Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 32 il keçir. Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 131 nəfər öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi ümumxalq hüzn günü! Şükür Səhidlərimizin ziyarətinə mənfur düşmən tapdağından Qarabağımızın xilası, Qələıbə müjdəsi ilə gedirik!
K u n a n ba y – Abayın atası, qəbilə basçısı, ağa – sultan.
U l j a n – Abayın anası
Z ə r i – Abayın nənəsi
T a k e j a n, O s p a n, İ s h a q – Abayın qardasları.
M a y b a s a r – Abayın əmisi
Syundk, Boje, Karatay, Baysal – qəbilə başçıları.
T o q j a n – Syundikn qızı, Abayın ilk sevgilisi.
D i l d a – Abayın birinci arvadı
A y k ə r i m – Abayın ikinci arvadı.
Y e r b o l – Abayın dostu
D a r k e m b a y – sadə kasıb kəndli
M a k i ş – Abayın bacısı
BİRİNCİ HİSSƏ
BİRİNCİ ŞƏKİL
1845- ci ilin isti avqus ayı. Qazaxstanın Jidebay (Semey – Sempalatnsk) qəzasında Tobıktı tayfasının ağa-soltanı, İrgizbaylar qəbiləsinin başçısı Kunanbayın ailəsndə böyuk aulda uşaq dünyaya gəlir. Dunyaya uşaq gətirən Kunanbayın ikinci arvadı Uljandır. Uljanın ətrafında mamaça qadınlar uşağın doğulmasına yardım edirlər. Doğuş zamanı huşunu İtirən Uljana qeybdən bir əl uzanır. O, Uljanı ucsuz-bucaqsız qaranlıq yoldan aydınlığa çıxarır və həlim xasiyyətli Uljana bir qopuz uzadır. Uljan qopuzu alır, qeybdən gələnin kim olduğunu öyrənir. Qeybdən gələn adam bütün turklərin ağsaqqalı, qopuz çalıb, söz qoşan Dədə Qorqud olduğunu bildirir.
D ə d ə Q o r q u d. Qızım, al bu qopuzu indi dunyaya gələn oğluna ver. Sənin bu saat dunyaya gətirdiyin oğlun əsl el ağsaqqalı, xalqın dərdinə yanan bir insan olacaq. O, aglı, mərifəti, ədaləti ilə xalqın sevimlisinə cevriləcək. Söz deyəcək, nəgmə qoşacaq, könullər oxşayacaq. Haqqı nahaqqa verməyəcək. O, xalqı, xalq da onu əsrlərlə yaşadacaq. O, övladlarının ən mərhəmətlisi, ən ədalətlisi, ən agıllısı olduğu üçün sən onu daha çox əzizləyəcəksən və ona: “Abay, Abayım”, – deyəcəksən. Bu qaranlıq yoldan səni işığa çıxardım, bil ki, Sənin Abayın da xalqı belə aydınlığa çıxaracaq.
U l j a n. Dədə, mən çalışacağam onun tərbiyəsi ilə özüm və mərhəmətli, ağıllı qayınanam Zəri ana məşğul olsun. Zəri ana öz mərhəməti ilə butun mahalda hörmət qazanıb. Mənim Abayım onun nəsihətlərinə qulaq assa, onun tərbiyəsini alsa, əminəm ki, sizin dediyinz bir insan olacaq.
D ə d ə Q o r q u d. Qızım, belə bir övladı Allah sənə əmanət, qazax xalqına mükafat verir. Allahın əmanətini göz bəbəyin kimi qoru, onun heç bir istəyinin ziddnə getmə. İndi isə aç gözlərini, balanı qucağına al, onu əzizlə.
Dədə Qorqud gedir, Uljan Dədə Qorqudun ona verdiyi qopuzu bağrına basırmiş kimi gözlərini açır. Gözlərini açan zaman mamaçalar onun qucağına ay parçası kimi gözəl uşaq verirlər. Uljan uşağı alanda mamaçalardan heç nə soruşmadan “ mənm Abayım” , – deyə körpəsini bağrına basır. Mamaçalar qadının bu hərəkətnə məəttəl qalırlar. Çunki uşaq doğulanda Uljan ağrının təsirindən özündən getmişdi. O, dunyaya gələn körpəsinin oğlan və ya qız olduğunu bilmədyi halda, necə ola blərdi ki, balasına Abay desin?!
İKİNCİ ŞƏKİL
Abay şəhərdə molla yanında təhslini yarımçıq qoyub atasının tapşırığı ilə aula gəlib. Neçə vaxtdan bəri doğmalarını görməyən Abay doğmalarını gördükdə çox sevinir. Ancaq atasının onu yarımçıq məktəbdən geri çağırmasından şübhələnir. Onun şübhələri düz çıxır. Atası Kunanbay ağa-soltan olduğu üçün gunahsız Kodarın ölümünə bais olur. O gündən Abayın kövrək uşaq qəlbndə günahsız, köməksiz insanlara rəhm yarandı, qəddar, zalım, qaniçən qatillərə qarşı isə, kin, nifrət, qəzəb coşmağa başladı.
Kodarın faciəsindən sarsılan Abay xeyl müddət xəstə yatır. Onun bu halını görən anası Uljan və nənəsi Zəri cox narahat olmağa başlayır. Zəri nəvəsinin nağılları, əfsanələri, mahnıları, şeirlər çox sevdyi üçün ona bildiyi nağıl və əfsanələri dəfələrlə danışır. Anası isə oğluna qədim turkəçarələr eləyr. Lakin bunların heç biri Abaya məlhəm olmur. Bir gün təsadüfən aula Dulat adlı bir akın (aşıq) gəlir. O, bir neçə gün aulda qalıb, gecə-gündüz mahnılar oxuyur. Dulatın mahnıları Abayı həyata qaytarır. Dulatın satirik şerləri Abayın düşüncələrini dəyişir, onun gələcəyin mütəfəkkiri olmağına təkan verir.
ÜÇÜNCÜ ŞƏKİL
Çingiz dağlarının ətəyi. Syundikin aulu. Abayın yeniyetmə vaxtları. Abay atası Kunanbayın tapşırığını yerinə yetirməyə gəlib. O, jigiteklər qəbiləsinin başçısı Syundiklə nəinki atası Kunanbay kimi kobud danişir, hətta yeniyetmə kimi deyl, müdrik bir adam təsiri bağışlayır. Abayın belə ağıllı rəftarını Syundikin ailəsi bəyənir . Həmn gün Abay Syundikn qızı Toqjana vurulur.
Abay Syundikin aulundan qayıtdıqdan sonra bir gün də olsun Toqjanı unutmur. Onun gənc qəlbini məhəbbət alovu yandırıb külə döndərir. O, Toqjana öz sevgisini dostu Yerbolun vasitəsi ilə çatdırır.( Həmin vaxtlar Kunanbay ilə Syundik bir-biri ilə düşmən mövqeyində idilər.) Abay sevgilisi Toqjanla görüşür, ona öz sevgisini etiraf edir.
A b a y: Toqjan, mənim əzizim, səni gördüyüm ilk gündən özümə heç yerdə yer tapa bilmirəm, Hara gedirəmsə səni görürəm. Hansı alaçıqda oluramsa, sənin ipək kimi saçlarına taxılmış şolpalarının səsini eşidirəm. Harda nəğmə səsi eşidirəmsə, orda sənin məlahətli səsini eşidirəm. Yuxuda da səni görəndə qaranlıq gecə kimi qara gözlərinin atəşndən yanıram. O gündən sonra sənin məhəbbətn qarşısında bütün sözlər mənə aciz gəlib. Sənin üçün nə qədər seirlər yazıb, nəğmələr qoşsam da yenə də, sənin gözəlliyn qarşısında aciz qalmışam. Mən indi məhəbbət alovunda yanan bir aşiqəm. Əzizm, məni bu alovdan yalnız sən xilas edə bilərsən.
Toqjan Abayın sevgi etirafından utanıb başını yerə dikir. Onun yanaqları günəşin al şəfəqləri kimi qızarır. Abayın üzünə baxa bilmir. Abay qızın utandığını görüb əlini qızın zərif çənəsinə uzadır.
A b a y: Toqjan, əzizim, niyə utanırsan? Niyə mənə baxmırsan? Mən bu gözlərin atəşində yenidən yanıb kül olmaq istəyirəm. Əzizm, mənə bax, bir söz de.
Toğjanın qəlbi indi quş kimi çırpınırdı. Axı, o da Abayı sevirdi.
T o q j a n: Abay, sənin nəğmələrini eşitmişəm. Məni bu qədər dərin məhəbbətlə sevirdinsə, bəs o vaxtdan bəri niyə bir dəfə də gəlmədin, mənimlə görüşmək istəmədin?
A b a y: Toqjan, əzizim, mən səni hər dəqiqə, hər saat yanımda görmək istəyirdim. O gündən bəri mən səni heç unutmadım ki. Ancaq qəbilələr arasında baş verən soyuq müharibə səninlə görüşmək şansımı əlimdən aldı. Mən öz Toqjanımla xəyalən görüşüb, onun isti nəfəsini hiss edirdim. Yalız bir dəfə Bojeyn yas köçü zamanı səni uzaqdan görmək imkanım oldu.O zaman sənin o məlahətli səsini Bojey üçün oxuduğun qəmli nəğmədə eşitdm, bütün qız-gəlnlərdən fərqlənən at belində şahanə oturuşun məni məftun elədi. Həmin saat fikrləşdim ki, səni gəlib o qız-gəlinin arasından götürüm qaçım. Ancaq o dəqiqə də fkrimdən döndüm. Dedim ki, igid kişi olmayan yerdə öz gücünü qız-gəlinə göstərməz. Bu ən böyük şərəfsizlikdir.
T o q j a n: Abay, mən də səni gördüm. Həmin vaxt nəğmə oxuyurdum. Oxuduğum nəğməni yaxşı eşitməyin üçün səsimi bir az da qaldırdım. Bizm uzaqdan-uzağa olan bu görüşümüz üçün cox üzüldüm.
A b a y: Aman Allahım! Toqjan, demək sən də mənə qarşı biganə olmamısan. Ah, mənm gözümün nuru, ah mənim həyatım! Deməli, sənin də qəlbində o gündən mənə qarşı hislər yaranıbmış.
T o q j a n: Bəl, Abay! Mən də səni o gündən sonra heç unutmadım. Sənin yolunu gözlədim. Yerbolla göndərdiyin ismarışı o, Karşaş vasitəsilə mənə çatdıranda elə bildim ki, göylərdə uçuram. Karaşaşın verdiyi xəbər mənə qanad verdi. O qanadlarla mən Çingiz dağlarının başında dövrə vurub, öz yarımın gəldiyi yollarda qanad çaldım. İndi mənim yanımdasan. Sevginin qarşılıqlı olmağından dünyada gözəl nə ola bilər?
A b a y: Ah Toqjan, ah mənim sevgilim! Səndən bunu eşitmək mənm üçün nə qədər xoşdur.
Abay qollarını açıb Toqjanı bağrına basır. Onun sevginin hərarətndən yanan al yanaqlarından, qızılgülün şeh düşmüş qönçəsinə bənzəyən bal dodaqlarından öpməyə başladı. Toqjan əvvəlcə utanıb çəkilsə də, sonradan Abayın qüvvətli qolları arasında ona təslim olub, daha heç br müqavimət göstərmədi. O da, öz ehtiraslı öpüşləri ilə Abayın sevgisinə cavab verdi.
Səhərin açılmasına az qalırdı. Abay günəş çıxmamış aulu tərk etməli idi. Çünki neçə vaxtdan bəri İrgizbaylarla Jgitekləe arasında soyuq müharbə gedirdi. Abayın Jigiteklərin aulunda görünməsi hamıda şübhə yarada bilərdi.
A b a y: Mənim həyatım, doğan günəşim Toqjan! Mən artıq getməliyəm, bir azdan gün çıxacaq, bütün aul yuxudan oyanıb məni burda görsələr hamı şübhələnər. Lənət olsun müharibəyə, lənət olsun savaşa, lənət olsun tamaha, lənət olsun bizm adətlərə! Axı sevgi sərhəd tanımır, axı sevgi varlı-kasıb bilmir, axı sevgi din tanımır. Bax, budur. Bz bir-brmiz dəlicəsinə sevirik, ancaq hansısa br soyuq münasibətin qurbanına çevrilmişik. İki sevgilini iki qəbilə arasında gedən savaş bir-birindən ayırır, onları bir-birinə həsrət qoyur.
T o q j a n: Abay, əzizim, bil ki, mən sənin yolunu hər gün gözləyəcəyəm. Nə tayfa davası, nə qəbilə savaşları, nə də atalarımızın bir- biri ilə düşmənçiliyi mənim sənə olan sevgimi azalda bilməz. Bizim sevgimiz iki qəlbin ucalan haqq səsidir. Bu səs heç kəs boğa bilməz.
A b a y: Gözümün nuru Toqjanım, yenə də səni görməyə gələcəyəm. Səninlə bir yerdə olmaq, isti nəfəsini duymaq, arının güldən çəkdiyi şirə kimi, bal dodaqlarından şirə çəkmək, qara gözlərinin atəşində yanmaq, ecazkar səsinə valeh olmaq mənə cənnəti verdiyi qədər, səndən ayrılmaq isə mənə qəbir əzabından da ağır gəlir. Kaş bu ayrılıq bizim sonuncu ayrılığımız olsun. Tezliklə qəbilələrimiz arasında sülh bərqərar olsun, biz də bir-birimizə qovuşub xoşbəxt olaq.
Onlar bir-birinə sonuncu dəfə sarılırlar. Elə bu vaxt Karaşaş gəlir.
K a r a ş a ş: Sizə çay gətirmişəm.
A b a y: Çox sağ ol, Karaşaş. Sənin bu yaxşılığını heç vaxt unutmayacağam. Sən məni muradıma yetirdin. Toğjanımla görüşməyə şərait yaratdın. Allah səni də muradına çatdırsın.
K a r a ş a ş: Abay, mən bunu eləməyə bilməzdim. Çünki Toqjanımın da qəlbi səni görmək üçün uçunurdu. Yaxşı ki, Asılbayla, Adilbay səfərdədirlər. Onlar evdə olsa idi sizin görüşməyiniz müşkülə çevrilərdi. Bəxtin gətirdi ki, görüş üçün yaxşı vaxt seçdin.
T o q j a n: Çox sağ ol, Karaşaş. Sən yengəm olmaqla bərabər, əsl dostsan, əsl rəfiqəsən.
A b a y: Gülüm mənim, bəxtin gətirb k, Karaşaş kimi xoşxasiyyətli yengən olub.
K a r a ş a ş: Həm də sənin kimi sevgilisi. Allah sizi ayırmasın ! Amin!
A b a y: Amin!
T o q j a n: Amin!
A b a y: Vaxt yetişdi. Yerbol məni çayın sahilində gözləyir, getməliyəm. Salamat qalın!
K a r a ş a ş: Yaxşı yol! Ümid edirəm ki, bundan sonra mənim gözəl Toqjanımın gözünü yolda qoymayacaqsan.
A b a y: Tezliklə biz yenə görüşəcəyik.
T o q j a n: Sağ-salamat get, Abay! Səni gözləyəcəyəm.
Abayın ayağı getsə də, ürəyi getmir. Sağollaşıb çıxdığı zaman Toqjandan ayrıla bilmədiyi üçün geri dönür. Bunu görən Karaşaş alaçığı tərk edir. Abay yenidən Toqjana möhkəm-möhkəm sarılıb onu öpüşlərə qərq edir. Sonuncu dəfə qızın gözlərindən öpüb ondan ayrılır. Toqjan isə sevgilisndən ayrıldığına çox məyus olur.Bir dəqiqədən sonra gecənin qaranlığı Abayı sanki udmuşdu.
DÖRDÜNCÜ ŞƏKİL
Abay qazax çöllərində tək-tənha dolaşıb qəlbini təlatümə gətirən sevgisini nəğmə kimi ötürdü.
Abay:
Kədər də, həsrət də, nisgil də, qəm də, Qəlbin atəşində qovrulur, yanır. Ömür-gün yolunda dara düşəndə, Məhəbbət ömrünə arxa dayanır.
Həyatda bir kəsi sevə bilməyən, Daşıya bilərmi insan adını? Yoxsul belə olsan günün keçər şən, Olar var-dövlətin yaxşı qadının.
İşığa çıxmazsan yarıb zülməti, Dost qəlbi yanmasa bir çıraq kimi. Axı, şöhrət nədir, axı, var nədir, Olmasa ömrünün yaxın həmdəmi.
Sadiq dostu Yerbol gülümsəyib dodaqucu nəsə deyirdi.
Yerbol: Gör məhəbbət nələrə qadirdir. Abay artıq şair olub, nəğmələr qoşur.
İki dost çovğunda azırlar, Abay xəstələnir, hərarəti qalxır, şaxtadan donmaq təhlükəsiylə üz-üzə qalır. Amma zəngin qışlaqlardan birinə düşürlər, Abayı halsız vəziyyətdə çadıra aparırlar. Sən demə, illər boyu axtardığı Toqjan bu ailənin gəlini imiş. Toqjan bir həftə gecə-gündüz qızdırmadan sayıqlayan Abaya qulluq edir. Xəstə sağalır və Toqjan onunla əbədi vidalaşır.
Abay:
Atəş də, buz da var yanaqlarında, İki yarpaq kimi bir əsir onlar. Hamıdan yayınıb, hamıdan qaçıb Yenə bir-birinə tələsir onlar.
Toqjan çadırın o üzündə Abayın nəğmələrini dinləyir, gözlərindən yaş axır. Darkenbayın ruhu səhnədə görünür.
DARKENBAYIN RUHU: Abayın atası Kunanbay bizə zülm elədi. Tayfalarımız onun qəzəbi ucbatından bir-birinə qənim kəsildi. Amma o, atasından da, qardaşlarından da mərhəmətli çıxdı. Mən Abaya görə onun zalım atasını bağışlamışam. Qoy uca Allah ona daim yar olsun! O, Toqjanı yenidən tapacaq.
Səhnə dəyişir. Abaygilin çadırı. Dilda Abayın anası Uljana və nənəs Zəriyə şikayət edir.
DİLDA: Abay məni heç sevmədi. Görürsünüz, o, yenə məni atıb sevdiyi qızın yanına gedib.
ZƏRİ: Bəsdir ah-vay etdin. Sən bu ocağın gəlinisən. Demək, Abay səni çox sevir. Bundan artıq sənə nə lazımdır? Taleyindən gileylənmə. Allaha ağır gedər.
Uljan çadırın yuxarı başında, qayınanasının böyründə oturub oğlu üçün aramsız dualar edir. Sonra acıqlı halda Dildanın üstünə qışqırır.
ULJAN: Az qarğış tök, gəlin! Axırda oğlum sənin bəd duaların ucbatından zavala gələcək.
MAKİŞ: Mən hər gün dadaş üçün dua edirəm. Allah onu qorusun. Mənim əsl qardaşım odur. Qoymadı yad əllərdə qalım. Məni xilas etdi. O biri qardaşlarımın heç vecinə deyildi.
Dilda acıqlı-acıqlı Makiş süzüb heç nə demədi.
Səhnə dəyşir. Kunanbay öz çadırında oturub fikirli halda çubuq tüstülədir. Maybasar daxil olur.
MAYBASAR: Ağbim, oğlun yaman özbaşınalıq edir. Bu qədər ərköyünlük olmaz. Bir çağır yanına, onu danla.
KUNANBAY (laqeyd halda): Yenə nə edib?
MAYBASAR: Qənimət götürdüyümüz mal-qaranı qonşu tayfaya geri qaytarıb.
Kunanbay eşitdiy xəbərdən yerindən dik atılır.
KUNANBAY: Necə?! Artıq mənim işlərimə də burun soxmağa başlayıb? Mən o tayfanı cəzalandırmışam. Səbəbi də məlumdur. Onlar icazəsiz bizim ərazilərimizə soxulublar. Abay hansı cəsarətlə mənim qərarıma müdaxilə edir?
Bu vaxt Abay çadıra daxil olur. Qəzəblidir.
ABAY: Ata, sən nə vaxta qədər bu tayfaları bir-birinə düşmən edəcəksən? Axı bütün bu torpaqlarda yaşayanların hamısı qazaxlardır. Görürsən ki, onlar kasıb, zəhmətkeş insanlardır. Niyə camaatın mal-qarasını əllərindən alırsan? Onlar ac qalanda sən necə yerində rahat yata bilirsən?
Kunanbayın dişi bağırsağını kəssə də Abayın sözləri qarşısında susdu. Maybasar da cəsarət edib nəsə deyə bilmədi. Hər ikisi çadırdan çölə çıxdı.
KUNANBAY (üzünü göyə tutur): Ey uca Allah, məni bağışla. Qəlbimdən bu yersiz kini, nfrəti uzaq elə.
BEŞİNCİ ŞƏKİL
Qazax çölü. Abay Toqjanı gördü və heyrətləndi. Amma bu qız zahirən Toqjanın eyni olsa da, Toqjan deyildi. Abay qopuz çalıb ona nəğmələr oxumağa başladı. Bu nəğmələr Toqjana oxşayan qızı sehirlədi. O, ayaq saxlayıb bu ozana diqqət kəsildi.
ABAY:
Bir daha sevinməz, gülməz bu ürək, Günəş də, qəmər də parlasa yəqin. Mən səni sevirəm bu dünyada tək, Səninsə sayı yox aşiqlərinin.
O dönük çıxsa da – sadiqəm yenə, Dözürəm yarımın hər şıltağına. Bir gün qah-qah çəkib gülsə də mənə, Deyərəm: odlu qəlb, susub döz buna.
Onlar üz-üzə gəldilər. Abay daha bu qızdan vaz keçə bilməyəcəyini anladı.
ABAY: Adın nədir sənin?
AYKƏRİM: Mənim adım Aykərimdir. Bəs sən kimsən?
ABAY: Mən el ozanı Abayam.
Səhnəyə Dədə Qorqud daxil olub kənardan onları seyr edir.
DƏDƏ QORQUD: Hə, bax beləcə, Tobıktıda Günəş doğdu. Bu, Abayın Günəşi idi. Uca Tanrı onlara sevgi dolu xoşbəxt bir ömür bəxş etdi. Siz də sevin-sevilin, ömrünüzə Günəş doğsun, övladlarım! Qəlbinizdə sevgi olmasa, günəşi görə, onun istiliyini duya bilməyəcəksiniz. Sevginizi qoruyun ki, Günəş həmişə sizinlə olsun!
ARZU ŞƏRBƏTİ (Hekayə) Əfsanəyə görə oturuşmuş adətlərə qarşı üsyan etmək istəyən biri ağlına gələn ilk dua üçün allahdan onu bir kəpənəyə çevirməsini təvəqqə edir.Yavaş-yavaş bu arzunun qanadlarında nəhayətsiz ənginliklərə uçur.Azadlıq , istədiyini etmək sevdası , dünyanın bütün pisliklərindən qaçmaq , təmənnalı dostlardan uzaq olmaq istəyinin reallaşağacığını ağılının ucundan belə keçirəndə sərməst olub , yeni həyatın şirinliyində büsat qurur. Kəpənək olmaq ! Günəşdən ,çiçəklərdən zövq almaq , istədiyi qədər uçmaq … Və yenə də uçmaq.. Qurduğu xəyal dünyasında insan olaraq buxovlandığı , bezdiyi hər nə varsa ondan uçmaq , nəfəsi kəsilənəcən uçmaq . Və yenə də qonduğu çiçəklərdən şirə çəkib , mavi göylərin intəhasız əsrarəngizliyində mehdən-küləyə , rüzgarların qanadlarında bihuş olmaq. Və… Və birdən haqdan gələn nida bir andaca onu kəpənəyə çevirir. Bu qədərmi asan , buncamı arzu anındaca arzuluqdan dönüb real olarmış ? … Oldu keçdi. Geriyə dönüş yox. Kəpənək olaraq uç ! Zövq al ! Güllərin ətirindən məst ol ! İnsanların yaratdığı pis tabulara meydan oxu ! Ehkamlarına rişxənd et ! Sevgi azadlığına doyunca qanad çal ! Cəmi bir gün keçir. Çiçəklərin şirələri dadsızlaşır , qəfil yağan yaz yağışı moruqları təmsiz edir. Bu azmış kimi anadillərin,qaranquşların təqibi onu uçub gizlənməyə məcbur edir.O , gah gizlənir , gah da yağışdan islanmış qanadlarını çırparaq uçacağı səmti belə bilmədən vurnuxur. Lap yaxşı bilir ki , tanrı onu bir daha insana çevirməyəcək . Birdən aşağıda ucsuz-bucaqsız tarla görünür.Hələ insan olduğu dönəmlərin ən yaxşı dostlarına yaxın olduğu məkan bilib , qanadlarını süzərək tarlaya enir.Bura onun üçün tanış məkan imiş . İnsanlığının son dönəmlərində tanış olduğu , bir az da yarımgerçək duyğularından rəng qatdığı dostu buralara tez- tez baş çəkərdi.Qaçmaq , uçmaq onu taqətdən salmışdı. Quşlardan gizləndiyindən heç bir şirə də dadmamışdı. Burada heç bir çiçək yoxdur ki…. Hələ başqa canlı olduğu zamanların yaddaşını xatırlamağa çalışdı. Alatoran xatirələr buranın şəkər çuğunduru tarlası olduğunu, çuğundurların onun keçmiş həmcinsləri tərəfindən torpaqdan çıxarıldığını özü üçün aydınlaşdırdı. Sahədəki yumuru – uzunsov çuğundur qalaqlarından hiss etdi ki, çiçək dönəmi deyil , məhsul yığımı zamanıdır.Böyük bir çuğundurun üzərinə qonub ,gövdə ilə yarpaqların birləşdiyi hissədən doyunca şirə çəkdi. Əvvəl xoşlandı , ac mədəsində doymağın ləzzətini duydu…. Bu nədir ? Mən zəhər içmişəm ? Başı gicəlləndi. şəkər çuğundurunun kölgəsinə yuvarlandı. – Gəncdir ,prespektivi böyükdür.Düzü onun ziyanvericilərlə mübarizə üçün təklif etdiyi elmi işin təcürbə sahəmdə tətbiqinə ehtiyat edirdim.Amma yanılmışam. Bir baxın tarlada bir dənə də olsa kəpənək uçmur. Bu insan kimi doğulan, kəpənək kimi ölən birinin həyatda eşitdiyi son sözlər idi.
Natiq Rəsul oğlu Rəsulzadə — Azərbaycan yazıçısı, Azərbaycanın əməkdar incəsənət xadimi (1999), “Şöhrət” ordeni laureatı (2009), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Azərbaycan Respublikasının Xalq yazıçısı (24.05.2019).
HƏYATI Natiq Rəsulzadə 5 iyun 1949-cu ildə Bakıda anadan olub. 1975-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Kinematoqrafçılar İttifaqı və Teatr Xadimləri İttifaqının üzvüdür. 40 ilə yaxındır ki, əsərləri bir çox dillərdə və dünyanın adlı-sanlı ölkələrində çap olunur. Azərbaycanda, ABŞ-da, Rusiyada, Macarıstanda, Yuqoslaviyada, Polşada və başqa yerlərdə 40-dan artıq kitabı işıq üzü görüb. Əsərləri bir çox nüfuzlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb. 1984-cü ildə N. Ostrovski adına Ümumiyttifaq Mükafatına layiq görülüb. “İntihar edənin gündəliyi”, “Gecə çaparı”, “Nonsens”, “Məhəbbət ili”, “Yağışlı bayram”, “Kabuslar arasında”, “Quş çəkirəm”, “Ulduz yollar”, “Tələ”, “Adacıq” və başqa geniş oxucu rəğbəti qazanmış əsərlərin müəllifi olan Natiq Rəsulzadənin ssenariləri əsasında “Mələklərə inanmayın”, “Bayramda yağış”, “Yaşa, qızıl balıq”, “Vahimə”, “Sifarişçi”, “Gecə qatarında qətl”, “Nə gözəldir bu dünya…”, “Girov”, “Ovsunçu”, “Biz qayıdacağıq” kimi onlarla maraqlı filmlər çəkilmişdir. 2017-ci ildə yazıçının əsəri əsasında Azərbaycan Dövlət Rus Dram Teatrında “Meme” tamaşası səhnəyə qoyulub.
Azərbaycanın əməkdar incəsənət xadimi (1999) fəxri adına layiq görülüb. Respublika Dövlət mükafatı laureatıdır. 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub. 21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
FİLMOQRAFİYA Bayramda yağış (film, 1985) Biz qayıdacağıq (film, 2007) Biz qayıdacağıq (veriliş, 2007) (II) De ki, məni sevirsən! (film, 1977) Dünən, bu gün, sabah (film, 1992) Epizod (film, 2002) Gecə qatarında qətl (film, 1990) Girov (film, 2005) Nə gözəldir bu dünya… (film, 1999) Ovsunçu (film, 2002) Pərilərə inanmayın (film, 1979) Sifarişçi (film, 2000) Sürpriz (film, 1977) Vahimə (film, 1998) Yaşa, qızıl balıq (film, 1988)
BİLİM Kİ ADAMSAN (hekayə) Toğrulun rayon mərkəzində işlədiyi müəssisə idimi, təşkilat idimi, hər nə idisə bağlanmışdı. O da qalmışdı işsiz-gücsüz. O, kənddə yaşayırdı. Rayon mərkəzinə gedib-gəlmək heç də ürəyincə deyildi. Yol ölçmək özünə qalırdı. Aldığı qəpik-quruş idi. Odur ki, fikirləşdi ki, elə ən yaxşısı evinin içində – kənddə bir işin qulpundan yapışsın. Rayon mərkəzinə gedib-gəlmək üçün xərclədiyi pul da cibində qalar. Günorta naharını da evində yeyər, izafi xərci çıxmaz. Odur ki gəldi kənd icra nümayəndəsinin yanına: -Bir iş versəydin, işləyərdim. Rayon mərkəzinə gedib-gəlməkdən xəstəlik tapmışam. Bunun qışı, soyuğu, yayı, istisi var. Yol maşını gözləməkdən adamın gözünün kökü saralır. Şaxta bədəninə işləyir, yayda da gün başını deşir. İcra nümayəndəsi quru adam idi. Tez rəsmiyyətə saldı: -Bir arayış al, gətir ki, işsizsən, heç yerdə işləmirsən. Toğrul çaşıb qaldı: -Arayış? Çiyinlərini çəkib soruşdu: -Hardan alım? Dedim işləmirəm axı… İcra nümayəndəsi əlini yelləyib işi ilə məşğul oldu: -Arayışsız mümkün deyil. Toğrul: -Kimdən alim? De, gedib alım, gətirim. İcra nümayəndəsi başını qaldırmadan hansısa sənədə möhür vura-vura: -Bu sənin problemindir, mənim yox. Toğrul onu dilə tutmağa çalışdı: -Əzizim, burda nə var ki?! Arayış nəyə lazım? Kimdən soruşsan, deyəcək həqiqətən heç yerdə işləmirəm. Sən özün də kənd əhlisən. Özün də bilirsən ki, işləmirəm. İcra nümayəndəsi əlini saxladı, bir qədər mülayim: -Bilirəm işləmirsən, – dedi. -Amma bu hökumət kağıza inanır, sözə yox. Xahişindən, dil tökməyindən kar aşmadığını görən Toğrul: -Yaxşı, – dedi, -onda, sən də bir arayış yaz, ver mənə ver ki, sən adam deyilsən. Bu dəfə icra nümayəndəsi çaşıb qaldı, dik ayağa qalxdı: -Bu nə danışıqdır? Məni dolayırsan? Toğrul əsəbi: -Yaz. Niyə yazmırsan? Arayış yaz, mən də inanım ki, sən doğrudan da adam deyilsən. Heç adamlıqda yerin yoxdur… Adam dolayan da sənsən, mən yox. İcra nümayəndəsi başını aşağı salıb dinmədi. Toğrul bilmədi ki, o, öz hərəkətindən utanıb başını aşağı dikib, yoxsa yenə Toğruldan arayış tələb edəcək. Bakı şəhəri, 14 yanvar 2022-ci il.
(Zülfiyyə Vəliyevanın yarım əsrlik yaradıcı ömrünə ötəri baxış)
Onu tanımaq, dərk etmək, şəxsiyyətinə nüfuz etmək üçün elə də çox zaman gərək olmur.
Zülfiyyə xanımdan bəhs edən bu yazını qələmə almaq üçün şəxsən mənə 2021-ci ilin son dörd ayının təəssüratları kifayət edib.
İnsana sevinc bəxş etmək – özündə çox “dumanları”-gümanları birləşdirənindiki zəmanəmizdə insanlardan qarşılıqsız yaxşılıq görmək bir qədər laübalı anlayışdır. Çox xoş ki, Zülfiyyə xanım bu kimi anlayışlardan kənar təfəkkür sahibidir. Etdiyi yaxşılıqların əvəzində heç bir qarşılıq gözləməyən və bu əməlindən zövq alan, özünü xoşbəxt hiss edən insandır.
Təmənnasız yaxşılıq etmək, kimə isə əl tutmaq, hətta tanımadığın kəs olsa belə… Zülfiyyə xanımın həyat kredosu budur. Qarşı tərəf bunu dərk etsə də, hətta bu duyğudan xali birisi olsa belə, O bunu edir. Ola da bilər ki, o kəs Allahın bir quru “sağ ol”una da qızırğana, qıyımsızlıq edə, ancaq Zülfiyyə xanım öz mövqeyindən heç vədə yayınmayıb, bundan incik düşməyib. Qarşısındakının kim olmasının onun üçün heç vədə önəmi olmayıb, Ürəyinə gəldimi, ürəyi ona diktə olunan “addımı” atmağa çağırış etdimi, bu kifayət edər. Bu mövqedə onun öz yolu, öz dəst-xətti var. Və bu mövqeyini heç vədə dəyişmir.
Onu tanıdıqca, zaman-zaman iç dünyasına bələd olduqca necə qılıqı, istiqanlı, məhrəm duyğulara sahib olduğuna səndə əminlik yaranır.
Baxmayaraq kiçox qısa bir zamandır bir “ocaq”da çalışırıq, onun necə zəhmətkeş, öz işindən zövq alan, bacardığını iş yoldaşlarından əsirgəməyən insan olduğuna əminlik hasil etdim, Bu təfəkkür sahibi ilə bir kollektivdə olmaq insana zövq verir. Zülfiyyə xanım “sadəlik” adlı bir gözəlliyə sığınaraq yaşayır və bu gözəlliyi ətrafındakılara da təlqin etməkdən zövq alır. ADPU-da ETM formalaşmasının mənim üçün bir önəmi də bu oldu ki, Zülfiyyə xanım kimi pedaqoji səviyyəyə və yaradıcılıq potensialına malik, daim pedaqoji cameənin maraq dünyasında olan bir müəllimi və qələm sahibini tanıdım.
Onun üçün həyatda ən müqəddəs “müəlim” və “insan” adı, ölçü vahidi – insana insanlıq münasibətidir.
Zülfiyyə xanım bu adların müqəddəsliyini qoruya bilmək imkanlarından həmişə qürur duyub. Deyir:
– “Müəllim olmaq, bu adı layiqincə daşımaq şərəfdir, şərəfli olduğu qədər də məsuliyyətlidir, çətindir”;
– “Mənən pak, böyük ürək sahibi, gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi ali sima, böyük nüfuz sahibidir müəllim. Bu sıralarda olmaq qürurvericidir. Gənc müəllimlərə tövsiyəm budur ki, daim yaradıcı, məsuliyyətli, Vətən sevdalı, azərbaycançılıq ideyalarına sadiq olsunlar”;
– “Müəllim gənclərə bilmədiklərini öyrədən elm saxlancı deyil, bu iş – kitabın işidir, bilmədiklərimizi kitabxanalarda tapmaq mümkündür. Müəllim – ruhumuzan memarıdır”;
– “Allahın dəyər verdiyi insan öz əməli, xidməti, dürüstlüyü və xisləti ilə hörmət qazanır, özünü təsdiq edir”;
– “İnsan dünyaya ağlaya-ağlaya gəlir, doğmaları onu sevinclə qarşılayır. Qur`ani-Kərim”də buyrulur: elə yaşayın ki, dünyadan gülə-gülə gedəsiniz, sizi ağlaya-ağlaya yola salsınlar. Ən dolğun, mənalı həyat budur”;
– “Hər bir insanın ehtiyacı hörmətdir, diqqətdir, məhəbbətdir”;
– “Xoş xasiyyətli olmaq – insanın xoşbəxtliyidir”;
– “Müdrik – çox bilən adam deyil, biliyi xeyirli olan adamdır”;
– “Bir insanın sənə nələr verə biləcəyini deyil, sənin üçün nələrdən imtina edəcəyi əhəmiyyətlidir”;
– “Yaradan insanı Yer üzünün əşrəfi yaradıb, azad, müstəqil və varlıq kimi yaradıb, cisimdən, ruhdan yaradıb. İnsanın qorunmasını da Yaradan onun özünə həvalə edib. İnsanın da borcudur ki, bu missiyanı vicdanla yerinə yetirsin, ona bəxş olunan canı məhəbbətlə, ismətlə qorusun”;
– “Vətən əmanətdir, onu qorumaq, başının tacı etmək hər bir vətən övladının namus, şərəf işidir”.
***
İnsan üçün, illah da xanım üçün “xarakter insan” olmaq çətin, bəlkə də mümkünsizdir. Ancaq tanımaq imkanında olduğum bir neçə ay ərzində onu davamlı olaraq belə gördüm: sözünün sahibi, mövqeyində dəyişilməz, insanlar arasında həmişə səmimiyyət toxumları səpən, doğmalığa səy göstərən.
Ömür yolunu səhifələdikcə önündə qat-qat zəngin informasiya qalareyası açılır. Elə mövzu yoxdur ki, Zülfiyyə xanımın söz kəhkəşanında öz əksini tapmasın. Görüb-bildiyi, təmasda olduğu elə bir tədbir, hadisə, yaxud tarixin təqvim günü xatırlamazsan ki, Zülfiyyə xanımın mövzu obyektinə düşməsin. Bu rəngarənglikdə başlıca yeri müəllim, müəllim sənəti, pedaqoji işə vurğunluq, vətən, torpaq məhəbbəti, vətənpərvərlik mövzuları xüsusi yer tutur.
Zülfiyyə xanım bu sıralanmada hər nəsnəyə “can verməyi” bacarır. Məqalələrinin oxucusu, ən müxtəlif tədbirlərdə çıxışlarının dinləyicisi olan hər kəs Azərbaycan təhsilində islahatların hansı səviyyədə aparıldığı barədə zəngin informasiya almaq imkanına malik olur. Ustalığı, peşəkarlığı da bundadır ki, ilk baxışda “quru” təsir bağışlayacağı düşünülən faktlar Onun qələmində (nitqində) “dil açıb” oxucusu (dinləyicisi) ilə “isti təmasda” olur, “danışır”, zəngin informasiya mənbəyinə, görülən işin, çəkilən zəhmətin göstəricisinə çevrilir. Sıraladığı faktları canlandırmaqla təqdim etdiyi mövzunun Azərbaycan dünyasında, Azərbaycan təhsilində yerini müəyyən edir. Həm də elə ustalıqla ki, ssenari ahəngdarlığı ilə sıralanmış faktlar bolluğundan yorulmursan, usanmırsan.
***
Zaman yaşa baxmır. Zamanı yaxşı yaşayanda, özündən yaxşı iz qoyanda… İnsanı yaşadan, həyatını rövnəqləndirən də elə bu kimi amillərdir. Həm ömür uzunluğu anlamında, həm də insanların yaddaşında yaşamaq, arxanca xoş məramlı iz qoymq mənasında.
Yaxın günlərin söhbətidir. Mənim də qatıldığım bir yığnaqda 70 yaş və 70+ yaş həddində olanların, cavanların yerini tutub hələ də işlədiklərinəbənzər ifadə işləndi. Baş qoşmaq istəməsəm də, söz sahibinin inadlı danışıq tərzi məni dillənməyə sövq etdi. Təbəssümlə sözünü kəsdim ki, mən də 70 yaşındayam, 30 yaşda olanlar arasından özümə rəqib axtarıram. Rəqib bildiklərimin fəaliyyətini tərəzinin bir gözünə, mənim yaradıcılığımı tərəzinin başqa bir gözünə qoyaq, görək hansı pərsəng verəcək?!
“Daim öyrənən və öyrədən, xalqına layiqincə xidmət edən nəslin formalaşması bügünki qayğılarımızdandır” amalı ilə yaşayan, ruhu döyüş misallı vətənpərvər xanım Zülfiyyə Vəliyeva belə mənalı-məzmunlu ömür sahibidir. Eynən pedaqogika üzrə fəlsəfə doktoru Şahrza Ağayevin qələmə aldığı tərzdə: – “Zülfiyyə xanımın yazılarını hər oxuyanda qürur hissi keçirirəm. Vətənpərvərlik bu gün aktual məsələdir, “525-ci qəzet”də “Vətəni qoruyan oğullar” adlı məqaləsini maraqla oxudum. Elə bil cəbhədən dönmüş bir döyüşçü ilə diz-dizə əyləşib həmsöhbət olursan, onların əməllərinə, hər hərəkətinə böyük sayqı göstərirsən… Gənclər arasında vətənpərvərlik sahəsində maarifləndirmə işi aparılmasında Zülfiyyə xanımın bu silsilədən söhbətlərinin, qələmə aldığı yazıların rolu əhəmiyyətli dərəcədə yüksəkdir”;
Gülşən Eminova, pedaqoqika üzrə fəlsəfə doktoru: – Əzizimiz, müəllimlər müəllimi, ürəyi də, əməli də gözəl, xeyirxah xanım Zülfiyyə Vəliyeva, Allah sizi qorusun! 20 ildən artıqdır ki, sizi tanıyıram. Bu illər ərzində sizi yalnız təhsilə, peşəsini sevdirməyə çalışan, öhdəsinə götürdüyü ən çətin işləri mükəmməl icra edən bir pedaqoq kimi tanıdım. Nə yaxşı ki varsız, sevilirsiz!..
***
Müəyyən yaş həddində insan özünün hər saatından-günündən, hər ayından hesabat tələb edir. Zülfiyyə xanım bunabənzər hər sorğunu asanlıqla cavablandırmaq imkanındadır. Azərbaycan tarixinin, pedaqogikasının elə bir təqvim günü, hadisəsi olmaz ki, ədəbi qəhrəmanımız həmin tarixi özünəməxsus mətbu yazılarıyla, çıxışlarıyla qarşılamasın. Bunun üçün çox yox, Zülfiyyə xanımı tanımaq imkanında olduğum 2021-ci ilin göstəricilərinə də diqqət yetirmək kifayət edər:
– 1 simpozium, 3 forum, 1 beynəlxalq seminar, 1 beynəlxalq və 4 respublika konfransının, 7 təlim, 2 layihə və 7 vəsait və təqdimatın müəllifidir. Əməyi 11 sertifikat və təşəkkürnamə ilə dəyərləndirilib. 5 jurnal, 6 qəzet məqaləsi var. Məqalələrindən ikisi II Qarabağ müharibəsi qəhrəmanlarına “Vətən sevdalı cəsur döyüşçü” (Mircəfər Mirsəfər oğlu Bağırova) və “Vətəni qoruyan oğullar” (Fail Rəfayıl oğlu İsgəndərova) həsr edilib;
– II Qarabağ müharibəsində tarixi qələbəmizlə bağlı sosial şəbəkələrdə yazılar paylaşıb, video-çıxışlar edib. “Vətən və insan sevgisi” mövzusunda silsilə vebinarlar keçirib, müəllimlərə kömək məqsədilə xüsusi təqdimatlar hazırlayıb. “Azərbaycan bayrağı Şuşada dalğalanır” və “Tarix yazan sərkərdə” sərlövhəli məqalələri “Təhsil dünyası” qəzetində, “Qələbələr içərisində ən ali qələbəmiz” və “Qələbəmiz – sərvətimiz, xalqımızın, dövlətimizin varlığıdır” məqalələri “Təhsil” jurnalında yer alıb. Müəllimlərə kömək məqsədilə bu kimi mövzularda təqdimatlar hazırlayıb, Qələbə münasibətilə rəsmi internet səhifəsində ölkə Prezidentinə müraciət ünvanlayıb. “ADPU- 100. Məzunlar” layihəsinin müəllifi və rəhbəri olub.
Həyat yolu: Əməkdar metodist müəllim və “Müəllimlərin peşəkarlıq səviyyəsininin inkişaf etdirilməsi” layihəsi üzrə milli məsləhətçi” adını ləyaqətlə daşıyan Zülfiyyə Vəliyeva Göyçay rayonunda anadan olub. 1966-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) tarix fakültəsində (qiyabi) təhsil alıb. Azərbaycan Müəllimlər istitutunun (Azərbaycan PK İA və YH Baş İnstitutunun) İqtisadiyyat fakültəsinin 1996-cı il məzunlarındandır. 1971-1973-cü illərdə Göyçay rayon 7 saylı orta məktəbində müəllim, 1973-1978-ci illərdə Göyçay rayon Komsomol Komitəsində Məktəblər üzrə katib və II katib vəzifələrində çalışıb. 1978-1996-cı illərdə Göyçay rayon 1 saylı orta məktəbdə müəllim kimi fəaliyyətini davam etdirib. 1995-2016-cı illərdə Azərbaycan Müəllimlər institutunda (APKİA və YHİ-da) metodist, kabinet müdiri, “Təhsildə Araşdırmalar və İnnovasiyalar” Mərkəzinin əməkdaşı olaraq fəaliyyət göstərib. 2016-ci ildən ADPU Elmi-Tədqiqat Mərkəzinin elmi işçisidr.
İctimai fəaliyyəti: 1988-ci ildə SSRİ Təhsil Şurasının üzvü, 1988-ci ildən Yaradıcı Müəllimlər İttifaqı İdarə Heyətinin üzvü, 1999-2005-ci illərdə Respublika Təhsil Nazirliyi Elmi Metodik Şuranın üzvü, 2003-cü ildə Təhsil İslahatı ilə bağlı “Müəllimlərin peşəkarlıq səviyyəsininin inkişaf etdirilməsi” layihəsi üzrə milli məsləhətçi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin və SSRİ Təhsil Nazirliyinin Qabaqcıl Maarif Xadimidir.
Mükafatları: SSRİ Təhsil Nazirliyinin “Krupskaya medalı”, akademik. Mehdi Mehdizadə mükafatı laueratı, ”XXI əsrin tanınmış maarifçisi” beynəlxalq diplomunun və “Azərbaycan Respublikasının Əməkdar müəllimi (1990-cı il) fəxri adının daşıyıcısı. “VEKTOR” Beynəlxalq Elmi Mərkəzinin təsisçisi olduğu “Azərbaycanın tanınmış maarifçiləri” beynəlxalq layihənin qalibidir. Azərbaycan Respublikası Jurnalistlər Birliyinin üzvüdür.
Seçilmiş əsərləri: “Tarix fənni üzrə proqram” (IX siniflər üçün. Bakı-2000); “Fəal təlim”. (metodik vəsait. Bakı-2003); “Azərbaycanda müəllimlərin peşəkarlıq səviyyəsininin inkişaf etdirilməsi: qarşıya çıxan problemlər və əldə olunan nailiyyətlər” (metodik vəsait. Bakı-2003);
“Fəal və interaktiv təlim-tədris üsulları” (ilkin müəllim hazırlığı ixtisasartırma və yenidənhazırlanma təhsili üçün tədris-tematik plan və proqram. Bakı-2004); “Təhsil islahatı və müasir təlim metodları” (ilkin müəllim hazırlığı ixtisasartırma və yenidənhazırlanma təhsili üçün tədris-tematik plan və proqram. Bakı-2004); “İbtidai siniflərdə nağılların “Debat» texnologiyası ilə tədrisi” (müəllimlər ücün metodik vəsait. Bakı-2005); “Distant Təhsil Texnologiyaları” (pedaqoji işçilərin özünün təhsilinə kömək (metodik vəsait. Bakı-2006); “Distant Təhsil Texnologiyaları” treninq proqramı (Bakı-2007); “Pedaqoji Təhsildə İnnovasiyaların, yeni metod və yanaşmaların tətbiqinin işlənilməsi” təhsilə uğurlu dəstək, “Təhsildə innovasiya – dərslərin kliniki müşahidəsi” (metodik material); “Təhsildə innovasiya-Elektron məktəb”(metodik material); “Təhsildə innovasiya-Gender” (metodik material); ”İqtisadi təhsil zamanın tələbidir”. Müəllim kadrlarının hazırlığında innovasiyya və texnologiyalardan istifadə; “Yeni təlim texnologiyalarının pedaqoji texnologiya sistemində səciyyəsi”, “Pedaqoji təfəkkürün formalaşmasında İnteraktiv təlimin imkanları” Tədris-təlim prosesinin keyfiyyət təminatı: Səriştəli yanaşma”. “Səmərəli İnnovasiya sistemi və yeni təhsil texnologiyaları” – “Motivasiya, prosedur və fəaliyyətlə bağlı kompetensiyalar”, Müəllimin peşəkarlıq səviyyəsinin inkişafına təsir edən amillər”. “Təhsil alanların elmi tədqiqat bacarıqlarının inkişaf etdirilməsi günün tələbidir”, “Ali pedaqoji təhsil sistemində elmi və texnoloji innovasiyaların tətbiqi kadr hazırlığının zəruri amili kimi”, “Ali pedaqoji təhsil sistemində elmi və texnoloji innovasiyalar”, “Təhsildə İnnovativ metodlardan istifadə”, “Pedaqoji Təhsilin İnnovasiyon inkişafının layihələndirilməsi”və s…
Bu gün də günlə səsləşən, ödənişsiz vebinarlar keçirərək müəllim və məktəb psixoloqlarına yardım missiyasını səylə davam etdirən Zülfiyyə xanım çox sayda beynəlxalq və respublika elmi-metodik konfransın, simpozium, forum və təlimlərin iştirakçısı olmuş, 50-yə qədər sertifikat, fəxri fərman və diploma layiq görülmüşdür. 105 elmi məqalə və 47 tezis, çox sayda publisistik məqalə müəlifidir. İmzası ”Təhsil”, ”Azərbaycan məktəbi”, ”Məktəbəqədər və ibtidai təhsil” və “Pedaqoji Universitet xəbərləri” jurnallarının, ”Respublika”, “Azərbaycan müəllimi”, ”Təhsil və zaman”, ”Təhsil problemləri”, “Palitra” qəzetlərinin daimi oxucularına yaxşı tanışdır. Konfranslarda, dəyirmi masa və görüşlərdə, təlim, mühazirə və seminarlarda yüksək peşəkarlıqla etdiyi çıxışlar pedaqoji ictimaiyyət tərəfindən həmişə maraq və rəğbətlə qarşılanır.
***
Müraciətlərimə diqqət yetirdinizmi? Hər adını çəkdiyimdə hökmən “xanım” kəlməsi nitqimə gəlib. Həm də bu, gəlişigözəl, etika məqsədilə işlədilən müraciət deyil.
Qədim tariximizi xatırlayaq. İnsana müraciət formasının “xan”, “bəy”, “xanım”, “xatun” olduğu illəri. Sonrakı illərdə ziyalı təbəqəsinə müraciət forması olaraq “müəllim” müraciət forması meydana gəldi. Indi “müəllim” müraciət forması yalnız bu peşə sahiblərinə deyil, ümumən ziyalı təbəqəsinə aid edilir. Bu hal müəllim sənətinə, müəllim peşəsinin cəfakeşlərinə xalqımızın sayqısının göstəricisi deyilmi?
Müsahibim ona “Zülfiyyə xanım” deyə müraciət tərzini özü qazanıb: davranışlarıyla, insanlara diqqət və münasibətilə, savadı, dünyagörüşü, intellekti ilə.
***
Tərcümeyi-hal insanı bəzəmir, insan tərcümeyi-halını bəzəyir. Zülfiyyə xanım tərcümeyi-halına bu yerəcən sizlərə indi bəlli etdiklərimdən və bəlli edə bilmədiklərimdən məqam-məqam çox “nağışlar” vurub. Tərcümeyi-hal isə davam edir. Bu da o deməkdir ki, Zülfiyyə xanım hələ bundan sonra da tərcümeyi-halına özünəməxsus “naxışlar” vurmaqda davam edəcək. Bizə isə bu uğurlara ürəkdolusu fərəhlənmək və qürurlanmaq qalır.
Yaşadığınız ömür payında tutduğunuz mövqedə uğur yol yoldaşınız olsun, Zülfiyyə xanım.
Şərəbanı bibi dükan-bazarı gəzə-gəzə gəlib çıxdı bir paltar mağazasına. Uşaq paltarlarından birini götürüb, o üzünə baxdı, bu üzünə baxdı. Qiymətini soruşub tez yerinə qoydu. O biri paltarı da. Üstündə pul az idi. Axırda naəlac qalıb əlini tüklü, qotazlı, qırmızı rəngli bir papağa uzatdı. Paltarlara baxanda o çox da baha olmazdı yəqin. Üzünü satıcıya tutaraq:
-Ay oğul, bu İreyhanın başına olar? – deyə soruşdu.
Satıcı təəccüblə ona baxdı:
-İreyhan kimdir, ay xala?
Şərəbanı bozardı:
-Xala anandır…
Satıcı özünü yığışdırdı. Mağazanın müdiri dönə-dönə satıcılara tapşırmışdı ki, müştərilərlə mədəni rəftar edin.
-Bağışla, ay bibi…
Şərəbanının eyni açıldı:
-Hə, bibi olar. Sən doğrudan İreyhanı tanımırsan, yoxsa mənimlə zarafat edirsən?
Satıcı bir istədi desin ki, “Ay bibi, mən heç səni tanımıram, onda qala İreyhan ola”. Amma ehtiyat etdi ki, birdən qadın hay-həşir salar. Onun işi də fırığ olar. Odur ki, özünü yığışdırıb mülayim tərzdə:
-Ay bibi, nə zarafat? Allah eləməsin. Mənim nə həddim? – dedi. Gündə bura gör nə qədər adam gəlir. Onların hansını tanıyım?! – dedi.
Qadın əlini üzünə apardı:
-Bıy, İreyhandır da, mənim qardaşım qızı, adını mən qoymuşam.
-Adı ilə böyüsün.
-Sağ ol, ay oğul. Bizdə belə qayda var. Kim uşağa ad qoyursa, ona hədiyyə almalıdır. İndi de görüm bu papaq İreyhanın başına olar-olmaz?
-Ay bibi, mən İreyhanı görməmişəm axı. Nə bilim olar-olmaz.
Şərəbanı bibi məəttəl qalmışdı. Nə əcəb bu satıcı onun qardaşı qızı İreyhanı tanımır:
-Bıy, başıma xeyir. Bayaq dedim axı, mənim qardaşım qızıdır. Dünən anadan olub.
Qəribə müştərinin son sözlərini eşidən satıcının gülməkdən gözləri yaşardı.
REAL ƏHVALAT Rasimin gözü televizorda olsa da, fikri saatın yanında idi. Babası dünən söz vermişdi ki, bu gün saat ikidə gəlib, onu gəzməyə aparacaq. On iki yaşlı Rasimin ən sevdiyi şey babası ilə gəzməyə getmək idi. Çünki həmin gün xeyli əylənirdi. Babası onu şəhərin gəzməli-görməli yerlərinə aparır və ona müxtəlif hədiyyələr alırdı. Saat iki olmasına baxmayaraq, baba gəlib çıxmaq bilmirdi. Dəqiqələr irəlilədikcə Rasimin həyəcanı daha da artırdı. Yerində qərar tuta bilmir, tez-tez pəncərədən həyətə boylanırdı. Nəhayət, saat üçün yarısı babasının gəlişiylə hər şey öz qaydasına düşdü. Evdən çıxarkən baba soruşdu: – Əvvəl hara gedək? – Zooparka. Babasıyla gəzinti Rasimin ürəyi istədiyi kimi gedirdi. Bir neçə dəfə zooparkda olsa da, hər dəfə bura gələndə sanki nağıllar aləminə düşürdü. Vəhşi heyvanlara tamaşa etdikcə, özünü gah Mauqliyə, gah da digər cizgi film qəhrəmanlarına bənzədirdi. Zooparkda heyvanlara tamaşa etdikdən sonra, babası onu geyim dükanına apararaq şalvar və köynək aldı. Sonra əyləncə mərkəzinə gedərək, doyunca əylənəndilər. Rasim bərk acdığını hiss etdi və babasıyla birgə kafelərin birinə yollandılar. Qarnını doyurub parkdakı oturacaqlardan birinə əyləşən Rasim babasının aldığı dondurmaları yeməyə başladı. Bir xeyli keçmişdi ki, 45-50 yaşlarında kök bir kişi Rasimin babasına salam verərək, onların yanında əyləşdi. Rasimin başını sığallayıb dərindən nəfəs alaraq dedi: – Bu gün çox gözəl hava var. Adamın könlü açılır. Dondurma yeyə-yeyə, parkdakı insanlara tamaşa edən Rasim birdən əlini irəli uzadıb dedi: – Baba çolağa bax. Deyəsən, biz tərəfə gəlir. Babası Rasimin göstərdiyi tərəfə baxaraq, əlil arabasında parkda gəzişən ortayaşlı oğlanı görüb dedi: – Ona çolaq demə, ağıllı nəvəm. Eşitsə, xətrinə dəyər. – Niyə xətrinə dəyər ki? – Rasim çaşqınlıqla soruşdu. – Bəs nə deyim? – Əlilliyi olan insan de, fiziki məhdudiyyətli insan de, ya da əngəlli insan de. Amma heç vaxt bu cür insanları görəndə “çolaq”,“şikəst”,“topal” kimi sözlərdən istifadə etmə. Gözləri görməyən bir insan haqqında danışanda “kor” yox, görmə əngəlli insan de. Bunu yadından çıxartma mənim ağıllı nəvəm, “əlil” fiziki problem səbəbiylə hərəkət qabiliyyəti məhdudlaşan şəxsdir. “Əlillik” isə insanın hərəkətini əngəlləyən və ya məhdudlaşdıran bir anlayışdır. – Baba, niyə “çolaq”, “şikəst” sözləri bu insanların xətrinə dəyir ki? – Söhbət get-gedə Rasimi maraqlandırmağa başlamışdı. – Çünki bu sözlər qədim zamanlardan bu günümüzə kimi məhz təhqiredici ifadələr kimi işlənmişdir. Əgər bir nəfər öz işini natamam görərsə, məsələn, əlindəki qabı yerə salıb sındırarsa, ətrafdakı insanlar ona irad tutmaq, onu danlamaq və hətta təhqir etmək üçün ona “topal” və ya “çolaq” deyərlər və bunu çox vaxt sual şəklində işlədirlər. Məsələn: “Filan şeyi niyə sındırdın? Ehtiyatlı ol də, topalsan?” və ya “Filan şeyi niyə xarab elədin? Çolaqsan?” Biri o birisinin fiziki probleminə lağ etmək üçün çox zaman “şikəst” və ya “çolaq” deyir. Deməli, bu sözlər həm də lağ etmək mənasında işlədilir. Heç “Fiziki qüsurlu” sözünü eşitmisən? – Hə. Dünən televizorda eşitdim. – Bütün diqqəti babasının yanında olan Rasim fikirli-fikirli cavab verdi. – Bu jurnalistlər nə vaxt bu mənfi xüsusiyyətlərindən əl çəkəcək, bilmirəm. – Baba əsəbi halda öz-özünə pıçıldayıb, sözünə davam etdi. – Əlilliyi olan insanlar haqqında danışarkən bu sözü də işlətmək olmaz. Çünki … – “Fiziki qüsurlu” sözünü niyə işlətmək olmaz, baba ? – Rasim babasının sözünü kəsib soruşdu. – Çünki orada “qüsur” sözü var. “Qüsur” isə “eyib” deməkdir, “anormal” deməkdir, “yarımçıq” deməkdir, “istifadəyə yararsız” deməkdir. Bu sözləri isə fiziki vəziyyətindən asılı olmayaraq, heç bir insana yaraşdırmaq düzgün deyil. İnsanların istəyindən asılı olmayaraq, bədənlərində yaranan problemlər qüsur sayılmır. Əsl qüsur yalançılıqda, pislik etməkdə, mərdiməzarlıqda və ya spirtli içkilərə meyl etmək kimi xoş olmayan şeylərdə ad çıxartmaqdır ki, insanlar bunları bilərəkdən və istəyərəkdən edirlər. – Oldu baba. Bu gündən sonra əlil arabasında oturan insanla danışanda, ona “Əlilliyi olan insan” deyə müraciət edəcəm. – Yox mənim şirin nəvəm. “Əlilliyi olan insan” kəlməsini əlil arabasında oturan adamla danışanda yox, onun haqqında bir başqası ilə danışanda işlətməlisən. Əlilliyi olan insanla danışdığın zaman isə, sağlam insanlara necə müraciət edirsənsə, elə etməlisən. Məsələn, yaşca səndən böyükdürsə, əmi və ya xala, müəllim və ya xanım deyə müraciət edə bilərsən. Bu zaman onların yanında oturan kişi dilləndi: – Ağsaqqal, uşağı niyə yorursan? Onsuzda sənin o əlil dediyin şikəst insanların yanında çox vaxt yaxınlarından kimsə olur. Ən əsas da kor insanların yanında. Nə lazımdırsa, şikəstin yaxınlarıyla danışırıq. Uşağı burax, qoy gedib oynasın. Onun nə yaşı var ki, beynini belə şeylərlə yorursan. – Nəvəmin artıq 12 yaşı var. Burada dediklərim də onun bilməsi vacib olan şeylərdir. Elə sənin özün də çox şey öyrənməlisən. Kök kişi qəh-qəhə çəkib güldü: – Mənim artıq 48 yaşım var. Bundan sonra öyrənmək nəyimə lazımdır? Bir də eşitməmisən ki, “Qırxında öyrənən gorunda çalar?” – Yox qardaşoğlu. Sən də öyrənməlisən. Ona görə öyrənməlisən ki, bilmədən bir əlilliyi olan insanın xətrinə dəyib, özünü pis vəziyyətdə qoymayasan. Ona görə öyrənməlisən ki, gələcəkdə sən də öz nəvənə qızıldan qiymətli nəsihətlər verə biləsən. Əlillik məsələsinə gəlincə isə onu deyim ki, əlilliyi olan insanla danışmaq istəyirsənsə, onun yanında müşayətçi olsa belə, əlil insanın özüylə danışmalısan. Səninlə danışmaq istəyən bir nəfər səni heçə sayaraq, sənə demək istədiyi sözləri yanındakı şəxs vasitəsiylə sənə çatdırmaq istəsə, bu sənin xoşuna gələr? – Yox. – Kök kişi könülsüz-könülsüz dilləndi. – O zaman özünü əlilliyi olan insanın yerinə qoy və buna görə hərəkət elə. O ki, qaldı görmə əngəlli insanlara, onlarla ünsiyyət yaratmağın da xüsusi qaydaları var. Məsələn, görmə əngəlli insanlarla ilk dəfə görüşdükdə hətta səni tanısa belə, yenə də özünü təqdim elə. Qrup şəklində söhbət edilirsə, hər bir kəs sözə başlamamışdan qabaq mütləq özünü təqdim etməlidir və hətta kimə müraciət etdiyini də bildirməlidir. – Onlara qarşı necə münasibət göstəririk-göstərək, şikəst elə şikəstdir. Dövlətdən havayı pensiya, ev, maşın, xüsusi güzəştlər alanda güya bilmirlər ki, bütün bunları şikəst olduqlarına görə alırlar? Əgər belədirsə, mənim bir sözümə görə niyə inciməlidirlər ki? – Kök kişi dediklərində israr etməyə başladı. – Əlilliyi olan insanların bir çox sahədə xüsusi qayğıya ehtiyacı var, bu danılmazdı. Amma bu sənə nə əsas, nə də ixtiyar vermir ki, bu kateqoriyalı insanlarla istədiyin tərzdə danışasan, istədiyin hərəkəti edəsən. Fiziki fərq hər bir insanda olur. Boyunun ölçüsündən, bədəninin çəkisindən, sifətinin quruluşundan, dərisinin rəngindən, ümumiyyətlə, heç bir fiziki fərqlilikdən asılı olmayaraq, hər bir insana hörmətlə yanaşılmalıdır. Bu gün əlilliyi olan insanların cəmiyyət içinə çıxa bilməməsinin əsas səbəblərindən biri də sənin kimi düşünən insanların əngəlli insanlara qarşı olan yanaşma tərzidir. Nəinki fiziki məhdudiyyətli, ümumən, fiziki cəhətdən fərqli görünən insanlara qarşı cəmiyyətimizdə birmənalı olmayan münasibət, birbaşa olaraq, əlilliyi olan insanlara mənfi təsir göstərir və onların sosial işlərdə aktivliyini azaldır. Çox təəssüf ki, bir çox insanlar ictimai yerlərdə əlilliyi olan insan gördükdə, buna qəribə hal kimi baxırlar. Hətta bəziləri “Bunun burada nə işi var? Bu vəziyətdə nə vacib idi?” kimi sözlərlə əlilliyi olan insanı qınayaraq, ona rişxənd edirlər. – Ağsaqqal dəhşətsən ee. Başqa nə deyilməlidi ki? Bu şikəst insanın çöl… – Əlilliyi olan insanın! – Rasimin babası qətiyyətlə dilləndi. – Yaxşı, olsun əlil. Bu əlil insanın çöldə-bayırda nə işi var? Hava almaq istiyir? Eyni havadı dəə, otursun eyvanda istədiyi qədər hava alsın. Day bu vəziyyətdə bu qədər əziyyəti niyə çəkir? Təhsil almaq üçün desən, inandırıcı deyil. Evdə təhsil məktəbləri bunlara evlərində təhsil verir. İşləməklə bağlıdır desən, heç inandırıcı deyil. Bu dəqiqə qollu-qüvvətli sağlam insanlar iş tapmaqda çətinlik çəkirlər, əlil arabasında oturan biri nə işlə məşğul olacaq ki? Əgər darıxırlarsa, bunun üçün yüzlərlə kanalı olan televizor var, kitablar var. Mən hələ kompyüteri demirəm. İstədikləri qədər başlarını qatıb, vaxtlarını öldürmək üçün vasitələr var. Məncə bu insanlar sadəcə olaraq nə istədiklərini bilmədiklərinə görə küçəyə çıxaraq özlərinə əziyyət verirlər və onları qınayanlar haqlıdırlar. – Soruşursan ki, nə deyilməliydi? “Bu vəziyətdə nə vacib idi ki, çölə çıxmısan?” demək əvəzinə, “Yaxşı eləyib gəzməyə çıxmısan. Adam evdə oturduqca ürəyi sıxılır” demək lazımdır. bu yaxınlarda bir nəfərdən çox gözəl bir şüar eşitdim: “Əlillərin qarşısında əngəl olma. Ya yol çək, ya yoldan çəkil!” Əgər hava eynidirsə, bəs sənin burda nə işin var? Eyvanda oturub hər gün gördüyün mənzərəni seyr edə-edə hava alardın da özün üçün. Sənin fikirləşdiyinin əksinə olaraq, əlilliyi olan insanlar nə elədiklərini çox gözəl bildikləri üçün cəmiyyət arasına çıxırlar. Mən çox sayda fiziki məhdudiyyətli insan tanıyıram ki, məşğul olduğu sahədə öz işinin peşəkarına çevrilib. Onlar fiziki məhdudiyyətlərini kompensasiya etmək üçün öz işlərində sağlam insanlardan bir baş üstün olmağa çalışırlar ki, buna görə də öz üzərlərində daha çox çalışırlar və özlərini məşğul olduqları sahədə daha çox inkşaf etdirirlər. Bunların arasında rəssam da var, mühəndis də, yazıçı da. Mənim bir tanışım görmə əngəlli olduğu halda 25 ildir ki, tarix müəllimi işləyir. Mən hələ idmançılardan danışmıram. Ümumiyyətlə isə fiziki məhdudiyyəti ola-ola uğur qazanan insanlar kifayət qədərdir. Tarixə nəzər salsaq, Əmir Teymur, Avraam Linkoln, Helen Keller və Van Bethoven kimi şəxsiyətləri görə bilərik. İndiki zəmanəmizdə isə Azərbaycanın fəxri İlham Zəkiyevin, bir ayağı olmadığı halda çox gözəl rəqs etməyi bacaran Hindistanlı Sudha Çandranın, dünyanı heyran qoyan fizik-nəzəriyyəçi, Böyük Britaniyalı Stiven Hokinqin, İistedadlı rəssam, türkiyəli Əşrəf Armağanın adlarını çəkə bilərəm. Məncə bu insanlar isti hava şəraitinə, torpağın və suyun olmamasına baxmayaraq, səhrada çiçək açmağı bacaran qızılgülə bənzəyirlər. Mümkünsüzü mümkün edə bildikləri üçün. Sənin kimi düşünən insanlarda əlil insanlara qarşı olan mənfi münasibəti, fikir və düşüncəni mütləq şəkildə dəyişmək lazımdır ki, bu kateqoriyadan olan insanlar ictimai yerlərdə və toplum arasında özlərini rahat hiss etsinlər. – Bu qədər insanın fikrini necə dəyişəcəksən? – Əlilliyi olan insanlara qarşı olan mənfi yanaşma tərzini dəyişmək üçün telekanallarda əngəlli insanlara həsr olunmuş xüsusi verlişlər təşkil edərək, bu insanların müsbət tərəflərini göstərmək və bu insanları cəmiyyətə düzgün şəkildə təqdim etmək lazımdır. Tək televiziyada deyil, radioda, qazetdə və internet səhifələrində əlilliyi olan insanlar barəsində məlumatverici və maarifləndirici məlumatlar yayımlamaqla bu insanların təbliğatına geniş şərait yaradılmalıdır. Orta məktəb müəllimləri həftədə heç olmasa 20 dəqiqə vaxt ayıraraq, şagirdlərə əlillik və əlil insanlar haqda məlumat verməlidirlər. Ali məktəb ocaqlarında tələbələrlə bu mövzu ətrafında mütəmadi müzakirələr aparılmalıdır. Əlilliyi olan insanlarla sağlam insanlar arasında tez-tez görüşlər təşkil edilməlidir. Əgər bunlar olarsa, yaxın gələcəkdə fiziki məhdudiyyətli insanlara qarşı münasibət indikindən qat-qat yaxşı olacaq. Söhbətin bu yerində əlil arabasında oturan insan onların yanından keçərkən ehtiyatsızlıq etdi və arxa təkərlərlərdən biri səkidən çıxaraq torpağın üstünə düşdü. Rasim dərhal “mən kömək edərəm” deyib, irəli qaçmaq istəyərkən, babası onun qolundan tutub saxladı. – Hara gedirsən? – Əlilliyi olan insanın arabasının təkəri torpağa düşüb. Arabadan tutaraq onu səkinin üzərinə qaldıracam. – O səndən kömək istədimi? – Yox. – Rasim çaşqınlıqla dilləndi. – Amma onun köməyə ehtiyacı var. Arabada oturan oğlan təkəri çox rahatlıqla səkinin üstünə çıxara bilsə də bunu etmədi və maraqla söhbəti dinləməyə başladı. – Mənim qəşəng nəvəm. – Baba aramla sözə başladı. – Əlilliyi olan insana kömək etmək istəyirsənsə, ilk növbədə öz köməyini təklif etməlisən. Sonra onun köməkliyi qəbul edib-etməyəcəyini gözləməlisən. Onun icazəsi olmadan və istədiyin şəkildə kömək edə bilməzsən. Bu ona zərər verə bilər. Əgər sənin köməyini qəbul etsə, ondan nəyi nə cür etməyi soruş və onun verdiyi təlimatlara əməl et. – Kömək etmək üçün də onun-bunun minnətini götürəcəyik? – Kök kişi yenə söhbətə qoşuldu. – Arabadı dəə, arxadan qaldırıb, bir az kənara çəkəcəksən. Buna görə icazə almaq lazımdır? – Bunu unutmaq olmaz ki, əlil arabası onun üzərində oturan insanın şəxsi əmlakıdır. Ondan istifadə edən şəxsin icazəsi olmadan əlil arabasından istifadə etmək, üzərinə hər hansısa yük qoymaq, onu yerindən tərpətmək, bir sözlə, ona toxunmaq olmaz. Əlil arabasını icazəsiz sürmək, onun üzərində oturan insanı özünün könlü olmadan bir yerdən başqa yerə aparmaq deməkdir ki, bu da ədəbsizlikdir. Bir daha təkrar edirəm. Əlilliyi olan insana kömək etmək üçün öncə soruşmaq, sonra da onun dediyi təlimatlara əməl etmək lazımdır. – Bəlkə heç o normal danışa bilmir? – Kök kişi adəti üzrə israr etməyə başladı. – Uşağın işini niyə çətinə salırsan? Qoy getsin köməyini eləsin. – Uşağa müraciətlə: – Get oğlum, get kömək elə. – Əgər əlilliyi olan insan çətinliklə danışırsa, onu axıra kimi səbrlə və diqqətlə dinləmək və öz fikrini sizə çatdırmasına imkan vermək lazımdır. Onun ifadə tərzinə düzəliş vermək və ya nitqini tamamlamaq ədəbsizlikdir. – Dəhşətsən ee ağsaqqal! – Bu hələ hamısı deyil. Əlil arabasında oturan biriylə söhbət edərkən elə dayanmaq lazımdır ki, o söhbət boyunca sizə aşağıdan-yuxarıya baxaraq boynunu incitmək məcburiyyətində qalmasın və ən əsası sizin üzünüzü aydın şəkildə görə bilsin. Qulağı yaxşı eşitməyən biriylə söhbət edərkən, əl işarəsiylə onun diqqətini özünüzə cəlb edin və çalışın sözləri aramla və aydın şəkildə deyəsiniz. Qrup halında olan görmə əngəlli insanlarla söhbət edərkən, hər dəfə müraciət etdiyiniz şəxsin adını çəkməlisiniz. Yerinizi dəyişmişsinzsə, ona bu haqda məlumat vermək lazımdır ki, boşluqla danşmaq məcburiyyətində qalmasın. Hər hansısa bir əşyayın yerini görmə əngəlli insana deyəndə, dəqiq ifadələrdən istifadə etmək lazımdır. Məsələn, “Ehtiyatlı ol. Qarşıda pilləkən var” demək əvəzinə, “Ehtiyatlı ol. Səndən üç addım irəlidə pilləkən var” demək lazımdır. – Nəvəsinə müraciətlə: – Get kömək elə ağıllı balam. Amma dediklərimi unutma! Rasim əlil arabasında oturan oğlana yaxınlaşdı: – Salam əmi. Arabanızın təkərini səkiyə qaldırmağa sizə kömək edə bilərəmmi? – Əlbəttə. – Əlil arabasında oturan oğlan səmimiyyətlə dilləndi. – Adın nədir sənin? – Rasim. – Mənim isə adım Samirdir. Buyur, kömək elə. – Bunu necə eləsəm sizin üçün uyğun olar? – Arabanın arxasındakı qulplardan tutub, azca yuxarı dart və irəli itələ. Çalış, ehtiyyatlı ol. Əlil arabası çox tez sürət götürür. Əgər kimisə əlil arabasında aparırsansa, çalış sürətlə sürmə. Əgər sürətlə sürərkən arabanı qəfil döndərsən və ya saxlasan, onun üzərində oturan adam müvazinətini itirərək, yıxıla bilər. Rasim arabanı səkinin üzərinə çıxarıb soruşdu: – Yenə nə isə lazımdır? – Al bu pulu, mənə su al gətir. Rasim “Yaxşı” deyərək, su almağa getdi. Arabada oturan oğlan Rasimin babasına yaxınlaşıb dedi: – Salam dayı. İlk öncə sizə təşəkkür etmək istəyirəm. Kaş ki, hər kəs sizin kimi öz övladlarına və nəvələrinə bu cür nəsihətlər verəydi. Belə olsaydı, bizim də canımız hər addımbaşı təhqir olunmaqdan qurtarardı. Kimi uca səslə “İraq olsun” deyir, kimi nümayişkaranə şəkildə qulağını çəkir, kimisi öz uşağını bizimlə qorxudur, kimisi də kömək etmək istəyərkən nəyi necə eləyəcəyini bilmədiyinə görə bizi daha da pis vəziyətə salır. Bu günləri nəinki öz övladına nəsihət verən, özünün belə bu məsələlər barəsində məlumatı olan insanların sayı çox təəssüf ki, nəzərə çarpacaq dərəcədə azdır. – Köməyə görə etiraz etməyiniz mənə qəribə gəlir. – Kök kişi dilləndi. – Kimsə sizə yaxşılıq etmək istəyirsə, niyə “çox sağ ol” demək əvəzinə, narazılıq eliyirsiniz? – Bu gün sağlam insanlar da bir-birilərinə yardım edirlər və yardımlaşmaq çox gözəl bir şeydir. Fiziki vəziyyətindən asılı olmayaraq, ehtiyacı olan hər bir adama imkan daxilində kömək etmək bir insanlıq borcudur. Lakin köməyi necə edəcəyini bilməlisən. Kömək edərkən etikadan kənara çıxmaq və ya qarşı tərəfə zərər vermək olmaz. Təsəvvür edin ki, bərk susamısınız və bir nəfərdən bir stəkan su istəyirsiniz. Həmin adam isə suyu stəkana tökərək sizə uzatmaq əvəzinə, məcburi halda sizin ağzınızı açaraq, suyu boğazınıza tökməyə çalışır. Öz aləmində sizə kömək etmək istəyir ki, susuzluğunuz yatsın. Amma sizə qarşı necə ədəbsizlik etdiyini və sizə zərər verdiyini dərk etmədən sizə irad tutur ki, “Sənə heç yaxşılıq yoxuymuş ki. Budur çox sağ olun?” Təəssüf ki, bu gün bir çox sağlam insanın əlilliyi olan isanlara göstərdiyi kömək təqribən buna bənzəyir. – Yaxşı, bəs necə kömək etmək lazımdır? – Kök kişi fikirli halda soruşdu. – Necə eləmək lazımdır ki, ürəyinizcə olsun? – Köməyin edilmə qaydası şəraitə, əlilliyin növünə və ağırlıq dərəcəsinə görə dəyişir. Əlil arabasından istifadə edən insanlara necə kömək etmək lazım olduğunu dayı çox gözəl izah elədi. Görmə əngəlli insanlara kömək edərkən onun əlindən tutub, zorla arxanızca çəkmək olmaz. Ona harada olduğunu təsvir etmək və maneələrə çatdıqca (pilləkən, gölməçə, çökək yerlər, qapı, səki, ağac, dirək, hər hansısa bir əşya, və sairə) onu xəbərdar etmək lazımdır. Rasim suyu gətirib oğlana verdikdən sonra bir kənarda dayanaraq, onları dinləməyə başladı. Əlil arabasında oturan oğlan sudan bir neçə qurtum içib sözünə davam etdi: – Əslində mən başqa məsələyə də toxunmaq istəyirəm. Barmaqlarım tam açılmadığı və nisbətən zəif olduqları üçün mən butulkanın qapağını dişimlə açdım və butulkanı ağzıma hər iki əlimlə apardım. Bütün bu proses boyunca Rasim gözlərini qırpmadan məni seyr etdi. Mən başa düşürəm ki, Rasimin yaşı azdır və bu qeyri-ənənəvi hərəkət ona təəcüblü gəldiyi üçün – yəni ki, həyatında ilk dəfə belə bir şeylə qarşılaşdığı üçün qeyri-ixtiyari olaraq, maraqla məni izləyirdi. Əslində isə bunun özündə də etika kodeksi var və hər kəs bunları da bilməlidir. Təbii ki, fiziki məhdudiyyəti olan insan hər hansısa bir hərəkəti qeyri-ənənəvi üsulla etdikdə bu ətrafdakılara qəribə gəlir və onların diqqətini cəlb edir. Amma bu, əlilliyi olan insanlarda çox güclü kompleks hissi yaradır və onlar gördükləri işi yarımçıq saxlamağa məcbur olurlar. Məsələn, əlilliyi olan insan barmaqlarını tam istifadə edə bilmədiyi üçün çörəyi iki əlinin içində tutaraq ağzına apara bilər və ya mənim kimi butulkanın ağzını dişləri ilə aça bilər. Belə hallarla qarşılaşan insanlardan tələb olunan ilk şey budur ki, bu cür situasiyalarla qarşılaşdıqda davamlı olaraq bir neçə dəqiqə əlilliyi olan insana dayanıb baxışlarını zilləməsin. Çünki bu zaman əlilliyi olan insan bütün diqqətlərin onun üzərində olduğunu görərək, utandığından həmin hərəkətini yarımçıq saxlayır və ya bir daha təkrar etmir. Məsələn, yeməyi qeyri-ənənəvi üsulla yeyən fiziki məhdudiyyətli insan sizin baxışlarınızdan kompleksə düşərsə, ac olsa belə, yeməyini yarımçıq saxlayacaqdır. Bu cür hallar kifayət qədərdir və xeyli sayda misal gətirmək olar. Əlilliyi olan insanlar bir çox hallarda ənənəvi hərəkət üsullarından istifadə edə bilmədiklərinə görə, həmin hərəkətləri bacardıqları və öz fiziki vəziyyətlərinə uyğunlaşdırdıqları hərəkətlərlə əvəz edirlər. Ətrafdakı insanlar bu cür hallara soyuqqanlı yanaşmalı və bunda qeyri-adilik axtarmaq əvəzinə, istənilən çətin vəziyyətdə bir yol taparaq, öz ehtiyacını ödəməyi bacaran bu cür insanları təqdir etməlidirlər. – Əlilliyi olan insanlarla davranış da, ünsiyyət də, hətta kömək etmək belə, xüsusi qaydalar tələb edir. – Kök kişi dilləndi. – Bunların hamısını mənimsəmək, yadda saxlamaq bir tərəfə, bunların hamısına tam dəqiqliklə əməl eləmək bir az müşkül məsələdir. Ümid edirəm, əlilliyi olan insanlar da bunu nəzərə alacaq və hər xırda şeyə görə sağlam insanları günahkar çıxardaraq bizlərdən inciməyəcəklər. – Üzünü Rasimin babasına tutaraq: – Artıq gecdir, mən getməliyəm. Amma getməmişdən qabaq sənə son bir sual vermək istəyirəm. – Buyurun. – Samiri başa düşdüm. Vəziyyəti haqda olan məsələlər barəsində məlumatlı olmağı təbiidir. Bəs sən bu qədər məlumatı necə əldə eləmisən? Bircə demə ki, bu həyat təcrübəndən irəli gəlir. Sənin yaşında 200 ağsaqqalı danışdırsaq, yenə də bu qədər məlumat toplaya bilməzdik. – Təbii ki, yaşıma görə həyatdan çox şey öyrənmişəm. Amma əlilliyi olan insanlarla bağlı məlumatlı olmağımın səbəbi əlillik faktoru üzrə ixtisaslaşmış Qeyri Hökumət Təşkilatının sədri olmağımdır. Mən getdim. Salamat qalın.