Van “Yüzüncü İl Universitetinin” təşkil etdiyi beynəlxalq konfransdaydıq.
Bir nəfər yaxınlaşıb elə ərklə, doğma, şirin ləhcə ilə kef əhval tutdu ki, elə bildim qonşu kəndimizdəndir… Sonra bildim ki, cənubi Azərbaycanın Xoy şəhərindəndir.
Xoylu Hüseyin kimi Ərzurumlu Ümid, Urmiyalı Solmaz və Yunus müəllimlər də məni elə doğmalıq, şirin ləhcə və həmyerli münasibətilə heyrətləndirdilər.
Solmaz xanım o universitetdə çalışırdı, yoldaşı Yunusla əl çəkmədilər ki, onun iş otağına çıxmalıyıq, kofe içməliyik. Hüseyin və Ümiddi də eyni cür dəvət etdilər.
Düzdür orada hamımız eyni millət idik, hər kəsə xüsusi hörmət, nəvaziş vardı.
Amma Xoylu, Ərzurumlu və Urmiyalılar elə bil lap qonşu kəndçilərim idilər.
Təkçə mənə qarşı yox, bir- birlərinə də elə doğma idilər.
Tanınmış şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlunun Tatarıstan Yazıçılar Birliyinin yubiley tədbiri zamanı çəkdirdiyi maraqlı fotolar:
Qeydlər:
Səlim Babullaoğlu: “Tatarıstan Respublikasının Baş nazirinin müavini hörmətli Leyla Fazleyeva Muhammədyar adına Beynəlxalq Türk Ədəbiyyatı Festivalının iştirakçılarını qəbul etdi. Hörmətli xanım vitse-premyerə Azərbaycanda nəşr olunmuş Quran hədiyyə etdim. Kitabın hər səhifəsində 2 qr code vardı ki, onların vasitəsi ilə ərəb və Azərbaycan dillərində Quranın dörd müxtəlif qiraətini dinləmək olar. Əziz dostum Rəşid Çolaka bu nəfis və orijinal nəşrə görə təşəkkür edirəm…”
1975-ci ildə xalq şairi Rəsul Rza ilə 23 nömrəli məktəbdə görüşdən sonra. Soldan: Vaqif İbrahim, Fərhad Fəttahov, Rəsul Rza, Rafiq Yusifoğlu, Minarə Tahirova, arxa cərgədə Sima xanım və Səməd müəllim…
Bu fotodakı ən kiçik uşaq Borya (ortada) Böyük Vətən Müharibəsi zamanı bir alman tərəfindən öz şarfı ilə asılacaq, ancaq anası onu son anda xilas edə biləcək. Müharibədən sonra radio boru zavodunda ömrünün sonunadək fəhlə işləyəcək. İki ən böyüklər (yanlarda) almanlar tərəfindən Almaniyaya sürgün ediləcək, lakin onlar yol boyu qaçıb Qırmızı Ordu hissələrinə qoşula biləcəklər. Valentin dülgər olacaq, qız Zoya isə tibb bacısı kurslarını bitirəcək və Qjhatsk şəhərindəki uşaq xəstəxanasında işləyəcək. Bax, orda, stulda oturan oğlan isə, onların qardaşıdır, 1961-ci il aprelin 12-də səhər “GETDİK!” deyəcək və özünü əbədi tarixə yazacaq. Klushino kəndi. 1938 Valentin, Boris, Zoya və Yuri Qaqarinlər. Tarix dərslərində bu öyrədilmir. Sadəcə sizlərə məlumat verdim.
Şair- publisist Şahnaz Şahinin bu ilin may ayında Türkiyədə “Zafer nağmeleri” adlı kitabı çapdan çıxıb. Kitabın işıq üzü görməsilə əlaqədar Şahnaz Şahin avqust ayının 9 və 10- da Ankarada “Gənc Yürekler” dərgisinin qonağı olub.
Bundan başqa, o, TÜRKSOY, “Türkiyənin sesi” radiosu, dərginin internet televiziya proqramı olan “Mohabbat sofrası”, “Krım Xəbər ajansı”nın “Memleket hikayeleri” internet televiziyasında da yeni kitabını təqdim edərək Azərbaycan və doğma Qarabağdan bəhs edib.
Qarabağ müharibəsində xalqımızın qazandığı böyük qələbədən söz açan şair çətin günlərdə Türkiyənin Azərbaycanın yanında olduğunu və hər cür yardım göstərdiyini vurğulayıb.
“Ermənilər Şuşadakı tarixi əsərlərimizi, türbə və sənət abidələrimizi məhv etdi. Amma dövlətimiz azad edilmiş yurdlarımızı dircəldəcək, çiçəkləndirəcək” deyən Şahnaz Şahin hamını duyğulandırıb.
Azərbaycanlı şair eləcə də 2023-cü ilin iyul ayında “Vaqif Poeziya Günləri” çərçivəsində Şuşaya etdiyi səfərlə bağlı təəssüratlarını bölüşüb, tədbirə qatılanların suallara cavab verib.
Keçirilən görüşlərdə şair “Zafer Nağmeleri” kitabını da imzalayıb.