
Xalqımızı dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə ürəkdən təbrik edirəm.
QƏDƏMİ MÜBARƏK OLSUN
Təzə il yolunda, gəlir,
Şələsi dalında gəlir,
Qar qızı qolunda gəlir,
Qədəmi mübarək olsun!
Olsa da gözündə kədər,
Köhnəsi getmədi hədər.
Təzəylə açılar səhər,
Qədəmi mübarək olsun!
Zamanla bir-birin haqlar,
Təzə gülər, köhnə ağlar,
Şad olsun millətlər, xalqlar,
Gələni mübarək olsun!
Döyüşlər, vuruşlar bitsin,
Qan-qada köhnəylə getsin,
İnsanlar toy-bayram etsin,
Hər dəmi mübarək olsun!
Allahdan arzumdu, bir də,
Fənalıq bitsin bu ildə,
Nəğmələr dodaqda, dildə,
Hər dəmi mübarək olsun!
31.12.2023.
Müəllif: Təvəkkül GORUSLU
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru