturub işləyir, Qabil də mətbəxdə kotlet qızardır ki, nahar vaxtı birlikdə çörək yesinlər. İsa xeyli işlədikdən sonra gərnəşib ayağa durur və mətbəxə keçir. Görür ki, Qabil qolsuz köynəkdə, qan-tər içində kotlet qızardır. İsa kənarda dayanıb müşahidə edir və bilmək istəyir ki, kotletlər niyə belə partapartla bişir. Görür ki, Qabilin alnından axan tər zolaqlanıb, burnunun ucuna yığılır və orada iri damcıya çevrilib tappıltıyla sapılcaya, kotletlərin üstünə düşür və dərhal da çatıltı-partıltı başlayır. Damcılar hey bir əldən sapılcaya tökülürdü.
Qabil tüstü-duman içində, burnunun-gözünün suyu axa-axa bişirdiyi kotleti çəngələ keçirib yuxarı qaldırır, diqqətlə o üz-bu üzünə baxır və İsaya yaxınlaşır:
— Əla qızarıb. Bir dadına bax.
Onsuz da vasvası olan İsa geri çəkilir.
— Toxam.
— Elə şey yoxdu. Zəhmət çəkib kotlet qızartmışam. Oturub birlikdə ləzzətlə yeyəcəyik. Əl çəkən deyiləm. Bilirəm acsan, naz eləmə.
İsa başa düşür ki, Qabil əl çəkməyəcək. Onu da başa düşür ki, nə qədər ac olsa da, kotletə yaxın dura bilməyəcək. Birdən əlac tapmış kimi dillənir:
— Qabil, onda belə eləyək. Sən kotletləri qızart, süfrə ac, mən də gedim təzə çörək alım.
— Nə olar, lap yaxşı.
İsa gedir. Qabil şövqlə süfrə açır, pomidor-xiyar doğrayır, nimçələri düzür, sapılcanı ortaya qoyur və İsanı gözləyir.
19 may 2023-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair İlham Qazaxlının 50 illik yubileyi və “ZƏFƏR SEVİNCİ” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Rəşad Məcid, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisit Zaur Ustac və digər tanınmış qələm adamları iştirak ediblər. Fotolar:
“Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac “Zəfər sevinci”nin işıq üzü görməsi və 50 illik yubileyi münasibəti ilə şair İlham Qazaxlıya “İsa Muğanna” diplomunu tədim edərkən. (19.05.2023. Bakı şəhəri. Azərbaycan Yazıçılar Birliyi. Natavan klubu.)
İlham Qazaxlı məclis iştirakçılarına təşəkkürlərini belə çatdırıb: – “Dəyərli dostlar, 19 may 2023-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda 50 illik yubileyimin və “ZƏFƏR SEVİNCİ” adlı şeirlər kitabımın təqdimatının keçirilməsində yaratdıqları şəraitə görə birliyin sədri Anar müəllim başda olmaqla birliyin bütün əməkdaşlarına, tədbirdə iştirak edən qələm dostlarıma, əziz oxucularıma, məni təbrik edənlərə, tədbirimə üzürlü səbəbdən gələ bilməyib, xoş arzu-diləklərini, xeyir dualarını çatdıran, sevincimə şərik olub mənimlə sevincimi bölüşən dostlarıma, tədbiri işıqlandıran Mədəniyyət TV kanalının rəhbərliyinə və bir sözlə poeziya sevənlərin hər birinə öz sonsuz təşəkkürümü və sayğımı bildirirəm!
Hörmətli və əziz poeziya sevənlər, sizi 19.05.2023 tarixdə saat 14:00 da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Nətavan klubunda şair İlham Qazaxlının 50 illik yubileyi və “ZƏFƏR SEVİNCİ” – adlı kitabının təqdimatı ilə bağlı keçiriləcək tədbirə və kitabının imza gününə dəvət edirik!
Ünvan: AZ1000, Səbail rayonu, Xaqani küçəsi 53. “Sahil” metro stansiyasının çıxışına yaxın.
“Yazarlar” jurnalının baş redaktoru, şair-publisistZaur Ustac “13 əfsanə” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə Elnur Uğura“İsa Muğanna” diplomunu təqdim edərkən (12.05.2023 – Bakı şəhəri).
Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda filologiya üzrə fəlsəfə doktoru, şair Gülhüseyn Kazımlının yaradıcılıq gecəsi keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq Gülhüseyn Kazımlının həm muğam irsimizin tədqiqatçısı, həm də şair kimi yaradıcılıq xüsusiyyətlərindən danışıb.
Tədbirin aparıcısı, tənqidçi, “Azərbaycan” jurnalı baş redaktorunun müavini Əsəd Cahangir də Gülhüseyn Kazımlının yaradıcılıq yolundan söhbət açıb.
Tədbirdə Xalq artistləri Sərdar Fərəcov, Ənvər Sadıqov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadə, tədqiqatçı-naşir Turan İbrahimov, şairlər İlqar Türkoğlu, İslam Sadıq, Maşallah Məftun, Zaur Ustac, Elmira Aslanxanlı, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, gözəl mahnılar müəllifi Kəmalə Abıyeva və başqaları çıxış etdilər.
Gülhüseyn Kazımlıya “Turan Birliyi” medalı və “İsa Muğanna” diplomu təqdim edilib.
Bu gün (17.02.2023.) Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda filologiya üzrə fəlsəfə doktoru, şair Gülhüseyn Kazımlının yaradıcılıq gecəsi keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq Gülhüseyn Kazımlının həm muğam irsimizin tədqiqatçısı, həm də şair kimi yaradıcılıq xüsusiyyətlərindən danışıb.
Tədbirin aparıcısı, tənqidçi, “Azərbaycan” jurnalı baş redaktorunun müavini Əsəd Cahangir də Gülhüseyn Kazımlının yaradıcılıq yolundan söhbət açıb.
Tədbirdə Xalq artistləri Sərdar Fərəcov, Ənvər Sadıqov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadə, tədqiqatçı-naşir Turan İbrahimov, şairlər İlqar Türkoğlu, İslam Sadıq, Maşallah Məftun, Zaur Ustac, Elmira Aslanxanlı, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, gözəl mahnılar müəllifi Kəmalə Abıyeva və başqaları çıxış etdilər.
Gülhüseyn Kazımlıya “Turan Birliyi” medalı və “İsa Muğanna” diplomu təqdim edilib. Tədbirdən fotolar:
Gülhüseyn Kazımlını “YAZARLAR” kollektivi adından təbrik edir, bol-bol yaradıcılıq uğurları arzulayırıq!
03 fevral 2023-cü il tatixində “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac “İsa Muğanna” diplomunu Azərbayacan Yazıçılar Birliyinin “Natəvan” zalında 65 illik yubiley tədbiri zamanı tanınmış şair, yazıçı, tərcüməçi Zahid Sarıtorpağa təqdim edərkən. Fotolar:
Zarafatyana ürəkdən “SimƏrEy” çağırdığım bacım Samirənin saçı elə sarı idi ki, lap ağa çalırdı. Gözləri elə tünd göy idi ki, lap qaraya çalırdı.
Hərdən həyatımda mürəkkəbliklər qatılaşanda, azadlığa, təmiz havaya, təmiz suya, qulaq dincliyinə ehtiyacım olanda Bakıdan bir növ qaçıb, bacımın “mənim şəhərim” adlandırdığı qəsəbəyə gedirdim, uşaqlıq yoldaşım, sonra da yeznəm olub öz mülayimliyi, səxavəti ilə könlümdə yuva salmış nakam cavanın qəbrini ziyarət eləyib, gözlərimi silib qəsəbənin gündoğanında daimi yaşıl təpə belində dörd otaqlı, ağ daş evin yaşıl dəmir darvazasının düyməsini basırdım. Samirə “Jiquli”mi haysız-küysüz, sakit, dərin sevinclə qarşılayıb, öz sakitliyinin əksinə qışqırtılı şadlıqla atılıb-düşən, “Dayı! Dayı!” – deyə-deyə boynuma sarılan dörd qızının dördünə də “səfərbərlik elan edirdi” ki, ən çoxu yarım saat müddətində “manqalı hazır eləyib” dayının “beluqalarını”, yəni mənim telefon zənginin “gəlirəm” kəlməsini eşidəndən sonra dəstəyi yerə qoymadan “Balıqçı” Nüsrətə zəng vurub, “Qağam gəlir!” – deyib gətirdiyi balıqlarını şişlərə taxmaq, samovarı qaynatmaq əmri verirdi. Qəsəbənin tən ortasından, irili-xırdalı daşlar arasında köpüklənə-köpüklənə axan dağ çayının balığına, əslində, “beluqa” deyilirdi; qızıl balığa – ”farel”ə oxşayan, uzunarıq, dümağ, gözəl, dadlı balıq idi. Ömründə o çaydan başqa çay, o balıqdan başqa balıq görməyən Balıqçı Nüsrət nə vaxtsa, “beluqa” demiş, o vaxtdan Samirə ilə qızlar da “beluqa” demişlər və Nüsrətin adı da “beluqa” qalmışdı. O balıqçı “Beluqa Nüsrət” özü də nazik, uzunayaq, ağbəniz kişi idi.
Elə ki manqalın tüstüsü kəsilirdi və tüstü qoxusu əvəzinə balıq kababının ətri çıxırdı, Nüsrət dərhal darvazada peyda olurdu, dinməz-söyləməz, yəni salamsız-kalamsız gəlib həyətdə, tənək çardağının altındakı stolun o tərəfindən bu tərəfinə əl uzadıb əlimi sıxırdı, tut arağının şüşəsini pencəyinin altından çıxarıb taqqıltı ilə süfrəyə qoyurdu, “qırx beş yaşının iyirmi ilini üstündə gəzdirdiyi” qədəhlərini cibindən, tər-təmiz kağız arasından çıxarıb “silələmə” doldururdu, əvvəlcə “bu möcüzəni”, yəni tut arağını çəkən qeyri-müəyyən “o kişinin sağlığına” içirdik, sonra “Dayının”, yəni mənim sağlığıma, sonra da Beluqanın sağlığına içirdik. “Hansı Beluqanın? Nə fərqi var, ay Dayı! Mən özüm də elə çayda balıq deyiləmmi?” – deyirdi. “Ermənilər çayın başında pis zavod tikirlər. Çayın suyu indidən pis iy verir. Beş-üç ildən sora o beluqa qurtaranda mən Beluqanın ömrü də qurtaracaq. İçək, ömrümüz uzansın” – deyirdi. Və beləcə, salam verməyə də bir növ ərinən “Beluqa Nüsrət” dil açıb sonra Samirənin, sonra qızların sağlığına içirdi. Axırda, şüşənin “dibi” qalanda isə, “Bunu da addadaq, erməninin ömrü də belə qurtarsın!” – deyirdi. Və bu sonuncu qədəhdən sonra boş şüşəni pencəyin altında kəmərin altına, qədəhləri cibinə qoyub, yenə dinməz-söyləməz çıxıb gedirdi.
Niyə xoşum gəlmirdi bu adamdan? Məzəli-duzlu, heç kəsə oxşamayan, “orqinalni” kişiyəm, Dayı. Yoxsa öz sağlığımı sən təki kişinin sağlığına qatmaram” – deyirdi. “Allah məni saxlasın, kirva!” – deyib, əslən erməniliyini yada salıb ləhcə ilə danışıb, qızlarla, Samirə ilə bərabər məni də güldürüb əməlli-başlı şənləndirdiyinə baxmayaraq, gizlində xoşum gəlmirdi. Özü erməni, adı Nüsrət, sonuncu qədəhin dibində son damlalara baxa-baxa: “Ermaninin da ömrü elə belə qalsın, ay kirva!” – deyən adamı kim xoşlaya bilər?!
Açıq deyim, ikiüzlü idi. Tamam açıq ikiüzlü! Əmbə dözürdüm. Hərdən hətta yazığım gəlirdi ki, ermənilərin yenə Qarabağa göz dikdikləri məlum olandan sonra bu bədbəxt belə alçala-alçala ikiüzlülük eləyirdi. Haradan biləydim ki, araq yoldaşım dəhşətli düşmənmiş!
Hər şey birdən-birə açıldı. 1988-ci ilin payızında ermənilərlə münasibətimiz mürəkkəbləşəndə, istər-istəməz, yenə zəng vurdum, SimƏrEy – Samirəmə “gəlirəm” – dedim. Və həmişəki kimi, əvvəlcə nakam, cavan yeznəmin qəbrini ziyarət elədim. Çünki ürəyimdə sıxıntı vardı: Samirə, qızlar, bütün ailə bədbəxt, mən isə o bədbəxtliklə o qədər də düz gəlməyən dinclik, rahatlıq, “beluqa”, tut arağı istəyirdim. Demə, sıxıntının başqa səbəbi də varmış. Torpağımızda – Kəlbəcərdə, Laçında müharibə açıq-açığına getdiyi, qan töküldüyü halda, Nüsrət yenə stolun o tərəfindən bu tərəfinə əl uzadacaq, pencəyinin altından şüşə, cibindən qədəh çıxaracaqdı? Bu nə əcaib vəziyyət idi?! Əsrlərlə içərimizdə – torpağımızın ən gözəl ab-havalı yerlərində yaşayan, necə deyərlər, canhacan olan xalq indi yenə silah götürüb qanımızı tökürdü?! Mənim, hətta başımda duman, ağırlıq əmələ gəlmişdi. Nə isə, “Gəlirəm” – dedim. Dediyim kimi, əvvəlcə qəbiristana getdim. Niyə ləngidim orda? Həmişə ancaq gözlərim dolduğu, nəmləndiyi halda, bu dəfə niyə çox ağladım? Bilmirəm. Bəlkə də, artıq duymuşum ki, bu, axırıncı ziyarətdir, buna görə də qəbirinin yanında çox oturdum. Bir də o vaxt ayıldım ki, şər qarışıb, çayın günbatanında meşəli dağdan bərilər – çökəklər tamam qaranlıqlaşıb. Yəqin bacımgil də intizardırlar ki, görəsən, niyə belə gec gəldi bu “gəlirəm” deyən. Dik qalxıb “rul”un – sükanın arxasında oturub açarı burdum və… motorun tappıltısı ilə eyni vaxtda birdən güllə səsləri eşitdim. Avtomatla silahların şaqqıltıları bir-birinə qarışıb, dağda, meşədə əks-sədası ilə birlikdə ildırım gurultularına çevrildi. Ən dəhşətlisi isə bu idi ki, atışma qəsəbənin içində idi. Hansı yolla, necə getdim? Bilmədim. Samirə darvazanı açıb maşının qabağında duranda açıq sarı saçlarının ağlığı ilə sifətinin ağlığı qarışmışdı. Gözləri böyümüşdü. Qızların dördü də Samirənin sağ-solunda titrəşirdilər. Çünki avtomatlar lap otuz-qırx addımlıqda, Nüsrətin ikimərtəbəli evi səmtində şaqqıldaşırdı. Nüsrət özü isə burda – həyətdə, Samirənin, qızların sağ-soluna keçə-keçə, əllərini dizlərinə çırpa-çırpa qışqırırdı. – Gəldilər! Ay Dayı! Səni Allah özü yetirdi. Maşını xoddan salma! Erməni gəldi! Qaçın! Qaçın! Erməni gəldi, ay dayı! Mən bədbəxt neyləyim indi?! Nə o tərəfə gedə bilirəm, nə bu tərəfə! Siz qaçın! Tez olun! Odey bax, bizim hasarın dalından atırlar heyvanlar! Evinizi-eşiyinizi qoruyaram, saxlayaram! Lap qurban verərəm özümü, əmbə saxlayaram! Siz qaçın!
Bu haray-həşir içində Samirənin sakit, əməlli-başlı sakit səsini eşitdim: – Dünən də belə oldu. Qaçan qaçdı. Mən qaldım. Uşaqları da qoymadım getməyə. Hara qaçıram?! Öləndə də ölək.
Nüsrət böyrümdə idi. Maşının arxa qapılarını açıb elə qışqırırdı. Daha nə dediyini eşitmirdim. Çünki avtomatlar indi lap yaxında, bacımgilin hasarı uzunu qaralan çinarların ara-bərələrində qaqqıldayırdı. Əmbə çox heyrətli idi ki, on-on beş addımlıqda şaqqıldayan avtomatlardan bir qığılcım da çıxmırdı. Nə baş verdiyini, nədən bildim? Bilmirəm. Qızların qışqırıqlarına baxmayaraq, o səmtə – çinarlar səmtinə getdim. Orada da qabağımca yüyürüb qaçışan balaca qaraltıların dalınca getdim. Mən Nüsrətin evinin birinci mərtəbəsində, qorxudan quruyub avazımış on-on beş yaşlarında uşaqların qabağında dayananda Samirə ilə qızlar da, Nüsrət də burda idilər. Uşaqlar bayaq çinarların aralarından qaçanda şaqqıldayan maqnitafonlar da əllərində, daş divarlara düşüb gurultuya çevrilən aramsız güllə səslərini kəsməyə, yəni maqnitafonları söndürməyə də cəsarət eləməyib, deyəsən, hətta şalvarlarını islatmışdılar. Tanıyırdıq, bilirdik ki, bu beş oğlan uşağının beşi də Nüsrətlər məhəlləsindəndir. Tək biri, hamısından uzun, nazik, kürən oğlan Nüsrətin idi.
– Söndürün! – dedi.
Əlləri əsə-əsə maqnitafonları söndürdülər. Dərin, ağır sükut içində sonuncu şaqqıltı eşidildi. Əmbə bu, lent yazılmış güllə səsi deyildi. Mənim özü sakit, səsi nazik, nur mücəssəməsi SimƏrEy – Samirəmin beş barmağının beşi də beluqa Nüsrətin üzündə qalmışdı.