Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
NADANLIQ
Urmu axan göz yaşımdı,
Yanağımda duz olubdu…
Urmu, Urmu söyləməkdən
Bağrım başı köz olubdu…
* * * Şümürə lənət deyənlər Susuz qoyubdu dindaşın… İnsan insana qənimdi, Günahı nə dağın, daşın? * * * Savalanı dərd qocaltdı, Murov soyuqdan üşüyür… Araz sükütun pozmayır, Kür əlçatana döşüyür… * * * Dəmir Qapım pas atıbdı, Neçə körpüdən keçmirik… Kərkük, Mosul unudulub, Bağdada iraq demirik… * * * Nəsimi nəşi Hələbdə, Füzuli hərəmdə qalıb… Babəkin ruhu sərgərdan, Bəzz qalasın duman alıb… * * * Suyumu daşla boğurlar, Daşımı suyla yuyurlar… Xudafərin, Urmu incik, Bizləri bizsiz qoyurlar… * * * Şah babam yol ortasında, Koroğlu göylərdə gəzir… Bizi, bizdən ayrı salan Nadanlıq ruhumu əzir…
TUNCAYA
(Tuncayın timsalında !!!)
Tanrı tutub, ağ torpaqdan mayanı, Gündoğandan Günbatana sənindi! Nişan verib, yeddi günlük Ayını Əksi düşən tüm torpaqlar sənindi * * * Xəzəri ortaya düz qoyub nişan, Boynuna dolanan Hilal sənindi! Ən uca zirvələr, ən dərin göllər Ormanlar, dəryalar, düzlər sənindi! * * * Tanrının payıdı, lütf edib sənə, Tanrıya sarsılmaz inam sənindi! Ataya, Anaya, qocaya hörmət Sirdaşa sədaqət, güvən sənindi! * * * Zamanla hökm etdin tüm yer üzünə Hakimiyyət sənin, höküm sənindi! Aman istəyəni kəsmədin heç vaxt, Ən böyük ədalət, güzəşt sənindi! * * * Unutma ki, lap binədən belədi, Mərhəmətli, yuxa ürək sənindi! Xilas etdi, bağışladı ənamlar, Yamana yaxşılıq, ancaq sənindi! * * * Döyüşdə, düşməni alnından vuran, Süngüsü əlində ərlər sənindi! Savaşda, uçağı kəməndlə tutan, Qüvvəsi qolunda nərlər sənindi! * * * Dəli-dolu Türk oğullar cahana Bəxş etdiyi şərəfli ad sənindi! Adı gəlsə, yeri-göyü titrədən Qorxu bilməz, şanlı əsgər sənindi! * * * Çöldə simgə etdin Qurdu sancağa, Kəhər Atın ən yaxşısı sənindi! Ay-yıldızı nişan tikdin Bayrağa, Zəkalar, dühalar tümü sənindi! * * * Tutduğun yol tək Tanrının yoludu, Aydın zəka, tər düşüncə sənindi! Çoxu deyir, tay dünyanın sonudu, Fəqət bilməz, yeni dünya sənindi!!!
SİNƏMİN AĞRIYIR SƏN OLAN YERİ Məni dərd içində qoyub getmisən, Sirrini hər yana yayıb getmisən. De, bəlkə kiməsə uyub getmisən? Mənim lal həsrətim dağdan da iri – Sinəmin ağrıyır sən olan yeri! * * * Səni səsləyirəm hər addımbaşı, Niyə ətəyindən tökmədin daşı? Hələ də qurumur gözümün yaşı, Bilmirəm ölüyəm, yoxsa ki, diri – Sinəmin ağrıyır sən olan yeri! * * * İndi üzü dönmüş bəxtə nə deyim, Bu eşqi de, necə vəsf edim, öyüm? Hardasa çatdımı sənə gileyim, Bildinmi, baş alıb gedəndən bəri – Sinəmin ağrıyır sən olan yeri! * * * Qaçdın gözlərimin yuxusu kimi, Qəfildən bulandın axar su kimi. Puç oldum bir ömrün arzusu kimi, Ötüb-keçən anlar dönərmi geri – Sinəmin ağrıyır sən olan yeri!
TOXUNMA DUYĞULARIMA Geç olar ox çıxıb,gedirsə yaydan, Yüz il ömür sürsə düzəlməz nadan, Qoy yatsın oyatma şirin yuxudan, Sən canın toxunma duyğularıma.! * * * Nə olsun əhdinı,andını danıb, Məndə qalaq-qalaq izləri qalıb, Könlumü qırdığın yadıma salıb, Sən canın toxunma duyğularıma.! * * * Dönük bir sevginin olmaz əlacı, Hər şirin vusalın,sonluğu acı, Tənəli baxışı atıb qıyğacı, Sən canın toxunma duyğularıma. * * * İndi yadlar kimi kənar olmuşuq, Nəmli kipriklərdən axar olmuşuq, Bəlkə lap əzəldən elə buymuşuq, Sən canın toxunma duyğularıma.
AĞLAMA DEDİYİM AĞLATDI MƏNİ Qürbət eldə sevdim, sirdaşım oldu, Həm çiçəkli yazım, həm qışım oldu. Bəs, niyə çevrilib göz yaşım oldu, Danıb öz əhdini, unutdu məni – Ağlama dediyim, ağlatdı məni! * * * Ərşə qalxan kimi naləm-harayım, Döndü qəm-kədərə hər günüm, ayım. Qəfil əldən getdi qismətim-payım, Bilmirəm heç niyə tez atdı məni – Ağlama dediyim, ağlatdı məni! * * * Axırda bildim ki, yoxmuş vəfası, Gözümdə zülmətə döndü səfası. Dağdan da ağırmış demə cəfası, Vara-dövlətəmi o, satdı məni – Ağlama dediyim, ağlatdı məni! * * * Bir vaxtlar gözünün sildim yaşını, Bahara çevirdim qarlı qışını. Bəs, niyə üstümə çəkib “qoşunu”, Aldada-aldada fırlatdı məni – Ağlama dediyim, ağlatdı məni! * * * Seymurun qəlbini tutmadan dilə, Neçə arzusunu çevirdi külə. Niyyəti nəyimiş, bilmirəm hələ, Dilim gəlmir deyəm, yaşatdı məni – Ağlama dediyim, ağlatdı məni! * * * Bir quru salamla xatirə oyat, Hərdən yoxuma gəl,başımı aldat, Demirəm bir yolluq qəlbindən sök ,at, Sən canın toxunma duyğularıma.
TALESİZ QADIN Halına ürəkdən yanıram sənin, Üstündən çəkilmir dumanın-çənin. Sığışmır qəlbinə dağ boyda qəmin, Döndünmü köləyə əlində yadın – Puç oldu hər anın, talesiz qadın?! * * * De, niyə bəxtindən yarımadın sən? Sevginlə bilikdə qarımadın sən. Bir körpə saçını daramadın sən, Qaldın arasında suyunan odun – Bağlandı hər yanın, talesiz qadın! * * * Zülmətdə qərq oldu arzun-diləyin, Nanə yarpağıtək əsdi ürəyin. Baş əydin hökmünə acı küləyin, Doyunca duymadın sevincin dadın – Sızladı hey canın, talesiz qadın! * * * Hər yetən gəc baxdı üzünə sənin, Elə hey qar yağdı izinə sənin. Dərd-qəm kölgə saldı gözünə sənin, Tənə yeri oldu tərsin-avandın – De, varmı ünvanın, talesiz qadın?!
ÜRƏK OĞRUSU Mən nankor sevgindən necə söz açım? Necə söhbət edim ürək dolusu.? Fikrinlə yaşarkən haraya qaçım? Söylə! Məni məndən edən ürək oğrusu.! * * * Nə unuda billəm, nədə ki, ata, Dolanıram dərdə mən bata-bata, Nə idi günahım axı dünyada? Söylə! Məni məndən edən ürək oğrusu.! * * * Əhdini danaraq andını pozan, Sözü söz eyləyib kəlməni yozan, Tərk edib getməyin bu qədər asan, Söylə ? Məni məndən edən ürək öğrusu .! * * * Sən getdin, sinəmdə sızladı qəlbim, Artdı yoxluğunda, çoxaldı dərdim Ömrümə bəs niyə gəlmişdin mənim? Söylə! Məni məndən edən ürək oğrusu! * * * Seymuru tərk etdin yol yarısında, İnləyir bitən bu eşqin yasında, Axtarım dünyanın bəs harasında? Söylə- Məni məndən edən ürək oğrusu.
GƏLMƏ Qara saçlarıma qarlar ələnmiş, Həyatın sınağı yaman çətinmiş, Qamətim bükülmüş,qəddim əyilmiş, Çarəsiz halımı biləndə gəlmə.! * * * Qaysaq bağlayıbdı qəlb mamırlanıb, Xəyalım yıxılıb,uçub talanıb, Gördüyün bənizdən əsər qalmaıb, Anam göz yaşımı siləndə gəlmə.! * * * Yazdım necə kərə cansız kağıza, Söz oldum dillərə,düşdüm ağıza, Bir zaman vurğundum, yaza,payıza, Ağac yarpaqların tökəndə gəlmə.! * * * Üstümə üstümə gəlir,zaman il, Silə bilirsənsə,gəl qəlbimdən sil, Mənim təbiətim dəyişkən deyil, Nadanlar halıma güləndə gəlmə. * * * Bu yolda nə çəkdi,nə çəkdi Seymur, Etmədi bir kərə,etmədi qürur, Gəlirsən indi gəl,son arzum budur, Gözlərim yumulub öləndə gəlmə.!
YEL Kim üçünsə mələkdi, Kim üçünsə fələkdi, Nə mələkdi, nə fələk… Küləkdi bu, küləkdi! * * * Arada küsər belə, Hirs ilə əsər belə, Ümidi kəsər belə, Ələkdi bu, ələkdi! * * * Yenə əsdi, ələdi, Acı fikrə bələdi, Toxu dilək dilədi, Diləkdi, bu diləkdi! 11.11.2021-Bakı.
Yazarlar jurnalının noyabr sayı şanlı Zəfərimizə həsr olunb.
BU SAYIMIZDA:
Baş redaktordan…………………………………………..3
Sona Abbasəliqızı (İsmayılova). Məhəbbətin gücü..4
Zaur Ustac. O şeiri bir də söylə Ərdoğan……………9
Qismət Tağıyev. Bədbəxt………………………………..19
Səma Muğanna. Tanrı əmanətinin göz yaşları…..47
Ülvi Aydın. Şeirlər………………………………………….50
Nuranə Rafailqızı. Şeirlər………………………………..52
Aytac İbrahim. Altıncı sinifdə oxuyurduq……………58
Boluslu Anar Əlioğlu. Şeirlər……………………………60
Aqşin Hacızadə.Şeirlər…………………………………..63
Samir Mustafayev. Şeirlər……………………………….67
Mövlud Ağamməd. Şeir…………………………………..70
Əsgər Ordubadlı. Şeirlər………………………………..72
Zaur Ərmuğan. Şeirlər…………………………………..75
Zaur Ustac. Şeirlər……………………………………….81
Şahnaz Şahin. Səmimi söhbət……………………….87
Salam olsun, Azərbaycanın ilk hibrid jurnalı olan “Yazarlar”ın çox dəyərli yazarları və oxucuları! Bizim yalnız bir məqsədimiz var ki, o da “Yaradıcı uşaq – gәnclәrin dövrü mәtbuatda çıxışını asanlaşdırmaq , onların tanınmasına kömәklik göstәrmәk” olmaqla məramnaməmizdə çox aydın şəkildə qeyd olumuşdur. Aylıq ədəbi-bədii, elmi jurnal olan “Yazarlar” kitabxanalar üçün ənənəvi qaydada məhdud sayda nəşr olunur və elektron formatda bir neçə sabit, dayanıqlı, təhlükəsiz platformadan PULSUZ olaraq yayımlanır. Jurnalın bu günə qədər çap olunmuş bütün nömrələrini BİTİK.AZ saytından sifariş yolu ilə əldə edə bilərsiniz. Eyni zamanda Wahtsapp: (+994) 70-390-39-93
XALQIMIN, ORDUMUN İLHAMI İLHAM! Ən uca kürsüdən dedi sözünü, Bircə hərəkətlə sildi yüzünü, Bilmək istəyirsən əgər düzünü, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Əvvəlcə xainin qırdı belini, Sonra namərdlərin kəsdi dilini, Sevdi obasını, sevdi elini, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Yüz ölçdü, bir biçdi, ustdan usta, Mizanı yerində; nə tez, nə asta, Cəngilər çalındı bu dəfə “Rast”da, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Bir həmlədə pozdu kələyin, fəndin, Uçudu, dağıtdı illərin bəndin, Hər dəfə yanıltdı düşmənin zəndin, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Ustaca bəllidi zamanın feli, Taixdə dastandı babamın qolu, Dəmir yumruq oldu İlhamın əli, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
ONU TANRI SEÇİB Şərəfli əcdadın şanlı övladı , Bütün ulusunun qolu, qanadı, Hər yanda fəxrlə çəkilir adı, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * İlhamdır istəyi, elin arzusu, Amalı, bir şirin dilin arzusu, Əməli, tər qönçə gülün arzusu, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nizamı, gərdişi ustadan usta, Təftişi, gedişi ustadan usta, Planı, döyüşü ustadan usta, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Seçir, sonalayır, sorur düşməni, Ağladır, sızladır, yorur düşməni, “iti qovan kimi qovur düşməni” Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nitqi, bəlağəti, şəsti yerində, Görkəmi yerində, büstü yerində, Alınmaz qaladı, postu yerində, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist Zaur Ustac (Mustafayev Zaur Mustafa) oğlu Zəfər Günü münasibəti ilə “Böyük Zəfər” medalı ilə təltif olunb.
“Böyük Zəfər” medalı
Bu münasibətlə Zaur müəllimi təbrik edir, yeni-yeni naliyyətlər arzu edirik! Zəfər Günümüz mübarək olsun!
YARADAN YARATDI (Dodaqdəyməz) Tala tala, meşə meşə, dağı dağ, Yaradan yaratdı yer naxış-naxış. Sısqa sısqa, dərya dərya, arxı arx, Yaradan yaratdı yer naxış-naxış. * * * Aqil alar dərsi iki alandan, Haqq ayrılar, çıxar yağtək yalandan, Həyat keçər, əyri-əyri dalandan, Yaradan yaratdı yer naxış-naxış. * * * Taclı Şair, taxtın, tacın sirdi sirr, Sənə çatan baxtın, bacın sirdi sirr, Qarşı yatan ağrın, acın sirdi sirr, Yaradan yaratdı yer naxış-naxış. 07.11.2021-Bakı ş.
SƏNDƏN SONRA BAHAR GƏLMİR, XƏZANDIR… (Atama) Dağlar, Atam əmanəti!
Ulu dağlar, zirvənizdə candan ötə canım yatır, İlk ünvanım, son mənzilim, adım yatır, sanım yatır, Özün oda-közə vurub, yorulub yatanım yatır. Bu divanə, dəli könlün tükənməyən hekayəti Dağlar, Atam əmanəti! * * * Yanan qəlbi yoluma çıraq olub, Qızındığım od olub, ocaq olub. Dərdi-səri sinəsində dağ olub Gülüşüylə başımızı qatanım, Di rahat yat, dağ başında yatanım! * * * Gecə-gündüz yorulmadı gah o xəstə, gah bu xəstə, Ömür sürdü səksəkədə, qulaqları daim səsdə. Anaların əvəzindən bir layla çal, sən ahəstə, Ürəyinə yığıb getdi neçə körpə şikayəti, Dağlar, Atam əmanəti! * * * Qorxmaz idi əziyyətdən, zülümdən, Bir qarışqa inciməzdi əlindən. Neçə-neçə can qutarıb ölümdən, Əzrayıla canın ucuz satanım Di rahat yat, dağ başında yatanım! * * * Heç cürə yer tapmayıram, öz evimdə-eşiyimdə, Qınanmasam gəlib durram, bir ömürlük keşiyində! İndi necə rahat yatıb uşaq kimi beşiyində, Dar qəbrinə sığışdırıb, dünya boyda məhəbbəti. Dağlar, Atam əmanəti! * * * Ata, heçdir gözlərimdə dövlət-mal, Qohum-qonşu, oğul-uşaq, el-mahal. Ya mən gəlim, ya sən qayıt evdə qal! Dar günümdə əllərimdən tutanım, Di rahat yat, dağ başında yatanım!
Atam haqqında elegiya.
Yağış yağır ağır-ağır, içimdən bir həsrət baxır Pəncərəmdən axan damlalara… Payızda köç edən quşlar kimi, Fikrim məni aparır hardan-hara. Qarşımda kağız, əlimdə qələm bunu yazan mənəm, ya da ruhuma işləyən “Ata “adındakı nisgil… Gün bitir, gecə düşür, həftələr ay olur, aylar da olur il. Həyat davam edir beləcə, Bir gün gələcəyəm yanına, bilmirəm nə vaxt, necə… * * * Bir gün gələcəyəm yanına, atıb hər şeyi bir yana, gələcəm sənin dünyana… Yenə oxşayarsan telimi, yenə tutarsan əlimi… Bilərəm arxamdasan dağ kimi! Əşyalarına dolu o otaq kimi adın yandırır, odun yandırır Gülüşün yandırır, güldükcə qıyılan gözlərin getmir gözlərimin önündən. Həvəsim yox yaşamağa, Ata, sənin ömrünün son, ölümünün ilk günündən…
Səndən sonra.
Qələm yazır, nə yazırsa qəm çıxır, Zil alıram, səsim yenə bəm çıxır. Ruzim, bərim-bərəkətim kəm çıxır, Səndən sonra… * * * Güvəndiyim dağlar dərə olubdu, Axar çaylar quru bərə olubdu. Tək sirdaşım daş pəncərə olubdu, Səndən sonra… * * * Boğuluram, küləklərin hayı yox, Daha ömrün baharı yox, yayı yox. Bayramlarda nəvələrin payı yox, Səndən sonra… * * * Bir sığalın həsrətində tellərim, Məzarını sığallayır əllərim. Zəhər olub günüm, ayım, illərim Səndən sonra… * * * Getdiyin yol bir qaranlıq küçədi, Gündüzlərim gecə kimi gecədi. Bilirsənmi, Ata, qızın necədi? Səndən sonra… * * * Durulmuram, gündəngünə durğunam, Qürub çöküb sralıram, solğunam. Yüz yaşında qoca kimi yorğunam. Səndən sonra… * * * Ruhum xəstə cismimdə can ağrıyır, Damarımda dolanan qan ağrıyır. Sağalmayır yaram yaman ağrıyır, Səndən sonra… * * * Üzüm gülür, açılmayır ürəyim, Yoğururam, hey küt gedir çörəyim. Çözəmmirəm bu Fələyin kələyin, Səndən sonra… * * * Bu ayrılıq, hicran, Ata, bitmədi, Əzrayıla xəbər saldım yetmədi! Nə sən gəldin, nə də qızın getmədi. Səndən sonra…
Öz evində qal, Ata!
Yıxılanda qollarımdan tutanım, Qoymaz idin bir kimsədən utanım! İndi bizdən, ey xəbərsiz yatanım, Tək sən idin mənə arxa-dal, Ata! Gedək daha öz evində qal, Ata! * * * Qızmar yayda kölgə salan söyüddün, Od-ocaqdın, məshətdin, öyüddün. Gözün toxdu, bizi də yox böyütdün Gözümüzdə yoxdu dövlət-var, Ata! Bircə sən gəl, öz evində qal, Ata! * * * Dağ qürurlum, qeyrətinə qurbanam! Şərəfinə-şöhrətinə qurbanam! Qazandığın hörmətinə qurbanam! Bəzəyimdi indi qara şal, Ata! Gedək mənlə öz evində qal, Ata! * * * Dağdan düzə, düzdən dağa gəzərdik, Bənövşəni kol dibindən üzərdik. Mahnımızı çaldırardın, süzərdik, Qalx ayağa havamızı çal, Ata! Bir yol gedək öz evində qal, Ata! * * * Çıxıb getdin birdənbirə, zamansız, Səni bizdən aldı ölüm amansız. Bağın-bağçan səliqəsiz, sahmansız, Çiçəklərin solğun, meyvən kal, Ata! Qalxaq gedək öz evində qal, Ata! * * * Novruz gəlir, qış ötüşür yaz qalıb, Ocaq başı, söhbət qalıb, saz qalıb. Gəl boyaq al, yumurtalar az qalıb. Qapı busaq, yaxşı çıxsın fal, Ata! Gedək evə, öz evində qal, Ata! * * * Çuval-papaq bir-birinə qarışsın, Nəvələrin çil xoruzu vuruşsun. Cıdır boyu bəy oğlanlar yarışsın, Atlar vurub ayağına nal, Ata! Gəl bayrama öz evində qal, Ata! * * * Mətbəxində anamızı yormuşuq, Çay-çörəkdən təmiz süfrə qurmuşuq. Boynubükük qəbrin üstə durmuşuq, Dur qolunu bir boynuma sal, Ata! Çıxaq gedək, öz evində qal, Ata! * * * Əvvəlimiz bitən sondan yaxışdı, İndi mənə kəfən dondan yaxşıdı. İnsan da var, köpək ondan yaxşıdı Qalx at, hürən ağızlara yal, Ata! Duraq gedək, öz evində qal, Ata! * * * Bacardıqca sən hamıya yaradın, Yarım qaldı arzularım, muradım. İki oğlun fərəhin, qol-qanadın, İki qızı ürəyində xal, Ata! Oyan gedək öz evində qal, Ata! * * * Evimizin dirəyisən, damısan, Ağzımızın ləzzətisən, tamısan. Dünya boşdu- sən hər şeysən, hamısan! Şirin Ata, şəkər Ata, bal Ata! Nolar, gedək öz evində qal, Ata! * * * Odlanıram, alışıram, tüstüm yox, Məzarını isitməyə istim yox. Ata sənsiz bu dünyaya küsdüm, yox! Dur əlinlə ya canımı al, Ata! Ya da gedək öz evində qal, Ata! * * * Süleymantək dünya görmüş, şüurlu. Məhəmmədtək dönməz, mətin, qürurlu. Tanrı verdi sənə o üzü nurlu, Dağdan uca, ey Rüstəmi Zal Ata! Di, qalx gedək öz evində qal, Ata!
Sağikən ölüyəm!
Ev-eşiyin hayı-küyü, yayı-yazı deyiləm, Ərköyünü, ədalısı, nazı-duzu deyiləm, Bu dünyada bir Atanın daha qızı deyiləm, Öz əlinlə söndürdüyün ocağının külüyəm, Kim deyir ki, Ata, sənsiz yaşadım?! Yaşamadım, mən sağikən ölüyəm! * * * Çağırıram, can söyləyib, deyən olmur çağrıma, Ey təbibim, dəva yoxdu bundan sonra ağrıma. Ata!- deyib qapqara bir daş basıram bağrıma. Nə deyirlər, qoy desinlər! Divanəyəm, dəliyəm! Kim deyir ki, Ata sənsiz yaşadım?! Yaşamadım, mən sağikən ölüyəm! * * * O gecədən dolanmayır, damarımda qanım da, Mən gedirəm, canım qalır məzarının yanında. Bir kimsəsiz qəribanam elimdə, mahalımda, Dostlarıma göz dağıyam, düşmənə gülməliyəm! Kim deyir ki, Ata, sənsiz yaşadım?! Yaşamadım, mən sağikən ölüyəm! * * * Nə yatmısan dağ başında, mənim yuxum qaçaqdı, Gül-çiçəyi çox sevirdin burda qucaq-qucaqdı. Ata!—deyib dolanıram dərələri haçaqdı, Bor yol gəlir sənə sarı, yanına gəlməliyəm! Kim deyir ki, Ata, sənsiz yaşadım?! Yaşamadım, mən sağikən ölüyəm!
Ulu Tanrım, Atam sənə əmanət!
Bir pay verdim, bu dünyada o ən şirin payımdı, Sevinəndə-təbəssümüm, ağlayanda-hayımdı, Sərt qışımdı, payızımdı, baharımdı, yayımdı. Tələsirdin, əllərimdən aldın onu nəhayət! Ulu Tanrım, Atam sənə əmanət!.. * * * O sinəsi paramparça, ürəyində xalı var, Bitdi dedik, dərdimizin gör nə boyda dalı var… Anam açıb ağ örpəyin indi qara şalı var! Doğulandan alnımıza yazılıbmış bu qismət. Ulu Tanrım, Atam sənə əmanət!.. * * * Kölgən idi bu dünyada, sığınmışdıq adına, Əzrayılın axı haradan gəlib düşdü yadına?! Heç mərhəmət eləmədin, üç kimsəsiz qadına! De nə idi, bu dərd boyda etdiyimiz qəbahət? ! Ulu Tanrım, Atam sənə əmanət!.. * * * O sökülən dan yeriydi, bir qərib axşam oldu, Yolumuza işıq saçan, yanıb sönən şam oldu. Balalarım!-deyib getdi, taleyi nakam oldu, Kimisinə acizlikdi, kimisinə cəsarət! Ulu Tanrım, Atam sənə əmanət!.. * * * Bas köksünə, bir sıgal çək o bəlalı başına, Ata deyib, sarılıram, indi mən başdaşına. On iki gün qalmış idi altmış altı yaşına. Bitirməyə vermədin ki heç möhlət. Ulu Tanrım, Atam sənə əmanət!.. * * * Qurban olum əllərinə! O əl nələr yapardı, Istəsəydi, hər bir şeyə çıxış yolu tapardı. Istəmədi, öz xoşuyla sənə pənah apardı… Heç dilindən düşməz idi Allah, Əli, Məhəmməd! Ulu Tanrım, Atam sənə əmanət!.. * * * O ağızı dualıydı, o ürəyi imanlı, Bir körpəyə qurban getdi, getdi başıdumanlı. Ağ xalatı kəfən oldu əynində canlı-canlı, Günahına-savabına özün eylə mərhəmət! Ulu Tanrım, Atam sənə əmanət!
Gedib
Kim deyir, ömrümdən bir insan gedib?! Ayrılıb canımdan sanki, can gedib! Tək Atam deyil ki, dostum-sirdaşım, Qoşulub onunla tüm cahan gedib! * * * O, arxam-dayağım, düşmən çəpərim. Onsuz yaşamağa yoxdu təhərim! Ayaqda- taqətim, beldə-təpərim, Çəkilib dizimdən hey-aman gedib! * * * Xoş sığal, şirin söz, bir isti qucaq. Ürəyi- alışıb-yanan od-ocaq. Gözümə işıqdı, evimə-çıraq, Günəş qürub edib, sanki dan gedib! * * * Süfrəsi-ruzili, bağçası-barlı, Əyilməz qamətli, enməz vüqarlı. Bir uca dağ idi zirvəsi qarlı, Çəkilib başımdan sis-duman gedib! * * * Həsrəti bağrımı didib qandan, Yaman uzaq düşdüm toydan-xınadan. Hər gələn, bir yolla gedir dünyadan. Gedib, əllərimdən o yaman gedib!
Özüm gələcəyəm yanına bir gün!
Bu yol ki var, dostum, gedər-gəlməzdi, Gözüm yaşlı, üzüm daha gülməzdi. Ata, gəlmə dünya qədirbilməzdi, Özüm gələcəyəm yanına bir gün! * * * Ölənədək çəkəcəm bu əzabı, Heç vecimə deyil günah-savabı. Almaq üçün vermədiyin cavabı, Özüm gələcəyəm yanına bir gün! * * * Yolun düşsə gəlmə, fani dünyadı, Sevinci yox, qəm-əyani dünyadı, Əli qana batıb cani dünyadı. Özüm gələcəyəm yanına bir gün! * * * Sən gedəndən hey basıram səbrimi, Bitirməkçün hesabımı-cəbrimi. Qoy, yanında qazım sonra qəbrimi, Özüm gələcəyəm yanına bir gün! * * * Nəvələrin salım səfə-səhmana, Duymasınlar ehtiyac ona-buna. Oğul-uşaq bir yana, sən bir yana, Özüm gələcəyəm yanına bir gün! * * * Toy-düyündə, çal-çağırda qohum-yad, Ata, sənsiz davam eyləyir həyat… Yolun düşsə, gəlmə daha rahat yat, Özüm gələcəyəm yanına bir gün! * * * Haqq-nahaqqı ələmişəm, süzmüşəm, Yorulmuşam, tükənmişəm, bezmişəm. Bu dünyadan mən əlimi üzmüşəm, Özüm gələcəyəm yanına bir gün! * * * Xəyanətdi, iftiradı, yalandı, Gülə-gülə üzə, yola salındı. Biz gedərik, qoca dünya qalandı, Özüm gələcəyəm yanına bir gün! * * * Nə baş bizim, nə ürək, nə əl-ayaq, Ölüm haqdı hamı bir gün dadacaq, Əcəl harda, nə zaman haqlayacaq, Özüm gələcəyəm yanına bir gün! * * * Varım-yoxum qara torpaqda yatdı, Hamı dedi: -Barış, neynək həyatdı! Ata, sanma qızın burda rahatdı! Özüm gələcəyəm yanına bir gün! * * * Toplanıbdı boğazımda qəhərim, Cəhənnəmdi, günüm-gecəm, səhərim. Əzaryıla çatan kimi xəbərim, Özüm gələcəyəm yanına bir gün! * * * Yaşaya bilməzsən bildiyin kimi, Silmə, göz yaşını sildiyin kimi, Gəlmə, gedəcəksən gəldiyin kimi! Özüm gələcəyəm yanına bir gün! * * * Ata, səndin tək ümüdüm, həyanım, Gündə yüz yol başdaşına dolanım! İnşaallah, uzun olmaz hicranım, Özüm gələcəyəm yanına bir gün!
Atalar ölmür!
Bizdən çox yaşayır daş da, dəmir də Tapa bilməsən də dözüm, səbirdə, Rahat evin qoyub soyuq qəbirdə Torpağa üz tutub yatalar, ölmür! Dostlar, bu dünyada Atalar ölmür! * * * Daha eşitməsən şirin dilini, Bir də oxşamasa əli telini, Övladın əlindən üzüb əlini, Ölümün əlindən tutalar, ölmür! Dostlar, bu dünyada Atalar ölmür! * * * Özgənin arxından dolanıb suyu, Ayağı altında qazıblar quyu. Kişi tək yaşayıb həyatı boyu Ömürün sonuna çatalar, ölmür! Dostlar, bu dünyada Atalar ölmür! * * * Daim üstümüzdə gəzər nəfəsi, Dönər qulağımda mehriban səsi, Heç kim əvəz etməz o ülvi kəsi Dünyanı bir yerə qatalar, ölmür! Dostlar, bu dünyada Atalar ölmür!
Sənsiz yaşaya bilmirəm!
Tikələndim tikə-tikə, Dərdim var özümdən yekə. Mən bu yükü çəkə-çəkə, Sənsiz yaşaya bilmirəm! * * * Sığınmışdım qucağına, Gəlməsin heç acığına, Baxıb sönmüş ocağına, Sənsiz yaşaya bilmirəm! * * * Ey yazılmış qara yazım, Çəkilməmiş qalıb nazım. Kədər simim, qəm avazım, Sənsiz yaşaya bilmirəm! * * * İstəmirəm don geyinim, Kəfənə dönsün əyinim! Kimnən fəxr edim, öyünüm?! Sənsiz yaşaya bilmirəm! * * * Məsəl idin, ağildın sən, Bir pis bitən nağıldın sən. Tufağımdın dağıldın sən, Sənsiz yaşaya bilmirəm! * * * O günlərim şirin yuxu, Tamaşaya durub çoxu, Bu nağılı başdan oxu, Sənsiz yaşaya bilmirəm! * * * Külək ilə sovruluram, Günəş ilə qovruluram, Yavaş-yavaş heç oluram, Sənsiz yaşaya bilmirəm! * * * Düşməniyəm gecələrin, Bu qaranlıq küçələrin. Hər yanda görünür yerin, Sənsiz yaşaya bilmirəm! * * * Saf ruhumdun bədəndə sən, Gələn də sən, gedən də sən. Bizi ilk tərk edən də sən, Sənsiz yaşaya bilmirəm! * * * Savab əkdin, günah dərdin, Yoluna çıxdın namərdin. Mənə həyatı sən verdin, Sənsiz yaşaya bilmirəm! * * * Alovlanıb köz oluram, Əyilirəm, düz oluram. Ağızlarda söz oluram, Sənsiz yaşaya bilmirəm! * * * Bir dağ idik, dumanı sən, Sol yanı sən, sağ yanı sən. Hamımızın həyanı sən, Sənsiz yaşaya bilmirəm! * * * Ey gedib-gələn nəfəsim, Yazıb yaratmaq həvəsim. Yaradana çatsın səsim, Sənsiz yaşaya bilmirəm! * * * Süfrəmdəki çörəyimdin, Sinəmdəki ürəyimdin, Lazımımdın, gərəyimdin Sənsiz yaşaya bilmirəm! * * * Bülbüldüm bayquşam daha, Qar-boranlı qışam daha. Ata, qocalmışam daha Sənsiz yaşaya bilmirəm! * * * İlham mənə qəbir qazır, Vərəq hazır, kağız hazır. Qələm ancaq bir söz yazır: Sənsiz yaşaya bilmirəm! * * * Göydən düşdü başıma daş, Həm Atamdın, həm də qardaş. Yaşadıqca yavaş-yavaş, Sənsiz yaşaya bilmirəm! * * * Görən gözümün nuruydun, Könlümün şah qüruruydun, Sudan təmiz, saf, duruydun, Sənsiz yaşaya bilmirəm! * * * Qapanmayır könül yaram, Ömür mənə olsun haram! Sən yoxsan, mən isə varam Sənsiz yaşaya bilmirəm! * * * Yazıram, yazıram bitmir, Qafiyələr sona yetmir! Gözüm gözlərindən getmir Sənsiz yaşaya bilmirəm! * * * Sinəmdə var çarpaz dağım, Xəzan olub bağçam-bağım. Yetişibdi qürub çağım Sənsiz yaşaya bilmirəm! * * * Sən idin başımın tacı, İndi bal da dadır acı. Yalnız ölümdü əlacı Sənsiz yaşaya bilmirəm! * * * Daha söz də tutmur dilim, Qara şalım, bəyaz telim. İzin ver yanına gəlim! Sənsiz yaşaya bilmirəm! * * * Gəlim, denən yenə “Qızım, Al günəşim! Dan ulduzum!” Səngiməyir ürək sızım, Sənsiz yaşaya bilmirəm! * * * Bilmədim, nədi cəncəlin? Sirdi, sualdı əcəlin. Gəlim yanında dincəlim, Sənsiz yaşaya bilmirəm! * * * Göndər mənə günahını, Özüm çəkim əzabını! Tanrı yazsın savabını! Sənsiz yaşaya bilmirəm! * * * Tək-tənhayam, arxam bomboş, Canım xəstə, ruhum naxoş. Gəl halımı bir də soruş, Sənsiz yaşaya bilmirəm! * * * Bir yol göstər, mən nə edim? Oğlun-qızın qalıb yetim. De, yanına necə gedim?! Sənsiz yaşaya bilmirəm! * * * Eh, dərdimi bilən yoxdu Göz yaşımı silən yoxdu. Sənin kimi gülən yoxdu, Sənsiz yaşaya bilmirəm! * * * Sən idin düşmən çəpərim, Həm taqətim, həm təpərim. İndi yoxdu heç xəbərin, Sənsiz yaşaya bilmirəm! * * * Məzarının önündəyəm, Bir boylan gör nə gündəyəm! İstəyirəm ağı deyəm, Sənsiz yaşaya bilmirəm! * * * Gecələri boğuluram, Gündüzləri doğuluram. Əzilirəm, yoğruluram Sənsiz yaşaya bilmirəm! * * * Ey canını candan alan, Səndən sonra hər şey yalan! Böynubükük qalıb balan, Sənsiz yaşaya bilmirəm! * * * Yalvarıram, Ata, sənə, Yanında yer saxla mənə! Hayqırıram dönə-dönə, Sənsiz yaşaya bilmirəm! * * * Zahirimdə gülə-gülə, Batilimdə ölə-ölə, Yoxluğunu bilə-bilə, Sənsiz yaşaya bilmirəm! * * * Qatlanıram min əzaba, Vermədiyin bir cavaba. Evim qalıbdı xaraba, Sənsiz yaşaya bilmirəm! * * * Qarışıbdı şərlə xeyir, Bir cüt qızın qara geyir. “Yerdə qalmasın haqq! “deyir, Sənsiz yaşaya bilmirəm! * * * Kəfənindi ağ xalatım, Ey qırılmış qol-qanadım! Daha heçdi bu həyatım, Sənsiz yaşaya bilmirəm! * * * Dəfn olundum öz içimdə, Həyat-ölüm bir biçimdə. Kömək et mənə seçimdə, Sənsiz yaşaya bilmirəm! * * * Tənha qalıb ev-eşiyin, İlk beşiyin, son beşiyin. Özüm çəkəcəm keşiyin, Sənsiz yaşaya bilmirəm! * * * Ocağında pərvanəyəm, Lap dəliyəm, divanəyəm. İlahəyəm, Nuaranəyəm, Sənsiz yaşaya bilmirəm! * * * Qızlarının söz-söhbəti, Nəvələrin şan-şöhrəti, Anamın ilk məhəbbəti Sənsiz yaşaya bilmirəm! * * * Yalvarıram sənə, Allah, Çatsın dərgahına bu ah! Açılmasın qoy, bu sabah! Sənsiz yaşaya bilmirəm!
(“Qarabağ Azərbaycandır və nida işarəsi” İlham ƏIiyev.)
Yalalnların dönüb qurumuş arxa, Yad torpaqda yaşarsan qorxa-qorxa. Tarix olsun söykəndiyin güc-arxa, Gör, nə ətir saçır burda baxça-bağ Azərbaycan torpağıdır Qarabağ! * * * Sən işğalçı, mən sahibəm, unutma, Bağa girib bağbanına daş atma. Ulağını cən atıma tay tutma, Böhtanınla, öz-özünə çəkmə dağ, Azərbaycan torpağıdır Qarabağ ! * * * Bir daş göstər.adı dilində olsun. Bir gül göstər, orda, elində olsun. Elə şər de faktı əlində olsun, Cıdır düzü mərd meydanı, etmə ağ, Azərbaycan torpağıdır Qarabağ! * * * Gözdən olub özgə yurda göz tikən, Vurub-tutan babaların qan tökən. Sən dağıdan,parçalayan, mən tikən, Aşkar olur gələn dövran, gələn çağ, Azərbaycan torpağıdır Qarabağ! * * * Əlin qanlı,get əlinin qanın yu, Haqlı danış, böhtan demə, dinc uyu. Yolun sərtdir, son uçurum, son quyu, Fərəhlənmə öndə görüb zirvə-dağ , Azərbaycan tirpağıdır Qarabağ! * * * Ay İldırım, dünya bilir haqq sənin, Gözəlliyi gül-çiçəkdir çəmənin, Özgə yurdda gor evində kömənin, Yurdu itər, ruhu çəkər zülüm,ah, Azərbaycan torpağıdır Qarabağ!