“ULDUZ” JURNALInın Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə birgə layihəsi olan “Yeni nəsil: proza”, “Yeni nəsil: poeziya” və “Yeni nəsil: tənqid” xüsusi buraxılışlarının təqdimat mərasimi baş tutacaq. Tədbir 5 aprel 2024-cü il tarixində saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçiriləcək. Maraqlananlar dəvətlidir.
güneşin battığı yer Gökyüzü her zaman sakin Güneş, yüzündeki o muhteşem ışıltısını dallara ve kumların karanlığına bağışlamaktan çekinmiyor. Suyun gölgesine çarpmadan Tanrının rüyasından daha parlak Asma dallarının indiği dar sokaklardan geçer
Aşkın mavi olduğu yerde aşk bilinenden daha sadıktır
Işığın hemen altında güvercinler su içer. Uzaklara baktığınızda sığırcıklar, kalplerin kaderini yıkamak için sürahiyi suyla doldururlar.
Ey aşk, başını çevirmeden yetişkinlik arasındaki o sokağın sonuna Düz yürü Toprağın avucunda görünmez bir mücevher göreceksin Yönünü yeşil çimenlerin iki adım ötesindeki yalnızlık çiçeğine doğru yönlendir.”
Büyülü diyarın ölümsüz çeşmesinde bekle Şeffaf bir korku seni orada yakalayacak Gökyüzünün ışıltılı parlaklığında bir kapı açılacak, içeri gireceksin ve dost canlısı Tanıdık bir esintinin sessiz yaprağından Yeşil vadilerdeki gibi bir hışırtı seni karşılayacak.
Kendi tepene tırman, kapıyı aç
Ağlayan bir çocuk göreceksin Yüksek bir fikir ağacına tırmanarak, ışık yuvasından küçük çocukları toplar,
Git ve ona aşkım nerede diye sor. Aşkım nerede yaşıyor?
O sana nerede yaşadığımı ve kim olduğumu söyleyecek
BU DİYARIN YAZARLARI: YAZIÇI ELUCA ATALININ YARADICILIĞINDAN DANIŞARKƏN…
Eluca xanım Atalı ilə Neftçala rayon Heydər Əliyev adına Mərkəzdə təşkil edilən görüşdə ilk tanışlığımızdan sonra “Gündoğar” qəzetində haqqında ətraflı yazmaq qərarına gəldim. Bu vətənsevər xanım haqqında yazmaq isə asan deyil. Haqqında çoxlu məlumatların olması yazıçının sevdiyi oxucularına düşüncələrinin aydın işığıdır. Məqsədi, amalı, əhatə etdiyi müxtəlif mövzularla oxucuya yanaşması, eyni zamanda müxtəlif yaş qrupları olan oxucuların marağını qazana bilməsi deyərdim ki, ən böyük uğurudur. Bu uğura aparan yol isə qəlbindəki təmiz məqsəd və ona doğru inamlı qətiyyətidir.
Eluca xanım verdiyi məlumatdan sonra qəzetimizin arxivinə nəzər yetirdim. Məlum oldu ki, onun nəsrdə ilk yazılarından olan “Qarət” adlı hekayəsi çox illər bundan öncə, elə tələbə olduğu zamanda qəzetimizdə çap olunub. Demək ki, “Gündoğar”ın oxucuları da elə ilk qələm nümunələrindən bu qələm sahibini tanıya biliblər.
Haqqında söhbət açdığımız Eluca xanım həmyerlimizdir. Qəzetimizin 2 noyabr 1991- ci il №124- cü il sayında çap edilən hekayəsində də onun adı “ Mədinə Hüseynova, BDU-nin Kitabxanaçılıq fakültəsinin IV kurs tələbəsi” olaraq verilmişdir. Qəzetimizdə çap edilən ilk qələm nümunəsindən sonra Eluca xanım Atalı böyük bir yaradıcılıq yolu keçmiş, öz zəhməti, sevərək seçdiyi düşüncələrinin işığında nəinki rayonumuzda, respublikamızda, eyni zamanda dünyanın çox ölkəsində tanınan, sevilən yazıçılardan birinə çevrilmişdir. Bu yol isə yuxusuz gecələr, çalışmaq, fasiləsiz zəhmətin bəhrəsidir. Eluca xanım Atalı 19 noyabr 1966-cı ildə Neftçala rayonunun Xolqarabucaq kəndində anadan olmuşdur. Orta təhsilini kənd məktəbində başa vurduqdan sonra təhsilini davam etdirərək Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirmişdir.
İsveçin paytaxtı Stokholm şəhərində yaşayan və Kärsby məktəbində çalışan yazar “Atlara güllə atmayın”, “Azadlıq hekayələri”, “Tiqranizm Xocalıda”, kitablarının, “Qız və quzğun”, “Nalşəkilli mühasirə”, “ Özünü gətir”, “Ağ gəminin kapitanı”, “Ənqa quşu” uşaq əsərlərinin, “Adamdan üstün”, “Paşa Qəlbinur: biblioqrafiyası”, “Atillanın açıq pəncərəsi”, “Qum üstündə sərçələr”, “Milli monoloq”, “Gecikmiş oyuncaq”, “Bir udum azadlıq”, “Kərküklülər – təklənmiş türklər” siyasi məqalələr toplusunun, “Azərbaycanda ədəbiyyat: formalaşması, inkişafı, müasir dövrü və meylləri” adlı doktorluq işinin müəllifidir. O, xaricdə Azərbaycan ədəbiyyatının təbliği ilə fəal məşğul olur, siyasi-sosial mövzularla bağlı yaradıcılıq nümunələri ilə seçilir, tanınır.Yazıçının geniş yaradıcılıq nümunələrinin hər biri haqqında ətraflı məlumat verə bilmək imkanım məhdud olsa da, deməliyəm ki, Eluca xanım yaradıcılığında milli düşüncəmizə söykənərək ən sadə el deyimlərindən başlamış, düşmənimizin nitqindən səslənən fikirlərinə qədər milli varlığımızın təəssübkeşi olan bir xanım yazıçıdır. Haqsızlığa qarşı mübarizlik, parçalanmış vətən torpaqları, siyasi şüurun, təfəkkürün dayanmadan inkişaf etdirilməsi, bu yolda heç bir təmənna gözləmədən cəmiyyətin aydını olmaq missiyası onun həyat və fəaliyyətinin əsas qayəsidir.
Eluca xanımın yazar olaraq düşüncələrini dəyərli oxucularla bölüşmək istərdim. Çünki bu düşüncələr yəqin ki, çox oxucularımızı onun əsərlərinə yaxınlaşdıracaq, yazıçının məqsədinə nə qədər yaxın olmasını araşdırmağa sövq edəcəkdir. Eluca Atalı yazıçının cəmiyyətə təsiri mövzusunda fikirlərini belə izah etmişdir: “Siyasətçi bildiyini, gördüyünü və edəcəyini tam çılpaqlığı ilə açıqlamağa qadir deyil. Yazarlıqda isə tam fərqlidir, özünü gizlətdikcə xalqdan uzaq düşürsən, oxucunu itirirsən və ya oxucu kütləsin qazanmırsan. Siyasətin səması çox balacadır, siyasətçi ətrafındakıları vurmasa, o səmada azad uça bilməz. Yazarınsa belə bir “ovçuluğuna” ehtiyac qalmır, çünki o həqiqətçidir, ruhaniyyatçıdır. Bu səbəbdən də onun biclik işlətməyinə ehtiyac yoxdur, onun bicliyi elə düzlüyüdür!!!”
Bu fikirlər həmyerli yazarımızın nə qədər narahat bir qələm sahibi olduğundan xəbər verməklə yanaşı, onun mövqeyinin aynasıdır. Sözü seçərək deyə bilmək, oxucunu çox uzaqdan mənzərə yaratmaqla düşündürmək. Lakin Eluca xanım bütün əsərlərində bu üslubla deyil. Bəzən tam açıqlığı ilə də istədiyi məntiqi düşüncə ilə oxucusunu düşündürməyi bacarır. Biz bu yolu onun “Tiqranizm Xocalıda” kitabını oxuyarkən izləyirik. Mənfur düşmənin dilindən türk torpaqlarında olduğunu geniş və dəqiqliklə yaza bilmək bacarığı yazıçının ucalığıdır. Bu haqda Eluca xanım fikirlərini belə ümumiləşdirir: “Oxucu kütləsi ədəbiyyat haqda olan elmi əsəri və ya ədəbi təhlili oxumur, onun dünyagörüşünə uyğun bədii əsəri təqdim edəndə oxuyur, təqdim etməzsən axtarıb oxumaz və ya məlumatı olmadığı hadisə barədə durub ədəbiyyat axtarmaq arzusunda olmaz. Onsuz da bu gün dünyada o qədər informasiya var ki, adam ona təqdim edilənlərin hamısını oxuya bilmir. Marağına uyğunu seçib oxuyur. Bu səbəbdən də biz tarixi dərdlərmizi və bu günümüzdə olan problemlərimizi duyğusal yox, doğru təhlillərlə xarici oxuculara çatdırmağı bacarmalıyıq. “Azadlıq hekayələri”, “Bir udum azadlıq”, “Tiqranizm Xocalıda” kitablarımda tariximizlə bağlı hadisələr bədii biçimin alıb. Mənə bir qədər qəribə gəldi İsveç yayınevinə əsərlərimi göndərərkən onların “Heykəllər niyə danışmır” hekayəmi seçmələri. 20 Yanvar hadisəsindən sonra bir ananın qucağında tutduğu yaralı körpəsi ilə bağlı yoldan keçən bir uşağın heykələ baxıb onunla yol gedən yetkin adamdan sorğu-sual etməsi bu hekayənin məğzini təşkil edir. İsveçlilərin bu əsəri seçməsindən sonra arayıb baxıb gördüm ki, nəinki uzaq, yaxın tariximizlə belə biz heç nəyi özümüzdən kənara sızdıra bilməmişik…”
Eluca xanım Atalıya yaradıcılıq yollarında can sağlığı, uğurlar diləyirik. İnanırıq ki, dəyərli oxucularımız Eluca xanımın əsərləri haqqında daha geniş məlumat əldə edə bilmək üçün onun əsərlərinin oxucusu olacaqlar, dəyərli aydınımızı daha yaxından tanıyacaqlar.
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
Bu gün tanınmış şair Musa ASLANXANLInın doğum günüdür. Doğum günü münasibətlə “Yazarlar” jurnalı olaraq, şairi təbrik edir və müxtəlif illərdə qələmə aldığı şeirləri təqdim edirik:
Ömür – yuxu…
Gedəm çıxam ruhum qalan O yurdlara, o yurdlara. Gör nə vaxtdı bağlanmışam Umulara, umudlara…
Ömür-yuxu, mühit gecə, Kədərim də döndü heçə. Qəhərimi verim necə, O ünvansız buludlara…
Çox da öndə yoxuşlar var, Baş girləyən çox başlar var… Elə ütük qamışlar var, Öyüd verir palıdlara…
Turan varsa… bir çıxış var, Bir güc, bir yol, bir baxış var, Qurddan gələn qurtuluş var, Yavuqlaşım boz qurdlara.
De, yasdımı, düyündümü, Bu şər yerin, göyündümü?… Ömrü qatam, mümkündürmü, Metelərə, Qorqudlara?!
Unudularmı…
Əllərimi sinəmə toxundurduqca anamın əllərinin izini tapmaq istəyirəm bədənimdə. Bir çırpıntı gəzirəm canımda. Bu çırpıntılar Bugünümdə, dünənimdə… Bu çırpıntılarla uşaqlığın qapısını açacağam guya. Xoşbəxt anlar, Bu anlarda bütöv bir dünya… Dayanıb bu qapıdan baxacağam Uşaqlıq illərimə. Gərək o illəri bir də yaşayam, anam. Daha heç nə… Bu bədəndə, bu canda Unudula bilərmi anam? Ucalıq qazanmısan…
İnam olsa…
Biri sınıq, biri ağlar, Könlüm belə, gözüm belə. Yoxuşları qalxmaq olar, Olsa inam, dözüm belə.
Biganələ atın çapar, Ayaq altda ümidlər var. Bir ümidə dayaq olar, Yerə düşsə sözüm belə. Gör qalanıb ocaq harda, Həniri var bucaqlarda. Birlik quran ocaqlarda, Yanım, olsun közüm belə…
lll
Buludlara çilənən Bir qürub işığıtək, Sən niyə belə qəmli, Sən niyə belə kövrək?!
Ömrün qürub çağımı, O, bir zamanmı, dindi… O buludlar da bizim, O işıq da bizimdi.
O işıqla bəzənmiş Buludlarda yox ləkə. Onlar bizlə yol gedir, Ya biz onlarla bəlkə.
…Ən gözəl duyğulardan göylərə belə pay var. Ömrüm, sənə boylanıb Nura düşüb buludlar.
İlğımlar çəkilər…
A dağlar, bir əsim küləyin gəlsə, İlğımlar çəkilər gözümdən mənim. Qanım təmizlənər, sifətim gülər, Ləkələr silinər üzümdən mənim…
Gün gələr, gerçək iş – öndə bu gedər, Çirk hopan yerlərə təmiz su gedər, Xəcalət tərinin qoxusu gedər, O gün dəsmalımdan, bezimdən mənim.
Mən “gözlə” deyirəm, ruhum pərt olur, Dözümüm hardasa ətalət olur. Ətalət içində dözüm boğulur, Davam var, bulaşıq dözümlə mənim…
Oxunmur, bağlanıb neçə kitablar, Haqqı gözdən salıb çirkli hesablar. Gör, özə-saflığa nələr qatıblar, Nələri alıblar özümdən mənim.
Qoy gecə deməsin xeyrim bu qədər, İşığın ərliyi, mərdliyi yetər! Gün düşər, yapalaq kölgəsi gedər, Çəkilər dağımdan, düzümdən mənim…