DOĞUM GÜNÜM Nеçə ildi аd günümüzdə аnаsız doğuluruq biz bu hаmilə dünyаdа. Bu səhər yеnidən dоğuldum аğrılаr, sеvinclər sаvаşındа. Fеvrаl sоyuq, həyаt sоyuq… Arzulаr оyuq-оyuq. Nə vахtdı dоğum günümü özüm kеçirirəm, yаdınа düşənlər, düşməyənlər vаr. Atаm kеçirəndə аd günümə hаmı gələrdi, sеvinərdi, gülərdi… Bu gün məni ilk təbrik еdən əsgər оğlum оldu səhər səkkizin yаrısındа. Mən isti еvdə, оğlumun üzünü sаzаq kəsir sərhəddə… Məni təzədən dünyаyа gətirərdinmi аnа, sоyuq fеvrаl аyındа? 11.02.2006.
BİR MİSRA DƏNİZ Bir misra dənizdir mənim ürəyim, Ömrüm bu dənizdə tənha bir qayıq. Oxu ləpirləri sahil boyunca, Bir mənəm,bir sənsən,bir də ayrılıq. * * * Bir misra dənizdir mənim ürəyim, Suları isladıb alın yazımı. Allah,yarıtmadı bu ümid məni, İndi qoy ayrılıq çəksin nazımı. * * * Bir misra dənizdir mənim ürəyim, Bəxtim,bu sahildə bir şəklini çək. Qağayı səsinə səp öz səsini, Bütün ayrılıqlar uçub gedəcək. * * * Bir misra dənizdir mənim ürəyim, Allah,bu dənizdə xoşdur bogulmaq. Ayrı bir ləzzətdir,ayrı bir daddır, Hər gün ölüb getmək,hər gün doğulmaq.
MƏKTUB Allah,sənə yazdığım bu məktubu, Hansı mələk yolda salıb görəsən? Özün söylə indi harda durum ki, Bircə dəfə əhvalımı görəsən? * * * Üz gözündə son ümidin ahı var, Yanağımda yarpaqlayan payızın. Bir mələyin dodağından yıxılan, O təbəssüm könlün açmaz bu qızın. * * * Bu unutqan adamların içində, Mən ki,səni unutmadım,ilahi. Bəxt yazdığın o dəftərin içindən, İtkin düşüb mənim adım,ilahi. * * * Bəyaz-bəyaz varaqlarla bu axşam, Qurban olum,yenə səndən danışdım. Şair qəlbi ərköyündür,bilirsən Bağışla ki,işlərinə qarışdım.
SEVDALI ÜRƏK Ulduzlar sönən kimi, Sözlər həmən sayrışır. Arzudan,həm şeirdən, Həm sevgidən danışır. * * * Çağırır,aparır yol, Yarır zülmət gecəni. Tənhalıq bürüyübdü, O yaşayan küçəni. * * * Sanki tanış deyilik, Dünən ayrılsaq da biz. İlk görüşdə olan tək, Titrəyir hey səsimiz. * * * Sozalıbdı həniri, Sevirəm sözünün də. Buz nəfəsli ayrılıq Dayanıb söz önündə. * * * Qızıl günəş eşq ilə, Yer üzünü öpən tək. Bax beləcə öpüşür, İki sevdalı ürək.
KƏLBƏCƏR Yolları bürüyüb vüsal qoxusu, Gəldim görüşünə,salam,Kəlbəcər. Sinəmdə misralar coşub çağlayır, Bəs niyə bu qədər lalam,Kəlbəcər?! * * * Ötən xatirələr necə də sərin, Arzumu,şövqümü yollara sərin. Zəfər ətirlidir gələn səhərin, Bu payız yenilməz qalam,Kəlbəcər. * * * Dağlara baxıram alışır könül, Torpaqla,ağacla danışır könül. Neçə dərə keçib,dağ aşır könül, Bulaqların şirin laylam,Kəlbəcər. * * * Əhsən, ər oğluna, ərən oğluna Basdın qədəmini zəfər yoluna. Bu payız qoy bir az girim qoluna, Sirdaşım, qardaşım,balam,Kəlbəcər!
HƏR GECƏ Sənsiz çətin ömrüm sevgi qoxuya, Könlüm əsir düşüb bu lal qorxuya. Həsrətin bir misra verib yuxuya, Hər gecə gələrəm yuxularına. * * * Qurudub gözümün yağışlarını, Ovudub alnımın qırışlarını. Söküb ayrılığın naxışlarını, Hər gecə gələrəm yuxularına. * * * Bir ovuc ümidi səpib ağrıma, Könlümə deyrəm:-daha ağrıma. Sənli arzuları basıb bağrıma, Hər gecə gələrəm yuxularına. * * * Ovcunda saxlayıb göy ahlarımı, Bir gün qurudacaq gün ahlarımı. Yollara döşəyib günahlarımı, Hər gecə gələrəm yuxularına.
GÜNAH NAĞILI Gözlərinin gözlərimə yazdığı, O məktubun gözlərindən gen düşək. Duyğuların əlifbası gizlidir, Gəl bu gizli əlifbada görüşək. * * * Al ovcuna əllərimi şeirtək, Xatirələr heca-heca oxunsun. Sevgi-sevgi çiçəkləyən dodaqlar, Bir meh kimi yanağıma toxunsun. * * * Əl eyləyək ötüb gedən anlara, Çıxarmasın bu sevgini yadından. Bircə misra məktub yazaq Allaha, Bu bir anlıq xoşbəxtliyin adından. * * * Günahına qurban olum ay Allah, Bu günahım oğurlayıb ağılı. Bələnibdir taleyimin ətrinə, Sevgi dolu bu günahın nağılı.
Bu gün gözəl insan, sevimli şair, tanınmış ictimai-siyasi xadim Rəfail Tağızadənin doğum günüdür. Ad gününüz mübarək, Rəfail müəllim! Uca Yaradandan Sizə can sağlığı, uzun ömür və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!
Rəfail Tağızadə 11 fevral 1958-ci ildə Ağdam rayonunun Sofulu kəndində anadan olub. 1964-1974-cü illərdə Ağdam rayonu Boyəhmədli kənd orta məktəbini bitirib. 1974-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetdə) Avtomatika və Hesablama Texnikası fakültəsində təhsil alıb.
Rəfail Tağızadə əmək fəaliyyətinə Bakı Elektron Hesablayıcı Maşınları zavodunda başlayıb. 1979-2000-ci illər ərzində həmin zavodda tənzimləyici, mühəndis, büro rəisi, aparıcı mühəndis, sex rəisi, konstruktor texnoloji büronun rəisi vəzifələrində çalışıb. Azərbaycan Milli Ordusunda döyüş bölgəsində 1994-1996-cı illərdə zabit kimi qulluq edib. Ümid Partiyası Ali Məclisinin və Mədəniyyətlərin Dialoqu Mərkəzinin sədridir.
Rəfail Tağızadə bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. “Palitra”, “525-ci qəzet”, “Yeni Azərbaycan”, “Ədalət” qəzetlərində lirik şeirləri, publisistik yazıları vaxtaşırı dərc olunub. Dünyanın çağdaş avanqard şairlərinin, xüsusən çağdaş polyak şairlərinin şeirlərini Azərbaycan dilinə tərcümə edib. “Qəfil görüş”, Çağdaş polyak şeir antologiyası” kitabının həmmüəllifidir. Çağdaş polyak şairlərinin şeirlərini tərcümə edərək “Şairlər eyni dildə danışırlar” adlı şeir antologiyası kitabını hazırlayıb. “Qapı” (2004) və “Qarabağ rüzgarları” (2009), “Gecə xəyalları” (2013) şeir kitablarının müəllifidir. Şeirləri ingilis, rus, polyak və ukrayna dillərinə tərcümə olunub.
Rəfail Tağızadə ordu komandanlığı tərəfindən “Şah İsmayıl Xətai” və başqa Fəxri Fərmanlarla təltif olunub. Həmçinin 2000-ci ildə Beynəlxalq “Rəsul Rza” mükafatı ilə təltif olunub.
ANAM (Kifayət xanımın əziz ruhuna ithafən) Elə bilirdim, insan əbədidir. Əbədi ayrılıq qapımı çaldı… Götürdü saçları günəş anamı, Birdəfəlik torpağın qoynuna saldı. * * * Əlim çatmır, ünüm yetmir, qınama Yuxularıma az-az gəlir nazənin anam. Adam anadan yetim qalar da, a fələk Çağırsam bir günlük gələrmi anam? * * * Bax olsam da dünyanın lap xoşbəxti, Boynumu bükübdür ana həsrəti. Nigaran körpəsi qalıb bu tayda, Mən özüm burdayam, gör özü harda. * * * Yıxıbdır çiynimi bu ağır dərdim, “Ana” deyib döyünüb yaralı qəlbim. İndi yaman naçar, naxoş qalmışam Barışmır, ay ana, ruhum, bədənim. * * * Sən özün hamıya həyan olmusan, Kiçiklə, böyüyü bilən olmusan. Axı, bu həyatdan nə tez doymusan, Sınanır dost-tanış sənsiz, ay ana. * * * Bir gülüşün min ömrə də bədəl idi, Bir sığalın saçlarıma çiçək idi. Əllərin də isti idi, sanki yuva idi, Getdin, üşüyürəm o yuvasız, ay ana. * * * Şad günlərim keçir eləcə sənsiz, Gizli-gizli ağlayıram mən bəxtsiz. Kaş olaydı bircə quru tək nəfəsin, Ciyərlərim qoxun duyardı, ay ana… 19.09.2021.
YERİM Düşdü ömrümün sarayından bir kərpic, Qəlib salıb, qurutduğum dirənc yerim. Belə dünyada olmur birdən diriliş, Elə o gündən sınıb, bitib dirənc yerim. * * * Özümə söz keçirəmmirəm, qaldı ki ürək, Acizanə, fağır, yetim bir az da ürkək. Heç şikayət etmirəm, ömürdür sürək, Çarəsiz bəndəyə tək Allahdır dirək… * * * Bilirəm yalnız o eşidir, əlbət, səsimi, Ağlayıb incəltdiyim xəlvət səsimi. Gündüzlər deyib, gülüb, danışdığım, Gecələr sıxıb örtdüyüm kövrək səsimi. * * * Belədir əzəldən də bu dünyanın işi, Atıb, tutub, saxlayacaq sona səni. Bir də gördün qocalmısan yük çiyində Aparıb qoyacaq öz əli ilə məzarə səni. * * * Düşünmə çox, olan olub keçəcək, Unudacaqlar cəmi bir ayda səni. Yeyəcəklər ehsanından doya-doya, Verəcəklər düz bir qarış torpağə səni. * * * Umma belə dövrandan vəfa, ay şair, Əhdə vəfa bu dövranə qalmayıb. Yıxılmaz viranə qalan yerdə qəm evin, Onsuz bu dünyada daha səfa qalmayıb.
TƏNHAYAM Özümü bir anda tənha görürəm, Deyəsən, ətrafım buza dönübdür. Mən onlarçün rəngarəng çiçək açarkən, Çiçəklər bir anda ləçək tökübdür. * * * İstəmirəm heç kəsin varın-dövlətin, Mənim öz varlığım özümə bəsdir. Göydə Allah durub, arxamda dağlar Çəkilməz sədd kimi ətrafa dərsdir. * * * Demirəm ay kimi ucayam uca, Allahdan ucası varmı ki, zalım?! Sən indi məni də görmürsən demək, Allahdır görənim, bilənim, zalım. * * * Yazıram şeirimi, qələmim möhkəm, Onlardır ruhuma dar anda məlhəm. A dünya, dayan bir az, doludur sinəm Könlümün quru sözü, sənə də bəsdir. 03.02.2022.
“Yazarlar” jurnalının Azərbaycanın Milli Qəhrəmanı şəhid Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək məqsədi ilə hər il həyata keçirdiyi “25 yarpaq” layihəsi çərçivəsində gənc yazar Leyla Yaşarın ilk kitabı -“Daş adam” ışıq üzü görüb. Leyla xanımı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! 22.02.2022 Rövşən Hüseynovun ad günüdür! Yaşasaydı 55 yaşı olacaqdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhu şad olsun. Var olsun öz şəhidlərini unutmayan Leyla xanım kimi Vətən övladları.
BALACA RƏSSAM Türkay şəkillər çəkir, Rəngdən alır ilhamın. Qələmi əldən düşmür, İki yaşlı rəssamın. * * * Bir iş var ki, biləsiz, Rəsmi çəkir divarda. Nənəsi gülüb deyir, Usta lazım ağarda. * * * Atasıyla bağçaya, Getdi balaca rəssam. Daha şəkli vərəqdə, Çəkdi asanca rəssam.
GÜNAYIN SƏHVİ Bir payız səhərində, Günay durdu yuxudan. Şimşəyin bərk səsindən Gözün qırpdı qorxudan. * * * Baxdı pəncərəsindən, Gördü küləkdir yaman. Dedi dərsə getməyə, Soyuq verərmi aman? * * * Anası qulaq asıb, Bəhanəni anladı. Qucaqlayıb qızını, Bir balaca danladı. * * * Söylədi qızcığaza Boran-çovğun olsa da, Məktəbi heçə sayıb, Dərsi verməzlər bada. * * * Günay səhvin anladı, Keçdi əsas mətləbə. Çantasını götürüb, Yola düşdü məktəbə.
ASLANIN DƏRDİ Xəlil ilk dəfə, Zooparka getdi. Gördü aslanı, Arzuya yetdi. * * * Söylədi ana, Kaş çıxa geri. Burda aslanın, Çətindir yeri. * * * Anası dedi, Əzizim Xəlil. Onların yurdu, Meşələrdir, bil. * * * Əlbəttə, qəfəs, Çətindir ona. Bunu uşaqlar, Gərəkdir, qana. * * * Xəlil düşündü, Azadlıq qədrin. İndi anladı, Heyvanın dərdin.
DƏMİRAĞAC Müəllim uşaqlara, Təbiətdən danışdı. Bildirdi bir ağac var, Hamınıza tanışdı. * * * Suya atsan batacaq, Oduncağı möhkəmdir. Sanki, dəmir kimidir Çox qəribə görkəmdir. * * * Uşaqlar çaşbaş qaldı, Çoxu dedi vələsdi. Düşünmədi heç biri, Yəqin hamı tələsdi. * * * Gözlərini döyərək, Baxdılar müəllimə. Arxa sıradan qalxdı, Hazırcavab Həlimə. * * * Dedi:-dəmirağacdır Oxumuşam jurnaldan. Məlumatım var mənim, Verilən bu sualdan.
ZƏHMƏTKEŞ BABAM Babam hər il bostanda, Çoxlu tərəvəz əkir. Görürəm asan deyil, Xeyli əziyyət çəkir. * * * Məhsul vaxtı sahədə, Kələm, xiyar bol olur. Biz tərəvəz yığanda, Yeşiklər barla dolur. * * * Babamın zəhmətini. Heç vaxt unutmaram mən. Ona kömək etməmiş, Kənddən qayıtmaram mən.
“QORXAQ BACIM” Evimizə həkim gəlib, Mənim bacım qızmalıdır. Tez yoxlayıb bildirdi ki, Ona resept yazmalıdır. * * * Ağ xalatdan qorxan bacım, Heç bu dəfə ağlamadı. Səbəbini soruşanda, Güldü, sirrin saxlamadı. * * * Həkim baba sağ olsun ki, Heç iynə vurmadı mənə. Dedi: -gözəl, şirin balam, Dərman verəcəyəm sənə.
YAZ SEVDASI VAR Bu payız bir başqa gəlir ömrümə, Güzün gümanında yaz sevdası var. Xəzana bürünüb bütün bağ, bağça Güzün gümanında yaz sevdası var. * * * Bu xəzan yelimi, ya bahar mehi? Bivaxt tumurcuqda, tər zəfər zehi, Qızılı yarpaqda zər qəhər şehi, Güzün gümanında yaz sevdası var. * * * Ustac, tac almısan Haqqın özündən, Gözəllər xoşhaldır şirin sözündən, Görməz, qəm süzülür qəmgin gözündən, Güzün gümanında yaz sevdası var. 29.08.2021. Bakı.
MƏN BABƏKƏM (“Uşaq boğçası”ndan bir şeir) Babəkdir mənim adım, Sırğa et qulağında! Bir ömür xərcləmişəm, Hürriyyət sorağında. *** Bu yurd sənə əmanət, Bəzz yanan ocağımdır. Mayası qan lalələr, İstiqlal sancağımdır!
AZƏRBAYCAN (“Uşaq boğçası”ndan bir şeir) Odlar yurdu deyir hamı, Azərbaycan mənim adım! Sağım, solum, dörd bir yanım, Öz canımdan, qol-qanadım! *** Nazlı Araz kəmərimdir, Xudafərin onun qaşı! Birləşdirir ayrı düşmüş, Dost-tanış, bacı-qardaşı!
HÜSNÜ PÜNHANA (birinci şeir) İsmipünhan deyib, yazıb şairlər, Mənim müsahibim hüsnü pünhandı. Səmimi, mehriban, həm zarafatcıl, Mənim müsahibim hüsnü pünhandı. * * * Ürəyi yuxadı, xasiyyəti xoş, Nəyi var, nəyi yox, verər, deyər:-“Nuş”! Camalın gizlədib, deyir:- “Nəğmə qoş”! Mənim müsahibim hüsnü pünhandı. * * * İsmin bağışlayıb; “Nurlu ləçəkdi”, Cənnət bağçasında şehli çiçəkdi, Ustacam, bu iş də bir görəcəkdi, Mənim müsahibim hüsnü pünhandı. 07.10.2021. Bakı.
BAYRAQ BİZİM BAYRAĞIMIZ!!! Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!! 11.10.2021.Bakı.
ŞAHİ-CAHAN Çiçək açsa, haçan həyat ağacın, Yaz çağındır, o çağını yaza yaz! Qan qaynasa, qışın oğlan çağında, Qışa deyil, o çağını yaza yaz… * * * Araz dağdır, haldan hala hal eylər, Sakit axar, eldən elə yol eylər, Dost-aşina, taydan taya əl eylər, Ayaq açsa, o çağını yaza yaz! * * * Taclı şair şeir yazdı dodaqsız, Canın xanı yaranışdan qonaqsız, Şahi-cahan, yaşar səssiz, soraqsız, Hərgah coşsa, o çağını yaza yaz!
YARADAN YARATDI (Dodaqdəyməz) Tala tala, meşə meşə, dağı dağ, Yaradan yaratdı yer naxış-naxış. Sısqa sısqa, dərya dərya, arxı arx, Yaradan yaratdı yer naxış-naxış. * * * Aqil alar dərsi iki alandan, Haqq ayrılar, çıxar yağtək yalandan, Həyat keçər, əyri-əyri dalandan, Yaradan yaratdı yer naxış-naxış. * * * Taclı Şair, taxtın, tacın sirdi sirr, Sənə çatan baxtın, bacın sirdi sirr, Qarşı yatan ağrın, acın sirdi sirr, Yaradan yaratdı yer naxış-naxış. 07.11.2021. Bakı.
XALQIMIN, ORDUMUN İLHAMI İLHAM! Ən uca kürsüdən dedi sözünü, Bircə hərəkətlə sildi yüzünü, Bilmək istəyirsən əgər düzünü, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Əvvəlcə xainin qırdı belini, Sonra namərdlərin kəsdi dilini, Sevdi obasını, sevdi elini, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Yüz ölçdü, bir biçdi, ustdan usta, Mizanı yerində; nə tez, nə asta, Cəngilər çalındı bu dəfə “Rast”da, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Bir həmlədə pozdu kələyin, fəndin, Uçudu, dağıtdı illərin bəndin, Hər dəfə yanıltdı düşmənin zəndin, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Ustaca bəllidi zamanın feli, Taixdə dastandı babamın qolu, Dəmir yumruq oldu İlhamın əli, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
YEL Kim üçünsə mələkdi, Kim üçünsə fələkdi, Nə mələkdi, nə fələk… Küləkdi bu, küləkdi! * * * Arada küsər belə, Hirs ilə əsər belə, Ümidi kəsər belə, Ələkdi bu, ələkdi! * * * Yenə əsdi, ələdi, Acı fikrə bələdi, Toxu dilək dilədi, Diləkdi, bu diləkdi! 11.11.2021. Bakı.
NAZLI BALA Alagözdür, verib Xuda, Gözəl, göyçək Nazlı bala! Maşallah olsun, namxuda, Gözəl, göyçək Nazlı bala! * * * Gözü Göyçədən su içib, Kökdən gəlib, çox yol keçib, “Donun” Xaliq özü biçib, Gözəl, göyçək Nazlı bala! * * * Ustac bağlı soya, kökə, Nazlı balam bəyim, bikə, Züryət hardan hara çəkə!? Gözəl, Göyçək, Nazlı bala! 11.01.2022. Bakı.
USTACLIYAM Gözlərimin alalığı, Ulu Göycəmdən ərmağan. Ərdəbilin naləsidir, Ruhum həp eylədi fəğan. * * * Yarı Qarqar, yarı Əfkər, Şəhriliyəm; şaham, tacam! Şah İsmayıl silahdaşı, Ustaclı oğlu, Ustacam!
İCAZƏ VER ÇIXIM GEDİM Danışmayaq söz xətrinə… Nə səndən sevən çıxacacaq… Nə məndən adam olacaq…. * * * Ürəyim dönüb dumana, Çatmayır sevgim limana, Eşqim yetmir bu ümmana, Məndən adam olmayacaq… * * * Hər yalanına uyaram, Məhəbbətini duyaram… Dizlərinə baş qoyaram Məndən adam olmayacaq…. * * * Gəl sən mənə çox güvənmə, Gəl sən mənə bel bağlama, Xətrinə dəyməsin, amma Məndən adam olmayacaq…. * * * Bax, bu eşqə düşsəm belə, Səninlə görüşsəm belə.. Sevgimi bölüşsəm belə, Məndən adam olmayacaq. * * * Gözlərimdən yaş tökərəm Bağrımı yarıb sökərəm… Qəlbim qaralıb çökərəm Məndən adam olmayacaq…
DAĞLAR (Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! 22.01.2021. Bakı.
YARPAQ VƏ TORPAQ Can verəni candan alı qoyarıq, Unudur yarpağa möhtacdır yarpaq… Torpağa su deyil, zəhər veririk, Marağa məəttəl qalıbdır torpaq… * * * Xəzələ aman yox torpağa çata, Qurumuş canıyla cana can qata, Əbədi qanunla rahatca yata, Süprülüb çöplüyə atılır yarpaq… * * * Torpağa ting deyil, sütun əkirlər, Arx, kanal yerinə hasar çəkirlər, Dəmirdən, betondan kəfən biçirlər, Gözü baxa-baxa gömülür torpaq… * * * Bizə can verənin canın almayaq, Bu iki aşiqin yolun burmayaq, Yarpağı torpağa həsrət qoymayaq, Yarpaq elə torpaq, torpaqdır yarpaq… * * * Ay Ustac, haqq deyən Nəsımı öldü, Haqq bir damladır, batilsə göldü, Qardaşlar tək gəlmiş Adəmi böldü, Bizlər unutsaq da, unutmur torpaq… 31.01.2021. Bakı.
A SİMSAR Salam olsun, sənə şanlı ixtiyar! Mizrab tutan əlin, qolun var olsun! Şükür, əlindədir külli-ixtiyar! Mizrab tutan əlin, qolun var olsun! * * * Nə deyim, a simsar, elə sim sarı, Simsar sinsidərmi, belə simsarı, Hələlik dönüş var, hələ sim sarı, Mizrab tutan əlin, qolun var olsun! * * * Rəvamıdır, bu edilən Ustaca!? Diqqət istər sim sarıyan ustaca… Al dil ilə deyər halın ustaca, Mizrab tutan əlin, qolun var olsun! 05.02.2021. Bakı.
BƏRK YAPIŞ Ay Zaur, deyirlər ən yaxşı vaxtdır, Bir az daha qeyrət, güləş, bərk yapış! “İgid odur, atdan düşə, atlana.” Bu işdə dönüş yox, dirəş, bərk yapış! * * * “Kor qızın baxtı”ndan yeyindi baxtın, İlikdən tacın var, sümükdən taxtın, Olmasa da adan, ya da ki, “yaxt”ın, Olanları qoru, çalış bərk yapış! * * * Ay Ustac, bilirsən, yastığın üç gül, Göydə ulduz sayır basdığın müşkül, Bir türlü dolmayır asdığın kəşkül, Haqqın ətəyindən sallaş, bərk yapış!
SƏKKİZİ SONSUZLUQ ELƏDİ İLQAR Xoşbəxtlər günündə doğulmuşdu o, Təqvimin bu günü İlqar günüdür! Ölməzlər günündə doğulmuşdu o, Təqvimin bu günü İlqar günüdür! * * * Bu gün doğum günü, yaşar əbədi, Eliynən bir ünü, yaşar əbədi, Sonsuzluğa yönü, yaşar əbədi, Təqvimin bu günü İlqar günüdür! * * * Zaur tək yüzləri bir çətən oldu, Çoxu arzuladı, o yetən oldu, Vətən torpağında o, bitən oldu, Təqvimin bu günü İlqar günüdür! 08.05.2021. Bakı.