
YAĞIŞ
Yağışlar göydən,
Ah sinədən qopur.
Vitrinlərdəki fahişə təbəssümlər ,yetişməmiş dodaqlardan qopur…
Sevgilər sağlığını sahilsiz sulara daşıyır ,
Çatlamış qayıqlarla.
Zamandan qopan nə varsa,
Tanrının əyninə ölçülür.
Eşqdən qopan nə varsa ,
Qadın bədəninə…
Quşlar sevgi daşıyır yuvalarına,
Adamlarsa,
Unutduqlarını…
Sahibsiz itlər, pişiklər,
Sahibsiz adamlar , ağaclar, ən ucuz ölümlərin
rəsmini asdılar bətnlərdən…
İlahi, bu payız adamlar da sənə bənzədi,
Nə yaratdılarsa, günəşi üşütdü…
Müəllif: Eldar İsmayıloğlu
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru