Konstantin Simonovun məşhur “Gözlə məni” şeiri

Rafiq YUSİFOĞLU “Konstantin Simonovun məşhur “Gözlə məni” şeirini çox adam dilimizə tərcümə edib. Bu da mənim tərcüməmdi. 12 il bundan əvvəl “Könül səltənəti” kitabıma da daxil eləmişdim. Həyat yoldaşları şəhid olanların çəkdikləri əzab-əziyyəti görəndə bu şeiri yenidən xatırladım və paylaşmaq qərarına gəldim. Allah şəhidlərimizə rəhmət eləsin, doğmalarına, əzizlərinə səbr versin!”

Konstantin Simonov
(Rusiya)
GÖZLƏ MƏNİ

Gözlə məni, qayıdacam,
Gözlə sən məni!
Gələcəyəm, sidq ürəklə
Gözləsən məni.
Gözlə məni, qar yağanda,
Yağış yağanda.
Yay günəşi od püskürüb
Səni yaxanda.

Gözlə məni, məktublarım
Kəsilsə belə.
Özgələrin ümidləri
Üzülsə belə…
Gözlə məni, ürəyində
Ölməsin inam.
Mənsizliyə öyrəşsinlər
Övladım, anam…

Sadiq dostlar gözləməkdən
Bezsələr belə.
Qədəhlərə acı şərab
Süzsələr belə! –
Yaxşı düşməz, ölən dostu
Yad eləməsən.
Onlarla bir içib məni
Yad eləmə sən!

Gözlə məni, inanma ki,
Öləcəyəm mən.
Ölümlərin acığına
Gələcəyəm mən.
Gözlə məni, qüvvə varmı
Sevgi gücündə?
Eşqin məni çıxaracaq
Odlar içindən.
Gözlə məni, gələcəyəm,
Ay qəlbi kövrək!
Gözləməyi bacarmazdı
Kimsə sənin tək…

Tərcümə edəni: Rafiq YUSİFOĞLU,

Константин Симонов

Жди меня, и я вернусь…
Жди меня, и я вернусь.
Только очень жди,
Жди, когда наводят грусть
Желтые дожди,
Жди, когда снега метут,
Жди, когда жара,
Жди, когда других не ждут,
Позабыв вчера.
Жди, когда из дальних мест
Писем не придет,
Жди, когда уж надоест
Всем, кто вместе ждет.

Жди меня, и я вернусь,
Не желай добра
Всем, кто знает наизусть,
Что забыть пора.
Пусть поверят сын и мать
В то, что нет меня,
Пусть друзья устанут ждать,
Сядут у огня,
Выпьют горькое вино
На помин души…
Жди. И с ними заодно
Выпить не спеши.

Жди меня, и я вернусь,
Всем смертям назло.
Кто не ждал меня, тот пусть
Скажет: — Повезло.
Не понять, не ждавшим им,
Как среди огня
Ожиданием своим
Ты спасла меня.
Как я выжил, будем знать
Только мы с тобой, –
Просто ты умела ждать,
Как никто другой.

1941 г.

Mənbə: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir