
ÖTƏSİ YALAN
İnsanın doğulub böyüdüyü yer,
Könlünə, ruhuna ilk sevgi, ilk yar,
Yox belə intizar, yox belə qubar,
Vətən həsrətindən ötəsi yalan!
Yolunu gözləyən iki göz kimi,
Bağrını yandıran isti köz kimi,
Dodağın çatladan iti söz kimi,
Vətən həsrətindən ötəsi yalan!
Gecələr röyayla, yuxuyla gələn,
Nəfəsin təngidən…göz yaşın silən,
Oyancaq rəsmiylə gözündə ölən,
Vətən həsrətindən ötəsi yalan!
İllərdi ətrini ala bilməyən,
İnciyib özünə bala bilməyən,
Öləndə məzarın ola bilməyən,
Vətən həsrətindən ötəsi yalan!
Deyirlər zamandır məlhəm hər şeyə,
Bəxtsiz sevənlərə, ərə, kişiyə,
Yurd, ocaq həsrəti başqa haşiyə,
Vətən həsrətindən ötəsi yalan!
2024
Müəllif: Təvəkkül GORUSLU
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru