Etiket arxivi: YAZAR

Turan Novruzlunun yazır: – “Emin Pirinin əsərlərində ana obrazı” və ya “Bir ananın əsəri – Emin Piri”

Turan Novruzlunun yazıları

“Emin Pirinin əsərlərində ana obrazı”

                   və ya

“Bir ananın əsəri – Emin Piri”

   Şair, jurnalist, müəllim və 2-ci Vətən müharibəsi iştirakçısı Emin Piri, müasir Azərbaycan ədəbiyyatında özünəməxsusluğu ilə seçilən uğurlu imzalarındandır. Şairin yaradıcılığı haqqında ədəbiyyatçılar, tənqidçilər yetərincə dolğun fikir söyləmiş, məqalələr yazmışlar. Təkrarçılıq olmasın deyə onların toxunduqları mövzular haqda yazmamağa çalışdım. Bir oxucu kimi öz müşahidəmi, təəssüratımı qələmə almaq istədim.

  Emin Pirini təxminən yeddi il əvvəl bir tədbirdə görmüşdüm. Sakit təbiətli, müşahidəçi, həyalı bir görkəmi var idi. Demək olar ki, heçnə danışmadı. (hərçənd ki, dostları onun çoxdanışan, ünsiyyətcil olduğunu deyirlər) Sonuncu dəfə isə təxminən bir ay əvvəl şairlə Sumqayıtda təşkil olunmuş tədbirdə görmüşdüm. Eyni susqunluq, eyni həyalı, təmkinli sima. Müəyyən qədər geniş sosial çevrəsi olan  Emin Piri simasındakı saflığı necə qoruya bilmişdi? Axı peşələrin insanın xarakterinə və şəxsiyyətinə müəyyən qədər sirayət etdiyini bilirik. Kim idi, nə idi Emin Pirinin sirri?

Şairin qələmini “Mən qütb soyuğuyam” şeiri ilə sevmişəm.

      “Məndən baş çıxara bilmir

      Öz doğmaca anam belə

      Sənə də qəribə gəlir

      Nə təhər insanam belə”

Burada şair anasının onun haqqında olan təəssüratından söhbət açaraq  şeirdə insan xislətinin dəyişməyəcəyini vurğulayır.

  Daha sonra bir məktəblinin dilindən təbəqələşmənin ağrı – acısını söyləyən, ən böyük dəstəkçisinin anası olduğunu vurğulayan, sosial mesaj ötürən” Üç alma” şeirində şair yazır :

           Kişilər ağlamaz deyən anam

           yerimə özü ağlardı.

           Nağıl söyləyərdi,

            göydən üç alma

            düşməzdi nağıllarda

            deməzdi bunu anam –

            birdən ürəyimiz alma

            istəyər…

    Şairin 44 günlük Vətən müharibəsindən sonra  qələmə aldığı “Sən azadsan” şeirinin ilk misralarına baxaq (şair xatirələrindən birində cəbhəyə yollanmamışdan əvvəl anasının onun saçına xına qoyduğunu yazır, bu inancla ana oğlunun sağ salamat geri dönəcəyinə ümid edir) :

     Saçımda  anamın xınası,

      yolların ayaqlarımçün duası,

      gözlərimdə hələ bizim olmayan

       uzaqlıq

       deyir :

       Sən azadsan

       * * *

        Günlərdir danışmırıq

         bilirəm, narahatsan, ana.

  Vətəni uğrunda ölümlə göz gözə, nəfəs nəfəsə dayanan şair, ölümdən qorxmur, özünü yox, anasını düşünür, onun nigarançılığına üzülür.

     Bundan başqa “Mələklərə atılan mərmilər”, “Sağ qalan varmı?!. ” (maraqlıdır ki, şair burda ana obrazı olaraq əsgər anasını yox, əsgərin sevgilisinin anasını göstərir, əsgərə məktub yazan qızın anası öz balası üçün  narahat olur, gecə niyə yatmadığının səbəbini soruşur. Atalar əbəs yerə deməyib ki, ağlarsa anam ağlar, gerisi yalan ağlar.), “Ayağım özümdən qeyrətli çıxdı”, “Atəşkəs”, “Allahın zarafatı” şeirlərinin hamısında ana obrazı var.

    Şeirlərinin birində Allahı sevməyə qorxduğunu deyən şair digər bir şeirində Allahı Tanrıya əmanət edir. “Tanrı Səni qorusun, Allah! ” deyir. Burada İslam dinindən çox-çox əvvəl Türklərin sitayiş etdiyi Tanrıçılığın (Tengrinin) izlərini görürəm. Və nəzərə alsaq ki, qadın – ana İslamla müqayisədə Tengriçilikdə daha qutsaldır, yəni Tengridə matriarxal düşüncə tərzi, islamda isə patriarxal düşüncə ön plandadır. (bu islam hüququnun miras bölgüsündə daha aydın görünür)! Şairin anaya olan ülvi məhəbbətinin, sevgisinin Tanrıçılıqdan qaynaqlandığını düşünə bilərik.

    Maraqlıdır ki, ata obrazına  şairin yalnız bir şeirində və ilk, hələki həm də tək hekayəsi olan “Əyyaş ata” da rast gəlmişəm. “Dünyanın ən təmiz yalanı” şeirində şair deyir :

         Yağma qar,

          yağma

           əlcəyim olmasa da

           əllərim üşümür mənim

            atamın

             “daha yeddi yaşın var

              böyük kişisən

             heç kişi də əlcək taxar?!”

              sözləri üşüdür məni.

  (Burda yeddi rəqəmi də təsadüfi deyil, belə ki, psixoloqlar insanın formalaşmasının ilkin və əsas mərhələsini 0-7 yaş aralığında götürürlər. Və insan yeddisində nədirsə yetmişində də odur məsəli burdan qaynaqlanır.)

  Sosial problemlərin ağuşunda çarəsiz qalan atanın məsum yalanı obrazın ruhunu üşüdür. O atasını anlayır, amma anası ilə dostlaşır. Çünki ana obrazı ona heç yalanın məsum olanını da danışmır, sadəcə dəstək olur, aralarında güvəndən, inamdan yaranan möhkəm bir bağ var. Və yenə əvvəl də qeyd etdiyim kimi “Əyyaş ata” hekayəsində daha bir ata obrazı var, əyyaş ata içki ala bilmək üçün qəhrəmanın anasını döyüb, zorla nişan üzüyünü əlindən alanda qadın qayıdır ki, “heç olmasa uşaqlara da nəsə al”, biz bu səhnədə də qadınlığını analığına, övladlarına qurban vermiş fədakar, cəfakeş ana obrazı görürük.

  Şairin qadını qınaq obyektinə çevirməsini isə “Abort stolunda  yalvaran körpə” şeirində görürük, şair burada qadını ana olmaq istəmədiyi üçün, bətnindəki körpəyə qıydığı üçün qınayır. Və bundan da bir daha aydın olur ki, şairin əsas obrazlarından biri fədakar, cəfakeş ana obrazıdır.

   Daha maraqlı bir məqam da odur ki, səngərdə komandir Piriyevin hədəfi düşmən cəbhəsi, düşmən əsgəri olsa da, şair Emin Piri Allahla haqq hesab çəkir, (atalar yaxşı deyib ki, uman yerdən küsərlər) . Hərbi xidmətdə olduğu dövrdə canlı şahidi olduğu bir səhnəni qələmə aldığı “Sağ qalan varmı?!” şeirində fevral şaxtasında üşüyən güllə isinmək üçün əsgər sinəsi axtarır. 44 günlük Vətən müharibəsindən sonra qələmə aldığı “O na məktub” şeirində isə “ürəyi istidən sıxılan bir düşmən mərmisi  mayorumuzun ürəyində sərinlədi ” deyir . Bu humanizm də onun şeirlərini bəşəriləşdirir.

  Bu yaxınlarda şair sosial şəbəkələrdən birində uşaqlıq xatirələrindən birini paylaşaraq yazır : “Anam mənə toplama – çıxmanı fındıqla öyrətmişdi. Ən çox sevdiyim çıxma əməli idi. Məsələn, on fındıq qoyurdu, deyirdi birini ye, neçəsi qaldı? Mən də birini yeyirdim, qalanlarını sayırdım. Beləcə öyrənirdim. Anama deyirdim ki, üstəgəllərdən sual vermə, ancaq çıxmalardan soruş. Həyatda da çox şey belədir” yazır. Mən bu sətirləri oxuyanda həm də türkcədə oğlumun ev tapşırığını yazdırırdım. Tapşırıq Atatürk haqqında verilmiş mətnlə bağlı sualları cavablandırmaq idi. Mətndə yazılmışdı ki, balaca Mustafa (M. K. Atatürk nəzərdə tutulur) atasının ölümündən sonra anası və bacası ilə birgə dayısının fermasına köçür və orda tarlada gözətçi olur, təhsildən uzaq düşür, bu vəziyyətə anası Zübeydə xanımın ürəyi dözmür, Mustafanın təhsil alması üçün bütün çətinliklərə baxmayaraq Selanikə geri dönür və beləliklə M. K. Atatürk təhsilinə davam edir.  Elə həmin məqamda mən Emin Pirinin təmkinli görkəminin, həyalı simasının sirrini çözmüş oldum. Bu sirr kim idi? Ana idi. Şairin ilk müəllimi olmuş anası idi. Bu sirr nə idi? Zamanında verilmiş doğru, düzgün tərbiyə, təhsil idi. Emin Piri – möhtəşəm bir ananın əsəridir. Vətən anadan başlayır deyirlər. Vətən, xalq öz qeyrətli, vicdanlı, mübariz oğullarını  layiqli, gözəl analara, Zübeydə analara borcludur. Əllərinizdən öpürəm, gerçək analar, gözəl analar.

Müəllif: Turan NOVRUZLU


TURAN NOVRUZLUNUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN AYB YARANDIĞI GÜNDÜR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ

Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birliklərin və məclislərin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə “Türk ədib və şairlər ittifaqı dərnəyi” təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik “İldırım” adlanırdı. “Qızıl qələmlər” ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi. “Qızıl qələmlər” cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirlər həyata keçirirdi. “Maarif və mədəniyyət” jurnalında (indiki “Azərbaycan” jurnalında), “Kommunist” və “Gənc işçi” qəzetlərində müntəzəm verilən ədəbi materiallar, “Qızıl qələmlər”, “Oktyabr alovları” almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi.

Təşkikatın rəhbərləri:

1934 – 1936 Məmmədkazım Ələkbərli

1936 – 1938 Seyfulla Şamilov

1938 – 1939 Rəsul Rza

1939 – 1940 Süleyman Rəhimov

1941 – 1944 Səməd Vurğun

1944 – 1945 Süleyman Rəhimov

1945 – 1948 Səməd Vurğun

1948 – 1954 Mirzə İbrahimov

1954 – 1958 Süleyman Rəhimov

1958 – 1965 Mehdi Hüseyn

1965 – 1975 Mirzə İbrahimov

1975 – 1981 İmran Qasımov

1981 – 1986 Mirzə İbrahimov

1986 – 1987 İsmayıl Şıxlı

1987 – indiki dövrü Anar

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC

ZAUR USTAC

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ədəbi layihələr fonunda “inkişaf”, yaxud Azər Turanın “Janra sığmayan mətnlər”i – Əli bəy AZƏRİ

ƏLİ BƏY AZƏRİ

Azərbaycan ədəbi mühitində bir canlanma müşahidə olunmaqdadır. Bu canlanma heç də ədəbi proseslərin sürətləndiyindən təsirlənən qələm əhlinin fəallığının göstəricisi deyil. Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayöncəsi bir növ hesabat xarakterli məruzələr ətrafında baş verən müzakirələr buna rəvac verir.

Mülahizələrim subyektiv görünsə belə, mənə görə, məruzələr arasında hələ ki ən diqqətçəkəni Azər Turanın “Janrın sərhədlərinə sığan və sığmayan mətnlər”idir. Göz önündə publisistikanın yaratdığı ədəbi həyatın al-əlvan çalarlarından ibarət gözəl mənzərə canlanır. Təkcə son yeddi ilin deyil, bəlkə də müstəqillik dövründən üzübəri publisistikanın həyatımıza necə daxil olmasını şərh etməyə ehtiyac yoxdur. Publisistika heç vaxt indiki kimi insan həyatında vacib rola malik olmamışdır. Müasir insanı bir an belə informasiyadan kənarda saxlamağın mümkünsüzlüyü həddinə gəlib çatmışıq. 

Müəllifin böyük coşqu və həvəslə işləyib-hazırladığı məqalə-məruzədə diqqəti yönəltmək istədiyi heç də bu deyil. Azər Turan bu səpkidə ən başda duran Əli bəy Hüseynzadənin “Fürusəti-siyasət”indən danışır, qiymətli sənət əsərini Anarın “Yaşamaq haqqı” ilə müqayisələndirir. Qeyd edir ki, “Yaşamaq haqqı” nəinki haqqında danışmağa, eləcə də böyük bir dövrü və əsərləri onun ətrafında və işığında, onunla bağlantılı şəkildə təhlil etməyə imkan verən əsərdir. (Sitatın sonu).

Ədəbi mühitdə hamıya aydındır ki, Azər Turan “Ədəbiyyat qəzeti”nə baş redaktor təyin olunandan sonra qəzetin çapında nail olduğu inqilabi dəyişikliklə paralel, böyük bir işin də bünövrəsini qoydu. Rüstəm Kamal, Elnarə Akimova, Nizami Cəfərov, Tehran Əlişanoğlu, Cavanşir Yusifli, İradə Musayeva və başqa bu kimi ədəbi həyatımıza biganə qala bilməyən söz adamlarını ətrafına toplayaraq ciddi müzakirələrin aparılmasına start verdi, hansı ki, bu müzakirələr sayəsində bir çox mətləblərə aydınlıq gətirildi. Böyük auditoriyalar həmin müzakirələr nəticəsində üzə çıxmış materiallardan mənbə kimi bəhrələndi. Müzakirələr təkcə ədəbi sahəni deyil, bütövlükdə ölkə həyatını əhatə etməyə yönəldi. Müəllif özü bunu belə qeyd edir: “…”Ədəbiyyat qəzeti”ndə keçirilən müzakirə saatlarında təkcə ədəbiyyatımızın deyil, ümumən, fikir həyatımızın müxtəlif problemləri hər zaman diqqət mərkəzində olub. Ədəbiyyatın ən müxtəlif məsələlərini müzakirə etmişik. Amma biz bəzən bilərəkdən ədəbiyyat sferasından kənara adlamışıq, məsələn…”. Burada Azərbaycan Cümhuriyyəti tarixi, Repressiya dövrü, Kərkük və Azərbaycan ədəbiyyatı, Cənubi Azərbaycan ədəbiyyatı barədə fikirlər söylənmiş, paralel və təhlillər aparılmış, həmin dövrlərin ədəbiyyatda öz əksini necə tapması barədə müzakirələr keçirilmişdir. Desələr də ki, ədəbiyyat siyasi həyata müdaxilə etmir, burda bir şirin yalan hiss etmək mümkündür. Çünki ədəbiyyatdan kənarda heç bir siyasət yoxdur, ədəbiyyat özü həyatdır, həyat isə həm də siyasətdən ibarətdir. Sözsüz ki, həyatımızın bütün dövrləri ədəbiyyatın vacib bölməsi olan publisistikada öz əksini çılpaqlığı ilə tapmalıdır.

Müəllif bugünkü baxımdan çox dəyərli hesab olunan məqaləsində bir çox mətləblərə toxunmuşdur. Publisistikanın genişliyindən və bu genişliyin imkan dairələrindən bəhs etmişdir. Bədii publisistika növündən söhbət açmış, esse ilə aradakı sərhədin mövcudluğundan, bəzən bu sərhədin elə asanlıqla “pozulduğu” məqamları incələmişdir. Əlbəttə ki, bu məsələ daha çox müəllifin əhatə etmək istədiyi mövzudan, onu necə qavramasından və ictimaiyyətə çatdıra biləcəyi peşəkarlıq səviyyəsindən asılıdır.

Azər Turan məruzə-məqaləsində hələ sovet dövründə baş tutmuş bəzi ədəbi hadisələrlə müstəqillik dövründə olanlar arasında paralellər qurmağa çalışır və ürək yanğısı ilə qeyd edir: “Müstəqillik dövrünün publisistikasında sovet dövründə yaranmış – Anarın “Dünya bir pəncərədir”, Qəzənfər Paşayevin “Altı il Dəclə-Fərat sahillərində”, Sabir Rüstəmxanlının “Ömür kitabı” səviyyəsində əsərlər yazılmadı. İndi tarixə 30 illik bir uzaqlıqdan baxanda böyük bir nəslin, daha doğrusu, Azərbaycanın müstəqilliyinə doğru axın edən nəslin, əsasən, bu üç kitabın şinelindən çıxdığını kim etiraf etməz?”. Olduqca doğru və obyektiv yanaşmadır. Hər hansı bir nəsil aparıcı missiyanı öz üzərinə götürmüş müdrik kitablardan bəhrələnməlidir, o əsərlərdən ki, müəyyən inkişaf yolundan nəticələr çıxarmış və gələcəyə istiqaməti müəyyənləşdirmək yolunda mayak rolunu oynayır. 

Azər Turan daha bir məsələyə toxunur. Bunu, ədəbi proseslərin inkişafına “planlı təkan” da adlandırmaq olar. Madam ki, sovet dövrü ilə müstəqillik dövrünün bəzi müqayisəli təhlili məqalədə yer alıb, bunu da analiz etmək mümkündür. Sovet dövründə qələm əhli qarşısında müəyyən mənzərələr canlandırılırdı; kolxozçunun firavan həyat tərzi, işıqlı sabahlara addımlayan zəhmətkeş sovet ailəsi, əmək cəbhəsində yarışan mexanizatorlar, ölkəni ağ günə aparacaq “ağ qızıl” ustaları və s. Qələm əhli həmin məhdud çərçivədə manevr etmək imkanına malikdi. Əks halda onun əsərləri işıq üzünə həsrət qalacaqdı. İndi, müstəqillik dövrünün prizmasından yanaşsaq, həmin “planlı inkişaf”ı əvəzləyəcək ədəbi layihələr həyata keçirilir. Publisistikanın missiyası layihələr çərçivəsində həyatı canlandırmağa məhkumdu. Azad yazıçı çox zaman həmin layihələrdən kənarda qalır. Çünki layihə irəli sürən təşkilat, yaxud adam əvvəlcədən çəkəcəyi məbləği müəyyənləşdirdiyi kimi “öz qəhrəmanını” da planlayır. Nəticədə, göz önündə canlandırılan mənzərə qənaətbəxş olmur. Real nümunələr kifayət qədərdir. Hətta QHT-lər hesabına indiyə kimi “zəfərnamələr” silsiləsindən neçə-neçə kitab çap olunsa da, 44 günlük Vətən müharibəsini üzdə tutacaq əsl Zəfərnamə hələ yazılmayıb. Deməli, belə layihələrin xeyrindən çox, ziyanını görürük. Elə Azər Turanın da diqqət çəkmək istədiyi məqam budur.

Mənbə: edebiyyatqazeti.az

Müəllif: ƏLİ BƏY AZƏRİ

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

AZƏR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RƏMZİ DÖNMƏZ “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

DİPLOMU DOĞRULAMA LİNGİ: >>>>> LAUREATLAR

Tanınmış şair və pedaqoq Rəmzi Dönməz “Günahın kölgəsi” adı yeni kitabının ışıq üzü görməsi münasibətilə “Ziyadar” Mükafatına layiq görülüb. Təqdimat saat 11 iyun 2022-ci il, saat 16:00, “Kitabevim.az”da (28 May) baş tutacaq. Məlumatı oxuyan hər kəs tədbirə dəvətlidir!

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC HAQQINDA

ZAUR USTAC

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MİNA RƏŞİDİN ŞEİRİ

MİNA RƏŞİDİN YAZILARI

SALAM, QIRMIZI LALƏLƏR!
Dünya möminin zindanı –
Bir gün gülər, beş gün ağlar.
Salam, nəhrlər, dənizlər,
Salam, çöllər, salam, dağlar!
* * *
Dünya, sənə salam olsun!
Salam, yolda qara daşlar…
Salam, qara qarışqalar,
Salam, göyü qucan quşlar!
* * *
Salam, şəhid məzarları,
Güllü cənnətmi oralar?
Salam, qırmızı lalələr,
Salam, qırmızı yaralar…
* * *
Salam, köhnə-təzə dərdim,
Salam, dərdi soranlarım.
Salam, uçulan təndirim,
Salam, Ordu quranlarım!
* * *
Sən, ey Tanrım, bizə yar ol!
Bu didərgin duasıdır…
Peyğəmbər savaşı kimi
Haqqımızın savaşıdır.

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Budaq Təhməz

BUDAQ TƏHMƏZ

Budaq Təhməz – 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı Siyaqut kəndində anadan olub.
Naxçıvan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib.
1970-ci ildə yaradıcılığa başlayıb.
Şərurda “İşıqlı yol” qəzetinin nəzdində “Şərur qönçələri” ədəbi dərnəyinin yaradıcılarından və təşkilatçılarından biri olmaqla yanaşı həm də uzun illər dərnəkdə fəaliyyət göstərib.
“Aşıq Nabat” kitabının tərtibçısı olmuş Budaq Təhməzin şeirləri Türkiyə və İran mətbuatında dəfələrlə çap olunub.
“Mən vətənin oğluyam”, “Şair ürəyi” və “Kəndimizə bir qız gəlib şəhərdən” şeirləri Türkiyə türkcəsinə uyğunlaşdırılaraq Türkiyə “Ədəbiyyatçılar və kültür adamları” ensiklopediyasında dərc edilib.
Silsilə şeirləri filologiya elmləri namizədi Şamil Zaman tərəfindən fransız dilinə tərcümə olunub.
Bir çox şeirinə musiqi bəstələnən şair aşıq və folklor yaradıcılığı barədə bir çox elmi məqalələrin müəllifidir.
Şair təbiət gözəlliklərinə, yurd yerlərinə, tanınmış insanlara əsərlər həsr etsə də, yaradıcılığının əsas mövzusu “Vətən mövzusu” olmuşdur.
Keçən əsrin 70-ci illərində bir çox yazıb yaradanlar kimi Budaq Təhməzin də mövzularından biri Cənubi Azərbaycan haqqında olmuşdur.

BUDAQ TƏHMƏZİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RƏMZİ DÖNMƏZİN YENİ KİTABI ÇAP OLUNUB – TƏQDİMAT OLACAQ

11 iyun 2022-ci il saat 16:00-da “Kitabevim.az”da   (“28 MAY”) tanınmış şair, pedaqoq Rəmzi Dönməz “Günahın kölgəsi” adlı yeni kitabını təqdim edəcək. Məlumatı oxuyan hər kəs dəvətlidir. Sizi gözləyəcəyik.

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VAQİF YUSİFLİ YAZIR

VAQİF YUSİFLİNİN YAZILARI

ÇİÇƏKLƏR, DAĞLAR XUDAYAR  DASTANI

(Zaur Ustac sözünün sehrində)

Şairlər çiçəklərə,  güllərə sevgi dolu şeirlər həsr edərlər. Əsrlər boyu bənövşə, lalə, qərənfil, qızılgül poeziyamızın əbədi obrazlarına çevriliblər. Qurbaninin «Bənövşə»si yüzlərlə bənövşələrin şeirimizdə ətirli sərgisinə dönüb, «Heç yerdə görmədim düz bənövşəni» deyib ustad. Xətai qızılgülü candan əziz tutduğu sevgilisinə bənzədib:  «Qızılgül, bağü-bustanım, nə dersən, Fəda olsun sənə canım, nə dersən?».  Xan qızı Natəvan qərənfili çiçəklərin ən gözəlinə bənzədib, qərənfillər 20 Yanvar faciəsi günləri bütün Azərbaycanı matəm çiçəkləri kimi bəzədilər: «Qərənfil, şəhid qanı, Ağla, qərənfil, ağla». Lalə isə çöllərimizinn, düzlərimizin  qırmızı xalısı kimi  hamımıza gözəllik bəxş edirlər, Rəşidin mahnısında yaşayır o lalələr.

 Şair Zaur Ustac da çiçək sevgilərini şeirlərində dönə-dönə vəsf edir. Onun poeziyasında güllərin, çiçəklərin ayrıca bir hüsnü, lətafəti var- bu güllər, çiçəklər insan qəlbinin təbiətlə vəhdətini əks etdirir. İnsan niyə gül-çiçək aşiqidir, niyə bənövşə ilə həmdərddilər, niyə laləyə – onun gözəlliyinə baş əyirlər, niyə qızılgülləri sevgililin gözəlliyi ilə bir tuturlar? Bu milli-mənəvi dəyərlərimizin bir kriteriyası deyilmi? Poeziyamızda insan-təbiət paraleli – insanda təbiəti, təbiətdə insanı təcəssüm etdirmək klassik poeziyanın da, müasir şeirimizin də aparıcı bir xəttinə çevrilib və bu missiyanı həyata keçirmək Zaur Ustaca da həvalə olunur.

 Zaur Ustac  «Ağçiçəyim» və  «Şehçiçəyim» şeirlərində özünün çiçək sevgisini mütləqləşdirir. Əslində, o, bu çiçəkləri vəsf edirkən, metaforik bir üsula  əl atır- əslində, onun vəsf etdiyi çiçəklər gözəlliyin özüdür, təbiətin gözəllikdə təcəssümüdür.

     Dümağsan, qar sənin yanında qara,

     Tanrım rüsxət verib, baxmayıb qara,

     Bu qarlı qış hara, tər çiçək hara,

     Xoş gördük, günaydın, ay Ağçiçəyim!

«Şehçiçəyim» şeirində isə həm təbiətin bu nadir çiçəyinin-bu canlı gözəlliyin tərənnümü ilə qarşılaşırıq, həm də bu çiçəyin bir sevgili timsalına döndüyü ifadə olunür.

      Tacısan dünyamda tum çiçəklərin,

      Köksündən bal süzən, tər Şehçiçəyim…

      Sehrinə düşmüşəm nur ləçəklərin,

      Əqli başdan alan zər Şehçiçəyim…

    Cəzbində qalmışam, tamam çar-naçar,

    Sağımda, solumda çox çiçək açar,

    Pərvanəyə dönü, dövrəmdə uçar,

    Sərrafam, seçmişəm, dürr Şehçiçəyim.

    Bir kərə, bir anlıq olsa da vüsal,

    Ruhuma rahatlıq verməyir xəyal,

    Sonu ölümsə də, gəl qoynuna al,

    Həsrətlə yaşamaq, zor Şehçiçəyim…

Çiçəklərə sevgi «İnci, qərənfil» şeirində başqa bir məna kəsb edir. «Ağçiçəyim» və «Şehçiçəyim»də  gözəlliyə vurğunluq hissi ön plana keçirsə, «İnci, qərənfil»də  məhzunluq,  çiçəyin halına acımaq duyğusu ilə qarşılaşırıq. Bu da heç şübhəsiz, 20 Yanvar qərənfillərinin təəssüratından irəli gəlir.

    Olsan da bu işdə ən son müqəssir,

    Gəl, məndən incimə, inci qərənfil.

    Utanc çiçəyisən, utanc çiçəyi,

    İstəsəın lap məndən inci, qərənfil.

Şeirdə inci sözü iki məna daşıyır, həm ən bahalı zinət  (inci), həm də incimək sözünün kökü (incimək, küsmək) kimi. Şair niyə qərənfilə «qaxınc çiçəyi» deyir? Bəlkə də bu deyimlə razılaşmamaq olar, amma bu «həya örpəyi»nin şəhid qəbirlərinə düzülməsi onu mütəəsir edir. Nəhayət, çiçəklərə sevgi onun  «Matah çiçək» şeirində daha bariz nəzərə çarpır.  «Matah»  sözü burada sırf müsbət mənada işlənir və bütün çiçəklərə aid olur:

    Əzəldən ağ çiçək dedim,

    Cəzbində Şehçiçək dedim,

    Gözlədim, Balçiçək dedim,

    Bərzəx ruha dağ, çiçəyim,

    Ay mənim matah çiçəyim.

Zaur Ustacın dağlara həsr etdiyi şeirlər də insan-təbiət vəhdətini əks etdirir.  «Dağlar» şeiri «Ruhuna min rəhmət, Dədə Ələsgər» epiqrafI ilə başlayır və hiss olunur ki, bu qoşma ustadın poetik ənənəsini davam etdirmək cəhdindən yaranıb. Zaur Ustac təbiətin – gül-çiçəyin zərifliyindən  onun zirvəsinə-dağlara yol alır. Amma bu şeirdə Dədə Ələsgər ruhu dolaşsa da, Zaur Ustac dağlara müasir bədii təfəkkürlə yanaşır.

     Nədəndi, ürəyim çırpınır y  enə,

     Gördükcə hüsnündə məlalı, dağlar?!

     Yağı cövlan edir, dağıdır yenə,

    Qoynunda  büsatı, cəlalı, dağlar!

    Dünya belə qalmaz, dəyişər zaman,

    Yenə dövran olar, həmənki dövran,

    Bulaqlar başında məclislər quran,

    Oğullar ərsəyə gələli, dağlar!

«Dağlar» adlı başqa bir şeirdə isə kövrəklik notları qürur hissləri əvəz edir. Artıq işğalda olan dağlar da azad olunub. Və şair Azərbaycan tarixinin zəfər dolu səhifələrini yada salır:

    Xətai qırmadı könül bağını,

    Nadir unutmadı hicran dağını,

    İlhamın silahı əzdi yağını

    Dəmirdən yumruğun mübarək, dağlar!

Təbiətin adicə bir yarpağı da şeirə gələ bilər və Zaur Ustac  «Yarpaq və torpaq» şeirində  Yarpağın və Torpağın obrazlarını yaratmaqla  maraqlı bir şeir ərsəyə gətirmişdir:

    Bizə can verənin canın almayaq,

    Bu iki aşiqin yolun burmayaq,

    Yarpağı torpağa həsrət qoymayaq,

    Yarpaq elə torpaq, torpaqdır yarpaq.

    Zaur Ustac bu günün, yaşadığımız gerçəkliklərin şairidir. Biz onun güllərə, çiçəklərə, dağlara həsr elədiyi şeirlərlə söhbətə başladıq.Yəni şairin zəriflik, kövrəklik hisslərinin təbiət gözəllikləri ilə necə qaynaqlandığını nəzərə çarpdırdıq. Amma Zaur Ustac bir-birindən fərqli müxtəlif mövzularda şeirlər yazır. Bu şeirlərin bir qismi vətənpərvərlik, yurdsevərlik motivləri üzərində köklənib.  Onun Mübariz İbrahimova, Polad Həşimova, İlqar Mirzəyevə həsr elədiyi şeirlər bu Milli Qəhrəmanlarımıza poeziyanın bir az hüznlü, amma daha çox qürurla söylənilən xitablarıdır.  «Can ay ana» şeində şair Polad Həşimovun anasının oğlunun məzarı önündə düşüncələrini təqdim edir. «Can  ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var». Onun İlqar Mirzəyevə həsr elədiyi bir neçə şeiri var və bu şeirlərin hər birində qəhrəmanlığın tərənnümü ilə qarşılaşırıq:

          Hər şey belə başladı,

          Gülə-gülə getmişdin.

          Döndün üzdə təbəssüm,

          Çöhrənə həkk etmişdin.

          Tək getmişdin gedəndə,

          Yüz min olub qayıtdın.

          Özün getdin yuxuya,

          Milyonları oyatdın.

İkinci Qarabağ müharibəsinin dillərdə dastan olan qəhrəmanlarından biri də Xudayar Yusizadə idi.  Ölümündən qabaq  Xudayar sözləri Əliağa Vahidin olan bir mahnı  oxuyur. İndi bu mahnı-təsnif  «Xudayar təsnifi»  adlanır. Zaur Ustac Xudayar haqqında sonetlər çələngi düzüb-qoşub.  Sonetlər çələngi düzüb-qoşmaq şairdən istedad tələb edir, gərək bu şeir növünün formal tələblərinə əməl edəsən, həm də on beş sonetdə məzmunu, irəli sürdüyün qayəni, məqsədi sonadək eyni ardıcIllıqla davam etdirəsən. Hər sonetin axırıncı misrası sonrakı sonetin ilk misrasına çevrilir və axırda-on beşinci sonetdə yeni bir sonet yaranır. Fikir tamamlanır. On beşinci soneti (italyan soneti formasında) sizə təqdim edirik:

     Xudayar çağırdı anan adını,

     Şəfqətlə əyilib öpdü üzündən.

     Səni məhəbbətlə bağrına basdı,

     Oğul ətri gəldi kövrək sözündən.

     Böyüdün həyatda ər oğlu ərtək,

     İstədin yurddaşın olsun bəxtiyar.

     Qarabağ uğrunda gedən savaşda,

     Adını tarixə yazdın, Xudayar.

     Şəhidlik köynəyi geydin əyinə,

     Düşməni almadın heç vaxt eyninə,

     Qartaltək uçduğun  zirvəyə döndün.

     Səsindən qələbəətri ələndi,

     Zəfər sevincinə torpaq bələndi,

     Vətəndə əbədi nəğməyə döndün.

Bu yazıda Zaur Ustacın bir sıra şeirlərinin adını çəkə bilərik ki, bu şeirlər onun fərdi üslubu barədə müəyyən təsəvvür yaradır.  Fikrimizcə, onun təbiətə, onun ayrı-ayrı fəsillərinə və gözəlliklərinə həsr etdiyi şeirlər daha uğurludur. Hiss olunur ki, Zaur Ustac təbiəti yaxşı duyur, təbiətlə insan akrasındakı vəhdəti də şeirlərinə gətirir. Onun Ali Bavş Komandan İlham Əliyevə, üçrəngli bayrağımıza həsr etdiyi şeirlər də poetik baxımdan sanballıdır.  «45»  şeirlər kitabında toplanan sevgi şeirləri barədə də xoş sözlər söyləməfk olar, belə ki,  Zaur Ustac sevgi şeirlərində yaşanılan, duyulan hissləri qələmə alır. Bu şeirlərin birində onun sevgiyə, sevilən qadına, gözəl qadına münasibəti dolğun şəkildə öz ifadəsini tapır:

    Gözəl sima, heç gözəllik deyildir,

    İncə bədən, heç incəlik deyildir,

    Zərif tellər, heç zəriflik deyildir,

    Gözəl insan, sən daxilən gözəılsən!

«Bütöv Azərbaycan» qəzetində (6 may nömrəsində)  Zaur Ustacın yeni şeirləri ilə tanış oldum. «Elə ad verin ki, bəxti yar olsun!!!»  şeirində üzünü atalara tutub deyir ki, qız uşaqlarınız dünyaya gələındəonlara uğurlu adları əsirgəməyin, «Ya Humay çağırın, ya Sona deyin, Elə ad verin ki, bəxti yar olsun!». Rəşad Məcidə ünvanladığı «Ağ adam» şeirində  Ağdam və Ağcabədi adlarının kökünə varır. Vaqif Mustafazadəyə həsr etdiyi və ingilis soneti formasında yazdığı şeiri də Vaqifin sənətkar portretini yaratmaq mənasında uğurludur. Və biz Zaur Ustaca belə gözəl şeirlər yazmaqla yolunu davam etməyi arzulayırıq!

Müəllif: Vaqif YUSİFLİ

VAQİF YUSİFLİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru