
- SUSMAq üçün ən gözəl yol DANIŞmaqdır,
göndər getsin sahibinə
mesajları səndə qalan səni vurar,
qəlbin darmadağın olar…
- Nə oldu susdun…
Yaxşı, danışma…
onsuz da danışanları heç kim başa düşmür,
gözlərimin içinə bax:
O Dünyada ÖZünü görəcəksən…
- Sənə VERILƏN bu— QƏDƏR di
Dəyişmək istəyənin dərdi
Daha Gözəl Görünməkdi,
Daha Özəl Görünməkdi.
Qədərini dəyişdin..
sən… fərqində deyilsən,
amma sənin
DƏRDin RƏBBinlədi…
- Günahlarım
karıma gəldiyi üçün
günahkar olmuşam
gözüm görsə də …
qulaqdan kar olmuşam…
neçə-neçə Ah almışam…
aldıqca almağım gəlir…
Gəlir gəlir,
AH gəlir, VAH gəlir…
- Xəyallarıma büküb kəfənləmişdim
özüm özümü basdırmışdım xatirələrimdə…
Bir səs qapını döydü:
-Ana sən ölsən mənə kim baxar?
Yadlma düşdü ki, xəstə balam var…
Kəfənimi söküb çıxdım:
Ölməyə vaxtım yoxdur… onsuz da…
…ayaq üstə gəzən ölüyəm…
- Oyanmış xatirələri
həmən yatırmayın,
qoy bir az gəzib dolaşsınlar,
özləri gəlib yatacaqlar,
ya da ki, birdəfəlik çıxıb gedəcəklər
keçmişin dərin sularına…
- Artıq olan və işlənmiş
əşyaları tulla getsin…
Küncdə qalıb işlənməsə,
onlar səni qınayacaq:
hər kəs yerini tapacaq.
- Şəklini DİVARdan asmadım çünki
Onun yeri divar deyil ki,
“uşaq”lar baxıb qorxsunlar;
Onu qırmızı odamın bir küncündə GİZLƏtdım,
çünki ÜSTünə ALLAH YAZIlib,
burası daha ETIBARlı
- Xatirələr İNCİ(dir)kimi deşiləndə ağrı verir;
Sapa düzülüb BOYNUMdan Asılar…
taleyimi OXUya BİLən oxusun deyə,
ikisini də SAXLAdım…
qulağıma küpə olsun deyə…
- Atam məni qucagında oynatmadı,
Gendən baxdı, qürur duydu, ağlatmadı,
Mən ağladım o narahat olanda,
Sevgini, çörəyi mən tapdım onda…
- Sakit sular yalançıdır, inanma…
Gizlədib özünü səni batırar…
Dalğa keçib səni bir az oyalar
Görərsənki nə əl qalıb, nə ətək…
- ÜSTümu AÇMAyın eldən AYIBdır,
ALLAH göydən BAXır, MƏLƏKlər YAZır.
Büküb ƏTİRləyin GÜL ətri gəlsin;
SEVGİLİ (s.a.s) gözləyir məni QƏBR(EV)də
- QIZdırma qırmızı-qırmızı ÖNümü KƏSdi,
Kəsməsəydi yanacaqdım,
üstümə su tökməyin,
Mən ONSUZ DA-YANıram…
- Başım üstdə çox gözlədin,
oyanmağım uzun çəkdi nədəndi.
Bir oyansam, getsəm ƏSL YERımə
Ürək çəkə bilməz bu – QƏDƏR DƏRDi…
- Məni gördün dəli oldun DƏRDimdən
Yenə parçalanmış İçim GÖRündü
GÜCüm də çatmayır gizlədim qardaş,
ələ verir məni gözümdəki yaş…
- Qoymadın bir ölüm qalım yerimdə:
qəbrimi qazıyıb ordan çıxardın.
Orda mən baxırdım maraqlı filmə.
ŞƏKİL ÇƏKib öz dalınca APARdın.
- O DÜNYAdan köməyinə GƏLmişəm,
BU DÜNYAdan nə apardım bilmədim.
APARdığım çox XOŞ GƏLdi RƏBBimə:
Tər TƏMİZ RUH, QIZIL ÜRƏK APARdım…
Müəllif: AFƏT ŞAHİD
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru