
Bu gün Könül Həsənovanın Doğum günüdür!
“YAZARLAR” müasir poeziyamızın çox oxunan və çox sevilən alim-şairəsi MAHİRƏ NAĞIQIZININ övladı Könül xanıma həsr etdiyi şeiri təqdim edir:
QIZIM KÖNÜLƏ
Mənə ümid verdin, qarşılığında,
Könlümü bağında əkəm, qıymadın.
Bir xəyal gerçəyi yaraşığında
İmarət ucaldam, tikəm, qiymadın.
Bölgüdə yeri var sözü hər kəsin,
Xeyir – xeyirxahın, məkir – nakəsin.
Dedin ki, çatammaz gücü bir kəsin,
İstədim sədləri sökəm, qıymadın.
Dönməz sevdasından, dünya sehirdir,
Bir parça torpaqdır, hər yan nehirdir.
Acısı, şirini paydır, bəhrdir,
Birdən acı düşər tikəm, qıymadın.
Dilək nə qədərdir, arzu nə sayda,
Öləzdi hamısı hayda-harayda.
İçində dərd çəkdin, yükü nə boyda…
Bircə misqalını çəkəm, qıymadın.
Ümid işartısı, söz işartısı,
Hər zülmət gecənin öz işartısı.
Yanar Mahirənin köz işartısı,
Yanar nəfəsini didəm, qıymadın.
Müəllif: Mahirə NAĞIQIZI
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
One thought on “Qızım Könülə – Mahirə Nağıqızı”