QURBANIN OLUM
İçimdəki tufandan xilas olmur ürəyim,
Bağlanır e, önümdə uzanan həyat yolum.
Taqətim də kəsilir alışır hey kürəyim,
Ruhum çıxır cismimdən sanıram gəlib sonum,
Mənə “Qurbanın olum” demə, qurbanın olum.
* * *
Səndən gələn ağrını gözlərimə çəkərəm,
Həsrətindən olsa da bir ömür sevgi donum.
Sənə gələn hər dərdi sözlərimə tökərəm,
Necə bitirsə bitsin, sənlə bitsin qoy sonum,
Mənə “Qurbanın olum” demə, qurbanın olum.
* * *
Sən olmasan bu dünya zülmət olar ruhuma,
Öyrənmişəm sevdana, sənlə döyünür solum.
Dolanaram başına gəlsən bir kəs yuxuma,
Odda yanmaqsa əgər, razıyam olsun sonum,
Mənə “Qurbanın olum” demə, qurbanın olum.
Müəllif: Yadigar TƏVƏKGÜL
YADİGAR TƏVƏKGÜLÜN YAZILARI
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru