
“Yazarlar” Xatirə Səfəri (Səfərova Xatirə) təqdim edir:
Xatirə Səfəri (Səfərova Xatirə) 22.08.1988 ci ildə Qəbələ rayonunda dünyaya gəlib. Bakıda yaşayır. Hal -hazırda Bakıda 316 nomreli tam orta məktəbdə ingilis dili müellimi kimi fəaliyyət göstərir. Hekayələr və şeirlər müəllifidir. Şeirləri müxtəlif antalogiyalarda
(Günəşin nuru, Zəfər qoxusu , Zərif kölgələr), saytlarda (oxumeni.az, ziyalılar.az və s) qəzet (noqte qəzeti) ve jurnallarda ( Azad qələm, gufte edebiyyat ) (Qarabağ müharibəsinin ilk generalı kitabında) çap olunmuşdur.
Bu gün onun doğum günüdür!
“Yazarlar” doğum günü münasibətilə tanınmış şair, pedaqoq Xatirə Səfəri təbrik edir, yaradıcılıq uğurları və sağlıqlı ömür arzulayır. Uğurlarınız bol olsun əziz və gözəl insan!!! Bir daha təbriklər!!!
Xatirə Səfərlinin şeirləri:
Qayıt…
Sən qəlbimə saldığın o təlatümdən söylə
Necə baş çıxararam, necə xilas olaram
Uzun-uzun baxmağın, dərin-dərin düşünmən
Sənsizlikdən heçnəyəm , haçan yenə dolaram?
Unutdum əlifbada adından başqa bütün
Hərfin mövcudluğunu, sözlərin varlığını
Gedişinlə göstərdin dünyanın neçə küncdə
Neçə bucaqda olan o kiçik darlığını
Mən niyə Tanrı bildim..niyə tapındım sənə
Axı bütpərəst olmaq mənlik deyildi heçvaxt
Qüdrətinin ,gücünün həddi yoxdur gözümdə
Qəlbimdəki yerini əvəz etmir heç bir taxt
Baş qoyaram önündə ömrün son gününədək
Dodağından ,dilindən çıxan hər bir kəlmənə
Mən hansı dildə dua edim, sənə yalvarım
Sən insafa gələsən , qayıt ömrümə yenə
15.07.2023
Səni sevirəm
Səsin qulağımın ən xoş sədası
Gülüşün ruhuma paydır , birdənəm
Sürmüşəm yarama sən adlı məlhəm
Sabaha ağrısı qalmaz bir dənə
Qolların anamın qucağı kimi,
Nəfəsin duyduğum ən isti ocaq
Başımı dizinə qoysam o andan
Bütün küskünlüyüm unudulacaq
Dodağın cismimin atəş yeridir
Yandırar toxunsa bütün dərdimi
Görən sevənlərin eşqi, sevdası
Vüsala çatdımı ,sona ərdimi ?
Bizim məhəbbətin adını deyim?
“Bir qara eşq “olsun gərək ki, ismi
Sən necə sevirsən xəbərim yoxdur
Amma hər nəfəsdə doğulur cismim.
17.07.2022
Dostum
Saç ağarıb birbəbir dişlərin töküləndə
Qamətin də əyilib əməlli büküləndə
Ağlın itən zamanda, yaddaşın söküləndə
Bu həyatdan çalış sən beşəlli yapış,dostum
Olmaz bir daha ötən o cavanlıq çağların
Hər gün artar ürəkdə sağalmaz ağrıların
Varsa əgər xatirə dəftərdə varağların
Hər gün birin gəlsənə, mənə aç danış,dostum
Qocalığın ən böyük əlamətidir əsmək
Uşaq təki ən azı gündə yüz dəfə küsmək
O dünyaya hələki, lazım deyil, tələsmək
Amma vaxtın azalır , qalır bir qarış , dostum
Dünya sandığın açıb əməllərini yoxla
Özündən sevdiyinə mütləq xatirə saxla
Vaxtın çatıb həyatı indi son dəfə qoxla
Çiyinlərdə aparar ya yad , ya tanış, dostum
Bayrağım
Sən çıxmısan zülmət, zülmün içindən
Aydınlaşır daha bütün sabahlar
Ey uğruna ŞƏHİD olan bayrağım
Nahaq yerdə qalmayıbdı bu ahlar
Doya doya TORPAĞINDA gəzəsən
Bax qələbə qoxur artıq ,bu hava
Gözümüzü sevinc yaşı bəzəsin
Qələbəylə möhürlənsin bu dava!!
Yaşadıqca bu xalqımız, ordumuz
Fəxr eylə sən, qürurla sən, dalğalan!
Sənə baxıb köks ötürsün, düşmənin
Qoy əbədi köksü qalsın dağlanan!
2020
Nigaran
Səndən nagümanam ,səndən nigaran
Gecə də yatmağa qoymur düşüncən
Elə bilirəm ki çox fikir etsəm
Bəlkə sən də məni çox düşünərsən
Yastığı qoyuram o yan bu yana
Bu sərin havada yuxum da qaçıb
Ürəyim sıxılır, darıxıb yaman
Sirrini o mənə bu gecə açıb
Dünyanın dərdi də bitmir, İlahi
İnsanlar yaşayır kinlə, həsədlə
Dedim ki ,fikrimi dağıdıb baxım
Xəbərdə yenə də ölü, cəsədlər
Canıma üşütmə düşür bax o an
Ölümdən, itkidən kimsə danışsa
Bilmirəm nə edim, necə davranım
Kaş sənsiz bir işə başım qarışsa
26.08.2020
Mən susmağı o vaxtdan
Anamdan öyrənmişəm..
Anam bu evimizin
Ən müti qonağıydı..
O vaxt mənim atamın
şiddət saçan səsindən
Ən gözəl sığındığım
Yer mənim gül anamın
yamaqlı balağıydı..
Mənim döyülməyimsə
anamın hər gün üçün
ürəyinin yeməyi,
ürəyinin dağıydı..
Məni təsəlli edib,
gecə yatızdıranda
Oxuduğu laylalar
mənim üçün ağıydı.
Mən beləcə böyüdüm
Dəhşətli ağrılarla
Sevimli ağılarla
Sağalmaz qorxularla
Üzümdəki, dizimdəki
Atadan xatirəlik
Qan izli qoxularla..
Həyatın bu sınağı
Meni Hec sındırmayıb
Bu kiçicik yaşımda
Ata yumrugu qədər
Bax, hecnə yandırmayıb
Mənim sınıq qəlbimi
Atasızlıq dondurub
Mənim cırıq cibimi
Bir də aclıq doldurub
Acılarım , dərdlərim
Dayaq oldu , ölmədim
Mən atalı ömrümdə
Bircə dəfə gülmədim
Mən hər şeyə susmuşam
Qaygisiz günlərimi
Mən Burnumdan birbəbir
Ömür boyu qusmuşam
19.02.2021
Qadın
Bilinmir ,gülürsən ya ağlayırsan
Gülüşü üzünə sığmayan qadın.
Həyat bağçasında illər qət etdin
Bir dəfə xoşbəxtlik yığmayan qadın..
Qəlbində gizlidir bütün dərdlərin
Evinə xosbextlik saçan qadınsan
Bircə damla sevgi ,məhəbbət olsa
O gün çiçək kimi açan qadınsan
Gəzirəm gün boyu səndən ötəri
Mən əli dualı, dili dualı
Görəsən kim bilir cavabın, Allah
“Haçan xoşbəxt olar qadın “? sualın
10.06.2023
Müəllif: Xatirə Səfər
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
VAQİF POEZİYA GÜNLƏRİ 2023
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru