Etiket arxivi: Azərbaycan Milli Kitabxanası

Professor Kərim Tahirov Budapeştə işgüzar səfərdə

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Budapeştə işgüzar səfəri çərçivəsində Xarici Ədəbiyyat Milli Kitabxanasını və Macarıstan Parlament Kitabxanasını ziyarət edib

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Macarıstanın paytaxtı Budapeştə işgüzar səfəri çərçivəsində Xarici Ədəbiyyat Milli Kitabxanasını və Macarıstan Parlament Kitabxanasını ziyarət edib.

Səfərin ilk hissəsində Kərim Tahirov Xarici Ədəbiyyat Milli Kitabxanasında olub. Qonaqları kitabxananın direktoru İstvan Horvath qarşılayaraq müəssisənin fəaliyyəti, strukturu və zəngin kitab fondları haqqında ətraflı məlumat verib. Bildirilib ki, kitabxana müxtəlif dillərdə nəşr olunmuş ədəbiyyatın toplanması və oxuculara təqdim olunması baxımından mühüm mədəniyyət ocaqlarından biridir və beynəlxalq ədəbi əlaqələrin inkişafında xüsusi rol oynayır. Hazırda kitabxananın fondunda müxtəlif dünya xalqlarının dillərində 400 000-dən çox ədəbiyyat vardır.

Professor Kərim Tahirov kitabxananın müxtəlif bölmələri ilə yaxından tanış olub. Musiqi bölməsində nadir not materialları, musiqi nəşrləri və audio arxivlər təqdim olunub. Həmçinin Azərbaycan musiqisinə dair not materialları və səsyazıları ilə tanışlıq olub. Direktor tez bir zamanda yeni musiqi və not materiallarının kitabxanaya göndəriləcəyini bildirib. Oxu zalında müasir və rahat şərait, istifadəçilər üçün yaradılmış geniş imkanlar və elektron resurslara çıxış imkanları barədə məlumat verilib. Xarici ədəbiyyat zalında isə dünya ədəbiyyatının klassik və müasir nümunələrinin zəngin kolleksiyası nümayiş etdirilib. Bununla yanaşı, kitabxananın digər bölmələri və xidmət sahələri də təqdim olunub.

Daha sonra professor Kərim Tahirov Macarıstan Parlament Kitabxanasını ziyarət edib. Qeyd olunub ki, bu kitabxana Macarıstan Parlamenti binasının tərkibində fəaliyyət göstərir və ölkənin ən mühüm elmi-informasiya mərkəzlərindən biridir. Kitabxananın fondlarında hüquq, siyasət, tarix və ictimai elmlər üzrə zəngin ədəbiyyat toplanıb və tədqiqatçılar üçün geniş imkanlar yaradılıb.

Parlament Kitabxanasının rəhbəri Szollas Peter professor Kərim Tahirova kitabxananın fəaliyyəti barədə geniş təqdimat edib. Bildirilib ki, kitabxana həm ənənəvi fondlarla, həm də geniş elektron resurs bazası ilə oxuculara xidmət göstərir və müasir informasiya sistemlərinə malikdir. Həmçinin, professor Kərim Tahirov Parlament binası ilə yaxından tanış olub, burada tarixi və mədəni əhəmiyyət daşıyan zallarda gəzdirilərək binanın zəngin irsi və arxitekturası barədə məlumatlandırılıb.

Səfər çərçivəsində kitabxana işi sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub. Xüsusilə kitab mübadiləsi, rəqəmsallaşdırma, elmi resursların paylaşılması və birgə layihələrin həyata keçirilməsi kimi məsələlərə toxunulub. Parlament Kitabxanasında Azərbaycana aid materialların olmadığını diqqətə çatdıran professor Kərim Tahirov, kitab mübadiləsinin tez bir zamanda həyata keçirilməsinin vacib olduğunu kitabxana rəhbərinə bildirib.

Səfər zamanı professor Kərim Tahirova Macarıstan Parlament Kitabxanası tərəfindən “Macarıstan Parlament Kitabxanası”, “Budapeştdə Parlament binası və XIX əsrin digər parlament binaları”, “Macarıstanın Müqəddəs Tacı və tacqoyma regaliyaları” nəşrləri hədiyyə olunub.

Professor Kərim Tahirov göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib və bu cür görüşlərin Azərbaycan ilə Macarıstan arasında elmi və mədəni əlaqələrin daha da inkişafına töhfə verdiyini vurğulayıb. Səfərin sonunda xatirə şəkilləri çəkdirilib və gələcək əməkdaşlıqla bağlı qarşılıqlı niyyət ifadə olunub.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Xalqımızın ilk Xalq şairi Səməd Vurğun – 120”

Səməd Vurğun – 120

21 mart 2026-cı il tarixində Milli Kitabxana tərəfindən XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, tanınmış dramaturq və ictimai xadim, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə “Xalqımızın ilk Xalq şairi Səməd Vurğun – 120” adlı virtual sərgi və “Azərbaycanın Xalq şairi Səməd Vurğun” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib.

Virtual sərgi ilə https://anl.az/el/vsb/Xalq_sairi_Semed_Vurgun/index.htm linkindən istifadə etməklə tanış ola bilərsiniz.

Elektron məlumat bazası ilə https://anl.az/el/emb/S.Vurgun/index.html linkindən istifadə etməklə tanış ola bilərsiniz.

Ətraflı: https://www.millikitabxana.az/news/semed-vurgun-120

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Su çərşənbəsi — Novruzun ilk çərşənbəsi

Su çərşənbəsi — Novruzun ilk çərşənbəsi

Su çərşənbəsi — Novruz bayramının ilk çərşənbəsidir. Bu çərşənbəni Yalançı çərşənbə, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar.

İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Su həyat mənbəyi, aydınlıq rəmzi sayılır.

Bu çərşənbədə su üstündə müxtəlif mərasimlər keçirilir. Su çərşənbəsi ərəfəsində, adətən, hər kəs öz ev-eşiyini sahmana salır, divarlar rənglənir, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir, qurumuş və artıq zoğlar kəsilir.

Su çərşənbəsi də suya tapınma ilə başlayır. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və başqa ayinlər həmin gün icra olunur.

Qədim Türk mifologiyasında Suyun özünəməxsus obrazı var. Bu obraz Suyun yenilikçi, təmizləyici missiyası ilə bağlıdır. Belə ki, torpağın oyanması üçün su lazımdır. Su cadar-cadar olmuş və yatmış torpağı oyadır, cana gətirir. Su çərşənbəsi təbiəti oyanışa çağıran ilk çərşənbə hesab edilir.

Suyun yalnız xoş, təmiz, saf, gözəl və aydın günlər gətirməsi diləyilə… Su çərşənbəniz mübarək!

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Milli Kitabxanada “14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü” adlı virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü” adlı virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub

14 fevral 2026-cı il tarixində Milli Kitabxanada ənənəvi olaraq oxu mədəniyyətinin təşviqi, kitaba sevginin aşılanması və cəmiyyətdə paylaşma dəyərlərinin gücləndirilməsi məqsədilə “14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü” adlı virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.

Ənənəvi sərgidə oxu mədəniyyəti və kitabın cəmiyyətdəki rolu, söz, kitab, mütaliə, kitabxana və kitab nəşri haqqında müdrik fikirlər, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması, uşaqlar və gənclər üçün nəzərdə tutulmuş maarifləndirici kitablar, Azərbaycan və dünya ədəbiyyatının seçmə nümunələri və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgidə fotolar Ulu Öndər Heydər Əliyevin söz, kitab, mütaliə, kitabxana və kitab nəşri haqqında müdrik fikirləri, hər il ənənəvi şəkildə Milli Kitabxanada “14 fevral – Beynəlxalq kitab bağışlama günü” ilə əlaqədar keçirilən tədbirlər haqqında materiallar, Kitab marafonu, Kitab və Oxu mədəniyyəti, Kitab çapı və s. haqqında ədəbiyyatlar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr tam mətnləri ilə nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istiyənlər https://anl.az/el/vsb/Beynelxalq_Kitab_Bagislama_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Beynəlxalq Kitab Bağışlama Günü hər il 14 fevral tarixində qeyd olunur və kitabı paylaşmaq, oxu mədəniyyətini yaymaq məqsədi daşıyır.

Bu gün dünyanın bir çox ölkələrində qeyd edilir. Bu təşəbbüs ilk dəfə 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitabı saytı – “Delightful Children’s Books”un yaradıcısı Emmi Brodmur tərəfindən irəli sürülüb və ötən müddətdə sosial şəbəkələr vasitəsilə dünyada geniş dəstək qazanıb.
Bayramın əsas ideyası odur ki, kitab yalnız bilik mənbəyi deyil, həm də paylaşdıqca dəyəri artan mənəvi sərvətdir.
Beynəlxalq Kitab Bağışlama Günü cəmiyyətdə oxumağa marağı gücləndirir, kitabxanaların zənginləşdirilməsinə və maarifləndirici mühitin formalaşmasına töhfə verir.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Milli Kitabxanada “Biblioqrafiyaşünas alim Nadir İsmayılov” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Biblioqrafiyaşünas alim Nadir İsmayılov” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

5 fevral 2025-ci il tarixində Milli Kitabxanada görkəmli biblioqrafiyaşünas alim, pedaqogika üzrə fəlsəfə doktoru, Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılovun anadan olmasının 70 illik yubileyi münasibətilə “Biblioqrafiyaşünas alim Nadir İsmayılov” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə alimin biblioqrafiya, biblioqrafiyaşünaslıq, biblioqrafiyaşünaslığın tədrisi metodikasına dair dərslik və dərs vəsaitləri, monoqrafiyaları, elmi məcmuələrdə çıxan çoxsaylı tədqiqatları, ön sözünün müəllifi, rəyçi və redaktoru olduğu kitablar, tərtib etdiyi biblioqrafiyalar və s. Azərbaycan və xarici dillərdə resurslar nümayış olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Nadir_Ismayilov/index.htm linkindən istifadə edə bilərlər.

Nadir İslam oğlu İsmayılov 1956-cı il fevral ayının 5-də Beyləqan rayonunun Əmirzeyidli kəndində anadan olub. 1973-cü ildə Şahsevən kənd 1 saylı orta məktəbi bitirib. 1974-1979-cü ildə indiki BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində ail təhsil alıb.

1979-cu il sentyabr ayının 5-dən dekabr ayının 30-dək M.F. Axundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasının (indiki Milli Kitabxana) Elmi-metodiki şöbəsində böyük kitabxanaçı vəzifəsində çalışıb. 1979-1982-ci illərdə BDU-nun Biblioqrafiya kafedrasının (indiki Sənəd menecmenti kafedrası) əyani aspirantı olub. 1982-ci ildən həmin kafedrada müəllim, 1988-ci ildən baş müəllim, 1992-ci ildən dosent kimi fəaliyyət göstərib, 1994-2003-cü illərdə fakültədə dekan müavini olub. 2007-ci ildən kafedra müdiri vəzifəsinə təyin edilib. Fakültədə Azərbaycanda təbabətin biblioqrafiyası, biblioqrafiyaşünaslıq, biblioqrafiyaşünaslığın tədrisi metodikası, ixtisasa giriş, arxiv işinin əsasları və s. fənləri tədris edir.

1987-ci ildə Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Təbabət üzrə məhəlli kitabxana-biblioqrafiya ehtiyatlarının inkişafı, müasir vəziyyəti və təkmilləşdirilməsi yolları (Azərbaycan materialları əsasında)” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsini alıb.

150-dən çox məqalənin, 3 dərslik və dərs vəsaitinin, 34 monoqrafiyanın, 12 kitabın müəllifidir. Bunlardan “Azərbaycan biblioqrafiyasının biblioqrafiyası” (2003), “Xəzər dənizi və neft” (2003), “Kitabxanada biblioqrafik tərtibatın metodikası” (2004), “Heydər Əliyev və Azərbaycan elmi” (2010), “Kitabxanada ölkəşünaslıq üzrə biblioqrafik fəaliyyətin təşkili” (2004), “Kitabxanalarda biblioqrafik işin təşkili və metodikası” (2018), “Azərbaycanda kitabxanaçılıq-biblioqrafiya sahəsində sənəd axınının təşəkkülü, inkişafı və müasir vəziyyəti” (2021), “Rəqəmsal bilik və tədqiqat bacarıqları” (2022), “Sənədşünaslıq” (2025) adlı vəsaitlər xüsusilə əhəmiyyətlidir.

2013-cü ildə Almaniyanın “Lambert” akademik nəşriyyatında “Azərbaycanın kitabxana-biblioqrafiya və informasiya resursları: inkişaf mərhələləri, vəziyyəti və təkmilləşdirilməsi yolları” adlı monoqrafiyası rus dilində çap olunub. Son 5 ildə onun 50 məqaləsi beynəlxalq xülasələndirmə bazasında indekslənən jurnallarda çap olunub. Hazırda H-indeksi 22-dir.

Nadir İsmayılov 2014-cü ildə BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilib. 2015-ci ildə Azərbaycan Kitabxana Ensiklopediyasının hazırlayan işçi qrupunun üzvü olub.

Bir sıra respublika və beynəlxalq konfranslarda iştirak edib. Elmi məsləhətçiliyi ilə 4 fəlsəfə doktoru hazırlanıb, 3 doktorantın dissertasiya işi müzakirəyə təqdim edilib, 4 doktorantın rəsmi opponenti olub.

Nadir İsmayılov Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə, Fəxri fərmanla, Bakı Dövlət Universitetinin Fəxri fərmanı ilə, 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub. 2023-cü ildə Bakı Dövlət Universitetində əməkdaşlar arasında 27 Mart – Elm Gününə həsr olunmuş “İlin alimi” müsabiqəsinin nəticələrinə əsasən “Humanitar və ictimai elmlər” nominasiyası üzrə I yerə layiq görülub.
https://www.millikitabxana.az/news/alim-nadir-ismayilov

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Milli Kitabxana tərəfindən Koha AKİS üzrə onlayn təlimlərə başlanılıb

Milli Kitabxana tərəfindən Koha AKİS üzrə onlayn təlimlərə başlanılıb

Azərbaycan Milli Kitabxanası tərəfindən Koha AKİS-də həyata keçirilmiş yeniliklər və təkmilləşdirmələr nəzərə alınmaqla, 21 yanvar tarixindən etibarən 8 günlük onlayn təlimlərin keçirilməsinə başlanılıb.

21-23 yanvar tarixlərində keçirilmiş təlimlərdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin və C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları iştirak edib.

Onlayn təlimlərin keçirilməsində əsas məqsəd Koha proqram təminatında edilmiş yeniliklərin kitabxana əməkdaşlarına düzgün və effektiv şəkildə çatdırılması, yenilənmiş funksiyaların praktiki istifadəsinin öyrədilməsi, eyni zamanda proqramdan istifadə zamanı qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına metodiki dəstək göstərilməsidir. Təlimlər kitabxanalarda vahid iş prinsiplərinin formalaşdırılmasına və elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Təlim proqramı çərçivəsində iştirakçılara Koha sisteminin yenilənmiş modulları üzrə ətraflı nəzəri məlumatlar verilir, ekran paylaşımı vasitəsilə real iş prosesinə uyğun praktiki əməliyyatlar nümayiş etdirilir. Bununla yanaşı, iştirakçıların gündəlik fəaliyyət zamanı rastlaşdıqları məsələlər müzakirə olunur, suallar cavablandırılır və mövcud problemlərin həlli yolları üzrə izahlar təqdim edilir.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Mədinə Gülgün -100” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Mədinə Gülgün -100” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub
17 yanvar 2026-ci il tarixində Milli Kitabxanada Azərbaycan şairəsi, milli-demokratik poeziyanın görkəmli nümayəndəsi Mədinə Gülgünün anadan olmasının 100 illik yubileyi münasibətilə “Əməkdar incəsənət xadimi Mədinə Gülgün -100” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
Mədinə Nurulla qızı Ələkbərzadə 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olub. 1938-ci ildə ailə Cənubi Azərbaycananın Ərdəbil şəhərinə köçüb. Sonra Təbriz şəhərində yaşayıb. 1948-1952-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) dil və ədəbiyyat fakültəsində ali təhsil alıb.
Mədinə Gülgünün uşaq yaşlarından ədəbiyyata böyük həvəsi olub. Şairənin “Təbrizin baharı” adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görüb. Bu kitabda onun 1945-1949-cu illərdə yazdığı şeirlər toplanıb. Həyatının ilk illəri Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf etmiş və bu şeirlərində də öz əksini tapıb.
Mədinə Gülgünün Bakıda, Təbriz və Moskvada otuzdan artıq kitabı nəşr edilib. “Təbrizin baharı” (1950), “Savalanın ətəklərində” (1950), “Sülhün səsi” (1951), “Yadigar üzük” (1953), “Təbriz qızı” (1956), “Dünyamızın sabahı” (1974), “Durnalar qayıdanda” (1983), “Dünya şirin dünyadır” (1989), “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni” (1978), “Könlümü ümidlər yaşadır” və onlarca digər şeir kitablarının başlıca mövzusu insan, azadlıq, Təbriz həsrəti, humanizm və vətənpərvərlikdir.
Onun əsərləri bir sıra xarici ölkələrin dillərinə tərcümə olunub, lirik şeirlərinə mahnılar bəstələnmişdir.
1946-cı ildə “21 Azər”, 1948-ci ildə “Əmək veteranı”, 1980-cı ildə “Şərəf Nişanı” ordenləri, 1987-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adı və digər medallarla, fəxri fərmanlarla təltif olunub.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovun təbriki

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovun təbriki

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov rəhbərlik etdiyi kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib və uğurlar arzulayıb!

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycan Milli Kitabxanası “İLİN BİLİK ÜNVANI” mükafatına layiq görülüb

Azərbaycan Milli Kitabxanası “İLİN BİLİK ÜNVANI” mükafatına layiq görülüb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 2025-ci ilin yekunlarına həsr olunmuş tədbirində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası fəal fəaliyyətinə görə “İLİN BİLİK ÜNVANI” mükafatına layiq görülmüşdür.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Türkiyəli tanınmış alim Azərbaycan Milli Kitabxanasının qonağı olub

Türkiyəli tanınmış alim Azərbaycan Milli Kitabxanasının qonağı olub

18 dekabr 2025-ci il tarixində Türkiyəli alim – Yıldız Texniki Universitetinin fəlsəfə kafedrasının professoru Caner Taslaman və ilahiyyatçı Elşad Miri Milli Kitabxananın qonağı olub.

Qonaqları kitabxananın direktoru professor Kərim Tahirov qəbul edib. O, münasibətlərin mühüm forması olan mədəni əlaqələrin Azərbaycan ilə Türkiyə arasında orta əsrlər dövründən mövcud olduğunu, lakin sovet dönəmində bu əlaqələrin məlum səbəblər üzündən zəiflədiyini bildirərək bu gün türk dövlətləri ailəsinə daxil olan və türkdilli xalqların mənəvi birliyinə və yaxınlaşmasına böyük ehtiyac olduğunu diqqətə çatdırmışdır. Direktor mədəniyyətlərimiz arasındakı tarixi və mədəni-mənəvi körpülərin respublikamızın müstəqillik illərində sürətlə bərpa edilməsi haqda danışıb, mədəni əlaqələrimizin hər iki xalq arasında qarşılıqlı mənəvi zənginləşmə zərurətindən irəli gəldiyini söyləyib və bu mənada türkiyəli alimlərin bu elm məbədini ziyarət etməsinin və öz kitablarını kitabxanaya təqdim etməsinin xüsusilə əhəmiyyətli olduğunu bildirmişdir.

Prof. Dr. Caner Taslaman İstanbulda Elm, Fəlsəfə, Din Vəqfinin fəaliyyət göstərdiyini, əsas məqsədin cəmiyyətdə insanların elm, fəlsəfə və din sahəsində təhsil alaraq özlərini inkişaf etdirə, azad düşünə və cəmiyyətə töhfə verə biləcəyi bir mühiti təmin etmək olduğunu, bu sahədə akademik araşdırmalar vasitəsilə cəmiyyətə dəyər qatmağa, ictimai inkişafa töhfə verməyə və gələcəyi işıqlandırmağa çalışdıqlarını diqqətə çatdırıb.

O, Vəqfin elm, fəlsəfə və din sahələrində tədqiqatçılara dəstək olduğunu, mövcud və gələcək yerli və xarici tədqiqatları qiymətləndirərək müəllif hüquqları ilə qorunan və tərcümə edilmiş əsərləri dərc etdiyini, fəaliyyətlərini həyata keçirmək və daha geniş auditoriyaya çatdırmaq üçün görüşlər keçirdiklərini, seminarlar, kurslar vasitəsilə bədii fəaliyyətlərə və şəxsi inkişafa dəstək verdiklərini, sənədli filmlər, televiziya və radio proqramları hazırlayaraq həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə yaydıqlarını, simpoziumlar, konfranslar və seminarlar təşkil etdiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, Prof. Dr. Caner Taslaman əsasən müasir elm-fəlsəfə-din münasibətlərinə dair xeyli kitabların müəllifidir və görüş zamanı alim müəllifi olduğu kitabları Milli Kitabxananın fonduna hədiyyə edib və qəbula görə kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib.

Professor Kərim Tahirov dəyərli hədiyyələrə görə qonağa təşəkkür edərək, kitabların kitabxananın fondunda öz layiqli yerini tutacağını söyləyib və “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu qonağa təqdim edib.

Sonra qonaqlar Milli Kitabxana ilə tanış olublar.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası