Aytac İbrahim: – “Bir adam tanıyıram…”

(Zaur Ustacın doğum gününə)

Mən bir adam tanıyıram, insanlıqdan, mərhəmətdən, vicdandan, bütün mənəvi duyğuların ən alisindən pay almış…

O, elə bir adamdır ki, quyunun dibinə düşmüş, çarəsiz qalan kəsə təmənna güdmədən əl uzadan, bir isti əli, bir kübar, xoş sözü ilə könülləri oxşayan, ədəbiyyata öz imzasını möhür kimi vuran, gənc istedadların, onun qəlbinə and içdiyi – Zaur Ustac!

Sosial şəbəkə hesabımda şeirlerimi paylaşırdım, bir də gördüm, “Zaur Ustac” adlı feysbuk hesabı profilindən bir rəy gəldi: “Yazılarınızı bu ünvana, bu sayta göndərin”…

Cəmi on doqquz yaşım vardı. Bu rəyi görüb sevincdən əlim-ayağıma dolaşdı. Bu, mənim gələcəyim üçün əvəzsiz bir hədiyyə idi. Sevincək, Zaur bəyin rəyinə cavab olaraq, bir-iki sərbəst şeirimi yolladım. Bir də gördüm, artıq jurnalda dərc olunub, saytlarda yer alıb. Bir müddət sonra isə, “Yazarlar” jurnalının redaksiya heyəti üzvlüyünə  məxsus “üzvlük ” vəsiqəm gəldi.

Mən bilirəm ki, onlarca gənc yazarın püxtələşməsində, irəliyə getməsində Zaur Ustac əməyi var, hətta o yazarları da şəxsən tanıyıram…

Zaur Ustac  onu dərk edənlər üçün ədəbiyyatın incisidir. O, istedadlı olan hər bir kəsə dəyər verir, önə çəkir, onların yaradıcılığı üçün çiçəkli bir cığır açır, daim izləyir, qətiyyən büdrəməyə qoymur, bir az büdrəmə ehtimalı gördüsə tez əlindən tutur…

Zaur Ustac Vətəninə pak eşq duyan, onu bütün ürəyi ilə sevən əsl vətəndaşdır, əsl vətən oğludur…

Daim çalışır, daim xalqına, millətinə bacardığı kimi xidmət edir, bir an belə bu xidmətinin qarşılığını gözləmir.Məhz ona görə də, Zaur Ustac sevilir!

Sən biz qucaq açan ata,

Sınıq qəlbə həb əvəzisən…

Elə kəs yoxdur sənə çata,

Sevincimizin səbəbisən!

Sənlə başladı gələcək,

Adınla da davam edir.

Hamı bir ağızdan deyəcək,

Ustac şəyirdlər yetişdirir.

Vətənə oğul olan adam,

Sənə sevgi duyuruq biz.

Dərdə çarə olursan madam,

Sənə min alqış deyirik biz.

Doğum gününüz mübarək olsun, səmimi hisslərlə “Ustad” adlandırdığım, USTAD-ZAUR USTAC!!!

 Aytac İbrahim,

“Yazarlar” jurnalının Qax bölgə təmsilçisi

Oxu:Zaur Ustac haqqında

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir